Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-590/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 30 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 02 iyul 1996-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olmuş və məhkmumluğu ödənilməmiş, Lerik rayonu, Sors kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:00 radələrində ünvan 2 ünvanının həyətində şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs qəsdən 3 dəfə yumruqla sifət nahiyyəsindən vuraraq yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan burun sümüyünün və üst çənə (əng) sümüyünün qapalı, yerdəyişən sınıqları ilə müşaiət olunan, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid, sağ göz almasının ağlı qişasının qansızması, üst dodağın əzilmiş yarası ilə müşayiət olunan - istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli zərərvurmaya aid, sağ gözaltı nahiyyənin, sağ çiynin, sağ bazunun qançırları, sağ bazunun, sağ kürəkaltı nahiyyənin, sol dizin sıyrıqları ilə müşaiət olunan sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə qəsdən dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əmisi Şöhrət ilə birlikdə tikinti işləri ilə məşğul olur. Zərərçəkmiş şəxs qardaşı Müşviq Hümbətov onun əmisi qızının yoldaşıdır. Müşviqlə onun əmisinin ailəsinin arasında mübahisələr olmuş və bu mübahisələr əsnasında Anarın adamı onun əmisini bıçaqla vurmuşdur. Bu səbəbdən də Anara qarşı əsəbi olmuşdur. xx.xx.2025-ci il tarixdə əmisi Şöhrət ona zəng vuraraq Şağan qəsəbəsində ev təmiri işi olduğunu və həmin bağda əmisi oğlu Afıəddin ilə birlikdə işləyib və ya işləyə bilməyəcəyini soruşmuşdu. O, isə işi olmadığını və işləyə biləcəyini bildirmişdir. Bundan sonra Şöhrətin dediyi ünvana getmişdir. Həmin ərəfədə onun idarə etdiyi «BVM» markalı nəqliyyat vasitəsi xarab olmuş və ustaya vermişdir. Ona görə də, Binə qəsəbəsində maşın təmiri ilə məşğul olan Şadman adlı dostunun maşını ilə Şağan qəsəbəsinə getmişdir. Şadmanla Şağan qəsəbəsinə çatdıqda Şadman öz nəqliyyat vasitəsində oturmuş, o, isə əmisi Şöhrət və əmisi oğlu Afiəddinlə birlikdə həmin bağa daxil olmuşlar. Əmisi Şöhrət onun bağda görməli olduğu işləri ona izah edən zaman Zərərçəkmiş şəxs bağın qapısını açıb içəri daxil olmuşdur. Bu zaman o, bağ evinin böyründə olan ərazidə idi. Həmin vaxta kimi o, Zərərçəkmiş şəxsla heç bir vaxt üz-üzə gəlməmişdir. Anan gördükdə özünü saxlaya bilməyib onun üzərinə qaçaraq sonuncunun sifət nahiyyəsinə bir neçə dəfə yumruqla zərbə endirmişdir. Bu zərbələrdən sonra Anar arxası üstə gedərək yerə yıxılmışdır. Bu zaman əmisi və əmisi oğlu Afiəddin onu tutaraq Anardan aralamışlar. Daha sonra əmisi Şöhrət bağ evinin ərazisinin çölündə dayanmış Şadmanı çağıraraq Anara su verməsini istəmişdi. Şadman vedrə götürərək bağ evinin həyətində olan krantdan su doldurmuş və sonra həmin suyu Anarın əlinə tökmüş ki, sonuncu sifətində olan qanı yusun. Anar əlüzünü yuyub qurtardıqdan sonra Afiəddin, Şöhrət və Şadman Anarı həyətdən çıxartmışlar. Şadman Anarı sonuncunun avtomaşınına mindirmişdir. Anar özü avtomaşınını sürərək oradan uzaqlaşmışdır. Onlarda Şadmanın avtomaşını ilə həmin bağldan çıxıb getmişlər. Anarı ondan başqa heç kim vurmamışdır. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını bildirərək barəsində amnistiya qərarının tətbiq olunmasını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Fərdi qaydada tikintidə usta kimi fəaliyyət göstərir. Onun qardaşı Müşviq Ayətin əmisi qızı ilə evlidir. Ayətin əmisigil daimi olaraq qardaşının ailə işlərinə müdaxilə etdiklərindən o, qardaşını müdafiə etmişdir. Bu səbəbdən də Ayətin əmisigilnən münasibətləri gərgin olmuşdur. Afiəddini usta kimi tanıyır. Bir neçə dəfə Afiəddin ilə birlikdə ev təmiri ilə məşğul olmuşlar. xx.xx.2025-ci il tarixdə Afiəddin ona zəng vuraraq Şağan qəsəbəsində tikinti işi olduğunu və onunla birlikdə işləmək isdədiyini bildirmişdir. Afiəddin ona «Vhatsapp» mobil tətbiqində konum atmışdır. Bundan sonra o, Şağan qəsəbəsinə getmişdir. Həmin ünvana çatan zaman Afiəddinlə görüşmüşdür. Afiəddin onu həmin Şağan qəsəbəsində yerləşən bağ evinə aparmışdır. Onlar həmin həyətə daxil olmuşlar. Təxminən 5-6 metr getdikdən sonra həmin bağın qapısının daldan bağlandığını eşitmişdir. Geriyə dönüb baxdıqda qapını bağlıyanın Ayət olduğunu görmüşdür. O, daxilində fikirləşmişdi ki, yəqin Ayətdə burda işləyir. O, Afiəddinə sual vermişdir ki, «bəs tikinti işi olduğunu deyirdin, burada isə ev tikilib hazırdı». Afiəddin ona bildirmişdi ki, «evin içindən arxa həyətə yol var. Həmin tikiti işi evin arxa tərəfindədir». O, Afıəddinə inanıb sonuncu ilə birlikdə həmin evin içinə girmişdir. Bu zaman evin sol tərəfindən Şadman, sağ tərəfindən isə Şöhrət onun qarşısına çıxmışlar. O, həmin şəxsləri görüb «Şöhrət, bu nə məsələdi, bizim sənin ilə ailə problemimiz var, gedək oturaq qıraq bir yerdə məsələmizi həll edək» demişdir. Şöhrət isə «helə bura yeridir» demişdir. Bundan sonra Şöhrət sağ əli ilə onun sağ baş nahiyyəsinə yumruq zərbəsi endirmişdir. Ayət onun başının arxasına zərbə endirmişdir. Şadman onu arxadan tutmuşdur. Bu zaman Ayət bir əlində bıçaq tutmuş, digər əlində isə telefon tutaraq onun döyülməsini çəkmişdir. Sonra Şöhrət onun ağız nahiyyəsindən beşbarmaq ilə zərbə endirmişdir. Bu zərbədən onun dodaq nahiyyəsi çırılmışdı. Onun ağız nahiyyəsində şiddətli ağrılar başlamışdır. O, bu zərbədən yerə yıxılmışdır. Ayət isə əlində olan bıcaqı onun ayağına dayayıb dayanmışdır. Bu olan prosesləri həmin dörd nəfər videogörüntüyə çəkirdilər. O, həmin şəxslərdən xaiş edirdi ki, videogörüntünü yığışdırsınlar. Şöhrət isə «xeyr» videogörüntü davam edəcəklərini və onun başına işəyib həmin videoları ailə üzvləri və yaxın qohuməqrabasma göstərəcəklərini bildirmişdir. Bundan sonra onun telefonunu alaraq məcbur şəkildə açdırıb orda Afiəddin ilə olan yazışmalarını silmişlər. O, onların əlindən çıxıb axsaya-axsaya həyətə çıxmaq istəyən zaman yenədə onu saxladılar. Ona yenədə amansızcasına xəsarətlər yetirməyə başlamışlar. O, zərbələrin şiddətindən yenə yerə yıxılmışdır. Bu zaman o, qohumlarına konum atdığını və onların həmin yerə gəldiyini demişdir. Bundan sonra həmin şəxslər onun çiyinlərindən tutub onu sürüyə-sürüyə həmin bağın qapısından bayıra qapının qarşısına atmışlar. O, yerdə uzanıqlı və bükülü şəkildə qalmışdır. Həmin şəxslər bağın qapısını bağlayıb oradan qaçaraq uzaqlaşmışlar. Həmin hadisə təxminin olaraq 40-45 dəqiqə çəkmişdir. Sonra qaynı Şahid5 gələrək onu Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışdır. Bu zaman Şahid5 DİN-nin 102 xidmətinə məlumat vermişdir. Onu Ayət tək döyməmişdir. Aldığı xəsarətlər 1 nəfər tərəfindən yetirilə bilməzdi. Bu səbəbdən də istintaqın gedişindən narazıdır. Məhkəmə iclasında Şahid2 göstərmişdir ki, oəmisi Şahid1 ilə birlikdə Bakı şəhəri Xəzər rayonu, Şağan qəsəbəsində fərdi evlərin təmiri ilə məşğul olurdu. Həmin işdə əmisi Şöhrət briqadir kimi, o, isə briqadanın üzvü və fəhlə kimi işləmişdir. Cəzaçəkmə müəssisəsində olduğundan əmisi ilə Anarın arasında mübahisə olduğunu bilməmişdir. xx.xx.2025-ci il tarixdə əmisi Şöhrət ona zəng edərək bildirmişdir ki, Şağan qəsəbəsində təmir ediləsi ev var, həmin işlə məşğul olmaq lazımdır. O, əmisi Şöhrətlə razılaşmışdır ki, sabahısı günü saat 17 radələrində görüşüb həmin obyektə getsinlər. Bundan sonra o, qohumu Zərərçəkmiş şəxs zəng edərək bərabər ev təmiri etmələrini istəmişdir. Anar onunla razılaşmış və onlar danışmışlar ki, xx.xx.2025-ci il tarixdə həmin obyekdə görüşsünlər. xx.xx.2025-ci il tarixdə saat 17 radələrində əmisi Şöhrət və o, həmin obyektə gəlmişlər. Onlardan təxminən 10 dəqiqə sonra həmin obyektə Zərərçəkmiş şəxs gəlmişdir. Əmisi oğlu X2 həmin obyektdə olmuşdur. Anar obyektə girəndən sonra Ayət sonuncu ilə mübahisə etməyə başlamışdır. X7 aralarında olan mübahisə davaya çevrilmiş və dava zamanı Ayət yumruqla Anarın sifətindən vurmuş, nəticədə Anar yerə yıxılmışdır. O, və əmisi X8 aralaşmışlar. Əmisi Şöhrət həyətin çölündən Şadmanı çağırmış və su gətirməyini demişdir. Şadman emulsiya vedrəsini götürüb həyətdə olan krantdan vedrəyə su doldurmuşdu və üzünü yuması üçün Anarın əlinə tökmüşdür. Anar əl-üzünü yuduqdan sonra sonuncunu əmisi Şöhrət çölə çıxardıb Anarı öz maşını ilə yola salmışdır. Münaqişə zamanı Şöhrətdə beşbarmaq və Ayətdə bıçaq olmamış, həmçinin, onların heç biri Anarı vurmamışdır. Məhkəmə iclasında digər şahidlər Şahid3 və Şahid1 verdikləri ifadələrində Şahid2 ilə oxşar məzmunlu ifadə verərək sonuncunun bildirdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid qismində məhkəmədə ifadə vermiş Şahid4 qeyd etmişdir ki, fərdi qaydada tikintidə usta kimi çalışır. 02 iyul 2025-ci il tarixdə təxminən 17 radələrində birlikdə işlədiyi Zərərçəkmiş şəxs ilə işə baxmaq üçün Şağan qəsəbəsinə yollanmışlar. Onlar ora Anarın idarə etdiyi nəqliyyat vasitəsi ilə getmişlər. Şağan qəsəbəsinə çatan zaman Anar nəqliyyat vasitəsini getdiyi həyət evindən bir az aralıda saxlamış, yerə düşüb bir nəfər onun tanımadığı şəxs ilə görüşmüşdür. Anar ona nəqliyyat vasitəsində qalmağı, özünün işə baxıb gələcəyini demişdir. Daha sonra Anar və həmin şəxs həyət evinin qapısından içəri daxil olmuşlar. O, bu zaman nəqliyyat vasitəsində oturub telefonla danışmışdır. Təxminən 40-50 dəqiqə sonra Anarı dörd nəfər şəxs döyülmüş vəziyyətdə qapının qarşına ataraq ordan əks tərəfə qaçıb çıxıb getmişlər. O, Anarın sifətinin qan içində olduğunu görüb Anarın qaynı Ramilə zəng vurmuşdur. Təxminən 20 dəqiqədən sonra Ramil həmin ünvana gəlmişdir. Ramilə konumu o, Anarın telefonu ilə göndərmişdir. Daha sonra Ramilin maşını ilə Anarı 26 saylı X9 gətirmişlər. O, nəqliyyat vasitəsində olan zaman ətrafda heç kəsi görməmiş və dava-dalaş səsləri eşitməmişdir. Digər Şahid5 məhkəmə iclasında bildirdi ki, Anar onun yeznəsidir. 02 iyul 2025-ci il tarixdə təxminən saat 18 radələrində onlarla birlikdə usta kimi çalışan Allahverdi adlı tanışı Anarın telefonundan zəng vuraraq Anarın çox bərk şəkildə döyüldüyü bildirmişdir. Bundan sonra ona Anarın telefonundan onun «Vhatsapp» mobil tətbiqinə konum göndərmişdir. O, dərhal həmin əraziyə yaxın olduğu üçün ora yolanmış, təxminən 20 dəqiqəyə ora çatmışdır. Bundan sonra Anarın pis gündə olduğunu görmüşdür. Anarın sifətindən qan axırdı. Daha sonra onun maşını ilə Anarı 26 saylı X9 gətirmişlər. Anara tibbi yardım göstərilmişdir. Ordada Anarın dodağına tikiş qoyulmuşdur. O, hadisə barəsində DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi barədə 05.0702025-ci il tarixli protokoldan aydın olur ki, hadisə yeri Xəzər rayonu, Şağan qəsəbəsiyeni məhəllə ünvanıdır. Hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə edilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 640 nömrəli rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin, sağ çiynin, sağ bazunun qançırları, üst dodağın əzilmiş yarası, sağ bazunun, sağ kürəkaltı nahiyyənin, sol dizin sıyrıqları, burun sümüyünün və üst çənə(əng) sümüyünün qapalı, yerdəyişən sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən onun «X11» X10 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənmələri istisna olunmur və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterilərini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin bədənin əlçatan nahiyyələrində yerləşmələrinə baxmayaraq, şəxsin özü tərəfindən yetirilməsi və öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gəlmələri inandırıcı deyildir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli 14-ə/640 nömrəli rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ göz almasmın ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin, sağ çiynin, sağ bazunun qançırları, üst dodağın əzilmiş yarası, sağ bazunun, sağ kürəkaltı nahiyyənin, sol dizin sıyrıqları, burun sümüyünün və üst çənə(əng) sümüyünün qapalı, yerdəyişən sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya(əşyalar) təsirindən onun «X11» X10 müraciətindən az əvvəl törənmişlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə törənmələri istisna olunmur. Qeyd olunan xəsarətlərdən burun sümüyünün və üst çənə(əng) sümüyünün qapalı, yerdəyişən sınıqları dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya; sağ göz almasının ağlı qişasının qansızması, üst dodağın əzilmiş yarası istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aiddirlər; sağ gözaltı nahiyyənin, sağ çiynin, sağ bazunun qançırları, sağ bazunun, sağ kürəkaltı nahiyyənin, sol dizin sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərərcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterilərini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərdən sağ göz almasının ağlı qişasının qansızması, sağ gözaltı nahiyyənin qançırı, burun sümüyünün qapalı sınığı kənar şəxsin bir zərbəsinin təsirindən; üst dodağın əzilmiş yarası, üst çənə(əng) sümüyünün qapalı, yerdəyişən sınığı isə digər zərbəsinin təsirindən; sağ çiyin, sağ bazunun qançırları, sağ bazunun, sağ kürəkaltı nahiyyənin, sol dizin sıyrıqları isə onun öz boyu hündürlüyündən yıxılaraq bərk küt əşyaya dəyməsi nəticəsində törənmələri istisna olunmur; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxs arasında və zərərçəkmiş şəxslə şahidlər arasında keçirilmiş xx.xx.2025-ci il tarixli üzləşdirmə istintaq hərəkətləri barədə protokoldan məlum olur ki, üzləşmə zamanı Təqsirləndirilən şəxs, Şahid1, Şahid3 Məhəmmədhüseyn oğlu və X3 istintaq orqanına vermiş olduqları ifadələrini zərərçəkmiş Zərərçəkmiş şəxs üzünə qarşı bir daha təsdiq etmişlər; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 0 il 112 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2025-ci il tarixində cəza müddəti başa çatmışdır; - Sübutların qiymətləndirilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şahid1, Şahid3 və Şahid2 əməllərində heç bir cinayət tərkibinin əlamətləri olmadığından barələrində cinayət təqibinin başlanması rədd edilmişdir; - xx.xx.2025-ci il tarixli qırardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən aydın olur ki, o, barəsində “Konstitusiya və Suverinlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarın tətbiq edilməsini və cinayət işi üzrə icraata xitam verilməsi xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən və iş üzrə icraata xitam verilməsinə dair müdafiə tərəfinin razılığı olduğundan o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. ş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 43.3, 305.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-590/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-590/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver