Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-606/2024 11.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X8, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin may ayında tanış olduğu xx xxxxx 2008-ci il təvəllüdlü olmaqla on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə bir müddət telefonla əlaqə saxlayıb danışaraq həmin ilin may ayının 6 və 7-sindən başlayaraq idarə etdiyi “Toyota Prius” markalı, ** DY *** dövlət nömrə nişanlı avtomobildə və müxtəlif ünvanlarda görüşüb yaxınlıq münasibəti yaradıb onunla ailə quracağına inandırdıqdan sonra yaxın tanışının oteli olduğunu, orada yaxşı yeməklər verildiyini deyib 2023-cü ilin may ayında Zərərçəkmiş şəxs Bakı şəhəri Binəqədi rayonu Dərnəgül ərazisində yerləşən “Secret” adlı otelə aparmış, yaşı az olduğu üçün oteli işlədən şəxs onu otelə buraxmadıqda Təqsirləndirilən şəxs oradan kiminləsə mobil telefonla danışıb onu otelə buraxdırmış, onlar otelə arxa qapıdan girərək otelin üçüncü mərtəbəsində sol tərəfdə yerləşən ayrıca otaqda birlikdə qaldıqları iki saat ərzində Zərərçəkmiş şəxs cinsi ehtirasını təmin etmək məqsədilə soyundurub çarpayıya uzandıraraq sərtləşdirdiyi öz cinsiyyət üzvünü Zərərçəkmiş şəxs cinsiyyət üzvünün uşaqlıq yoluna daxil edərək onunla təbii yolla ilk dəfə cinsi əlaqədar olub onun qızlıq pərdəsinin tamlığını pozmaqla, bundan 4-5 gün sonra Zərərçəkmiş şəxs başqa otelə aparmaqla orada, bir həftə sonra Zərərçəkmiş şəxs Abşeron rayonu Masazır qəsəbəsinə Təqsirləndirilən şəxs bacısı Fidan Əlizadənin yaşadığı evə aparmaqla orada evdə heç kim olmadığı vaxt iki dəfə təbii yolla cinsi əlaqədə olub və bundan sonra müxtəlif ünvanlarda görüşməklə eyni hərəkətlərini davam etdirməklə vahid niyyətlə 2023-cü ilin sentyabr ayının 17-nə kimi olan müddət ərzində dəfələrlə və nəhayət sonuncu dəfə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi S.Yesenin küçəsində 181 saylı tam orta məktəbin qarşısında yerləşən kirayədə yaşadıqları ikimərtəbəli bina evində cinsi ehtirasını təmin edərək həmin vaxtlarda hərəkətlərinin mahiyyətini, cinsi əlaqənin məna və xarakterini dərk etmək qabiliyyətinə malik olan on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə dəfələrlə cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2023-cü ilin may ayında taksi kimi işləyirmiş Şüvəlana müştəri gətirirmiş. Sifariş gələn zaman qızla anasını götürmüşdür. Qızın anası ilə danışırmış. Anası restoranda işləyirdi. Qız arxada oturmuşdu və onunla danışmırmış. Qızın telefonu “İphone” olduğundan telefonu “İcloud”a düşmüşdür. Həmin vaxtı telefonu açmaq üçün telefon dükanına gedirdi. Qız telefonun düzəltmək üçün yolda düşdü. Anası isə qardaşıgilə gedirdi. Anası ilə danışan zaman söhbət “duxi” dən düşübmüş. Sonra qızın anası ona deyib ki, evə getsin, duxi ilə bağlı ona yazacaqdır. Qızın anasını gedəcəyi ünvana çatdırmışdır. Sonradan qızın anası ona yazmışdır. O isə qızın anasına həmin gün cavab verməmişdir. Sonradan “Whatsapp” vasitəsilə anası ilə danışırmış. Danışanda qızın anası ondan subay olduğumu soruşmuşdur. O da qızına anasına subay olduğunu demişdir. Sonradan anası ona deyib ki, onların yaşadığı məhəlləyə gedim-gəlim, orada qonşulardakı qızlardan biri ilə tanış olub evlənsin. O isə qızın anasına bildirib ki, gələrəm. Ancaq o sonradan oraya getməmişdir. Sonradan Ruhiyyəgilin məhəlləsinə getmişdir və onun qızı xoşuna gəlmişdir. Lakin o bunu Ruhiyyəyə bildirməmişdir. Sonradan yenidən yazışmağa davam etmişdir. Sonradan onunla yazışan şəxsin Ruhiyyə yox, Gülanə olduğunu bilmişdir. Daha sonra qızla yazışmağa davam etmişdir. Bir müddət yazışdıqdan sonra sonra qızla görüşməyi qərara alıb və Şüvəlan qəsəbəsində görüşüb söhbət etmişlər. Onlar bir-birilərini tanımağa başlayıblar. Həmin zaman bilmişdir ki, Gülhanənin 16 yaşı var. Sonradan Gülhanənin anası Ruhiyyə ona deyib ki, qızını başqa adama ərə vermək istəyir. Daha sonra qızı Gülhanəni mənə ərə vermək üçün elçi göndərməyimi istədi. O da razılaşıb, elçi göndərmişdir. Daha sonra nişan olmuşdur. Nişandan bir müddət sonra Gülhanə ona demişdir ki, onun bir rəfiqəsi var, onun qardaşı bacısı ilə cinsi əlaqədə olurmuş. O ona bunu ağlaya-ağlaya deyirmiş, İlahi də ona bildirib ki, rəfiqəsinə qarşı olubsa, sən niyə ağlayırsan. Daha sonra anlayıb ki, onun rəfiqəsinə qarşı yox, ona qarşı olmuşdur. O da etiraf deib ki,. qardaşı Qurban onunla cinsi əlaqədə olurmuş. Qardaşı Qurban 2023-c ilin aprel ayına kimi olan müddətə qədər onunla evlərində cinsi əlaqədə olurmuş və qızlıq pərdəsinin tamlığını pozmuşdur. Sonra o ona bütün olanları danışıbmış. Yəni onun qızlıq pərdəsinin tamlığı qardaşı tərəfindən pozulmuşdur. Onlar birlikdə təxminən 01 ay müddətində görüşmüşlər. lakin cinsi əlaqədə olmamışlar. Çünki onlar nişanlı imişlər. Onlar bir ay müddətində nişanlı olan zaman qardaşı Qurban Gülhanəyə qarşı cinsi zorakılıq etməmişdir. Lakin sonradan Gülhanə deyib ki, qardaşı Qurban yenə də ona qarşı zorakılığa başlayıb. Ondan sonra Gülhanə ona deyib ki, axşamlar gedib onlarda qalım. Daha sonra o razılıq verməsə də, Gülhanə onu məcbur edib ki, onlarda qalsın. O da 10 gün müddətində onlarda qalmışdır. Sonradan Gülhanə ona bildirdi ki, valideynlərinə deyə bilmədiyindən polisə məlumat versin. O da Qurbanın hərəkətlərindən polis şöbəsinə ərizə yazmışdır. O Gülhanəmi 1-ci PŞ-yə aparmış və Gülhanə qardaşının etdiyi hərəkətlər barəsində məlumat vermiş, sonradan onun izahatı alınmışdır. Bununla bağlı tam material toplanmış və istintaqa göndərilmişdir. Qurban həbs olunduqdan sonra Gülhanəni ailəsi onları qəbul etməmişdir. Daha sonra 2023-cü ilin iyun ayından sentyabr ayına kimi onlar ər-arvad münasibətində olublar. Daha sonra Gülhanənin ailəsi ona bildirib, o hər şeyi üzərimə götürsün, o isə razılaşmamışdır. Bundan sonra Gülhanənin anası Ruhiyyə atası ilə birlikdə Gülhanənin gəlib onların yaşadığı evdən aparıblar. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli qismən törətdiyini etiraf edərək barəsində daha yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, onun şikayəti əsasında Xəzər rayon Polis İdarəsində qardaşı X7 barəsində ibtıdadi istintaq araşdırması aparılır. X11 heç vaxt ona qarşı əxlaqsız hərəkətlər etməyib, onun namusuna toxunmayıb. Qurban barəsində Polis İdarəsinə şikayət etməyinə səbəb, İlahi adlı şəxsin onu qorxudaraq, aldadaraq Polis İdarəsinə aparıb Qurban barəsində şikayət etməyi olmuşdur. Əsl baş verən hadisə aşağıda yazıb göstərdiyi kimi olmuşdur. 2023-cü ilin may ayının 2-3-də qohumlarıgilə getdikləri üçün anasına taksi lazım olub. Anası Bolt taksi xidmətindən taksi sifariş edib, taksi gəlib. Həmin taksi ilə qohumlarıgilə gedərkən yolda o taksidə arxa tərəfdə oturub. Taksi şoferi tez-tez güzgüdə arxa tərəfdə ona baxıb. Yolda taksi şoferi anasına deyib və soruşub ki, yaxşı ətir qoxusu gəlir, vurduğu ətirin adı nədir? Anası deyib ki adını bilmir. Qohumları gildən qayıdan günün səhərisi günü taksi şoferi anasının telefonuna zəng edib yenə yaxşı qoxusu gələn ətirin adını soruşub. Sonra anasına deyib ki, subaydır evlənmək istəyir, anasının tanışlarında yaxşı, əxlaqlı, ev qızı tanımır? Anası İlahiyə deyib ki, onların özündə yoxdur, qohum-qonşularda tanımadığı adamlara qız verməzlər. Həmin adam telefonda anasına deyib ki, ona başqa qız lazım deyil, dünən ondan çox xoşu gəlib. Anası İlahiyə çox acıqlanıb ki, onun qızı uşaqdır, ikincisi də, Gülhanə onun tayı deyil və telefonu söndürüb. Həmin gecə anası evdə iş görərkən anasının whatsappına mesaj gəlib, o mesajı oxuyub. Mesajı göndərən yenə həmin taksi şoferi olub, o taksi şoferi olan İlahi ilə danışıb. Özündən asılı olmayaraq İlahi ilə tanış olub. Onubn İnstagram adını istəyib və o da verib. Həmin gündən tanış olublar. 2023-cü ilin may ayının 5-6-dan İlahi ilə idarə etdiyi taksidə görüşməyə başlayıblar. 2-3 gün görüşəndən sonra İlahi ona deyib ki, yaxın tanışının hotelində yaxşı yeməkxanası var, orada yaxşı yeməklər verirlər. Onu həmin hotelə aparıb. O, azyaşlı olduğu üçün onu hotelə buraxmayıblar. İlahi orada işləyən oğlana, kiməsə zəng edib. Həmin hoteli işlədən oğlan İlahi deyən adamla danışıb, həmin şəxsə deyib ki gələn İlahidir. Zəng edib razılıq alandan sonra onları hotelə buraxıblar. Onlar təxminən 1-2 saat hoteldə qalıblar. İlahi ona nə etmişdisə özünü hiss etmirdi. İlahi orada onunla qadın və kişilər arasında olan hərəkətləri edib, onu soyundurub, bakirəliyinə toxunub. O həmin vaxtı özündə deyildi, nə baş verdiyini hiss etmirdi. Sonra onu gətirib evinin yanma qoyub, yolda ona deyib ki, İlahi onu sevir, gəlib onu ata-anandan istəyəcək, ailə qurub bir yerdə yaşayacaqlar. Həmin hadisədən sonra onlar tez-tez görüşüblər. İlahi, yenə onu təxminən 4-5 gündən sonra başqa bir hotelə aparıb, orada da onunla ailəli kimi yaşayıb. Onunla 2-ci dəfədə hoteldə görüşəndən sonra o İlahidən tələb edib ki, bəs o deyirdi ki, gəlib onu ata-anasından istəyəcək bəs niyə gəlmir? O İlahiyə deyəndən sonra İlahi ailəsi və qohumları ilə onlara elçiliyə gəlib, nişan-üzük gətiriblər. Ata-anası nişanlanmağa razılıq verməyiblər ki, qızın 18 yaşı tamam olmayıb. Elçilər əl çəkməyiblər və o da anasına deyib ki, o İlahini sevir. Ata-anası məcbur olub elşilərə razılıq verib deyiblər ki, bir şərtlə razılıq verirlər ki qızının 18 yaşı tamam olana qədər gözləyəcəklər. İlahi və ailəsi valideynlərinin dedikləri şərtlərə razılıq veriblər. İlahi ilə ailə kimi yaşayandan sonra təxminən iyun ayının ortalarından sonra onun bədənində pis ağrılar başlayıb, o ayağa durub yeriməyə çətinlik çəkib. Anası deyib ki, onu apanb həkimə göstərəcək. O, anasının dediklərini zəng edib İlahiyə deyib, İlahi ona deyib ki, həkimə getməsin, anasına yalandan deyib İlahi ilə danışıb, İlahi deyir xalası həkimdir, özü aparıb həkimə göstərəcək. Lakin İlahi onu həkimə yox bacısı Fidan adlı qadının Masazırda yerləşən yaşadığı evinə aparıb, yolda İlahi aptekdən onu yoxlamaq üçün 2 ədəd test alıb. Bacısı Fidanın evində İlahinin sözü ilə o testlərlə özünü yoxlayıb, İlahi görüb ki, o uşağa qalmayıb. Bundan sonra İlahi ora həkim çağırıb. Həkim gəlib, sistem qoşublar, sistemdən sonra onlar oradan gediblər. Sonradan yenə onda ağrılar baş verib. Bir gün İlahi ona deyib ki, evindəkilər onlarən bir-biri ilə ailə kimi yaşamaqlarını bilib onları ayırmamalarmdan ötəri polisə şikayət etsinlər ki, onun qardaşı Qurban bakirəliyini pozub. İlhai ona deyib ki, qorxma o polis işçilərini tanıyır qardaşını tutmayacaqlar. O, qardaşının tutulmağından qorxduğu üçün razılıq verməyib. İlahi and içib onu inandırıb ki, qorxmasın qabaqcadan polislə damşacaq sonra şikayət edəcək qardaşı tutulmayacaq. İlahi onu inandırıb Polis idarəsinə aparıb. O çöldə gözləyib, İlahi əvvəl çöldə iki polis işçiləri ilə danışıb, polis işçiləri gəlib onların maşınına oturdublar. Maşında İlahi ilə danışıblar, o da İlahinin qabaqcadan ona dediklərini deyib İlahi onun dediklərini təsdiq edib. Sonra onu polis idarəsinə içəri aparıblar. Orada da sual veriblər yenə o İlahinin ona qabaqcadan öyrətdiklərini deyib. Kompüterdə yazıblar, ona imza etdiriblər. Yazdıqlarını ona imza etdirdikdən sonra, qardaşı Qurbanı tutublar. O qardaşı tutulandan sonra İlahi ilə mübahisə edib ki, bəs o deyib ki, polis işçiləri ilə danışıb razılığa gəlib, qardaşı tutulmayacaq, qardaşını tutdursa ilahinin ona etdikləri barəsində şikayət edəcək. İlahi başlayıb onu hədələməyə ki, şikayət etsə görəcək ki, qardaşının oğlu Valehə nə edəcək, atasını da şərləyib tutduracaq. Sonra da anası deyib ki, telefonuna mesaj atacaq ki, ioxusun, İlahi boynuna alıb ki, hamısını o eduib razı olsa oğlunu buraxacaqlar. Bir şərtlə ki, ona 15-20 min manat pul versələr o də özünü qurtaracaq. İlahi onun anasına şərtlərini deyib boynuna alacağı sözləri yazıb telefonuna atıb. İlahinin yazıb atdığı sözlərin surətini çıxarıb ərizəsinə əlavə edirəm. Anası İlahinin yazdıqlarını oxuyub. İlahiyə deyib ki, birincisi onun oğlu Qurban, qızına qarşı heçnə heç bir namussuz hərəkət etməyib ki, o İlahiyə 20 min manat pul versin, ikincisidə onun 20 min manat pulu yoxdur ki, İlahi versin. O sonuncu dəfə İlahiyə xəbərdarlıq edib ki, İlahi onu aldadıb namusuna da toxunub, gələcək həyatını da məhv edib, aldadıb qardaşını da tutdurub, hidi də onun qardaşının uşağına xəsarət etirməklə, hədələyir, ataını şərləyib tutduracağə ilə hədələyir. Ata-anası qardaşı ilə qorxudub 15-20 min manat pul tələb edib. İlahi onu aldadıb namusuna toxunanda qabaqcadan ona nə vermişdisə o özündə olmamışdır. Ona nə vermişdisə ata-anasını, bacı-qardaşını da görmək istəməyib. Ondan aralanandan 5-6 gün soma başının-beynimin ağrıları yavaş- yavaş dayanıb, indi yavaş-yavaş özünə gəlir. O indi başa düşə bilir ki, İlahi onun başına nə oyunlar açıb. İlahinin aldadıb ona verdiyi dərmanın birini təsadüfən indi əl çantasından tapıb. İlahiyə deyib ki, ona xəbərdarlıq edir ki, İlahi gedib polis idarəsində ona elədiklərini boynuna almasa ona qarşı elədiklərinin hamısının düzünü yazıb bildirəcək. İlahi yenə də onu hədələyib və deyib ki o artıq gedib orada yazıb ki onu qardaşı eləyib, gedib hara istəyir şikayət eləsin, Gülhanə tutdura bilməyəcək. Həmçinin, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilk dəfə onunla təxminən 2023-cü ilin may ayının 06-sı ya da ki, 07-də Bakı şəhəri Dərnəgül ərazisində fəaliyyət göstərən “Secret” otelində, təxminən 3-cü mərtəbədə solda yerləşən otaqların birində cinsi əlaqədə olub. Belə ki, o ilk dəfə həmin otelə arxa qapıdan girib. İlahi avtomobilini otelin arxa həyətində saxlayıb. Otelə daxil olduqdan sonra otelin resepşinində ondan şəxsiyyət vəsiqəsini tələb ediblər. O az yaşlı olduğu üçün İlahi həmin oğlandan müdirə İlahinin gəldiyini deməsini bildirib. Bundan sonra həmin oğlan telefon ilə müdirlə danışıb. Sonra onlara otelə buraxıblar. Oteldə İlahi ilə bir dəfə təbii yolla cinsi əlaqədə olublar. Cinsi əlaqədə olan zaman cinsiyyət orqanımdan qan gəlib. Daha sonra evə gəldikdən sonra o alt paltarı qan olduğu üçün evdə zibil vedrəsinə atıb. Bundan sonra təxminən bir həftə sonra İlahinin Abşeron rayonu, Masazır qəsəbəsində yaşıyan Fidanın kirayə yaşadığı evdə iki dəfə təbii yolla cinsi əlaqədə olub. Sonuncu dəfə isə İlahi ilə 2023-cü ilin sentybr ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində fəaliyyət göstərən 181 saylı tam orta məktəbin qarşısında yerləşən kirayə yaşadıqları evdə cinsi əlaqədə olublar. X2 təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışdır və ona heç bir seksual xaralterli zorakılıq hərəkətləri etməmişdir. Lakin Təqsirləndirilən şəxs onunla təbii yolla və qeyri təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə onunla qeyri təbbi yolla cinsi əlaqədə 2023-cü ilin may ayının təxminən 20-də Dərnəgül adlanan ərazidə yerləşən “Secret” adlı otel otağında olmuşdur. Onun istintaqa təqdim etdiyi bir ədəd “CD” diskə onun X12 ilə arasında olan videogörüntünün və bacısı Gülbahar Hacıbalyeva ilə səsyazısını Təqsirləndirilən şəxs məcburi şəkildə ona yazıdırmışdır. O həmin video və səs yazısını yaşadığı evdən yazmışdır. Qardaşı bilməsə də, lakin bacısı Gülbahar öz səsinin yazıldığını bilib. Təqsirləndirilən şəxs ona məcburi şəkildə bunları etdirmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir, ona qanunamüvafiq cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Əlizadə X3 Gülhanə Valeh qızı ilə tanış olduqdan sonra qızının on altı yaşına çatmamasından istifadə edərək dəfələrlə onunla cinsi əlaqədə olmuşdur. Belə ki, qızının bəkarətini Təqsirləndirilən şəxs pozmuşdur. Təqsirləndirilən şəxs qızını öz tanıdığı otellərə aparmış və onunla cinsi əlaqədə olmuşdur. Sonra qızını aldadaraq öz bacısının yaşadığı evinə apararaq orada qızı ilə cinsi əlaqədə olmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır, Qurban Hacıbalayev isə qardaşıdır. Onlar ailəsi, yəni atası Valeh Hacıbayev və anası Ruhiyə Hacıbalayeva ilə birlikdə doğulduğu gündən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəs. A.İldırım küçəsi, dalan 5, ev 8-də birlikdə yaşamışdır. O, xx.xx.2019-cu il tarixdə evklənərək həmin evdən çıxıb və hazırda Bakı şəhəri, Xəzər rayonu, Türkan qəs. Poçt küçəsi ev 55-də yaşayır. O həmin dövrə qədər, yəni ata evində yaşayan zaman qardaşı Qurban ilə bacısı Gülhanə arasında hər hansı bir əxlaqsız və ya seksual hərəktlər olduğunu görməmişdir, Gülhanə və Qurban arasında belə bir şey olmamışdır. xx.xx.2023-cü il tarixdə qardaşı Qurban tutulduqdan sonra onun bacısı ilə arasında seksual hərəkətlər olduğunu eşidib. Lakin bildirmişdir ki, qardaşı Qurban barəsində deyilənlər və yazılanların hamsı yalandır. Qurban bacısı Gülhanəyə qarşı heç bir əxlaqsız və ya seksual hərəktlər etməmişdir. Bacısı Gülhanəyə qarşı seksual hərəkətləri edən şəxs nişanlısı Təqsirləndirilən şəxsdir. Təqsirləndirilən şəxs bacısı Gülhanəyə qarşı seksual hərəkətlər edərək, cinsi əlaqədə olmuş, lakin bütün bunların hamsını qardaşı Qurbanın üzərinə atmışdır.Qardaşı Qurbanın heç bir günahı yoxdur. Həmçinin, Şahid1 ifadəsində göstərmişdir ki, o, Gülhanə və qardaşının cinsi əlaqədə olmalarını və ya seksual hərəkətlər etmələrini görməyib. belə bir şey görməmişəm. Gülhanə yalan deyir.Belə ki, Təqsirləndirilən şəxs bacısını öyrədərək, qardaşına qarşı ifadə verməsini tələb edib. Həmçinin, bildirir ki, Təqsirləndirilən şəxs bacısı Gülhanə ilə İlahinin bacısı Fidanın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən evində cinsi əlaqədə olublar. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X13 tərəfindən Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023cü il tarixli 321 saylı rəyindən görünür ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmətibbi ekspertizasına əsaslanaraq, ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: 1.Zərərçəkmiş şəxs bədən səth üzərində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. 2.Zərərçəkmiş şəxs arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa kecəcək nahiyəsində xəsarət və ya xəsarət izi qalmırsa müddət haqqında fikir söyləmək mümkün deyil. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş Məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 2834 saylı rəyində göstərilmişdir ki, Nəticə hissəsi: İ. Motivləşdirici hissə: Aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, Zərərçəkmiş şəxs əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. Müayinə gedişatında bəzən verilən suallardan yayınmağa çalışması, ifadəsində göstərdiyi xüsusatlar barəsində soruşduqda həmin hadisələri fəqli tərzdə təsvir eməyə çalışması, bu zaman söylədiklərini dəqiqliklə əsaslandıra bilməməsi, ardıcıl danışmaması, mühakimələrində qeyri-səmimi olması müşahidə edildi. Eemosional sferasında hər hansı dəyişiklik (sıxıntı, narahatlıq, əhval-ruhiyyənin enməsi və s.) müəyyən edilmədi. İİ. Yekun hissəsi (suallara cavab): Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: 1-ci sual: Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən situasiyada onun davranışına mühüm təsir göstərə bilən fərdi- psixoloji xüsusiyyətlər varmı? Cavab: Zərərçəkmiş şəxs ünsiyyətçillik, aktivlik, inadkarlıq, çətin situasiyalar zamanı çıxış yolu tapa bilmək, adaptivlik kimi fərdi-psixi xüsusiyətlərə malikdir. Qərarın təsviri hissəsində göstərilən situasiyada onun davranışına mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyət müəyyən edilmədi. 2-ci sual: Zərərçəkmiş şəxs yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə X7 ilə cinsi əlaqəyə girən zaman cinsi əlaqənin məna və xarakterini dərk edə bilərdimi? Cavab: Zərərçəkmiş şəxs azyaşlı olduğundan 2016-cı il tarixdə X7 ilə qeyri-təbii cinsi əlaqəyə girən zaman cinsi əlaqənin məna və xarakterini dərk etmək qabiliyyətinə malik olmamışdır. Zərərçəkmiş şəxs, sonrakı tarixdə (2022-ci il) X4 ona qarşı etdiyi hüquqazidd hərəkətləri (Zərərçəkmiş şəxs ilə təbii yola cinsi əlaqədə olması) dərk etmək iqtidarında olmuşdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2000-ci ildə Lerik rayonunda doğulmuş Əlizadə X10 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, 23 mart 2024cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 25 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 152.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-121/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 23 mart 2024-cü il tarixdən hesablanmaqla 03 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə qonşuları ilə davranışında səmimi olmuşdur. Şəhərin ictimai işlərində, mədəni-maarif tədbirlərində fəal iştirak etmişdir. Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşmış, özündən böyüklərin hörmətini saxlamış, özündən kiçiklərə qarşı həmişə diqqətli olmuş, davranışı ilə ictimaiyyətdə, xüsusilə yaşıdları arasında hörmət qazanmışdır. İş materiallarında olan 5 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 aprel 2024-cü il tarixli, AZ-V 001066 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası X5, anası Zərərçəkmiş şəxs olan X9 09 aprel 2024-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 aprel 2024cü il tarixdə 2699 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “On dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə- üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittihamı qəbul etməməsinə dair verdiyi ifadəsini müdafiə xarakterli olduğunu hesab edir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında olan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli 23 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-606/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-606/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver