Məhkəmə qərarları › İş №1(003)-605/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-605/2022

29.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-605/2022 29.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Beyləqan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Beyləqan rayonu, Şəfəq qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 02 iyun 2022-ci il tarixdə saat 22 radələrində ünvan 1 ünvanında yerləşən qaynatası Zərərçəkmiş şəxs məxsus evin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının məhv olunması, yaxud zədələnməsi və şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə içərisinə yanacaq doldurmaqla əvvəlcədən hazırladığı döyüş sursatı, partlayıcı maddə və qurğulara aid olmayan 6 ədəd “SİRAB” şüşəsinin 2 ədədinə od vurub silah qismində istifadə edərək Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin 2-ci mərtəbəsinin pəncərəsinə atıb iki ədəd plastik pəncərəni, bir ədəd pəncərə setkasını, evin divarını və bir ədəd “Samsung” markalı 40 kv-lıq 2016-cı il buraxılışlı kondisionerin mühərrikini qəsdən yandıraraq 670 manat məbləğində əmlakın məhv edilməsi və ya zədələnməsinə, eləcə də Zərərçəkmiş şəxs sağ əlin, sol baldırın İİ dərəcəli yanıq yaraları ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan qərəzli xuliqanlıq hərəkətləri etmiş, həmçinin Zərərçəkmiş şəxs məxsus qiyməti 280.000 (iki yüz səksən min) manat təşkil edən fərdi yaşayış evini qəsdən yandırmaqla zərər çəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla qəsdən əmlakı məhv etməyə cəhd etmiş, iradəsindən asılı olmayan səbəblərə görə cinayət törətməyə yönəldilmiş əməlini başa çatdıra bilməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Şahid1 ilə 2020ci ildə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, birgə nikahdan 1 azyaşlı övladı var. Ailə qurduqdan sonar ünvan 2 ünvanında yaşamışlar. 2020-ci ilin sentyabr ayında müharibə başladığı üçün könüllü olaraq döyüşə getmişdir. Döyüşdən qayıtdıqdan sonra Kəmalə ilə ailə münasibətləri zəmnində aralarında mübahisə olduğuna görə Kəmalə uşağı da götürüb evdən getmiş və atası Həsənin evində qalmışdır. Ona görə də ayır yaşamışlar. Buna baxmayaraq hər həftə uşağı və yoldaşı ilə görüşmüş, onları gəzməyə aparmışdır. Həmin ərəfədə Kəmalənin telefonuna mesaj gəlmiş, mesaja baxdıqda «salam necəsən, niyə maraqlanmırsan, mənim başıq qarışıqdı sənə nə olub» kimi yazışmalar görmüşdür. Kəmalədən soruşduqda isə o, bilmədiyini deyərək bu barədə məlumat verəcəyəini bildirmişdir. Həmin vaxt Kəmalənin ona xəyanət etdiyindən şübhələnmiş, lakin Kəmalə ona xəyanət etdiyini etiraf etməyib anlaşılmamazlıq olduğunu demişdir. Yenə də ona inanmayıb Şahid1 ona xəyanət etdiyini sübut etmək üçün onun mobil nömərsini öz telefonuna yönləndirdirmişdir. Bundan sonra Kəmaləyə gələn zəngləri və bilmədiyi gizli nömrəsini, bəzi şəkillərini tapmışdır. Həmin şəkillərdən biri də Kəmalənin adı ona məlum olmayan restoranda uşağı və bir nəfər tanımadığı qız və oğlunla bilrlikdə oturduğunu, qarşılarında spirtli içki olduğunu görmüşdür. Bu məsələ ilə əlaqədar Kəmalə ilə görüşüb danışmaq üçün zəng vursa da Kəmalə onun zənglərinə cavab verməmiş, görüşmək istəməmiş, hətta uşağı da ona göstərməmişdir. Ona görə də mütəmadi olaraq onun atası Həsənə, qardaşı Qamətə zəng vurub Kəmalə ilə görüşüb sözügedən məsələyə aydınlıq gətirmək istədiyini demişdir. Buna baxmayaraq onlar Kəmalə ilə onun görüşməsinə icazə verməmişlər. Bu ərəfədə öz təkidi ilə Kəmalə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Kəmalənin danışdığı şəxsin nömərisini və Kəmaləyə yazdığı mesajı tapdıqdan sonra Kəmalənin ona xəyanət etdiyindən tam əmin olmuşdur. Kəmalə, Qamət və Həsən isə onun şər atdığını, yalan danışdığını deyib onun ünvanına nalayiq ifadələr işlətmişlər və görüşməkdən yayınmışlar. 02 iyun 2022-ci il tarixdə səhər saatlarında Kəmaləyə zəng vurub uşağını istəmiş, verməsini tələb etmiş, lakin Kəmalə onu təhqir edərək «uşağı öldürərəm, sənə vermərəm», «uşaq səndən deyil» sözlərini demişdir. Yenə də onun atasına, qardaşına zəng vursa da onlar telefona cavab verməmişlər Kəmalənin bu sözlərinə daha da əsəbləşmiş, həmin gün saat 22 radələrində onların yaşadığı evin qarşısna gəlmiş, həmin vaxt evin işıqları sönülü olmuşdur. Geri qayıtmaq istəsə də fikrini dəyişib idarə etdiyi özünə məxsus, “Chevrolet Aveo” markalı avtomobildən yanacaq dolu “Sirab” mineral su şüşələrini götürüb «molotov kokteyl» düzəltmişdir. Şüşələrdən birini Həsənin yaşadığı evin divarına atmışdır. Bundan sonra oradan uzaqlaşaraq getmişdir. Hazırladığı «molotov kokteyli» səhhətinlə əlaqədar tez-tez mineral su içdiyi üçün şüşələri maşında saxlamış, maşının yanacağı bitəcəyəi təqdirdə istifadə etməsi həmin şüşələrə də yanacaq doldurub maşının yük yerinə yığmışdır. Həmin gün də şüşələri maşının yük yerindən götürüb maşını sildiyi bez ilə 5 ədəd moltov kokteyl düzəltmiş, şüşələrdən birini evin divraına vurub digərlərini orada atıb getmişdir. Şüşə sınarkən alov ətrafa dağıldığı üçün 2 ədəd atdığını zənn etmişlər, həmin evə bir ədəd molotov kokteyl atmışdır. Hadisəni törətməmişdən əvvəl həyat yoldaşı Şahid1 və onun ailə üzvlərini övladını ona vermədiklərinə və Kəmalənin uşağın ondan olmadığını deməsinə, bundan əlavə uşağı ilə birlikdə restoran-pubda spirtli içki stolunda oturması səbəbindən onları hədələdiyini, bu hadisəni törədərkən məqsədinin onları qorxutmaq olduğunu, başqa niyətinin olmadığını, Şahid1 ona xəyanət edərək başqa şəxslə görüşdüyünü və həmin şəxsin səs qeydlərinin də təqdim ediləcəyini, Kəmalə və onun ailə üzvlərini öldürməklə hədləməsi, onları nalayiq ifadələrlə təhqir etməsi barədə təqdim olunmuş səs qeydlərinin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, himayəsində bir azyaşlı uşağının olduğunu, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını, “Döyüş və İctimai-Siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə” Fəxri fərmanla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən müharibəsi” dövründə ön cəbhədə göstərdiyi döyüş xidmətlərinə və fədakarlığına, fəal döyüşçü olduğuna görə Fəxri fərmanla, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edildiyini bildirərək ona cəzanın şərti olaraq tətbiq edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, qızı Şahid1 2020-ci ildə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, birgə nikahdan 1 övladları var. Bu günə kimi, qızı ilə əri Rəşad arasında bir neçə dəfə öz ailə məsələləri səbəbindən mübahisələr etmişlər, Kəmalə bir neçə dəfə onun evinə gəlmiş, müəyyən müddət qalıb, təkrar barışdıqları üçün öz evinə qayıtmşdır. Hətta qızı Kəmalə boşanmaq üçün 3 dəfə məhkəməyə də müraciət etmişdir, lakin yenə də barışdıqları üçün boşanmamışlar. Sonuncu dəfə aralarında olan mübahisədən sonra təxminən 5 aydır ki, qızı yaşadığı Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən evindən çıxıb onun evinə gəlmiş, Rəşad ilə boşanmaq üçün məhkəməyə müraciət etmişdir. Qızı evdə olan müddət ərzində Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə dəfələrlə zəng vurub hədə-qorxular gəlmiş, təhqir etmiş, qızı Kəmalənin evinə qayıtmasını, əks təqdirdə onları öldürəcəyi, evi yandıracağı ilə hədələmişdir. Kəmalə isə ondan qorxduğu üçün geri qayıtmamışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə təxminən saat 22:00 radələrində ailə üzvləri ilə birlikdə evdə olarkən Təqsirləndirilən şəxs ona və ailə üzvlərinə zəng vurub onları və evi yandıracağı ilə hədələmişdir. Həmin vaxt oğlu Qamətə polisə məlumat verməsini demiş, Qamət zəng vurub Rəşadın onları öldürəcəyi, evi yandıracağı ilə hədələməsi barədə məlumat vermişdir. Buna baxmayaraq o, Rəşadın atasına zəng vurub Rəşadın onları hədələdiyini, zəng vurub onu başa salmasını demiş, bir qədər sonra atası Elşad ona zəng vurub Rəşad ilə danışıdığını, evi yandırmayacağını, sadəcə uşağı ona vermələrini 1 gün onda qalmasını demişdir. Lakin onun özünü idarə edə bilmədiyini, ona uşaq verməyəcəyini, gündüz vaxtı gəlib görə biləcəyini demişdir. Polisə məlumat verdikləri üçün bir qədər sonra polislər gəlmiş, yaşadığı evin həyətində durub hadisə barədə söhbət edərkən qəflətən evin sağ tərəfində yerləşən divarının alovlandığını görüşlər. Həmçinin ailə üzvləri evdə yatılı olan uşaqları dərhal götürüb həyətə düşmüşlər və polislərlə köməkləşib alovu söndürmüşlər. Söndürərək sol ayağı və sağ əlindən yanıq xəsarəti almışdır. Daha sonra çölə çıxmış, evin çöl tərəfində yerdə 2 ədəd içərisi yanacaq dolu şüşələr olduğunu görmüşdür. Bir qədər sonra Rəşad ona və ailə üzvlərinə zəng vurub «vəziyyət necədi, hələ bu başlanğıcdır» sözlərini demişdir. Bundan sonra Rəşadın yanacaqla dolu şüşəni yaşadıqları evi yandırmaq üçün evin 2-ci mərtəbəsinin pəncərəsindən içəri atmaq istədiyini müəyyən etmişlər. Lakin pəncərədə dəmir barmaqlıq olduğu üçün şüşə dəmir barmaqlığa dəyərək sınmış, pəncərənin toru və divar yanmışdır. Hətta birinci mərtəbədəki pəncərəyə də alov təsir etmişdir. Bunda əlavə alov kondisionerin üstünə də sıçramışdır. Ona gərə də bu barədə polisə ərizə yazıb şikayət etmişdir. Xəsarət aldığı üçün tibbi ekspertizaya gedib müraciət etmişdir. Hadisə vaxtı həyat yoldaşı X5, oğlu Qamət Xudayarov, qızı Şahid1, gəlini X6 və 2 azyaşlı nəvəsi evdə olmuşdur, həmin vaxt nəvələri yatılı olmuşdur. Hadisədən bir qədər əvvəl Rəşad onlara zəng vurub hədə-qorxular gəldiyi üçün yatılı olmamışlar. Evin yanmış pəncərəsi yerləşən otaq qonaq otağı olsa da geniş olduğu üçün uşaqları həmin otaqda yatızdırmışlar, həmin vaxt da qızı Kəmalənin və oğlu Qamətin uşaqları həmin otaqda yatılı olmuşlar, baş vermiş hadisə nəticəsində xəsarət almasından başqa evin divarı, pəncərənin toru yanmış, alov kondisionerin üstünə sıçramış, pəncərə plastik olduğu üçün onun plastik hissəsi qaralmış, həmçinin birinci mərtəbədəki pəncərənin də plastik hissəsi qaralmış, nəticədə ona təxminən 1500 manat dəyərində maddi ziyan dəymişdir. Hadisə vaxtı ətrafda kimlərin olduğun dəqiq bilməsə də hadisədən sonra təcili tibbi-yardım və polislər gəlmişdir. Hazırda yaşadığı evə dair müvafiq sənədləri olduğunu, həmin ev 4 sot torpaq sahsində yerləşməklə 179,2 m2 ərazini əhatə edir. Evin ümumi dəyərinin 280.000 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2019-cu ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 1 azyaşlı övladı var. Ailə qurduqdan sonra ünvan 2 ünvanında yaşamışlar. Ailə qurduqdan bir müddət sonra Rəşadın günlərlə evə gəlməməsi, telefonlarına cavab verməməsi, ümumiyyətlə ona bir ailə kimi baxmaması səbəbindən münasibətləri pisləşmiş, bu günə kimi aralarında bir neçə dəfə mübahisələr olmuş, 3-4 dəfə ata evinə getmiş, lakin təkrar barışmışlar. Birlikdə yaşadıqları müddətdə onu bir neçə dəfə döymuş, lakin bu barədə heç vaxt heç bir yerə müraicət etməmişdir. Sonuncu dəfə eyni məsələlər səbəbindən övladını da götürüb ata evinə getmişdir. Atasının evində olduğu vaxt Rəşad onun, valideyinlərinin, qardaşnın mobil nömrələrinə zəng vurub onun evə qayıtmayacağı təqdirdə ailə üzvlərini və onu öldürməklə hədələmişdir. Buna baxmayaraq uşağı da götürüb Rəşadla görüşüb göstərmişdir. Atasının evinə gəldikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etmiş, lakin Rəşadın təkidi, hədəsi ilə evə qaytmayacağı şərti ilə ərizəni geri götürəcəyini demiş, məhkəmə prosesi zamanı Rəşadla barışmışdır. Rəşad demək olar ki, hər gün ona zəng vurub evə nə vaxt qayıdacağını, qayıtmayacağı təqdirdə öldürəcəyi ilə hədələməyə davam etmişdir. Onun düzəlməyəcəyini görüb xx.xx.2022-ci il tarixdə boşanmaq üçün təkrar müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarından başlayaraq Rəşad ona zəng vurub evə qayıtmasını, əks təqdirdə öldürəcəyi, evi yandıracağı, uşağı alacağı ilə hədələmişdir. Ona uşağı verməyəcəyini, evə qayıtmayacağını demiş, Rəşad and içib «gəlirəm evinizi yandıram» demişdir. Onun xasiyyətinə az da olsa bələd olduğu üçün valideyinlərinə bu barədə məlumat vermişdir. Ona görə də qardaşı Qamət zəng vurub bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş, bir qədər sonra polislər gəlmiş, atası və qardaşı evin həyətində polislərə ərizə izahat vermişər. O, evin 2-ci mərtəbəsində otaqda qardaş uşağını və öz uşağını yatırdarkən anidən evin pəncərəsindən alov qalxdığı və pəncərənin torunun alışdığını görmüşdür. Dərhal uaşqları götürüb otaqdan çıxmış, atasıgil və polislər alova müdaxilə edib söndürmüşlər. Söndürərkən atası ayağından yanıq xəsarət almış, təcili tibi yardım çağırmışlar. Hadisədən təxminən 30 dəqiqə sonra Rəşad anasının telefonuna zəng vurub «bu hələ başlangıcdır, başınıza hələ oyun açacam» demişdir. Həmçinin digər qohumlarına zəng vurub evi yandırdığını, bir qədər sonra səsi çıxacağını demiş, evin yanmış pəncərəsi yerləşən otaq qonaq otağı olsa da geniş olduğu üçün uşaqları həmin otaqda yatırmışlar, həmin vaxt da qardaşının uşağı da həmin otaqda yatılı olmuşlar, Rəşadın yalan danışdığını mobil telefonuna mesaj yazan şəxsi tanımadığını, bunun Rəşad tərəfindən yazıldığından şübhələndiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 və X9 eyni məzmunlu ifadələr verərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə şöbədə əməliyyat qrupunda növbədə olarkən saat 22 radəldərində ünvan 3 ünvanında yaşayan X4 DİN-nin 102 xidmətinə Rəşad adlı şəxsin onlara zəng vurub onu və ailə üzvlərini narahat etməsi, öldürəcəyi və evi yandıracağı ilə hədələməsi barədə daxil olmuş məlumatı əsasında şöbənin növbətçi sürücüsü ilə hadisə yerinə, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 203 ünvanına getmişlər. Həmin ünvanın həyətində Qamət və ailə üzvlərindən baş vermiş hadisə barədə məlumat alarkən qəflətən evin sağ tərəfinin divar və 2-ci mərtəbənin pəncərəsinin alovlandığını görmüşdürlər. Nə baş verdiyini müəyyən etmək üçün həmin yerə getdikdə təkrar alovlar qalxdığını görmüşdürlər. Evdə yaşayan Zərərçəkmiş şəxs, Qamət Xudayarov və onlar dərhal müdaxilə edib alovu söndürmüşlər. Həmin vaxt məlum olmuşdur ki, Zərərçəkmiş şəxs kürəkəni Təqsirləndirilən şəxs hasarın çöl hissəsindən içi yanacaqla dolu şüşə butulkanı evin 2-ci mərtəbəsinin pəncərəsinə vurmuşdur. Hadisə yerinə baxış keçirmiş və müəyyən olunmuşdur ki, evin sağ tərəfində yerləşən 2-ci mərtəbənin pəncərəsinə 2 və ya 3 ədəd yanacaqla dolu şüşə atılmışdır. Həmçinin baxış zamanı hasardan çöldə yerləşən boş torpaq sahəsində yerdə 5 ədəd yanacaq dolu şüşə butulka aşkar olunmuşdur. Həmin şüşə butulkalar maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs telefonla zəng vurub şöbəyə dəvət etsə də gəlməyəcəyini demiş, daha sonra baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırma aparıb hadisə zamanı yanğını söndürərkən xəsarət almış Zərərçəkmiş şəxs barəsində MTE təyin etmiş, izahatlar alıb toplanmış materalı aidiyyəti üzrə istintaq şöbəsinə göndərmişdir. Yanacaq dolu şüşə evin 2-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığına dəyərək pəncərənin torunu, plastik hissəsini yandırmış, evin divarı yanma nəticəsində qaralmış, çöl divara quraşdırılmış kondisionerin mühərrik hissəsinə alovlar sıçramış, evin sağ tərəfində olan pəncərənin 2 dəfə alovlandığını görmüş, Təqsirləndirilən şəxs evə 2 və ya 3 dənə yanacaq dolu şüşə atmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə şöbədə əməliyyat qrupunda növbədə olarkən saat 22 radəldərində ünvan 3 ünvanında yaşayan X4 DİN-nin 102 xidmətinə Rəşad adlı şəxsin onlara zəng vurub onu və ailə üzvlərini narahat etməsi, öldürəcəyi və evi yandıracağı ilə hədələməsi barədə daxil olmuş məlumatı əsasında şöbənin növbətçi sürücüsü ilə hadisə yerinə, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi 203 ünvanına getmişlər. Həmin ünvanın həyətində Qamət və ailə üzvlərindən baş vermiş hadisə barədə məlumat alarkən qəflətən evin sağ tərəfinin divar və 2-ci mərtəbənin pəncərəsinin alovlandığını görmüşdürlər. Nə baş verdiyini müəyyən etmək üçün həmin yerə getdikdə təkrar alovlar qalxdığını görmüşdür. Evdə yaşayan Zərərçəkmiş şəxs, Qamət Xudayarov və onlar dərhal müdaxilə edib alovu söndürmüşlər. Həmin vaxt məlum olmuşdur ki, Zərərçəkmiş şəxs kürəkəni Təqsirləndirilən şəxs hasarın çöl hissəsindən içi yanacaqla dolu şüşə butulkanı evin 2-ci mərtəbəsinin pəncərəsinə vurmuşdur. Hadisə yerinə baxış keçirmiş və müəyyən olunmuşdur ki, evin sağ tərəfində yerləşən 2-ci mərtəbənin pəncərəsinə 2 və ya 3 ədəd yanacaqla dolu şüşə atılmışdır. Həmçinin baxış zamanı hasardan çöldə yerləşən boş torpaq sahəsində yerdə 5 ədəd yanacaq dolu şüşə butulka aşkar olunmuşdur. Həmin şüşə butulkalar maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs telefonla zəng vurub şöbəyə dəvət etsə də gəlməyəcəyini demiş, daha sonra baş vermiş hadisə ilə əlaqədar müvafiq araşdırma aparıb hadisə zamanı yanğını söndürərkən xəsarət almış Zərərçəkmiş şəxs barəsində MTE təyin etmiş, izahatlar alıb toplanmış materalı aidiyyəti üzrə istintaq şöbəsinə göndərmişdir. Yanacaq dolu şüşə evin 2-ci mərtəbəsinin pəncərəsinin dəmir barmaqlığına dəyərək pəncərənin torunu, plastik hissəsini yandırmış, evin divarı yanma nəticəsində qaralmış, çöl divara quraşdırılmış kondisionerin mühərrik hissəsinə alovlar sıçramış, evin sağ tərəfində olan pəncərənin 2 dəfə alovlandığını görmüş, Təqsirləndirilən şəxs evə 2 və ya 3 dənə yanacaq dolu şüşə atmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X14-Təcrübi və Tədris Birliyinin 03 iyun 2022-ci il tarixli, 633 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərsağ əlin, sol baldırın İİ dərəcəli yanıq yaraları yüksək hərarətin (ola bilsin alov) təsirindən törəmin, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə və şəraitə uyğun gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 2807 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs oğlu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin fiziki-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 6/4467 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 3 ədəd şüşə butulkanın içərisində (benzin, kerosin və ya dizel yanacağı) məxsus izlər vardır. Yüksək buxarlanma şəraitində neft məhsullarının əsaslı dəyişikləklər baş verdiyi üçün tədqiqata təqdim olunmuş butulkaların içərisində olan neft məhsullarının izlərinin hansı yanacaq məhsulu növünə aid olduğunu müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdim olunmuş 2 ədəd şüşə butulkalarda olan neft məhsusl qoxulu çəhrayı rəngil maye kimyəvi tərkibinə görə benzindir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ballistik ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 3/1166 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş 5 ədəd predmetdən 03 ədəd zavod üsulu ilə istehsal olunmuş boş şüşə butulkadır. Fiziki-kimyəvi ekspertizalar şöbəsinin 6/4467 saylı xx.xx.2022-ci il tarixli rəyinə əsasən, tədqiqata təqdim olunmuş 2 ədəd şüşə butulkalarda olan neft məhsulu qoxulu çəhrayı rəngli maye kimyəvi tərkibinə görə benzindir, döyüş sursatı, partlayıcı maddə və qurğulara aid deyil. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yanğın-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli, 10/5441-5530 saylı ekspert rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin arxa hisəsində ikinci mərtəbdə sol tərəfdən sayca birinci pəncərənin yerləşdiyi zonada olmuş, lakin yanğın digər sahələrə inkişaf etməmişdir. Qərarın təsviri hissəsində göstərilmiş hadisənin baş vermə şəraitinə, yanğının mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən cihaz və avadanlıqların olmadığına və mənbə zonasında yaranmış termiki təsir izlərinin xarakterinə əsasən yanğın, istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni, kənardan gətirilmiş alışdırma vasitələrinin təsiindən baş vermişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün çəkiləcək xərcin ümumi dəyəri təqribən 420 manat məbləğində müəyyən olundu. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq eksperitzasının xx.xx.2022-ci il tarixli, 9/6050 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 01 ədəd «Samsung» markalı 40kv-lıq, 2016-cı il buraxılışlı kondisioner mühərrikinin normal vəziyyətdə orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Beyləqan rayonunda doğulmuş Təqsirləndirilən şəxs Füzuli-Qubadlı Hərbi Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən AR CM-nin 331.3 və 62-ci maddələri ilə təqsirli bilinərək, barəsində 400 manat cərimə cəzası təyin edilmişdir. Bakı Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs AR CM-nin 333.3 və 70-ci maddələri ilə təqsirli bilinərək, barəsində 01 il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 01 il sınaq müddəti təyin edilmişdir. Goranboy Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs AR CM-nin 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində 04 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 01 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 02 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nizami Həmidov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-298/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq müddətinin sonunadək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 08 sentyabr 2022-ci il tarixədək müəyyən edilmiş, həbsetmənin əvvəli 01 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan ibtidai istintaq müddətinin uzadılması haqqında 02 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhər prokuroru vəzifəsini icra edən, baş ədliyyə müşaviri Mürvət Həsənov tərəfindən Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də AR CM-nin 221.3-cü maddəsi ilə istintaq aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay, yəni 08 sentyabr 2022-ci il tarixdən 08 noyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Xəzər Rayon Məhkəməsinin 4(003)-389/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən AR CM-nin 221.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 08 noyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan 22 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 223.1-cü maddəsindən həmin Məcəllənin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan 24 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və könüllü olaraq xx.xx.2020-ci il tarixdə müvafiq hərbi hissəyə təhvil verilmişdir. İş materiallarında olan 704 saylı Hərbi Hissənin komandiri tərəfindən verilmiş 09 noyabr 2020-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə fəxri fərman ilə təltif edilmişdir. İş materiallarında olan 704 saylı Hərbi Hissənin komandiri tərəfindən verilmiş 26 dekabr 2020-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən müharibəsi” dövründə ön cəbhədə göstərdiyi döyüş xidmətlərinə və fədakarlığına, fəal döyüşçü olduğuna görə fəxri fərman ilə təltif edilmişdir. İş materiallarında olan 704 saylı Hərbi Hissənin komandiri tərəfindən verilmiş xidməti xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlər zamanı cəsur bir döyüşçü kimi özünü göstərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin xx.xx.2021-ci il tarixli arayışının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 704 saylı Hərbi Hissənin tərkibində hərbi xidmət keçmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Cəbrayıl-Qubadlı istiqamətində döyüşdə iştirak etmiş, xx.xx.2020ci il tarixdə hərbi xidmətdən təxris edilmişdir. İş materiallarında olan Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı və X7 X18 tərəfindən verilmiş 07 noyabr 2021-ci il tarixli fəxri fərmanın surətindən görünür ki, Təqsirləndirilən şəxs 44 günlük Vətən Müharibəsinin ildönümü münasibəti ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi xüsusi xidmətlərinə görə fəxri fərman ilə təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş X19 tərəfindən verilmiş vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində bir azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci madəsinə əsasən törətdiyi əməldən səmimi peşman olmasını, “Döyüş və İctimai- Siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə” Fəxri fərmanla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən müharibəsi” dövründə ön cəbhədə göstərdiyi döyüş xidmətlərinə və fədakarlığına, fəal döyüşçü olduğuna görə Fəxri fərmanla, “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnın davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs cinayətlərin məcmusuna görə təqsirli bilindiyi hallarda cəzanın CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti tətbiq edilməsi və yaxud CM-in 79-cu maddəsi tətbiq olunmaqla çəkilməsinin təxirə salınması yalnız qəti cəza təyin edildikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 70-ci maddəsi yalnız əsas cəzaya (müəyyən müddətə azadlıqdan məhrum etmə, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri), CM-in 79-cu maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər. İş materiallarında olan Xəzər RPİ-də maddi sübut kimi saxlanılan içərisinə yanacaq doldurulmuş 5 ədəd “Sirab” şüşəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 359 (üç yüz əlli doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, onun barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,186.2.1, 29,186.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 29,186.2.1 və 29,186.2.2-ci maddələri ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 03 (üç) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut olan Xəzər RPİ-də saxlanılan içərisinə yanacaq doldurulmuş 5 ədəd “Sirab” şüşəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 1 (bir) ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 359 (üç yüz əlli doqquz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar