Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-587/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 və onun müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xüsusi ittiham qaydasında şikayət verən şəxs X2 Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə cinayət məsuliyyətinə cəlb edilməsi üzrə xüsusi ittiham qaydasında verdiyi şikayətə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: Xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi barədə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X6 şikayətini onunla əsaslandırılmışdır ki, İmişli rayonu, Q.İsmayılzadə küçəsi, ev 37 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Buzovna qəsəbəsi, Xurustalnı adlanan ərazidə yaşayan, keçmişdə Buzovna qəsəbəsində yerləşən İ.Tağıyev adına 26 saylı orta məktəbdə sinif yoldaşı olmuş X7 bacısı X3 boşandıqdan sonra keçmiş həyat yoldaşına qarşı qızıl-zinət əşyaları tələbi ilə məhkəməyə müraciət etdiyini, lakin, vəkilin işi yaxşı aparmadığını bildirərək, yaxın dostu X1 onun telefon nömrəsini istəmiş, daha sonra özü onunla əlaqə saxlayaraq bacısının məhkəmə işlərində vəkil qismində iştirak etməyini xahiş etmiş və o, həmin iclaslarda iştirak etmişdir. Daha sonra A.Nəsirov müxtəlif vaxtlarda olan görüşlərində özünün maşın alqı-satqısı ilə məşğul olduğunu, bu işin çox gəlirli olduğunu, dayısı ilə ucuz alınmış avtomobilləri təmir edərək, daha baha qiymətə satdıqlarını və xeyli gəlir əldə etdiklərini və onları da həmin işə pul qoymaqla yaxşı gəlir əldə edəcəklərinə inandırmağa çalışmışdır. Özünün və ailəsinin yaxşı gəliri olduğuna onları inandırmağa çalışan A.Nəsirov, onlarla görüşlərə fərqli avtomobillərlə gəlmiş, atasının müxtəlif şirkətlərin mühasibatlıq işlərini apardığını və aylıq gəlirinin 5000 manatdan çox olduğunu, özünün indiyədək müxtəlif ticarət sahələrində çalışaraq çoxlu gəlir əldə etdiyini və hal-hazırda da dayısı ilə bu gəlirli sahə ilə məşğul olduğunu, işləri daha da böyüdərək xaricdən avtomobillər gətirəcəklərini bildirmişdir. O, ilk başlarda belə bir işə maya qoymağa tərəddüt etsə də, A.Nəsirov yaxın dostu Q.Mərdanovu yalan vədlər verməklə inandırmağa nail olmuş və Q.Mərdanov həmin işin görülməsi üçün 4000 (dörd min) manat məbləğində vəsait qoymuşdur. Q.Mərdanovun qoydğu vəsaitlə kifayətləməyən A.Nəsirov onun da pulunu ələ keçirmək üçün yalan vədlərinə davam etmiş və onu inandırmağa çalışmışdır. Nəhayət ki, 02 noyabr 2020-ci il tarixində o da A.Nəsirova avtomobillərin alınaraq təmir olunub satılması üçün 5000 manat vermişdir. Pulu verən zaman şərti bundan ibarət olmuşdur ki, 5-6 aydan sonra bacısının nikahı olacaq və o, ailə başçısı kimi ona cehiz əşyaları almalıdır, yəni 5-6 aydan sonra onun pulu qaytarmalıdır. A.Nəsirov onların hər ikisinə qoyduqları vəsaitin və avtomobillərin satışından əldə olunan gəlirlərin deyilən vaxtda qaytarılacağını, heç nədən narahat olmamalarını bildirmişdir. Lakin, aylar keçdikcə hər hansı işlərin görülmədiyini gördükdə 2021-ci ilin fevralmart aylarında A.Nəsirova bu sahənin gəlirli sahə olmadığını, indiyədək heç bir işin görülmədiyini, onlara söz verdiyi pulun qaytarılmasına az vaxt qaldığını bildirsələr də, yenə də onların etibarından istifadə edərək, onlara pulu vaxtında qaytaracağına inandırmışdır. Nəhayət deyilmiş vaxt gəlib çatanda heç bir işin görülmədiyini görüb, ilk öncə dostu Q.Mərdanov pulunu tələb etməyə başlamış, A.Nəsirov isə müxtəlif bəhanələr gətirərək pulun ödənilməsindən yayınmışdır. Deyilən vaxtdan 1 ay keçəndən sonra Q.Mərdanov bu barədə onun ailəsinə və polisə müraciət edəcəyini bildirdikdən sonra onun qoyduğu vəsaiti hissə-hissə və hər hansı əlavə pul ödəmədən qaytarmışdır. O, pulunu tələb edəndə yenə də eyni bəhanələrə başlamışdır. Əvvəlcə ondan 2021-ci ilin iyun ayının 17-nə kimi pulu qaytaracğını, həmin tarixədək ona vaxt verməyini xahiş etmişdir. İyunun 23-də o, bacısının nikahının olacağını və onun ucbatından cehizləri ala bilmədiyini A.Nəsirova bildirmişdir. Əvvəlcədən olan inamına görə razılaşıb Q.Mərdanovun iştirakı ilə ona pulu qaytarması üçün 17 iyuna qədər vaxt vermişdir. Həmin tarix çatdığında o, onunla əlaqə saxlayb pulun hazır olub-olmadığını soruşmuş, A.Nəsirov müxtəlif bəhanələr gətirərək pulu hazır edə bilmədiyini bildirdi. O, onun əməlləri barəsində polisə müraciət edəcəyini bildirsə də, A.Nəsirov yenə də onu pulu qaytaracağına inandıraraq dostu Q.Mərdanovun yanında 08 iyul tarixədək vaxt istəmiş, o, yenə də ona inanıb həmin tarixədək vaxt vermişdir. Eyni zamanda A.Nəsirovun özününkü kimi sürdüyü avtomobillərin onun adına olub-olmamasını müəyyən etmək üçün BDYPİ-nə sorğu göndərmiş, sorğusuna cavab olaraq göndərilmiş 25 iyun 2021-ci il tarixli məktubda A.Nəsirovun adında və ya onun tərəfindən özgəninkiləşdirilən nəqliyyat vasitələrinin olmadığı görünür. Göründüyü kimi, A.Nəsirov klassik dələduzluqla məşğul olan şəxslərin etdiyi kimi, gələcəkdə əmlak müsadirəsindən yayınmaq üçün öz adına hər hansı nəqliyyat vasitəsi qeydiyyata aldırmamışdır. 08 iyul 2021-ci il tarixdə A.Nəsirov yenə də müxtəlif bəhanələrlə 10 gün vaxt istəmiş, o da sonuncu dəfə 18 iyul tarixinədək ona vaxt vermişdir. Lakin, A.Nəsirov ənənəsi üzrə bu vədinə də əməl etmədiyi üçün o, onun dələduzluq əməlləri barədə ərizə ilə Xəzər rayon Polis İdarəsinə müraciət etmişdir. Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində ərizəsi əsasında araşıdırma aparılan zaman, A.Nəsirov izahatında göstərmişdir ki, ...X2 onun barəsində ünvanladığı şikayət ərizəsi ilə tanış olmuş, bununla əlaqədar qeyd etmişdir ki, Aslan onun 26 nömrəli tam orta məktəbdə sinif yoldaşı olmuşdur. Özü hal-hazırda taksi fəaliyyəti ilə məşğul olur, eyni zamanda avtomobil alqı-satqısı ilə də məşğul olur. Belə ki, avtomobil alaraq üzərinə xərc çəkib təmir edərək satır. Təsadüfən Aslanla söhbət zamanı öz gördüyü işi ona demiş, Aslan isə əlində pul olmasını və nəsə iş görmək istədiyini bildirmişdir. Belə ki, Aslan özü ona təklif etmişdir. Sonra Aslan ona 5000 manat pul vermiş, həmin pulu borc müqaviləsi ilə vermiş, Əhmədli qəsəbəsində yerləşən dövlət notariat kontorunda onunla borc müqaviləsi bağlayaraq 5000 manat pul vermişdir. Aslandan əvvəl digər sinif yoldaşı Qiyas da ona eyni məqsədlə 4000 manat pul vermişdir. Həmin pulla da maşın alaraq satıb Qiyasın pulunu qaytarmışdır. Hal-hazırda Qiyasa heç bir məbləğdə borcu yoxdur. Aslanı aldatmamışdır, sadəcə olaraq maşın alıb-satma işində hər zaman xeyir olmur, bu səbəbdən də, onun pulunu qaytara bilməmişdir. Aslanın verdiyi pulla “VAZ 2107” markal avtomobil almış, hazırda həmin avtomobil Çobanzadə prospektində usta yanındadır. Avtomobilin bəzi təmir yerləri vardır. Həmin avtomobili təmir edərək, satacağını və Aslanın pulunu tam şəkildə qaytaracağını bildirmişdir. Aslanla danışarkən şərikli iş görəcəyi barədə razılığa gəlmişdir. Lakin, Aslan ona pulu versə də, bu işdə heç bir kömək göstərməmişdir. Belə ki, maşını almaq, düzəltdirmək, onun üzərinə maya qoyaraq satmaq işini özü tək icra etmişdir. Maddi vəziyyəti də çətin olduğu üçün avtomobili əlinə az-az pul düşdükcə düzəltdirməyə çalışmışdır. X2 5000 manat pulunu xx.xx.2021-ci il tarixədək tam şəkildə qaytaracağına söz vermişdir. Aralarında borc müqaviləsi olduğundan, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Polis şöbəsindəki izahatında xx.xx.2021-ci il tarixində borcunu tam şəkildə qaytaracağına söz verən A.Nəsirov həmin vədinə də əməl etmədiyi üçün o, ona qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İmişli rayon Məhkəməsinin e-2(036)-2256/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismən təmin edilərək, cavabdeh X4 5000 (beş min) AZN məbləğində, dəymiş mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) AZN məbləğində, ümumilikdə 5500 (beş min beş yüz) manat məbləğində pul və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutularaq, ona ödənilməsi qət edilmişdir. A.Nəsirov İmişli rayonunda keçirilən heç bir məhkəmə prosesində iştirak etməmiş və həmin qətnamədən şikayət vermədiyi üçün qətnamə qüvvəsini alaraq, icra olunması üçün İmişli rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. A.Nəsirov məhkəmə qətnaməsini könüllü icra etmədiyi üçün barəsində məcburi icra tədbirləri başlanmışdır. A.Nəsirov pasport qeydiyyatında olduğu İmişli şəhəri, Q.İsmayılzadə küçəsi, ev 37 ünvanında yaşamadığı üçün xx.xx.2022-ci il tarixində İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən borclunun Respublika daxilində axtarılması barədə qərar qəbul edilrək, qərar icra olunması üçün İmişli rayon Polis şöbəsinə göndərilmişdir. İmişli rayon Polis şöbəsi tərəfindən İcra şöbəsinin qərarı əsaında X5 barəsində xx.xx.2022-ci il tarixində 440033 nömrəli axtarış işi açılmışdır. Axtarış işini aparan polis işçisinə A.Nəsirovun əlaqə vasitələri və faktiki yaşadığı ünvan barədə bütün məlumatları göndərməyinə baxmayaraq, onun tutulması istiqamətində hər hansı tədbir görülmədiyindən, bu barədə Daxili İşlər Nazirliyinə ərizələr ünvanlamışdır. Eyni zamanda icra hərəkətləri davam etdirilmədiyi üçün İcra Şöbəsi barəsində Ədliyyə nazirliyinə müraciət etmiş və yenə də, İmişli rayon İcra və Probasiya şöbəsinin rəsi Samir Osmanova və icra hərəkətlərini aparan icra məmuru İlqar Quliyevə A.Nəsirovun əlaqə vasitələri və faktiki yaşadığı ünvan barədə bütün məlumatları göndərmişdir. İmişli rayon İcra və Probasiya şöbəsinin rəsi Samir Osmanov A.Nəsirovla əlaqə saxlaraq məhkəmə qətnaməsinin icrasını təmin etməyi tələb etmiş, sonuncu isə 1 həftə möhlət istəyərək borcunu ödəyəcəyini bildirmişdir. Yenə də, verdiyi vədə əməl etmədiyi üçün 26 sentyabr 2022-ci il tarixində təkrar onun axtarılması barədə qərar qəbul olunmuş və həmin qərarda göstərilmişdir ki, məhkəmə qətnaməsinin icrası ilə bağlı borclu X7na rəsmi xəbərdarlıq edilmiş və telefon vasitəsilə əlaqə saxlanılmışdır. Buna baxmayaraq, bu günədək yaranmış borcunu ödəməmiş və icra məmurunun çağrışlarına gəlməmişdir. Həmin qərar icra olunması üçün təkrar İmişli rayon Polis şöbəsinə göndərilmiş, yenə də, polis əməkdaşını bu gün gələcəm, sabah gələcəm bəhanəsilə aldadaraq təslim olmamış, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixində A.Nəsirov Facebook sosail şəbəkəsində yaradılmış 27 min abunəçisi olan "Milli Dələduzlar" səhifəsində onun işgüzar nüfuzuna xələl gətirən, təhqir və böhtan dolu paylaşımlar etmişdir. Belə ki, həmin şəxs qeyd edilən səhifədə onun şəklini də paylaşaraq aşağıdakı paylaşımları etmişdir. A.Nəsirov: Salam qrup üzvləri. X12 deyilən dırnaq arası vəkilin məni burda haqsız yerə ittiham etdiyi şəxs Nasirov Anardır. Xatırladım ki, bu Aslan Heydərov sələmçi bir vəkildir, yəni faizlə pul verir. Bunun qurbanından biri də mən oldum. Notariusla borc müqaviləsi ilə faizə 20 faizlə pul verərək bir neçə şəxsin qanını içir. Və bunun aylıq faiz pulu 2 ay gecikdirdiyi halda məhkəmə yollarına əl atır və bu cür hərəkətlər edir. Üzdə haqlı adam kimi görünür, təbii ki, pulu notariat qaydada borc müqaviləsi adı altında verdiyi üçün əlində əsası olur. Məcbur vəziyyətdə əli heç yerə çatmayan bir çox gənclərimiz əlacsızlıqdan bunun kimi qaniçənlərin əlində qalır. Xatırladır ki, o, heç bir polis orqanından qaçmır və aylıq olaraq gücü çatdığı qədər icra məmurlarının verdiyi qərarı yerinə yetirir. Bunun burda yazdığı hər bir şey yalan və böhtandır. Bu cür yollara əl ataraq şantaj xarakterli hərəkətlər edərək qarşısındakı insanın psixologiyasına, yaşam tərzinə, özünü müəyyen hədlərə çatdırma təzyiqinə gətirir. Və onu dələduz adı ilə heç bir qətnamə dərc edilməyib və onun məhkəmədə heç bir icra etmədiyi qətnamə yoxdur. Hamısı yalan, böhtandır və bunlar bu dırnaq arası vəkilə sübut olunacaq və bunun iç üzü açılaraq sizinlə paylaşacaqdır. Bunun kim olduğu əslən bilinəcək. Bu burda yazdığı və qeyd etdiyi psixoloji təzyiq xarakterli şər-böhtan tipli yazılarına cavab verəcək. Diqqətiniz üçün təşəkkürlər. A.Nəsirov: Faizə saldığı insanları bu kimi şantaj edərək bu adam onlara psixoloji təsir göstərir. Bundan əziyyət çəkən bir neçə tanıdığı adam var, onlar da isbat olunaraq burda paylaşılacaq. A.Nəsirov: Bunu da izləyicilərə xatırlatmaq isteyir ki, heç kim təmənnasız, bu qeder pulu notariat qaydada vermez. Əgər dost kimi, yoldaş kimi güvəndiyi adam kimi verirdisə, niyə notariusla verirdi? Qarşıya bu cür sual çıxır. Və ya əger şərik kimi pul qoyurdusa, ortaya vəkil adamdır, niyə hansısa maşınını birinin adına keçirmirdi? Fakt budur ki, bu adam faizə pul veren adamdır, 20 faizlə nə az, nə çox, 20 faizlə. Və onun üçün də notariat qaydada öz işini əvvəlcədən görürdü. Bunu da xahiş edir ki, bu dırnaq arası vəkil (əslində sələmçi) Aslan Heydarovun yazdığı sözlərə dələduzluq və digər yazdığı sözlərin sübutları əks olunmalı idi ve burda sonradan icazə verilmeli idi ki, paylaşılsın. Bu adamın heç bir sübut dərc etmədən paylaşım edib, burda necə olur? Bununla bağlanan müqavilə notarial qaydada bağlanan borc müqaviləsidir. Əslinde borc deyil, verdiyi sələmə (faizlə) pulun müqaviləsidir. Notariusda borc müqaviləsi adı altında yazılır. Həmin müqaviləni bu dırnaq arası vəkil burda qoymayıb. Sabah o, həmin müqavileni bura yerləşdirəcəkdir. Şəklinin üzərində yazaraq A.Nəsirov: Haqqında yazdığı dırnaq arası vəkil faizə pul verən Aslan Heydarov budur. Faizə saldığı insanları bu kimi şantaj edərək bu adam onlara psixoloji təsir gösterir. Bundan əziyyət çəkən onun kimi bir neçə tanıdığı adam var, onlar da isbat olunaraq burda paylaşılacaq. Diqqətiniz üçün təşəkkürlər. O, şərəfli bir peşənin sahibi, nüfuzlu Vəkillər Kollegiyasının bir üzvüdür. Onun barəsində "bu dırnaq arası vəkil", "faizə pul veren" "bu Aslan Heydarov sələmçi bir vəkildir, yəni faizlə pul verir", "20 faizlə pul verərək bir neçə şəxsin qanını içir" kimi böhtan və təhqir dolu ifadələrin 27 min abunəçisi olan "Milli Dələduzlar" səhifəsində paylaşılması, onun işgüzar nüfuzuna ağır zərər vurmuş, həmin səhifəni izləyən vətəndaşlar arasında ona olan inamın sarsılmasına gətirib çıxarmışdır. Halbuki, hazırkı ittihama əlavə edəcəyi aralarındakı yazışmalar, A.Nəsirovun polis şöbəsində verdiyi izahatı, qüvvədə olan məhkəmə qətnaməsində şahid qismində ifadə verən Qiyas Mərdanovun ifadəsi, aralarında bağlanmış borc müqaviləsinin 3-cü bəndinə əsasən borcun faizsiz verilməsi sübut edir ki, aralarındada hər hansı faizə pul verilməsindən söhbət belə gedə bilməz. Əlində hər hansı sübut olmadan ona faizə pul verməklə ittiham edən şəxs bu böhtanını kifayət qədər izləyicisi olan bir internet resursunda paylaşmaqla işgüzar nüfuzuna ağır zərər vurmuşdur. A.Nəsirovun ona vurduğu maddi ziyandan sonra o, 4000 (dörd min) manat kredit götürməyə məcbur olmuşdur və bu gün də həmin kredit borcunu ödəməyə çalışır. Əgər o, həqiqətən də kimlərəsə faizə pul verirdisə, onda o, niyə kredit götürürdü? onun çətinlik səbəbindən kredit götürməyi barədə A.Nəsirovun kifayət qədər məlumatı var. Belə olan halda, hər hansı sənəd-sübutla təsdiqlənmədən, onun barəsində "faizə pul verən" "bu Aslan Heydarov sələmçi bir vəkildir, yəni faizlə pul verir", "20 faizle pul verərek bir neçə şəxsin qanını içir" kimi ifadələrin sosial şəbəkədə yazılması CM-nin 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibini yaradır. Məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməyərək, polis tərəfindən Respublika üzrə axtarışda olan bir şəxsin başqa şəxslərə ziyan vurmaması, təhqir və böhtan dolu paylaşımlarını davam etdirməməsi üçün həmin şəxs törətdiyi əmələ görə cinayət məxsuliyyətinə cəlb edilməli və layiqli cəza almalıdır. Ona görə də A.Nəsirovun Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirli bilinib cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş Xüsusi ittiham qaydasında şikayət verən şəxs “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmə iclasına gəlməmiş, 25 iyul 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq şikayətindən imtina etdiyini bildirmiş və işə onun iştirakı olmadan baxaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə Xüsusi ittiham qaydasında şikayət verən şəxs “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X7 və onun müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xüsusi ittiham qaydasında şikayət verən şəxs “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 şikayətdən imtinasının qəbul edilməsinə və iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə etiraz etmədiklərini bildirdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.8-ci maddəsinə əsasən, şikayət vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Məhkəmə Xüsusi ittiham qaydasında şikayət verən şəxs “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 şikayətindən imtina etməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizəsini müzakirə edərək, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 və onun müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Xüsusi ittiham qaydasında şikayət verən şəxsin şikayətdən imtinasının qəbul edilməsinə və iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsinə etiraz etmədiklərini nəzərə alaraq, hesab edir ki, Xüsusi ittiham qaydasında şikayət verən şəxsin şikayətdən imtinası qəbul edilməli və xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: Xüsusi ittiham qaydasında şikayət verən şəxs “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 şikayətindən imtinası qəbul edilsin. Xüsusi ittiham qaydasında şikayət verən şəxs “Kəngərli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X5 barəsində vermiş olduğu xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-587/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-587/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver