Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-6/2021 09.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Cəbrayıl rayonu, Çaxırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu, Çaxırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9, ev 19-da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs qaynı X8 ilə bir qrup şəxs halında xx xxxxxxx 2019-cu il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9 ünvanında yerləşən evin qarşısında küçədə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan əl və ayaq zərbələri ilə, həmçinin yerdən götürdüyü silah qismində istifadə olan daş parçası və dəmirlə Zərərçəkmiş şəxs qəsdən bədəninin müxtəlif nahiyələrindən vuraraq ona sol əlin, sağ dizin sıyrıqları, sağ budun qançırları, sol tərəfli üçlü sinirin posttravmatik nevralgiyası, ağrı sindromu və hərəkət məhdudluğu ilə (funksiya pozğunluğu ilə) müşayiət olunan sol dizin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirib xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, məcburi köçkün olduğuna görə və evi olmadığından 2014-cü ilin fevral ayından Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9 ünvanda yerləşən evə həyat yoldaşı və iki azyaşlı uşağı ilə birlikdə daxil olaraq həmin evdə yaşamağa başlamışlar. Bir müddət yaşadıqdan sonra 2016-cı ildə sonradan adını bildiyi Şahid1 yaşadıqları evə gələrək bildirmişdir ki, ev ona məxsusdur. O, Rafiqə bildirmişdir ki, həmin evdə müvəqqəti yaşayır, ev onun deyildir. Rafiq əvvəl oğurluqda onu günahlandıraraq ondan polisə şikayət etmiş, onun barəsində Azərbaycan Respublikası CM-nin 177.1 maddəsi ilə cinayət işi başlanılsa da sonradan həmin maddə ilə təqsirli bilinmədiyindən bəraət verilmişdir. Şahid1 sonradan onu məhkəməyə mülki iddia ilə şikayət etmiş və məhkəmənin qərarı ilə onu həmin evdən çıxartmışlar. O, həmin həyətin sağ tərəfində eyni hasarın içində boş olan torpaq sahəsinə yerləşmişdir. Rafiqin evlə birlikdə ümumi torpaq sahəsi 18 sot olsa da, Rafiqin sənədi 12 sot torpağadır. O, evdən çıxanda icra məmurların yanında həmin vaxtı öz əşyalarını indiki qaldığı torpaq sahəsinə yığmışdır, onlar heç biri öz iradını bildirməmişdir. Rafiqdə heç bir iddia qaldırmamışdır. O, da yaşadığı torpaq sahəsi ilə Rafiqin torpaq sahəsi arasında mişar daşdan icra məmurları onu oradan çıxarmamışdan əvvəl hasar tikmişdir, həmin sahədə 2 otaqlı ev tikmiş və hal-hazırda orada yaşayır. xx.xx.2019-cu il tarixdə saat 14:30 radələrində Rafiq, yanında olan Aydın adlı şəxs, birnəfər tanımadığı şəxs, sahə inspektoru traktor gətirərək onun tikdiyi hasarı uçurtmuş, Rafiq həyat yoldaşına nalayiq sözlər deyərək təhqir etmişdir. Bu barədə həyat yoldaşı Nuriyeva Şirin ona bildirdikdə o, dərhal həyətə gəlmişdir. Həmin vaxt aralarında mübahisə olmuşdur. Mübahisə zamanı Rafiq öz həyətindən daş baltasını götürərək həyat yoldaşı X2 üzərinə hücum çəkmək istəyərkən o, Rafiqin qabağına keçdiyindən Rafiq baltanı sağ əlinin üstünə vuraraq xəsarət yetirmişdir. Bütün bu hadisələri qaynı Laçın öz telefonu ilə çəkmişdir. Lakin, sonradan Laçın bilmədiyi səbəbdən oradan uzaqlaşıb getmişdir və Aydınla Rafiqin onu vurmalarını görməmişdir. Belə ki, Rafiq onu yerə yıxıb vurmuşdur və Aydın da əlində olan telefonla onun başından vurmaq istəyərkən telefon yerdə olan daşa dəyərək sınmışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və artıq həmin vaxt sakitləşmişlər. Çünki, Rafiq onu vurandan sonra oradan qaçıb polisin ardınca getmişdir. Lakin verilən suallara cavab olaraq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs göstərmişdir ki, hadisə həyətin içində olmuş, sonradan çölə çıxmışlar. Ətrafda qonşular olmuşdur. Mübahisə zamanı qaynı və arvadı orada olmuşdur. Hər-hansı söyüş və ya dava-dalaş olmamışdır. Hadisə zamanı Aydın orada olmuş və aralarında mübahisə olmuşdur. Rafiq əlindəki baltanı yoldaşı Şirinə qaldırıb vurmaq istəyəndə o, qabağına keçmiş, balta onun sağ əlinin üstünə dəymiş və ona xəsarət yetirmişdir. O, yaxalaşan zaman əlindən qanın axdığını hiss etməmişdir. O, balta xəsarətindən başqa xəsarət almamışdır. Hadisə zamanı Aydın xəsarət almamışdır. Hadisə zamanı yalnız o, xəsarət almışdır. Aydın onu vurmamışdır. Rafiq və Aydın arvadına nalayiq ifadələr işlətmişlər. Aydının telefonunu Laçın qırmamışdır, Aydın telefonu onun başına çırpmaq istəmiş, lakin yayındığından telefon daşa çırpılaraq qırılmışdır. Laçın qaçıb getməmişdir, telefonla çəkiliş etmişdir, Laçın hadisənin əvvəlindən axırına kimi orada olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, mülki işlərlə əlaqədar olaraq 2016-cı ildən etibarnamə əsasında qohumu Şahid1 nümayəndəsidir. Belə ki, 2016-cı ilin iyun ayında Şahid1 ona bildirmişdir ki, özünə məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9, ev 11 ünvanında yerləşən evə kənar şəxslər girmiş və orada yaşayırlar. Rafiq öz adından ona etibarnamə vermiş və bu işlərdə ona köməklik etməyini istəmişdir. O, qeyd olunanlarla bağlı lazımı sənədləri yığıb müvafiq məhkəmələrə müraciət etmiş və bütün məhkəmələr Şahid1 iddiasını təmin etmişdir. Qətnamə icra olunması üçün Xəzər rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Xəzər rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ç.Mustafayev küçəsi, döngə 9, ev 11 ünvanında yerləşən evə getmişlər. İcra məmurları qətnaməyə əsasən Təqsirləndirilən şəxs, X5 və onların övladlarını evdən çıxarıb evi nümayəndəsi olduğu Şahid1 təhvil vermişlər. xx xxxxxxx 2019-cu il tarixdə Rafiq ona zəng vuraraq bildirmişdir ki, icra məmurları həmin şəxsləri həmin ünvandan çıxartdıqdan sonra onlar hasardan aşaraq həyətə daxil olub həyətdə olan daş və qumdan istifadə edərək qeyd olunan evin həyətini özbaşına 2 hissəyə bölmüşlər və evin otaqlarından birinə vurulmuş Rafiqə məxsus taxtaları, qapını, eyni zamanda mansara vurulmuş döşəmə taxtalarını sökmüşlər, hasarı sökərək həyətdən küçəyə qapı yeri açmışlar. Sökdükləri tikinti materiallarını özləri üçün həyətin bir tərəfində ev tikmək məqsədi ilə həmin yerə yığmışlar. xx xxxxxxx 2019-cu il tarixdə, saat 14:00-da Rafiq ilə birlikdə həmin ünvana getmişlər. Orada mübahisə yaranacağını bilib Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid4 həmin yerə dəvət etmişlər. Qeyd olunan həyəti iki hissəyə bölmək üçün Əjdərin çəkdiyi hasarı Rafiqin həmin yerə dəvət etdiyi tanımadığı sürücünün idarə etdiyi traktor sökmüş və traktor çıxıb getmişdir. Hətta Əjdərin hasarı sökərək küçəyə açdığı qapı yerini hörmək üçün Rafiq həmin yerə usta və fəhlə gətirmişdir. Bir qədər keçmiş sahə inspektoru Şahid4 həmin yerə gəlmişdir. O, Maqsud və Rafiqlə küçə qapısının qarşısında söhbət edərkən bir qədər aralıdan Əjdərin həyat yoldaşı X1-küy salaraq onlara yaxınlaşdığını, onun ardınca Əjdər və sonradan adını bildiyi Şirinin qardaşı Laçının gəldiyini görmüşdür. Şirin səs-küy salaraq onların ünvanına nalayiq ifadələr işlədərək onları oradan qovmaq istəmişdir. Laçın həmin yerə çatan kimi öz telefonunu çıxaraq çəkiliş etməyə başlamışdır. Maqsud isə həmin vaxt onlarla və Əjdərlə söhbət edərək məsələni aydınlaşdırmaq istəyirdi. Hətta Maqsudun polis olduğunu bilmələrinə baxmayaraq Əjdər, Laçın və Şirin Maqsudun kim olduğunu soruşub onun işinə maneçilik yaratmışlar. Eyni zamanda Şirin səs-küy salmağına davam edib narahatçılıq yaradırdı. Şirin orada olan ustanın hasarı tikmək üçün istifadə etdiyi baltanı əlinə götürmüş, Rafiq isə həmin baltanı Şirinin əlindən alıb küçədən həyətə tullamışdır. Hətta çəkiliş aparan Şirinin qardaşı Laçın bacısının bu hərəkətlərini çəkməmək üçün telefonu digər tərəfə çevirib Rafiqi çəkirdi. Lakin, çəkilişdən də aydın görünür ki, Rafiq baltanı alıb həyətə tullayır. Bundan sonra Əjdər Rafiqin üzərinə hücum edib onun yaxasından tutmuş, onlar dartışsalar da bir-birlərini vurmamışlar. Laçın Əjdərin bu hərəkətlərini görüb çəkilişi dayandırmışdır. Həmin vaxt o, öz telefonu ilə bütün bu prosesləri çəkmişdir. Laçın onun çəkiliş apardığını və onları ifşa edəcəyini bilib üzərinə gəlmək istəmişdir. O, telefonu cibinə qoyub darvazaya tərəf getmişdir. Lakin, Laçın ondan əl çəkməyib onun ardınca gəlmiş və onun üzərinə hücum edib əli və ayağı ilə onu vuraraq yerdə olan mişar daş qırıntılarının üzərinə yıxmışdır. Laçın yerdə də bir neçə yumruq, təpik zərbələri və yerdən götürdüyü mişar daşının qırıntıları ilə onu vuraraq xəsarət yetirmişdir. Hətta həmin vaxt Laçın pencəyinin cibini cıraraq telefonunu cibindən çıxarıb içərisində olan yaddaş kartını çıxarıb sındırmış, telefonu isə divara çırparaq sındırmışdır. O, Laçına mane olmaq istəsə də Laçın ona məhəl qoymamışdır. Sahə müvəkkili onların bu hərəkətlərinin qarşısını almaq istəsə də bu mümkün olmamış və məcbur olub Xəzər RPİ-nin 2-ci PŞ-nin Sahə qrupunu həmin yerə çağırmışdır. Rafiq Əjdərin əlindən çıxıb qaçaraq oradan uzaqlaşıb polis çağırmağa getmişdir. Əjdər isə Laçına köməklik edərək birlikdə onu əli, ayağı ilə, eləcə də yerdən götürdüyü mişar daşının qırıntıları və dəmir paçası ilə döyüb xəsarət yetirmişlər. Hətta Əjdər ona təpik zərbəsi vurarkən ikinci təpik zərbəsindən qorunmaq üçün kənara çəkildiyindən Əjdərin ayağı onun belimə ilişmiş Əjdər yerə yıxılmışdır. Səsə həmin yerə gələn qonşular və sahə inspektoru Maqsud Əjdərlə qaynı Laçını sakitləşdirməyə çalışırdılar. Əjdər, qaynı Laçın və Şirin polislərin həmin yerə gəldiyini görüb ondan aralanıb sakitləşmişlər. Qeyd olunan hadisə küçədə baş vermişdir. Lakin verilən suallara cavab olaraq zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Rafiqlə görüşüb sözügedən ünvana getmişlər həyətin qapısını açıb içəri girmişlər. Onların ora getməkdə məqsədləri torpaq sahəsinin bölünməsi olmuşdur. Təqsirləndirilən şəxs və onun ailəsi sözügedən fərdi yaşayış evindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılmışdır, bu səbəbdən də polis orqanına müraciət etmişlər. Həyətə girən zaman həyətdə heç kim olmamışdır. Rafiq traktor çağırmış, hasarı dağıtmışlar. Traktor işini bitirdikdən sonra sahə müvəkkili gəlmişdir. Sonradan qapı açıldığından oranı hörmək qərarına gəlmişlər. Usta qapını hörən zaman təqsirləndirilən şəxsin arvadı gəlmiş və qışqır-bağır salmağa başlamışdır. 5-10 dəqiqədən sonra Əjdər və onun qaynı gəlmişdir. Bu zaman təqsirləndirilən şəxsin arvadı daş baltasını əlinə almış və Rafiqin üzərinə hücum çəkmişdir, Rafiq bu zaman daş baltasını qadının əlindən alıb həyətə atmışdır. Belə olan zaman o, Rafiqə polis əməkdaşlarını köməyə çağırmasını demişdir. Təqsirləndirilən şəxs özü arvadını və qaynını qızışdırdığından onu döymüşdülər. Onu təqsirləndirilən şəxsin qaynı Laçın və təqsirləndirilən şəxsin arvadı itələyib yıxmışlar, sonradan təqsirləndirilən şəxslə birlikdə hamısı təpik, şillə, daş və dəmir parçaları ilə vuraraq xəsarət yetirmişlər. Onları sahə müvəkkili və Rafiq aralaşdırmışdır. Hadisə fərdi evin qarşısında olan küçədə baş vermişdir. Həmin zaman ətrafda qonşular çox olmuşdur. Qonşulardan yaxınlaşan olmamış, sadəcə baxmışlar. Hadisə 50 dəqiqə çəkmiş, bu zaman söyüşlər olmuşdur, onu döymüşlər. Xəsarət əlində belində, qabırğalarında olmuşdur. Əli başında olmuş, zərbələr əlinə dəymiş, əlinin üstü qanamış bu qan onun başına tökülmüşdür. Əli başında olduğundan vurulan zərbələrdən başından da xəsarət almışdır. O, heç kimə xəsarət yetirməmişdir. Onları aralaşdıran, sahə müvəkkili, polis əməkdaşları və Rafiq olmuşdur. Daş parçası yerdən götürülmüş və dəmir parçası ilə də ona xəsarət yetirilmişdir. Həmin daş və dəmir parçaları maddi sübut kimi tanınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2019-cu ilin oktyabr ayında tanıdığı Zərərçəkmiş şəxs zəng edərək harada olduğunu soruşmuşdur, Aydın Buzovna qəsəbəsində işi ilə əlaqədar olduğunu bildirmiş, bu zaman o, Buzovnaya dostuna məxsus fermer təsərrüfatına gedərək ordan qaz, ördək alacağını bildirmişdir. Sonra tanışı Şahid3 zəng edərək onunla Buzovna qəsəbəsində yerləşən dostuna məxsus fermer təsərrüfatına getməyini və oradan bir neçə ev quşları gətirəcəklərini bildirmişdir. Bunun müqabilində Vahidə 10-15 manat pul verəcək idi. Vahid də onunla razılaşmışdır. O, Yasamaldan taksiyə əyləşib Koroğlu metrostansiyasına gəlmiş və Vahidlə görüşüb birlikdə 171 saylı marşurut avtobusu ilə Buzovna qəsəbəsinə getmişlər. Buzovna qəsəbəsinin mərkəzinə təxminən 1 km qalmış avtobusdan düşüb yolun əks tərəfinə keçmiş və 9-cu döngə ilə piyada evlərin arasında yerləşən marketə girmişlər. Marketdən su alıb çıxmışdır. Marketin qarşısından bir qədər qarşıya keçmiş küçədə 2 nəfər kişi və 1 nəfər qadının Aydın ilə mübahisə etdiyini onun ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Daha sonra isə iki nəfər kişidən birinin, yəni cavan oğlanın Aydının üzərinə hücum edərək onu itələyib yerdə olan daşların üzərinə atdığını, yumruq-təpiklə və yerdən götürdüyü daşlarla onu vurduğunu, əynində olan pencəyini cırıb cibindəki telefonu çıxartdığını görmüşdür. Həmin şəxs Aydının telefonunu divara çırparaq sındırmışdır. Orada olan orta yaşlı digər kişidə həmin cavan oğlana kömək edib yumruq-təpiklə və yerdən götürdüyü daşlarla Aydını vuraraq döyüb xəsarət yetirmişlər. O, həmin iki kişini sakitləşdirməyə getmişdir. Lakin, bir qədər keçmiş həmin yerə polis əməkdaşları gəldiklərindən həmin şəxslər sakitləşib bir kənara çəkilmişlər. O, Aydına su verib ona köməklik etmiş və üst-başının tozunu təmizləmişdir. Lakin verilən suallara cavab olaraq Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs 10-12 ildir ki, tanıyır. Aydınla dalaşan adamları tanımır. O, dotuna məxsus fermer təsərrüfatına qaz, ördək almağa gedirdi. O, Yasamaldan saat 12:00- 13:00 arasında oğlunun telefonu ilə Aydına zəng etmiş, Aydın Buzovnaya getdiyini demiş, o, da ora gəldiyini demişdir. Yasamaldan taksiyə əyləşib Koroğlu metrostansiyasına gəlmişdir. Vahidlə görüşüb 171 nömrəli avtobusa minib Buzovnaya getmişlər. Vahidlə də telefonla danışmışdır. Vahidə zəng etməkdə məqsədi ona pul müqabilində kömək etməsi olmuşdur. Buzovnaya çata-çatda 9-cu dalan olan yerdə düşmüşlər, yolu keçib marketə su almağa girmişlər. İki ədəd sirab markalı qazlı su almışdır. Marketdən çıxan zaman iki nəfərin Aydını yerə yıxıb vurduğunu görmüşdür. Aydını daş və dəmir parçaları, əl və ayaqları ilə vururdular. Zərərçəkmiş şəxs Əjdər və bir cavan oğlan vururdu, bir arvad da var idi, o isə səs küy edib söyüş söyürdü. Mağazanın qabağında adamlar var idi. Marketin hadisə baş verən yerlə arası 50-60 metr olardı. Hadisə həyətdə olmamışdır, evin harada yerləşməsini və kimin olmasını bilmir. Aydın oturuqlu vəziyyətdə əlini başını tutub oturmuşdu, həmin vaxt Aydını vururdular. Hadisə baş verən yaxınlıqda fermer təsərrüfatı vardır, ora getmək üçün Aydını da gəlmişdir ki, götürsün. Aydın döyülən zaman onu görmüşdür. Aydına ona görə kömək etməmişdir ki, araya qarışsa o, da xəsarət ala bilər. Az keçmiş iki maşın polis əməkdaşları gəlmişlər. 5-6 nəfər polis əməkdaşı var idi. Bu zaman dava edənlər kənarlaşmışlar. Polis əməkdaşları ilk öncə Əjdərgili aparmış, üstündən 10 dəqiqə keçmiş Aydın və bir nəfər şəxsi də aparmışlar. Polislər adamları aparmadan o, Aydına yaxınlaşıb, su vermiş, üstünü təmizləmişdir. Həmin zaman Aydın qalın paltar geyinmişdi. Aydına kömək edən zaman başında qan izlərinin olduğunu görmüşdür. Yerdə qan izlərinin olub-olmamasına fikir verməmişdir. Polislər onları aparandan sonra o, da çıxıb evə getmişdir. Hadisə küçədə divarın dibində baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən qabaq ona müraciət edilmişdir. O, həmin ərazinin sahə inspektorudur. Hadisə baş verən günü də ona Rafiqgil yaxınlaşmışdır. O, Rafiqgilə getmələrini, tədbirdə iştirak edəcəyini sonradan həmin əraziyə gələcəyini bildirmişdir. Rafiqgil ona hasarı sökmək istədiklərini bildirmişdirlər, o, isə bunun ona aidiyyəti olmadığını mülki xarakterli məsələ olduğunu, məsuliyyəti özlərinin daşıyacağını bildirmişdir. Rafiqgil getmişlər. O, 1-2 saat sonra həmin yerə getmiş, həmin zaman söküntü işləri davam edirdi. Bu zaman bir qadın kənardan gələrək, səs-küy salmağa başlamışdır. Sonradan həmin qadının Əjdərin arvadının olduğunu bilmişdir. Daha sonra əraziyə Əjdərlə qaynı Laçın gəlmişdir. Əjdər həmin ərazinin ona məxsus olduğunu bildirmişdir. Bu zaman o, Əjdərdən sənədini göstərməsini demişdir. Bir müddət Əjdərlə mülayim söhbət etmişlər. Həmin zaman Əjdərin arvadı Şirin yenə də qışqıraraq səs-küy salırdı. Daha sonra Laçın aranı qızışdırmışdır. Ondan kim olduğunu soruşmuş, o, xidməti vəsiqəsini göstərib ərazinin sahə inspektoru olduğunu demişdir. Laçın sonra Aydınla tutaşmışdur, onun telefonunu alıb yerə çırpmışdır. Daha sonra Rafiqlə Əjdər yaxalaşmışlar. Bu zaman o, idarəyə məlumat vermişdir. Hadisə yerinə ilk öncə ÇPA əməkdaşları xidməti maşınla gəlmişdir. Daha sonra bölməyə getmişlər. Lakin verilən suallara cavab olaraq Şahid4 göstərmişdir ki, hadisə baş verən gündən bir neçə gün əvvəl də ona demişdilər, sonra hadisə baş verən gün şöbəyə gəlmişdilər, ona onlarla getməyini demişdilər, o, isə işinin olduğunu deyib sonradan gələcəyini bildirmişdir. Hadisə gönorta vaxtı olmuşdur. Onu ora Rafiq adlı şəxs çağırmışdır. Hadisə zamanı Şirin qışqırmış, lakin orada söyüş olmamışdır. Hadisələr gözünün qabağında baş vermiş, telefonu cibindən çıxaran zaman Laçın üstünə gəlmiş və ona telefonla çəkiliş edib-etmədiyini soruşmuşdur. Həmin zaman orada Aydın Rafiq olmuş, traktor isə işini görüb çıxıb getmişdir. Sonradan onlar söhbət edən zaman Şirin gəlmiş və qışqırmışdır ki, bunlar kimdir həyətə giriblər. Sonradan Əjdər və Laçın gəlmişdir. Onlar bir müddət Əjdərlə söhbət etmişlər, Şirin qışqırmış, Laçın isə telefonla onları çəkmişdir. Yerdə usta istifadə edən balta olmuşdur. Şirin dayanmadan qışqırıb hay-küy etmiş, bu zaman ara qızışmış, Şirin yerdən baltanı götürmüş və Rafiqə demiş ki, “sizi vuraram”, Rafiq qəfildən baltanı Şirinin əlindən alıb öz həyətinə atmışdır. Sonra o, şəxsləri kənara çəkib söhbət etməyə başlamışdır. O, Əjdərlə danışmış, bu zaman Aydın adlı şəxs cibindən telefonunu çıxarmış, Laçın bunu görən kimi Aydının üzərinə hücum çəkmişdir. Bu tərəfdə isə Rafiqlə Əjdər yaxalaşmışlar. Bu zaman Rafiqin əynində olan gödəkçə cırılmışdır. Laçın Aydının əlindən telefonu alıb yerə çırpmış, daş və dəmir parçaları, əl və ayaq zərbələri ilə Aydını vurmuşdur. O, ayırmağa çalışırdı, bu zaman Laçın onun da üzərinə hücum çəkmişdir. Onları tək ayıra bilməmiş, ola bilər elə məqamlar olmuşdur ki, görə bilməmişdir. Əjdərin Zərərçəkmiş şəxs vurmasını görməmişdir, Zərərçəkmiş şəxs Laçın adlı şəxs vurmuşdur. X15 telefonunu əlində alıb yerə çırpmış, sonra əl ayaq zərbələri ilə ona vurmuşdur. Polis əməkdaşlarını köməyə çağıran zaman o, küçədə olmuş və telefon danışığını orada həyata keçirmişdir. Yerdə Aydının döyüldüyünü görmüşdür, lakin konkret harasından xəsarət aldığını görməmişdir. Onda olan Laçın tərəfindən çəkilmiş hadisənin görüntüsündə, hadisə baş verən həyətin videosu, Şirinin baltanı götürməsi, Rafiqin baltanı Şirinin əlindən alıb həyətə atması və sair görüntülər vardır. Əvvəl söhbət həyətdə olmuş, sonra küçəyə çıxmışlar, lakin sonradan davaya çevrilmişdir. Polis əməkdaşları gəldiyi üçün Laçın oradan qaçıb getmişdir. Əjdərin əlində daş və ya dəmir parçası olmamışdır. Rafiqin balta ilə Əjdərin əlinə vurduğunu görməmişdir. Laçının Aydını vurduğunu görmüşdür. X12 vurmamışdır. Hadisə olan yerdə 5 nəfər polis əməkdaşı olmuşdur. Sonra o, Əjdəri və Aydını polis maşınına əyləşdirərək şöbəyə aparmışdır. Orada heç kimin xəsarət almasını və ya Aydının hər hansı yerinin qanadığın və ya qan izinin olmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə o, Zərərçəkmiş şəxs zəng vuraraq bildirmişdir ki, icra məmurları həmin şəxsləri həmin ünvandan çıxardıqdan sonra onlar hasardan aşaraq həyətə daxil olub həyətdə olan daş və qumdan istifadə edərək qeyd olunan evin həyətini özbaşına 2 hissəyə bölmüşlər və evin otaqlarından birinə vurulmuş ona məxsus taxtaları, qapını, eyni zamanda mansara vurulmuş döşəmə taxtalarını sökmüşlər, hasarı sökərək həyətdən küçəyə qapı yeri açmışlar. Sökdükləri tikinti materiallarını özləri üçün həyətin bir tərəfində ev tikmək məqsədi ilə həmin yerə yığmışlar. xx xxxxxxx 2019-cu il tarixdə, saat 14:00-da Aydın ilə birlikdə həmin ünvana getmişlər. Orada mübahisə yaranacağını bilib Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid4 həmin yerə dəvət etmişlər. Qeyd olunan həyəti iki hissəyə bölmək üçün Əjdərin çəkdiyi hasarı onun həmin yerə dəvət etdiyi tanımadığı sürücünün idarə etdiyi traktor sökmüş və traktor çıxıb getmişdir. Hətta Əjdərin hasarı sökərək küçəyə açdığı qapı yerini hörmək üçün o, həmin yerə usta və fəhlə gətirmişdir. Bir qədər keçmiş sahə inspektoru Şahid4 həmin yerə gəlmişdir. O, Maqsud və Aydınla küçə qapısının qarşısında söhbət edərkən bir qədər aralıdan Əjdərin həyat yoldaşı X1-küy salaraq onlara yaxınlaşdığını, onun ardınca Əjdər və sonradan adını bildiyi Şirinin qardaşı Laçının gəldiyini görmüşdür. Şirin səs-küy salaraq onların ünvanına nalayiq ifadələr işlədərək onları oradan qovmaq istəmişdir. Laçın həmin yerə çatan kimi öz telefonunu çıxaraq çəkiliş etməyə başlamışdır. Maqsud isə həmin vaxt onlarla və Əjdərlə söhbət edərək məsələni aydınlaşdırmaq istəyirdi. Hətta Maqsudun polis olduğunu bilmələrinə baxmayaraq Əjdər, Laçın və Şirin Maqsudun kim olduğunu soruşub onun işinə maneçilik yaratmışlar. Eyni zamanda Şirin səsküy salmağına davam edib narahatçılıq yaradırdı. Bundan sonra Əjdər onun üzərinə hücum edib onun yaxasından tutmuş, onlar dartışsalarda birbirilərini vurmamışlar. Laçın Əidərin bu hərəkətlərini görüb çəkilişi dayandırmışdır. Həmin vaxt Aydın öz telefonu ilə bütün bu prosesləri çəkirdi. Laçın Aydının çəkiliş apardığını və onları ifşa edəcəyini bilib Aydının üzərinə gəlmək istəmişdir. Aydın telefonu cibinə qoyub darvazaya tərəf getmişdir. Lakin, Laçın Aydından əl çəkməyib onun ardınca gəlmiş və onun üzərinə hücum edib əli və ayağı ilə onu vuraraq yerdə olan mişar daş qırıntılarının üzərinə atmışdır. Laçın yerdə də bir neçə yurnruq, təpik zərbələri və yerdən götürdüyü mışar daşının qırıntıları ilə Aydını vuraraq xəsarət yetirmişdir. Hətta həmin vaxt Laçın Aydının pencəyinin cibini cıraraq telefonunu cibindən çıxarıb içərisində olan yaddaş kartını çıxarıb sındırmış, telefonu isə divara çırparaq sındırmışdır. Aydın Laçına mane olmaq istəsə də Laçın ona məhəl qoymamışdır. Sahə müvəkkili onların bu hərəkətlərinin qarşısını almaq istəsə də bu mümkün olmamış və məcbur olub Xəzər RPİ-nin 2-ci PŞ-nin Sahə qrupunu həmin yerə çağırmışdır. O, Əjdərin əlindən çıxıb qaçaraq oradan uzaqlaşıb polis çağırmağa getmişdir. Səsə həmin yerə gələn qonşuların köməkliyi ilə sahə inspektoru Maqsud Əjdərlə qaynı Laçını sakitləşdirməyə çalışırdılar. Əjdər, qaynı Laçın və Şirin polislərin həmin yerə gəldiyini pörüb Aydından aralanıb sakitləşmişlər. Qeyd olunan hadisə küçədə baş vermişdir. Lakin verilən suallara cavab olaraq Şahid1 göstərmişdir ki, Əjdər və ya Laçınla heç bir münasibəti yoxdur, Aydının isə işçisi olmuşdur, onu uzun müddətdir ki, tanıyır. Hadisə baş verən zaman o, hadisə yerində olmuşdur. Ora gəlməkdə məqsədi icra məmurları Əjdər və onun ailə üzvlərini ona məxsus evdən çıxarmalarına baxmayaraq onların yenə həmin həyətdə hasar çəkmələri olmuşdur. O, ora gedən zaman Aydınla ikisi olmuşdur. Aydın bütün proseslərdə onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olmuşdur. Mübahisə aralarında 4 ildir ki, getmişdir. Əjdərgil hasardan qapı açmış həyətə daxil olmuşlar. Həmin açılmış qapını hördürmək üçün usta çağırmışdır. Həmin zaman ilk öncə Şirin gəlmişdir, sonra Əjdəri və qardaşı Laçını çağırmışdır. Şirin gəldikdən 10 dəqiqə sonra sahə müvəkkili gəlmişdir. Əjdərgil gəldikdən sonra onlar küçəyə çıxmışlar. Küçədə olan zaman 4 nəfər olmuşlar. Bu zaman aralarında mübahisə başlamışdır. İlk öncə Əjdər Aydını vurmuşdur. Sonradan Aydını hər üçü vurmuşdular, onu daş parçası, dəmir parçası, əl və ayaq zərbələri ilə vururdular. O, həmin zaman polis çağırmağa getmişdir. Hadisə küçənin ortasında olmuşdur. Küçənin başında PPX əməkdaşları olmuşdur. Hadisə günorta radələrində küçənin ortasında olmuşdur. Orada söyüş söyən yalnız Əjdərin arvadı Şirin olmuşdur. Hadisə ümumilikdə 40 dəqiqə davam etmişdir. Əjdərin heç bir xəsarəti olmamışdır. Polis əməkdaşlarını o çağırmışdır. PPX əməkdaşlarını əsas yoldan çağırmışdır. Polis əməkdaşları gələn zaman Əjdərgil Aydından əl çəkərək kənarlaşmılar. Şirinin əlində balta olmamışdır. Orada ümumiyyətlə balta ilə heç kimə zərbə olmamışdır. Ətrafda market var idi. Hadisəni təxminən 15-20 nəfər adam görmüşdür. Laçın hadisənin əvvəlindən axırına kimi orada olmuşdur. Sonradan orada balta olduğunu xatırlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə tanıdığı Şahid2 Neftçilər metrostansiyasının yaxınlığında yerləşən iş yerindən onunla birlikdə Buzovna qəsəbəsində yerləşən Bəyəlinin dostuna məxsus fermer təsərrüfatına getməyini və oradan bir neçə ev quşları gətirəcəklərini bildirmişdir. O, Bəyəli ilə gedəcəyi halda Bəyəli ona 2 baş ördək verəcəyini bildirmişdir. O, da Bəyəli ilə razılaşmışdır və birlikdə Buzovna qəsəbəsinə getmişlər. Buzovna qəsəbəsinin mərkəzinə təxminən 1 km qalmış avtobusdan düşüb yolun əks tərəfinə keçmişlər və 9-cu döngə ilə piyada evlərin arası ilə qeyd olunan yerə getmişlər. Orada yerləşən marketin qarşısından bir qədər qarşıya keçmiş küçədə 2 nəfər kişi və 1 nəfər qadının təxminən 60-65 yaşında olan başqa bir kişi ilə, yəni sonradan adını bildiyi Aydın adlı şəxs ilə mübahisə etdiyini onun ünvanına nalayiq ifadələr işlətdiyini görmüşlər. Daha sonra isə iki nəfər kişidən birinin, yəni cavan oğlanın Aydının üzərinə hücum edərək onu itələyib yerdə olan daşların üzərinə yıxdığını, yumruq-təpiklə və yerdən götürdüyü daşlarla onu vurduğunu görmüşdür. Orada olan orta yaşlı digər kişi də həmin cavan oğlana kömək edib yumruq-təpiklə və yerdən götürdüyü daşlarla Aydını vuraraq döyüb xəsarət yetirmişlər. Hətta Aydına xəsarət yetirən orta yaşlı şəxs növbəti dəfə Aydını təpiklə vurmaq istəyərkən ayağı ilişdiyindən yerə yıxılmışdır. Onlar, eləcə də səsə həmin yerə yığışan digər şəxslər həmin iki kişini sakitləşdirməyə çağırmışlar. Lakin, həmin şəxslər heç kimə məhəl qoymayıb öz hərəkətlərinə davam edirmişlər, bir qədər keçmiş həmin yerə polis əməkdaşları, gəldiklərindən həmin şəxslər sakitləşib bir kənara çəkilmişlər. Onlar Aydına su verib ona köməklik etmişlər və üst-başının tozunu təmizləmişlər. Lakin verilən suallara cavab olaraq Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Bəyəli ilə Neftçilər metrosundan nömrəsini xatırlamadığı avtobusla birbaşa Buzovna qəsəbəsində olan Bəyəlinin dostuna məxsus quşçuluq fermasına qaz almağa getmişlər. Bəyəli avtobusda olan zaman ona demişdir ki, “susamışam, düşək burdan su alaq”. Avtobusdan Buzovna qəsəbəsinə az qalmış düşmüşlər. Market dayanacaqdan bir xeyli aralıda olmuş, dəqiq nə qədər məsafə olduğunu isə xatırlamır. Marketdən 1 ədəd su almışlar. Suyun plastik və ya şüşə qabda olmasını isə xatırlamır. Marketdən su alıb çıxandan sonra dava-dalaşın olduğunu görmüşdür. Hadisə marketdən çox uzaq olmamışdır. Həmin yerə yaxınlaşmışlar, orada 3 nəfərin 1 nəfəri vurduğunu görmüşdür. Həmin 3 nəfərdən biri qadın olmuş, yaşlarının nə qədər olmasını isə xatırlamır, lakin kişilərdən biri cavan olmuşdur. Nə qədər cavan olmasını isə xatırlamır. Qadının təxminən 45-50 yaşı olarmış. Aydın yerə yıxılmış, əli ilə üzünü tutmuş, onu əl, ayaq, daş və dəmir parçaları ilə vurmuşlar. Ətrafda başqa bir şəxsdə olmuş, mağazanın işçiləri də orada olmuşlar. Hadisə baş verən zaman onlar yaxında olmuşlar. Orada daş və dəmir parçaları olmuşdur. Hadisə olandan 10-15 dəqiqə sonra polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları gəlmiş, bu zaman aralaşıb sakitləşmişlər. Market hadisə olan yerə yaxın olmuşdur. Onlar Aydıngili aralaşdırmamışlar. Digərləri xəsarət almamışdır. Həmin yerdə söyüşlər təhqirlər olmuşdur. Hadisə küçədə baş vermişdir. Evdən nə qədər aralıda olduğunu bilməmiş və xatırlamamışdır. Quşçuluq fermasının həmin yerdən nə qədər aralıda olduğunu bilməmişdir. Aydın adlı şəxsi qəddarcasına üçüdə vurmuşlar. Polisin kimin çağırdını isə bilməmişdir. Hadisə yerinə neçə nəfər polis əməkdaşının gəldiyini də xatırlamamışdır. Hadisə zamanı o özü də orada olmuşdur. Aydının xəsarət alıb-almamasını görməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 xx xxxxxxx 2019-cu il tarixli, 1270 saylı ekspert rəyindən görünür ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol əlin, sağ dizin sıyrıqları, sağ budun qançırları, sol tərəfli üçlü sinirin posttravmatik nevralgiyası, ağrı sindromu və hərəkət məhdudluğu ilə (funksiya pozğunluğu ilə) müşayiət olunan sol dizin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 01 gün əvvəl olmaqla, xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan DVD diskə məhkəmə istintaqı zamanı xx.xx.2020ci il tarixdə baxış keçirilmiş, diskdə olan video çəkilişdə Təqsirləndirilən şəxs heç kimi vurmadığı və ya hədələmədiyi, sadəcə orada dayanıb sakit tərzdə söz soruşduğu, məsələni aydınlaşdırmaq istədiyi müəyyən olunur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, xx.xx.1962-ci ildə Cəbrayıl rayonunda doğulmuş Məmmədov X3 Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CMnin 29,177.2.2, 177.2.3, 128-ci maddələri ilə təqsirli bilinərək, ona 03 il 10 ay müddətində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi hökm edilmişdir. xx.xx.2009-cu il tarixdə AR Milli Məclisinin xx.xx.2009-cu il tarixli Amnistiya qərarının 1.1 bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” «İnsan Hüquqları haqqında Ümumi Bəyənnamə»nin 3-cü maddəsinə görə hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır. «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 9-cu maddəsinin birinci bəndinə əsasən hər bir insanın azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Heç kəs zorla həbs və yaxud dustaq edilə bilməz. Heç kəs qanunla müəyyən olunmuş əsaslar olmadan və müvafiq proseduralara əməl olunmadan azadlıqdan məhrum edilməməlidir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Medvedev və digərləri Fransaya qarşı (№ 3394/03) iş üzrə xx xxxx 2010-cu il tarixli qərarında bildirmişdir ki, Konvensiyanın 5-ci maddəsi azadlıq və toxunulmazlıq hüququnu müdafiə edir. Konvensiyanın tələbinə görə bu hüquq demokratik cəmiyyətdə ən mühüm əhəmiyyət kəsb edir. Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, şahidlər Şahid2 və Şahid3 ibtidai istintaq dövründə vermiş olduğu ifadə ilə məhkəmə istintaqı dövründə vermiş olduğu ifadələr arasında ziddiyətlər mövcuddur. Belə ki, Şahid2 Zərərçəkmiş şəxs 10- 12 ildir tanıdığını, hadisə baş verən gün Yasamal rayonunda olduğunu, orada olarkən oğlunun telefonu ilə Zərərçəkmiş şəxsla əlaqə saxladığını, taksi ilə Koroğlu metrostansiyasına gəldiyini, Şahid3la orada görüşüb 171 saylı avtobusla Buzovna qəsəbəsinə dostuna məxsus Quşçuluq fermasından qaz və ördək almağa getdiyini, yolda olarkən susadığını, bu səbəbdən də Buzovna qəsəbəsinə çatmamış, avtobusdan düşdüklərini, yolu keçərək ara məhəllələrdə olan marketə girdiklərini, iki ədəd “Sirab” markalı qazlı su aldığını, marketdən çıxdıqdan sonra yaxınlıqda üç nəfərin Zərərçəkmiş şəxs əl, ayaq zərbələri, daş və dəmir parçaları ilə döydüklərini, Aydının əlləri ilə başını tutduğunu, bir müddət sonra polis əməkdaşlarının gəldiklərini, Aydın döyən şəxslərin kənarlaşdığını, Aydına kömək edib üst-başını təmizləyən zaman Aydının başında qan izlərinin olduğunu gördüyünü bildirmişdir. Lakin, Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanımamış, yalnız hadisə baş verən gün tanımış, Neftçilər metrosunun yaxınlığında Vahidlə görüşmüş, Koroğlu metrosuna gəlmiş, oradan avtobusla Buzovna qəsəbəsinə getmişlər. Həmçinin məhkəmə qeyd edir ki, Şahid3 Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, Şahid2lə Neftçilər metrosunda birlikdə olduqlarını, oradan birbaşa nömrəsini xatırlamadığı avtobusla Buzovna qəsəbəsinə Bəyəlinin dostuna məxsus Quşçuluq fermasına getdiklərini, yolda olan zaman Bəyəlinin susadığını, bu səbəbdən də Buzovnaya çatmamış, avtobusdan düşdüklərini, yolu keçib, ara məhlələrdə olan marketə girdiklərini, oradan plastik və ya şüşə qabda olduğunu, markasının nə olduğunu xatırlamadığı bir ədəd su aldıqlarını, marketdən çıxdıqdan sonra yaxınlıqda üç nəfərin sonradan tanıdığı Zərərçəkmiş şəxs əl, ayaq zərbələri, daş və dəmir parçaları ilə döydüklərini, Aydının əlləri ilə üzünü tutduğunu, bir müddət sonra polis əməkdaşlarının gəldiklərini, Aydını döyən şəxslərin kənarlaşdığını, Aydına kömək edib üstbaşını təmizləyən zaman Aydının və ya başqa şəxslərin hər-hansı xəsarət almadığını gördüyünü bildirmişdir. Göründüyü kimi Şahid2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi ilə məhkəmə istintaqı dövründə vermiş olduğu ifadə arasında, həmçinin Şahid2lə, Şahid3 vermiş olduqları ifadələr arasında əsaslı ziddiyətlər mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş Şahid2 və Şahid3 hadisənin bir başa şahidi olmamışdırlar. Bundan başqa məhkəmə qeyd edir ki, Şahid1 Zərərçəkmiş şəxs əvvəllər tandığını, onun işçisi olduğunu, işlərinin həll edilməsi üçün Aydına etibarnamə verdiyini bildirmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iş materiallarında olan Şahid1 tərəfindən Xəzər RPİ-nin 2-ci PŞ-nin rəisi, Məşhur Hüseynova xx xxxxxxx 2019-cu il tarixdə yazılmış ərizənin xahiş etdi hissəsində Təqsirləndirilən şəxs, onun arvadı Şirin Nuriyevanın və Laçın Nuralının barəsində cinayət işinin başlanılmasını xahiş etmişdir. Bu isə Şahid1 hazırki cinayət işi üzrə qərəzli mövqe tutduğunu və təqsirləndirilən şəxslə ədavətinin olduğunu göstərir. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 X14 xx xxxxxxx 2019-cu il tarixli, 1270 saylı ekspert rəyində göstərilmişdir ki, 1953-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər - sol əlin, sağ dizin sıyrıqları, sağ budun qançırları, sol tərəfli üçlü sinirin posttravmatik nevralgiyası, ağrı sindromu və hərəkət məhdudluğu ilə (funksiya pozğunluğu ilə) müşayiət olunan sol dizin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 01 gün əvvəl olmaqla, xx.xx.2019-cu il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəmə qeyd edir ki, sözügedən ekspert rəyində Zərərçəkmiş şəxs nə əllərinin üst hissələrində nə də baş nahiyəsində hər hansı xəsarətin və ya qan izlərinin olması qeyd edilməmişdir. Lakin, şahidlər Şahid2, Şahid3 və Zərərçəkmiş şəxs vermiş olduğu ifadələrində, Zərərçəkmiş şəxs başından zərbə aldığını, əllərinin üst hissəsinin qanadığını və başında qan izlərinin olduğunu bildirmişlər. Bundan başqa məhkəmə qeyd edir ki, Şahid4 ibtidai istintaq dövrüündə vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs döyüdüyünü göstərsə də, məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs vurulmasının görmədiyini, Zərərçəkmiş şəxs Laçın adlı şəxsin vurduğunu, Təqsirləndirilən şəxs əlində daş və ya dəmir parçasının olmadığını, Zərərçəkmiş şəxs hər hansı yerinin qanamadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli üzləşdirmə dindirmə protokolunda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu vurduğunu desə də, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzünə onu ümumiyyətlə vurmadığını bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut növü kimi qəbul edilən şahid X9, Şahid4, Şahid3 və Şahid2 ifadələri, üzləşdirmə dindirmə protokolu və ekseprt rəyi sübut kimi qəbul edilə bilməz və onlar sübutların siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx xxx 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın.Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 50 saata görə 300 (üç yüz) manat, ümumilikdə 360 (üç yüz altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-6/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-6/2021
09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver