Məhkəmə qərarları › İş №1(003)-597/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-597/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-597/2024 05.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsierləndidirlən şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Naxçıvan MR, Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Culfa şəhəri, M.Əsgərov küçəsi, ev 17, mənzil 5-də qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs1 ilə qısqanclıq zəmnində və onunla kobud davranması əsası ilə ondan 2022-ci ilin sentyabr ayında boşandıqdan sonrakı dövr ərzində Ş.Əliyevanı aşkar və gizlin formada mobil telefonla danışmaqla və yaşadıqları evə gəlib-getməklə narahat edərək pozulmuş ailə münasibətləri ilə bağlı aralarında tez-tez mübahisə yaratmış, 13 avqust 2023-cü il tarixde saat 11:00 radələrində yaşadiqları Bakı şəhəri Xəzər rayonu Mərdəkan qesebesinde yerləşən bağdakı fərdi yaşayış evinə kiminsə gəlib-getdiyindən şübhələndiyi üçün oraya gəlmiş, keçmiş həyat yoldaşı X2 üzünə evin qapısını açıb yenidən mübahisə yaradaraq şəxsi münasibətlərin pozulması zəmnində qəsdən qisas almaq məqsədilə onun qolundan tutaraq zorla dartıb evin girişindəki dəhlizə salıb qapını bağlamaq istərkən Ş.Əliyeva ilə birlikdə gəlmiş bacısı Zərərçəkmiş şəxs2 hay-küy salıb buna imkan verməyib köməyə adam çağırmasını eşidib dərhal əli ilə Şəhlanın boğazından tutub divara çırparaq onu yerə otuzdurmuş, sol qolunun dirsəyi ilə onu divara sıxıb sağ əli ilə cibindən istintaqla müəyyən olunmamış bıçağı çıxarıb onun üzünə çəkmək istəyərkən Zərərçəkmiş şəxs2 onu itələyib buna imkan verməmiş, S.Əliyeva qapının yanından əldə etdiyi taxta parçası ilə onun başından vurandan sonra o, Şəhla Əliyevanı buraxdıqdan sonra təkrarən arxadan qucaqlayıb Ş.Əliyevanın əvvəlcə bədəninin müxtəlif nahiyyələrinə yumruqla və ayağı ilə vurub ona sağ almacıq nahiyyəsinin, sol və sağ bazusunun qançırları, sonra isə əlindəki nümayiş etdirdiyi bıçaqla onu vurub sol kürək nahiyyəsinin kəsilmiş yarası kimi sağlamlığının qisa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirərək X2 qəsdən sağlamlığına yüngül zərər vurmuş, həmin vaxt bacısı Ş.Əliyevanı və bıçağı onun əlindən almaq istəyən Zərərçəkmiş şəxs2 da bədəninin müxtəlif nahiyyələrinə əvvəlcə yumruğu və ayağı ilə vurub sol gözünün bayır bucağının, sağ bazunun, sol alının qançırları, sağ baldırın sıyrığı, sonra isə əlindəki nümayiş etdirdiyi bıçaqla vurub sağ bazunun kəsilmiş yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərər vurmurmaya aid xəsarətlər yetirərək Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığa yüngün zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki Zərərçəkmiş şəxs1 onun keçmiş arvadı, Zərərçəkmiş şəxs2 isə sonuncunun bacısıdır. 2022-ci ilin sentyabr ayında yoldaşı Şəhla boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Onlar 2023-cü ilin aprel ayında rəsmi olaraq boşanmışlar. Bundan sonra o, Şəhla ilə barışmaq üçün bir müddət Mərdəkan qəsəbəsindəki yaşadıqları evə gəlib-getmişdir. xx.xx.2024-cü il tarixdə yenidən həmin evə getmişdir. Qısa müddət keçdikdən sonra Şəhla və Səbinənin həmin evə gəldiyini görmüşdür. O, evin qapısını açıb Şəhlanın qolundan tutub evə tərəf çəkmişdir. Bu zaman aralarında mübahisə baş vermiş və o, Şəhlanı və bacısı Səbinəni vurmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, 2021-ci ildə Təqsirləndirilən şəxs ailə həyatı qurmuşdur. 5-6 ay normal yaşadıqdan sonra münasibətləri korlanmağa başlamışdır. 2022-ci ilin sentyabr ayında artıq onunla bir evdə yaşamayaraq ailəsinin yanına köçmüş və boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Bundan sonra Elmar onu və bütün qohumlarını həm yaşadıqları evə gedərək həm də mobil telefon vastəsilə sutkanın hər saatında gizlin və açıq nömrələrdən narahat edirmiş. Bu hal mütəmadi olaraq davam etmişdir. 2023-cü ilin avqust ayının əvvəllərində bağ qonşuları bacısı Səbinəyə zəng vuraraq onlara məxsus evə kiminsə gəlib getdiyini bildirmişdir. 13 avqust 2023-cü il tarixdə bacısı Səbinə ilə Şağan qəsəbəsində yerləşən bağ evinə getmişlər. Həyət qapısını açıb həyətə daxil olmuşlar. Ehtiyyat etdiyi üçün evin pəncərəsindən içəri baxmış və içəridə bir otaqdan digərinə kiminsə keçdiyini hiss etdiyini bildirmişdir. Bu zaman polisə zəng vuraraq evdə kiminsə olması barədə məlumat vermişdir. Bu zaman Elmarın evdən bayıra çıxaraq onun qolundan tutub evə tərəf dartmışdır. Səbinə qışqıraraq ətrafda kimsə varsa kömək etməsini istəmişdir. Elmar evin qapısını bağlayaraq onunla evdə tək qalmağa çalışmışdır. Lakin, bacısı Səbinə qışqıra-qışqıra evin qapısını dartıb açmışdır. Elmar artıq evin qapısını bağlaya bilməyəcəyini anladığından onun boğazından tutaraq divara tərəf var gücü ilə itələmişdir. O, da belindən yeni əməliyyat olduğundan belində ağrı olmuş və bu səbəbdən divara dəyib yerə oturmuşdur. Bu zaman Elmar sol qolunun dirsək hissəsi ilə onu divara sıxıb sağ əli ilə sağ cibindən bıçaq çıxararaq üzünə bıçaq çəkmək istəmişdir. Səbinə Elmarı itələyərək ondan uzaqlaşdırmışdır. Budan sonra o, ayağa durmaq istədikdə Elmar yenidən əlində bıçaqla onun üzərinə gələrək onu arxadan tutmuşdur. Səbinə onu nə iləsə vurmuş və Elmar onu buraxmışdır. Sonra Elmar bacısının üzərinə gedərək onu yumruqla vurmuşdur. Sonra Elmar bıçaqla onun sol kürək nahiyyəsinə xəsarət yetirmişdir. Elmar onu bıçaqla vurub bayıra qaçmışdır. Çox keçmədən polislər gəlmiş və o, hadisə barədə məlumat verərək polis bölməsinə ərizə ilə müraciət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs bacısı Şəhlanın keçmiş əridir. 13 avqust 2023-cü il tarixdə o və bacısı Şəhla Şağan qəsəbəsində yerləşən bağ evinə gəlmişlər. Həyət qapısını açıb həyətə daxil olmuşlar. Ehtiyyat etdikləri üçün bacısı Şəhla evin pəncərəsindən içəri baxmış və içəridə bir otaqdan digərinə kiminsə keçdiyini bildirmişdir. Bu zaman bacısı polisə zəng vuraraq evdə kiminsə olması barədə məlumat vermişdir. Elmar həmin vaxtı evdən bayıra çıxaraq bacısının qolundan tutub evə tərəf dartmışdır. Bu zaman o, qışqıraraq ətrafda kimsə varsa kömək etməsini istəmişdir. Bu zaman Elmar evin qapısını bağlamağa çalışmışdır. Lakin, o evin qapısını dartıb açmışdır. Mübahisə əsnasında Elmar bacısını Şəhlanı və onu ayaqla, yumruqla və bıçaqla vuraraq xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmiş, sonuncu ilə barışmış və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin 23 avqust 2023-cü il tarixli 950 nömrəli rəyindən aydın olur ki, Zərərçəkmiş şəxs1 sağ almacıq nahiyyəsinin, sol və sağ bazunun, sol ayağın qançırları küt əşya (əşyalar); sol kürək nahiyyəsinin kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq) təsirindən törənmiş xəsarətlər aşkarlanmışdır. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin 23 avqust 2023-cü il tarixli 949 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 sol gözün bayır bucağının, sağ bazunun, sol əlin qançırları, sağ baldırın sıyrığı küt əşya (əşyalar); sağ bazunun kəsilmiş yarası isə kəsici təsirə malik əşya (alǝt(ola bilsin bıçaq)) təsirindən törənmişlər. Sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğuna görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum CM-nin 72 – 73-2 və 74-1-ci maddələrinin tətbiqi ilə bağlı cinayət məsuliyyətindən azad olunmamışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, eyni zamanda barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 1-ci PŞ-nin xx.xx.2024-cü il tarixli 3-13-45-1/2-10715/2024 nömrəli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq, həmin gün Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir; - Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən aydın olur ki, o, zərərçəkmiş şəxslərlə barışmasını və ona qarşı heç bir şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində olan cinayət iuşi üzrə icraata xitam verilməsi xahiş etmişdir; - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir; Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslərlə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar