Məhkəmə qərarları › İş №1(003)-593/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-593/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-593/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-435/2021 saylı 30 oktyabr 2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan- - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgə əmlakını ələ keçirmək niyyətilə Zərərçəkmiş şəxs aldadıb Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 5 saylı X5 cəza çəkən əri X1 adından danışaraq həmin CÇM-də probleminin olması səbəbindən cərimə ödəməli olmasını bildirib vahid niyyətlə əhatə olunmaqla 28 avqust 2021-ci il tarixdə gecə saat 04:00 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi ərazisində 750 manat pulunu, 28 avqust 2021-ci il tarixdə saat 13:39 radələrində Mərdəkan qəsəbəsi Yesenin küçəsi 2 ünvanda yerləşən “Zənbil Market”də quraşdırılmış eManat vasitəsi ilə X4 məxsus **********313093 saylı Kapital bank kartına köçürtməklə 850 manat pulunu, 29 avqust 2021-ci il tarixdə saat 13:45 radələrində Binə qəsəbəsi A.İsazadə küçəsində yerləşən “Araz Market”də quraşdırılmış “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə X4 məxsus **********313093 saylı karta köçürtməklə 680 manat pulunu, 29 avqust 2021-ci il tarixdə saat 13:49 radələrində Binə qəsəbəsi A.İsazadə küçəsi 5 ünvanda yerləşən “Araz Market”də quraşdırılmış “eManat” vasitəsi ilə X4 məxsus **********313093 saylı karta köçürtməklə 20 manat pulunu, 29 avqust 2021-ci il tarixdə saat 19:12 radələrində Binə qəsəbəsi A.İsazadə küçəsi 5 ünvanda yerləşən “Araz Market”də quraşdırılmış “eManat” vasitəsi ilə X4 məxsus **********313093 saylı karta köçürtməklə 520 manat pulunu, cəmi 2820 manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır, əvvəllər dörd dəfə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs Bağırova X3 rayonunda onunla bir məhəllədə yaşayan və dostluq münasibəti olan X1 arvadıdır. Mirhəsən hazırda həbsdədir. Onun tutulması barədə xəbəri ona Türkan demiş və o, onlarla birlikdə Mirhəsənin məhkəməsində iştirak etmişdir. Maddi vəziyyətinin pis olması ilə əlaqədar Türkana əri Mirhəsənin adından yazaraq aldadıb pul almaq qərarına gəlmişdir. Bu məqsədlə 28 avqust 2021-ci il tarixdə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə Mirhəsənin adından Türkana yazıb cəza cəkdiyi cəzaçəkmə müəssisəsində problemə düşdüyünü deyib cərimə ödəmək üçün təcili pul lazım olduğunu bildirmiş, həm də onu hədələyib bu barədə heç kəs heç nə deməməsini tapşırmışdır. Türkan da ona inanmış və həmin gün ilkin olaraq 750 manat, ardınca 850 manat, sonra 680 manat, 29 avqust 2021-ci il tarixdə isə əvvəl 20, ardınca isə 520 manat pulu Türkana göndərdiyi X4 məxsus karta köçürmüşdür. Bu minvalla Türkanı aldadıb ümumilikdə 2820 (iki min səkkiz yüz iyirmi) manat pulunu ələ keçirmişdir. Sonuncu dəfə yenə Türkandan 300 manat istəmiş, Türkan ona onlayn ödəmə edə bilməyəcəyini, göndərəcəyi şəxsə pulu ancaq əlbəəl verə biləcəyini demişdir. O da Türkanın yaşadığı evə getmişdir. Həmin vaxt orada olan polis əməkdaşları onu saxlamış və gətirib Xəzər RPİ-nin 3-cü PŞ-nə təhvil vermişlər. Əməlindən peşmandır, lakin maddi imkanı olmadığından, həmin pulu indiyə qədər qaytara və zərərçəkmiş şəxslə barışa bilməmişdir. Ona etimad göstərilərək azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilərsə, azadlığa çıxandan sonra borcunu hissə-hissə ödəyəcəkdir. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2021-ci ilin aprel ayında X2 ilə qeyri-rəsmi nikaha daxil olmuş, hələlik birgə nikahdan övladları olmamışdır. O, Mirhəsənlə Nərimanov rayonu ərazisində ünvanını dəqiq bilmədiyi evdə kirayədə yaşamışdır. 2021-ci ilin may ayında Mirhəsən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin vaxtdan etibarən o, qaynanasıgilin yanında yaşamağa başlamışdır. Həyat yoldaşının dostu olmuş Təqsirləndirilən şəxs 5 saylı CÇM-də cəza çəkən əri Mirhəsənin adından danışaraq həmin CÇM-də probleminin olması səbəbindən cərimə ödəməli olmasını bildirib onu aldadaraq 28 avqust 2021-ci il tarixdə gecə saat 04:00 radələrində Binə qəsəbəsi ərazisində 750 manat pulunu, 28 avqust 2021-ci il tarixdə saat 13:39 radələrində Mərdəkan qəsəbəsi Yesenin küçəsi 2 ünvanda yerləşən “Zənbil” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə X4 məxsus **********313093 saylı “Kapital Bank” kartına köçürtməklə 850 manat pulunu, 29 avqust 2021-ci il tarixdə saat 13:45 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən “Araz” marketdə quraşdırılmış “MilliÖn” elektron ödəmə sistemi vasitəsi ilə X4 məxsus **********313093 saylı karta köçürtməklə 680 manat pulunu, 29 avqust 2021-ci il tarixdə saat 13:49 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsi 5 ünvanda yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə X4 məxsus **********313093 saylı karta köçürtməklə 20 manat pulunu, 29 avqust 2021-ci il tarixdə, saat 19:12 radələrində Binə qəsəbəsi Ə.İsazadə küçəsi 5 ünvanda yerləşən “Araz” marketdə quraşdırılmış “eManat” vasitəsi ilə X4 məxsus **********313093 saylı karta köçürtməklə 520 manat pulunu, cəmi 2820 manat pulunu ələ keçirmişdir. Həmin pul indiyə qədər qaytarılmamışdır, bu səbəbdən də Aqil ilə barışmaq fikri yoxdur, ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödənilməsinə köməklik göstərilməsini və törətdiyi əmələ görə Aqilə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid da Zərərçəkmiş şəxs ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etdi. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsini Təqsirləndirilən şəxs üzünə demiş, sonuncu onun dediklərini təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21 oktyabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin 20 iyun 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1 və 335.1-ci maddələri ilə təqsirli bilinərək 06 (altı) ay şərti sınaq müddəti tətbiq etməklə 07 (yeddi) ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 27 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 1000 (bir min) manat miqdarda cərimə cəzasına məhkum edilmiş, 11 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Amnistiya qərarına əsasən həmin cəzadan azad edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 dekabr 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 26 dekabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 15.2ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməlini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CMnin 178.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs tərəfindən 2820 manat məbləğdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu 28 oktyabr 2021-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar