Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-581/2023 04.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qızının, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Toradi kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Xaşaxuna qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vuran bədən xəsarəti yetirmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşaxuna yaşayış sahəsində fəaliyyət göstərən “Talışlar” adlanan kafedə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, ətrafda olan şəxslərin gözü qarşısında cuzi səbəbdən yaranmış mübahisə zamanı əli ilə qəsdən Zərərçəkmiş şəxs qızının saçından tutub yerə yıxmaqla ona xuliqanlıq niyyəti ilə sağ aşıq baldır oynağının bayır topuğun qapalı sınığı ilə nəticələnməklə yetirildiyi anda sonuncunun sağlamlığının həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığının uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa qəsdən az ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid2 doğma bacısıdır, Qala qəsəbəsində olan Hərbi Şəhərciklə üzbəüz fəaliyyət göstərən “Talışlar” adlı kafeni icarə əsasında işlədir, həm də özü qulluq edir. O da həmin kafedə xidmətçi işləyir. Zərərçəkmiş şəxs qızını və Kərimi müştəri kimi tanıyır. Onların hər ikisi işlədiyi kafeyə müştəri qismində gəlirmişlər. Mahizər son zamanlar keçmiş sevgilisinə görə onu narahat edirmiş, belə ki, Ruslan adlı taksi sürücüsü Mahizərin keçmiş sevgilisi olmuş, o da müştəri qismində Ruslanın avtomobilindən istifadə etmişdir. Buna isə Mahizər narazı imiş və bununla bağlı öz narazılığını bildirmişdir. Bu səbəbdən aralarında əvvəlcədən ədavət olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 21 radələrində Mahizər və Kərim sərxoş vəziyyətdə kafeyə gəlmişlər. Mahizər və Kərim kafedə olan masaların birində əyləşib bir neçə qədəh pivə içmişlər. Həmin ərəfədə Mahizər yenidən onunla mübahisə etməyə başlamış, Güləbətin mübahisə olmaması üçün onlara yaxınlaşmış, onlardan hesabı istəyib, kafedən getmələrini xahiş etmişdir. Kərim hesabı verməkdən imtina etmiş, Güləbətinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışdır. Kərimin Güləbətinin üzərinə getdiyini görüb onların arasına girmiş və aralamaq istəyəndə Kərim saçından tutub onu yerə yıxmış, masanın üzərində olan pivəni başına tökmüşdür. Həmin vaxt Mahizərin də onu vurmaq istədiyini görüb özünü müdafiə etmək üçün onun saçından dartmış və itələyib yerə yıxmış, nəticədə Mahizər ayağından xəsarət almışdır. Mahizəri ondan başqa heç kəs döyməmişdir. Həmin vaxt kafedə 2-3 masada üzdən tanıdığı 7-8 müştəri olmuş, onlar çətinliklə də olsa davadalaşı sakitləşdirmişlər. Kərim onu döymüş, bundan başqa, dava-dalaş zamanı kafenin stol-stulunu da qəsdən dağıtmışdır. Mahizər də ona xəsarət yetirmək istəsə də buna nail ola bilməmişdir. Bundan sonra Mahizər və Kərim kafedən getmişlər. Hadisə təxminən 20 dəqiqə davam etmişdir. Hadisədən bir neçə gün sonra Mahizər ondan şikayətçi olmamaq üçün 200 manat pul istəmiş, o da həmin pulu borc alıb ona vermişdir. İlk dəfə törətdiyi bu əməlləri etiraf edir və peşmançılıq çəkir. Barışmağa cəhd göstərsə Mahizər onunla barışmamışdır. Himayəsində 26 iyul 2015-ci il təvəllüdlü X1 adl bir azyaşlı uşağı vardır, onu təkbaşına böyüdür. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs qızı göstərdi ki, o, azyaşlı övladları ilə birlikdə kirayədə yaşayır, Mərdəkən qəsəbəsində kafelərin birində ofisiant işləyir. Şövkət və Güləbətin Cabbarovaları çoxdan tanıyır, aralarında heç bir ədavətləri olmamış, lakin münasibətləri o qədər də yaxşı olmamışdır. Güləbətini Şəlalə kimi tanımışdır. Aralarında qısqanclıq səbəbindən narazılıqları olmuşdur. xx.xx.2023-cü il tarixdə Kərim ilə təsadüfən “Talışlar” adlı kafenin yaxınlığında görüşmüşlər. Onlar birlikdə kafeyə daxil olub, masaların birində əyləşmiş, spirtli içki olan pivə içmişlər. Həmin tarixdə saat 21 radələrində Şövkət ilə aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Güləbətin onların masasına yaxınlaşmış və hesabı ödəyib getməklərini tələb etmişdir. Kərim isə üzərində pulun olmadığını, bir nəfər yaxınlaşıb pulu ödəyəcəyini bildirmişdir. Bu səbəbdən onların arasında da mübahisə yaranmışdır. Mübahisəyə Şövkət müdaxilə etmişdir. Şövkətin saçından tutub Kərim dartmışdır. Onları aralamaq istəyəndə Şövkət əvvəlcə onun saçını yolmuş, daha sonra onu itələmiş və o, ayaq nahiyəsindən xəsarət almışdır. Kərim ayağından xəsarət aldığını görüb onu xəstəxanaya aparmışdır. Mübahisə təxminən 20 dəqiqə davam etmiş, kafedə olan 2-3 masada 7-8 nəfər olmuş və kafedə dağıntı da olmuşdur. Kərim kafedə olan çayniki divara çırpıb sındırmışdır. Güləbətin onu dartışdırsa da, ona hər hansı şəkildə xəsarət yetirməmişdir. Kərimin Şövkətin başına pivə tökməsini görməsə də, saçından yolmasının şahidi olmuşdur. O, Şövkət ilə barışmamışdır, ondan şikayətçidir. Bunun nəzərə alınaraq törətdiyi əməllərinə görə Şövkətə ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, iki ildən çoxdur ki, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində olan Hərbi Şəhərciklə üzbəüz fəaliyyət göstərən “Talışlar” adlı kafeni icarə əsasında işlədir, həm də özü qulluq edir. Şövkət onun doğma bacısıdır. Zərərçəkmiş şəxs qızını və Kərimi müştəri kimi tanıyır. Onların hər ikisi işlətdiyi kafeyə müştəri qismində gəlirmişlər. Hadisə baş verən vaxt bacısı Şövkət kafedə xidmət edirmiş. Mahizər son zamanlar keçmiş sevgilisinə görə bacısını narahat edirmiş, belə ki, Ruslan adlı taksi sürücüsü Mahizərin keçmiş sevgilisi olmuş, Şövkət isə müştəri qismində bir neçə dəfə Ruslanın avtomobilinə minmişdir. Bu səbəbdən onların arasında əvvəlcədən ədavət olmuşdur. 14 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Mahizərlə Kərim sərxoş vəziyyətdə kafeyə gəlmişlər. Mahizər və Kərim kafedə olan masaların birində əyləşib bir neçə qədəh pivə içmişlər. Həmin ərəfədə Mahizər yenidən Şövkətə keçmiş sevgilisi olan Ruslana görə iradlar bildirməyə başlamış, Şövkət də ona cavab qaytarmışdır. Onların arasında dava-dalaş baş verməməsi üçün kafedən çıxartmaq məqsədilə onlara yaxınlaşmış, hesabı istəyib kafedən getmələrini xahiş etmişdir. Kərim hesabı verməkdən imtina etmiş, ünvanına ucadan nalayiq ifadələr işlətmiş, sonra onu vurmaq istəyəndə Şövkət müdaxilə etmiş, bu səbəbdən Kərim Şövkəti döyərək saçından tutub yerə yıxmış və masanın üzərindən pivə qədəhini götürüb içərisindəki pivəni başına tökmüşdür. Kərim bacısını döyən zaman Mahizər də Şövkəti vurmaq üçün onun üzərinə getmiş, Şövkət onu itələmiş və Mahizər yerə yıxılmışdır. Ətrafda olan 7-8 nəfər müştəri çətinliklə də olsa davadalaşı sakitləşdirmişlər. Kərim bundan başqa, dava-dalaş zamanı kafenin stol-stulunu da qəsdən dağıtmışdır. Bundan sonra Mahizər və Kərim kafedən getmişlər. Mahizəri heç kəs döyməmişdir, onu ancaq Şövkət itələmiş, ola bilsin ki, həmin vaxt xəsarət almışdırKərim onu da döymək istəsə də, buna nail ola bilməmişdir, çünki Şövkət müdaxilə etmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, onun Təqsirləndirilən şəxs ilə əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 14 yanvar 2023-cü il tarixdə saat 21 radələrində spirtli içki qəbul etmək üçün tanışı Mahizərlə birlikdə Qala qəsəbəsində olan Hərbi Şəhərciklə üzbəüz fəaliyyət göstərən “Talışlar” adlı kafeyə getmişlər. Orada bir neçə dəqiqə oturmuşlar. Bu zaman Mahizərlə Şövkət arasında bilmədiyi səbəbdən sözlə mübahisə yaranmışdır. Şövkət həmin kafeni bacısı Güləbətinlə birlikdə işlədirlər. Güləbətin Mahizər və Şövkətə yaxınlaşaraq onları sakitləşdirmək istəmiş, sonra isə onlardan hesabı verərək kafeni tərk etmələrini demişdir. O da Güləbətinə adam gələcəyini, pulu da həmin adamın verəcəyini bildirmiş, Güləbətin isə hesabı dərhal verməyini, əks halda ona qarşı nalayiq ifadələr işlədəcəyini demişdir. Güləbətinə belə bir şey edə bilməcəyini dedikdən sonra mübahisə başlamış və Güləbətinlə Şövkət onun yanında olan Mahizərin üstünə düşmüşlər. O və kafedə olan digər müştərilər həmin mübahisəni sakitləşdirməyə çaslışmışlar, onlar iki bacı Mahizərin bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər. Bundan sonra o, müştərilər arasında üzdən tanıdığı bir nəfər şəxsdən 10 manat borc alaraq hesabı bağlamış və Mahizəri Xəzər rayonunda yerləşən xəstəxanaya aparmışdır. Mübahisə ümumilikdə təxminən 20 dəqiqə davam etmişdir. Şövkətin onun barəsində qeyd etdiklərinin hamısı yalan olmaqla həqiqəti əks etdirmir. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərərək təsdiq etmişdir. İş materiallarında olan Sübutların qiymətləndirilməsi barədə 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işinin materiallarından Şahid1 barəsində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə tibbi ekspertizasının 31 yanvar 2023-cü il tarixli 75 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət – sağ aşıq baldır oynağının bayır topuğunun qapalı sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “X3” X4 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu AZ AĞİR dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 26 iyul 2015-ci il təvəllüdlü X1 adl bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 23 may 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan qəsdən sağlamlığa xuliqanlıq niyyəti ilə az ağır zərər vuran bədən xəsarəti yetirmiş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etməsi onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxsnun ilk dəfə törətdiyi əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnun cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaq hesab edir ki, ona Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2 maddələsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 79.1-ci maddəsinə əsasən Şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən Bu Məcəllənin 79.1-ci maddəsində nəzərdə tutulmuş şəxslər, məhkum edilmiş şəxslər üzərində nəzarəti həyata keçirən müvafiq dövlət orqanının xəbərdarlığından sonra uşaqdan imtina etdiyi və ya uşağı tərbiyə etməkdən boyun qaçırmaqda davam etdiyi halda, məhkəmə həmin orqanın təqdimatı əsasında cəzaçəkmənin təxirə salınmasını ləğv edə və məhkumu cəzanı çəkmək üçün hökmlə müəyyən olunmuş yerə göndərə bilər. Həmin Məcəllənin 79.3-cü maddəsinə əsasən Uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi əməllərini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq və cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün sayaraq, onun Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 79.1-ci maddəsini tətbiq etməklə 26 iyul 2015-ci il təvəllüdlü X1 adlı azyaşlı uşağının on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə salınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 127.2.3 və 221.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnun dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 221.1-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrun etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi onun 26 iyul 2015-ci il təvəllüdlü X1 adlı azyaşlı uşağının on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxsnun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxsnun yaşadığı ərazi üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxsnun hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-581/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-581/2023
04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver