Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-583/2024 01.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında şikayət verən şəxs X8 xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Xüsusi ittiham qaydasında şikayət vermiş X3 Aytən Təvəkgül qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət ərizəsində qeyd etmişdir ki, o, xx.xx.1966-cı il tarixində anadan olmuşdur. O, təxminən 2018-ci ilin fevral ayında "Facebook" sosial şəbəkəsi vasitəsilə xx.xx.1973-cü il təvəllüdlü X6 (Əlaqə: (051)795-95-52) ilə onun "Ayten Qasımova" adlı "Facebook" hesabından tanış olmuşdur. Onların arasında "Facebook" sosial şəbəkəsi vasitəsilə dostluq münasibətləri yaranmışdır. Orada onların yazışmaları olurdu və onlar bir-birini daha yaxşı tanıyırmışdır. O, artıq onunla özü ilə bağlı demək olar ki, hər şeyi danışmağa başlamışdır. Onların arasında gedən yazışmalardan sonra o, onun rəsmi olaraq evli olduğunu və X10 (Əlaqə: (050) 975-88-14) adlı övladı olduğunu öyrənmişdir. Onun özünün də ona dediyinə görə onun evliliyi yalnız rəsmi evlilik kimi mövcuddur və onun həyat yoldaşı 10 ildir ki, Rusiya Federasiyasında yaşayır, onlar arasında heç bir münasibət qalmamışdır. Onun özünün dediyinə görə onlar rəsmi olmasalar da, faktiki olaraq boşanmışlar. Bu məlumatları X6 özü ona danışmışdır. Artıq bir müddət sonra onlar aralarında olan münasibət dostluq münasibətini də keçməyə başlamışdır. Belə ki, onlar daha yaxın münasibətlər qurmağa başlamışdır. Bu müddətdə də onlar davamlı olaraq danışır və münasibətlərini irəlilətmişlər. Bu da bir müddət davam etmişdir. Lakin daha sonra X6 ondan ayrılmaq istədiyini bildirmişdir. O, bunun səbəbini ondan soruşduqda isə o, ona heç bir səbəb olmadığını və ayrılmaq istədiyini bildirmişdir. Bundan sonra o, dəfələrlə onunla görüşüb bu məsələyə aydınlıq gətirmək istəmiş, lakin o onunla görüşməkdən imtina etmişdir. O, bir müddət sonra ortaq dostları vasitəsi ilə də görüşüb bu məsələləri həll etmək istəsə də, bunun da bir faydası olmamışdır. X6 ondan ayrıldıqdan sonra başına gələn hər bir pis hadisənin günahkarı olaraq onu görməyə başlamış və onu daima hər kiçik məsələ üstündə təqsirləndirmişdir. Onun heç bir şey etmədiyi halda ona böhtanlar atmağa başlamışdır. Artıq bu məsələlər həm mahiyyət, həm də kəmiyyət etibarilə böyümüşdür. Belə ki, onun evində pəncərə qırıldığına görə X6 onu bu hadisədə səbəbkar olaraq görmüş və bununla bağlı polisə də şikayət etmişdir. Lakin ortada heç bir sübut və əsas olmamışdır. Sadəcə ona atılan böhtanla onun barəsində Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə inspektoru, polis mayoru X14 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024cü il tarixli, MN ******* saylı və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmişdir. Nəticədə tamamilə əsassız və qanunsuz olaraq, sadəcə X6 və onun şahidlərinin ifadələrinə əsasən qərar qəbul edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Son olaraq o, X4 əsassız böhtanlarına görə 15 gün inzibati həbsdə qalmalı olmuşdur. Buna rəğmən o, yenə də ona qarşı heç bir şey etməmiş və öz hüquqlarını qanuni yolla əldə etməyə çalışmışdır. O, dəfələrlə öz böhtanları ilə onu ona qarşı hər hansısa qanunsuz hərəkətlər etməyə təşviq etsə də o, heç zaman buna aldanmamışdır. Qeyd etdiyi hadisə zamanı da onun heç bir günahı olmadığı halda onu hər yerdə bu hadisənin səbəbkarı kimi qələmə vermişdir. Nəticə olaraq onu tanıyan insanlar da artıq onun bu hərəkətləri etdiyini zənn etmişlər. Bu isə cəmiyyət içərisində onun nüfuzdan düşməyimə səbəb olmuşdur. X1 bundan öncə də onun barəsində hüquq-mühafizə orqanlarına şikayətlər etmişdir. Lakin bu şikayətlərin hər biri böhtan xarakterli düzgün olmayan məlumatlara əsaslanmışdır. Bu şikayətlər əsasında hətta məhkəmə prosesləri də keçirilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsində olan məhkəmə prosesləri zamanı X4 şikayətlərinin yetərli əsası olmadığı üçün inzibati işə xitam edilmişdir. Lakin bu yekun məhkəmə aktı ona təqdim edilmədiyinə görə bu qərarı hazırda məhkəməyə təqdim edə bilmir. Bu qeyd etdikləri də onun cəmiyyət içərisində nüfuzdan düşməyinə səbəb olmuşdur. X4 ona qarşı yönəlmiş əməlləri bununla da bitməmişdir. O, özünə edilən hər bir şeydə hər zaman onu günahkar kimi görmüşdür. Belə ki, onun dediyinə görə onun "Ayten Qasımova" adlı "Facebook" hesabına bəzi fərqli "Facebook" hesabları tərəfindən təhqiramiz ifadələr yazılmışdır. Onun bu məsələni ictimailəşdirdiyi ana qədər onun bundan xəbəri olmamışdır. Lakin o bu məsələdə də onu günahkar kimi görmüşdür. Bu dəfə də o bununla kifayətlənməmiş və hər kəsə açıq olan "Facebook" hesabı ilə bu məsələni öz xeyrinə yozaraq paylaşmışdır. Bu paylaşım ilə o, onun şərəf və ləyaqətini alçaltmış, onu təhqir etmiş və etmədiyi bir şeyi onun etdiyini deyərək ona böhtan atmışdır. Belə ki, o bu paylaşımda onun ona bəzi fərqli "Facebook" hesablarından təhqiramiz ifadələr yazdığını qeyd etmiş və ona “şərəfsiz”, "şərəfini itirmiş" və s. digər təhqirlər etmişdir. O, bu paylaşımı da telefon vasitəsilə çəkərək məhkəməyə göndərmişdir. Qeyd edir ki, bu paylaşım hələ də X4 "Facebook" hesabında qalmaqdadır. Bu paylaşımın özündən də görünür ki, burada onun şərəf və ləyaqətim alçaldılmışdır. Bu isə kütləvi olmuş və bir çox insanın da bunu görməsinə səbəb olmuşdur. Paylaşımdan da görünür ki, bunu bir çox insanlar görmüşdür. Bu şəxslərin arasında onların ortaq tanışları da olmuşdur. Onlar da onun haqqında yazılan bu fikirləri görmüşlər. Bu isə onların onun barəsində fərqli düşüncə yaratmasına səbəb olmuşdur. Onu tanıyan və ya tanımayan bir çox insan onun barəsində yanlış fikirlər oxumuş və onun barəsində yazılan təhqir və böhtanları görərək onun barəsində yanlış məlumatlanmışlar. Paylaşımda onun adı və soyadı da qeyd olunmuşdur. Həmçinin sözügedən paylaşımda müəyyən şəxslər rəy yazaraq fikir bildirmişlər. Burada da digər şəxslərin X4 yalan və böhtanlarına inandıqlarını tam olaraq görmək mümkündür. Belə ki, bu paylaşımın rəylərində də ona heç xoş olmayan sözlər yazılmışdır. Bu rəyləri də telefon vasitəsilə çəkmiş və məhkəməyə şəkillərini göndərmişdir. Həmçinin bu böhtanların insanlarda, cəmiyyətdə yaratdığı təsiri bu paylaşıma verilmiş reaksiyalardan da görmək mümkündür. X6 öz yalanları ilə hər kəsi aldatmış və ona ağır böhtan atmış, onu təhqir etmiş və bütün bunları hər kəsin görməsi üçün etmişdir. Nəticədə, onun cəmiyyət və insanlar arasında olan nüfuzu sarsılmışdır. Onu tanıyan şəxslərin ona qarşı olan münasibəti dəyişmiş və bəzi insanlar onu yanlış tanımışdır. Onun barəsində yayılan bu xəbərlərin heç bir əsası yoxdur. X4 payılaşımında görünən şəkillərdə heç bir şey aydın deyil. X6 heç bir əsas olmadan ona böhtan atmış və təhqir etmişdir. Bunların nəticəsində ona qarşı dəyişən münasibət və fikirlər onu çox narahat edir. X4 etdiyi bu əməllərin davamlı olması da bu fikirlərə təsir edir. O, isə artıq ona qarşı dəfələrlə edilən bu böhtanların bitməsini istəyir. Artıq sonuncu dəfə kütləvi halda ona təhqir edilərək şərəf və ləyaqətinin alçaldılması bu məsələdə onun səbr kasasını doldurmuşdur. Lakin o, yenə də X5 qarşı yalnız hüquqi qaydada mübarizə aparır. Qeyd edir ki, sözügedən paylaşım 6 aprel 2024-cü il tarixdə edilmişdir. Bu paylaşım ilə X2 İşlər Nazirliyinə şikayət edəcəyi və araşdırma aparılacağını qeyd etmişdir. O da buna etiraz etmir və özü də bu məsələnin araşdırılmasını istəyir. Çünki o, özü heç bir qanunsuz əməl etməmişdir. Buna görə də bu paylaşımdan sonra özü şikayət etməmiş və gözləmişdir ki, məsələ araşdırılsın. Lakin heç bir şikayət və araşdırılma edilmədi. Ona görə də o, indi xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edir. O, bütün bu yayılan şaiyələrin və ona deyilən ittihamların böhtan olduğunu sübut etmək, cəmiyyətdə düşmüş nüfuzumu qaldırmaq, onun haqqındakı yayılmış fikirlərin yanlış olduğunu göstərmək və əsas da tərəfdən olan bu böhtanların dayandırılması üçün məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X13 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, X6 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayətdən imtina edir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətdən imtina edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə, şikayət vermiş şəxs X8 müraciətini nəzərə alaraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, X6 barəsində verdiyi xüsusi ittiham qaydasında şikayət ərizəsinin icraata qəbul edilmədən geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 300.1 və 300.1.3-cü maddələrinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunmasıdır. CPM-in 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 nömrəli Qərarının: 15-ci bəndinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə işlərə baxarkən məhkəmələrin diqqəti zərər çəkmiş şəxsin irəli sürdüyü ittihamı müdafiə etmək hüququnun təmin edilməsinə dair prosessual normaların tələblərinə əməl edilməsinə yönəldilməlidir. Xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərər çəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir; 17-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam həmçinin xüsusi ittihamçının irəli sürdüyü ittihamdan imtina etdiyi və ya üzrlü səbəblər göstərmədən təkrarən məhkəmə iclasına gəlmədiyi hallarda da verilir (CPM-in 43.1.1 və 43.2-ci maddələri). Məhkəmə tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla xitam verilməsi haqqında qərarın qəbul edilməsi zərərçəkmişin təkrarən eyni ittiham üzrə məhkəməyə müraciət etməsini istisna edir. Məhkəmə, yuxarıda sadalanan normaları rəhbər tutaraq qeyd edir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayətindən imtina etdiyi üçün xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə X13 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduqdan sonra 20 gün müddətində qərarı qəbul etmiş Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-583/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-583/2024
01.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver