Məhkəmə qərarları › İş №1(003)-583/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-583/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-583/2023 29.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il saat 23 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz daxil olaraq hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində 02 ədəd dəmir qapıları, dəyəri 200 manat olan 01 ədəd pəncərənin dəmir barmaqlığı, həyətdə olan ümumi dəyəri 2000 manat olan köhnə dəmir borular, dəyəri 100 manat olan köhnə radiator, ümumi dəyəri 1800 manat olan armaturlar, evin içərisində olan dəyəri 500 manat olan 01 ədəd paltaryuyan maşını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 5200 manat məbləğində xeyli miqdar ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 yanvar 2023-cü il tarixdən 07 fevral 2023-cü il saat 16:00 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yarımtikili evə qanunsuz daxil olaraq dəyəri 870 manat olan 01 ədəd kondisioner, hər birinin dəyəri 20 manat olan 60 manat dəyərində 03 ədəd vanna, hər birinin dəyəri 30 manat olan 180 manat dəyərində 6 ədəd su vedrəsi, dəyəri 50 manat olan 01 ədəd direl, ümumi dəyəri 200 manat olan kapron mufta və birləşmələr, hər metri 3 manat olan 900 manat dəyərində 300 metr uzunluğunda eletrik naqili, hər metri 5 manat olan 500 manat dəyərində 100 metr uzunluğunda elektrik naqili, hər metri 20 manat olan 10:10 7-lik ölçüdə 240 manat dəyərində 12 metr uzunluğunda profili gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs7 cəmi 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 04 fevral 2023-cü il saat 22:00 radələrindən xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs6 məxsus evin arxa pəncərəsinin dəmir barmaqlıqlarını söküb pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin içərisində olan hər topunun dəyəri 65 manat olan 195 manat dəyərində 3 top elektrik naqili, hər topunun dəyəri 45 manat olan 90 manat dəyərində 2 top elektrik naqili, bir ədəd dəyəri 120 manat olan perefaratoru gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs6 cəmi 405 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,358 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış, xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən maddələrin İ Siyahısına daxil edilən narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 14:45 radələrində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif Mirzəyev küçəsində ərazisində fəaliyyət göstərən “AL” marketin yaxınlığında hərəkət edən zaman saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə gətirilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,358 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 yanvar 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixdə saat 09:00-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində olan yardımçı tikiliyə nəfəslikdən qanunsuz daxil olaraq dəyəri 100 manat olan 2 ədəd dəmir list, dəyəri 30 manat olan 01 ədəd dəmir ling, dəyəri 30 manat olan 01 ədəd bel, ümumi dəyəri 140 manat olan 140 metr uzunluğunda elektrik naqili, dəyəri 200 manat olan cərəyan avtomatı gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 500 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,401 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivinə daşıyaraq üzərində saxlamış, 13 fevral 2022-ci il tarixdə saat 22:15 radələrində Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi, “Araz” marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasına aparılmış və həmin gün saat 22:15 radələrində Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqların birində müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,401 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il saat 20:00-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs5 məxsus evə qanunsuz daxil olaraq evin üzərində olan hər birinin dəyəri 200 manat olan 400 manat dəyərində 2 ədəd plastik qapını, evin içindən 01 metrinin qiyməti 2 manat olan ümumi dəyəri 60 manat olan 30 metr uzunluğunda navalça boruları və dirsəkləri gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs5 cəmi 460 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 mart 2023-cü il saat 23:00-dan xx.xx.2023-cü il saat 05:00-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Murad Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs4 məxsus evə qanunsuz daxil olaraq 70 manat dəyərində olan 50 metr uzunluğunda elektrik naqillərini, evin 2-ci mərtəbəsindəki otaqdan 250 manat dəyərində perefaratoru gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs4 cəmi 320 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il saat 18:00-dan xx.xx.2023-cü 13:30-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə qanunsuz daxil olaraq ümumi dəyəri 800 manat olan 15 bağlama üzlük taxtaları, ümumi dəyəri 30 manat olan 2 ədəd hər biri 3 metr uzunluqda olan dəmir qaz borusu gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs2 cəmi 830 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 aid epizodlar üzrə oğurluq cinayətini törətməmiş, lakin Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 aid epizod üzrə oğurluq cinayətini o, törətmişdir, həmçinin üzərində narkotik vasitə olmuşdur, həmin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 aid epizodlar üzrə oğurluq cinayətlərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiqlər edilmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində üç azyaşlı uşağının olduğunu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs6 dəymiş ziyanı ödədiyini, onlarla barışıq əldə etdiyini, həmin zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində fərdi nömrəsiz evi vardır. Həmin ev təmirsizdi və yaşayış yoxdur. xx.xx.2023-cü il tarixdə saat 18:00-da evdən çıxıb xx.xx.2023-cü 13:30-da evə qayıdanda aşkar etmişdir ki, həyətə hasardan aşıb naməlum şəxslər daxil olub evin pəncərəsini sıxıb açmaqla evə daxil olmuş və evdən ümumi dəyəri 800 manat olan 15 bağlama üzlük taxtaları, ümumi dəyəri 30 manat olan 2 ədəd hər biri 3 metr uzunluqda olan dəmir qaz borusu oğurlamışlar. O dərhal Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən torpaq sahəsini təxminən 1 il müddətdir ki, almış və fərdi yaşayış evi tikmişdir. Həmin evin qapı və pəncərələri olmadığı üçün rahat şəkildə girib çıxmaq mümkündür. Sonuncu dəfə həyətdə 27 yanvar 2023-cü il tarixdə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 16:00 radələrində həyətə daxil olan zaman aşkar etmişdir ki, yarımçıq tikilmiş evə naməlum şəxs və ya şəxslər evə daxil olaraq dəyəri 870 manat olan 01 ədəd kondisioner, hər birinin dəyəri 20 manat olan 60 manat dəyərində 03 ədəd vanna, hər birinin dəyəri 30 manat olan 180 manat dəyərində 6 ədəd su vedrəsi, dəyəri 50 manat olan 01 ədəd direl, ümumi dəyəri 200 manat olan kapron mufta və birləşmələr, hər metri 3 manat olan 900 manat dəyərində 300 metr uzunluğunda eletrik naqili, hər metri 5 manat olan 500 manat dəyərində 100 metr uzunluğunda elektrik naqili, hər metri 20 manat olan 10:10 7-lik ölçüdə 240 manat dəyərində 12 metr uzunluğunda profil oğurlamışlar. O Xəzər RPİ-nin 2ci PŞ-nə ərizə ilə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirdi ki, ünvan 2 ünvanında yerləşən evindən xx.xx.2023-cü il tarixdə çıxmış və xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində yaşadığı evə gələndə aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər həyətə hasarı aşmaqla daxil olaraq evin üstündə olan hər birinin dəyəri 200 manat olan 400 manat dəyərində 2 ədəd plastik qapını, evin içindən 01 metrinin qiyməti 2 manat olan ümumi dəyəri 60 manat olan 30 metr uzunluğunda navalça boruları və dirsəkləri oğurlamışlar. O dərhal Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Ümumilikdə oğurluq nəticəsində 460 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Murad Əliyev küçəsində yaşadığı fərdi evdən xx.xx.2023-cü il tarixdə saat 23:00-da evdən çıxıb xx.xx.2023-cü 05:00-da evə qayıdanda aşkar etmişdir ki, həyətə hasardan aşıb naməlum şəxslər daxil olub evin pəncərələrini əvvəlcə sıxıb açmağa çalışmış, lakin açılmadığı üçün qırıb evə daxil olmuşlar. Evin zirzəmisində olan 70 manat dəyərində olan 50 metr uzunluğunda elektrik naqillərini, evin evin 2-ci mərtəbəsindəki otaqdan 250 manat dəyərində perefaratoru oğurlamışlar. O dərhal Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Ümumilikdə oğurluq nəticəsində 320 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirdi ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən torpaq sahəsini təxminən 1 il müddətdir ki, almışdır. Həmin həyətdə bir mərtəbəli ev tikmişdir. Həmin evdən xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində çıxmışdır. Səhəri gün yəni xx.xx.2023-cü il tarixdə saat 08:40 radələrində həmin ünvana qapını açarkən aşkar etmişdir ki, naməlum şəxs və ya şəxslər evin arxa pəncərəsinin barmaqlıqlarını söküb evin içərisində olan hər topunun dəyəri 65 manat olan 195 manat dəyərində 3 top elektrik naqili, hər topunun dəyəri 45 manat olan 90 manat dəyərində 2 top elektrik naqili, bir ədəd dəyəri 120 manat olan perefarator oğurlanmışdır. O dərhal həmin Xəzər RPİ-nin 2-ci PŞnə ərizə ilə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Ümumilikdə oğurluq nəticəsində 405 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivi ərazisində yerləşən fərdi bağ evində sonuncu dəfə xx.xx.2022-ci il tarixdə olmuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində sözü gedən bağ evinə baş çəkməyə gedərkən müəyyən olunmuşdur ki, bağ evinin giriş darvazasının kilidi sındırılmış, həyətdə olan yardımçı tikililərin üzərində olan hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində 02 ədəd dəmir qapıları, dəyəri 200 manat olan 01 ədəd pəncərənin dəmir barmaqlığı, həyətdə olan ümumi dəyəri 2000 manat olan köhnə dəmir borular, dəyəri 100 manat olan köhnə radiator, ümumi dəyəri 1800 manat olan armaturlar, evin içərisində olan dəyəri 500 manat olan 01 ədəd paltaryuyan maşını oğurlamışlar. O həmin gün gec olduğu üçün müraciət etməmişdir. xx.xx.2023-cü il tarixdə yenidən bağa gələrək yuxarıdakı əşyaların oğurlanmasını dəqiqləşdirdikdən sonra Xəzər RPİ-nin 1-ci PŞ-nə ərizə ilə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Ümumilikdə oğurluq nəticəsində 5200 manat ziyan dəymişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə Atçılıq massivində yerləşən torpaq sahəsini təxminən 1 il müddətdir ki, almışdır. Hər tərəfi hasarlanmışdır. Həyətin içərisində alətləri yığmaq üçün bir otaqlı əl damı tikmişdir. Sonuncu dəfə həyətdə 15 yanvar 2023-cü il tarixdə olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 09:00 radələrində həyətə daxil olan zaman aşkar etmişdir ki, həmin tikilinin nəfəsliyindən daxil olan naməlum şəxs və ya şəxslər orada olan ümumi dəyəri 100 manat olan 2 ədəd dəmir list, dəyəri 30 manat olan 01 ədəd dəmir ling, dəyəri 30 manat olan 01 ədəd bel, ümumi dəyəri 140 manat olan 140 metr uzunluğunda elektrik naqili, dəyəri 200 manat olan cərəyan avtomatı oğurlamışlar. O həmin vaxt işləri olduğu üçün sonradan Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət edərək oğurluq olması barədə məlumat vermişdir. Polis əməkdaşları gəlib baxış keçirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 14:45-də Qüdrətəli adlı şəxsi xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Binə qəsəbəsi Vaqif Mirzəyev küçəsi AL marketin yaxınlığında yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə 3-cü PŞnə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 01 ədəd bükümdə olan heroini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün 1 ədəd bükümdə aldığını bildirmişdir. Həmin büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 14:45-də Qüdrətəli adlı şəxsi xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Binə qəsəbəsi Vaqif Mirzəyev küçəsi AL marketin yaxınlığında yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə 3-cü PŞnə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 01 ədəd bükümdə olan heroini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün 1 ədəd bükümdə aldığını bildirmişdir. Həmin büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı rəhbərliyə raportla müraciət etmiş və həmin şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında xx.xx.2023-cü il tarixdə saat 14:45-də Qüdrətəli adlı şəxsi xarici əlamətlərinə uyğun şəxsə Xəzər rayonu, Binə qəsəbəsi Vaqif Mirzəyev küçəsi AL marketin yaxınlığında yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və üzərində şəxsi axtarış keçirilməsi üçün şöbəyə dəvət etmişlər. Müəyyən olunmuşdur ki, həmin şəxs xx xxxxxx 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şöbəyə getməyə heç bir etiraz etməmiş və birlikdə 3-cü PŞ-nə getmişlər. Orada hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya digər qanunsuz maddə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş maddəni təqdim edib narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin 01 ədəd bükümdə olan heroini Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün 1 ədəd bükümdə aldığını bildirmişdir. Həmin büküm açıldıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd büküm zərfə qoyularaq möhürlənmiş və üzərində imza edilmişdir. Bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/895 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №193 dairəvi möhür əksi olan vət. X1 üzərindən aşkar edilmiş …» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,401 qram ağ kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin» siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/437 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata təqdim edilmiş, üzərində vət. X1 üzərindən aşkar edilmiş …» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,358 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 718 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-dən daxil olmuş 3- 13-11 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus Xəzər rayonu, Binə qəsəbəsində yerləşən evindən baş vermiş oğurluq faktı üzrə həmin evdən hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izlərindən bir ədədi xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (pəncərənin şüşəsindən götürülmüş) əksi ilə eynilik təşkil edir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Qazax Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən AR CM-nin 243-cü maddəsi ilə təqsirli bilinərək, barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2001-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya qərarının 7-ci maddəsinə əsasən azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3 və 69.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 177.2.1, 177.2.3, 67.1 və 68.1.1-ci maddələri ilə təqsirli bilinərək, barəsində 03 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis-kapitanı Nihad Mustafayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 23 yanvar 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 16:15-16:50 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində kristal şəkilli narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 25 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, poliskapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı polis-mayoru İlqar İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 13 fevral 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:10-23:30 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Ramil Mehdiyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, poliskapitanı Rüstəm İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan tutulması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi poliskapitanı Rüstəm İsmayılov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-177/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli AR CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis-kapitanı Rüstəm İsmayılov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-306/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 20 gün, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır. İş materiallarında olan amnistiya aktının tətbiq edilməsi barədə 11 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan oğurluq cinayətləri üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məxsus əmlakların oğurlanması və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, daşıma hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxslərin ifadələrinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məxsus əmlakların oğurlanması və istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edərək daşıması hissəsində cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 məxsus əmlakların oğurlanması hissəsində törədilməsi və istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini əldə edərək daşıması tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, məhkəmə çıxışları zamanı Dövlət ittihamçısı çıxışında Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 18:00-dan xx.xx.2023-cü 13:30-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə qanunsuz daxil olaraq ümumi dəyəri 800 manat olan 15 bağlama üzlük taxtaları, ümumi dəyəri 30 manat olan 2 ədəd hər biri 3 metr uzunluqda olan dəmir qaz borusu gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs2 cəmi 830 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizoddan imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPMin 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir. Ümumiyyətlə, ittihamdan imtina etmək anlayışının təkcə tam deyil, habelə özünün tərkib hissəsinin elementi kimi qismən imtinanı da əhatə etməsini nəzərdə tutan yanaşma «Prokurorluq haqqında» Azərbaycan Respublikasının Qanununda da əksini tapmışdır. Belə ki, həmin Qanunun 19-cu maddəsinin 4-cü bəndində prokurorun ittihamın müdafiəsindən tam və ya qismən imtina etmək səlahiyyəti müəyyən edilmişdir. Beləliklə, CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən “Dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir.” Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, Dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 18:00-dan xx.xx.2023-cü 13:30-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə qanunsuz daxil olaraq ümumi dəyəri 800 manat olan 15 bağlama üzlük taxtaları, ümumi dəyəri 30 manat olan 2 ədəd hər biri 3 metr uzunluqda olan dəmir qaz borusu gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs2 cəmi 830 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizoddan imtinası qəbul edilməli və o, həmin hissədə cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində 02 ədəd dəmir qapıların, dəyəri 200 manat olan 01 ədəd pəncərənin dəmir barmaqlığın, həyətdə olan ümumi dəyəri 2000 manat olan köhnə dəmir boruların, dəyəri 100 manat olan köhnə radiatorun, ümumi dəyəri 1800 manat olan armaturların, evin içərisində olan dəyəri 500 manat olan 01 ədəd paltaryuyan maşınının oğurlanması, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs7 məxsus dəyəri 870 manat olan 01 ədəd kondisionerin, hər birinin dəyəri 20 manat olan 60 manat dəyərində 03 ədəd vannanın, hər birinin dəyəri 30 manat olan 180 manat dəyərində 6 ədəd su vedrəsinin, dəyəri 50 manat olan 01 ədəd direlin, ümumi dəyəri 200 manat olan kapron mufta və birləşmələrin, hər metri 3 manat olan 900 manat dəyərində 300 metr uzunluğunda eletrik naqilinin, hər metri 5 manat olan 500 manat dəyərində 100 metr uzunluğunda elektrik naqilinin, hər metri 20 manat olan 10:10 7-lik ölçüdə 240 manat dəyərində 12 metr uzunluğunda profilin oğurlanması və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus dəyəri 100 manat olan 2 ədəd dəmir listin, dəyəri 30 manat olan 01 ədəd dəmir lingin, dəyəri 30 manat olan 01 ədəd belin, ümumi dəyəri 140 manat olan 140 metr uzunluğunda elektrik naqilinin, dəyəri 200 manat olan cərəyan avtomatının oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Təqsirləndirilən şəxsin ifadəsindən - Zərər çəkmiş şəxslərin ifadəsindən - İfadənin yerində yoxlanılması protokolundan ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş təqsirləndirilən şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı yuxarıda göstərilən oğurluq cinayətləri üzrə özünü təqsirli bilmişdir. Lakin, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs vermiş olduğu ifadəsində həmin oğurluq hadisələrinin onun tərəfindən törədilmədiyini, bu cinayət əməllərini etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edildiyini qeyd etmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər.” Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərər çəkmiş şəxslərin ifadəsinə qiymət verərkən bildirir ki, zərər çəkmiş şəxslər iş üzrə marağı olan şəxslərdir və onlar, yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdır. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi onlara məlum deyildir, onların ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokoluna qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq cinayətlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. Lakin, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin ifadəsinin yerində yoxlanılması zamanı polis əməkdaşları tərəfindən ona təzyiq edildiyini və oğurluq hadisəsinin haradan və necə edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən ona göstərişlər verildiyini qeyd etmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, ifadənin yerində yoxlanılması təqsirləndirilən şəxsin ifadəsidir, onlar yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 ifadələri, ifadənin yerində yoxlanılması protokolu, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il saat 23 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz daxil olaraq hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində 02 ədəd dəmir qapıları, dəyəri 200 manat olan 01 ədəd pəncərənin dəmir barmaqlığı, həyətdə olan ümumi dəyəri 2000 manat olan köhnə dəmir borular, dəyəri 100 manat olan köhnə radiator, ümumi dəyəri 1800 manat olan armaturlar, evin içərisində olan dəyəri 500 manat olan 01 ədəd paltaryuyan maşını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 5200 manat məbləğində xeyli miqdar ziyan vurmaqla oğurluq etməsinə dair epizod, 27 yanvar 2023-cü il tarixdən 07 fevral 2023-cü il saat 16:00 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yarımtikili evə qanunsuz daxil olaraq dəyəri 870 manat olan 01 ədəd kondisioner, hər birinin dəyəri 20 manat olan 60 manat dəyərində 03 ədəd vanna, hər birinin dəyəri 30 manat olan 180 manat dəyərində 6 ədəd su vedrəsi, dəyəri 50 manat olan 01 ədəd direl, ümumi dəyəri 200 manat olan kapron mufta və birləşmələr, hər metri 3 manat olan 900 manat dəyərində 300 metr uzunluğunda eletrik naqili, hər metri 5 manat olan 500 manat dəyərində 100 metr uzunluğunda elektrik naqili, hər metri 20 manat olan 10:10 7-lik ölçüdə 240 manat dəyərində 12 metr uzunluğunda profili gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs7 cəmi 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod və 15 yanvar 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixdə saat 09:00-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində olan yardımçı tikiliyə nəfəslikdən qanunsuz daxil olaraq dəyəri 100 manat olan 2 ədəd dəmir list, dəyəri 30 manat olan 01 ədəd dəmir ling, dəyəri 30 manat olan 01 ədəd bel, ümumi dəyəri 140 manat olan 140 metr uzunluğunda elektrik naqili, dəyəri 200 manat olan cərəyan avtomatı gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs3 məxsus əşyaların oğurlanması hissəsində sübuta yetirilmir və bu səbəbdən cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilməlidir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin tərkib əlamətləri vardır və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.14-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən etdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə AR CM-nin 61.1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin təkrar cinayət törətməsini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs son olaraq Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 67.1 və 68.1.1-ci maddələrinə əsəsən barəsində 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilmiş və o, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 7-ci bəndində əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tətbiq edilmiş azadlıqdan məhrumetmə cəzasından 11 noyabr 2021-ci il tarixli amnistiya qərarına əsasən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edilən yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzaya alternativ cəza təyin edilməsi halında cəzanın məqsədinə nail olmaq mümkün olmayacaqdır. Bu səbəbdən məhkəmə təqsirləndiirlən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə olan halda, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,351 qram psixotrop maddə metamfetamin və 0,308 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 146 (bir yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il saat 23 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə qanunsuz daxil olaraq hər birinin dəyəri 300 manat olan 600 manat dəyərində 02 ədəd dəmir qapıları, dəyəri 200 manat olan 01 ədəd pəncərənin dəmir barmaqlığı, həyətdə olan ümumi dəyəri 2000 manat olan köhnə dəmir borular, dəyəri 100 manat olan köhnə radiator, ümumi dəyəri 1800 manat olan armaturlar, evin içərisində olan dəyəri 500 manat olan 01 ədəd paltaryuyan maşını gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs1 5200 manat məbləğində xeyli miqdar ziyan vurmaqla oğurluq etməsinə dair epizod, 27 yanvar 2023-cü il tarixdən 07 fevral 2023-cü il saat 16:00 radələrinədək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs7 məxsus yarımtikili evə qanunsuz daxil olaraq dəyəri 870 manat olan 01 ədəd kondisioner, hər birinin dəyəri 20 manat olan 60 manat dəyərində 03 ədəd vanna, hər birinin dəyəri 30 manat olan 180 manat dəyərində 6 ədəd su vedrəsi, dəyəri 50 manat olan 01 ədəd direl, ümumi dəyəri 200 manat olan kapron mufta və birləşmələr, hər metri 3 manat olan 900 manat dəyərində 300 metr uzunluğunda eletrik naqili, hər metri 5 manat olan 500 manat dəyərində 100 metr uzunluğunda elektrik naqili, hər metri 20 manat olan 10:10 7-lik ölçüdə 240 manat dəyərində 12 metr uzunluğunda profili gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs7 cəmi 3000 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod, 15 yanvar 2023-cü il tarixdən 12 fevral 2023-cü il tarixdə saat 09:00-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq massivində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində olan yardımçı tikiliyə nəfəslikdən qanunsuz daxil olaraq dəyəri 100 manat olan 2 ədəd dəmir list, dəyəri 30 manat olan 01 ədəd dəmir ling, dəyəri 30 manat olan 01 ədəd bel, ümumi dəyəri 140 manat olan 140 metr uzunluğunda elektrik naqili, dəyəri 200 manat olan cərəyan avtomatı gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs3 cəmi 500 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-in 43.1.1-ci maddəsinə əsasən, yəni dövlət ittihamçısı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 18:00-dan xx.xx.2023-cü 13:30-dək olan müddət ərzində vahid niyyətlə əhatə olunmuş qəsdlə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Nizami Abbasov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evə qanunsuz daxil olaraq ümumi dəyəri 800 manat olan 15 bağlama üzlük taxtaları, ümumi dəyəri 30 manat olan 2 ədəd hər biri 3 metr uzunluqda olan dəmir qaz borusu gizli olaraq talayıb zərər çəkmiş Zərərçəkmiş şəxs2 cəmi 830 manat məbləğində ziyan vurmaqla oğurluq etməsinə dair epizoddan imtina etdiyi üçün həmin hissədə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına həmin hissədə xitam verilsin. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələrindən həmin Məcəllənin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 04 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,351 qram psixotrop maddə metamfetamin və 0,308 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 146 (bir yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X5, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, ümumilikdə 330 (üç yüz otuz) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar