Məhkəmə qərarları › İş №1(003)-6/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-6/2022

22.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-6/2022 22.02.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs, Yevlax rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək CM- nin 66.5-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib 21.12.2019-cu il tarixdə cəzasının sonu ilə əlaqədar azad olunduqdan sonra islah olunmayaraq tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 24.04.2020-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədi ilə X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanında yerləşən evin həyətinə hasarından aşıb qanunsuz daxil olmuş, Şahid3 həyətdəki evin sol yan tərəfindəki qapısının kilidini yerdən götürdüyü çəkic vasitəsi ilə qırıb qapını aça bilmədikdən sonra hamamın nəfəsliyindən evə daxil olub evin giriş qapısını daxildən açmış, o da həmin qapıdan evə daxil olduqdan sonra evdən 1 ədəd 1100 manat dəyərində «İmmergas» markalı kombi aparatını, 1 ədəd 1200 manat dəyərində «LG» markalı 127 plazma ekran televizoru, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressoru, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 50 manat dəyərində tosteri, 1 qutusunun qiyməti 50 manat olan 400 manat dəyərində 8 qutu yorğan döşək üzlərini, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu dəsmalları, 1 ədəd 100 manat dəyərində dəri materialdan olan kişi gödəkçəsini, 1 ədəd 30 manat dəyərində kişi üçün qısaqol gödəkçəni, 1 ədəd 150 manat dəyərində qadın paltosunu, 1 ədəd 6 manat dəyərində açıq-qırmızı rəngli «AE7» yazıları olan qısaqol kişi köynəyini, 1 ədəd 6 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayıb zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3632 manat dəyərində maddi ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 23.10.2020-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yeni yaşayış sahəsi, 4 saylı evin həyətinə daş hasarın üstündən keçərək qanunsuz daxil olmuş, həyətdəki evin hamamının yarımaçıq vəziyyətdə olan plastik materialdan olan pəncərəsindən içəri girib oturma otağındakı şkafın içərisindən 4800 manat məbləğində nağd pulu, 1 ədəd 100 manat dəyərində çəkisi 2 qram olan 583 əyarlı qızıl boyunbağını, 1 cüt 100 manat dəyərində çəkisi 3 qram olan 583 əyarlı qızıl sırğanı, 1 cüt 60 manat dəyərində ağ və boz rənglərlə kombinə olunmuş krasovka tipli idman ayaqqabısını, 1 ədəd 80 manat dəyərində «ACER» markalı netbooku, istifdə olunmayan əşyalar saxlanan otaqdan 1 ədəd 150 manat dəyərində qara rəngli idman çantasını, 180 manat dəyərində qara rəngli dəri gödəkçəni, 1 ədəd 40 manat dəyərində xaki rəngli hərbi geyim paltarına bənzər gödəkçəni gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 5510 manat məbləğində xeyli miqdarda ziyan vuraraq təkrar oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ona elan edilmiş ittiham üzrə Mingəçevir şəhərində heç bir cinayət törətməmiş, yalnız Bakı şəhərində bir ünvandan oğurluq etmişdir. 2020-ci ilin avqust ayında yaşadığı Mingəçevir şəhərindən işləmək məqsədi ilə Bakı şəhərinə gəlmiş, 3-cü mikrorayon bazarının ətrafındakı gündəlik evlərdə gecələmiş və bazarda fəhləliklə məşğul olmuşdur. 23.10.2020-ci il tarixdə günorta vaxtı metronun Memar Əcəmi stansiyasının yaxınlığında fəaliyyət göstərən kafelərin birində yemək yeyib spirtli içki qəbul etmişdir. Sərxoş vəziyyətdə yadına Buzovna qəsəbəsində yaşayan nənəsi düşmüşdür. Onun yaşadığı evə getmək qərarına gəlmişdir, yoldan keçən bir taksiyə əyləşmiş, Buzovna qəsəbəsinə getmək istədiyini söyləmişdir. Gediş haqqını 5 manata razılaşmışlar, Buzovna qəsəbəsinə çatdıqda taksiyə orada fəaliyyət göstərən “Nar” marketin yanında saxlamağı xahiş etmişdir. Sürücü maşını saxlamış, maşından düşüb onu gözləməsini, pulu götürüb qayıdacağını və gediş haqqını ödəyəcəyini söyləmişdir, taksidən düşdükdən sonra marketin yanındakı küçəyə girib oradan uzaqlaşmış, taksinin pulunu verməmişdir. Bir qədər piyada hərəkət etdikdə küçədə olan qırmızı rəngli dəmir darvazanın üstündə asma qıfıl olduğunu görüb evdə heç kimin olmadığının qənaətinə gəlmişdir. Həmin həyətə girib oğurluq etmək qərarına gəlib, evin daş hasarının üstünə çıxıb həyətə düşmüşdür. Həyətdəki bir mərtəbəli evin pəncərələrinin üzərində dəmir barmaqlıqlar olmuşdur. Dəmirdən giriş qapısı isə bağlı olmuşdur. Evin təxminən 40x50 sm ölçüdə pəncərəsinin yarım açıq vəziyyətdə olduğunu görüb pəncərəyə güc tətbiq edərək tam açmış, həmin pəncərədən içəri girmişdir. İçəri girdiyi yer hamam olduğundan, otaqlara keçib axtarış etmiş, 1 ədəd qırmızı rəngli “AСЕR” markalı netbook tapmışdır. Həmçinin dəhlizdəki şkafdan 1 cüt ağ rəngli idman ayaqqabısı tapmışdır. Evin otağında olan idman çantasını götürüb ayaqqabı və netbooku çantanın içərisinə qoymuşdur. Otaqların hamısını axtarmış, evdən bir ədəd FHN-nin əməkdaşlarının xüsusi geyim formasının gödəkçəsini götürüb idman çantasına qoymuşdur. Otağın birindən qara rəngli dermantin gödəkçə tapıb əyninə geyinmiş, sonra evdən eyni qaydada hamamın pəncərəsindən həyətə çıxmışdır. Həyətin dəmir darvazasını içəri tərəfdən açıb küçəyə çıxmış, idman çantasını yerə qoyub yenidən həyətə girmiş, darvazanı içəri tərəfdən bağlamış, həyətdə olan taxta nərdivanı daş hasara söykəyib hasarın üstünə çıxmış və yerə tullanmışdır. Sonra çantanı götürüb piyada çıxıb getmiş, yoldan keçən taksiyə əyləşib metronun Koroğlu stansiyasının yanına getmişdir. Oradan isə başqa bir taksiyə əyləşib 4-cü mikrorayon dairəsində düşmüşdür. Oradan isə 3-cü mikrorayon bazarının yanındakı gündəlik evdə qalmışdır. Paltar və ayaqqabını bazarın yanında gördüyü bir nəfər paltarları cırıq olan şəxsə bağışlamış, idman çantasını isə hazırda xatırlamadığı yerə tullamışdır. Özündə qalan netbooku isə yaşadığı Mingəçevir şəhərinə gedən zaman Ləki qəsəbəsində tanımadığı taksi sürücüsünə 40 manata satmışdır. Pulu isə özü üçün sərf etmişdir. Təqsirləndirilən şəxs son sözündə Bakı şəhərində etdiyi oğurluq əməlindən səmimi peşman olduğunu, həmin əməli səmimi olaraq etiraf etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 2016-cı ildən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Yeni yaşayış sahəsi, 4 saylı evdə anası Şahid1 ilə birlikdə yaşayır. Yaşadığı ev fərdi yaşayış evi olmaqla bir mərtəbədən ibarətdir, həyət daş hasara alınıb və həyətə giriş dəmir darvazadandır. Ev 3 otaqdan, dəhlizdən, mətbəxdən və sanitar qovşaqdan ibarətdir. Evin giriş qapısı dəmirdəndir. Pəncərələrdə dəmir barmaqlıq vardır. Evin sanitar qovşağı, yəni hamamının 40x50 sm ölçüdə pəncərəsində isə dəmir barmaqlıq yoxdur. Evin otağının birində yaşayış yoxdur. Həmin otaqda bəzi istifadə olunmayan əşyaları saxlayırlar. 23.10.2020-ci il saat 07:30-da anası Liliya ilə yaşadığı evdən çıxmış, qapıları bağlamışdır. Özü həmin günü dostunun evində qalmış, anası Liliya isə Buzovna qəsəbəsində yaşayan qardaşının evində qalmış, onun övladlarına baxmışdır. 24.10.2020-ci il saat 21:00 radələrinə anası ilə birlikdə evə qayıtmşdır. Həyətə girdikdə darvazanın açıq oldunu müəyyən etmişdir. Evə girdikdə isə əşyaların dağıdıldığını görüb oğurluq baş verdiyindən şübhələnmişdir. 23.10.2020-ci il saat 07:30-dan 24.10.2020-ci il saat 21:00 radələrinə kimi olan müddət ərzində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yeni yaşayış sahəsi, 4 saylı evin oturma otağındakı şkafın içərisindən 4800 manat nağd pul, 1 ədəd 100 manat dəyərində qızıl boyunbağı, 1 cüt 100 manat dəyərində qızıl sırğa, dəhlizdəki şkafdan 1 cüt 60 manat dəyərində krasovka tipli idman ayaqqabısı, yataq otağından | ədəd 80 manat dəyərində “АСЕR” markalı netbook, istifadə olunmayan əşyalar saxladığı otaqdan 1 ədəd 150 manat dəyərində qara rəngli idman çantası, 180 manat dəyərində qara rəngli dəri gödəkçə, 1 ədəd 40 manat dəyərində xaki rəngli hərbi geyim paltarına bənzər gödəkçə oğurlanmışdır. Bununla da ona ümumilikdə 5510 (beş min beş yüz on) manat ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərərçəkmiş şəxs X15 nümayəndəsi qismində ifadəsi alınmış X19 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxs X15 nümayəndəsi qismində ifadəsi alınmış X12 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, X20 onun qardaşıdır. Azər ailə qurub bir müddət Mingəçevir şəhərində yaşadıqdan sonra ailəsi ilə birlikdə işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Təxminən 20 ildir Azər ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. Hər il yay aylarında ailəsi ilə ünvan 4 ünvanda qardaşı Azərin 0,6 ha torpaq sahələri vardır. Həmin torpaq sahəsində isə Azər 2 mərtəbəli yaşayış evi tikdirib. Ev tam təmirlidir. Bütün məişət əşyaları ilə təmin olunub. Həmin evə Azərin arvadı Nüşabənin anası və qardaşı oğlu Elvin nəzarət edir. Belə ki, hər gün evin həyətinə daxil olub həyətinə nəzarət edir. Sonuncu dəfə 23.04.2020-ci il tarixdə Elvin evin həyətinə daxil olub evdən soyuducudan ət götürüb itə vermişdir. Həmin zaman evdə hər hansı dağıntı olmamışdır. 25.04.2020-сi il tarixdə saat 10 radələrində Elvin telefon vasitəsi ilə zəng edərək nənəsi Xeyransaya Azərə məxsus evin giriş qapısının açıq vəziyyətdə olduğunu və evdən oğurluq edildiyini bildirmişdir. Xeyransa da, dərhal həmin evə getmiş, evin arxa tərəfdən giriş qapısının sındırılmış vəziyyətdə görmüşdür. Evin otaqlarına baxdıqda dağınıq vəziyyəti müəyyən etmişdir. Məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evdən 1 ədəd “İmmergas” markalı 28-lik, 2017-ci ildə 1300 manata alınmış istifadə edilməmiş kombi aparatını, 1 ədəd “LG” markalı 127 ekran, 2017-ci ildə 1800 manata alınmış televizoru, 1 ədəd boya üçün kompressoru, 1 ədəd 150 manat dəyərində mikrodalğalı sobanı, 1 qutusu 80 manat olan 5 qutu təzə yorğan döşək üzlüklərini, 1 qutusu 50 manat olan 7 qutu təzə dəsmalları, 100 manat dəyərində 1 ədəd dəri kişi gödəkçəsini, 1 ədəd 30 manat dəyərində kişi gödəkçəsini, 1 ədəd 150 manat dəyərində qadın paltosunu, bir neçə ədəd köynəkləri oğurlamışdır. Oğurluq nəticəsində Azərin ailəsinə təxminən 3500-4000 manat dəyərində ziyan vurulmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, Şahid2 25.04.2020-ci il tarixdə polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin aprel ayının 23-dən 25-dək olan müddət ərzində qohumu X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanda yerləşən evdən naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif məişət əşyalarının oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24.04.2020-сi il tarixdə səhər saatlarında ünvan 5 ünvanında yaşayan əvvəllər məhkum olunmuş Şahid5 yaşadığı mənzilə naməlum şəxslərin müxtəlif məişət əşyaları gətirməsi müəyyən edilmişdir. Şahid5 polis şöbəsinə dəvət edilərək sorğu aparılmış sorğu zamanı o, etiraf etmişdir ki, 24.04.2020-ci il tarixdə səhər saatlarında “Şıkı” ləqəbi ilə tanıdığı Zülfiqar və “Qado” ləqəbi ilə tanıdığı Qadir adlı şəxslər onun yaşadığı mənzilə məişət əşyalarını gətirib yığmışlar. Zülfiqar və Qadir həmin əşlyaların özlərinə məxsus olmasını bildirsələr də, Ruslan Zülfiqar və Qadirdən həmin əşyaları mənzildən çıxarmalarını tələb etmişdir. Bu səbəbdən Zülfüqar həmin əşyaları mənzildən çıxarıb aparmışdır. Daha sonra Şahid5 yaşadığı mənzilə müxtəlif məişət əşyalarını gətirən şəxs Mingəçevir şəhər sakini Şahid3 polis şöbəsinə gətirilmişdir. Sorğu zamanı Şahid3 törətdiyi əməli etiraf edərək 24.04.2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən evdən “Şıkı” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs ilə birlikdə müxtəlif məişət əşyalarını, paltarları, yorğan döşək üzlüklərini oğurlayaraq Təbriz adlı şəxsin idarə etdiyi avtomobillə tanıdığı Ruslan adlı şəxsin yaşadığı evə apardıqlarını lakin, Ruslan sonradan mənzildən əşyaları çıxarmalarını tələb etdiyi üçün Zülfiqarın həmin əşyaları digər yerə apardığını bildirmişdir. Eləcə də Şahid3 Azər Həsənovun yaşadığı evdən oğurladığı 1 ədəd köynək onun üzərindən, 3 ədəd köynək isə yaşadığı evdən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 Zülfiqar oğlu bildirdi ki, Təqsirləndirilən şəxs atasıdır. Polis əməkdaşları Mingəçevir şəhərinə yaşadıqları evə gələrək Zülfiqarı soruşmuş və onun Mingəçevir şəhərindən evlərdən birindən oğurluq etdiyini bildirmişlər. O, isə Zülfiqarın evdə olmadığını işləmək üçün Bakı şəhərinə getdiyini bildirmişdir. Zülfiqar tez-tez işləmək üçün Bakı şəhərinə gedirdi. Zülfiqar xatırlamadığı nömrədən ona zəng edən zaman Zülfiqardan Mingəçevir şəhərindən oğurluq edibetmədiyini soruşmuşdur. Zülfiqar ona oğurluq etmədiyini bildirmişdir. Sonradan Zülfiqarı Bakı şəhərindən tutmuşlar və onu döyərək işgəncə vermişlər ki, oğurluq hadisəsini etiraf etsin. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Təqsirləndirilən şəxs tanımır. 23.04.2020-ci il tarixdə axşam saat 22 radələrində şəhər ərazisində gəzərkən Mingəçevir kəndi adlanan Mingəçevir şəhəri Sahil küçəsində yerləşən ev olduğunu görmüş, həmin evdə heç kimin yaşmadığını, evdən oğurluq etməyin asan olduğunu müəyyən etmişdir. Həbsdən yeni azad edildiyindən və heç bir yerdə işləmədiyindən, tanışlarına borcu yarandığından, həmin evdən oğurluq etmək və oğurladığı əşyaları satıb borclarını ödəmək qərarına gəlmişdir. 24.04.2020-ci il tarixdə təxminən saat 01 radələrində oğurluq edəcəyi ünvana getmişdir. Evin hasarı ilə arxa tərəfinə keçib hasardan aşıb həyətə daxil olmuşdur. Evin yan hissəsində olan qapıya yaxınlaşmışdır. Qapının yaxınlığında müxtəlif alətlər olmuşdur. O, həmin yerdən götürdüyü çəkiclə qapının kilidini qırmış, daha sonra orada olan dəmir alətlə qapını aralayıb aça bilmədiyi üçün evin hamamının nəfəsliyindən içəri daxil olub qapını içəridən açmışdır. Evin birinci mərtəbəsində yerləşən qonaq otağındakı divardan asılmış televizoru açıb evdən bayıra çıxarıb yerə qoymuşdur. Sonra həmin otaqda pilləkənin yaxınlığında olan kombi aparatını, daha sonra mətbəxə keçib mətbəxdən mikrodalğalı sobanı və soyuducunun üzərində olan monitoru da götürüb bayıra çıxarıb yerə qoyub evin ikinci mərtəbəsinə qalxmışdır. Evin ikinci mərtəbəsində yerləşən otaqlardan 1 ədəd boya üçün kompressoru, 1 ədəd televizoru və müxtəlif yorğan döşək və çarpayı üzlüklərini də götürüb evdən çıxarıb bayıra yığmışdır. Bundan sonra evin həyətində olan nərdivanı hasara söykəyib əşyaları evin həyətindən çıxarıb bayır hissədən hasarın kənarına yığmışdır. Daha sonra həmin əşyaları hasarın kənarı ilə aparıb yola yaxın hissəyə yığmışdır. Sonra tanışı Təbriz adlı şəxsə zəng edib çağırmışdır, sonra avtomobilinə əyləşib oğurluq edərək yığdığı həmin əşyaları Təbrizin idarə etdiyi avtomobilin yük yerinə yığmışdır. Daha sonra Təbrizə avtomobili şəhərin Ə.Vahid küçəsi 6 ünvanda yerləşən binanın qarşısına sürməsini demişdir. Çünki həmin binada tanışı Ruslan adlı şəxs tək yaşayırdı. Ruslan tək yaşadığından fikirləşmişdir ki, həmin əşyaları Ruslanın yaşadığı mənzilə yığıb sonra çıxarıb satar. Ruslanın yaşadığı binanın qarşısına çatıb avtomobildən oğurladığı əşyaları çıxarıb Ruslanın yaşadığı mənzilə yığmışdır. Lakin, həmin əşyaları haradan əldə etdiyi barədə Ruslana məlumat verməmişdir. Ruslana həmin əşyaların ona borc əvəzinə verildiyini söyləmişdir. Həmin əşyaları Ruslanın evinə yığdıqdan sonra aralanıb yaşadığı evə getmişdir. 24.04.2020-ci il tarixdə axşam saatlarında Ruslan ona həmin əşyaları mənzildə saxlamağa icazə vermədiyi üçün yığıb başqa ünvana aparmasını demişdir. O, əşyaları aparıb əvvəldən bildiyi Bozdağın ətəyində bir yerə yığmışdır, sonra gəlib baxdıqda əşyaların orada olmadığını görmüşdür. Sonradan polis əməkdaşları onu polis şöbəsinə gətirmiş, hadisə barədə söhbət etmiş, polis şöbəsində törətdiyi əməli etiraf etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zülfiqar adlı şəxsi tanımamış, onunla münasibəti olmamışdır. Oğurluq hadisəsini tək törətmişdir. O, heç vaxt Zülfiqarla telefonla danışmamış, ibtidai istintaq zamanı ifadəsini özü yazmışdır. O, ibtidai istintaq zamanı da oğurluğu tək törətdiyini demişdir. Onun üzərində həmişə mobil telefon olmuş və işlək vəziyyətdə olmuşdur. Hadisə vaxtı da üzərində mobil telefon olmuşdur. Mobil telefonunda ***-***-**-** və ***-***-**-** möbil nömrələri olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, bu işlə bağlı ibtidai istintaq zamanı müstəntiq onun ifadəsini almışdır, daha doğrusu özü yazdığı kağıza qol çəkmişdir. Onun narkotik vasitələrə asılılığı vardır. O, ümumiyyətlə tək yaşayır, tutulan zaman polis əməkdaşları ondan külli miqdarda narkotik vasitə tapılması ilə bağlı ona hədə-qorxu gələrək kağıza imza atmağını tələb etmişlər, o, da çarəsiz qalaraq həmin kağızı imzalamışdır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs tanımır. O, hadisə zamanı evdə olarkən ona Qadir zəng etmiş, o, aşağı düşmüş və Qadirlə birlikdə həmin əşyaları öz evinə qaldırmışlar. Həmçinin polis şöbəsində olarkən qabağına 4 ədəd şəkil qoyulmuşdur və polis əməkdaşları ona bir nəfərin şəklini göstərək əlini ona uzatmasını bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şöhrəddin oğlu bildirdi ki, 2020-ci ilin aprel ayında Şahid2 polis şöbəsinə ərizə ilə müraciət edərək, 2020-ci ilin aprel ayının 23-dən 25-dək olan müddət ərzində qohumu X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanda yerləşən evdən naməlum şəxs və ya şəxslər tərəfindən müxtəlif məişət əşyalarının oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24.04.2020-ci il tarixdə səhər saatlarında ünvan 5-də yaşayan əvvəllər məhkum olunmuş Şahid5 yaşadığı mənzilə naməlum şəxslərin müxtəlif məişət əşyaları gətirməsi müəyyən edilmişdir. Şahid5 polis şöbəsinə dəvət edilərək sorğu aparılmış, sorğu zamanı o, etiraf etmişdir ki, 24.04.2020-ci il tarixdə səhər saatlarında “Qado” ləqəbi ilə tanıdığı Qadir adlı şəxs tanımadığı bir şəxslə onun yaşadığı mənzilə məişət əşyalarını gətirib yığmışlar. Qadir həmin əşyaların özünə məxsus olmasını bildirsə də, Ruslan Qadirdən həmin əşyaları mənzildən çıxarmalarını tələb etmişdir. Bu səbəbdən Zülfüqar həmin əşyaları mənzildən çıxarıb aparmışdır. Daha sonra Şahid5 yaşadığı mənzilə müxtəlif məişət əşyalarını gətirən şəxs Mingəçevir şəhər sakini Şahid3 polis şöbəsinə gətirilmişdir. Sorğu zamanı Şahid3 törətdiyi əməli etiraf edərək 24.04.2020-ci il tarixdə ünvan 6 ünvanda yerləşən evdən “Təqsirləndirilən şəxs ilə birlikdə müxtəlif məişət əşyalarını, paltarları, yorğan döşək üzlüklərini oğurlayaraq Təbriz adlı şəxsin idarə etdiyi avtomobillə tanıdığı Ruslan adlı şəxsin yaşadığı evə apardıqlarını lakin, Ruslan sonradan mənzildən əşyaları çıxarmalarını tələb etdiyi üçün Zülfiqarın həmin əşyaları digər yerə apardığını bildirmişdir. Eləcədə Şahid3 Azər Həsənovun yaşadığı evdən oğurladığı 1 ədəd köynək onun üzərindən, 3 ədəd köynək isə yaşadığı evdən götürülmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, özünə məxsus “VAZ 21099” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhərində taksi fəaliyyəti ilə məşğul olur, 24.04.2020ci il tarixdə saat 06 radələrində yaşadığı evdə olan zaman əvvəllər qonşuluqda yaşayan Qadir telefon vasitəsi ilə zəng edərək yaşadıqları binanın qarşısında olduğunu həyətə düşüb onu dediyi ünvana aparmasını xahiş etmişdir. Qadirə etiraz edərək, gec olduğunu yaşadığı mənzildə yatdığını bildirmişdir. Lakin, Qadir təkid etdiyi üçün razılaşıb, bir qədər gözləməsini tapşırıb, hazırlaşıb həyətə düşəcəyini bildirmişdir. Bir qədər keçdikdən sonra Qadir ona təkrarən zəng etdikdə Qadirə həyətə düşdüyünü bildirmişdir. Yaşadığı binanın qarşısına düşdükdə Qadirin bir nəfər şəxslə birlikdə həyətdə dayandığını görmüşdür. O, avtomobilə yaxınlaşıb qapını açmış, daha sonra Qadir və həmin şəxs avtomobilə əyləşdikdən sonra Qadir ona avtomobili Mingəçevir kəndi deyilən əraziyə sürməsini tapşırmışdır. Mingəçevir kəndi deyilən əraziyə sürüb avtomobili tanımadığı evin qarşısında şaxlamışdır. Qadir və yanında olan şəxs avtomobildən bayıra çıxıb ona bir qədər qarşıdan dönüb geri qayıtmağı tapşırmışlar. Avtomobili bir qədər irəli sürüb geri qayıdıb həmin qapının qarşısında saxlamışdır. Qadir və yanında olan digər şəxs avtomobilin yük yerini açıb ora müxtəlif əşyaları yığıb avtomobilə əyləşərək Mingəçevir şəhəri, Ə.Vahid küçəsinə sürməsini bildirmişlər. Avtomobili Mingəçevir şəhəri Ə.Vahid küçəsinə sürüb 6 saylı yaşayış binasının qarşısında saxlamışdır. Qadir və yanında olan digər şəxs avtomobildən düşmüşdür. Qadirin yanında olan şəxs ona 5 manat məbləğdə pul vermişdir. Onlar avtomobilin yük yerinə yığdıqları əşyaları boşaldıb binanın blokuna yığmışlar, bundan sonra o, aralaşıb getmişdir. Həmin yerdən aralaşıb yaşadığı evə getdikdən sonra Qadir ona təkrarən zəng edərək geri qayıdıb onları düşürdüyü binanın qarşısından götürməsini bildirsə də, etiraz etmiş və ora gedə bilməyəcəyini Qadirə deyərək yaşadığı evə getmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirmişdir ki, Zülfiqar adlı şəxsi tanımır. Hava qaranlıq olduğundan digər şəxsi tam görə bilməmişdir.Qadirin yanında olan şəxsə bənzəmir. Qadirin yanında olan şəxs saqqalı olmuşdur. Mingəçevir Şəhər Məhkəməsində ifadə verən zaman Qadirin yanında tanımadığı bir nəfər şəxsin olduğunu demişdir. O, həmin məhkəmə iclasında Zülfüqar adlı şəxsi tanıdığını və orada Zülfüqar adlı şəxsin olduğunu deməmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 23.10.2020-ci il saat 07:30-da oğlu Eminlə birlikdə yaşadığı evdən çıxmış, qapıları bağlamışlar. Emin dostunun evində qalacağını söyləmişdir. Özü isə Buzovna qəsəbəsində yaşayan oğlunun evində qalmış, onun övladlarına baxmışdır. Belə ki, oğlu və gəlini növbəli işdə işlədiyindən günaşırı onların evində qalıb uşaqları saxlayır. 24.10.2020-ci il saat 21:00 radələrinə oğlu Eminlə birlikdə yaşadıqları evə qayıtmışdır. Həyətə girdikdə darvazanın açıq olduğunu müəyyən etmişdir. Evə girdikdə isə əşyaların dağıdıldığını görüb oğurluq baş verdiyindən şübhələnmişlər. Oturma otağı kimi istifadə etdikləri otaqda olan şkafın içərisində saxladığı “Qurani Kərimə” kitabının altına qoyduğu, dəsmala bükülmüş 4800 manat nağd pulun, 1 ədəd 100 manat dəyərində qızıl boyunbağının, 1 cüt 100 manat dəyərində qızıl sırğanın yerində olmadığını müəyyən etdikdən dərhal sonra Emin DİN 102 xidmətinə məlumat vermişdir. Hadisə yerinə polis işçiləri gəlmiş, evə baxış keçirmişdir. Evin giriş qapısında və dəmir barmaqlığında, pəncərələrdə hər hansı zədə aşkar edilməmişdir. Belə qənaətə gəlmişdir ki, evə oğru hamamın barmaqlıqsız pəncərəsindən girib, eyni qaydada evi tərk etmişdir. Darvazanı isə həyətin içəri tərəfindən açıb və küçəyə çıxmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Övladı X1 Azər Ənvər oğlu ilə ailə qurub bir müddət Mingəçevir şəhərində yaşadıqdan sonra işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Təxminən 20 ildir Azər ailəsi ilə birlikdə RF-da yaşayır, hər il yay aylarında ailəsi ilə ünvan 4 ünvanda onun 0,6 ha torpaq sahələri, həmin torpaq sahəsində isə 2 mərtəbəli yaşayış evi vardır. Ev tam təmirlidir və bütün məişət əşyaları ilə təmin olunmuşdur. Həmin evə ailə üzvləri və nəvəsi Elvin nəzarət edir. Belə ki, hər gün Evin həyətə daxil olub ətrafa baxır. Sonuncu dəfə 23.04.2020-ci il tarixdə Elvin evin həyətinə daxil olub evdəki soyuducudan ət götürüb itə vermişdir. Həmin zaman evdə hər hansı dağıntı olmamışdır. 25.04.2020-cı il tarixdə saat 10 radələrində Elvin ona zəng edərək Azərə məxsus evin giriş qapısının açıq vəziyyətdə olduğunu və evdən oğurluq edildiyini bildirmişdir. Dərhal həmin evə getmiş, evin arxa tərəfindən giriş qapısının sındırıldığını, evin otaqlarında dağınıq vəziyyəti görmüşdür. Evin otaqlarına nəzarət etdikdə məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evdən 1 ədəd “İmmergas” markalı 28-lik, 2017-ci ildə 1300 manata alınmış istifadə edilməmiş kombi aparatını, 1 ədəd “LG” markalı 127 ekran, 2017-ci ildə 1800 manata alınmış televizoru, 1 ədəd boya üçün kompressoru, 1 ədəd 150 manat dəyərində mikrodalğalı sobanı, 1 qutusu 80 manat olan 5 qutu təzə yorğan döşək üzlüklərini, 1 qutusu 50 manat olan 7 qutu təzə dəsmalları, 100 manat dəyərində 1 ədəd dəri kişi gödəkçəsini, 1 ədəd 30 manat dəyərində kişi gödəkçəsini, 1 ədəd 150 manat dəyərində qadın paltosunu, bir neçə ədəd köynəkləri oğurlamışdır. Oğurluq nəttcəsində Azərin ailəsinə təxminən 3500-4000 manat dəyərində ziyan vurulmuşdur. Sonradan onu polis şöbəsinə dəvət edərək oğurluq edən şəxslərin Şahid3 və qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğu bildirmişlər. Polis Şöbəsinin inzibati binasında otaqda olarkən otaqdakı köynəkləri görüb tanımışdır. Belə ki, həmin köynəklərin nəvələrinə, yəni Azərin övladlarına məxsus olduğunu, onlar Mingəçevir şəhərinə gəldikdə həmin köynəkləri geyindiklərini qeyd etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində izahatı alınmış Şahid8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Şahid3 anasıdır. Qadir cinayət məsuliyyətinə cəlb edilərək azadlıqdan məhrum edilmiş, 2019-cu ilin sentyabr ayında cəzadan azad edilərək evə qayıtmış və onunla eyni ünvanda, Mingəçevir şəhəri Şəfa bağ massivindəki evdə yaşamışdır. 2020-ci ili aprel ayının sonlarında bir gün Qadir evə 3 ədəd köynək gətirmişdir. Köynəklərdən 2 ədədi uzunqol, 1 ədədi isə qısaqol olmuşdur.qeyd olunan köynəkləri Qadirə almadığını, Qadirin həmin köynəkləri hansı yolla əldə etməsindən məlumatsız olduğunu, köynəkləri təqdim edə biləcəyini qeyd etmişdir. İş materiallarında olan 13.01.2021-ci il tarixli tutma haqqında protokoldan görünür ki, 13.01.2021-ci il Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru İftixar Əhmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 15 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru İftixar Əhmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-16/2021 saylı, 15.01.2021-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 23.06.2020-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23.06.2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində tutularaq Mingəçevir ŞPŞ-nə gətirələrək MSY-ə təhvil verilmişdir. İş materiallarında olan şübhəli şəxsin azad edilməsi barədə 25.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsində şübhələr istintaqın hazırkı mərhələsində öz təsdiqini tapmadığı üçün o, Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında 11.01.2021-ci il protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11.01.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri ərazisində tutularaq aidiyyəti üzrə təhvil verilmişdir. İş materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 12 yanvar 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilmiş, Ramazanov X6 ŞPŞ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan 27 aprel 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Şahid3 X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanındakı evindən oğurladığı qısaqol köynək Şahid3 götürülmüşdür. İş materiallarında olan 05 may 2020-ci il tarixli götürmə aparılması barədə protokoldan görünür ki, Şahid8, övladı Şahid3 X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanındakı evindən oğurlayaraq yaşadığı evə apardığı 3 ədəd köynəkləri təqdim etmiş və həmin köynəklər götürülmüşdür. İş materiallarında olan 01.11.2020-ci il tarixli şəxsin fotoşəkillə tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Şahid5 3 ədəd cinayət işinə aidiyyəti olmayan şəxsin fotoşəkilləri arasına Təqsirləndirilən şəxs fotoşəkli yerləşdirilməklə 4 ədəd fotoşəkil təqdim edilmiş, ona 24.04.2020-ci il tarixdə yaşadığı evə məişət əşyalarını gətirmiş şəxsin fotoşəklini göstərmək təklif edilmişdir. Şahid5 fotoşəkilləri nəzərdən keçirib Təqsirləndirilən şəxs fotoşəklini göstərərək həmin fotoşəkildə «Şıkı» təxəllüsü ilə tanıdığı Zülfiqarın əks olunduğunu, 24.04.2020-ci il tarixdə yaşadığı evə məişət əşyalarını həmin «Şıkı» təxəllüslü Zülfiqarın «Qado» təxəllüslü Qadirlə birlikdə gətirdiyini bildirmişdir. İş materiallarında olan 09 may 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan görünür ki, təqsirləndirilən şəxs Şahid3 və Şahid8 götürülmüş köynəklər tanınması üçün Şahid2 təqdim edilmiş, sonuncu təqdim edilmiş köynəklərin içərisindən X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanındakı evindən oğurlanmış köynəkləri tanımışdır. İş materiallarında olan 14.01.2021-ci il tarixli ifadənin yerində yoxlanması barədə protokoldan görünür ki, həmin tarixdə X4 13.01.2021-ci il tarixdə şübhəli şəxs qismində vermiş olduğu ifadəsi yerində yoxlanmış, X9 ünvan 8 ünvanının qarşısına gələrək evin daş hasarını göstərmiş, 23.10.2020-ci il tarixdə saat 16 radələrində evin darvazası üstündə asma qıfılı görüb evdə heç kimin olmadığı qənaətinə gələrək həyətə həmin daş hasarın üstündən düşdüyünü bildirmişdir. Sonra evin giriş qapısından solda yerləşən 40X50 sm ölçüdə pəncərəni göstərib evə həmin pəncərədən daxil olduğunu, pəncərənin hamamın pənəcərəsini olduğunu bildirmişdir. Sonra qeyd olunan pəncərədən içəri girərərk bunu əyani şəkildə nümayiş etdirib evə həmin yerdən girməyin mümkünlüyünü izah etmişdir. Bundan sonra evin istifadə olunmayan əşyalar yığılmış otağını göstərib oradan bir ədəd idman çantasını götürdüyünü, bir ədəd qara rəngli gödəkçəni götürüb əyninə geyindiyini, 1 ədəd hərbi formaya bənzər gödəkçə götürüb çantaya qoyduğunu bildirmişdir. Evin oturma otağındakı şkafı göstərib içərisini axtardığını, lakin qiymətli əşya tapmadığını bildirmişdir. Evin yataq otağına keçib oradan 1 ədəd «ACER» markalı netbook götürüb çantaya qoyduğunu, dəhlizdəki şkafdan isə 1 cüt krasovka tipli ayaqqabını götürüb çantaya qoyaraq evdən eyni qaydada, yəni hamamın pəncərəsindən çıxdığını göstərmişdir. Bundan sonra darvazanı içəri tərəfdən açaraq çantanı küçəyə qoyub darvazanı örtdüyünü, həyətdəki taxta nərdivanı göstərib divara söykəyərək həyətdəki hamamın üstünə çıxaraq küçəyə tullandığını, yerə qoyduğu çantanı götürüb getdiyini bildirmişdir. İş materiallarında olan 14.01.2021-ci il tarixli istintaq şöbəsinə daxil olmuş oğurluq cinayətinin törədilməsi ilə əlaqədar şəxsin hərəkətlərinə dair video çəkilişi özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin yerləşdiyi ünvan 9 ünvanındakı inzibati binasında xidməti otaqda, cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş, xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, ünvan 1-də qeydiyyatda olan və yaşayan X4, onun müdafiəçisi, Bakı şəhəri 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə 23.10.2020-ci il tarixdə vətəndaş Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yeni yaşayış sahəsi, 4 saylı evdə baş vermiş oğurluq cinayətinin törədilməsi ilə əlaqədar şəxsin hərəkətlərinə dair video çəkilişi özündə əks etdirən 01 ədəd elektron daşıyıcıya baxış keçirilmişdir. DVD diskdə qeydə alınmış «VİD-20210113-W A0149» nömrəli faylda bir nəfər, xarici əlamətlərindən X5 bənzəyən, əyninə göy rəngli cins şalvar və üzərində qaraqırmızı-ağ rənglər olan kofta geyinmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yeni yaşayış sahəsi, 4 saylı evin daş hasarının üstünə çıxaraq həyətə girdiyi qeydə alınmışdır. Həmin DVD diskdə qeydə alınmış «VİD-20210113-W A0144» nömrəli faylda bir nəfər, xarici əlamtlərindən X5 bənzəyən, əyninə göy rəngli cins şalvar və üzərində qara-qırmızı-ağ rənglər olan kofta geyinmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yeni yaşayış sahəsi, 4 saylı evin dəmir darvazasını bir nəfər, xarici əlamtlərindən Təqsirləndirilən şəxs bənzəyən, əyninə göy rəngli cins şalvar və üzərində qara-qırmızı-ağ rənglər olan kofta, qara rəngli gödəkçə geyinmiş şəxs açır, əlindəki idman çantasını küçədə yerə qoyub yenidən həytə girir və darvazanı bağlayır. Sonra xarici əlamtlərindən Təqsirləndirilən şəxs bənzəyən, əyninə göy rəngli cins şalvar və üzərində qara-qırmızı-ağ rənglər olan kofta, qara rəngli gödəkçə geyinmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, yeni yaşayış sahəsi, 4 saylı evin daş hasarının üstündən küçəyə tullanır və yerdəki qara rəngli idman çantasını götürüb çıxıb gedir. Baxışda iştirak edən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs «VİD-20210113-W A0144» nömrəli və «VİD-20210113-W A0149» nömrəli fayllardakı görüntüsü geydə alınmış şəxsin onun özü olduğunu, «VİD-20210113-W A0144» nömrəli faylda görunütüdəki qara rəngli idman çantasını və əyninə geyindiyi qara rəngli gödəkçəni evdən oğurluq niyyəti ilə götürdüyünü bildirmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/3401 saylı, 10.09.2020-ci il tarixli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, 1 ədəd İmmergas markalı 28-lik, 2017-ci ildə alınmış istifadə edilməmiş kombi üçün aparatın 1100 (min yüz) manat, 1 ədəd 2017-ci ildə alınmış LG markalı 127 plazma ekran televizorun 1200 (min iki yüz) manat, 1 ədəd 50 litr tutumlu boya üçün kompressorun 100 (yüz) manat, 2017-ci ildə alınmış istifadə edilməmiş mikrodalğalı sobanın 120 (yüz iyirmi) manat, 1 ədəd 2017-ci ildə alınmış istifadə edilməmiş tosterin 50 (əlli) manat, yəni, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2570 manat müəyyən edilir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 9/3658 saylı, 18.09.2020-ci il tarixli rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə alınmaqla 2020-ci ilin aprel ayına olan orta bazar ümumi dəyəri təxminən 32.00 manat müəyyən edilir. O cümlədən: -1 ədəd açıq-qırmızı rəngli «AE7» yazıları olan, qısaqol kişi köynəyi - 6,00 manat; -1 ədəd narıncı rəngli qısaqol kişi köynəyi - 6,00 manat; -1 ədəd boz rəngli zolaqlı uzunqol kişi köynəyi - 10,00 manat; -1 ədəd açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyi -10, manat təşkil edir. İş materiallarında olan 01.08.2020-ci il tarixli zənglərin çıxışına dair diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya və Kommunikasiya İdarəsinin ünvanladığı «CD-R» formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə çıxan zənglər əsasında Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə, Şahid4 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrələri arasında hadisə baş verən tarixdə yəni 23.04.2020-ci il saat 23:33-dən başlayaraq 05:58-də telefon əlaqəsi olmuşdur. Eləcə də Təqsirləndirilən şəxs, Şahid3 və Şahid4 istifadələrində olmuş mobil telefon nömrələri hadisə baş verən gün, yəni 24.04.2020-ci il tarixdə gecə saatlarında oğurluq hadisəsi baş verən ünvanın yaxınlığında, Mingəçevir şəhəri X.Şuşinski küçəsində aktiv olmuşlar. Belə ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə çıxan zənglər əsasında Şahid3 istifadəsində olan 050- ***-**-** mobil telefon nömrəsi ilə 23.04.2020-ci il tarixdə saat 23:33-də 03 və 46 saniyə, 23.04.2020-ci il tarixdə saat 23:48-də 15 saniyə, Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 24.04.2020-ci il tarixdə saat 05:28-də 48 saniyə, saat 05:56-da 02 saniyə, saat 05:58-də 24 saniyə olmaqla danışıq aparılmışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə çıxan zənglər əsasında Şahid3 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 23.04.2020-ci il tarixdə saat 23:33-də 03 və 46 saniyə əlaqə saxlanılarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsi Mingəçevir şəhəri X.Şuşinski küçəsində Şahid3 istifadəsində olmuş mobil telefon nömrəsi Mingəçevir şəhəri Günəşli bağ massivində quraşdırılmış antenlərdə, 23.04.2020-ci il tarixdə saat 23:48-də 15 saniyə əlaqə saxlanılarkən isə Şahid3 istifadəsində olmuş mobil telefon nömrəsi Mingəçevir şəhəri Samux küçəsində quraşdırılmış antendə aktiv olmuşdur. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsi ilə çıxan zənglər əsasında Şahid4 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə 24.04.2020-ci il tarixdə saat 05:28-də 48 saniyə əlaqə saxlanılarkən Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi Mingəçevir şəhəri X.Şuşinski küçəsində, Şahid4 istifadəsində olmuş mobil telefon nömrəsi isə Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən «Ana və uşaq» xəstəxanasının yaxınlığında quraşdrılmış antendə, saat 05:56-da 02 saniyə, saat 05:58-də 24 saniyə əlaqə saxlanılarkən isə Təqsirləndirilən şəxs və Şahid4 istifadələrində olmuş mobil telefon nömrələri Mingəçevir şəhəri X.Şuşinski küçəsində quraşdırılmış antenlərdə aktiv olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 011-10574-1220 nömrəli 02.11.2020-ci il tarixli məktubdan görünür ki, 24.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri 30.10.2020-ci il tarixdə DİN-in KTİ-yə daxil olmuşdur. Həmin əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 4 ədəd əl barmaq izi (ADİS-in məlumat bankına Nəsimi RPİ-dən və Mingəçevir RPŞdən daxil olan) xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş vət. Təqsirləndirilən şəxs sağ əlinin orta (02 dəfə) və adsız (02 dəfə) barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 16.05.2020-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci ildə Mingəçevir şəhərində doğulmuş Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 30.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,180.1-ci maddasinə əsasən təqsirli bilinərək barəsində 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 05.12.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddasinə əsasən təqsirli bilinərək barəsində 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. 21.12.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 20/2021 saylı, 11.06.2021-ci il tarixli hökmdən görünür ki, Şahid3 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan epizodlar üzrə Zərərçəkmiş şəxs məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X7 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29.01.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03.03.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 23.07.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs etirafedici ifadəsinə, Zərərçəkmiş şəxs ifadəsinə, Şahid1 ifadəsinə, istintaq şöbəsinə daxil olmuş oğurluq cinayətinin törədilməsi ilə əlaqədar şəxsin hərəkətlərinə dair video çəkilişi özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında 14.01.2021-ci il tarixli protokola, 14.01.2021-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokola, Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən verilmiş 011- 10574-1220 nömrəli 02.11.2020-ci il tarixli (əl-barmaq izlərinin eyniləşdirilməsi) məktuba, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Zərərçəkmiş şəxs məxsus əmlakların oğurlanması hissəsində cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus əmlakların oğurlanması hissəsində törədilməsi tam sübuta yetir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərərçəkmiş şəxs X17 məxsus əmlakların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4-cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan zərərçəkmiş şəxs X17 məxsus 1 ədəd 1100 manat dəyərində “İmmergas” markalı kombi aparatının, 1 ədəd 1200 manat dəyərində “LG” markalı 127 plazma ekran televizorun, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressorun, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanın, 1 ədəd 50 manat dəyərində tosterin, 1 qutusunun qiyməti 50 manat olan 400 manat dəyərində 8 qutu yorğan döşək üzlərinin, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu dəsmalların, 1 ədəd 100 manat dəyərində dəri materialdan olan kişi gödəkçəsinin, 1 ədəd 30 manat dəyərində kişi üçün qısaqol gödəkçənin, 1 ədəd 150 manat dəyərində qadın paltosunun, 1 ədəd 6 manat dəyərində açıq-qırmızı rəngli “AE7” yazıları olan qısaqol kişi köynəyinin, 1 ədəd 6 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyinin, 1 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyinin, 1 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyinin oğurlanması hissəsində təqsirləndirilən şəxs həmin əşyaları oğurlamadığını bildirmişdir. Məhkəmə həmin epizod üzrə oğurluq cinayətlərinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlar: - Zərərçəkmiş şəxsin ifadəsindən - Şahid ifadələrindən - Götürmə aparılması barədə protokollardan - Şəxsin fotoşəkillə tanınması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən - Əşyanın tanınmaya təqdim edilməsi barədə protokoldan - Zənglərin çıxışına dair diskə baxış keçirilməsi barədə protokoldan - Ekspert rəylərindən ibarətdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş zərərçəkmiş şəxsin ifadəsinə qiymət verərkən bildirir ki, zərərçəkmiş şəxs iş üzrə marağı olan şəxsdir və o, yalnız dəymiş ziyanın ödənilməsində maraqlıdır. Cinayətin hansı şəraitdə və kimlər tərəfindən törədilməsi ona məlum deyildir, onun ifadəsi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş şahid ifadələrinə qiymət verərkən bildirir ki, Şahid6 və Əzizov X11 Rzayev vasitəsi ilə Şahid3 və Təqsirləndirilən şəxs müəyyən etdiklərini qeyd etmişlər. Şahid3 həm Mingəçevir Şəhər Məhkəməsində, həm də bu məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs tanımadığını oğurluğu tək törətdiyini qeyd etmişdir. Həmçinin ibtidai istintaq zamanı Şahid3 vermiş olduğu ilkin ifadəsində (İ cild, səhifə 145-146) oğurluq hadisəsini Təqsirləndirilən şəxsla törətdiyini qeyd etsə də, ifadəsinin sonunda olmuş sual-cavab zamanı isə, oğurluq cinayətini tək törətdiyini və yanında heç kimin olmadığını qeyd etmişdir. Eyni zamanda Şahid5 həm Mingəçevir Şəhər Məhkəməsində, həm də bu məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində Təqsirləndirilən şəxs tanımadığını, əvvəllər görmədiyini, oğurlanmış əşyaları onun evinə Qadirin gətirdiyini qeyd etmişdir. Şahid4 isə bu məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tanımadığını, əvvəllər görmədiyini, Qadirin oğurladığı əşyaları Şahid5 evinə apardığı zaman Qadirin yanında başqa bir şəxsin olduğunu, həmin şəxsin saqqallı olduğunu, Təqsirləndirilən şəxs oxşamadığını, Mingəçevir Şəhər Məhkəməsində, həmçinin ibtidai istintaqda ifadə verən zaman o, Qadirin yanında olan şəxsin Zülfüqar adlı şəxs olduğunu demədiyini qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 01.11.2020-ci il tarixli şəxsin fotoşəkillə tanınması haqqında protokola və protokola əlavə edilmiş fotocədvələ qiymət verərkən bildirir ki, Şahid5 məhkəmə istintaqında vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs tanımadığını, polis şöbəsində qarşısına 4 ədəd fotoşəkil qoyulduğunu, polis əməkdaşlarının göstərişi ilə bir nəfərin şəklinə əlini uzatdığını qeyd etmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 01.08.2020-ci il tarixli zənglərin çıxışına dair diskə baxış keçirilməsi barədə protokola qiymət verərkən bildirir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs məxsus olması və ya həmin nömrənin Təqsirləndirilən şəxs istifadə olması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur. Təqsirləndirilən şəxs onun elə bir nömrəsinin olmadığını bildirmişdir, eyni zamanda təqsirləndirilən şəxsin bu sözünü şahid kimi məhkəmə istintaqı zamanı dindirilmiş Şahid9 Zülfiqar oğlu da təsdiq etmişdir. Bundan başqa şahid kimi məhkəmə istintaqı zamanı dindirilmiş Şahid3 ***-***-**-** mobil telefon nömrəsinin onun mobil cihazında və istifadəsində olduğunu bildirmişdir. Həmçinin, zənglərin çıxışına dair diskdə yalnız excel formatında fayl olmuşdur. Həmin faylın hardan (hansı mobil operatordan) alınmasını təsdiq edən sənəd mövcud deyildir. Bundan başqa faylda olan nömrələrin kimə məxsus olması barədə məlumat yoxdur. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 27 aprel 2020-ci il tarixli və 05 may 2020-ci il tarixli götürmə aparılması barədə protokollara qiymət verərkən bildirir ki, həmin protokollarda Şahid3 X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanındakı evindən oğurladığı qısaqol köynək Şahid3 götürüldüyü, Şahid8, övladı Şahid3 X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanındakı evindən oğurlayaraq yaşadığı evə apardığı 3 ədəd köynəkləri təqdim etdiyi və həmin köynəklərin götürüldüyü qeyd edilmişdir. Göründüyü kimi götürmə aparılması barədə protokollarda göstərilmiş köynəklər Şahid3 evindən aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs evindən hər-hansı əşya aşkar edilməmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş 09 may 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi barədə protokola qiymət verərkən bildirir ki, təqsirləndirilən şəxs Şahid3 və Şahid8 götürülmüş köynəklər tanınması üçün Şahid2 təqdim edilmiş, sonuncu təqdim edilmiş köynəklərin içərisindən X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanındakı evindən oğurlanmış köynəkləri tanımışdır. Göründüyü kimi, tanınmaya təqdim edilmiş əşyalar Şahid3 və Şahid8 götürülmüşdür, lakin Təqsirləndirilən şəxs hər-hansı əşya götürülməmişdir. Məhkəmə ibtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/3401 saylı, 10.09.2020-ci il tarixli və 9/3658 saylı, 18.09.2020-ci il tarixli ekspert rəylərinə qiymət verərkən bildirir ki, ekspert rəylərində 1 ədəd İmmergas markalı 28-lik, 2017-ci ildə alınmış istifadə edilməmiş kombi üçün aparatın 1100 (min yüz) manat, 1 ədəd 2017-ci ildə alınmış “LG” markalı 127 plazma ekran televizorun 1200 (min iki yüz) manat, 1 ədəd 50 litr tutumlu boya üçün kompressorun 100 (yüz) manat, 2017-ci ildə alınmış istifadə edilməmiş mikrodalğalı sobanın 120 (yüz iyirmi) manat, 1 ədəd 2017-ci ildə alınmış istifadə edilməmiş tosterin 50 (əlli) manat, yəni, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2020-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2570 manat müəyyən edilir. ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadə olması nəzərə ahnmaqla 2020-ci ilin aprel ayına olan orta bazar ümumi dəyəri təxminən 32.00 manat müəyyən edilir. O cümlədən: -1 ədəd açıq-qırmızı rəngli «AE7» yazıları olan, qısaqol kişi köynəyi - 6,00 manat; -1 ədəd narıncı rəngli qısaqol kişi köynəyi - 6,00 manat; -1 ədəd boz rəngli zolaqlı uzunqol kişi köynəyi - 10,00 manat; -1 ədəd açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyi -10 manatdır. Belə olan halda məhkəmə bildirir ki, ekspert rəyi yalnız faktı təsdiq edir, yəni aşkar edilmiş əşyaların qiymətini müəyyən edir, lakin həmin əşyaların kim tərəfindən oğurlanmasını müəyyən etmir. Bu səbəbdən də ekspert rəyi yalnız digər sübutlarla əhatə olunduqda yetərli sayıla bilər. Belə olan halda məhkəmə hesab edir ki, cinayət işi üzrə sübut kimi qəbul edilmiş, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, götürmə aparılması barədə protokollar, şəxsin fotoşəkillə tanınması haqqında protokol və protokola əlavə edilmiş fotocədvəl, əşyanın tanınmaya təqdim edilməsi barədə protokol, zənglərin çıxışına dair diskə baxış keçirilməsi barədə protokol və ekspert rəyləri Təqsirləndirilən şəxs aid olan hissədə sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs X17 məxsus Mingəçevir şəhəri Sahil küçəsi 38 ünvanında yerləşən evin həyətinə hasarından aşıb qanunsuz daxil olmuş, Şahid3 həyətdəki evin sol yan tərəfindəki qapısının kilidini yerdən götürdüyü çəkic vasitəsi ilə qırıb qapını aça bilmədikdən sonra hamamın nəfəsliyindən evə daxil olub evin giriş qapısını daxildən açmış, o da həmin qapıdan evə daxil olduqdan sonra evdən 1 ədəd 1100 manat dəyərində “İmmergas” markalı kombi aparatını, 1 ədəd 1200 manat dəyərində “LG” markalı 127 plazma ekran televizoru, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressoru, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 50 manat dəyərində tosteri, 1 qutusunun qiyməti 50 manat olan 400 manat dəyərində 8 qutu yorğan döşək üzlərini, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu dəsmalları, 1 ədəd 100 manat dəyərində dəri materialdan olan kişi gödəkçəsini, 1 ədəd 30 manat dəyərində kişi üçün qısaqol gödəkçəni, 1 ədəd 150 manat dəyərində qadın paltosunu, 1 ədəd 6 manat dəyərində açıq-qırmızı rəngli “AE7” yazıları olan qısaqol kişi köynəyini, 1 ədəd 6 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayıb zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3632 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinə əsasən “Cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir.” Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-20/2021 saylı, 11.06.2021-ci il tarixli hökmündə təqsirləndirilən şəxs Şahid3 əməmli AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə yəni, “oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi” ilə tövsif edilmiş və bununla bağlı ittiham hökmü çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin mahiyyətindən göründüyü kimi, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair 08.01.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Bu baxımdan qeyd olunmalıdır ki, qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığının həmin cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi sonuncuları cinayətprosessual qanunvericiliyi ilə müəyyən edilən təminatlardan, o cümlədən məhkəmə icraatında müdafiə (Konstitusiyanın 127-ci maddəsinin Vİİİ hissəsi) və təqsirsizlik prezumpsiyası hüquqlarından (Konstitusiyanın 63-cü maddəsi) məhrum etməklə onların Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər. Müraciətdə də göstərildiyi kimi, belə hallar əsasən iştirakçılıqla cinayət əməlinin törədilməsində təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə icraatın ayrılması nəticəsində əmələ gəlir. Bu zaman ayrılan cinayət işi üzrə sübuta yetirilməli olan hallardan bir qismi digər cinayət işinə dair artıq qüvvəyə minmiş məhkəmə hökmü ilə təsbit edilmiş hallarla üst-üstə düşə bilər. Qüvvəyə minmiş hökmlə müəyyən olunmuş halların və onlara verilən hüquqi qiymətin ayrılmış cinayət işi üzrə təqsirləndirilən şəxsə münasibətdə məcburiliyi faktiki olaraq onun barəsində məhkəmə hökmü qüvvəyə minənədək təqsirli olub-olmaması məsələsini əvvəlcədən həll edə bilər. Burada nəzərə almaq lazımdır ki, Konstitusiyanın 63-cü maddəsinin İ hissəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Yuxarıda göstərilən konstitusiya müddəasının mənasına görə, cinayətprosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydalara riayət olunmadan heç kəs təqsirli sayıla bilməz. Həmin prosessual qaydaların vacib hissəsini təqsirləndirilən şəxsin sübutların tədqiq olunmasında iştirakına dair normalar təşkil edir. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymətləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir.” Konstitusiya Məhkəməsinin mövqeyindən göründüyü kimi hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. Həmçinin, məhkəmə hökmünün preyudisiallığının cinayət prosesində təqsirləndirilən şəxs statusunda iştirak etməyən şəxslərə şamil edilməsi onların müdafiə və təqsirsizlik prezumpsiyası hüquqlarından məhrum edilməsi ilə nəticələnə bilər. Prosessual qaydaların vacib hissəsini təqsirləndirilən şəxsin sübutların tədqiq olunmasında iştirakına dair normalar təşkil edir. Göründüyü kimi Mingəçevir Şəhər Məhkəməsinin icraatında olmuş 1(051)-20/2021 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə proseslərində, yəni bütün sübutların tədqiqində iştirak etməmiş, həmçinin təqsirləndirilən şəxs statusunda dindirilməmiş və müdafiə hüququ ilə təmin edilməmişdir. Avropa Məhkəməsinin 23.02.2016-cı il tarixli qərarında göstərilmişdir ki, irəli sürülmüş ittihamın xarakteri məhkəməyə üçüncü şəxslərin iştirakçılığına dair gəldiyi qənaətə toxunmamağa imkan vermirsə və bu qənaət ayrıca mühakimə ediləcək üçüncü şəxslərin hüquqi məsuliyyətinə dair qərara təsir edə bilərsə, belə hal işin ayrıca icraata ayrılması üçün ciddi maneə kimi qiymətləndirilməlidir. Ümumi hallar baxımından bir-biri ilə sıx əlaqəli olan işlərə ayrılıqda baxılmasına dair istənilən qərar bütün toqquşan maraqların hərtərəfli təhlilinə əsaslanmalı və digər təqsirləndirilən şəxslərə işin ayrıca icraata ayrılmasına etiraz etmək imkanı təqdim edilməlidir. Ayrıca icraatın aparılması ilə əlaqədar ikinci tələb isə onu nəzərdə tutur ki, digər təqsirləndirilən şəxslərin iştirakı olmadan müəyyən edilmiş hallar, həmin şəxslərə münasibətdə preyudisial əhəmiyyət kəsb etməməlidir. Bir iş üzrə istifadə olunmuş sübutların statusu sırf nisbi qalmalı, onların qüvvəsi mövcud konkret mühakimə icraatı ilə məhdudlaşmalıdır. Konstitusiya Məhkəməsinin və Avropa Məhkəməsinin mövqelərindən belə nəticəyə gəlmək olar ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 20/2021 saylı, 11.06.2021-ci il tarixli hökmü hazır ki iş üzrə preyudisiyal əhəmiyyət daşıya bilməz. Belə ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə zərərçəkmiş şəxs X17 məxsus əşyaların oğurlanması hissəsində sübuta yetirilmir və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilməlidir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmamış, onun əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin tərkib əlamətləri vardır və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22.06.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02.04.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08.07.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 25.05.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 06.09.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” 18.06.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs tanışı Şahid3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib 24.04.2020-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədi ilə X17 məxsus Mingəçevir şəhəri, Sahil küçəsi 38 ünvanında yerləşən evin həyətinə qanunsuz daxil olaraq həmin evdən 1 ədəd 1100 manat dəyərində «İmmergas» markalı kombi aparatını, 1 ədəd 1200 manat dəyərində «LG» markalı 127 plazma ekran televizoru, 1 ədəd 100 manat dəyərində 50 litr tutumlu boya üçün kompressoru, 1 ədəd 120 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd 50 manat dəyərində tosteri, 1 qutusunun qiyməti 50 manat olan 400 manat dəyərində 8 qutu yorğan döşək üzlərini, 1 qutusunun qiyməti 50 manat olan 350 manat dəyərində 7 qutu dəsmalları, 1 ədəd 100 manat dəyərində dəri materialdan olan kişi gödəkçəsini, 1 ədəd 30 manat dəyərində kişi üçün qısaqol gödəkçəni, 1ədəd 150 manat dəyərində qadın paltosanı, 1 ədəd 6 manat dəyərində açıq-qırmızı rəngli «AE7» yazıları olan qısaqol kişi köynəyini, 1 ədəd 6 manat dəyərində narıncı rəngli qısaqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində boz rəngli zolaqlı uzunqol kişi köynəyini, 1 ədəd 10 manat dəyərində açıq göy rəngli, üzərində düz qara xətlər olan uzunqol kişi köynəyini gizli olaraq talayıb zərərçəkmiş şəxs Azər Həsənova ümumilikdə 3632 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etməsinə dair epizod sübut olunmadığından Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23.06.2020-ci il tarixdən 25.06.2020-ci il tarixədək və 11.01.2021-ci il tarixdən 12.01.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar