Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-585/2022 17.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs iştirakı ilə, 17 noyabr 2022-ci il tarixdə, Bakı şəhərində Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1975-ci ildə Balakən rayonu Mahamalar kəndində doğulmuş, evli, Balakən rayonu, Mahamalar Ə/D, Mahamalar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 25 avqust 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən yaşadığı evdə sərxoş vəziyyətdə arvadı X2 ilə aralarında yaranmış mübahisə zəminində əl ilə, ayaqla, bel sapı ilə, məişət əşyaları ilə qəsdən vurub ona baş-beynin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, alının hematoması, boynun, sol və sağ bazunun, hər iki dirsəyin, sol saidin, belin, sağ kürəkaltı nahiyənin, sol dizin qançırları, sağ ayağın sıyrığı ilə nəticələnən xəsarətlər yetirib sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Balakən rayonu, Mahamalar kəndində qeydiyyatda olmaqla ailəsilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evdə yaşayır. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs qızı onun arvadıdır, onunla 2015-ci ildə ailə həyatı qurmuşdur. Bildirmişdir ki, 25 avqust 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən yaşadıqları evdə evə sərxoş vəziyyətdə gəldiyinə görə Sahilə ona irad bildirmiş, bununla bağlı aralarında düşən mübahisə zəminində əsəbləşib əli və ayağı ilə, bel sapı və məişət əşyaları ilə Sahilənin bədəninin müxtəlif nahiyyələrinə vurub ona xəsarət yetirmişdir. Bundan sonra Sahilə evdən çölə qaçmış, o, isə əsəbləri soyumadığına görə evdə olan qab-qacaqları da sındırmışdır. Bir qədər sonra polis əməkdaşları yaşadığı evə gələrək onu Polis şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, onunla 2015-ci ildə ailə həyatı qurmuşdur. Bildirmişdir ki, 25 avqust 2022-ci il tarixdə təxminən gecə saat 01 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən yaşadıqları evdə evə sərxoş vəziyyətdə gəldiyinə görə ona irad bildirdiyinə görə aralarında düşən mübahisə zəminində əl ilə, ayaqla, bel sapı ilə, məişət əşyaları ilə bədəninin müxtəlif nahiyyələrinə qəsdən vurub baş, alın və boyun nahiyyələrinə, sol və sağ qollarına, hər iki dirsəyinə, bel və sağ kürəkaltı nahiyəsinə, sol diz nahiyyəsinə, sağ ayağına xəsarətlər yetirmiş, həmin vaxt o, çətinliklə də olsa onun əlindən çıxıb evdən çölə qaçmışdır. Bu zaman o, evdə olan qab-qacaqları da sındıraraq yararsız hala salmışdır. Bundan sonra o, 102 xidmətinə zəng etmiş və bir qədər sonra polis əməkdaşları yaşadığı evə gələrək onu Polis şöbəsinə aparmışlar. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 27 avqust 2022-ci il tarixli 1120 saylı rəyinə əsasən S.R.Nağıyevanın bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş-beynin silkələnməsi halında olan qapalı kəllə beyin travması, alının hematoması, boynun, sol və sağ bazunun, hər iki dirsəyin, sol saidin, belin, sağ kürəkaltı nahiyənin, sol dizin qançırları, sağ ayağın sıyrığı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, S.R.Nağıyevanın bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qızı ilə barışdığı, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qızı tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci ildə Balakən rayonunda doğulmuş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.1992-ci il tarixli qərarına əsasən AR CM-nin 88-1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 10 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. AR Milli Məclisin xx.xx.1992-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs çəkilməmiş cəzası 1/3 qədər azaldılmış, üzərində 06 il 05 ay 28 gün müddətində cəzası saxlanılmışdır. xx.xx.1999-cu il tarixdə AR Milli Məclisin xx.xx.1998-ci il tarixli amnistiya qərarının 5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azad edilmişdir. Zaqatala Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən AR CM-nin 93-3-cü maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək barəsində 02 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2001-ci il tarixdə AR Milli Məclisin xx.xx.2001-ci il tarixli amnistiya qərarının 1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azad edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 213.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində 02 il dövlət və yerli özünüidarə orqanlarında vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən AR CM-nin 213.2.2, 66.4 və 66.5-ci maddələri ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində 03 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 213.1 və 66.5-ci maddələri ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində 03 il dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 06 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında xx.xx.2017-ci il tarixli qanunu tətbiq edilərək Təqsirləndirilən şəxs cəzası 05 ilə endirilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 213.2.2, 66.2 və 66.5-ci maddələri ilə Təqsirləndirilən şəxs təqsirli bilinərək barəsində 03 il maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 05 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut yoxdur İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 09 saata görə 54 (əlli dörd) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-585/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-585/2022
17.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver