Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-580/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X11 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokurorları Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxsin hüquqi varisi X6, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, himayəsində bir azyaşlı, əlil uşağı olan, bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, 0, 18 iyul 2025-ci il tarixdə saat 17 radələrində qardaşı X8 məxsus olmaqla 16 may 2024-cü il tarixli notarial etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz va istismara yararlı vəziyyətdə olan "Vaz-2101 minik" markalı 30BB237 dövlət qeydiyyat nişanlı avtomobili həmin qardaşının arvadı X1 kimi qabaq oturacaqda, onun qızı Zənurə İsgəndərova isə arxa sağ sərnişin oturacağında oturmuş halda Bakı şəhəri istiqamətində Qaradağ rayonuna getmək üçün Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Pirallahı şossesində mərkəz istiqamətində idarə edərək "Badam Bağları" adlanan sahǝyǝ paralel olan avtomobil yolunda hərəkətdə olduğu vaxt "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən sürücü olaraq yol hərəkəti iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini yol və meteoroloji şəraiti, hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməli və bununla da yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməmiş, yol hərəkəti qaydalarını pozub mövcud şəraitdə avtomobili yolun sağdan birinci zolağı ilə hərəkət etdirib xeyli aralı məsafədə olduğu vaxt görmə məhdudlaşdırılmamış həmin hərəkət yolunda avtomobili faktiki 65-70 km/saat sürətlə idarə edərək yolun sağ kənarında ehtiyat hissədə nasazlıq səbəbindən dayanmış vəziyyətdə olan "xxxx" ASC-yə məxsus olmaqla sürücü Şahid2 yol vərəqəsi əsasında idarə etdiyi "Mitsubishi 859G" markalı 99JE686 dövlət qeydiyyat nişanlı zibildaşıyan avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamaqla, avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli olduğu halda bunlara əməl etməyib, həmin avtomobilin dayanmış vəziyyətdə olmasını arxadan gördüyü vaxt öz hərəkət zolağı ilə təhlükəsiz hərəkətini təmin etməyərək ehtiyatsızlıqdan idarə etdiyi "Vaz-2101 minik“ markalı avtomobilin ön tərəfi ilə "Mitsubishi 859G" markalı avtomobilin arxa hissəsindən vurub toqquşması nəticəsində idarə etdiyi həmin avtomobilin qabaq oturacağında sərnişin kimi əyləşmiş X7 ehtiyatsızlıqdan alın nahiyəsinin sağ yarısından-sağ gicgah nahiyəsinədək davam edən, burunun, sağ almacıq nahiyəsinin, sifətin sağ yarısının, üst dodağın, sağ budun geniş ölçülü əzilmiş yaraları; sol ağız bucağının, sol baldırın yuxarı üçdə birinin iç səthinin sıyrıqları; sol baldırın yuxarı üçdə birinin iç səthinin qançırı; başın yumşaq toxumalarının iç səthinə. beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar: alın və sağ gicgah sümüyünün basılmış, qəlpəli sınığı; burun sümüyünün sınığı; sağ körpücük sümüyünün orta üçdə birinin qapalı sınığı; sağ budun açıq, burmalardan keçən sınığı ilə nəticələnməklə Azadə İsgəndərovanın həyatı üçün təhlükəli olan sağlamlığına ehtiyatsızlıqdan ağır dərəcəli zərərvurma kimi onun ölümü ilə birbaşa səbəbli əlaqəli olan ağır dərəcəli bədən xəsarətləri yetirməsinə və A.İsgəndərovanın hadisə zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beynin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar nəticəsində ehtiyatsızlıqdan zərər çəkmiş şəxs X4 hadisə yerində ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 18 iyul 2025-ci il tarixdə günorta saatlarında qardaşı Baba İsgəndərovun arvadı mərhum Azadə İsgəndərova və qardaşı qızı Zǝnurə İsgəndərova ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonunda yaşayan qohumlarının evinə getmək məqsədi ilə qardaşı Baba İsgəndərova məxsus olan, etibarnamə əsasında idarə etdiyi "VAZ-2101" markalı 30BB237 dövlət qeydiyyat nişanlı avtomobillə Qala qəsəbəsindən mərkəz istiqamətində hərəkət emişdir. Azadə ön sərnişin, Zǝnurə isə arxa sağ oturacaqda əyləşmişlər. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində üzü mərkəz istiqamətində sağdan 1-ci zolaqda hərəkət edən zaman bir qədər yorğun olmuş və sonuncu dəfə gözünə günəş işığı düşməsini xatırlayır. Yolun kənarında hər hansı nəqliyyat vasitəsinin dayanmasını əvvəlcədən görməmişdir. Anidən toqquşma olmuş və toqquşmadan sonra ayıldıqda vətəndaşların yığışaraq onları avtomobildən çıxarmağa çalışdıqlarını görmüşdür. Sonradan X17 avtomobili, FHN və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 göstərmişdir ki, mərhum X9 onun arvadıdır. onların 3-ü azyaşlı olmaqla 6 övladları var. Azadə İsgəndərova natamam orta təhsilli olmuş, Qala qəsəbəsində yerləşən toyuq fermasındakı kəsi məntəqəsində fəhlə kimi işləyirmiş. 18 iyul 2025-ci il tarixdə işdə olarkən ona məlum olmuşdur ki, qardaşı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi, ona məxsus olan "VAZ-2101" markalı 30BB327 dövlət qeydiyyat nişanlı avtomobil ilə mərhum arvadı Azadə və qızı Zǝnurəni qonaq apararkən Qala qəsəbəsində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə arvadı Azadə vəfat etmiş, qızı və qardaşı bədən xəsarətləri almışdır. Hər hansı şikayəti və tələbi, o cümlədən avtomobilə dəymiş ziyanla bağlı mülki iddiası yoxdur, qardaşı ilə barışmışdır, ona cəza təyin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsgəndərova Zǝnurə Baba qızı göstərmişdir ki, 18 iyul 2025-ci il tarixdə günorta saatlarında əmisi Təqsirləndirilən şəxs və anası X9 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonuna qonaq getmək məqsədi ilə əmisinin idarə etdiyi "VAZ-2101" markalı 30BB237 dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən, arxa sağ sərnişin oturacağında oturmuş, anası Azadə İsgəndərova isə ön sərnişin oturacağında əyləşmişdir. Sonuncu dəfə yola baxdıqda Qala qəsəbəsindən mərkəz istiqamətində yolun sağdan 1-ci zolağı ilə hərəkətdə olmuşlar. Yolboyu mobil telefona baxdığı üçün yol nəqliyyat hadisəsinin hansı şəraitdə baş verməsini bilmədiyi anda toqquşma baş vermiş, davamında 1-2 dəqiqə nə baş verməsini dərk etməmişdir. Ardınca ətrafda olan vətəndaşların onu avtomobildən çıxardaraq X17 avtomobilinə təhvil vermişlər. Sonra xəstəxanada stasionar müalicədə olmuşdur. Toqquşma anını və avtomobilin hərəkət surətini görməmişdir. Hadisədən nəticəsində baş və ayaq nahiyələrindən xəsarətlər almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2011-ci il tarixdən "xxxx" ASC-də sürücü olaraq işləyir. 18 iyul 2025-ci il tarixdə saat 17 radələrində şirkətə məxsus “Mitsubishi 859G” markalı zibildaşıyan nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində üzü şəhər istiqamətində hərəkətdə olarkən avtomobildə nasazlıq olduğundan kənara çəkib və şirkətə bu barədə məlumat vermişdir. Daha sonra şirkətin ustası Sahib adlı şəxs yaxınlaşmışdır. Avtomobili təmir etdikdən sonra işlək vəziyyətə gətirmiş, təmir avadanlıqlarını yığarkən anidən avtomobilin arxa hissəsində "VAZ-2101" markalı avtomobil çırpılmış və onun nəqliyyat vasitəsi qabaq tərəfə getmişdir. Avtomobilin kənarında olduğundan xəsarət alan olmasa da, həmin nəqliyyat vasitəsinin içərisində xəsarət alan şəxs olmasını görüb bu barədə X17a məlumat vermişdir. Hadisə nəticəsində nə özünə, nə də ki idarə etdiyi avtomobilə ziyan dəyməmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Qala-Pirallahı şossesində asfalt-beton örtüklü hissəsində baş vermişdir. Hadisə yerində yol asfaltbeton örtüklü olmaqla quru və düzdür. Qarşı- qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa beton səki yol ayrıcı, hər iki istiqamətə üç hərəkət zolağına 1,5 üfiqi nişanlama xətləri bölmüşdür. Yol örtüyünün eni 10,5 metrdir. Yolun hərəkət hissəsi sağdan fərdi yaşayış evləri və badam bağıdır. "Mitsubishi" markalı avtomobil yolun kənarında “VAZ-2101” markalı avtomobil isə onun arxasında dayanmışdır. Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 17 oktyabr 2025-ci il tarixli, 8/2166 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ-2101” markalı. ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Mitsubishi 859G” markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilimk tələb etmir. Məhkəmə-tibbi ekspertizasının 01 avqust 2025-ci il tarixli, 127 nömrəli rəyində göstərilmişdir ki, mərhum A.V.İskəndərovanın meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Alın nahiyyəsinin sağ yarısından-sağ gicgah nahiyəsinədək davam edən, burunun, sağ almacıq nahiyəsinin, sifətin sağ yarısının, üst dodağın, sağ budun geniş ölçülü əzilmiş yaraları; sol ağız bucağının, sol baldırın yuxarı üçdə birinin iç səthinin sıyrıqları: sol baldırın yuxarı üçdə birinin iç səthinin qançırı; başın yumşaq toxumalarının iç səthinə. beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar; alın və sağ gicgah sümüyünün basılmış, qəlpəli sınığı; burun sümüyünün sınığı; sağ körpücük sümüyünün orta üçdə birinin qapalı sınığı; sağ budun açıq, burmalardan keçən sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının salonunun qabarıq hissələrinə dəyməsi nəticəsində əmələ gələ birlərdilər. həyat üçün təhlükəli olan sağlamlığı Ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. A.V.İskəndərovanın ölümünə səbəb yolnəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum A.V.İsgəndərovanın meyitinin meyitxanada müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. A.V.İskəndərovanın meyitindən götürülmüş qanda məhkəmə-kimyə tədqiqatı nəticəsində etil spirtli, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə №2685/K, xx.xx.2025). DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, diskdə 01 ədǝd videogörüntü xx.xx.2025-ci il tarixdə saat 17.33.58-də qeydə alınmışdır. DVD diskdə qeydə alınmış 9 saniyəlik videoçarxda, ağ rəngli "VAZ-2101 minik" markalı avtomobilin Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı şossesində sağdan 1-ci zolaqla mərkəz istiqamətdə hərəkətdə olan zaman Badam bağları adlanan sahəyə paralel olan avtomobil yolunun sağ ehtiyat hissəsində dayanmış ağ rəngli üzərində rangbarang cizgilər olan yük avtomobili ilə toqquşması öz əksini tapmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim edilmiş videogörüntünün xx.xx.2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi olmasını təsdiq etmişdir. Yaşayış yeri üzrə arayışdan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Təqdim edilmiş sənədlərin surətlərindən görünür ki, "Mitsubishi 859G" markalı, **-JE- *** dövlət qeydiyyat nişanlı zibildaşıyan tipli avtomobil "xxxx" ASC-yə məxsus olmaqla sürücü Şahid2 istifadəsinə yol vərəqəsi əsasında verilmişdir. "VAZ-2101” minik markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil X6 mülkiyyətində olmaqla Təqsirləndirilən şəxs istifadəsinə xx.xx.2024-cü il tarixli eibarnamə əsasında verilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin DYPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1979-cü il təvəllüdlü X3 BB 454100 seriyalı sürücülük vəsiqəsi aktivdir, sürücülük hüququndan məhrum edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Mərkəzi" Publik hüquqi şəxsin 27 oktyabr 2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.1979-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adı gedən xəstəxanada müalicə olunmayıb. Maddi sübut kimi tanınmış "VAZ-2101" markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil X8, "Mitsubishi" markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobil isə Şahid2 qaytarılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol-hərəkəti qaydalarının pozub ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsinin törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisənin videogörüntüsü, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ondan şikayət və tələbinin olmamasını, himayəsində əlil uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməli nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olmaqla yol hərəkəti qaydalarını pozma kimi CM-nin 15.3-cü maddəsində az ağır cinayət kimi təsbit edilmiş təqsirin ehtiyatsızlıq formasında törədilən əməl olmaqla, təqsirləndirildiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır (CM-nin 45-ci maddəsi). Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşagıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət prosessual qanunvericiliyin tələblərinə görə cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir (CPM-nin 404-cü maddəsi). Təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Qanunvericiliyin qeyd edilən tələblərindən irəli gələn hal odur ki, Təqsirləndirilən şəxs təyin ediləcək cəza bu məsələnin həllində əhəmiyyət kəsb edən bütün halların (cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanın onun islah olunmasına, cəzanın digər məqsədlərinin təmin edilməsinə və ailəsinin həyat şəraitnə təsirinin) tarazlaşdırılmış şəkildə nəzərə alınmasına əsaslanan tədbir kimi çıxış etməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş orta həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini, habelə CM-nin 60-cı maddəsinin müddəalarını (zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edildikdə təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz) nəzərə alaraq onun barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 56.1.1-ci maddəsinə əsasən (ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini, cəzaçəkməsinin başlanğıcının məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmasını, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, "VAZ-2101" markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin X8, "Mitsubishi" markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Şahid2 qaytarılması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın, "VAZ-2101" markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin X8, "Mitsubishi" markalı ** JE *** dövlət qeydiyyat nişanlı avtomobilin isə Şahid2 qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun və Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saata görə 121 (bir yüz iyirmi bir) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X12
Məhkəmə qərarları › İş №1(003)-580/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-580/2025
05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver