Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-601/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İş № 1(003)-601/2024 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM BAKİ ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ 18 iyul 2024-cü il Bakı şəhəri Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1964-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri, Sabunçu rayonu, İ.Əfəndiyev küçəsi, ev 23, mənzil 12-də qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı bağ evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,245 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 14 fevral 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 1204 saylı evin yaxınlığına kimi daşımış, həmin gün orada saat 00:10-da Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq 1-ci Polis Şöbəsinin inzibati binasına aparılmış, həmin gün saat 01:25-də Xəzər RPİ-nin 1-ci PŞ-nin inzibati binasında xidməti iş otağında müdafiəçinin iştirakı ilə video çəkiliş keçirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində 01 ədəd siqaretin qızılı kağızına bükülmüş təmiz çəkisi 0,245 qram olan kütləsi kustar üsulla hazırlanmış xeyli miqdar psixotrop maddə metamfetamin 01 ədəd şəffaf rəngli bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində yaşadığı və qızı Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı bağ evininin həyətinin bir hissəsini qızı Zərərçəkmiş şəxs satmaq istəmiş, E. Muradəliyev isə Bakı şəhərinin mərkəzi rayonların birində ona ev alacağı halda satacağına razılıq verəcəyini bildirmiş, qızı isə buna imkanı çatmadığını bildirmiş, həmin məsələ ilə bağlı xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qızı Zərərçəkmiş şəxs ilə telefonda danışarkən aralarında mübahisə yaranmış, ona istədiyi yerdə ev almayacağı təqdirdə hazırda yaşadığı və Zərərçəkmiş şəxs mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı, bir mərtəbəli, sahəsi 78.44 kv metrdən ibarət olan bağ evini yandıracağını bildirərək hədələmiş, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində kağız parçasını kibridlə yandıraraq otaqların birinə atmış, evi içərisindəki zərərçəkmiş şəxsin özü üçün dəyərsiz kimi qiymətləndirdiyi əşyaları ilə birlikdə yandırmış və nəticədə Zərərçəkmiş şəxs 12.700 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla əmlakını qəsdən məhv etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 186.2.2 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən istifadə etməsə də, spirtli içkilərdən istifadə edir. 14 fevral 2024-cü il tarixdə gecə saatlarında yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 1204 saylı evin yaxınlığında olduğu zaman iki nəfər polis əməkdaşı onu tutaraq 1-ci Polis Şöbəsinə aparmışlar. Həmin zaman üzərində narkotik vasitə olmamışdır. Hədə qorxu gəlindiyindən üzərində narkotik vasitə olmasını bildirmişdir. Özü kimsəsiz uşaqlar evində böyümüşdür. Yaşadığı bağ evi babasına, yəni anasının atasına məxsus olmuş, babası vəfat etdikdən sonra ev anası Şahid6 adına keçmişdir. Nikahından bir oğlu və bir qızı olmuşdur. 2023-cü ilin yanvar ayında qızı Zenfira ona demişdir ki, Sabunçudakı ev oğlu Niyaziyə qalsın və bağ evinin həyətinin bir hissəsini satıb onun üçün Sabunçu rayonu ərazisində başqa bir yerdə ev alsın. O, isə buna razı olmamış, qızına demişdir ki, bağ evini həyətlə birlikdə satsınlar və onun üçün şəhərin yaxşı bir yerində ev alsınlar, əks halda nə evi nə də həyəti satmağa imkan verməyəcək. Qızı onunla razılaşmamış və ona bildirmişdir ki, ev onun adınadır necə istəsə o cür də edəcək. Həmin vaxtı anası tərəfindən evin qızının adına keçirildiyini bilməmişdir. Sonradan məlum olmuşdur ki, anası 2020-ci ildə rəsmi olaraq həmin bağ evini qızı Zərərçəkmiş şəxs adına keçirmişdir. O, ögey olsa da anasına qarşı həmişə diqqətcil olmuş və qayğısına qalmışdır. Evi qızının adına keçirəndə qızına demişdir ki, "anamın oğlu ola-ola ev necə olur ki, sənin adına keçir, əgər elədirsə evi yandıraram, dağıdaram, ev mənə qismət olmursa mən buna imkan vermərəm ki, başqa kiməsə qismət olsun". xx.xx.2024-cü il tarixdə təkrar olaraq qızına zəng vurmuş, ondan köməklik etməsini xahiş etmiş və ona bildirmişdir ki, "yaşlı adamam mənə köməklik et". Qızı bu dəfə də fikrindən dönməmiş və bildirmişdir ki, "ya həyətin bir hissəsini satım sənə Sabunçuda başqa bir ev alım orada yaşa, ya da ev mənimdi, özüm bilərəm, sataram sən də məcbur olub oradan çıxarsan". Bu səbəbdən möhkəm əsəbləşmiş və qərara gəlmişdir ki, evi yandırsın. Qızı ilə danışandan təxminən bir neçə saat sonra evi salfetka ilə od vurub yandırmışdır. Həmin vaxtı evdə heçkim olmamışdır. Bir qədər sonra polis əməkdaşları həyətə daxil olmuş, onu tüstüdən uzaqlaşdırmışlar. Alov isə bütün evi bürümüş və bundan sonra yanğın söndürənlər gəlmiş və alovu söndürə bilmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Z.Tağıyev küçəsində 1204 saylı bağ evi var. Həmin bağ evi nənəsi X1 atasının evi, yəni atasının mülkiyyətində olmuşdur. Atası vəfat etdikdən sonra mülkiyyət rəsmi olaraq nənəsinin adına keçirilmişdir. Həmin bağ evini əvvəllər ailəvi olaraq birlikdə bağ evi kimi istirahət etmək üçün istifadə etmişlər. Həmin vaxtlar özləri Nizami rayonu ərazisində yaşamışlar. Sonradan Nizami rayonu ərazisindəki evi satıb atası üçün ayrıca Sabunçu rayonu ərazisində ev alıb onun adına rəsmiləşdirmişlər. Atası həmin evdə qeydiyyatda olsa da əvvəllər orada qardaşı X4 tək yaşamış, atası isə Mərdəkan qəsəbəsindəki bağ evində tək yaşamışdır. Sonradan atası və qardaşı narkotik vasitənin aludəçisi olmuşlar. Buna görə nənəsi də görmüşdür ki, bağ evini oğlu Elçinə versə satıb pulunu dağıdacaq, bu səbəbdən Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində 1204 saylı bağ evini əşyalarla birlikdə rəsmi olaraq ona bağışlamış və 2020-ci ildə onun adına çıxarışla keçirmişdir. Buna baxmayaraq atası elə həmin evdə yaşamışdır. Təxminən bir il bundan əvvəl qardaşı narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə tutulmuş və hazırda həbsdədir. Atası həmin evdə yaşadığı müddətdə onunla və nənəsi ilə normal davranışı olmamış, mütəmadi olaraq heç bir səbəb olmadan onlarla mübahisə edib münaqişələr yaratmışdır. 2023-cü ilin yanvar ayında atasına demişdir ki, "Sabunçudakı ev qardaşıma qalsın, gəl bağ evinin həyətinin bir hissəsini satım və sənə başqa bir yerdə ev alım". Elçin isə qızına demişdir ki, "bir şərtlə razı olaram ki, mənə şəhərin mərkəzi rayonlarında ev al mən də burdan çıxım". Atasına demişdir ki, "mən buna imkan eliyə bilmərəm". Atası da ona demişdir ki, "mən də burdan çıxan deyiləm nə də imkan vermərəm ki, bu bağ evi kiməsə qismət olsun". Sonra atası ona zəng vurub bildirmişdir ki, “istədiyim yerdə mənim üçün ev almasan bu bağ evini yandıraram ki, qoy heç kimə qismət olmasın”. xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin 1-ci PŞ-dən ona polis əməkdaşları tərəfindən zəng olunaraq bildirilmişdir ki, evi yandırılıb, yandıran şəxs də saxlanılıb və həmin şəxs onun atasıdır. Həyat yoldaşı ilə dərhal 1-ci PŞ-nə getmiş, orada ilkin araşdırma aparılmışdır. Sonra həmin bağ evinə getmiş və aşkar etmişdir ki, bağ evi əşyaları ilə birlikdə yanaraq tamamilə yararsız hala düşmüşdür. Ona vurulmuş maddi ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin cinayətaxtarış üzrə əməliyyat müvəkkili Şahid2 bildirdi ki, 14 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 1-ci PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə onun və Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə Əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 14 fevral 2024-cü il tarixdə, saat 00:10 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən yaşadığı 1204 saylı evin yaxınlığında saxlanılaraq 1-ci PŞnə gətirilmişdir. Şöbənin inzibati binasında onun, Şahid1 və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış. baxış və götürmə keçirilməsinə başlanılmışdır. Bundan sonra, şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibində 01 ədəd siqaretin qızılı kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində "şüşə" kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu demişdir. Təqsirləndirilən şəxs qarşı hər-hansı fiziki zorakılıq və ya psixi təsir edilməmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 1-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs uzun illərdir ki, spirtli içki və narkotik vasitə aludəçisidir. Elçin kefli olanda onunla səbəbsiz yerə mübahisə etmiş, dəfələrlə aralarında münaqişələr olmuşdur. Bu səbəblərdən nəvəsi Zenfiranın ona əziyyəti çox olduğuna görə atasından miras qalan həmin bağ evini əşyaları ilə birlikdə ona bağışlamışdır. Elçinin həmin evdə heç bir əşyası olmamışdır, hamısı ona məxsus olmuşdur, onları da nəvəsi Zenfiraya bağışlamışdır. Bir oğul kimi Elçin heç vaxt onunla maraqlanmamış, yataq xəstəsi olsa da ona bir oğul kimi qayğı göstərməmişdir. Bağ evini nəvəsi Zenfiranın adına keçirdiyini biləndən sonra Elçinlə qızının aralarında dəfələrlə mübahisə yaranmış və Elçin də qızına demişdir ki, "evi yandıraram, mənə qismət olmursa qoy heç kimə də qismət olmasın". Bu səbəbdən aralarında yenidən mübahisə olduqdan sonra Elçin evi qəsdən yandırmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində qeyd etdi ki, Təqsirləndirilən şəxs qayınatasıdır. Onunla qohum olandan görmüşdür ki, ailəsi ilə, əsasən də öz anası və həyat yoldaşı ilə həmişə münaqişələri olur. Elçin anası Şahid6 dəfələrlə döymüş, ona görə də anası nəvəsi Zenfira ilə, yəni onun evində yaşayır. Elçin özü əvvəllər anasının mülkiyyətində olan, hazırda isə həyat yoldaşı Zərərçəkmiş şəxs mülkiyyətində olan Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı bağ evində yaşamışdır. Zenfira həmin bağ evinin həyətindən bir hissəsini satıb başqa bir yerdə atası Elçin üçün ev almaq istəmişdir. Lakin Elçin bunu istəməmiş, həmişə demişdir ki, evi və həyəti tam satıb pulunu ona versinlər o, da istədiyi kimi pulu xərcləsin. Anası da bunu əvvəlcədən bilib bu səbəbdən həmin bağ evini onun həyat yoldaşı olan nəvəsinə bağışlamış və onun adına rəsmiləşdirmişdir. 2024-cü ilin əvvəllərində Elçin bundan xəbər tutmuş və qızı ilə aralarında möhkəm münaqişə baş vermişdir. Bu zaman Elçin qızına demişdir ki, "evi yandıraram amma qoymaram ki, kiməsə qismət olsun". Bundan sonra Elçin xx.xx.2024-cü il yarixdə evi qəsdən yandıraraq məhv etmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış DİN-in ƏÇPA-nin 11-ci PB-nin polis nəfəri Şahid3 verdiyi ifadəsində bildirmişdir ki, 23 fevral 2024-cü il tarixdə saat təxminən 12:05 radələrində DİN-in ƏÇPA-nın 11-ci PB-nin polis nəfəri Şahid4 ilə birlikdə onlara təhkim olunmuş 3190 çağırışlı avtopatrulda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində xidmət aparan zaman həmin küçədə yerləşən bağ evinin yandığını görmüşlər. Tez həmin həyətə yaxınlaşıb görmüşlər ki, ev yanır və bir nəfər yaşlı kişi də yanğının zəhərli tüstüsündən öskürür. Əvvəlcə elə düşünmüşlər ki, həmin şəxs özünə qəsd edir, ona görə də onu evdən uzaqlaşdırmışlar və radiostansiya vasitəsi ilə Xəzər RPİ-nin 1-ci PŞ-nin Növbətçi Hissəsinə məlumat vermişlər. Bundan sonra 1-ci PŞdən əməliyyat qrupu hadisə yerinə gəlmişdir. Verdikləri məlumat əsasında 1-ci PŞ-dən də FHN-nin yanğından mühafizə xidmətinə məlumat verilmişdir. Bir neçə dəqiqədən sonra FHN-nin yanğından mühafizə xidmətinin əməkdaşları da hadisə yerinə gəlmişlər və onların səyi nəticəsində yanğın söndürülmüşdür. Hadisə yerində 1-ci PŞ-nin əməliyyat qrupunun əməkdaşları həmin şəxslə söhbət zamanı məlum olmuşdur ki, həmin şəxsin adı Elçindir və qızı ilə aralarında mülk məsələsi ilə bağlı narazılıqları olduğundan hadisədən əvvəl telefonda danışarkən mübahisə etmişlər, Elçin də əsəbləşərək qəsdən evi yandırmışdır, yəni məqsədi evi yandırmaq olmuşdur. Eyni zamanda orada danışarkən salfetka ilə od vurub yandırdığını əməliyyat qrupuna danışmışdır. Bundan sonra həmin şəxsi 1-ci PŞ-nə aparmışlar və orada məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur və onu NH-ə təhvil verib xidmətə davam etmişlər. İbtidai araşdırma zamanı şahid qismində verdiyi ifadəsində DİN-in ƏÇPA-nın 11-ci PBnin polis nəfəri Şahid4 Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşir. Hadisənin baş verdiyi torpaq sahəsi 0,13 ha ərazini əhatə edir və dörd tərəfdən mişar daşları ilə iki metr hündürlüyündə hasar tikilmişdir. Həmin torpaq sahəsini daxilində bir mərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evi var və hazırda Təqsirləndirilən şəxs tərəfindən yandırılmışdır. Evin dam örtüyü və içərisindəki əşyalar tamamilə yanmış, yanmış divarlar isə yerində qalmışdır. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən müəyyən edilir ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı, sahəsi 78.44 kv metrdən ibarət olan bağ evi Zərərçəkmiş şəxs mülkiyyətindədir; - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, CMnin 186.2.2-ci maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi CM-nin 186.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 186.2.2-ci maddəsindən CM-nin 186.2.2 və 234.1-ci maddələrinə tövsif edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 186.2.2 və 234.1-ci maddələri ilə ittiham elan olunmuşdur; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində bir neçə ildir narkotik vasitə istifadəçisi olduğunu, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 1204 saylı evin yaxınlığında polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq 1-ci Polis Şöbəsinin inzibati binasına aparıldığını, müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd siqaretin qızılı kağızına bükülmüş psixotrop maddə metamfetamini təqdim etiyini, qızına məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı evi yandırdığını etiraf etmiş və “ifadəmə heç bir əlavəm və dəyişikliyim yoxdur, imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-107/2024 nömrəli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:10-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı N.Ağamirzəyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 01:25-01:40 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilərkən o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş, içərisində psixotrop maddə-metamfetamin olan bükümü təqdim etmişdir; - Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində xx.xx.2024-cü il tarixində psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün Suraxanı rayonu ərazisində 10 manat pula aldığını və üzərində saxlamaqla daşıdığını etiraf etmiş və “əlavəm yoxdur, doğru olduğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/880 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” sözləri, soyadlar və imzalar qeyd edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,245 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir; - Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; - Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində 10 ilə yaxın müddət ərzində narkotik vasitə istifadəçisi olduğunu, xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 1204 saylı evin yaxınlığında polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılaraq 1-ci Polis Şöbəsinin inzibati binasına aparıldığını, müdafiəçinin iştirakı ilə video çəkiliş keçirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 01 ədəd siqaretin qızılı kağızına bükülmüş psixotrop maddə metamfetamini təqdim etiyini etiraf etmiş, eyni zamanda ona qarşı heç bir zor və təzyiq tətbiq edilmədiyini bildirmiş və “əlavəm yoxdur, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 1686 saylı rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə yanaşı alkoqoldan sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2024cü il tarixli protokola uyğun olmuşdur; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan məlum olur ki, həmin diskdə iki ədəd videogörüntü mövcuddur. Birinci videogörüntü 57 saniyədən ibarətdir və baxış keçirilən zaman müəyyən edilir ki, 14 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus və sonuncunun atası Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsi 1204 saylı bağ evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar ev yandığı zaman orada polis əməkdaşları tərəfindən videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs sual verərək evi necə və niyə yandırması, eləcə də evin yerləşdiyi torpaq sahəsinin və evin hansı ölçüdə olması barədə sual verilir və Təqsirləndirilən şəxs cavab verərək salfeti yandırıb evə ataraq yandırdığını, torpaq sahəsinin 0,13 ha olduğunu, lakin evin sahəsini bilmədiyini bildirmiş, yandırmağın səbəbi kimi isə qızı Zərərçəkmiş şəxs dəfələrlə ona köməklik etməsini bildirməsi, lakin qızı ona məhəl qoymamasını, sonuncu dəfə hadisədən təxminən iki saat əvvəl qızı ilə danışdığını, bu dəfə də qızı tərəfindən ona köməklik olunmadığını görərək qızına evi yandıracağını dediyini bildirmişdir. Diskdə olan ikinci videogörüntü isə 42 saniyədən ibarətdir və həmin videogörüntüdə yanaraq tam yararsız vəziyyətə düşmüş bağ evinin otaqları və yanaraq tam yararsız hala düşmüş əşyalarının görüntüsü müşahidə olunmuşdur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 818 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Aparılmış eksperimental- psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarının normaya uyğun olduğu aşkar edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq hərəkətlərində iştirak etməsinə imkan verir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əqli iimkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk etmək və onları idarə etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs baş vermiş hadisələri yadda saxlamaq və yada salmaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş yanğın-texniki və tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli, 3- 16-16/2- 10/2429 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı fərdi yaşayış evində yanğın izlərinin nisbi analizinə və inkişaf dinamikasına görə müəyyən edilmişdir ki, yanğının mənbəyi evin zal otağı daxilində, otağın təxminən orta hissəsində olmuş və yanğın yanar materialların üzərilə yüksələn xətt istiqamətində inkişaf edərək zal otağının daxilinə, qismən yanaşı yerləşən otaqlara yayılmışdır. Baxış zamanı müəyyən edilmiş mənbə zonasında hər hansı istilik ixrac edə bilən texniki qurğu və ya onların qalıqlarının aşkar edilmədiyyini nəzərə aldıqda, yanğın istintaq tərəfindən müəyyən edilən şəraitdə, yəni yandırılmış kağız parçalarından odlama vasitəsi kimi istifadə edilməklə kənardan gətirilmiş alışdırma mənbəyinin təsirindən baş vermişdir. Aparılan hesablamalar nəticəsində tədqiq olunan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, H.Z.Tağıyev küçəsində yerləşən 1204 saylı fərdi yaşayış evinə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı yenidənqurma və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 12.700 manat məbləğində olduğu müəyyən olunur; - Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq üçün verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «psixotrop maddələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0.245 qram olan psixotrop maddə– metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınaraq ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddət təyin edilmiş cəzaya hesablanmalı, (CM-69.3), cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.2), seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,195 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 185 manat məbləğində pul vəsaiti ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.2.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona CM-nin 186.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,195 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 185 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin Təqsirləndirilən şəxs hüquqlarının: ibtidai istintaq zamanı müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən sərf etdiyi 30 saat vaxta görə 180 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-601/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-601/2024
18.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver