Məhkəmə qərarları › İş №1(003)-59/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-59/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-59/2023 11.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-ci ildə Bərdə rayonunda anadan olmuş, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq YYM-də fərdi evdə yaşayan və barəsində «başqa yeri getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 12 iyul 2022-ci il tarixdə saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq YYM-də yerləşən "xxxx" MMC-nə məxsus anbara qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 880 manat olan ümumilikdə 10560 manat dəyərində 12 ədəd kabin qapı mexanizma kartını, hər birinin dəyəri 5950 manat olan ümumilikdə 11900 manat dəyərində 2 ədəd pano idarəetməni, hər birinin dəyəri 238 manat olan ümumilikdə 2856 manat dəyərində 12 ədəd qapı mexanizmasını (800), hər birinin dəyəri 480 manat olan ümumilikdə 5760 manat dəyərində 12 ədəd qapı zamoklarını, hər birinin dəyəri 1700 manat olan ümumilikdə 3400 manat dəyərində 2 ədəd sürücünü (VVVF) 11 kvt, hər birinin dəyəri 1720 manat olan ümumilikdə 3440 manat dəyərində 2 ədəd kabini (450 kq), hər birinin dəyəri 2655 manat olan ümumilikdə 5310 manat dəyərində olan 2 ədəd kabin (1000 kq), hər birinin dəyəri 8 manat olan ümumilikdə 960 manat dəyərində 120 ədəd takozu, hər birinin dəyəri 70 manat olan ümumilikdə 840 manat dəyərində 12 ədəd fotosel elementlərini, bir ədəd 80 manat dəyərində qaldırıcı qurğunu (tal), bir ədəd 300 manat dəyərində qazon biçən maşını, bir ədəd 40 manat dəyərində üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan soyuducu mühərrikini, bir metrinin dəyəri 5 manat olan ümumi dəyəri 350 manat olan 70 metr uzunluğunda qara rəngli rezinəoxşar izolyasiya təbəqəsindən müxtəlif rəngli izolyasiya təbəqələri olan 4 ədəd damardan və alüminium simdən ibarət, damarların hər birinin diametrləri təxminən 5 mm olan kabel, bir ədəd 30 manat dəyərində ceyran peçi, bir ədəd 50 manat dəyərində mühafizə kamerası manitorunu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nə xeyli miqdarda, yəni ümumilikdə 45876 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyinə görə xx.xx.2022-ci il tarixdə barəsində azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. O, maddi imkanı olmadığından yenə oğurluq etmək fikrinə düşmüşdür. Belə ki, yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivinin yaxınlığında hazırda fəaliyyət göstərməyən anbar yerləşir. O, 12 iyul 2022-ci il tarixdə saat 13 radələrində həmin anbarın yaxınlığına getmiş və hasardan içəriyə keçmişdir. Bundan sonra, həmin həyətin içərisində yerləşən anbarın eyvanında olan bir ədəd çuqun materialdan ibarət qaz sonbasını, bir ədəd tal adlanan qaldırıcı qurğunu, bir ədəd soyuducu mühərrikini və təxminən 70 metr uzunluğunda kabeli götürərək həyətin darvaszasını açıb küçəyə çıxarmış, küçədə otların arasında oğurladığı əşyaları gizlətmiş və yaşadığı evə gedərək üst başını təmizləmişdir. Daha sonra o, Atçılıq yaşayış massivində yerləşən metal qəbulu məntəqəsində işləyən Kamran adlı metal qəbul edən şəxsə zəng vuyraraq özünə məxsus metalın olduğunu demiş və ağır olduğu üçün Kamrandan xahiş etmişdir ki, yaşadığı yerə gəlib metalları götürsün. Kamran ona bildirmişdir ki, təxminən bir saat ərzində oradan keçəcək və ona xəbər edəcəkdir. Təxminən bir saat sonra o oğurladığı əşyaları gizlətdiyi yerdən çıxararaq yol kənarına aparmış və Kamran gəldikdə onun avtomobilinə yığaraq metal qəbulu məntəqəsinə aparmışdır. Orada həmin metalları Kamran tərəzidə çəkmiş və ona 80 manat etdiyini bildirmişdir. O, Kamrandan 80 manatı götürmüş və oradan uzaqlaşmışdır. Əldə etdiyi pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, başqa hər hansı bir cinayət törətməmiş, oğurluq hadisəsini tək törətmiş, həmin əşyaların özünə məxsus olduğunu bildirmiş, əvvəllər də bir neçə dəfə idarə etdiyi avtomobilinin lazımsız metallarına Kamrana təhvil verdiyindən Kamran onu tanımışdır. Pula ehtiyacı olduğu üçün oğurluq etmişdir. O, həmin ünvandan bir ədəd çuqun materialdan ibarət qaz sonbasını, bir ədəd tal adlanan qaldırıcı qurğunu, bir ədəd soyuducu mühərrikini və təxminən 70 metr uzunluğunda kabeli oğurlamışdır. Anbarın binasına daxil olmamışdır. Başqa heç bir əşya oğurlamamışdır. Törətdiyi cinayət əməlinə görə peşmandır. Ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan ünvanda "xxxx" MMC-nin istifadəsində olan hazırda fəaliyyət göstərməyən anbar yerləşir. O, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir. O, mütəmadi olaraq həmin anbara gedərək nəzarət edir. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə anbarda olmuşdur. xx.xx.2022-ci il tarixdə anbara getdikdə oradan oğurluq olduğunu görmüş və bu barədə dərhal polisə məlumat vermişdir. Müəssisənin dəmir qapısı hər zaman bağlı vəziyyətdə olmuşdur. "xxxx" MMC-dən hər birinin dəyəri 880 manat olan ümumi dəyəri 10560 manat olan 12 ədəd Kabin qapı mexanizma kartı, hər birinin dəyəri 5960 manat olan ümumi dəyəri 11900 manat olan 2 ədəd Pano idarəetmə, hər birinin dəyəri 238 manat olan ümumi dəyəri 2856 manat olan 12 ədəd Qapı mexanizması 800, hər birinin dəyəri 480 manat olan ümumi dəyəri 5760 manat olan 12 ədəd qapı zamokları, hər birinin dəyəri 1700 manat olan ümumi dəyəri 3400 manat olan 2 ədəd Sürücü (VVVF) 11 kvt, hər birinin dəyəri 1720 manat olan ümumi dəyəri 3440 manat olan 2 ədəd kabin 450 kq, hər birinin dəyəri 2665 manat olan ümumi dəyəri 5310 manat olan 2 ədəd kabin 1000 kq, hər birinin dəyəri 8 manat olan ümumi dəyəri 960 manat olan 120 ədəd Takoz, hər birinin dəyəri 70 manat olan ümumi dəyəri 840 manat olan 12 ədəd fotosel elementləri, bir ədəd 380 manat dəyərində yük qaldırıcı (Tal) 5 t, bir ədəd 300 manat dəyərində qazon piçən maşın, bir ədəd 50 manat dəyərində soyuducu matoru, bir metrinin dəyəri 7 manat olan ümumi dəyəri 490 manat olan 70 metr uzunluğunda kabel, bir ədəd 40 manat dəyərində qaz peçi (ceyran), bir ədəd 50 manat dəyərində mühafizə kamerası manitoru oğurlanmışdır. Oğurluq nəticəsində "xxxx" MMC-nə ümumilikdə 46336 manat ziyan dəymişdir. Qeyd etmişdir ki, müəssisədən oğurlanmış əşyaların əksəriyyəti lift avadanlıqlarıdır. Lift aid olan avadanlıqlar qapısı bağlı binanın- anbarın icərisində olmuşdu. Həmin avadanlıqlar kiçik ölçülü lakin, qiyməti yüksək olan elektron idarəetmə sisteminə aid hissələrdir. Həmin avadanlıqların mövcudluğu barədə olan 2018-ci ilin Gömrük bəyannaməsini təqdim etmişdir. Həmin bəyannamədə tək oğurlanmış deyil, ümumi lift avadanlıqlarının alınması barədə məlumatlar əks olunmuşdur. Məhkəmə iclasında Şahid vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 5 aydır ki, Xəzər rayonu Binə qəsəbəsi, Atçılıq yaşayış massivində metal qəbulu məntəqəsini işlədir. Təxminən 12 iyul 2022-ci il tarixdə günorta saatlarında Binə qəsəbəsi sakini kimi tanıdığı Yaşar onun mobil nömrəsinə zəng vuraraq özünə məxsus metallarının olduğunu bildirmiş və təhvil vermək istədiyini demişdir. Həçmçinin, Yaşar həmin metalları gedib evlərinin qarşısından götürməyini istəmiş, o onunla razılaşmış və Yaşarın ona dediyi ünvana, yəni Binə qəsəbəsi, Atçılıq yaşayış sahəsində yerləşən Məscidin yaxınlığına özümə məxsus avtomobil ilə getmişdir. Orada Yaşar küçədə dayanmış və ona darvazanın qarşısında bir ədəd köhnə çuqun materialdan qaz sobası, bir ədəd tal adlanan qaldırıcı qurğu, bir ədəd soyuducu mühərriki və təxminən 70 metr uzunluğunda kabel göstərmişdir. Yaşar həmin əşyaların ona məxsus olduğunu və metal kimi təhvil vermək istədiyini bildirmişdir. Bundan sonra həmin metalları onun avtomobilinə yığmışlar və işlədiyi Binə qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə getmişlər. Orada həmin metalları tərəzidə çəkmişlər və bir ədəd köhnə çuqun materialdan qaz peçi, bir ədəd tal adlanan qaldırıcı qurğu, bir ədəd soyuducu mühərriki və təxminən 70 metr uzunluğunda kabelə ümumilikdə 80 manat pul vermişdir. O, Yaşardan şəxsiyyət vəsiqəsinin surətini istədikdə Yaşar şəxsiyyət vəsiqəsinin rayonda olduğunu bildirmiş və sənəd təqdim etməmişdir. Bundan sonra Yaşar çıxaraq getmişdir. Həmin əşyaları o, saxlamış və istintaqa təhvil verəcəyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, onun həmin metalların oğurluq olduğundan məlumatı olmamış, Yaşar ona həəmin əşyaların özünə məxsus olduğunu bildirmişdir. Yaşar adlı şəxs ona yalnız bir ədəd köhnə çuqun materialdan qaz peçi, bir ədəd tal adlanan qaldırıcı qurğu, bir ədəd soyuducu mühərrik və təxminən 70 metr uzunluğunda kabel təhvil vermişdir. O, adətən metal qəbul edən zaman heç bir ünvana getmir və yerimdə qəbul etmişdir. Sadəcə olaraq Yaşar ona zəng vuran zaman o, həmin ərazidən keçdiyi üçün onun dediyi ünvana gedərək metalları qəbul etmişdir. Eyni zamanda Yaşar şəxssiyyət vəsiqəsinin rayonda olduğunu dediyi üçün və o Yaşarı Binə qəsəbəsi sakini kimi tanıdığı üçün heç bir sənəd almamışdır. Məhkəmə iclasında şahid X2 bildirdi ki, o, Xəzər RPİ-in KTQ-in inspektoru vəzəifəsində işləyir. O, ifadəsində göstərmişdir ki, oğurluq hadisəsi ilə əlaqədar ünvan ünvanda getmişlər, hadisə yeri anbar, pəncərələrdən, masalardan əl izi götürmüşlər. Həmin əl izləri təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs əl işləri ilə eynilik təşkil etməmişdir. Anbarın icərisindənn əl izləri götürə bilməmişlər, çünki hər yer toz içində idi. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 9/6407 №-li rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş metalların istifadə olunması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 155,00 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 225/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 02 il 03 ay 20 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli, 88543-21-1/3-1613/9 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-225/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasının 05 ay 14 gününü çəkmiş, çəkilməmiş qalan cəza müddəti 01 il 10 ay 06 gün təşkil edir. İnsan Hüquqlarının və X1 Haqqında xx.xx.1953-cü il tarixli Avropa Konvensiyasının 6cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttiham aktına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama xeyli miqdarda ziyan vurmaqla törədildikdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Beləliklə məhkəmə, iş üzrə toplanmış sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsində nəzərdə tutulmuş cinayətlərin törədilməsində Təqsirləndirilən şəxs oğlunun, təqsirliliyi zərər çəkmiş şəxsin nümayəndəsinin və şahidin ifadələri, işin digər materialları ilə sübuta yetirilir və ona düzgün olaraq Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsifini düzgün hesab etsə də, onun əməlinin həmin Məcəllənin 177.2.4-cü maddəsi ilə tövsifini düzgün hesab etmir və Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs torpaq sahəsinə daxil olmaqla oğurluq etsə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə aid olan anbardan hər birinin dəyəri 880 manat olan ümumi dəyəri 10560 manat olan 12 ədəd Kabin qapı mexanizma kartı, hər birinin dəyəri 5960 manat olan ümumi dəyəri 11900 manat olan 2 ədəd Pano idarəetmə, hər birinin dəyəri 238 manat olan ümumi dəyəri 2856 manat olan 12 ədəd Qapı mexanizması 800, hər birinin dəyəri 480 manat olan ümumi dəyəri 5760 manat olan 12 ədəd qapı zamokları, hər birinin dəyəri 1700 manat olan ümumi dəyəri 3400 manat olan 2 ədəd Sürücü (VVVF) 11 kvt, hər birinin dəyəri 1720 manat olan ümumi dəyəri 3440 manat olan 2 ədəd kabin 450 kq, hər birinin dəyəri 2665 manat olan ümumi dəyəri 5310 manat olan 2 ədəd kabin 1000 kq, hər birinin dəyəri 8 manat olan ümumi dəyəri 960 manat olan 120 ədəd Takoz, hər birinin dəyəri 70 manat olan ümumi dəyəri 840 manat olan 12 ədəd fotosel elementləri olan lift avadanlıqlarının və mühafizə kamerasının, 300 manat dəyərində qazon biçən maşınının oğurlanması ittiham tərəfindən sübuta yetirilməmişdir. Məhkməmə istintaqı zamanı müəyyən edildiki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxsə məxsus anbarın həyət ərazisinə daxil olaraq, anbarın eyvanından qaz peçi, bir ədəd tal adlanan qaldırıcı qurğu, bir ədəd soyuducu mühərrik və 70 metr uzunluğunda kabel oğurlamışdı. Məhkəmə istintaqında şahid kimi dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs ona metal kimi bir ədəd köhnə çuqun materialdan qaz sobası, bir ədəd tal adlanan qaldırıcı qurğu, bir ədəd soyuducu mühərriki və təxminən 70 metr uzunluğunda kabel vermişdir və qarşılığında o, Təqsirləndirilən şəxs 80 manat pul vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilmiş Xəzər RPİ-in KTQ-in inspektoru vəzəifəsində işləyən X2 bildirmişdir ki, hadisə yeri anbar, pəncərələrdən, masalardan əl izi götürmüşlər. Həmin əl izləri Təqsirləndirilən şəxs əl izləri ilə eynilik təşkil etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsinin tərkibi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində göstərilən cinayət əməlini törətməsi – yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etməsi və bütün bunları düzünə qəsdlə etməsi (təqsirli olması) özünün etirafedici, zərərçəkmiş şəxsin ifadəsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Əməlin cinayət olmasını aradan qaldıran, işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar mövcud deyildir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-225/2022 saylı 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 16 (on altı) gün cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməli və üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs 1(003)-225/2022 saylı cinayət işi üzrə həbsdə saxlandığı 01(bir) ay 05 (beş) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla hazırki iş üzrə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nə məxsus 01 ədəd “Ceyran” sobası, 01 ədəd qaldırıcı qurğu (tal), 01 ədəd üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan soyuducu mühərriki, 70 metr uzunluğunda qara rəngli rezinəoxşar izolyasiya təbəqəsindən müxtəlif rəngli izolyasiya təbəqələri olan 4 ədəd damardan və alüminium simdən ibarət, damarların hər birinin diametrləri təxminən 5 mm olan kabel "xxxx" MMC-yə qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-225/2022 saylı 17 avqust 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 02 (iki) il 16 (on altı) gün cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 01 (bir) il 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs 1(003)-225/2022 saylı cinayət işi üzrə həbsdə saxlandığı 01(bir) ay 05 (beş) gün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla hazırki iş üzrə təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzaçəkmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-nə məxsus 01 ədəd “Ceyran” sobası, 01 ədəd qaldırıcı qurğu (tal), 01 ədəd üzərində markalanma göstəricilərinə dair heç bir məlumat olmayan soyuducu mühərriki, 70 metr uzunluğunda qara rəngli rezinəoxşar izolyasiya təbəqəsindən müxtəlif rəngli izolyasiya təbəqələri olan 4 ədəd damardan və alüminium simdən ibarət, damarların hər birinin diametrləri təxminən 5 mm olan kabel "xxxx" MMC-yə qaytarılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə istintaqında müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 210 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar