Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-588/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 13 avqust 1978-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, iki uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən nömrəsiz fərdi evdə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 09 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən nömrəsiz fərdi evdə şəxsi münasibətlərinin pozulması zəminində yaranmış münaqişə zamanı yumruq və sillə ilə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə qəsdən vuraraq ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs rəsmi nikaha daxil olaraq ailə qurmuş və birgə nikahdan iki yetkinlik yaşına çatmış uşaqları vardır. 09 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində yaşadıqları Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolunda yerləşən nömrəsiz fərdi evdə olarkən arvadı işdən evə gec gəldiyinə görə gec gəlməsinin səbəbini soruşmuşdur. Arvadı ona kobud cavab verdiyindən və həmin vaxt özü sərxoş olduğundan əsəbləşərək arvadının saçından tutub yumruq və sillə ilə onu vurmuşdur. Bundan sonra arvadının onun barəsində polisə şikayət etdiyini bilmişdir. Hazırda törətdiyi əməli etiraf etdiyini, Zərərçəkmiş şəxs ilə barışmasını, dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Son zamanlar əri ilə münasibətləri pozulmuşdur. 09 oktyabr 2022-ci il tarixdə, saat 19:30 radələrində Binə qəsəbəsində işlədiyi mağazadan işdən çıxaraq yaşadıqları evə gəlmişdir. Həmin vaxt əri sərxoş vəziyyətdə evdə olmuşudr. Evə gec gəldiyi üçün əri onu əxlaqsız adlandıraraq saçından tutub yumruq və sillə ilə onun bədəninin müztəlif nahiyələrindən vurmuşdur. O, da döyülməsi barədə polisə şikayət etmişdir. Hazırda ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin 10 oktyabr 2022-ci il tarixli, 1394 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – ənsə nahiyəsinin, sol qulağın əzilmiş yaraları, sol üst göz qapağının qançırı məhdud səthə malik küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən 09 oktyabr 2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 17 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 13 avqust 1978-ci ildə Lerik rayonunda anadan olmuş Təqsirləndirilən şəxs – ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin 30 yanvar 2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 144.2.3 və 144.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli 166 saylı ƏFV fərmanına əsasən azad edilmişdir, məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs 14 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, ona dəymiş ziyan ödənilmişdir, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, Təqsirləndirilən şəxs ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixli ərizəsindən görünür ki, o, əməlini etiraf edir, əməlindən səmimi peşmandır, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsi həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini - böyük ictimai təhlükə törətməyən cinayət kimi müəyyən edir. Bu Məcəllənin 73.1-ci maddəsinə əsasən «böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər». Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinin mənasına görə məhkəmə baxışının gedişində, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda, zərər çəkmiş şəxsin razılığı ilə məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhiqat zamanı göstərdiyi hüquqi yardıma görə 2 (iki) saat vaxt sərf etmişdir. Ona görə də, 12 (on iki) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43.3, 344– 348, 356, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına zərərçəkmiş şəxslə barışdığına və dəymiş ziyanı ödədiyinə görə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili X2 əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhiqat zamanı göstərdiyi hüquqi xidmətə görə 12 (on iki) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil X1 ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-588/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-588/2022
14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver