Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-58/2024 08.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz fərdi evin həyətində ailə-söz söhbətləri ucbatından əsəbləşərək evi dağıdan zaman onu sakitləşdirməyə gələn dayısı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində əlindəki bıçaqla qəsdən sonuncunun sağ qol nahiyəsindən vuraraq Zərərçəkmiş şəxs sağ saidin deşilmiş-kəsilmiş yaraları ilə müşayiət olunan və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində içkili vəziyyətdə evə gəlmiş və ailə söz-söhbətləri ucabtından əsəbləşərək evi dağıtmağa başlamışdır. Həmin vaxt evdə anası Hicran olmuşdur. O, həyətə çıxıb aqressiv şəkildə qışqırmağa başlamışdır. Bir qədər keçdikdən sonra dayısı Rafiq onlara gəlib onu sakitləşdirməyə çalışmışdır. Rafiq həyətə girib ondan sakit olmağını tələb edən zaman o, daha da qıcıqlanaraq dayısının evdən getməsini və ondan əl çəkməsini tələb etmişdir. Lakin dayısı onu sakitləşdirmək üçün təkid edən zaman o, əlinə həyətdəki daşın üstündə olan bıçağı götürərək bıçağı dayısı Rafiqə tərəf tullamışdır. Bıçaq dayısının sağ qolundan dəymişdir. Daha sonra sakitləşib evə keçmişdir. Bir qədər sonra isə atası Şirvan evə gəlmişdir. Daha sonra isə polis əməkdaşları gəlib onu Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Nihad onun bacısının oğlu, Hicran bacısı, Şirvan isə onun bacısının əridir. Sadaladığı şəxslərin hamısı Zirə qəsəbəsində yeni sahədə yerləşən nömrəsiz fərdi evdə biryerdə yaşayırlar. Bacısı oğlu Nihad tüfeyli həyat tərzi keçirir və narkotik vasitə aludəçisidir. Bacısı və ailəsi nə qədər çalışsalar da Nihadı doğru yola çəksinlər, lakin bir nəticə əldə edə bilməmişlər. Sonuncu dəfə bacısı Hicran xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində ona zəng edərək oğlu Nihadın evi dağıtdığını və oğlunu sakitləşdirmək üçün onun köməyinə ehtiyacı olduğunu demişdir. O onlara yaxın ərazidə yaşadığı üçün onların yaşadığı ünvana gəlmişdir. Həyətə girən zaman bacısı oğlu Nihadın əlində bıçaqla həyətdə dayandığını görmüşdür. Nə olduğunu soruşanda Nihad ona kobud cavab verərək əlindəki bıçaqla onu vurmaq istəyərkən o kənara çəkilmişdir, lakin Nihadın əlindəki bıçağın tiyəsinin ucu sağ qoluna dəymiş və o sağ qolundan xəsarət almışdır. O dərhal bayıra qaçmışdır. Nihad da onun arxasınca qaçıb küçəyə çıxmışdır. O qaçarkən ayağı ilişib yerə yıxılmışdır. Nihad ona yaxınlaşan zaman o Nihaddan sakit olmasını tələb etmişdir. Nihad onun dediyinə əməl edib ondan bir qədər aralanmışdır. O birtəhər ayağa qalxıb Nihadın üzünə baxmış və üz mimikaları ilə Nihadı aldadıb guya arxasında kiminsə olduğunu hiss etdirmişdir. Nihad üzünü çevirən zaman o Nihadın əlindən yapışıb bıçağı almışdır. Daha sonra o, Nihadı yerə yıxıb qalxmasına mane olaraq Nihadı bir qədər sakitləşdirmişdir. Bir neçə dəqiqədən sonra isə polis əməkdaşları hadisə yerinə gəlib onları polis şöbəsinə aparmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, əvvəllər polis orqanlarında işləsə də, hazırda təqaüdçüdür. Hazırda ailə üzvləri ilə birlikdə Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Nihad mütəmadi olaraq içkili vəziyyətdə evə gələrək heç bir əsaslı səbəb olmadan münaqişə yaratmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə günorta saat 15 radələrində içkili vəziyyətdə evə gəlmiş və ailə söz-söhbətləri ucbatından əsəbləşərək evi dağıtmağa başlamışdır. Həmin vaxt evdə anası Hicran olmuşdur. Nihat həyətə çıxıb aqressiv şəkildə qışqırmağa başlamış və onun yoldaşı Hicranın xahişi ilə bir qədər keçdikdən sonra dayısı Rafiq onlara gəlib Nihadı sakitləşdirməyə çalışmışdır. Rafiq həyətə girib Nihaddan sakit olmağını tələb edən zaman Nihad Rafiqə kobud cavab verərək əlindəki bıçaqla Rafiqi vurmaq istəyərkən Rafiq kənara çəkilmiş, lakin Nihatın əlindəki bıçağın tiyəsinin ucu Rafiqin sağ qoluna dəymiş və Rafiq sağ qolundan xəsarət almışdır. Həmin vaxt o evdə olmasa da, sonradan digər oğlu Rahiblə birlikdə evə gəlmiş və həyat yoldaşıyla Rafiqin ona hadisəni ümumi nəql etməsi nəticəsində nə baş verdiyini bilmişdir. O evə gələn zaman polis əməkdaşları gəlib oğlu Nihadı Xəzər RPİ-nin 1-ci Polis şöbəsinə aparmışlar. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir və polis serjantı rütbəsi daşıyır. 28 fevral 2023-cü il tarixdə saat 16:00-da iş yoldaşı, Xəzər RPİ-nin PPXBnin polis nəfəri, polis serjantı Şahid2 ilə 6350 çağırışlı avtopatrulla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, ərazisində xidmət aparan zaman X4 onlarla telefon vasitəsilə əlaqə yaradaraq qardaşı Nihadın evi dağıtdığını və bıçaqla dayısına xəsarət yetirdiyini bildirmişdir. Onlar dərhal Nihadın yaşadığı ünvana gedib Nihadı götürərərək Xəzər RPİnin 1-ci polis şöbəsinə aparmışlar və şöbənin Növbətçi Hissəsinə təhvil vermişlər. Daha sonra bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Polis şöbəsində həmin şəxsin anket məlumatları yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 3 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxsdur. Aparılmış ibtidai istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 202 saylı rəyinə əsasən R.Y. Quliyevin bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ saidin deşilmiş-kəsilmiş yaraları, deşici-kəsici təsirə malik əşya təsirindən törənmiş, törənmə müddətləri onun “X9” X8 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarət kənar şəxs tərəfindən yetirilmişdir. İş materiallarında olan 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü il tarixdə ********* saylı cinayət işi üzrə AR CM-nin 128-ci maddəsi ilə təqsirləndiirlən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Məhkəmə iclasında elan olunmuş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/677 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, deşici, kəsici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, F.Babayev tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs sonunucu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 126.1, 221.1 və 66.3-cü maddələri təqsirli bilinərək, barəsində 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16- 17/42/2-1436/2024 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə RF DİN əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına gətirilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrrüfat-məişət təyinatlı bir ədəd mətbəx bıçağı məhv edilməlidir. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs götürülmüş zavod üsulu ilə istehsal edilmiş, deşici-kəsici xassəyə malik təsərrrüfat-məişət təyinatlı 1 ədəd mətbəx bıçağı qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-58/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-58/2024
08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver