Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-60/2023 20.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 2001-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bakavtomat yolu nömrəsiz fərdi evdə yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 580/2022 saylı 15 dekabr 2022-ci il tarixli Qərarı ilə dəyişdirilək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 20 aprel 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 24 iyul 2022-ci il tarixdə saat 23:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Ş.İ.Xətai küçəsində yerləşən təmir işləri başa çatmamış fərdi evinin həyətinə hasardan aşmaqla keçərək oradan mənzilin pəncərəsi olmayan çərçivəsindən qanunsuz içəri daxil olmuş və oradan 01 ədəd dəyəri 130 manat təşkil edən samovarı, 01 ədəd dəyəri 40 manat təşkil edən dreli, 01 ədəd dəyəri 120 manat təşkil edən laqondanı və evin həyətindən cəmi dəyəri 155 manat təşkil edən 08 ədəd taxtanı götürməklə gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 455 manat miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsrin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş fiziki təzyiqlər nəticəsində özünə qarşı ifadə verərək göstərmişdir ki, 3 ildir ki, narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə istifadə etmək üçün ona pul lazım olduğundan, düşünmüşdür ki, oğurluq edə və oğurladığı əşyaları sataraq pul əldə edə biər. Bu məqsədlə o, 24 iyul 2022-ci il tarixdə Binə qəsəbəsi X7 küçəsi ilə saat 23 radəsində piyada gedərkən orada təmir işləri gedən iki mərtəbəli fərdi ev görüb ətrafa baxmış və ətrafda heç kimin olmamasına əmin olub həmin evin daş hasarını aşaraq həyətə daxil olmuşdur. Sonra isə evin pəncərə olmayan çərçivəsindən içəri daxil olmuş, oradan 01 ədəd laqonda, 01 ədəd drel, 01 ədəd samovarı götürüb həyətə çıxmış və həyətdə olan 8 ədəd taxtanı oğurlayaraq oradan çıxıb getmişdir. Oğurladığı əşyaları həmin küçədə boş ərazidə beton hissəciklərin arasında gizlətmişdir ki, səhəri gün aparıb satsın. Səhəri gün taxtaları Binə qəsəbəsində yoldan keçən “QAZEL” markalı avtomobilin sürücüsünə 30 manata satmışdır. Bundan sonra laqonda və drelin elektirikə birləşdirilən hissəsini kəsərək küçələrdə mis yığan tanımadığı şəxsə 5 manata, 01 ədəd samovarı isə Sabunçuda olan “Rus bazarı”nda tanımadığı şəxsə 20 manata satmışdır. 01 ədəd dreli və 01 ədəd laqondanı isə polis əməkdaşlarına təqdim etmişdir. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, ona elan olunmuş ittihamda özünü təqsirli bilmir. O, heç bir oğurluqda iştirak etməmişdir. Xəzər RPİnin 3-cü Polis Şöbəsinin əməkdaşları onu Polis Şöbəsinə dəvət etmiş, orada həmin şöbənin Ülvi və İntiqam adlı əməkdaşları onu döyərək törətmədiyi əməli etiraf etməyə məcbur etmişlər. Sonra onu hadisə yerinə aparmış və şəkillər çəkmişlər. Qorxduğu üçün polis əməkdaşlarının əvvəlcədən ona verdikləri təlimata uyğun olaraq öz əleyhinə ifadə vermişdir. Özünü təqsirli bilmir. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, onun Binə qəsəbəsi Hövsan südçülük sovxozunda təmiri başa çatmamış evi vardır və orada hazırda təmir işləri gedir. xx.xx.2022-ci il tarixdə həmin evə baş çəkmək üçün gələrək həyətə nəzər yetirmiş və görmüşdür ki, həyətdən 8 ədəd taxta, evin içəri hissəsindən isə 1 ədəd laqonda, 1 ədəd drel və 1 ədəd samovar yoxdur. Evindən oğurluq olması barədə həmin gün Azərbaycan Respublikası DİN-nin “102” zəng mərkəzi xidmətinə məlumat verməklə yanaşı Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 455 manat ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ödənilməmişdir. Onu da bildirir ki, ona məxsus oğurlanmış həmin əmlakın məhkəməəmtəəşünaslıq ekspertizası tərəfindən müəyyən edilmiş qiyməti ilə razı deyildir və dəymiş ziyanın məbləğinin məhz 455 manat olmasını bildirir. Buna görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanı ödəməsini tələb edir. Təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsrinin dəqiqliyini yoxlamaq üçün onun ifadəsi yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarınadan görünür ki, iş üzrə əldə edilmiş 1 ədəd “Hongda” markalı HDA443 nömrəli laqonda və 1 ədəd “Arges” markalı HDA235 modelli drel maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməəmtəəşünaslıq ekspertizasının 20 sentyabr 2022-ci il tarixli 9/5771 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd “Hongda” markalı HDA443 nömrəli laqondanın istifadəsi nəzərə alınmaqla 2022-ci ilin iyul ayına orta bazar dəyəri 70,00 (yetmiş) manat, 1 ədəd “Arges” markalı HDA235 modelli drelin istifadəsi nəzərə alınmaqla 2022-ci ilin iyul ayına orta bazar dəyəri 40,00 (qırx) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış Qəbzdən görünür ki, maddi sübut kimi tanınmış və saxlanılması üçün Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 1 ədəd “Hongda” markalı HDA443 nömrəli laqonda və 1 ədəd “Arges” markalı HDA235 modelli dreli şunur hissəsi kəsilmiş vəziyyətdə İstintaq şöbəsindən təhvil almışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 08 sentyabr 2022-ci il tarixdə verilmiş Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və digər saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayətini törətməsi məhkəmə baxışı zamanı özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadə həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakterli olub cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilmiş ittiham üzrə təqsirli olmamasına dair gətirdiyi dəlilləri araşdıraraq hesab edir ki, həmin dəlillər əsassızdır və qəbul edilə bilməz. Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməməsini heç bir yerdən oğurluq etməməsi və Polis şöbəsində ona fiziki təzyiqlər göstərilməsi, törətmədiyi cinayəti etiraf etməyə məcbur edilməsi ilə əlaqələndirir. Lakin məhkəmə qeyd edir ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinin materiallarında olan sənədlərlə və təqsirləndirilən şəxsin özünün ilkin izahat və ifadələri ilə müəyyən edilmişdir ki, həmin oğurluğu məhz Təqsirləndirilən şəxs etmişdir. Digər tərəfdən, Təqsirləndirilən şəxs məhkəmə iclasında 3-cü PŞ-nə gətirildikdən sonra ona fiziki təzyiqlər göstərilməsi və öz əleyhinə ifadə verməyə məcbur edilməsini bildirsə də, nə həmin vaxt, nə də sonradan bununla bağlı heç bir yerə şikayət etməmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov tərəfindən məhkəməyə ünvanlanmış 02 may 2023-cü il tarixli xid-606/23 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanası tərəfindən prokurorluğa ünvanlanmış 22 aprel 2023-cü il tarixli 3-16-17/40/2-1927/2023 saylı Xüsusi məlumat Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilətəqsirləndirilməsinə dair ********* saylı cinayət işinə əlavə edilməsi və baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərova ünvanladığı 22 aprel 2023-cü il tarixli 3-16-17/40/2-1927/2023 saylı Xüsusi məlumatdan görünür ki, 20 aprel 2023-cü il tarixdə təxminən saat 17:10 radələrində Xəzər RPİ-nin MSY-nin əməkdaşları tərəfindən gətirilib təhvil verilən, 12 avqust 2001-ci il tarixdə Bakı şəhərində şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən həbs edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hesabında olan, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə həbsdə saxlanılan Təqsirləndirilən şəxs 22 aprel 2023-cü il tarixdə təxminən saat 11:30 radələrində Tibb-sanitar hisəsində müayinə olunan zaman qarnının sol yan hissəsində uzunluğu 6 sm olan sıyrıqlar aşkar olunmuşdur. Bununla əlaqədar akt tərtib olunaraq izahatı alınmışdır. Bu barədə həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında bildirmişdir ki, həmin xəsarəti həbs olunan zaman almışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs həmin xəsarətlərin 20 aprel 2023-cü il tarixdə saxlanılarkən polis əməkdaşları tərəfindən yetirilməsi sübuta yetirilmədi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 30 iyul 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-580/2022 saylı 15 dekabr 2022-ci il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərə təyin edilmiş məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının məhkəməyə ünvanladığı 20 aprel 2023-cü il tarixli 3-16-17/40/2-1981/2023 saylı məktubdan göründüyü kimi, barəsində axtarış işi açılmış Təqsirləndirilən şəxs 20 aprel 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin əməkdaşları tərəfindən tutularaq 20 aprel 2023-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 20 aprel 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - 1 ədəd “Hongda” markalı HDA443 nömrəli laqondanın və 1 ədəd “Arges” markalı HDA235 modelli drelin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxs tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X2, X4 və X3 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili X2 20 iş saatına görə 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X4 5 iş saatına görə 30,00 (otuz) manat və X3 6 iş saatına görə 36,00 (otuz altı) manat olmaqla ümumilikdə 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 29 iyul 2022-ci il tarixdən 30 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 20 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - 1 ədəd “Hongda” markalı HDA443 nömrəli laqondanın və 1 ədəd “Arges” markalı HDA235 modelli drelin zərərçəkmiş şəxsə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxsə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X2 120,00 (yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X4 30,00 (otuz) manat və X3 36,00 (otuz altı) manat olmaqla ümumilikdə 186,00 (yüz səksən altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-60/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-60/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver