Məhkəmə qərarları › İş №1(003)-586/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-586/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-586/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29.177.2.2, 177.2.3, 29.177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 02 mart 2022-ci il tarixdə saat 01 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəniz Sahil küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus yaşayış olmayan yeni inşa edilmiş fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub hər bir metri 3,30 manat olmaqla 600 metr uzunluğunda ümumi dəyəri 1980 manat təşkil edən 3 xətli, 4 mm-lük mis naqili, hər bir metri 2,20 manat olmaqla 800 metr uzunluğunda ümumi dəyrəi 1760 manat təşkil edən 3 xətli, 2,5 mm-lik mis naqili, hər bir metri 0,45 manat olmaqla, 400 metr uzunluğunda ümumi dəyəri 180 manat təşkil edən 1 xətli 1,5 mm-lik mis naqili, hər bir metri 0,40 manat olmaqla 1200 metr uzunluğunda ümumi dəyəri 480 manat təşkil edən yanmaz boruları gizli talayıb Zərərçəkmiş şəxs6 ümumilikdə 4500 (dörd min beş yüz) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əmisi oğlu X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 09 aprel 2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalıq bağ Massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub oradan 1.000 manat dəyərində 01 ədəd «Lexon» markalı kombi aparatını, 11 aprel 2022-ci il tarixdə saat 12 radələrində əmisi oğlu X5 və şəxsiyyəti istintaqa məlum olmayan tanışı «Pənah» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında yenidən Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi, Albalıq bağ Massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub oradan oradan ümumi dəyəri 50 manat olan 05 ədəd elektrik işığını (spotları), ümumi dəyəri 500 manat olan 02 ədəd istilik sisteminin qızdırıcılarını (radiatoru), 60 manat dəyərində hamam otağında yerləşən quruducunu (suşilkanı) və 300 manat dəyərində müxtəlif ölçülü aliminium qazan və tavaları vahid niyyətlə əhatə olunan qəsdə gizli olaraq talayyıb Zərərçəkmiş şəxs5 ümumilikdə 1910 (min doqquz yüz on) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 15 aprel 2022-ci il tarixdə saat 02 radələridə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış olmayan yeni inşa edilmiş fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub oradan otaqlara çəkilmiş 600 metr uzunluğunda mis naqili və 200 metr uzunluğunda elektrik naqillərini gizli talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 560 (beş yüz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan tanışı «Pənah» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 28 aprel 2022-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə mətbəxin pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub hər biri 10 seksiyalı (gözlü), ümumi dəyəri 800 manat təşkil edən 04 ədəd istilik sisteminin qızdırıcılarının (radiatoru), hamamda və mətbəxdə olan ümumi dəyəri 130 manat təşkil edən 04 ədəd su arko-vintilləri, həyətdə olan əl damında quraşdırılmış 1.200 manat dəyərində Türkiyə istehsallı 01 ədəd kombi aparatını, 80 manat dəyərində 01 ədəd su matorunu və dəyəri 150 manat olan «LG» markalı televizorun daxilində olan bahalı hissələri gizli olaraq talayıb zərərçəkmiş şəxs X12 ümumilikdə 2.360 (iki min üç yüz altmış) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 may 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin evin qapısını özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub oradan ümumi dəyəri 160 manat olan 02 ədəd qaz sobasını, dəyəri 140 manat olan 01 ədəd «Sony» markalı «DVD» pleyeri, dəyəri 150 manat olan 01 ədəd «VCD» pleyeri, dəyəri 400 manat olan «Hisense» markalı plazma televizoru, ümumi dəyəri 30 manat olan 06 ədəd xrustal armudu stəkan və nəlbəkini, ümumi dəyəri 100 manat olan müxtəlif ölçülü mis və aliminium qazanları, həyətdə olan 20 manat dəyərində təkərli dəmir arabanı, dəyəri 600 manat olan «Beko» markalı kandisionerin daxilində olan bahalı hissələri gizli olaraq talayyıb Zərərçəkmiş şəxs2 ümumilikdə 1.000 (bir min) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs4n məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Alballıq bağlar massivi, 1324 a saylı fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub oradan 1 ədəd 250 manat dəyərində dəmir massanı, 1 ədəd 150 manat dəyrəində 1x2 ölçülü 1 mm-li dəmir lövhəni və 1 ədəd 200 manat dəyrəndə 1x2 ölçülü 3 mm-lik dəmir lövhəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 600 (altı yüz) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 iyun 2022-ci il tarixdə saat 03 radələridə Bakı şəhəri, Xəzər rayonu, ərazisindən Mərdəkan körpüsü adlanan ərazinin yaxınlığından "xxxx" X3 məxsus hər bir metri 8 manat olan ümumi dəyəri 800 manat təşkil edən 100 metr uzunluğunda 3x6 ölçülü və hər bir metri 15 manat 60 qəpik olan ümumi dəyrəi 780 manat təşkil edən 50 metr uzunluğunda 3x10 ölçülü işıq dirəklərini elektirik enerjisi ilə qidalandıran kabeli gizli olaraq talayıb zərərçəkmiş şəxs hüquqi şəxs "xxxx" X3 ümumilikdə 1580 (min beş yüz səksən) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 21 iyul 2022-ci il tarixdə saat 16 radələridə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən «Bakı Nəqliyyat Agentliyi»-ə məxsus avtoparkına qanunsuz daxil olaraq oradan 3 ədəd ümumi dəyri 6354 manat təşkil edən A tipli svetorfor dirəklərini, gizli olaraq talayıb zərərçəkmiş şəxs hüquqi şəxs «Bakı Nəqliyyat Agentliyi»-ə ümumilikdə 6354 (altı min üç yüz əlli dörd) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 22 iyul 2022-ci il tarixdə saat 14 radələridə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən «Bakı Nəqliyyat Agentliyi»-nə məxsus avtoparkına qanunsuz daxil olaraq oradan 3 ədəd ümumi dəyriə 6354 manat təşkil edən A tipli svetorfor dirəklərini gizli olaraq talamaq istəsə də, öz iradəsindən asılı olmayan səbəblərə görə həmin yerdə ərazidə xidmət aparan mühafizəçi Şahid5 tərəfindən saxlanıldığından, cinayət əməlini başa çatdıra bilməyərək oğurluğa cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, ona elan edilmiş ittiham üzrə bütün oğurluq cinayətlərini törətmişdir. Cinayət nəticəsində dəymiş ziyandan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirdi ki, təxminən 2014-cü ildə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Dəniz Sahil küçəsində özünə məxsus 12 sot torpaq sahəsi almış, həmin torpaq sahəsində 2 mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Təmir işləri yekunlaşmamış, yaşayış yoxdur. Buna baxmayaraq o, mütamadi olaraq özünə məxsus bağ evinə gəlib getmişdir. xx.xx.2022-ci il tarixdə günorta saatlarında özünə məxsus bağa gələrkən görmüşdür ki, naməlum şəxs və ya şəxslər həyətə qanunsuz daxil olaraq evdən hər metrəsi 3,30 manat olmaqla ümumilikdə 1980 manat dəyərində 600 metr uzunluğunda 3 xətli, 4-lük, hər metrəsi 2,20 manat olmaqla ümumilikdə 1760 manat dəyərində 800 metr uzunluğunda 3 xətli, 2,5-lik, hər metrəsi 0,45 manat olmaqla ümumilikdə 180 manat dəyərində 400 metr uzunluğunda 1,5-lik elektirik naqillərini və hər metrəsi 0,40 manat olmaqla ümumilikdə 480 manat dəyərində 1200 metr uzunluğunda yanmaz borular oğurlamaqla ona 4500 manat maddi ziyan vurmuşlar. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, təxminən 10 ildir ki, ünvan 3 ünvanında üç sotda yerləşən bir mərtəbəli və bir otaqlı bağ evi almış, həmin ev daş hasara alınmışdır və kiçik ölçülü dəmir darvazası vardır, mənzilin giriş qapısı isə taxtadan olmaqla bir daxili qıfılı vardır. Mənzilin pəncərələri taxtadandır, üzərində dəmir barmaqlıq olmuşdur.Təxminən 2-3 dəfə bağa gedib baş çəkmiş, sonuncu dəfə 08 may 2022-ci il tarixdə bağ evinə gedib baş çəkmiş və həmin günü saat 17 radələrində qayıtmışdır. Lakin 17 may 2022-ci il tarixdə saat 12 radələrində bağ evinə gedərkən görmüşdür ki, mənzilin taxta qapısı açıq vəziyyətdədir, ancaq qapı və qıfılı sındırılmamışdır, mənzilə daxil olduqda aşkar etmişdir ki, evi qarət olunub, sonra otağa göz gəzdirdikdə orada olan hər birinin qiyməti 80 manat təşkil edən 02 ədəd qaz sobası, dəyəri 140 manat olan 01 ədəd «Sony» markalı DVD pleyer, dəyəri 150 manat olan VCD pleyeri, dəyəri 400 manat olan «Hensese» markalı plazma televizor, dəyəri 30 manat 06 ədəd xrustal armudu nəlbəki və stəkan dəsti, ümumi dəyəri 100 manat təşkil edən müxtəlif ölçülü mis və aliminium qazanlar, həyətdə olan 20 manat dəyərində istifadə olunmuş təkərli dəmir araba oğurlanmışdır. Hadisə zamanı mənzilinin zal otağında divarda quraşdırılmış 600 manat dəyərində «Beko» markalı kandisioner sındırılaraq yararsız hala salınmış, lakin oğurlanmamışdır. Mənzilinin qarət olunmasını aşkar etdikdən sonra istifadəsində olan ***-***-**-** nömrəsi ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq hadisə ilə bağlı məlumat vermiş, sonra isə Sabunçu RPİ-nin 14cü PB-nə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 1.000 manat maddi ziyan dəymişdir. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, o, 2007-ci ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivindən 12 sot torpaq sahəsi almış, həmin torpaq sahəsini hasarlamış, yaşayış evi tikməsə də, həmin bağ sahəsinin həyətində talvar tikmişdir. Həmin bağ evinə tez-tez gedib nəzarət etmişdir. 24 aprel 2022-ci il tarixdə bağ sahəsinə baxmaq üçün gəlmiş və həyətə daxil olanda talvarın altına qoyduğu dəmir masanın və dəmir masanın üzərində olan 2 ədəd dəmir listlərin yerində olmadığını aşkar etmişdir. Həyətdə dəmir masanı və dəmir lövhələri tapa bilmədiyi üçün naməlum şəxs tərəfindən oğurlanmasını müəyyən etmişdir. Bağ evindən ona məxsus 1 ədəd 250 manat dəyərində dəmir massa, bir ədəd 150 manat dəyərində 1x2 ölçülü 1 mm-li dəmir lövhə, 1 ədəd 200 manat dəyərində 1x2 ölçülü 3 mm-lik dəmir lövhə oğurlanması nəticəsində ona 600 manat maddi zərər dəymişdir. Zərər çəkmiş şəxs cinayət hadisəsi nəticəsində ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 bildirdi ki, anbar Bakı şəhəri, Xəzər rayonu,B uzovna qəsəbəsi, Albalılıq yaşayış massivində avtoparkda yerləşir. xx.xx.2022-ci il tarixdə işdə olarkən mühafizəçilərdən eşitmişdir ki, avtobus parkından anbardan 3 ədəd A tipli svetofor dirəyini oğurlanmışdır. Bundan sonra o, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə gedərək oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Hadisə nəticəsində «Bakı Nəqliyyat Agentliyinə» A tipli işıqfor dirəyinin hər birinin qiyməti 2118 manat olmaqla ümumilikdə 6354 manat maddi zərər dəymişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi cinayət hadisəsi nəticəsində onlara dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X6 bildirdi ki, xx.xx.2022-ci il tarixdə "xxxx"X3 məxsus Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən əsas körpünün altından keçən işıq dirəklərini qidalandıran hər bir metri 8 manat olan 100 metr uzunluğunda 3x6 ölçülü və hər bir metri 15 manat 60 qəpik olan 50 metr uzunluğunda 3x10 ölçülü kabellərin oğurlanması aşkar olunmuşdur. Oğurluq nəticəsində "xxxx" X3 1580 manat maddi zərər dəymişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi cinayət hadisəsi nəticəsində onlara dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirərək təqsirləndirilən şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük savxozunda özünə məxsus bir mərtəbəli, 3 otaqdan ibarət ev tikdirmiş, lakin, təmir işləri ilə əlaqədar olaraq həmin evdə yaşayış olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrinədək qeyd etdiyi ünvanda olmuş və səhərisi gün yəni xx.xx.2022-ci il tarixdə həmin ünvana gəldikdə küçə darvazasının taybatay açıq vəziyyətdə olduğunu görmüşdür. Evə baxış keçirdikdə evin qonaq otağına baxan pəncərənin dəmir barmaqlıqlarının qırılmış vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra evə baxış keçirmiş və ona məxsus evin otaqlarının divarlarına çəkilmiş 6 top elektrik naqilinin sökülərək oğurlandığını görmüşdür. Bundan başqa evin hamam otağından 2 top istifadə olunmamış elektrik naqilləri oğurlanmışdır. Elektrik naqillərinin oğurlanması nəticəsində ona ümumilikdə 560 manat maddi ziyan dəymişdir. Belə ki oğurlanmış elektrik naqillərinin bir topunun qiyməti 70 manat olmaqla evdən 8 top elektrik naqili oğurlanmışdır. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2022-ci ilin aprel ayının 5-də o, ailəsi ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəcibə Məlikova küçəsi, yeni yaşayış massivində olan evinə getmiş və 2022-ci ilin aprel ayının 28-də saat 20.50-də Maştağa qəsəbəsindəki evinə qayıdıb gəlmişdir. Maştağa qəsəbəsindəki həyət evi 1,5 sotda yerləşir, daş hasarı və darvazası vardır, mənzili 5 daş kürsülü olmaqla üç otaqdan ibarətdir. O, həyətinə girdikdə görmüşdür ki, mənzilin dəmir qapısı bağlıdır, ancaq həyətə baxan mətbəxin plastik pəncərəsi açıq vəziyyətdədir. Sonra mənzilə daxil olduqda görmüşdür ki, içəri dağınıq vəziyyətdədir, qonaq otağındakı dəyəri 150 manat olan «LG» markalı rəngli televizor sökülüb yararsız vəziyyətə salınmışdır, üç otaqda və mətbəxdə olan hər biri 10 seksiyalı, ümumi dəyəri 800 manat təşkil edən 04 ədəd istilik sisteminin qızdırıcıları, hamamda və mətbəxdə olan ümumi dəyəri 130 manat təşkil edən 04 ədəd su arko-vintilləri, həyətdə olan əl damında quraşdırılmış 1.200 manat dəyərində Türkiyə istehsallı 01 ədəd kombi aparatı və 80 manat dəyərində 01 ədəd su matoru oğurlanmışdır. Mənzilinin qarət olunmasını başa düşüb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vurmuş və oğurluq barədə məlumat vermiş, sonra isə Sabunçu RPİnin 14-cü PB-nə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Baş vermiş oğurluq zamanı ona ümumilikdə 2.360 manat maddi ziyan dəymişdir, Mənzilindən başqa qiymətli əşya, qızıl və ya pul oğurlanmamışdır. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2021-ci ilin noyabr ayında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq bağ massivində yerləşən ümumi sahəsi 10 sot olan və içərsində bağ evi almışdır. Mütamadi olaraq bağ sahəsinə nəzarət etmiş və orada təmir tikinti işləri görmüşdür. Sonuncu dəfə bağ evində təxminən iki həftə bundan öncə olmuş və heç bir oğurluq hadisəsi baş verməmişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində bağ evinə nəzarət üçün gələn zaman bağ evinin qonaq otağının plastik pəncərəsinin açıq olduğunu görmüşdür. Bu zaman dərhal evinə baxış keçirmiş və evinin qonaq otağının tavanına vurulmuş ümumi qiyməti 50 manatlıq 10 ədəd işıq spotları, evinin qonaq otağının və yataq otağında olan ümumi dəyəri 500 manatlıq 02 ədəd radiatorun, həyətindəki saxlanc yerində olan “Lexon” markalı, 24-lük, ümumi dəyəri 1000 manatlıq kombi aparatının, ümumi dəyəri 300 manatlıq müxtəlif adda qabların, hamam otağında olan ümumi dəyəri 60 manatlıq suşulkanın naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1910 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, 22 iyul 2022-ci il taixdə günota saatlaında bir nəfər şəxs ona yaxınlaşaraq Albalılıq massivində dəmir turbaların olduğunu və onları idarə etdiyi avtomobillə götürərək əlvan metal qəbulu məntəqəsinə aparmağını xahiş etmişdir. O, həmin şəxslə razılaşmış və yol haqqı olaraq 15 manat pul istəmişdir. Razılaşamadan sonra idarə ediyi Qazel makalı, **-VB-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin şəxslə Albalılıq massivinə gəlmişdir. Yaşayış məhələsinə daxil olduqda həmin vaxt bir neçə nəfər şəxsin dayanmasını görmüşdür. Orada ona bildirmişlər ki, həmin şəxs boruları oğurlayıb həyətinə yığmışdır. Oradan çıxıb getmişdir. O, həmin şəxsin oğurluq etməsini göməmiş və bu barədə məlumatı olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 2 ilə yaxındır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində yerləşən metal qəbulu məntəqəsində işləyir. Təqsirləndirilən şəxs təxminən 1 ilə yaxındır ki, tanıyır, onunla yaxşı münasibətdə olmuş, düşmənçiliyi və ya ədavəti olmamışdır. Sərxan bir neçə dəfə ona işlədiyi metal qəbulu məntəqəsinə dəmir və aliminium gətirmşdir. Sonuncu dəfə işdə olarkən təxminən günorta saatlarında Təqsirləndirilən şəxs işlədiyi metal qəbulu məntəqəsinə yanmış mis gətirmiş və o, Sərxandan soruşduqda ki, bunu haradan əldə etmisən, Sərxan da demişdir ki, həyətlərindən gətirib köhnə lazımsız naqillərdir. O, yanmış misi çəkdikdə görmüşdür ki, 15 kiloqram misdir və Təqsirləndirilən şəxs 172 manat pul vermişdir. Həmin vaxtdan sonra o, Sərxanı görməmiş, Sərxanın gətirdiyi misin oğurluq olmasını bilməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, təxminən 3 aya yaxındır ki, metal qəbulu ilə məşğul olur. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Kirov dairəsi adlanan yerdə metal qəbulu məntəqəsini işlədir. Həmin yeri icarəyə götürmüş, iş qrafiki səhər saat 09 radələrindən axşam saat 20 radələrinə kimidir. Metal qəbulu məntəqəsində əlvan və qara metalların qəbulu ilə məşğul olur. Təqsirləndirilən şəxs təxminən 5 ilə yaxınıdır ki, tanımış, münasibəti olmamış, düşmənçiliyi və ya ədavəti yoxdur. Təxminən xx.xx.2022-ci il tarixdə işlədiyi metal qəbulu məntəqəsinə Təqsirləndirilən şəxs 3 ədəd qara rəngli boruları tərəzinin üstünə qoymuşdur. Sərxana demişdir ki, bu onda haradandır, Sərxan da demişdir ki, həmin borular atasından qalmış, uşağı ağır xəstədir təcili xəstəxanaya aparmalıdır. Sərxanın sözlərinə inanıb hətda demişdir ki, əgər kömək lazımdırsa taksilə aparsın. Sərxanın sözlərinə inanıb gətirdiyi 3 ədəd qara rəngli boruları elektron tərəzidə çəkmiş və borular 60 kiloqram gəlmiş, boruları yoxladıqda görmüşdür ki, borular duru aliminiumdan hazırlanmışdır. Təqsirləndirilən şəxs demişdir ki, şəxsiyyət vəsiqəsini gətirsin, Sərxan da demişdir ki, uşağı xəstəxanaya aparıb uzağı 1 saata şəxsiyyət vəsiqəsini gətirib verəcəkdir. O da Sərxanın sözlərinə inanıb 90 manat pulu Sərxana vermişdir. Biləndə ki, həmin borular oğurluqdur, könüllü olaraq boruları satdığı zavoddan geri götürərək polisə təhvil vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 22 iyul 2022-ci il tarixdə gəlini ona zəng vurarq evin arxasından səs gəldiyini demişdir. O, dərhal qeyd etdiyi ünvana getmiş və orada görmüşdür ki, bir neçə ədəd dəmir boru və işıqforun dirəkləri yerdədir. O, dərhal avtoparkın mühafizəçisinə bu barədə məlumat vermişdir. Məlumat verdikdən sonra birlikdə həmin yerə getmiş və bir nəfər şəxsin boruları «Qazel» markalı avtomaşına yığmaq istədiyini görmüşlər. Mühafizəçi həmin şəxsi saxlayaraq polis əməkdaşlarına məlumat vermişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, "xxxx" MMC-də mühafizəçi vəzifəsində işləyir. 22 iyul 2022-ci il tarixdə saat 15:05 radələrində işlədiyi yerin yaxınlığında yaşayan qonşu bildirmişdir ki, bir nəfər şəxs ona yaxınlaşaraq parkın həyətindən bir nəfər şəxsin işıqforun dirəklərinin ogurlamağa cəhd etdiyini bildirmişdir. Dərhal həmin yerə yaxınlaşmış və bir nəfər şəxsin bir neçə dirəkləri «Qazel» markalı avtomobilə yükləyib aparmağa cəhd etdiyini görmüşdür. O, həmin şəxsə yaxınlaşaraq polisə məlumat vermişdir. Qonşusu 1 gün öncə gecə saatlarında bir neçə dirəklərin oğurlandığını da demişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 14 oktyabr 2022-ci il tarixli, 9/7361 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqqatına təqdim edilmiş «Bakı Nəqliyyat Agetliyi» tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli məlumata əsasən ekspertiza təyini haqqında qərarda göstərilən A tipli svetafor dirəklərinin 3 ədədinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 6354,00 (3x218) manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sabunçu RPİ İŞ tərəfindən AR CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş və ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə olunmuş tutma protokoludan görünür ki, Təqsirləndirilən şəxs 18 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 19 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 20 may 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 may 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 20 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 26 iyul 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli əməlinin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl AR CMnin 177.2.2 və 177.2.3-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 29,177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 14 oktyabr 2022-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 oktyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 29,177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29,177.2.2, 177.2.3, 29,177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün, 24 oktyabr 2022-ci il tarixdən 13 noyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi oğurluq hadisəsi yerlərinin ünvanlarını göstərərək ifadəsini təsdiq etmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən verilmiş 23 noyabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmənin icraatındadır və məhkəmə istintaqı davam etdirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29.177.2.2, 177.2.3, 29.177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu madəsinə əsasən “Bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə, təkrar, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxslərin, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29.177.2.2, 177.2.3, 29.177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 29.177.2.2, 177.2.3, 29.177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan 03 (üç) ədəd A tipli işıqforun zərər çəkmiş hüquqi şəxs “Bakı Nəqliyyat Agentliyi”nə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası CPM-in 316.2-ci maddəsinə əsasən mülki iddiaçı və ya onun nümayəndəsi məhkəmə iclasına gəlmədikdə mülki iddia baxılmamış saxlana bilər. Bu, mülki iddia vermiş şəxsi iddianı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququndan məhrum etmir. Məhkəmə hesab edir ki, mülki iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, mülki iddiaçı öz nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, iş üzrə mülki iddia AR CPM-nin 316.2-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29.177.2.2, 177.2.3, 29.177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 24 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 03 (üç) ədəd A tipli işıqforun zərər çəkmiş hüquqi şəxs “Bakı Nəqliyyat Agentliyi”nə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Mülki iddia baxılmamış saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar