Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-593/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi 862 nömrəli bağ evində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs onunla birgə işləyən tanışı Zərərçəkmiş şəxs başqa qızlarla yaxın münasibətdə olduğunu bildiyi üçün onun bacısı ilə də danışıb yaxın münasibət qurmasını irad tutub bu hərəkətlərindən çəkinməsini tələb etməsinə əhəmiyyət verməyib əlaqə yaradıb görüşmək üçün bacısının mobil telefonunu öyrənməsi səbəbindən Zərərçəkmiş şəxs döyüb cəzalandırmaq məqsədilə 03 fevral 2024cü il tarixdə saat 23 radələrində Bakı şəhəri Xəzər rayonu, Şüvəlan qəsəbəsi, «Mayak» bağlar massivində dəniz kənarına aparmış, orada Zərərçəkmiş şəxs israrla onun bacısı ilə əlaqə quracağını deməsi səbəbindən aralarında yaranmış şəxsi münasibətlərinin pozulması zəminində qəsdən qisas almaq məqsədilə orada yerdən əldə etdiyi taxta parçası və yumruqla qəflətən ani olaraq Zərərçəkmiş şəxs alın və göz nahiyyələrindən qəsdən vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan soldan alın sümüyü cibinin xarici səhvəsinin, almacıq sümüyünün və göz orbitasının aşağı divarının sınıqları kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, telefon ustası olaraq tapdığı Sehran adlı şəxs ilə tanış olmuş və tələbə olaraq yanında işləməyə və telefon ustası sənətini öyrənməyə başlamışdır. Sehran onun bacısı ilə ailə qurmaq istədiyin demiş, lakin o, buna razı olmadığını bildirmişdir. Sehranın onun etirazına baxmadan bacısı ilə danışmağa cəhd etməsindən əsəbiləşərək söhbət etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə obyektə getmişdir. Axşam saat 18 radələrində Sehrana demişdir ki, evə tez gedəcək. Sehran evə gedəndə qoşulub onunla evə getmək istədiyini bildirmişdir. O, da düşünmüşdür ki, atası ilə söhbət etmək üçün qoy getsin. Yolda Sehranı döymək fikrinə düşmüşdür. Yolda dostu Şahid2 mesaj yazmışdır ki, Şahid1la dəniz kənarında olsunlar, lakin Sehranı döymək fikrinin olmasını deməmişdir. Dəniz kənarına çatanda Həsən və Əfsun onlara yaxınlaşanda bayaqdan Sehranın hərəkətlərindən çox əsəbi olduğundan özünü saxlaya bilmədiyi üçün əvvəlcə yumruqla, sonra taxta ilə alın nahiyəsinə vurmuşdur. Sehran söyüş söyəndən sonra taxta parçasını Sehranın başına yenidən vurmaq istədikdə Əfsun qoymamışdır. Sonra Sehranın qan içində olduğunu görüb onun əlini üzünü su ilə yumuş və taksiyə oturdub yola salmışlar. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışdığını və sonuncuya dəymiş maddi ziyanı tam ödədiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmədiyindən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Umud onun “tik-tok” səhifəsinə zəng vuraraq tələbə olaraq yanında işləyib telefon təmirini öyrənmək istədiyini bildirmişdir. O, mağazanı Umuda tapşırdığı üçün ailəsini tanımaq məqsədi ilə işə başladığı gün evinə qonaq getmişdir. Təxminən hadisədən 10 gün əvvəl Umudun anasına mesaj yazaraq qızına elçi düşmək istədiyini bildirmişdir. Anası qızın nömrəsini ona vermiş və bundan sonra bir neçə gün ərzində Umudun bacısı Şəlalə ilə danışmışdır. Bacısı ilə danışdığı ərəfələrdə Umud ilə mehriban imişlər. Onunla heç bir mübǝhisə etməmişdir. xx.xx.2024-cü il tarixdə səhərdən axşamadək Əhmədli metrostansiyası yanında olan mağazada Umud ilə birgə mehriban işləmişlər. Həmin günü günorta Umud ona demişdir ki, atası danışmaq istəyir. Həmin günü axşam saat 20 radələrində mağazanı bağlayıb çıxmışlar. Saat təxminən 21:30 radələrində manatlıq taksi ilə Mərdəkan qəsəbəsinə gəlmişlər. Umudun tutduğu taksi ilə Umudgilə yollanmışlar. Yolda taksi istiqamətini dəyişəndə Umuddan soruşmuşdur ki, «hara gedirik». Umud demişdir ki, «dəniz kənarında uşaqlar var, onlardan adaptor götürəcəyik». Sonra dəniz kənarında, Şüvəlan qəsəbəsi, Mayak bağlar massivində dəniz kənarında taksi saxlamışdır. Saat təxminən 23 radələri imiş. Taksi çıxıb gedəndə Umud qabağa getmişdir. Bu zaman arxa tərəfdən iki nəfər gəlmişdir. Sonradan adını bildiyi Həsənin əlində taxta var imiş. Sonradan adını bildiyi Əfsun da orada imiş. Bu zaman Həsən Umuda taxtanı göstərib demişdir ki, «bir dənə bunu tapdım». O anlamışdır ki, Umud dava etmək istəyir. Ona görə də onları söyüb nalayiq ifadələrlə təhqir etmişdir. Həmin vaxt qəflətən Umud yumruqla sol göz nahiyəsindən möhkəm zərbə ilə vurmuşdur. Umud heç nə demədən onu qəflətən vurmuşdur. Sonra Umud taxta ilə göz və alın nahiyəsindən yenidən zərbələr vurmuşdur. Umud onu vuran kimi sonradan adını bildiyi Həsən üzərinə düşərək böyrəklərinə və yan nahiyəsinə təpiklə, çənə nahiyənə yumruqla bir neçə dəfə vurmuşdur. O, həmin vaxt dizini yerə atıb yerə çökmüş və əlləri ilə başını tutmuşdur. Bu zaman orada olan Əfsun onların əlindən almağa və ayırmağa çalışırmış. Onlara demişdir ki, gedin su gətirin. Ofsun su gətirərək əl-üzünü yumuşdur. Sonra onlar hər üçü taksi çığıraraq onu xəstəxanaya yola salmışlar. Əlavə olaraq zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədə qeyd etmişdir ki, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dostudur. Umud xx.xx.2024-cü il tarixdə dostları Əfsun və ona “votsap” vasitəsi ilə zəng vuraraq bacısına qarşı nalayiq hərəkət edən Sehran adlı şəxs ilə söhbət etmək üçün kömək istəmişdir. xx.xx.2024-cü il tarixdə axşam vaxtı Umud onlara mesaj yazaraq Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Qres vǝ Mayak adlanan ərazidə gözləmmələrini bildirmişdir. Bir neçə dəqiqə sonra görmüşlər ki, Umud ilə bir nəfər sonradan adını bildiyi Sehran yaxınlaşır. Bu zaman Sehran onları söyüb təhqir etdiyi üçün Umud heç nə demədən taxta parçası ilə Sehranın sifətindən bir dəfə vurmuşdur. Sonra Umud yumruq və təpiklərlə Sehranı vurmağa davam etmişdir. Sonra qan içində olan Sehran var-yox söyüşü söyərək niyə məni təkləmisiz demişdir?. Həmin vaxt o, Sehrana kömək edərək yerdən qaldırırmış. Söyüş söydüyünü eşidib sifət nahiyəsinə sillə ilə vurmuşdur. Demişdir ki, “niyə söyüş söyürsən görürsən kömək edirəm”. Sonra Sehranı oturdub qan içində olduğu üçün su ilə yarasını yumuşlar. Sonra vəziyyətinin pis olduğunu görüb taksi çağırıb yola salmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, fakta əsasən CM-nin 221.2.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdr; - Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi R.İsmayılov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 141 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlər - baş- beynin yüngül dərəcəli əzilməsi, ənsə nahiyəsinin, alının, sol almacıq nahiyəsinin əzilmiş yaraları, çənəaltı nahiyənin, sol və sağ sağrı nahiyəsinin qançırları, soldan alın sümüyü cibinin xarici səhvəsinin, almacıq sümüyünün və göz orbitasının aşağı divarının sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X3” Publik Hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən; çənəaltı nahiyənin, sol və sağ sarğı nahiyəsinin qançırları istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir; baş-beynin yüngül dərəcəli əzilməsi, ənsə nahiyəsinin, alının, sol almacıq nahiyəsinin əzilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya; soldan alın sümüyü cibinin xarici səhvəsinin, almacıq sümüyünün və göz orbitasının aşağı divarının sınıqları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin müxtəlif şəraitlərdə, o cümlədən kənar şəxs tərəfindən yetirilməsi inkar olunmur; - Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial təsdiqli xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, və sonuncuya dəymiş maddi ziyanı tam ödəmiş və barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsas olmadan xitam verilməsini xahiş edir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmmamışdır; - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.2.1-ci maddəsindən CM-nin 127.1-ci maddəsinə tövsif olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Şahid2 16 yaş həddinə çatmadığından barəsində cinayət təqibinə xitam verilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, vurduğu maddi ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş əxsin ona qarşı şikayətinin və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.3-cü maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 127.1-ci maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-593/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-593/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver