Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-61/2023 09.03.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ İş № 1(003)-61/2023 Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 6 saylı Vəkil bürosunun Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, hazırda işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 30000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)-3124/2017 nömrəli, 06 sentyabr 2017-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-113/2021 nömrəli, 04 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə tənbeh növü təyin edilmişdir. İcra sənədindəki tələbi icra etmədiyi üçün ona 05 aprel 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirməklə borcunu ödəməməklə qeyd edilən məbləğdə Zərərçəkmiş şəxs maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2008ci ilin əvvəllərində gözəllik salonunda saç ustası işlədiyi müddətdə Zərərçəkmiş şəxs gözəllik salonuna tez-tez gəldiyi üçün tanımışdır. Zərərçəkmiş şəxs faizə pul verdiyi üçün ondan 2008-ci ilin mart ayında aylıq beş faiz olmaqla 200 manat məbləğində borca pul almış və dörd ay ərzində 40 manat faizi ilə geri qaytarmışdır. Bundan sonra 2008-ci ilin oktyabr ayının 23-də Zərərçəkmiş şəxs aylıq on faiz olmaqla 300 manat borca aldığı pulu iki ay ərzində 60 manat faizi ilə geri qaytarmışdır. 13 fevral 2009-cu il tarixdə yenidən Zərərçəkmiş şəxs aylıq on faiz olmaqla 300 manat borca pul almış və dörd ay ərzində 120 manat faizi ilə birlikdə geri qaytarmışdır. Biri-birlərinə inam yarandığından və pula ehtiyacı olduğundan 2012-ci ilin iyun ayında özünə məxsus 96,5 qram olan qızıl-zinət əşyalarını Zərərçəkmiş şəxs girov verməklə aylıq on faiz olmaqla 1500 manat məbləğində borca pul almış və 2013-cü ilin mart ayında “Finka"dan kredit götürərək geri qaytarmışdır. Buna baxmayaraq Zərərçəkmiş şəxs qızıl-zinət əşyalarını qaytarmamışdır. Sonuncu dəfə 2014cü ilin iyul ayının 3-də Zərərçəkmiş şəxs girov müqabilində 3000 manat məbləğində borca pul almış və faizi ilə birlikdə geri qaytarmışdır. O, Zərərçəkmiş şəxs borca pul aldığı müddət ərzində hər dəfə yazılı qəbzlər versə də, pulu qaytarandan sonra sonuncu həmin qəbzləri ona geri qaytarmışdır. 2016-cı il tarixdə Zərərçəkmiş şəxs yazılı qəbzlərdən istifadə edərək 50000 manat məbləğində borcunun olduğunu bildirərək həmin məbləği tələb etməyə başlamışdır. O isə borcunun olmadığını bildirərək girov qoyduğu qızıl-zinət əşyalarını geri tələb etməyə başlamışdır. Lakin Zərərçəkmiş şəxs girov kimi verilən qızılzinət əşyalarını qaytarmamışdır. Bundan sonra Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin 2(003)-3124/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ondan 30000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsini qüvvəsində saxlamışdır. Həmin qətnamə ilə tutulmuş borcu ödəyə bilmədiyinə görə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 3(003)-113/2021 saylı, 04 fevral 2021-ci il tarixli qərarı ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. O, Zərərçəkmiş şəxs borclu olduğu məbləğdən 500 manat məbləğində ödəniş etmişdir. Zərərçəkmiş şəxs ilə aralarında hissə-hissə ödəmə ilə bağlı razılığa gəldiklərindən qətnamədə qeyd edilən məbləği tam olaraq vaxtında ödəməmişdir. Hazırda bəzi işləri var, onlar həll olunsa zərərçəkmiş şəxsin pulunu tam olaraq ödəyəcəkdir. Hazırda işləmədiyi üçün ödəniş edə bilmir. Törətdiyi əməldən səmimi peşman olduğunu bildirərək məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olamyan cəzanın təyin olunmasını xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2006-cı il tarixdən etibarən tanıyır. Həmin ərəfələrdə Təqsirləndirilən şəxs işlədiyi gözəllik salonuna tez-tez gedib-gəldiyi üçün aralarında münasibət yaranmışdır. Təqsirləndirilən şəxs 2006-cı ildən 2014-cü il tarixədək ondan müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 50000 manat məbləğində borca pul almış və aldığı məbləğə görə özünə torpaq sahəsi alaraq ev tikdirdiyini bildirmişdir. Bir müddət sonra Sevdadan borca verdiyi məbləği tam olaraq tələb etməyə başlasa da, Sevda müxtəlif bəhanələr gətirərək borca aldığı məbləği qaytarmaqdan yayınmışdır. Buna görə də, iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə Təqsirləndirilən şəxs 30000 manat məbləğində pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə borclu olduğu pulu ödəmədiyi üçün Xəzər rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə 500 manat məbləğində cərimə edilmişdir. Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu, dəymiş ziyanın ödənilməsini tələb etdiyini və ona cəza təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru vəzifəsində işləyir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 2(003)- 3124/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə Təqsirləndirilən şəxs 30000 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs ödənilməlidir. 30 aprel 2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq İcra şöbəsinin depozit hesabına cəmi 500 manat məbləğində ödəniş etmişdir. Xəzər rayon Məhkəməsinin 11 oktyabr 2019-cu il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 29 oktyabr 2020-ci il tarixdə borclu Təqsirləndirilən şəxs işlə təmin olunması məqsədi ilə Bakı şəhəri Xəzər rayon Məşğulluq Mərkəzinə müraciət olunduğu üçün mərkəzdə borcluya müvafiq iş yerləri təklif edilmiş, lakin borclu əmək haqqı az olduğu üçün həmin işlərdə işləməkdən imtina etmişdir. Xəzər rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs məsuliyyəti izah olunmaqla bir daha xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs icra vərəqəsi üzrə 500 manat məbləğində ödəniş etmiş və 29530,00 manat borcu qalmışdır. Tələbkar Zərərçəkmiş şəxs 30 aprel 2021-ci il tarixdə Xəzər rayon İcra şöbəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müraciət olunmasını xahiş etmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Şahid2 qızı Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 28 may 2022-ci il tarixli tələbnamədən görünür ki, xx xxxxx 1963-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, əməlini etiraf etməsini və səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, 1963-cü il təvəllüdlü olmaqla yaşını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-61/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-61/2023
09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver