Məhkəmə qərarları › İş №1(003)-597/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-597/2025

18.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-597/2025 18.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs6, Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1988-ci ildə Şabran rayonunun Çöl Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, ali təhsilli, məhkumluğu olan, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şabran rayonunun Çöl Quşçu kəndində qeydiyyayda olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrar dələduzluq etmişdir. Belə ki, o, xx.xx.2021 -ci il tarixli 1422/ş nömrəli əmrlə Azərbaycan Respublikasının fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 4-cü ərazi X10 idarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin böyük mühəndis-inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-isliladə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 20 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs1 Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivi ərazisində yerləşən obyektinə standartlara cavab verməsi ilə bağlı rəy alınması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidməti tərəfindən yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsinə köməklik göstərilməsi üçün həmin tarixdə sonuncunun etmiş olduğu müraciətindən sonra obyektin qanunvericiliyə uyğun qaydada olmadığını görüb obyektin standartlara uyğun olmasına dair müsbət rəy verilməyəcəyini bildiyi üçün özünün gııya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs1 Bakı şəhəri. Xəzər rayonu, Binə qəsəbəsi Atçılıq yaşayış massivi ərazisində yerləşən obyektinə standartlara uyğun olmasına dair müsbət rəy verilməsini təmin etdirmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə Zərərçəkmiş şəxs1 xeyrinə edəcəyi hərəkətə görə 9.000 (doqquz min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib razılığını alaraq sövdələşdikdən sonra, həmin niyyətlə 2024-cü ilin yay aylarında hissəhissə olmaqla Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsində görüşüb sonuncudan şəxsən 9.000 (doqquz min) manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 Nofəl oğluna məxsus 9.000 (doqquz min) manat məbləğində pul vəsaitini ələ keçirib dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən. 08.10.202J-ci il tarixli 1422/ş nömrəli əmrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 4-cü ərazi X10 idarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin bövük mühəndis-inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin aprel ayında obyektinin sənədləşmə işində sahibinə yardım göstərməklə dövlət qurumlarında ona verilən etibarnamə əsasında nümayəndə qismində iştirak edən X5 Zərərçəkmiş şəxs5 məxsus obyektnə istismara qəbul rəyi sənədini düzəltdirməyi istəməsi barədə rəsmi olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etməsindən sonra öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin iaşə obyektinə baxış keçirdikdən sonra obyektin qanunvericiliyə uyğun qaydada olmadığını görüb obyektin standartlara uyğun olmasına dair müsbət rəy verilməyəcəyini bildiyi üçün özünün guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin əlaqələrindən istifadə edərək ümumilikdə 10.000 manat pul qarşılığında qeyd olunan obyektin norma və standartlara cavab verməsi barədə akt tərtib edəcəyini vəd etmiş, bundan sonra X9 Axundovudan 10.000 manat pul alaraq 23 iyul 2024-cü il tarixdə təxminən saat 1 1 radələrində Aeroport yolunun Bakı şəhəri Suraxanı rayonu ərazisindən keçən hissəsində ‘‘Buta Palace" yaxınlığında yerləşən ''Sonan’ yanacaqdoldurma məntəqəsində əlbəəl olaraq Təqsirləndirilən şəxs vermiş, lakin sonuncu vədinə əməl etmədən pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs5 məxsus 10.000 (on min) manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzrə 08 oktyabr 2021 -ci il tarixli 1422/ş nömrəli əmrlə Nazirliyin X10 Xidmətinin 4-cü ərazi X10 idarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin böyük mühəndis-inspektoru vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs7 Bakı şəhəri. Suraxanı rayonu, Hövsaıı qəsəbəsi, O.Şabanov küçəsi 35-də yerləşən daşınmaz əmlakına çıxarış alınması ilə bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidməti tərəfindən yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsi üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə X3 Agentliyinin portalına elektron qaydada müraciətindən sonra vəzifə bölgüsünə əsasən böyük mühəndis və Bakı şəhəri Suraxanı rayonu ərazisində aparılan tikilməkdə, təmirdə və yenidən qurulmaqda olan obyektlərə nəzarət edilməsi tapşırılmış əməkdaş kimi adı qeyd edilən daşınmaz əmlaka baxış keçirilməsi məqsədi ilə ofisə gəlmiş əraziyə baxış keçirilən zaman su hovuzunun qanunvericiliyə uyğun qaydada olmadığını, obyektlə paralel su gidratları. siqnalazasiya, yanğın söndürmə sistemi və digər tələblərin yerində olmadığını görüb yanğın texniki müayinənin nəticəsinə dair X10 Xidməti tərəfindən müsbət rəy verilməyəcəvini bildiyi üçün özünün guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin əlaqələrindən istifadə edərək Zərərçəkmiş şəxs7 Suraxanı rayonu, Hövsaıı qəsəbəsi. O.Şabanov küçəsi 35-də yerləşən daşınmaz əmlaka X10 Xidməti tərəfindən yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsini təmin etdirmək imkanına malik olduğunu sonuncuya yalandan bildirib, həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsə Zərərçəkmiş şəxs7 xeyrinə edəcəyi hərəkətə görə ilkin 500(30 (aili min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını sonuncunu aldatmaqla bildirib, Zərərçəkmiş şəxs7 onun dediyi külli miqdarda olan məbləğlə razılaşmayıb, üzərindən 10- 15 gün keçmiş təkrar ofisə gələrək daşınmaz əmlaka X10 Xidməti tərəfindən yanğın texniki müayinənin nəticəsinə dair müsbət rəy verilməsi ilə əlaqədar həmin məsələnin müsbət həlli üçün özünün yaxın münasibətdə olduğu səlahiyyətli vəzifəli şəxsi 10000 /on min manata razılığa gətirdiyinə inandırıb sövdələşdikdən sonra, həmin niyyətlə 2024-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs7 Suraxanı rayonu. Hövsaıı qəsəbəsi, O.Şabanov küçəsi 35-də yerləşən ofisində 10000 /on min/ manat pul vəsaitini alaraq şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs7 məxsus 10000 /on min manat məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən. xx.xx.2021-ci il tarixli 1422/ş nömrəli əmrlə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin 4-cü ərazi X10 idarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin böyük mühəndis-inspektoru vəzifəsinə təyin edilməklə lıəmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə 2024-cü ilin aprel-dekabr aylarında obyektlərinin sənədləşmə işlərində sahiblərinə yardım göstərməklə dövlət qurumlarında ona verilən etibarnamə əsasında nümayəndə qismində iştirak edən Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs2. X2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Şahid4 Bakı şəhəri, Xəzər rayonu. Binə qəsəbəsində yerləşən iaşə obyektlərinə istismara qəbul rəyi sənədini düzəltdirməyi istəmələri barədə rəsmi olaraq Fövqəladə Hallar Nazirliyinə müraciət etməsindən sonra öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə həmin iaşə obyektlərinə baxış keçirdikdən sonra obyektin qanunvericiliyə uyğun qaydada olmadığını görüb obyektin standartlara uyğun olmasına dair müsbət rəy verilməyəcəyini bildiyi üçün özünün guya Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində yüksək vəzifədə işləyən tanışının olduğunu, həmin əlaqələrindən istifadə edərək ümumilikdə 10.200 manat pul qarşılığında qeyd olunan obyektlərin norma və standartlara cavab verməsi barədə akt tərtib edəcəyini vəd etmiş, bundan sonra Zərərçəkmiş şəxs6 Zərərçəkmiş şəxs3 ümumilikdə 2.500 manat, Şahid5 ümumilikdə 2.500 manat, Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat, Şahid4 ümumilikdə 1.700 manat, Zərərçəkmiş şəxs4 ümumilikdə 1.500 manat pul alaraq post-terminal vasitəsilə Təqsirləndirilən şəxs istifadəsində olan bank kartına göndərmiş, daha sonra Təqsirləndirilən şəxs vədinə əməl etmədiyinə görə Zərərçəkmiş şəxs6 Şahid5 aldığı 2500 manat və Şahid4 aldığı 1700 manat pulu şəxsi hesabına onlara geri qaytarmış. Təqsirləndirilən şəxs vədinə əməl etmədən aldığı pul vəsaitini şəxsi ehtiyaclarına sərf edib, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 10.200 (on min iki yüz) manat məbləğində pul vəsaitini ələ keçirib onlara xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib, törətdiyi cinayət əməlləri nəticəsində vurduğu ziyanı tam ödəməsini və himayəsində iki azyaşlı uşqlarının olmasını nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var – xx.xx.2010cu il təvəllüdlü Babaşov Elmir Elvin oğlu və xx.xx.2019-cu il təvəllüdlü Babaşov Tamerlan Elvin oğlu. Məhkəmə iclasında təqdim edilmiş, eləcə də notarial qaydada təsdiq edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs5, eləcə də Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs6 ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs qızı tərəfindən onlara vurulmuş maddi ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbləri yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs qızı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 1 il 7 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 1.16-cı (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər) bəndində göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Belə olan halda, məhkəmə, təqsirləndirilən şəxsin himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı tam ödədiyini, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına Qərarın 1.16 və 5.1-ci bəndlərinə əsasən xitam verilməli, haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam" növündə qətimkan tədbiri ləgv olunmalı, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və CPM-nin 43.3, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə vəkili Müdafiəçi tərəfindən sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar