Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-6/2023 19.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan (tikinti üzrə usta və iş icraçısı), əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29A/23, mənzil 10-da qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, xx.xx.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tanışı «Nüsrət» adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021-ci il tarixdə, təxminən saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, dəniz kənarı ərazidə yerləşən “Delmar” Hotelin yaxınlığındakı ərazidə Zərərçəkmiş şəxs Buzovna Bələdiyyəsi tərəfindən icarə müqaviləsi əsasında verilmiş torpaq sahəsində mövsümi kafe kimi fəaliyyət göstərən istirahət obyektinə gələrək orada qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydalarına zidd olaraq kran avtomobilinin sürücüsü Şahid1 qeyd olunan obyektdə taxta-şalban materiallarından hazırlanaraq quraşdırılmış istirahət otaqlarının sökülməsi barədə göstəriş vermiş, kranın sürücüsü Şahid1 qaldırıcı kranla istirahət zonasında quraşdırılmış 6 ədəd, 2,5x2,5 metr ölçüdə olan istirahət otaqlarını yerindən çıxartmaqla zədələmiş, Təqsirləndirilən şəxs və «Nüsrət» adlı şəxs davranış qaydalarına zidd olan bu hərəkətləri ilə Zərərçəkmiş şəxs 5574,0 (beş min beş yüz yetmiş dörd) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla özbaşınalıq edib özgənin əmlakını qəsdən zədələmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, hadisə baş verən günü həmişə gördüyü iş ilə məşğul olmuşdur. Gündüz adlı şəxs gələrək iş gördükləri ərazinin ona məxsus olduğunu demiş və işi dayandırmalarını tələb etmişdir. O, Gündüzdən bu ərazinin ona məxsus olması ilə bağlı sənədinin olub-olmamasını soruşmuşdur. Gündüz onlara qarşı nalayiq söyüşlər söymüşdür. Bundan sonra polisə məlumat verilmişdir. Polis gələrək onları şöbəyə aparmış, ifadələri alınmışdır. Səhəri gün onlar yenə işlərini görən zaman polis mayoru gələrək onlardan işi dayandırmalarını tələb etmiş, bu zaman o, işin saxlanılması üçün nəsə bir sənədin olub-olmamasını soruşmuşdur. Ona heç bir sənəd təqdim etmədən oradan götürərək Xəzər RPİ-nə gətirmişlər. Təqsirləndirilən şəxs son sözündə heç bir cinayət əməli törətmədiyini, heç bir əmlaka zərər yetirmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, 2021-ci ilin may ayından etibarən Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində dəniz kənarında yerləşən boş torpaq sahəsində yay mövsümü üçün kafe işlətmək istəmişdir, bu səbəbdən Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində dəniz kənarında “Delmar” hotelin yaxınlığında boş torpaq sahəsi tapmışdır. O, həmin torpaq sahəsində kafe fəaliyyəti ilə məşğul olmaq üçün Buzovna Bələdiyyəsi ilə müqavilə bağlamaq istəsə də həmin vaxt ona “Delmar” hotelin əməkdaşları yaxınlaşaraq bildirmişlər ki, həmin torpaq sahəsi hotelə məxsusdur. O, da həmin hotelin sahibi Nüsrət adlı şəxslə görüşüb sözügedən ərazidə yerləşən 10 sot torpaq sahəsini icarəyə götürmək məqsədi ilə Nüsrətə 3 ay, yəni yay mövsümünə görə şifahi razılaşmaya əsasən 3000 (üç min) manat pul vermiş, dəniz kənarında olan boş torpaq sahəsini icarəyə götürmüşdür. Həmin torpaq sahəsində abadlaşdırma işləri aparmış, yüngül konstruksiyalı 28 (iyirmi səkkiz) ədəd istirahət otaqları və başqa istirahət-əyləncə yerləri inşa etmişdir. Həmin işləri görmək üçün 30.000 (otuz min) manat pul xərcləmişdir. 2021-ci ilin iyul ayında Xəzər rayonu, Buzovna Bələdiyyəsinin əməkdaşları obyektə gələrək ondan müqavilə tələb etdikdə o, bildirmişdir ki, həmin torpaq sahəsini “Delmar” hotelin sahibi Nüsrətdən icarəyə götürmüşdür. Bələdiyyənin əməkdaşları ilə söhbət zamanı məlum olmuşdur ki, 3 ay ərzində onun obyekt kimi işlətdiyi torpaq sahəsinin “Delmar” hotelin ərazisinə və onun sahibi Nüsrətə heç bir aidiyyatı yoxdur. Bundan sonra o, Nüsrətlə görüşüb Bələdiyyənin əməkdaşlarının ondan icarə müqaviləsi bağlamalarının tələb etmələri barədə məlumat vermiş, lakin Nüsrət ona bildirmişdir ki, həmin torpaq sahəsi “Delmar” hotelin ərazisidir və bu barədə Nüsrət ona heç bir sənəd təqdim etməmişdir ki, o, həmin sənədi Bələdiyyənin əməkdaşlarına təqdim etsin. Sadəcə sözlə ona bildirmişdir ki, həmin torpaq sahəsinin sahibidir, torpaq sahəsi hotelin ərazisinə aiddir. Buna baxmayaraq, o, xx.xx.2021-ci il tarixdə Buzovna Bələdiyyəsi ilə müddətsiz icarə müqaviləsi bağlamış və Bələdiyyənin hesabına 1 il üçün 600 (altı yüz) manat dövlət rüsumu ödəmişdir. Bundan sonra o, Nüsrətlə görüşüb Bələdiyyə ilə bağladığı müqaviləni ona təqdim edib bildirmişdir ki, o, torpaq sahəsi üçün pul verməyəcək. Bu sözü Nüsrətə deyəndə aralarında mübahisə yaranmış və nəticədə Nüsrət ona bildirmişdir ki, həmin torpaq sahəsində tikdiyi tikililəri sök və torpağı boşalt. Lakin, o, Nüsrətin tələbini əməl etməmişdir. Təxminən 2-3 ay Nüsrətlə aralarında danışıqlar getmişdir. xx.xx.2021-ci il tarixdə Nüsrət onun işlətdiyi obyektin ərazisinə öz işçilərini göndərərək ona heç bir məlumat vermədən obyektdə olan istirahət otaqlarını qaldırıcı kran vasitəsi ilə sökülməsinə göstəriş vermişdir. O, həmin gün obyektə gədən zaman obyektin ərazisində olan 6 ədəd istirahət otağının yerindən götürülərək obyektdən kənara tullandığını görmüş, otaqların kran vasitəsi ilə götürülərkən sındırılmış və yararsız hala salındığını aşkar etmişdir. Bunu görən kimi qaldırıcı kranın sürücüsündən işi dayandırmasını tələb etsə də, sürücü ona bildirmişdir ki, o, “Delmar” hotelin işçisidir və hotelin sahibi Nüsrətin göstərişi ilə bu işləri yerinə yetirir. Sürücü ilə aralarında sözlə mübahisə yaranmış və bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, “Delmar” hotelin sahibi Nüsrət tərəfindən qaldırıcı kranın sürücüsünə göstəriş verilmişdir ki, obyektin ərazisində 6 ədəd istirahət otaqlarını götürsün və kənara qoysun. Sürücü də bunu icra edən zaman otaqlar sınaraq yararsız hala düşmüşdür. Ona məxsus istirahət otaqları yüngül konstruksiyalı taxta və şalbandan tikilmiş 2.5x2.5 metr ölçüdə olmuş və onların tikintisində istifadə olunan həmin taxta-şalban materialları alındıqdan sonra emal olunur, nəmişlik, qurd və günəşə qarşı onlara bahalı xüsusi mayelər vurulur, bundan sonra həmin taxtalar xüsusi qaydada kəsilir və quraşdırılır. Ona görə də hər bir istirahət otağının tikilməsinə 2000 (iki min) manat pul xərcləmiş və hotelin işçiləri tərəfindən 6 ədəd istirahət otağının hər birini müəyyən dərəcədə zədələnməsi və sındırılması nəticəsində ona 7000 (yeddi min) manat maddi ziyan dəymişdir. O, hadisə yerinə gəlib və həmin istirahət otaqlarını birbir nəzərdən keçirdikdən sonra onların hər birinə ayrı-ayrılıqda vurulmuş ziyanı müəyyənləşdirmiş, ümumi məbləğ çıxartmış və həmin məbləğ 7000 (yeddi min) manatdan ibarət olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, kran sürücüsüdür, müxtəlif yerlərdə iş olanda onu dəvət edirlər və o, da həmin obyekt daxilində kranla nə iş olursa yerinə yetirir. xx.xx.2021-ci il tarixdə iş icraçısı kimi tanıdığı Süleyman əlaqə saxlayıb ona demişdir ki, “iş var, kranla Delmar Hotelin qarşısına gəl”. O, da kranla Süleymanın dediyi yerə gəlmişdir. Orada Mürşüd və Rəşid adlı fəhlələri də görmüşdür. Orada olanda Süleyman onlara demişdir ki, “hotelin yaxınlığında quraşdırılmış istirahət otaqlarını sökməliyik”. Soruşanda Süleyman ona demişdir ki, həmin yer “Delmar” Hotelin ərazisidir, lakin Gündüz adlı bir şəxs oranı zəbt edib orada istirahət otaqları tikmişdir. O, Süleymana inandığı üçün kranı işə salıb orada quraşdırılmış istirahət otaqlarından 6 ədədini fəhlələrin köməyi ilə sökmüşlər. Bu zaman bir nəfər şəxs özünü Gündüz kimi təqdim etmiş və bildirmişdir ki, “bura mənə məxsusdur və bu istirahət otaqlarını mən tikmişəm, işi dayandırın”. Onlar da Süleymanın tapşırığına əsasən işi dayandırmışlar. Süleymanla həmin Gündüz adlı şəxsin arasında sözlə mübahisə yaranmış, Süleyman Gündüzə demişdir ki, “nə sözün varsa Nüsrətlə danışarsan”. Bundan sonra onlar həmin gün işi dayandırmışlar. Həmin günün səhəri, yəni oktyabr ayının 29-da, saat 09 radələrində yenə də həmin yerə gəlmiş və orada işi davam etdirməyə başlayanda oraya polis əməkdaşı gələrək bildirmişdir ki, həmin yer mübahisəlidir və onlara bildirmişdir ki, işi dayandırmaq lazımdır. Onlar da buna görə işi dayandırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, o, fəhlə kimi işləyir. xx.xx.2021-ci il tarixdə iş icraçısı kimi tanıdığı Süleyman adlı şəxs ona bildirmişdir ki, Buzovnada dəniz kənarında yerləşən Delmar hotelin qarşısına gəlmək lazımdır, ona demişdir ki, orada görüləsi işləri vardır. O, da fəhlə olduğuna görə həmin yerə gəlmişdir. Orada ondan başqa Mürşüd adlı başqa bir nəfər fəhlə də olmuşdur. Eyni zamanda orada görmüşdür ki, Məhərrəm adlı bir nəfər şəxs sürdüyü kranla oraya gəlmişdir. Orada iş icraçısı Süleyman onlara otelin yaxınlığında taxta-şalban materillarından tikilmiş istirahət otaqlarını göstərib demişdir ki, həmin istirahət otaqlarının tikildiyi yer otelin ərazisidir, lakin Gündüz adlı bir nəfər şəxs oranı zəbt edib, ona görə də onlar həmin sahəni boşaltmaq üçün tikilmiş istirahət otaqlarını oradan sökməlidirlər. Orada olan hamı, eləcə də o, Süleymana inanmış və buna görə də işi başlamışlar. Məhərrəm adlı kran sürücüsü kranı işə salıb orada olan otaqları sökməyə başlamış, o, da yanında olan Mürşüd adlı fəhlə ilə ona bu işlərdə köməklik etmişlər. İşi davam etdirib orada olan 6 ədəd istirahət otaqlarını sökmüşlər və təxminən saat 14:30 radələrində oraya bir nəfər şəxs gəlib özünü Gündüz kimi təqdim edib onlara demişdir ki, həmin yer ona məxsusdur və onlarda tələb etmişdir ki, işi dayandırsınlar. Buna görə də iş icraçısı Süleymanla Gündüzün arasında sözlə mübahisə yaranmış və Süleyman Gündüzə demişdir ki, “nə sözün vardırsa otelin rəhbəri Nüsrətə deyərsən”. Buna görə də onlar həmin günü işi dayandırmışlar. xx.xx.2021-ci il tarixdə, təxminən saat 09:00 radələrində işlərini davam etdirmək üçün həmin yerə gəlmişlər və orada işi davam etdirmək istəyərkən onlara polis əməkdaşı yaxınlaşaraq tələb etmişdir ki, onlar işi dayandırsınlar, onlara bildirmişlər ki, həmin yer mübahisəlidir. Onlar də buna görə məcbur olaraq işlərini dayandırmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, o, fəhlə kimi işləyir. xx.xx.2021-ci il tarixdə iş icraçısı kimi tanıdığı Süleyman adlı şəxs ona bildirdi ki, Buzovnada dəniz kənarında yerləşən Delmar hotelin qarşısına gəlmək lazımdır, ona demişdir ki, orada görüləsi işləri var. O. da fəhlə olduğuna görə həmin yerə gəlmişdir. Orada ondan başqa Rəşid adlı başqa bir nəfər fəhlə də var idi. Eyni zamanda orada görmüşdür ki, Məhərrəm adlı bir nəfər şəxs sürdüyü kranla oraya gəlmişdir. Orada iş icraçısı Süleyman onlara otelin yaxınlığındakı taxta-şalban materillarından tikilmiş istirahət otaqlarını göstərib demişdir ki, həmin istirahət otaqlarının tikildiyi yer otelin ərazisidir, lakin Gündüz adlı bir nəfər şəxs oranı zəbt edib, ona görə də onlar həmin sahəni boşaltmaq üçün tikilmiş istirahət otaqlarını oradan sökməlidirlər. Orada olan hamı, eləcə də o, Süleymana inanmış və buna görə də işə başlamışlar. Məhərrəm adlı kran sürücüsü kranı işə salıb orada olan otaqları sökməyə başlamış, o, da yanında olan Rəşid adlı fəhlə ilə ona bu işlərdə köməklik etmişlər. İşi davam etdirib orada olan 6 ədəd istirahət otaqlarını sökmüşlər və təxminən saat 14:30 radələrində oraya bir nəfər şəxs gəlib özünü Gündüz kimi təqdim edib onlara demişdir ki, həmin yer ona məxsusdur və onlardan tələb etmişdir ki, işi dayandırsınlar. Buna görə də iş icraçısı Süleymanla Gündüzün arasında sözlə mübahisə yaranmış və Süleyman Gündüzə demişdir ki, nə sözün vardırsa otelin rəhbəri Nüsrətə deyərsən. Buna görə də onlar həmin günü işi dayandırmışlar. xx.xx.2021-ci il tarixdə, təxminən saat 09:00 radələrində işlərini davam etdirmək üçün həmin yerə gəlmişlər, orada işi davam etdirmək istəyərkən onlara polis əməkdaşı yaxınlaşmış və tələb etmişdir ki, onlar işi dayandırsınlar, onlara bildirmişdir ki, həmin yer mübahisəlidir. Onlar da buna görə məcbur olaraq işlərini dayandırmışlar. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xx.xx.2021-ci il tarixli, 10/6617 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, aparılmış hesablamalar nəticəsində, 1 ədəd taxta-şalbanın materiallarından hazırlanmış istirahət otağının hazırlanması üçün tələb olunan qiymət 929.0 (doqquz yüz iyirmi doqquz manat) manat olduğunu nəzərə alaraq, Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən torpaq sahəsində Buzovna Bələdiyyəsi tərəfindən verilmiş sənədlər əsasında mövsümi kafe kimi istifadə etdiyi obyektdə 6 (altı) ədəd 2,5x2,5 metr ölçüdə olan taxta-şalban materiallardan hazırlanmış istirahət otaqlarına dəymiş maddi ziyanın orta bazar qiyməti 5574,0 (beş min beş yüz yetmiş dörd) manat olduğu müəyyənn edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1970-ci ildə Erməistan Respublikasının Gorus rayonunda doğulmuş Təqsirləndirilən şəxs AR Ali Məhkəməsinin xx.xx.1991-ci il tarixli hökmünə əsasən AR CM-nin 226-1.1 və 23-1-ci maddələri ilə təqsirli bilinərək barəsində 02 il müddətinə əməyə cəlb olunmaqla şərti cəza təyin edilmişdir. xx.xx.1992-ci il tarixdə Milli Məclisin xx.xx.1992-ci il tarixli “Amnistiya” qərarının 8-ci maddəsinin “A” bəndinə əsasən azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR Cm-nin 132-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 29,120.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 06 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2012-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 132-ci maddəsi cəzadan xaric olunaraq Təqsirləndirilən şəxs üzərində 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1903 nömrəli Əfv sərəncamına əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, 29 oktyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2 və 322.1ci maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 186.2.2 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 18 dekabr 2021-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli AR CM-nin 186.2.2 və 322.1-ci maddələrindən həmin Məcəllənin 186.1 və 322.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən Azərbaycan Respublikasının CM-nin 186.1 və 322.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1743 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, cinayət işinin 61-62-ci vərəqində olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi barədə protokolun 1-ci vərəqinin aşağısındakı imza və 2-ci vərəqində “İmza” qrafasındakı imza – Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 186.1 və 322.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin 2 yetkinlik yaşına çatmayan övladının olmasını, həmin övladlarına görə aliment ödəməsini, törətmiş olduğu əməli etiraf etməsə də, cinayət nəticəsində dəymiş ziyandan qismən (2000 manat) ödəmək istəməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 29,120.1 və 66.5-ci maddələri ilə təqsirli bilinərək barəsində 06 il 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2012-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin qərarı ilə AR CM-nin 132-ci maddəsi cəzadan xaric olunaraq Təqsirləndirilən şəxs üzərində 06 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1903 nömrəli Əfv sərəncamına əsasən Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin 36-cı bəndinə uyğun olaraq, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təxirə salınmadan icra etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.” Məhkəmə qeyd edir ki, təqirləndirilən şəxs AR CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədərkən həmin maddənin sanksiyasında yeddi ildən on iki il müddətədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin vaxt qeyd edilən əməl ağır cinayətlər kateqoriyasına aid olmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi təqsirləndirilən şəxs ona CM-nin 29,120.1-ci maddəsi ilə tətbiq edilmiş azadlıqdan məhrumetmə cəzasından xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 1903 nömrəli Əfv sərəncamına əsasən azad edilmişdir. Hazırki iş üzrə cinayət əməli isə təqsirləndirilən şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə törədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi AR CM-nin 186.1 və 322.1-ci maddələri böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsinə əsasən “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsinə əsasən “Özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərər çəkmiş şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 186.1 və 322.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Eyni zamanda məhkəmə cinayət işi üzrə ittiham tərəfinin təqdim etdiyi sübutlar siyahısında olan Şahid3 vermiş olduğu ifadəsi ilə bağlı qeyd edir ki, Şahid3 məhkəmə istintaqı zamanı dindirilərkən, ibtidai istintaq zamanı ifadə vermədiyini, cinayət işinin 61- 62-ci vərəqində olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi barədə protokolun 1-ci vərəqinin aşağısındakı imza və 2-ci vərəqində “İmza” qrafasındakı imzanın ona məxsus olmadığını bildirmişdir. Bununla bağlı vəsatət əsasında məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 4/1743 saylı rəyinə əsasən məlum olmuşdur ki, cinayət işinin 61-62ci vərəqində olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi barədə protokolun 1-ci vərəqinin aşağısındakı imza və 2-ci vərəqində “İmza” qrafasındakı imza – Şahid3 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şahid3 ifadəsi sübutlar siyahısından çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 207.6-cı maddəsinə əsasən “Bu Məcəllənin 207.5.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatları aldıqda məhkəmə onda olan bütün məlumatları dərhal baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 186.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş ittihamda olan AR CM-nin 322.1-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə bu maddə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla ona maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə şəxsə cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı vardır, o, həmin uşaqlarının saxlanılması üçün hər ay mütamadi olaraq aliment ödəyir. Daimi iş yeri vardır, aliment borcu yoxdur. Qeyd edilən halı nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan uşaqlarının maddi ehtiyaclarının ödənilməməsinə səbəb olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.3.1-ci maddəsinə əsasən “Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının bir gününə - islah işlərinin iki günü bərabər tutulur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən “Cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz.” Məhkəmə hesab edir ki, cinayət işinin 61-62-ci vərəqində olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi barədə protokolun 1-ci vərəqinin aşağısındakı imza və 2-ci vərəqində “İmza” qrafasındakı olan imzanın kimin tərəfindən saxtalaşdırılaraq imzalanması faktının müəyyən edilməsi üçün toplanmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə 160 (bir yüz altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1 və 322.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 322.1-ci maddəsi ilə təyin edilmiş qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzası Azərbaycan Respublikası CM-in 68.3.1-ci maddəsinə əsasən islah işlərinin iki günü bir gün azadlığın məhdudlaşdırılması hesabı ilə hesablanmaqla 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları tam toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işinin 61-62-ci vərəqində olan xx.xx.2021-ci il tarixli şahidin dindirilməsi barədə protokolun 1-ci vərəqinin aşağısındakı imza və 2-ci vərəqində “İmza” qrafasındakı olan imzanın kimin tərəfindən saxtalaşdırılaraq imzalanması faktının müəyyən edilməsi üçün toplanmış materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 160 (bir yüz altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-6/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-6/2023
19.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver