Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-592/2025 18.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X10 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, mülki iddiaçı – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx xxx 1970-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi qaydada ticarətlə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 206.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qaçaqmalçılıq etmiş, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli xeyli miqdarda malları keçirmişdir. Belə ki, o, 23 avqust 2025-ci il tarixədək olan müddətdə X9 Dubay şəhərində əldə etdiyi, özünə məxsus hər biri 999 əyarlı, 50 qram çəkidə, ümumilikdə 400 qram çəkidə, 80000 manat dəyərində 08 ədəd və hər biri 999 əyarlı, 155,53 qram çəkidə, ümumilikdə 311,06 qram çəkidə, 62212 manat dəyərində 02 ədəd olmaqla cəmi 711,06 qram çəkidə, 10 ədəd xeyli miqdarda- 142212 manat dəyərində qızıl külçələri malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yapışqan lentlə kvadrat formasında bağlanmış, qara rəngli sellofan paketə bükülmüş halda kiçik ölçülü bağlamada yerləşdirib əynindəki şalvarın cibində saxlamış, 23 avqust 2025-ci il tarixdə, saat 21:20 radələrində X9 Dubay şəhərindən FZ733 saylı Dubay- Bakı aviareysi ilə gələrkən Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində baqaj yükləri ilə gömrük nəzarətinin “Qırmızı kanalı”-na yaxınlaşaraq metal detektorda gömrük nəzarətindən keçərkən detektor səs etdiyi üçün “Body scan” aparatından keçməsi üçün həmin aparata yönləndirilmiş, Təqsirləndirilən şəxs isə həmin vaxt üzərində olan qızıl külçələri gömrük nəzarətin yayındırmaq məqsədi ilə xəstə və yorğun olmasını bəhanə gətirib aparatdan keçməyərək orada yerləşən "xxxx" ASC-nin terminalının yanında olan “Özün et” masasının arxasına əyləşib əynindəki şalvarın cibində saxladığı həmin kiçik ölçülü bağlamanı çıxarıb masanın arxasındakı saxlanc yerində gizlətməklə qeyd edilən xeyli miqdarda qızıl külçələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş və gömrük nəzarəti zamanı həmin qızıl külçələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 206.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi qaydada ticarətlə məşğul olmuş, yəni vaxtaşırı X9 Dubay şəhərinə gedib oradan müxtəlif növ mallar alıb Azərbaycan Respublikasına gətirmiş və həmin malların fərdi və səyyar qaydada satışını həyata keçirib qazanc əldə etmişdir. Hər hansı mağazası da olmamışdır. 2014-cü ildə ona və arvadı X6 məxsus olan, lakin arvadının adına qeydiyyata alınmış ünvan 3 ünvanında yerləşən 3 otaqlı təmirli mənzili çıxarışı olmadığına görə qeyri-rəsmi qaydada 200000 manata baldızı - arvadının bacısı X1. X11 da həmin mənzilin pulunu bir ay sonra ödəyəcəyini demişdir. Lakin bir ay keçsə də, Gülüstan Kamalova onlardan satın aldığı mənzilin pulunu çıxarış olmadığına görə ödəməmişdir. Qohumçuluq münasibətinə görə də bununla bağlı Gülüstan Kamalovaya bir söz deməmişdir. ünvan 3 ünvanında yerləşən 3 otaqlı təmirli mənzilə çıxarış aldıqdan sonra arvadı Şəbinə Məmmədova ilə Gülüstan Kamalovanın arasında 03 iyul 2023cü il tarixdə notarial qaydada təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Bundan sonra Gülüstan Kamalova onlardan satın aldığı mənzilə görə 200000 manat məbləğində pulu, təxminən 10 il keçdikdən sonra, yəni 2024-cü ilin dekabr ayında ödəmişdir. Gülüstan Kamalovanın verdiyi 200000 manat pulu ABŞ dollarına mübadilə edib yeni bir mənzil almaq məqsədi ilə yaşadığı evdə saxlamışdır. 2025-ci ilin avqust ayında X9 Dubay şəhərinə gedib oradan yaşadığı evdə saxladığı, satdığı mənzilin pulundan 80000 ABŞ dollarına saxlamaq üçün qızıl külçələr və satıb qazanc əldə etmək məqsədi ilə müxtəlif mallar alıb Azərbaycan Respublikasına gətirmək qərarına gəlmişdir. Qızılın qiyməti hər gün bahalaşdığına görə yaşadığı evdə saxladığı pulunu qızıl şəklində saxlamaq istəmişdir. Bundan sonra 21 avqust 2025-ci il tarixdə yaşadığı evdə saxladığı, satdığı mənzilin pulundan 80000 ABŞ dollarını götürüb saxlamaq üçün qızıl külçələr və satıb qazanc əldə etmək məqsədi ilə müxtəlif mallar alıb Azərbaycan Respublikasına gətirmək məqsədi ilə X9 Dubay şəhərinə getmişdir. Dubay şəhərinə getməmişdən qabaq özündə olan 80000 ABŞ dollarını 7000-10000 ABŞ dolları şəklində olmaqla Dubay şəhərinə gedən, adını çəkmək istəmədiyi və xatırlamadığı tanışlarının arasında bölüşdürmüş və Dubay şəhərinə çatdıqda həmin şəxslərdən verdiyi pulları təhvil almışdır. Dubay şəhərində “Landmark” adlı oteldə qalmışdır. “Landmark” adlı oteldə qalarkən əslən azərbaycanlı olan, Dubay şəhərində yaşayan və orada avtomobil alqısatqısı ilə məşğul olan, təxminən 2018-ci ildən tanıdığı tanışı, soyadını, atasının adını bilmədiyi, hazırda mobil telefon nömrəsini xatırlamadığı Elşən adlı şəxslə görüşmüşdür. Əvvəllər Dubay şəhərindən heç vaxt qızıl və ya digər zinət əşyası almadığı üçün görüşləri zamanı Elşən adlı şəxsə qızıl külçə almaq istədiyini demiş və qızıl külçə almaq üçün münasib yer tapmasını həmin şəxsdən xahiş etmişdir. Elşən adlı şəxs də ona məlum olmayan tanışları ilə danışıb qızıl külçə almaq üçün münasib yer tapmış və 22 avqust 2025-ci il tarixdə onun xahişi ilə Elşən adlı şəxs onu Dubay şəhərində yerləşən həmin qızıl dükanına aparmışdır. Qızıl dükanına çatdıqdan sonra Elşən adlı şəxs onu gözləməyərək öz işlərinin arxasınca getmişdir. Bundan sonra 22 avqust 2025-ci il tarixdə Dubay şəhərində yerləşən həmin qızıl dükanından ümumilikdə 284438 dirhəmə hər biri 50 qram çəkidə olmaqla, ümumilikdə 400 qram 8 ədəd 999.9 əyarlı külçə və hər biri 155,52 qram çəkidə olmaqla, ümumilikdə 311,04 qram çəkidə 2 ədəd 999.9 əyarlı olmaqla cəmi 711,04 qram çəkidə, 999.9 əyarlı 10 ədəd qızıl külçə alıb yaşadığı otelə qayıtmış və həmin qızıl külçələri qaldığı otel otağına qoyub digər mallar almaq üçün Dubay şəhərində yerləşən ticarət mərkəzinə getmişdir. Bundan sonra həmin gün Dubay şəhərində yerləşən ticarət mərkəzindəki müxtəlif mağazalardan 1 ədəd planşet, 02 ədəd mobil telefon qulaqcığı, 4 ədəd ətir, qəlyan tütünü, avtomobil ehtiyyat hissəsi və 3 ədəd 1 litrlik spirtli içki-araq almışdır. Daha sonra yaşadığı otel otağına geri qayıtmışdır. Otel otağında gömrük əməkdaşları aşkar etməsin deyə aldığı 10 ədəd qızıl külçəni qara rəngli sellofan paketə qoyub yapışqan lentlə bağlamışdır. Azərbaycan Respublikasına gəlməmişdən qabaq aldığı və qara rəngli sellofan paketə qoyub yapışqan lentlə bağladığı sellofan paketdə olan 10 ədəd qızıl külçəni əynində olan şalvarın sağ cibinə qoyaraq saxlamış, digər malları isə əl yükünə, yəni çamadanına yığmışdır. Dubay şəhərində üzərində və çamadanında olan malları bəyan etməmiş, bununla bağlı hər hansı problem də yaşamamışdır. Bundan sonra 23 avqust 2025-ci il tarixdə, 21 radələrində FZ733 saylı Dubay-Bakı aviareysi ilə Dubay şəhərindən Bakı şəhərinə, yəni X18 Limanına gəlmişdir. Bundan sonra yalnız çamadanında olan, yəni 1 ədəd planşeti, 02 ədəd mobil telefon qulaqcığını, 4 ədəd ətiri, qəlyan tütününü, avtomobil ehtiyyat hissəsini və 3 ədəd 1 litrlik spirtli içki-arağı şifahi bəyan etmək məqsədi ilə X18 Limanında “Qırmızı kanal”a daxil olmuş və çamadanını “Qırmızı kanafda olan rentgen aparatına qoymuşdur. Həmin vaxt gömrük xidməti əməkdaşı əl yükündə və üzərində gömrük orqanına bəyan ediləsi və ya gömrük orqanından gizlədilmiş hər hansı predmetin və ya predmetlərin olub-olmamasını ondan soruşmuşdur. O, da gömrük xidməti əməkdaşına əl yükündə 1 ədəd planşetin, 02 ədəd mobil telefon qulaqcığının, 4 ədəd ətirin, qəlyan tütününün, avtomobil ehtiyyat hissəsinin və 3 ədəd 1 litrlik spirtli içki-arağın olduğunu, üzərində və əl yükündə gömrük orqanına bəyan ediləsi və ya gömrük orqanından gizlədilmiş digər hər hansı predmetin olmadığını demiş və cibində 10 ədəd qızıl külçənin olması barədə gömrük xidməti əməkdaşına məlumat verməmişdir. Bundan sonra gömrük xidməti əməkdaşı əl yükünə baxış keçirib ona “Body scan” aparatından keçməsini bildirmişdir. Həmin vaxt cibində 10 ədəd qızıl külçə olduğu üçün gömrük xidməti əməkdaşına yorğun olduğunu bildirib “Body scan” aparatından keçmək istəmədiyini demiş və “Body scan” aparatından keçməyərək orada yaxınlıqda olan "xxxx" ASC-yə məxsus “Özün et” masasının arxasındakı oturacaqda əyləşib vəziyyətdən çıxış yolu fikirləşməyə başlamışdır. Stulda əyləşərkən üzərində olan 10 ədəd qızıl külçədən yaxasını qurtarmaq istəmişdir. Həmin 10 ədəd qızıl külçənin üzərindən aşkar edilməsini istəməmişdir. Bu məqsədlə əynindəki şalvarın sağ yan cibində saxladığı, yapışqan lentlə bağladığı, içərisində 10 ədəd qızıl külçə olan sellofon paketi-bağlamanı gömrük yoxlaması başa çatdıqdan götürə bilmək ümudi ilə çıxarıb qeyd edilən masanın arxasındakı saxlanc yerinə atmış və “Body scan” qurğusuna yaxınlaşmış. Həmin vaxt orada olan mülki formalı gömrük əməkdaşı masanın arxasına baxmış və atdığı bağlamanı oradan aşkar edərək götürmüşdür. Bundan sonra həmin gömrük xidməti əməkdaşı mənim iştirakımla qeyd edilən bağlamanı açmış və bağlamanın içərisində qızıl külçələr olduğu aşkar olunmuşdur. Daha sonra gömrük xidməti əməkdaşları həmin bağlamaya ətraflı baxış keçirilməsi üçün onu inzibati binaya dəvət etmişlər. Orada onun və hal şahidlərinin iştirakı ilə qeyd edilən bağlamaya baxış keçirilmişdir. Baxış zamanı yapışqan lentlə kvadrat formasında bağlanmış qara rəngli sellofan paketin içərisindəki şəffaf sellofanın içərisində olan 10 ədəd “PAMP” markalı qızıl külçənin olduğu müəyyən olunmuşdur. Həmin külçələrə baxış zamanı 8 ədədinin hər birinin 999.9 əyarlı olmaqla təqribi 50 qram çəkidə, 2 ədədinin hər birinin isə 999.9 əyarlı olmaqla 156 qram çəkidə olduğu, həmçinin 50 qram olan külçələrin xüsusi qablaşmada, 156 qram olan külçələrin isə şəffaf sellofanda olduğu, aşkar edilmiş 50 qramlıq külçələrin üzərində müvafiq olaraq C457100, C457101, C457102, C457095, C457096, C457097, C457098, C457099 saylı sertifikat nömrələrinin qeyd olunduğu, 156 (5 OUNCES) qramlıq külçələrin üzərində isə C022783 və C022784 saylı sertifikat nömrələrinin qeyd olunduğu müəyyən olunmuşdur. Aşkar edilmiş ümumilikdə 712 qram təşkil edən 10 ədəd “PAMP” markalı qızıl külçələr qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərində şəxsi yoxlama aparılmışdır. Şəxsi yoxlama zamanı üzərindən gömrük orqanına bəyan edilməyən və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet aşkar edilməmişdir. Bütün bunlarla bağlı protokollar tərtib edilmiş, o, da həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişdir. Aşkar edilərək götürülmüş ümumilikdə 711,06 qram çəkidə, 999.9 əyarlı ümumilikdə 10 ədəd qızıl külçəni 22 avqust 2025-ci il tarixdə Dubay şəhərində yerləşən qızıl mağazasından 284438 dirhəmə, yəni təqribən 77500 ABŞ dollarına Azərbaycan Respublikasına gətirib sərmayə kimi saxlamaq məqsədi ilə almışdır. Elşən adlı şəxsin ümumilikdə 711,06 qram çəkidə, 999.9 əyarlı ümumilikdə 10 ədəd qızıl külçə alması və həmin külçələri Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirməsi barədə qabaqcadan hər hansı məlumatı olmamışdır. Ondan aşkar edilərək götürülmüş ümumilikdə 711,06 qram çəkidə, 999.9 əyarlı ümumilikdə 10 ədəd qızıl külçənin əldə edilməsi və gömrük nəzarətindən gizli keçirilməsi barədə onunla hər hansı şəxs və ya şəxslər, hər hansı gömrük xidməti əməkdaşı və ya əməkdaşları arasında qabaqcadan hər hansı razılaşma olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 2015-ci il may ayından gömrük orqanlarında xidmətə başlamışdır. 2023-cü iyul ayından 03 sentyabr 2025-ci il tarixdə Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin əməliyyat müvəkkili işləmişdir. 03 sentyabr 2025-ci il tarixdən hazırkı vaxtadək Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili işləyir. 23 avqust 2025-ci il tarixdə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində növbədə olmuşdur. Həmin gün, yəni 23 avqust 2025-ci il tarixdə, saat 22 radələrində X9 Dubay şəhərindən FZ733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində baqaj yükləri ilə gömrük nəzarətinin “Qırmızı kanalı”-na yaxınlaşaraq metal detektorda gömrük nəzarətindən keçərkən detektor səs etdiyi üçün Sərnişin şöbəsinin inspektoru Şahid2 tərəfindən “Body scan” aparatından keçməsi üçün həmin aparata yönləndirilmişdir. X20 isə xəstə və yorğun olması bəhanəsi ilə aparatdan keçməyərək orada yerləşən “Azərbaycan Beynəlxalq Bankı’’ ASC-nin terminalının yanında olan “Özün et” masasının arxasına keçərək sağ tərəfdə olan stulda əyləşmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki şalvarın cibində saxladığı hansısa əşyanı masanın arxasına atıb “Body scan” aparatından keçdiyini, aparatda müayinə zamanı hər hansı şübhəli hal müşahidə olunmadığını və hər hansı hüquqpozma predmetinin aşkar olunmadığını müşahidə etmişdir. Bununla əlaqədar həmin masanın arxasına baxdıqda orada 01 ədəd qara rəngli sellofan paketə bükülmüş halda kiçik ölçülü bağlamanın olduğunu müəyyən etmişdir. Həmin bağlamaya keçirdiyi ilkin baxış zamanı yapışqan lentlə kvadrat formasında bağlandığını və içərsində gömrük nəzarətindən gizlədilmiş 10 ədəd “Pamp” markalı qızıl külçələrin olduğunu aşkar etmişdir. Həmin külçələrə ətraflı baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs tərəflərindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuşdur. Daha sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında qeyd edilən bağlamaya Təqsirləndirilən şəxs, Sərnişin şöbəsinin inspektoru Şahid2, həmin şöbənin inspektoru vəzifəsinə təhkim edilmiş “Azərterminalkompleks” Birliyinin inspektoru Şahid3 və tərəflərindən dəvət edilmiş 2 nəfər hal şahidinin iştirakı ilə gömrük nəzarəti qaydasında baxış keçirmişdir. Baxış zamanı yapışqan lentlə kvadrat formasında bağlanmış qara rəngli sellofan paketin içərisindəki əlavə şəffaf sellofanın içərisində 10 ədəd “PAMP” markalı qızıl külçənin olduğu müəyyən olunmuşdur. Həmin külçələrə baxış zamanı 8 ədədinin 999,9 əyarlı olmaqla hər birinin 50 qram çəkidə, 2 ədədinin isə 999,9 əyarlı olmaqla hər birinin 156 qram çəkidə olduğu, həmçinin 50 qram çəkidə olan külçələrin xüsusi qablaşmada, 156 qram çəkidə olan külçələrin isə şəffaf sellofanda olduğu, aşkar edilmiş 50 qramlıq külçələrin üzərində müvafiq olaraq C457100, C457101, C457102, C457095, C457096, C457097, C457098, C457099 saylı, 156 qramlıq külçələrin üzərində isə C022783 və C022784 saylı sertifikat nömrələrinin qeyd olunduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş ümumlikdə təqribi çəkisi 712 qram təşkil edən 10 ədəd “PAMP” markalı qızıl külçələr qablaşdırılmaqla götürülmüşdür. Daha sonra yaranmış zərurətlə əlaqədar Təqsirləndirilən şəxs üzərində Şahid3 tərəfindən soyundurulması ilə müşahidə edilməyən şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bütün bunlarla bağlı tərəflərindən protokollar tərtib edilmiş, baxışda və yoxlamada iştirak edən şəxslər də həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin inspektoru Şahid2 və “Azərterminalkompleks” Birliyinin Gömrük fəaliyyətinə dəstəyin təşkili idarəsinin Gömrük işinə yardım şöbəsinin instruktoru işləməklə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsinin inspektoru vəzifəsinə təhkim edilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadələr vermişlər. İbtidai istintaq zamanı dinidirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid4 göstərmişdir ki, X14 Aeroportunda "xxxx" MMC-də yuyucu maşın operatoru işləyir. 23 avqust 2025-ci il tarixdə, saat 23 radələrində X14 Aeroportunda işdə olan zaman bir nəfər gömrük xidməti əməkdaşı ona və iş yoldaşı Şahid5 yaxınlaşaraq Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında keçiriləcək baxışda hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişdir. Onlar da vətəndaşlıq borclarını yerinə yetirirərək keçiriləcək baxışda hal şahidi qismində iştirak etməyə öz razılıqlarını vermişlər. Bundan sonra gömrük xidməti əməkdaşı ilə birlikdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına daxil olmuşlar. Baxış başlamazdan öncə gömrük xidməti əməkdaşı hal şahidi kimi hüquq və vəzifələrini onlara izah etmişdir. Daha sonra gömrük xidməti əməkdaşı onları əvvəllər tanımadığı, orada şəxsiyyəti ona məlum olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs təqdim etmiş və işin halları barədə, yəni 23 avqust 2025-ci il tarixdə FZ733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs baqaj yükləri ilə gömrük nəzarətinin “Qırmızı Kanalı-na yaxınlaşması, metal dedektor aparatından keçərkən aparat səs etdiyi üçün “Body scan” aparatından keçməsi üçün dəvət edilməsi, lakin Təqsirləndirilən şəxs xəstə olduğunu əsəs gətirərək buna etiraz etməsi və yorğun olduğunu bildirərək orada yerləşən ABB terminalının yanında olan “Özün et” masasının sağ tərəfində olan stulda əyləşməsi, daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq “Body scan” aparatına yaxınlaşaraq aparata daxil olmaq istədiyini bildirməsi, həmin vaxt gömrük xidməti əməkdaşının masanın arxasına hansısa əşyanı atdığını hiss etməsi və masanın arxasında qara rəngli sellofan paketə bükülmüş halda kiçik ölçülü bağlamanın olduğunu müəyyən etməsi onlara bildirilmişdir. Bundan sonra Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında həmin bağlamaya Təqsirləndirilən şəxs, onun və digər hal şahidi Şahid5 iştirakı ilə gömrük xidməti əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış zamanı yapışqan lentlə kvadrat formasında bağlanmış qara rəngli sellofan paketin içərisindəki əlavə şəffaf sellofanın içərisində 10 ədəd “PAMP” markalı qızıl külçənin olduğu müəyyən olunmuşdur. Həmin külçələrə baxış zamanı 8 ədədinin 999.9 əyarlı olmaqla hər birinin 50 qram çəkidə, 2 ədədinin isə 999.9 əyarlı olmaqla hər birinin 156 qram çəkidə olduğu, həmçinin 50 qram çəkidə olan külçələrin xüsusi qablaşmada, 156 qram çəkidə olan külçələrin isə şəffaf sellofanda olduğu, aşkar edilmiş 50 qramlıq külçələrin üzərində müvafiq olaraq C457100, C457101, C457102, C457095, C457096, C457097, C457098, C457099 saylı, 156 qramlıq külçələrin üzərində isə C022783 və C022784 saylı sertifikat nömrələrinin qeyd olunduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş ümumlikdə təqribi çəkisi 712 qram təşkil edən 10 ədəd “PAMP” markalı qızıl külçələr gömrük xidməti əməkdaşları tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Daha sonra gömrük xidməti əməkdaşı tərəfindən onun və digər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində soyundurulması ilə müşahidə edilməyən şəxsi yoxlama aparılmış və şəxsi yoxlama zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir hüquqpozma predmeti aşkar edilməmişdir. Bütün bunlarla bağlı gömrük xidməti əməkdaşları tərəfindən protokollar tərtib edilmişdir. O, baxışda və yoxlamada iştirak edən digər şəxslər də həmin protokollarla tanış olub düzgün tərtib edilmələrini öz imzaları ilə təsdiq etmişlər. İbtidai istintaq zamanı dinidirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş şahid Ağayev X8 Fərman Nəvi oğlunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tərtib edilmiş “Baxış və götürmə haqqında” 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, 23 avqust 2025-ci il tarixdə X9 Dubay şəhərindən FZ733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində baqaj yükləri ilə gömrük nəzarətinin “Qırmızı kanalı”-na yaxınlaşaraq metal detektorda gömrük nəzarətindən keçərkən detektor səs etdiyi üçün “Body scan” aparatından keçməsi üçün həmin aparata yönləndirilmiş, Namiq Məmmədov isə xəstə və yorğun olması bəhanəsi ilə aparatdan keçməyərək orada yerləşən "xxxx" ASC-nin terminalının yanında olan “Özün et” masasının sağ tərəfindəki stulda əyləşmiş, daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq "Bady scan” aparatına yaxınlaşaraq aparata daxil olmaq istədiyini bildirərərə aparata daxil olmuş və həmin vaxt hər hansı bir predmet aşkar edilməmiş, həmin vaxtdan öncə, yəni Təqsirləndirilən şəxs oturduğu yerdən qalxarkən gömrük xidməti əməkdaşı masanın arxasına hansısa əşyanı atdığını hiss etmiş və oraya yaxınlaşdıqda masanın arxasında qara rəngli sellofan paketə bükülmüş halda kiçik ölçülü bağlamanın olduğu müəyyən edilmiş və baxış keçirilməsi üçün həmin bağlama oradan götürülmüşdür. Həmin bağlamaya vizual olaraq baxış zamanı içərisində 10 ədəd “PAMP” markalı qızıl külçələrin olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlərə ətraflı baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuşdur. Ətraflı baxış zamanı yapışqan lentlə kvadrat formasında bağlanmış qara rəngli sellofan paketin içərisindən əlavə olaraq şəffaf sellofanın içərisində olan 10 ədəd “PAMP” markalı qızıl külçələr olduğu müəyyən olunmuş və həmin külçələrə baxış zamanı 8 ədədinin 999.9 əyarlı təqribi 50 qram, 2 ədədinin isə 999.9 əyar olmaqla təqribi 156 (5 OUNCES) qram olduğu, həmçinin təqribi 50 qram olan külçələrin xüsusi qablaşmada, təqribi 156 qram olan külçələrin isə şəffaf sellofanda olduğu məlum olmuşdur. Aşkar edilmiş təqribi 50 qramlıq külçələrin üzərində müvafiq olaraq C457100, C457101, C457102, C457095, C457096, C457097, C457098, C457099 saylı sertifikat nömrələri qeyd olunmuşdur. Həmçinin təqribi 156 (5 OUNCES) qram olan külçələrin üzərində C022783 və C022784 saylı sertifikat nömrələri qeyd olunmuşdur. Aşkar edilmiş ümumlikdə təqribi çəkisi 712 qram təşkil edən 10 ədəd “PAMP” markalı qızıl külçələr qablaşdırılaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 29 avqust 2025-ci il tarixli, 6/2873 nömrəli məhkəmə fiziki- kimyəvi ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, ümumi kütləsi 711,06 qram olan külçələrin hər biri təxminən 999 əyarlı qızıldan hazırlanmışdır. Təqdim edilmiş külçələrin ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (damğası, adları və s.) rəyin tədqiqi hissəsindəki Cədvəl 1-də göstərilmişdir. "xxxx" MMC-nin 22 sentyabr 2025-ci il tarixli, QXM G-52 nömrəli mütəxəssis rəyindən görünür ki, təqdim edilmiş ümumi kütləsi 711,06 (999 əyar) qızıl 23 avqust 2025-ci il tarixə respublikadaxili faktiki bazar qiyməti 142212 manat təşkil etmişdir. “Əşyalaların maddi sübut kimi tanınmaları və saxlanılma yerlərinin müəyyən olunması haqqında” 24 noyabr 2025-ci il qərara əsasən, 23 avqust 2025-ci il tarixdə Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində keçirilmiş gömrük nəzarəti zamanı hər biri 999 əyarlı, 50 qram çəkidə, ümumilikdə 400 qram çəkidə, 80000 manat dəyərində 08 ədəd və hər biri 999 əyarlı, 155,53 qram çəkidə, ümumilikdə 311,06 qram çəkidə, 62212 manat dəyərində 02 ədəd olmaqla cəmi 711,06 qram çəkidə, 10 ədəd xeyli miqdarda-142212 manat dəyərində qızıl külçələrin iş üzrə maddi sübut kimi tanınması və həmin 10 ədəd külçənin məhkəmənin hökmü çıxarılanadək, yaxud digər yekun qərarı qəbul edilənədək 02 oktyabr 2025-ci il tarixli, 3-33-3100/2-003759/2025 nömrəli məktuba əsasən 07 oktyabr 2025-ci il tarixli aktla Azərbaycan Respublikası Mərkəzi Bankın Xəzinə departamentinin 2 №-li xəzinə saxlancına saxlanca verilməsi nəzərə alınmışdır. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 14 noyabr 2025-ci il tarixli, 3-33/1-049145/2025 nömrəli məktubdan görünür ki, aşkar edilərək götürülmüş qızıl külçələrin gömrük rəsmiləşdirilməsinə görə tələb olunan gömrük ödənişlərinin cəmi 18285,44 manat təşkil etmişdir. 25 noyabr 2025-ci il tarixdə cinayət işi üzrə Dövlət Gömrük Komitəsi adından Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “X15 limanı” gömrük postunun inspektoru işləməklə həmin Baş İdarənin Hüquq bölməsinin inspektoru vəzifəsinə təhkim edilmiş Nümayəndə mülki iddia ilə müraciət edərək dövlətə vurulan maddi ziyanın-18285,44 manat gömrük ödənişlərinin ödənilməsini təmin etmək məqsədilə Dövlət Gömrük Komitəsinin mülki iddiaçı, onun isə mülki iddiaçının nümayəndəsi qismində, Təqsirləndirilən şəxs isə mülki cavabdeh qismində tanınmasını xahiş etmişdir. “Mülki iddiaçı və onun nümayəndəsi qismində tanımaq haqqında” 25 noyabr 2025-ci il tarixli qərardan görünür ki, dövlətə vurulmuş maddi ziyanın ödənilməsini təmin etmək məqsədi ilə cinayət işi üzrə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi mülki iddiaçı, Dövlət Gömrük Komitəsi adından Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi “X15 limanı” gömrük postunun inspektoru işləməklə həmin Baş İdarənin Hüquq bölməsinin inspektoru vəzifəsinə təhkim edilmiş Nümayəndə isə mülki iddiaçının nümayəndəsi kimi tanınmışdır. “Mülki cavabdeh qismində tanımaq haqqında” 25 noyabr 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs dövlətə vurulmuş 18285,44 (18 min 285 manat 44 qəpik) manat maddi ziyana-gömrük ödənişlərinə görə mülki cavabdeh qismində tanınmışdır. Təqsirləndirilən şəxs sərhədkeçmə hesabatına baxış keçirilməsi haqqında 24 noyabr 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs 24 iyun 2022-ci il tarixdən 11 avqust 2025-ci il tarixədək olan müddət ərzində mütəmadi olaraq Azərbaycan Respublikasından Birləşmiş Ərəb Əmirliklərinə və Türkiyə Respublikasına getmiş, Azərbaycan Respublikasından Birləşmiş Ərəb Əmirliklərindən və Türkiyə Respublikasından Azərbaycan Respublikasına geri qayıtmış, sonuncu dəfə 21 avqust 2025-ci il tarixdə X14 Aeroportu sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Azərbaycan Respublikasından X5 Dubay şəhərinə getmiş və 23 avqust 2025-ci il tarixdə, saat 21:20-də X14 Aeroportu sərhəd nəzarət məntəqəsi vasitəsi ilə X5 Dubay şəhərindən Azərbaycan Respublikasına geri qayıtmışdır. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Hədəfləmə və koordinasiya şöbəsindən 08 sentyabr 2025-ci il tarixli, 3-33-3100/014/028455 raportla daxil olmuş 23 avqust 2025-ci il tarixdə, saat 21:20 radələrində X9 Dubay şəhərindən FZ733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında hərəkət trayektoriyasını əks etdirən bütün videogörüntülərin əks olunduğu 01 ədəd “DVD-R” diskə baxış keçirilməsi haqqında 05 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, 23 avqust 2025-ci il tarixdə X9 Dubay şəhərindən FZ733 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində baqaj yükləri ilə gömrük nəzarətinin “Qırmızı kanalı”-na yaxınlaşaraq metal detektorda gömrük nəzarətindən keçərkən detektor səs etdiyi üçün “Body scan” aparatından keçməsi üçün həmin aparata yönləndirilmiş, Namiq Məmmədov isə aparatdan keçməyərək orada yerləşən "xxxx" ASC-nin terminalının yanında olan “Özün et” masasının sağ tərəfindəki stulda əyləşmiş, daha sonra Təqsirləndirilən şəxs ayağa qalxaraq “Bady scan” aparatına yaxınlaşaraq aparata daxil olmaq istədiyini bildirərək aparata daxil olmuş və həmin vaxt hər hansı bir predmet aşkar edilməmiş, həmin vaxtdan öncə, yəni Təqsirləndirilən şəxs oturduğu yerdən qalxarkən gömrük xidməti əməkdaşı masanın arxasına hansısa əşyanı atdığını hiss etmiş və oraya yaxınlaşdıqda masanın arxasında qara rəngli sellofan paketə bükülmüş halda kiçik ölçülü bağlamanın olduğu müəyyən edilmiş və baxış keçirilməsi üçün həmin bağlama oradan götürülmüşdür. Həmin bağlamaya vizual olaraq baxış zamanı içərisində 10 ədəd “PAMP” markalı qızıl külçələrin olduğu məlum olmuşdur. Aşkar edilmiş predmetlərə ətraflı baxış keçirilməsi üçün Təqsirləndirilən şəxs Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunmuşdur. 22 avqust 2025-ci il tarixli, **********000001 nömrəli invoys sənədindən görünür ki, hər biri 999 əyarlı, 50 qram çəkidə, ümumilikdə 400 qram çəkidə, 08 ədəd və hər biri 999 əyarlı, ümumilikdə 311,04 qram çəkidə, 02 ədəd olmaqla cəmi 711,04 qram çəkidə, 10 ədəd qızıl külçə 22 avqust 2025-ci il tarixdə, saat 13:01-də 284438 dirhəmə Təqsirləndirilən şəxs tərəfindən X5 Dubay şəhərində yerləşən “NEWVENUS” "xxxx" MMC-dən satın alınmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qaçaqmalçılıq etməsi, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli xeyli miqdarda malları keçirməsi özünün səmimi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspert rəyləri, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 206.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar törətdiyi cinayət əməlini səmimi etiraf etməsi, törətdiyi əmlindən peşman olması və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsidir. CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. CM-nin 206.1-ci maddəsinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cərimə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cərimə cəzasının təyin edilməsini, barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Cinayət-prosessual qanunvericiliyinin müddəalarına görə cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər (CPM-nin 183.1-ci maddəsi). Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır (CPM-nin 183.3-cü maddəsi). Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər (CPM-nin 181.4-cü maddəsi). Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir (CPM-nin 179-cu maddəsi). Mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir (CPM-nin 187-ci maddəsi). İbtidai istintaq zamanı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi Nümayəndə mülki iddia verərək dövlətə vurulmuş maddi ziyanın - 18285,44 (18 min 285 manat 44 qəpik) manat məbləğində gömrük ödənişlərinin Təqsirləndirilən şəxs tutulub Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsini təmin edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, 23 avqust 2025-ci il tarixdə X9 Dubay şəhərindən FZ733 saylı Dubay-Bakı aviareysi ilə gələrkən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs gömrük nəzarəti zamanı Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən X14 Hava Limanında fəaliyyət göstərən Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin sərnişin şöbəsində gömrük nəzarətindən gizlədilmiş xeyli miqdarda - 142212 manat dəyərində ümumi çəkisi 711,06 qram təşkil edən 10 ədəd qızıl külçə aşkar edilərək götürülmüşdür. Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 14 noyabr 2025-ci il tarixli, 3-33/1-049145/2025 nömrəli məktubdan görünür ki, aşkar edilərək götürülmüş qızıl külçələrin gömrük rəsmiləşdirilməsinə görə tələb olunan gömrük ödənişlərinin cəmi 18285,44 manat təşkil edir. Qanunvericiliyə əsasən qanunla müəyyən edilmiş qaydada və həcmdə ödənilməli olan gömrük ödənişləri dövlət büdcəsi vəsaiti hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 155.3-cü maddəsinə əsasən, dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. Mülkiyyətə vurulmuş ziyan isə ziyan vurmuş şəxs (şəxslər) tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki iddiası təmin edilməli, 18285,44 (18 min 285 manat 44 qəpik) manat məbləğində gömrük ödənişləri Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməlidir. Maddi sübutların həlli ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli 10 saylı Qərarının 26-cı bəndinə əsasən Cinayət qanunu ilə nəzərdə tutulmuş digər əməllərin (məsələn, talama cinayətlərinin) törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul, qiymətli kağızlar və digər əmlak (dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) eyni zamanda qaçaqmalçılığın predmeti hesab edildikdə həmin əmlak CPM-nin 132.0.3 və 132.0.4-cü maddələrinə əsasən sahiblərinə, mülkiyyətçilərinə və hüquqi varislərinə qaytarılmalı, belə şəxslər müəyyən edilmədikdə isə dövlət nəfinə müsadirə edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən məhkəmələrə tövsiyə edilmişdir ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar. Eyni zamanda nəzərə alınmalıdır ki, Gömrük Məcəlləsinin və digər normativ-hüquqi aktların tələblərinə görə, ölkəyə gətirilən malların, nəqliyyat vasitələrinin və digər əşyaların bütün hallarda, o cümlədən gömrük nəzarətindən kənar və ondan gizli keçirilmiş və cinayət işlərinə maddi sübut kimi əlavə edilmiş əmlakın sonradan məhkəmələrin hökmlərinə (qərarlarına) əsasən mülkiyyətçilərinə qaytarılması zamanı gömrük rəsmiləşdirilməsinin aparılması (buna həmçinin gömrük ödənişlərinin tutulması da aiddir) tələb olunur, belə rəsmiləşdirilmə aparılmadıqda isə qeyd olunan əmlakdan istifadə edilməsi, habelə bu əmlak barəsində sərəncam verilməsi qadağan edilir. Qanunvericiliyin bu tələblərinə əməl edilməsi üçün CM-nin 206-cı maddəsi ilə cinayət işlərinə baxılarkən gömrük nəzarətindən gizli və ya ondan kənar, bəyan etməməklə və ya düzgün bəyan etməməklə, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə qanunsuz keçirilmiş və maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçilərinə qaytarılmalı olması haqqında nəticəyə gəldikdə məhkəmələrə belə işlər üzrə çıxarılmış hökmlərdə (qəbul edilmiş qərarlarda) göstərilən əmlakın yalnız gömrük rəsmiləşdirilməsindən keçirildikdən və gömrük ödənişləri tutulduqdan sonra qaytarılması haqqında müddəaların əlavə edilməsi tövsiyə olunur. Hazırkı iş üzrə işin hallarından müəyyən olunur ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs maddi sübut hesab edilmiş əmlakın mülkiyyətçisidir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan əşyaların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə, bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3-cü hissəsinin 1ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (“İsmayılov Rusiyaya qarşı” iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş əşyaların müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Belə olan halda, fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına yol verilməməsi üçün məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış qızıl külçələr hökm qanuni qüvvəyə mindikdən və gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 160 (bir yüz altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs cinayətin predmetinin dəyərinin 40%-i miqdarında, yəni 56.884,8 (əlli altı min səkkiz yüz səksən dörd manat səksən qəpik) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin mülki iddiası təmin edilsin. Qızıl külçələrin gömrük rəsmiləşdirilməsinə görə 18.285,44 (on səkkiz min iki yüz səksən beş manat qırx dörd qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulsun və Dövlət Gömrük Komitəsinin vasitəsi ilə dövlət büdcəsinə ödənilsin. Maddi sübut kimi tanınmış, Azərbaycan Respublikası Mərkəzi Bankın Xəzinə Departamentinin 2 №-li xəzinə saxlancında saxlanılan, hər biri 999 əyarlı, 50 qram çəkidə, ümumilikdə 400 qram çəkidə, 80.000 manat dəyərində 08 ədəd və hər biri 999 əyarlı, 155,53 qram çəkidə, ümumilikdə 311,06 qram çəkidə, 62212 manat dəyərində 02 ədəd olmaqla cəmi 711,06 qram çəkidə, 10 ədəd xeyli miqdarda – 142.212 manat dəyərində qızıl külçələr hökm qanuni qüvvəyə mindikdən və gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra mülkiyyətçi Təqsirləndirilən şəxs qaytarılsın. Ekspertiza tədqiqatının dəyəri olan 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 132 (bir yüz otuz iki) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №1(003)-592/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-592/2025
18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver