Məhkəmə qərarları › İş №1(003)-583/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-583/2025

03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-583/2025 03.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X9 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Quba rayonu Aşağı Xuc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Binəqədi rayonu, Xocaəsən qəsəbəsi, yeni yaşayış massivində kirayə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə cinayətdən xəbərsiz X2 vasitəsilə 2025-ci ilin fevral ayında tanış olduğu Zərərçəkmiş şəxs daha yüksək əməkhaqqı olan Azərbaycan Dövlət Neft Şirkətinin “SOCAR” şirkətinə sürücü kimi işə düzəltmək istədiyini bilib 02 mart 2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən 8ci kilometr bazarının içərisində yerləşən kafedə görüşüb tanış olduqdan sonra özünü ona işgüzar şəxs kimi təqdim edib geniş əlaqələri olduğunu bildirərək 3.000 (üç min) manat məbləğində pul verdiyi halda onu “SOCAR” şirkətinə sürücü kimi işə düzəltdirə biləcəyinə dair yalan vəd verib, sonradan isə işə girmək üçün lazım olan sənədlərini siyahısını da Zərərçəkmiş şəxs verib hazır olduqdan sonra həmin sənədləri ondan alıb bir daha inandırmaqla aldadaraq razılaşdıqdan sonra, Zərərçəkmiş şəxs öz tanışı olan X4 istifadəsində olan 5239-1517-7435-9858 kart nömrəsini və X5 istifadəsində olan 5522- 0993-6718-1864 bank kart nömrəsini verib hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus 400 manat məbləğində pulu 08 mart 2025-ci il tarixdə saat 13:30 radələrində ünvan 3 ünvandakı “Oba” marketin salonunda yerləşən “Mpay” ödəniş terminalı vasitəsilə X5 istifadəsində olan 5522******** 1864 bank kart hesab nömrəsinə köçürtdürməklə Elçin Əliyevdən alaraq, 350 manat məbləğində pulu 11 mart 2025-ci il tarixdə saat 17:14 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu 4-cü sahə ünvanında yerləşən marketin salonunda yerləşən “Milli Ön” ödəniş terminalı vasitəsilə X4 istifadəsində olan 5239********9858 bank kart hesab nömrəsinə köçürtdürməklə Yeganə Ağayevadan alaraq, 2.150 manat məbləğində pulu 13 mart 2025-ci il tarixdə saat 21:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni yaşayış massivində Zərərçəkmiş şəxs yaşadığı nömrəsiz fərdi yaşayış evinin qarşısında ondan əlbəəl alaraq, 100 manat məbləğində pulu 15 mart 2025-ci il tarixdə saat 20:16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Yeni yaşayış massivində yerləşən yaşadığı fərdi yaşayış evində olduğu vaxt oradan istifadəsində olan Zərərçəkmiş şəxs ***- ***-**-** nömrəli mobil telefonun tətbiqi vasitəsilə X4 isitifadəsində olan 5239********9858 bank kart hesab nömrəsinə köçürtdürməklə Yeganə Ağayevadan alaraq, Zərərçəkmiş şəxs məxsus olmaqla əldə etdiyi cəmi 3.000 manat məbləğində pulu şəxsi ehtiyaclarına sərf edib verdiyi vədə əməl etməyərək etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumillikdə 3.000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o xx xxxxxx 1990-cı il tarixdə Quba rayonu, Aşağı Xuc kəndində doğulmuşdur. Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, yeni yaşayış massivi ünvanında kirayə yaşayır. Heç bir yerdə işləmir. 08 mart 2025-ci il tarixdən 13 mart 2025-ci il tarixədək olan müddətdə “Socar” şirkətinə sürücü kimi işə düzəltmək adı ilə Zərərçəkmiş şəxs cəmi 3.000 ( üç min) manat pul almışdır. Mehman ilə onu keçmiş tanışı Vüsal adlı şəxs tanış etmişdir. Vüsal ilə təxminən 2-3 il bundan əvvəl reklam çəkilişlərinin birində tanış olmuşdur. 08 mart 2025-ci il tarixində onun göndərdiyi Elçin adlı şəxsə məxsus 5522-0993-6718-1864 nömrəli bank kartına 400 manat, 11 mart tarixində isə onun Zərərçəkmiş şəxs göndərdiyi Yeganə Ağayevaya məxsus 5239-1517-7435-9858 nömrəli bank kartına isə 350 manat pulu Mehman yollamışdır. 13 mart 2025-ci il tarixində isə o taksi ilə axşam saat 9-dan sonra Zərərçəkmiş şəxs yaşayadığı yerə, yəni Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni sahə ünvanına gedib ondan 2150 manat pulu ondan nağd şəklində almışdır. Sonuncu dəfə 100 manat pulu isə 15 mart 2025-ci il tarixdə Yeganə Ağayevay məxsus 5239-1517-7435-9858 nömrəli karta Mehman atmış və o pulu da əldə etmişdir. Bundan sonra o Mehmana onu sürücü kimi işə düzəltməsi ilə bağlı bir neçə sənədləri toplamasını bildirmişdir. Daha sonra isə ona verdiyi vəd alınmadığı üçün ona bir neçə dəfə yalan danışaraq məsələni həll edəcəyini ya da ki, ondan aldığı pulu geri qaytaracağını bildirmişdir. Bundan sonra maddi baxımdan problemləri olduğundan bu zamana qədər də Mehmanın 3000 manat pulunu qaytara bilməmişdir. Hazırda o, Mehmana 3000 manat pulu qaytarmışdır, onunla barışmışdır. Buna görə də icraata xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o bazarda çay satmaqla məşğuldur. 2025-ci ilin fevral ayının sonlarında uşaqlıq dostu olan Vüsal Qələndərov ona “Whatsapp ” vastəsilə “SOCAR”-da sürücü vəsifəsinə işçi tələb olunması ilə bağlı mesajın surətini göndərmişdir. Bundan sonra Vüsal ilə əlaqə saxladıqda o, ona bir nəfər tanışının nömrəsini göndərib onunla əlaqə saxlayıb ətraflı danışmağı məsləhət görmüşdür.O da onun göndərdiyi 051-772- 35-69 nömrəsi ilə əlaqə saxlamışdır. Həmin şəxslə 02 mart 2025-ci il tarixdə saat təxminən 19:00 radələrində 8-ci KM bazarının içərisindəki kafedə görüşmüşdürlər. Söhbət zamanı həmin şəxs özünü Hikmət kimi təqdim etmiş və Vüsalı yaxından tanıdığını və onu “SOCAR” şirkətinə 1375 manata işə düzəldəcəyini bildirmişdir. Bundan sonra o, ona heç bir məvacibin lazım olmadığını, lakin işə düzəltmə məsələsində ümumi 4 nəfər olduqlarını, onaların hər birinə 1.000 manat pul vermək lazım olduğunu bildirmişdir. Beləliklə, o onu “SOCAR” şirkətinə işə düzəltməsinin müqabilində 3.000 manat pul istəmişdir. Bundan sonra o Vüsala zəng vuraraq Hikmətin ondan pul istədiyini bildirmişdir. Vüsal da ona bildirmişdir ki, pul məsləsinə qarışmır və bu məsələləri o danışıb razılaşdırmalıdır. Bundan sonra o qərara gələrək bankdan kredit götürüb işlərini həll etmişdir. Bu məqsədlə xx.xx.2025-ci il tarixdə “Beynəlxalq Bank” dan anası Fəridə Məmmədovanın adma 3.180 manat kredit götürmüşdür. Hikmət adlı şəxs ona işə düzəlmək üçün lazım olan sənədlərin siyahısını göndərmiş və o onun göndərdiyi siyahı üzrə sənədləri toplamağa başlamışdır. Onun həmin sənədləri toplamağa ümumilikdə 200 manat xərci çıxmışdır. Həmin sənədləri topladıqdan sonra xx.xx.2025-ci il tarixdə Hikmətə zəng vurub sənədlərin hazır olması barədə məlumat vermişdir. O da ona “Whatsapp ’’vastəsilə kart göndərərək həmin karta 400 manat göndərməyini istədi. O də həmin tarixdə onun göndərdiyi karta 400 manat pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə Hikmət ona yenidən “Whatsapp ” vastəsilə mesaj yazaraq digər kartın şəklini göndərmiş və həmin karta 350 manat pul göndərməyini istəmişdir. O da onun dediyi tarixdə onun göndərdiyi digər karta 350 manat pul göndərmişdir. xx.xx.2025-ci il tarixdə Hikmət ona gecə zəng vurub sənədləri götürmək üçün onun yaşadığı ünvana gəlməli olduğunu bildirmişdir. O da yaşadığı evdə olduğundan ona konum göndərmişdir. Biraz keçdikdən sonra Hikmət ona zəng vuraraq həmin konuma çatdığını bildirmişdir. O onu qarşılayıb sənədləri ona vermişdir. Qalan 2.150 manat məbləğin də hazır olduğunu bildirmişdir. Bundan sonra Hikmət ondan 2.150 manatı da götürüb sağollaşıb getmişdir. Bundan sonra o ona tezliklə işə qəbul olunacağımı bildirib sağollaşıb getmişdir. 15 mart 2025-ci il saat 20:16-da isə kart vasitəsilə 100.00 AZN pul göndərmişdir. Sonra onunla əlaqə saxladıqda müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonralar zaman keçdikdə o onu ələ salan mesajlar göndərmiş və sonra onu bloka atmış və vədini yerinə yetirməyərək nə pulunu qaytarmış nə də işə düzəltmişdir. Hazırda ona vurulmuş ziyan ödənilmişdir, şikayət və tələbi yoxdur, təqsirlənsdirilən şəxslə barışmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş “DVD diskə baxış keçirilməsi barədə” 19 avqust 2025-ci il tarixli protokoldan görünür ki, diskdə 01 ədəd xx.xx.2025-ci il tarixdə saat 20:16-da 5522********0316 nömrəli kartdan 5239********9858 nömrəli karta 100 (yüz) manat pulun göndərilməsi qəbzi və Zərərçəkmiş şəxs göndərilmiş 11 ədəd səs yazısı olmuşdur.Bu səs yazılarından istintaq üçün əhəmiyyət kəs edən səslərdən olan 17.49.17(4) nömrəli səs yazısının 4.38-4.44 saniyələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ”mən böyük summalı işlərə boyun durmuram bu işlər üçün 3.000 manat lazımdır” ifadəsini işlətmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş "xxxx" ASC-nn xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 523915******9858 №li plastik kart X7ma məxsusdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş "xxxx"ASC-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 5239-0993- 6718- 1864 saylı plastik kart X6 məxsusdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş DVD diskdə olan səsyazılarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs böyük tele kanalların çəkilişlərində iştirak etdiyini onun çox geniş ətrafının olmasını və Zərərçəkmiş şəxs bu iş ilə həyatının dəyişəcəyi ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar verməsi bildirilir. Bundan əlavə bu işin həll olunması üçün ümumillikdə 3.000 manat pulun lazım olduğunu bildirir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş qəbzdən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi. Südçülük sovxozu, 4-cü sahə ünvanında yerləşən “MilliÖn” terminalından xx/xx/2025-ci il saat 17:14:09-da 523915********9858 nömrəli karta 350.00 (AZN) göndəlimişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Zərərçəkmiş şəxs təqdim etdiyi qəbzdən görünür ki, ünvan 8 ünvanında “mpay” vasitəsilə xx.xx.2025-ci il saat 13:30-da 5**************** 1864 nömrəli karta 400.00 AZN göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində axtarış elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş 3 saylı İstintaq Təcridxanasının xx.xx.2026-cı il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, zərərçəkmiş şəxsin təqdim etdiyi qəbz fotoları və DVD disk maddi sübut qismində tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, üç min manat ziyan Təqsirləndirilən şəxs valideynləri tərəfindən ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, onun azadlığa buraxılmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcud olduğundan o, cinayət məsuliyyətində azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına bəraətverici əsas olmadan xitam verilməli və Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 manat məbləğində, cəmi 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.3.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə zərərçəkmiş şəxsin təqdim etdiyi qəbz fotoları və DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 manat, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 manat məbləğində, cəmi 440 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar