Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-591/2025 18.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1996-cı ildə Bərdə rayonu, Körpüqıran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu, Körpüsındıran kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışları Şahid3, X15, Şahid4, Şahid2, Şahid5, Şahid6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs işlətdiyi və özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşməklə Şahid1 adına olan “ED Lombard-2” lombarda gedib Zərərçəkmiş şəxs əvvəlcədən qrup üzvləri ilə öz aralarında danışıb ümumi razılığa gəldikləri kimi içərisində istifadəyə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarları, dəmir qırıntıları yerləşdirməklə “İphone 14 pro”, “İphone 15 pro” və “ İphone 16 pro” markalı mobil telefon aparatlarının qutularını original qaydada qablaşdırılmış və ağzı açılmamış halda verib içərisində saz vəziyyətdə həmin qutularda işlənməmiş mobil telefonlar olmasını yalandan bildirib, bir ay müddətində ağzını açmamaq şərti ilə verib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs xeyli məbləğdə pulunu ələ keçirtmək məqsədi ilə ondan müəyyən məbləğdə pul vəsaiti götürüb bir ay müddətində faizi ilə birlikdə geri qaytaracaqları və həmin telefonları lombarddan geri götürəcəklərinə dair hər bir qrup üzvü ayrı-ayrılıqda 10 aprel 2025-ci il tarixdən 28 aprel 2025-ci il tarixi əhatə edən dövr ərzində yalan vəd verib Zərərçəkmiş şəxs inandırmaqla aldadadıb razılaşdıqdan sonra, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşməklə Zərərçəkmiş şəxs işlətdiyi “ED Lombard-2” lombarda gələn qrup üzvü X15 09 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X5 deyib və iki mobil əlaqə telefon nömrəsini ona yazdıraraq qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676638 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1200 manat məbləğində pul almaqla, özü 10 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X6 təqdim edən qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphone 14 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676645 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 600 manat məbləğində pul almaqla, qrup üzvü Şahid2 özünü yalandan X3 təqdim edərək 11 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676651 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X15 qrup üzvlərinin iştirakı ilə 14 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib, girov qoyub 676661 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü Şahid6 qrup üzvlərinin iştirakı ilə 15 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676667 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1450 manat məbləğində pul almaqla, qrup üzvü Şahid3 X15 ilə 16 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 02 ədəd mobil telefon qutusunu birlikdə içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676670 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1600 manat məbləğində pul almaqla, qrup üzvü Şahid5 qrup üzvü Şahid6 ilə birlikdə 17 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 02 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib X10 və Şahid3 qohumu olmasını bildirib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676678 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 2200 manat məbləğində pul almaqla, qrup üzvü Şahid2 qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676698 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1050 manat məbləğində pulu nağd olaraq və həmin gün saat 21:02 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evində olduğu vaxt öz istifadəsində olan ******** 2329 seriyalı kartın hesabından Şahid2 deməsi ilə onun tanışı Mehdi İ...... adına olan 4169 7388 0152 6934 seriyalı Bank“ kartın hesabına 200 manatı köçürtdürməklə ondan alıb Zərərçəkmiş şəxs cəmi 1250 manat məbləğində pul almaqla, o, özünün şəklini X11 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Əziz Məmmədov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib iki mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676690 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1100 manat məbləğində pul almaqla, qrup üzvü X15 qrup üzvlərinin iştirakı ilə 22 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676720 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 700 manat məbləğində pul almaqla, qrup üzvü X15 qrup üzvlərinin iştirakı ilə 24 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676731 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, özünün şəklini X12 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Afşin Əzizov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 28 aprel 2025ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676747 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 500 manat məbləğində pul almaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə aldıqları 13600 manat təşkil edən pul vəsaitini Təqsirləndirilən şəxs qrup üzvləri ilə öz aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 13600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bildirmişdir ki, maddi imkanı pis olduğundan bu əməli törətmişdir. Bu cinayət nəticəsində ona cəmi 1100 manat pul çatmışdır. O, özü təxminən üç dəfə lombarda daxil olmuşdur. Bəzi qrup üzvlərini şəxsən tanımır. Etdiyi əməlindən peşmandır və dəymiş ziyanı tam ödəmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq etdiyi əməldən peşman olduğunu, dəymiş ziyanı tam ödədiyini və dövlət nəfinə 25 faiz pul köçürdüyünü bildirərək cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, “ED Lombard-2” atasının adınadır, Xəzər rayonu, Binə qəsəbəsində yerləşir, birlikdə 4 ildir ki, işlədirlər, başqa filialını atası, bunu özü işlədir. Müxtəlif zamanlarda əvvəllər tanımadığı bir neçə şəxs ona içərisinə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarlarını, dəmir qırıntıları yerləşdirməklə “İphone 14 pro”, “İphone 15 pro”, “İphone 16 pro” markalı mobil telefon aparatlarının qutularını orginal qaydada qablaşdırılmış və ağzı açılmamış halda, işlənməmiş mobil telefonlar olmasını yalandan bildiriliblər. Bir ay müddətinə ağzı açmamaq şərti ilə verib, bir aydan sonra faizi ilə birlikdə ödəyəcəklərini deyiblər. Həmin şəxslərə inanaraq ümumi 13600 manat məbləğdə pulu onlara faizi ilə birlikdə qaytarmaq şərti ilə vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona 1100 manat maddi ziyan vurulmuşdur. Yalçın tərəfindən vurulmuş maddi ziyan tam ödənilmiş, onunla barışmış və sonuncuya qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə uyğun məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 2025-ci ilin aprel ayının əvvəllərində Semur ona zəng edib görüşməyi təklif etmiş, o, onunla görüşən zaman Yalçın və Şahid4 şəxs də orada olmuşlar. Semur İphone 15 və İphone 16 markalı mobil telefona məxsus 12 ədəd qutunun olmasını, Toğrulun tanıdığı lombardı aldatmaq və oradan telefon lombarda qoymaq adı ilə pul ələ keçirmək istəməsini demiş, onun da onlarla əlbir olmağını təklif etmiş, o da pula ehtiyacı olduğundan onlarla razılaşmış, həmin zaman Feyruz və Cavanşir orada olmamışdır. Sonrakı zamanda daha dəqiq 09 aprel 2025 tarixdə onlar həmin mağazaya getmiş, lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 16 pro markalı telefon adıyla 1200 manat pul götürüb, içərisində telefon olmayan həmin telefon qutusunu verib, Zərərçəkmiş şəxs adlı şəxsi aldatmışdı. 10 aprel 2025 tarixdə X2 Elçin Adəm oğlu” adı ilə Təqsirləndirilən şəxs lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 14 markalı telefonu qutusunu birlikdə verib, 600 manat pulu götürüb, Zərərçəkmiş şəxs aldadıb, oradan çıxmışlar. 11 aprel 2025 tarixdə o, “X9” adı ilə , lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 15 pro markalı telefonu qutusuyla birlikdə lombarda qoymaq istəməyini demiş, 900 manat pul istəmiş, bir ay ərzində telefonu faizi ödəyib geri alacağını bir ay ərzində telefonun qutusunu açmamağım xahiş etmiş, o da inanıb pulu verib, telefon qutusunu açmadan götürmüş , sonra o, çıxıb getmişdir. Dəfələrlə onunla o nömrəylə əlaqə saxlamış, zəng etmiş, yalandan 077 *** ** ** nömrəsini də Əli adlı şəxsə vermiş, həmçinin bir ay ərzində telefon qutusunu açmamağı tapşırmışdır ki, ölkədən çıxıb gedə bilsin. 14 aprel 2025 tarixdə Abbaslı Semur lombarda daxil olub, İphone 16 pro markalı telefonu qutusunu verib, 1200 manat pul götürmüş, Zərərçəkmiş şəxs aldatmışdı. 15 aprel 2025 tarixdə “Afşin” lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 16 pro max markalı telefon qutusunu verib, 1450 manat pulu götürmüşdü. Heç bir qutuda mobil telefon olmayıb, Əli adlı şəxsə dəfələrlə demişlər ki, qutunu açmasın bir ay ərzində ödəniş olacaq, ödəniş olmasa bir aydan sonra qutunu aça bilər. 16 aprel 2025 tarixdə “Şahid3” lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 15 pro markalı 2 ədəd mobil telefon qutusunu verib, 1600 manat pulu ələ keçirmişdi. 17 aprel 2025 tarixdə Feyruz “Şahid5” adı ilə İphone 16 pro markalı 2 ədəd mobil telefonu qutusunu verib 2200 manat pul ələ keçirmişdi. 18 aprel 2025 tarixdə o, lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 16 pro markalı mobil telefonu adı ilə qutunu verib 1250 manat pul istəyib, bir ay ərzində telefonu faizi ödəyib geri alacağını bir ay ərzində telefonun qutusunu açmamağını xahiş etmiş, o da inanıb pulun 1050 manatını vermiş, yerdə qalanını 4169 73 88 01 52 69 34 seriyalı Kapitalbank kartıma pulu köçürmüşdü. Cəmi 1250 manat pul ələ keçirmişdir. 18 aprel 2025 tarixdə o, işdə olarkən Yalçın lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 15 pro markalı mobil telefonu qutusuyla birlikdə lombarda qoymaq istəməsini demiş, 1100 manat pul götürüb şəxsi aldatmışdı. 22 aprel 2025 tarixdə o, işdə olarkən Semur lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 15 pro markalı mobil telefon qutusunu verib 700 manat pul ələ keçirdi. 24 aprel 2025 tarixdə Semur Abbaslı lombarda daxil olub, İphone 15 pro max markalı mobil telefon qutusunu verib, 900 manat pul götürmüşdü. 28 aprel 2025 tarixdə Toğrul şəxs lombarda daxil olub, İphone 14 markalı mobil telefon qutusunu verib, 500 manat pul ələ keçirmişdi. Telefon qutularının içində Semurla “Afşin” ağıllarına gələn nəsə yerləşdirmişdi ki, qutu yüngül görünməsin, lombardçı şübhələnməsin. O, onlarla əlbirdir, ona o puldan cəmi 2300 manat pul çatıbdır, yerdə qalan 5 şəxsə də təxmini 2000-2500 manat pul çatıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hüseynov X7 Mehdi Adil oğlunun ifadəsinə uyğun məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid4 bildirmişdir ki, Məhkumluğu yoxdur, may ayından ölkə xaricində olmuşdur, o ,17 oktyabr 2025-ci il tarixdə könüllü olaraq Bakıya gəlmiş, sonra isə Xəzər RPİ-nə yaxınlaşmışdır. Fərdi əməklə məşğuldur.Şahid2 sinif yoldaşıdır,Nizami rayonu, 220 saylı orta məktəbdə birlikdə təhsil almışdırlar, 12-13 ildir ki,bir-birilərini tanıyırlar, Şahid6 adlı şəxsi 2 ildir ki, Bakı şəhəri, Xalqlar Dostluğu metrosunun yanında telefon satışı-alışı mağazasında işlədiyindən onunla münasibəti vardır, Semur Abbaslı və Təqsirləndirilən şəxsı isə Mehdinin işlədiyi mağazadan 3-5 ildir ki, tanıyır, onların mağazası Neftçilər metrosunun yanında olubdur, özü də lombard mağazasında işləyib, lombard işini yaxşı bilir. Bəhruz və Cavanşir Semurun tanışlarıdır. Bir-birlərini 1 il olar ki, tam olaraq tanıyırlar, görüşürlər, çay içirlər. 2025-ci ilin aprel ayının əvvəllərində Semur və Yalçın ona zəng edib görüşməyi təklif etmişdir. Bir-biriləri ilə görüşən zaman Cavanşir, Feyruz və Mehdi də orada olmuşdurlar. Semur İphone 15 və İphone 16 markalı mobil telefona məxsus 14 ədəd qutunun olmasını, tanıdığı lombardı aldatmaq və oradan telefon lombarda qoymaq adı ilə pul ələ keçirmək istəməsini ona demiş, bir-birilə əlbir olmağı təklif etmişdir,o da pula ehtiyacı olduğundan onlarla razılaşmışdır, həmin zaman oraya digər uşaqlar da gəlmişdir. Sonrakı zamanda daha dəqiq 09 aprel 2025-ci il tarixdə onlar həmin mağazaya getmişlər, lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 16 pro markalı telefon adıyla 1200 manat pul götürmüş, içərisində telefon olmayan həmin telefon qutusunu verib, Zərərçəkmiş şəxs adlı şəxsi aldatmışlar. Daha sonra 10 aprel 2025 tarixdə Abbaslı Semur , Yalçın və o lombarda daxil olub, digər uşaqlar küçədə gözləmiş, 600 manat pul istəyib, telefon qutusunu verib, bir ay ərzində telefonun faizini ödəyib geri alacağım bir ay ərzində telefonun qutusunu açmamağını xahiş etmişlər, pulu ələ keçirmişlər. 11 aprel 2025 tarixdə lombardan 900 manat , 14 aprel 2025 tarixdə 1200 manat , 15 aprel 2025 tarixdə 1450 manat, 16 aprel 2025 tarixdə 1600 manat , 17 aprel 2025 tarixdə 2200 manat, 18 aprel 2025 tarixdə 1250 manat , 18 aprel 2025 tarixdə 1100 manat , 22 aprel 2025 tarixdə 700 manat , 24 aprel 2025 tarixdə 900 manat , 28 aprel 2025 tarixdə 500 manat pul ələ keçirmiş, cəmi 14 ədəd boş telefon qutusu verib Zərərçəkmiş şəxs adlı şəxsi aldatmış,13600 manat pulunu aldatma yoluyla özlərinə götürmüşlər. Bütün əməllərdə bütün uşaqlar oraya getmiş, ona cəmi 700-800 manat pul çatıbdır, həmin sadaladığı şəxslərdən başqa heçkim onlarla əlbir deyil, başqa şəxslərə məxsus vəsiqələri Mehdi, Semur və Yalçın tapmış, qutuları da onlar təşkil etmiş,əməlindən peşmandır.Boş qutuların içinə lazımsız dəmir parçaların qoymuşlar ki, qutuların çəkisi yüngül olmasın. Başqa heç kim onlarla əlbir deyil, hər dəfə lombarda daxil olanda qutu verəndə Əli adlı şəxsə demişlər ki, qutunu bir ay ərzində açmasın, sonra planlaşdırıb may ayının ortalarında ölkədən çıxıb getmişdir. Əlaqə nömrələrinin çoxusunu səhv vermişlər, lakin Feyruzun, Mehdinin və Cavanşirin nömrələri düzgün olubdur.O bir neçə dəfə lombarda daxil olmuş, lakin vəsiqələri Semur və digər uşaqlar vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid6 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - 15 avqust 2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(003)-328/2025 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 3-cü P,-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanılaraq Ədliyyə Nazirliyinin PX-nin 3 saylı İstintaq Təcridxanasına təhvil verilişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmayıb; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2026-cı il tarixli ərizədən aydın olur ki, ona dəymiş maddi ziyan tam ödənilmiş və Təqsirləndirilən şəxs ilə barışmışdır; - xx.xx.2026-cı il tarixli “Birbank” ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən vurulmuş zərərlə bağlı dövlət nəfinə 275 manat ödəniş olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası cinayət məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsinin 2ci bəndinin həmin məcəllənin 73-1.2 və 73-1.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73- 1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli (əməlləri) iştirakçılıqla törədildikdə, cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, eləcə də qanunla müəyyən edilmiş digər hallardan asılı olaraq cinayət nəticəsində vurulmuş ümumi ziyanın müəyyən edilmiş paya əsasən üzərinə düşən hissəsini zərərçəkmiş şəxsə tamamilə ödəməklə onunla barışmış, habelə həmin payın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmiş şəxs müvafiq qaydada cinayət məsuliyyətindən azad edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cinayət nəticəsində vurulmuş ümumi ziyanın 1100 manat hissəsi Təqsirləndirilən şəxs üzərinə düşür və həmin məbləğ sonuncu tərəfindən zərərçəkmiş şəxsə tam olaraq ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs tərəfindən vurduğu ziyanın 25 %-ni təşkil edən 275 manat məbləğində pul dövlət nəfinə keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı (öz payına düşən) tamamilə ödəmişdir. Eyni zamanda o, cinayət nəticəsində vurulmuş maddi ziyanın iyirmi beş faizi miqdarında, yəni 275 manat dövlət büdcəsinə ödəniş etmiş və barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından azad olunmalıdır. Maddi sübut kimi tanınmış, içində nasaz batareya və mobil telefon olan 14 ədəd qutu maddi sübutlar ilə bağlı məsələnin həlli digər təqsirləndirilən şəxslər barəsində olan cinayət işləri üzrə yekun məhkəmə aktları ilə həll edilənədək Xəzər RPİ-də saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həlledir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.1 və 178.2.4-cü maddələri ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Maddi sübut kimi tanınmış, içində nasaz batareya və mobil telefon olan 14 ədəd qutu maddi sübutlar ilə bağlı məsələnin həlli digər cinayət işləri üzrə yekun məhkəmə aktları ilə həll edilənədək Xəzər RPİ-də saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saat vaxta görə 154 manat olmaqla, cəmi 374 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-591/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-591/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver