Məhkəmə qərarları › İş №1(003)-581/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-581/2022

22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-581/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs iştirakı ilə, 20 avqust 1996-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əmək fəaliyyəti ilə məşqul olan, məhkum olunmuş lakin məhkumluğu ödənilməmiş, subay, natamam orta təhsilli, Lerik rayonu, Qışlaq kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 27 avqust 2022-ci il tarixdə saat 22 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında qohumları X7 və X8 ilə cinayət əlaqəsinə girərək Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin qarşısına gələrək ətrafda və evdə kimsənin olmamasından tam əmin olub əvvəlcədən aralarında olan razılaşmaya əsasən Sübhan Ağayev gələn olanda xəbər etmək niyyəti ilə küçədə dayanaraq ətrafa nəzərat etmiş, Təqsirləndirilən şəxs ilə Sərhad Əmirov isə hasardan aşma yolu ilə qanunsuz həyətə, yəni saxlanc yerinə qanunsuz daxil olub orada olan evin plastik pəncərəsini sıxıb açmaqla evə girərək yataq otağında olan paltar dolabındakı qara rəngli çantanın içərisindən həmin tarixə ekvivalenti (məzənnəsi) 1700 manat olan 1000 ABŞ dollarını, digər yataq otağında olan paltar dolabından kağızların arasından 500 manat nağd pulu, həmin dolabda olan sandıqçanın içərisindən 01 ədəd 650 manat dəyərində sadə toxunuşlu uşaq qolbağını, 01 ədəd 980 manat dəyərində sünbül toxunuşlu qızıl qolbağını, 01 ədəd 1800 manat dəyərində üzəri qaşlı enli formalı qızıl qadın nişan üzüyünü, 01 ədəd 1150 manat dəyərində üzəri ziqzaqvari formada qadın qızıl üzüyünü, 01 ədəd 850 manat dəyərində üzəri paxlava formalı qadın qızıl üzüyünü, 01 ədəd 780 manat dəyərində kardinal formalı qadın qızıl sepini gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 8410 manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən 01 sentyabr 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində Südçülük Savxozunda yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinin qarşısına gəlmiş, evdə və ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşma yolu ilə həyətə, yəni saxlanc yerinə qanunsuz daxil olaraq orada yerləşən evin plastik pəncərəsinin nəfəsliyinin torunu cırıb nəfəslikdən evə qanunsuz daxil olub evdə paltar dolabının içərisindən üst sol gözündən 2500 manat nağd pulu, 01 cüt 250 manat dəyərində qızıl sırqanı, 01 ədəd 300 manat dəyərində qadın qızıl boyunbağısını, 01 ədəd 500 manat dəyərində sadə enli formalı qadın üzüyünü, 01 ədəd 350 manat dəyərində ortasında bir ədəd qaşı olan nişan üzüyünü, ümumilikdə 100 manat dəyərində bujiteryaları gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 22 radələrində o, eləcə də, iki nəfər dayısı oğlu X7 və onun qardaşı X8 ilə birlikdə, Xəzər rayonu Binə qəsəbəsi Südçülük Savxozunda küçə ilə gedərkən əvvəllər tanımadığı evdə yaşayış olmadığını və işıqlarının söndürülmüş vəziyyətdə olduğunu görüb qərara gəlmişlər ki, həmin evdən birlikdə oğurluq etsinlər. Bu məqsədlə qabacadan aralarında olan razılaşmaya əsasən o və Sərhad evin darvazasından aşaraq evin həyətinə daxil olmuşlar. Digər dayısı oğlu Sübhan isə gələn olanda onlara xəbər etməyi üçün küçədə dayanıb onları gözləmişdir. O, Sərhadla birlikdə evin mətbəx pəncərəsini itələyib açaraq oradan evin içinə daxil olmuşlar. Evin içinə daxil olduqdan sonra o və Sərhad evin otaqlarını gəzərək oğurlamaq üçün qiymətli əşya və pul axtarmağa başlamışdır. O, evin yataq otağına daxil olmuşdur və həmin otaqdakı paltar qardirobunu açmış və içində qara rəngli çanta olduğunu görmüşdür. Həmin çantanın içində qiymətli əşya və pul olduğunu fikirləşərək çantanı açmış, çantanın içində olan sənədlərin arasında 1000 ABŞ dollarını oğurlayıb daha sonra evin digər yataq otağında olan paltar dolabının içərisindəki kağızların arasında 500 manat pulun və həmin dolabdakı sadıqçanın içində olan qızıl zinət əşyalarının olduğunu görüb həmin pul ilə qızıllarıda oğurlamışdır. Oğurladığı əşyaları, pulları cibinə qoymuş və digər otaqda olan dayısı oğlu Sərhada demişdir ki, 1000 dollar, 500 manat və qızıl zinət əşyaları oğurlamışdır. Həmin oğurladığı əmlakları və pulu Sərhada göstərmişdir. Həmin pulları və qızıl zinət əşyalarını oğurladıqdan sonra qərara gəlmişdir ki, evdən çıxsınlar. Bundan sonra Sərhad ilə daxil olıduğu yerdən küçəyə çıxmışlar. Həmin vaxt Sübhan onları küçədə gözləyirmiş. Daha sonra taksi sifariş edərək Neftçilər metrostansiyasının yaxınlığında xatırlamadığı çayxanaya getmiş və orada kabinetlərin birində əyləşib oğurladığı pulları üç nəfər arasında bərabər şəkildə bölmüşlər. Daha sonra isə oğurladığı qızıl zinət əşyalarını isə satıb pul əldə etməsi üçün Sərhada vermişdir ki, həmin qızılları satıb pul əldə etsin və həmin pulu da, aralarında bölsünlər. Daha sonra onlar ayrılmış və hər kəs öz evinə getmişdir. Ertəsi gün Sərhad ona zəng edərək qızılları satdığını bildirmiş və görüşüb pulu vermək istədiyini demişdir. O, razılaşmış və saat 15 radələrində Sübhanla birlikdə Heydər Əliyev prospektində fəaliyyət göstərən 5 saylı ASAN xidmətin inzibatı binasının qarşısında Sərhadla görüşmüşlər. Sərhad qızılları 500 manata satdığını bildirmiş və həmin 500 manatı yenədə aralrında, yəni üç nəfər arasında bərabər şəkildə bölmüşlər, sonra yenidən ayrılmışlar. O, əldə etdiyi pulları şəxsi təlabatları üçün xərcləmişdir. Bundan sonra yəni, xx.xx.2022-ci il tarixdə maddi vəziyyəti pis olduğu üçün qərara gəlmişdir ki, yenidən oğurluq edərək qazanc əldə etsin və şəxsi tələbatları üçün xərcləsin. Bu niyyətlə həmin gün saat 14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozunda kanalın üstü adlanan yerdə küçə ilə gəzərkən yaşayış olmayan həyət evinin olduğunu görmüşdür. Həmin evin giriş qapısının qarşısına gəlib evin kilidinə baxanda görmüşdür ki, evin qapısı açar ilə kilidlənib. Qərara gəlmişdir ki, həmin evə daxil olub oradan oğurluq edsin. Bu niyyətlə həmin evin hasarından aşaraq həyətə daxil olmuşdur. Həmin həyətdə iki ev olmuşdur. Həmin evlərdən biri iki mərtəbəli digəri isə bir mərtəbəli olmuşdur. Qərara gəlmişdir ki, daxil olmağı rahat olması üçün əvvəlcə bir mərtəbəli evə daxil olaraq oradan oğurluq edmişdir. Bundan sonra həyətdəki bir mərtəbəli evin pəncərəsini əli ilə vurub açaraq oradan evin içinə daxil olmuşdur. Evə daxil olduqdan sonra yataq otağına keçmişdir. Yataq otağında olan şifonerin qapılarını açaraq pul və ya qiymətli əşya axtarmağa başlamışdır. Həmin şifonerin üst sol gözündə olan pul qabından 2500 manat məbləğində pulu və qızıl zinət əşyalarınını oğurlayaraq həmin evə daxil olduğu yerdən çıxmışdır. 2500 manat pulu şəxsi tələbatları üçün xərcləmişdir. Oğurladığı qızıl zinət əşyalarını isə Neftçilər metrostansiyası yaxınlığında fəaliyyət göstərən xatırlamadığı qızıl-zinət dükanına satmış və 500 manat pul əldə etmişdir. Həmin pulu isə şəxsi təlabatları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə oğurladığı qılzıl zinət əşyalarını Sərhad Əmirov satmışdır və harada satdığını bilməmişdir. xx.xx.2022-ci il tarixdə oğurladığı qızıl zinət əşyalarını isə satdığı dükanı xatırlamamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 27 avqust 2022-ci il tarixdə saat 12 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdən çıxıb Maştağa qəsəbəsinə qonaq getmişlər. O, evdən çıxarkən evin giriş qapısını və həyətin giriş qapısını kilitdən bağlamışdır. Həmin günü onlar qohumlarının evində qalası olmuşlar. Səhəri günü, yəni 28 avqust 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evə qayıtmış, həyət qapısını olduğu qayda ilə kilitdən açıb evin həyətinə daxil olarkən həyətdə olan evinin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Dərhal evin giriş qapısını kilitdən açıb içəri girərkən evin otaqlarının dağınıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Bu zaman ona məlum olmuşdur ki, evə qonaq otağının plastik pəncərəsindən daxil olmuş naməlum şəxs onların yataq otağında olan paltar dolabındakı qara rəngli çantanın içərisindən 1000 ABŞ dolları, digər yataq otağında olan paltar dolabında kı kağızların arasından 500 manat nağd pulu, həmin dolabda olan satıqçanın içərisindən 01 ədəd 650 manat dəyərində sadə toxunuşlu uşaq qolbağı, 01 ədəd 980 manat dəyərində sümbul toxunuşlu qolbağı, 01 ədəd 1800 manat dəyərində üzəri qaşlı enli formalı qadın nişan üzüyü, 01 ədəd 1150 manat dəyərində üzəri ziqzaqvari formada qadın üzüyü, 01 ədəd 850 manat dəyərində üzəri paxlava formalı qadın üzüyü, 01 ədəd 780 manat dəyərində kardinal formalı qadın sepi oğurlanmışdır. O, bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gələrək fotoşəkillər çəkib, protokol tərtib etmişlər. Bildirdiyi kimi həmin şəxs və ya şəxslər ona məxsus evə qonaq otağının plastik pəncərəsini sıxıb açma yolu ilə daxil olaraq evdən oğurluq etmişdir. Baş vermiş oğurluq nəticəsində ona məxsus evdən 1000 ABŞ dolları, 500 manat nağd pul və 6210 manat dəyərində qızıl zinyət əşyaları oğurlanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 01 sentyabr 2022-ci il tarixdə saat 07:10 radələrində yaşadığı evdən çıxıb işə getmişdir. Onuda qeyd edmişdir ki, o, evdən çıxarkən evin giriş qapısını və həyətin giriş qapısını kilitdən bağlamışdır. Həyat yoldaşı ilə birlikdə yaşayır, həyat yoldaşıda ondan öncə evdən çıxmışdır. Həmin günü, yəni 01 sentyabr 2022-ci il tarixdə saat 17:30 radələrində yaşadığı evə qayıtmış, həyət qapısını olduğu qayda ilə kilitdən açıb evin həyətinə daxil olarkən həyətdə olan evinin mətbəxin plastik pəcərəsində olan nəfəsliyinin torunun cırıq vəziyyətdə olduğunu görüb dərhal evin giriş qapısını kilitdən açıb içəri girərkən evin otaqların dağınıq vəziyyətdə olduğunu görüb evdən oğurluq olduğunu başa düşmüşdür. Bildirmişdir ki, o, evdən çıxarkən plastik pəncərənin nəfəsliyini ev havalanması üçün açıq qoymuşdur. Bu zaman ona məlum olmuşdur ki, evdən oğurluq olmuş. Belə ki, evə girən şəxs evdə olan paltar dolabının içərisindən üst sol gözündən 2500 manat nağd pulu və 01 cüt 250 manat dəyərində qızıl sırğa, 01 ədəd 300 manat dəyərində qadın qızıl boyunbağı, 01 ədəd 500 manat dəyərində sadə enli formalı qadın üzüyü, 01 ədəd 350 manat dəyərində ortasında bir ədəd qaşı olan nişan üzüyü, ümumilikdə 100 manat dəyərində bujiteryalar oğurlanmışdır. O, bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər keçmiş polis əməkdaşları gələrək fotoşəkillər çəkib, protokol tərtib etmişlər. Bildirdiyi kimi həmin şəxs və ya şəxslər ona məxsus evə qonaq otağının plastik pəncərəsini sıxıb açma yolu ilə daxil olaraq evdən oğurluq etmişlər. Ona ümumilikdə 4000 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 Kamran oğlu bildirdi ki, təxminən 3 aya yaxındır ki, “Uber” taksi şirkətində “Toyota Prius” markalı, **-UE-*** dövlət nömrə nişanlı avtomobil ilə taksi sürücüsü kimi işləyir. Təxminən 10 gün bundan öncə Xəzər rayonu, Binə qəsəbəsi, X2rkən Mirasəf, Sübhan və Sərhad ona yaxınlaşaraq Neftçilər metrosuna aparmağını xahiş etmişdir. O, həmin şəxsləri Neftçilər metrosuna aparmışdır. Neftçilər metrosunda olarkən Sərhad adlı şəxs pulu olmadığını, qızılları satdıqdan sonra pulunu verəcəyini bildirmişdir. O, Sərhadla birlikdə Neftçilər metrosunun yaxınlığında yerləşən Uğur Telekom adlı dükana girib onun şəxsiyyət vəsiqəsi ilə qızılzinyət əşyalarını 1950 (min doqquz yüz əlli) manata satmışdır. Sübhan və Mirasəf isə kirayə ev axtarmaq üçün getmişlər. Sərhad qızılları satdıqdan sonra ona 20 (iyirmi) manat pul vermiş, bir ədəd qara rəngli idaman paltarı və bir ədəd ağ rəngli idman ayaqqabısı almışdır. Sonra onlar Nizami rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Titanik” adlı otelə getmişlər. Oteldə olarkən onlar yeyib içmişlər, Sübhan isə özünə qız sifariş etmişdir. O, Binə qəsəbəsinə qayıtmışdır, Sübhan Mirasəf və Sərhad isə oteldə qalmışlar. Əlavə olaraq onuda qeyd etmişdir ki, cəmi bir dəfə qızıl satmağa həmin adlarını qeyd etdiyi şəxslərlə getmişdir. Qızıl dükanında olarkən Sərhad şəxsiyyət vəsiqəsinin üzərində olmadığın bildirdiyi üçün qızlları onun şəxsiyyət vəsiqəsi ilə satmışdır. Mirasəf, Sərhad və Sübhanın qızıl zinət əşyalarını haradan əldə etdiklərini bilməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminin 2 ilə yaxındır ki, Bakı şəhəri Nizami rayonu Neftçilər metrostansiyasının yaxınlığında yerləşən «Uğur Telecom» dükanın içərisində qızıl, gümüş alqı satqısı ilə məşğul olur. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 2022-ci ilin avqust ayının axırlarında işlədiyi dükana əvvəlcədən də tanımadığı iki nəfər oğlan daxil olmuşlar. Həmin şəxslər ona yaxınlaşaraq qızıl satmaq istədiklərini demişlər. Həmin şəxslər biri, adını sonradan bildiyi Şahid1 Kamran oğlu özünə aid olan şəxsiyyət vəsiqəsini təqdim etmiş və bir ədəd qızıl klon, bir ədəd qızıl sep, bir ədəd üzük, bir ədəd ağ qızıl qolbağ, bir ədəd sırğa təqdim etmişlər və o, həmin qızılları tərəziyə qoyub 36.18 qram çəkidə olduğunu görmüş, qızılları Nurlanla, Sərhad adlı şəxsdən ümumilikdə 1950 manata almışdır. Eyni zamanda həmin qızılların oğurluq olub olmaması barədə soruşduqda həmin iki nəfər şəxs, oğurluq olmadığını heç bir narahatçılığının olmadığını, qızılların özünə məxsus olub avtomobili xarab olduğu üçün satdığını bildirmişlər. Həmin qızılları istintaqa təqdim etməyinin mümükn olmadığını, həmin qızıllar müştəridən alındıqdan sonra lom halına salınıb, istifadə olunduğunuda qeyd etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1996-cı ildə Lerik rayonunda doğulmuş Təqsirləndirilən şəxs Gəncə Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən AR Cinayət Məcəlləsinin 333.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 2744 saylı “Əfv” sərəncamına əsasən cəzanın çəkilməmiş hissəsində azad edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 03 il 02 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş cəzasından şərti olaraq vaxtında əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs cəzasının 05 ay 18 gün müddətində çəkilməmiş qalan cəzasında vaxtında əvvəl şərti azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 05 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-kapitanı Rafiq Qarayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 07 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-kapitanı Rafiq Qarayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdə hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4, 69.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində 03 il 02 ay 03 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs çəkilməmiş cəzasından şərti olaraq vaxtında əvvəl azad edilməsi haqqında ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli qərarı ilə Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs cəzasının 05 ay 18 gün müddətində çəkilməmiş qalan cəzasında vaxtında əvvəl şərti azad edilmişdir. Həmin tarixdən cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 05 sentyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar