Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-61/2025 10.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3, onun nümayəndəsi və vəkili, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs2 müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1988-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ucuzluq” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs3 ilə tanış olub onun 1885 (bir min səkkiz yüz səksən beş) manat dəyərində əmlakını pulunu hissə-hissə ödəmək şərtilə alacağına dair yalan vəd verib aldatmaqla danışıb mebelləri və məişət əşyalarını birinci ayı 350 manat, qalan 11 ayı isə 480 manat ödəmək şərtilə razılaşaraq, eyni zamanda həmin əmlaklarla bağlı xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs3 “Aylıq ödəniş cədvəli” yazdırıb qarşılıqlı imzalamaqla və ilkin olaraq Zərərçəkmiş şəxs3 50 manat məbləğində pul ödəniş etməklə inandırıb etibarını qazandıqdan sonra, sonrakı iki-üç gün ərzində həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 485 manat dəyərində 01 ədəd masanı, 01 ədədi 90 manat dəyərində 6 ədəd stulu, 260 manat dəyərində 01 ədəd televizor altlığını və 600 manat dəyərində 01 ədəd divanı, yəni Zərərçəkmiş şəxs3 cəmi dəyəri 1885 (bir min səkkiz yüz səksən beş) manat olan əmlakını ilkin ödəniş formasında 50 manat ödəməklə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 1835 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs3la qarşılıqlı yazıb imzaladıqları əvvəlki “Aylıq ödəniş cədvəli”nə əlavələr etməklə xx.xx.2023-cü il tarixdə həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 750 manat dəyərində 01 ədəd “Kontessa” markalı kondisioneri və 700 manat dəyərində 01 ədəd “SHVAKİ” markalı televizoru, yəni cəmi dəyəri 1450 (bir min dörd yüz əlli) manat olan əmlakını ilkin ödəniş formasında 50 manat ödəməklə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 1400 manat dəyərində əmlakını, xx.xx.2023-cü il tarixdə anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib onun adına 12 ay müddətə aylıq 300 manat ödəmək şərtilə “Aylıq ödəniş cədvəli” yazdırıb özü qarşılıqlı imzalamaqla hər birinin qiyməti 750 manat dəyərində olmaqla 02 ədəd “Kontessa” markalı kondisioneri və hər birinin qiyməti 750 manat dəyərində olmaqla 02 ədəd “SHVAKİ” markalı televizoru, yəni cəmi dəyəri 3000 (üç min) manat olan əmlakını ilkin ödəniş formasında 200 manat ödəməklə istintaqla müəyyən edilməmiş ünvana daşıtdırıb aprarmaqla onun cəmi 2800 manat dəyərində əmlakını, 11,08.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 adına olan şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib onun adına 18 ay müddətə aylıq 200 manat ödəmək şərtilə “Aylıq ödəniş cədvəli” yazdırıb özü qarşılıqlı imzalamaqla həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus hər birinin qiyməti 750 manat dəyərində olan 02 ədəd “Kontessa” markalı kondisioneri, hər birinin qiyməti 750 manat dəyərində olan 02 ədəd “ŞHVAKİ” markalı televizoru, yəni cəmi dəyəri 3000 (üç min) manat olan əmlakını ilkin ödəniş formasında 250 manat ödəməklə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 2750 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs3la qarşılıqlı yazıb imzaladıqları əvvəlki “Aylıq ödəniş cədvəli”nə əlavələr etməklə xx.xx.2023-cü il tarixdə 10 ay müddətə aylıq 380 manat ödəmək şərtilə həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 1100 manat dəyərində 6 ədəd stol-stul dəstini yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun 1100 manat dəyərində əmlakını, 26 avqust 2023-cü il tarixdə ayda 500 manat ödəyəcəyinə dair yalan vəd verib həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 600 manat dəyərində paltaryuyan maşını, 01 ədəld 900 manat dəyərində soyuducunu, yəni cəmi dəyəri 1500 manat olan əmlakını yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 1500 manat dəyərində əmlakını, xx.xx.2023-cü il tarixdə anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib əvvəlki müqaviləyə əlavə etməklə onun adına 1050 (bir min əlli) manat dəyərində 01 ədəd “Samsung” markalı paltaryuyan maşını ilkin ödəniş formasında 116 manat bank kart hesabına köçürdərək ödəməklə istintaqla müəyyən edilməyən ünvana daşıtdırıb gətirtməklə onun cəmi 934 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs3la qarşılıqlı yazıb imzaladıqları əvvəlki “Aylıq ödəniş cədvəli”nə əlavələr etməklə xx.xx.2023-cü il tarixdə anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib 200 (iki yüz) manat dəyərində 01 ədəd jurnal stolunu və 600 manat dəyərində 01 ədəd divanı, yəni cəmi dəyəri 800 manat olan əmlakını yaşadığı Xəzər rayonu, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 800 manat dəyərində əmlakını alıb, Zərərçəkmiş şəxs3 aldadıb aldığı əmlaklardan 260 manat dəyərində 01 ədəd televizor altlığını xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 100 manat müqabilində satmaqla, aldadıb aldığı digər əmlakların dəyərindən xx.xx.2023-cü il tarixdə 350 manatı ödəməklə, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat ödəməklə, xx.xx.2023cü il tarixdə 100 manat ödəməklə, qalan pulları ödəməyərək verdiyi vədə əməl etməyib həmin mebel və məişət əşyalarını istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pul məbləğlərini əri X7 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 məxsus mağazadan ona məxsus olmaqla daşıyıb apardığı göstərilən əmlakları etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib qabaqcadan əlbir olmuş bir qrup şəxs halında zərərçəkmş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 12469 (on iki min dörd yüz altmış doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Karacam” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs1 ilə tanış olub əri Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 “Aylıq ödəniş cədvəli” yazdırıb qarşılıqlı imzalamaqla inandırıb etibarını qazandıqdan sonra, onun 4800 (dörd min səkkiz yüz) manat dəyərində əmlakının pulunu 12 aylıq müddətdə aylıq 400 manat ödəmək şərtilə razılaşaraq alacağına dair yalan vəd verib aldatmaqla danışıb 1800 (bir min səkkiz yüz) manat dəyərində 01 dəst uşaq yataq dəstini, 1800 (bir min səkkiz yüz) manat dəyərində 01 ədəd künc divanını və ümumi dəyəri 1200 (bir min iki yüz) manat olan 6 nəfərlik stol-stul dəstini, yəni cəmi dəyəri 4800 (dörd min səkkiz yüz) manat olan mebelləri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə və həmin gün Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd televizor altlığını 100 manat müqabilində qiymətləndirərək cəmi məbləğdən çıxmaqla cəmi 4700 manat dəyərində əmlakını, xx.xx.2023-cü il tarixdə 12 aylıq müddətə aylıq 280 manat ödəmək şərtilə razılaşaraq, eyni zamanda həmin əmlaklarla bağlı xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs1 “Aylıq ödəniş cədvəli” yazdırıb qarşılıqlı imzalamaqla inandırıb etibarını qazandıqdan sonra 1800 (bir min səkkiz yüz) manat dəyərində 01 ədəd künc divanını, 780 manat dəyərində 01 ədəd divanı və 780 manat dəyərində 01 dəst stol-stul dəstini, yəni cəmi dəyəri 3360 (üç min üç yüz altmış) manat olan mebelləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, anası Şahid2 yaşadığı nömrəsiz evə daşıtdırıb gətirtməklə, aldadıb ələ keçirdiyi əmlakların dəyərindən həmin gün Zərərçəkmiş şəxs1 100 manat ödəyərək, xx.xx.2023-cü il tarixdə 150 (yüz əlli) manat ödəyərək, xx.xx.2023-cü il tarixdə 150 (yüz əlli) manat ödəyərək, xx.xx.2023-cü il tarixdə 50 manat ödəyərək, eyni zamanda xx.xx.2023-cü il tarixdə satdığı 780 manat dəyərində divanını Sahib Tamoyevin tələbi ilə ona geri qaytarmaqla, qalan pulları ödəməyərək verdiyi vədə əməl etməyib həmin mebelləri istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pul məbləğlərini əri X7 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 məxsus mağazadan ona məxsus olmaqla daşıyıb apardığı göstərilən əmlakları etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib qabaqcadan əlbir olmuş bir qrup şəxs halında zərərçəkmş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Şuşa” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı işlədən Zərərçəkmiş şəxs5 ilə tanış olub onun 500 (beş yüz) manat dəyərində əmlakını pulunu hissə-hissə ödəmək şərtilə alacağına dair yalan vəd verib aldatmaqla həmin gün həmin mağazada ilkin olaraq 40 manat ödəniş etməklə inandırıb 01 ədəd 500 manat dəyərində televizor altlığını 06 ay müddətinə pulunu ödəmək şərtilə götürüb evlərinə aparacağı adı ilə aparıb istitntaqa məlum olmayan şəxsə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulu şəxsi ehtiyacına sərf edərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 məxsus olmaqla mağazadan apardığı göstərilən əmlakı etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib zərərçəkmş şəxs Zərərçəkmiş şəxs5 460 (dörd yüz altmış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Membrano” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı işlədən Zərərçəkmiş şəxs4 ilə tanış olub onun 920 (doqquz yüz iyirmi) manat dəyərində əmlakını pulunu ayda 120 manat ödəmək şərtilə alacağına dair yalan vəd verib aldatmaqla və ilkin olaraq 80 manat ödəyib inandıraraq Zərərçəkmiş şəxs4 məxsus 400 manat dəyərində ikinəfərlik çarpayını və 520 manat dəyərində yataq otağı üçün dolabı həmin mağazadan götürüb yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə, verdiyi vədə əməl etməyib həmin mebelləri istitntaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pul məbləğini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs4 məxsus olmaqla mağazadan apardığı göstərilən əmlaklarıı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib zərərçəkmş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 840 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Çağlayan” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı işlədən Zərərçəkmiş şəxs2 oglu ilə tanış olub onun 410 (dörd yüz on) manat dəyərində əmlakını pulunu hissə-hissə ödəmək şərtilə alacağına dair yalan vəd verib aldatmaqla danışıb 240 (iki yüz qırx) manat dəyərində uşaq otağı üçün 01 ədəd dolabı və 170 (yüz yetmiş) manat dəyərində uşaq otağı üçün 01 ədəd kompüteri həmin mağazadan götürüb yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə, verdiyi vədə əməl etməyib həmin əşyanı istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pul məbləğini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs2 məxsus olmaqla mağazadan apardığı göstərilən əmlaklarıı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib zərərçəkmş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 410 (dörd yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. İttiham aktında həmçinin göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup şəxs halında Xəzər rayonu Binə qəsəbəsində yerləşən “Ucuzluq” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs3 ilə tanış olub onun 1885 (bir min səkkiz yüz səksən beş) manat dəyərində əmlakını pulunu hissəhissə ödəmək şərtilə alacağına dair yalan vəd verib aldatmaqla danışıb mebelləri və məişət əşyalarını birinci ayı 350 manat, qalan 11 ayı isə 480 manat ödəmək şərtilə razılaşaraq, eyni zamanda həmin əmlaklarla bağlı xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs3 “Aylıq ödəniş cədvəli” yazdırıb qarşılıqlı imzalamaqla və ilkin olaraq Zərərçəkmiş şəxs3 50 manat məbləğində pul ödəniş etməklə inandırıb etibarını qazandıqdan sonra, sonrakı iki-üç gün ərzində həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 485 manat dəyərində 01 ədəd masanı, 01 ədədi 90 manat dəyərində 6 ədəd stulu, 260 manat dəyərində 01 ədəd televizor altlığını və 600 manat dəyərində 01 ədəd divanı, yəni Zərərçəkmiş şəxs3 cəmi dəyəri 1885 (bir min səkkiz yüz səksən beş) manat olan əmlakını ilkin ödəniş formasında 50 manat ödəməklə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 1835 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs3la qarşılıqlı yazıb imzaladıqları əvvəlki “Aylıq ödəniş cədvəli”nə əlavələr etməklə xx.xx.2023-cü il tarixdə həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 750 manat dəyərində 01 ədəd “Kontessa” markalı kondisioneri və 700 manat dəyərində 01 ədəd “SHVAKİ” markalı televizoru, yəni cəmi dəyəri 1450 (bir min dörd yüz əlli) manat olan əmlakını ilkin ödəniş formasında 50 manat ödəməklə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 1400 manat dəyərində əmlakını, xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib onun adına 12 ay müddətə aylıq 300 manat ödəmək şərtilə “Aylıq ödəniş cədvəli” yazdırıb özü qarşılıqlı imzalamaqla hər birinin qiyməti 750 manat dəyərində olmaqla 02 ədəd “Kontessa” markalı kondisioneri və hər birinin qiyməti 750 manat dəyərində olmaqla 02 ədəd “SHVAKİ” markalı televizoru, yəni cəmi dəyəri 3.000 (üç min) manat olan əmlakını ilkin ödəniş formasında 200 manat ödəməklə istintaqla müəyyən edilməmiş ünvana daşıtdırıb aprarmaqla onun cəmi 2800 manat dəyərində əmlakını, xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 onun şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib onun adına 18 ay müddətə aylıq 200 manat ödəmək şərtilə «Aylıq ödəniş cədvəli» yazdırıb özü qarşılıqlı imzalamaqla həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus hər birinin qiyməti 750 manat dəyərində olan 02 ədəd «Kontessa» markalı kondisioneri, hər birinin qiyməti 750 manat dəyərində olan 02 ədəd «ŞHVAKİ» markalı televizoru, yəni cəmi dəyəri 3.000 (üç min) manat olan əmlakını ilkin ödəniş formasında 250 manat ödəməklə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 2750 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs3la qarşılıqlı yazıb imzaladıqları əvvəlki “Aylıq ödəniş cədvəli”nə əlavələr etməklə xx.xx.2023-cü il tarixdə 10 ay müddətə aylıq 380 manat ödəmək şərtilə həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 1100 manat dəyərində 6 ədəd stol-stul dəstini yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun 1100 manat dəyərində əmlakını, 26 avqust 2023-cü il tarixdə ayda 500 manat ödəyəcəyinə dair yalan vəd verib həmin mağazadan Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd 600 manat dəyərində paltaryuyan maşını, 01 ədəd 900 manat dəyərində soyuducunu, yəni cəmi dəyəri 1500 manat olan əmlakını yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 1500 manat dəyərində əmlakını, xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib əvvəlki müqaviləyə əlavə etməklə onun adına 1050 (bir min əlli) manat dəyərində 01 ədəd “Samsung” markalı paltaryuyan maşını ilkin ödəniş formasında 116 manat bank kart hesabına köçürdərək ödəməklə istintaqla müəyyən edilməyən ünvana daşıtdırıb gətirtməklə onun cəmi 934 manat dəyərində əmlakını, Zərərçəkmiş şəxs3la qarşılıqlı yazıb imzaladıqları əvvəlki “Aylıq ödəniş cədvəli”nə əlavələr etməklə xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini Zərərçəkmiş şəxs3 təqdim edib 200 (iki yüz) manat dəyərində 01 ədəd jurnal stolunu və 600 manat dəyərində 01 ədəd divanı, yəni cəmi dəyəri 800 manat olan əmlakını yaşadığı Xəzər rayonu, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə onun cəmi 800 manat dəyərində əmlakını alıb, Zərərçəkmiş şəxs3 aldadıb aldığı əmlaklardan 260 manat dəyərində 01 ədəd televizor altlığını xx.xx.2023- cü il tarixdə Zərərçəkmiş şəxs1 100 manat müqabilində satmaqla, aldadıb aldığı digər əmlakların dəyərindən xx.xx.2023-cü il tarixdə 350 manatı ödəməklə, xx.xx.2023-cü il tarixdə 200 (iki yüz) manat ödəməklə, xx.xx.2023-cü il tarixdə 100 manat ödəməklə, qalan pulları ödəməyərək verdiyi vədə əməl etməyib həmin mebel və məişət əşyalarını istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pul məbləğlərini arvadı Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs3 məxsus mağazadan ona məxsus olmaqla daşıyıb apardığı göstərilən əmlakları etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 ümumilikdə 12469 (on iki min dörd yüz altmış doqquz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, təkrarən, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup şəxs halında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Karacam” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı icarə əsasında işlədən Zərərçəkmiş şəxs1 ilə tanış olub arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 “Aylıq ödəniş cədvəli” yazdırıb qarşılıqlı imzalamaqla inandırıb etibarını qazandıqdan sonra, onun 4800 (dörd min səkkiz yüz) manat dəyərində əmlakının pulunu 12 aylıq müddətdə aylıq 400 manat ödəmək şərtilə razılaşaraq alacağına dair yalan vəd verib aldatmaqla danışıb 1800 (bir min səkkiz yüz) manat dəyərində 01 dəst uşaq yataq dəstini, 1800 (bir min səkkiz yüz) manat dəyərində 01 ədəd künc divanını və ümumi dəyəri 1200 (bir min iki yüz) manat olan 6 nəfərlik stol-stul dəstini, yəni cəmi dəyəri 4800 (dörd min səkkiz yüz) manat olan mebelləri Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə və həmin gün Təqsirləndirilən şəxs2 aldığı 01 ədəd televizor altlığını 100 manat müqabilində qiymətləndirərək cəmi məbləğdən çıxmaqla cəmi 4700 manat dəyərində əmlakını, xx.xx.2023-cü il tarixdə 12 aylıq müddətə aylıq 280 manat ödəmək şərtilə razılaşaraq, eyni zamanda həmin əmlaklarla bağlı xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 “Aylıq ödəniş cədvəli” yazdırıb qarşılıqlı imzalamaqla inandırıb etibarını qazandıqdan sonra 1800 (bir min səkkiz yüz) manat dəyərində 01 ədəd künc divanını, 780 manat dəyərində 01 ədəd divanı və 780 manat dəyərində 01 dəst stol-stul dəstini, yəni cəmi dəyəri 3360 (üç min üç yüz altmış) manat olan mebelləri Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, arvadı Təqsirləndirilən şəxs2 anası Şahid2 yaşadığı nömrəsiz evə daşıtdırıb gətirtməklə, aldadıb ələ keçirdiyi əmlakların dəyərindən həmin gün Zərərçəkmiş şəxs1 100 manat ödəyərək, xx.xx.2023-cü il tarixdə 150 (yüz əlli) manat ödəyərək, xx.xx.2023-cü il tarixdə 150 (yüz əlli) manat ödəyərək, xx.xx.2023-cü il tarixdə 50 manat ödəyərək, eyni zamanda xx.xx.2023-cü il tarixdə satdığı 780 manat dəyərində divanını Sahib Tamoyevin tələbi ilə ona geri qaytarmaqla, qalan pulları ödəməyərək verdiyi vədə əməl etməyib həmin mebelləri istintaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pul məbləğlərini arvadı Təqsirləndirilən şəxs2 ilə aralarında bölüşdürüb şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 məxsus mağazadan ona məxsus olmaqla daşıyıb apardığı göstərilən əmlakları etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib qabaqcadan əlbir olmuş bir qrup şəxs halında zərərçəkmş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx.xx.2023-cü il tarixdə arvadı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan qrup şəxs halında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Membrano” mebel mağazasında həmin mağazadakı əmlakların sahibi olmaqla mağazanı işlədən Zərərçəkmiş şəxs4 ilə tanış olub onun 920 (doqquz yüz iyirmi) manat dəyərində əmlakını pulunu ayda 120 manat ödəmək şərtilə alacağına dair yalan vəd verib aldatmaqla və ilkin olaraq 80 manat ödəyib inandıraraq Zərərçəkmiş şəxs4 məxsus 400 manat dəyərində ikinəfərlik çarpayını və 520 manat dəyərində yataq otağı üçün dolabı həmin mağazadan götürüb yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, nömrəsiz evə daşıtdırıb gətirtməklə, verdiyi vədə əməl etməyib həmin mebelləri istitntaqa məlum olmayan şəxslərə dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pul məbləğini şəxsi ehtiyaclarına sərf edərək Zərərçəkmiş şəxs4 məxsus olmaqla mağazadan apardığı göstərilən əmlaklanı etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirdib zərərçəkmş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 840 manat məbləğində ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində özünü təqsirli bilməyərək ifadəsində bildirdi ki, ilk dəfə “Çağlayan” mebel mağazası ilə “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olmuşdur. Ordan uşaq otağı üçün dolab və komuter stolu sifariş vermiş, sosial müavinətini aldıqdan sonra ödəyəcəyini demişdir. Sonra evinə gətirib quraşdırmışlar. Lakin sosial müavintdə vergi ilə bağlı problemlər yaranması səbəbindən gecikmiş və bu barədə ona bildirmişdir. Gecikmələr baş vermişdir. Evə mülki geyimdə polislə gəlmişdir. Lakin ondan gedib şikayət vermişdir ki, guya ona hədə-qorxu gəlmişdir. Polisdən ona zəng gəlmiş və həmin şəxsin yeni işə qəbul edildiyini və vəzifə öhdəliyini tam bilməmişdir. Sonra Ədalət onun evinə gəlmiş və ona demişdir ki, mebellər həyətdədir. Çünki onu sökdürüb, üstünə salafalayıb həyətə qoymuşdur. Götürüb apara biləcəyini demişdir. Sonra çıxıb getmişdir. Çingizin mebel mağazasının qarşısından keçəndə onun həyat yoldaşı ilə danışmış və evindən 1 ədəd həyət stolu və 6 ədəd də onun stolunu, 1 ədəd divanı razılaşmışdır. Uşağının ad günündə gətirilib quraşdırılmalı idi. Çingiz stol və stullu birinci özü gətirmişdir. Ağ masa idi, ancaq o yararsız idi. Dadaş ona etiraz edərək təzəsini tələb etmişdir. Çünki onlar təzə mebelə görə kredit ödəyirdilər. Sonra onun yoldaşına zəng edərək danışmış və o cavabında mağazaya gəlməsini və orda danışmaq istədiyini demişdir. Mağazaya gedəndə Çingiz demişdir ki, malları geri qaytarmayacağını, onu satmasını və yerinə yeni mebel gətirəcəyini demişdir. Həmin mebelleri də o satmışdır. Digər əşyalar olan jurnalnı stolun pulu ilə bağlı isə, Çingiz ona demişdir ki, mağazada satıcı işləyəcəyini və mebelin pulunun aylıq əmək haqqından tutacağını demişdir. Çünki ona 500 manat əmək haqqı verəcəyini demişdir. Mağazada satışın onun öhdəliyində olması ilə razılaşmışdır. Alıcıların şəxsiyyət vəsiqələrini Çingizə təqdim edəcəkdi, ondan sonra isə ona faiz yazacağını demiş və onunla razılaşmışdır. Səhərisi gün işə gedəndə onun yerinə başqa işçi götürüldüyünü görmüşdür. Çingizin həyat yoldaşı ilə danışaraq ona bildirmişdir. 20 gündən sonra Çingizin həyat yoldaşı ona satdığı divana oxşayan divan şəkli atmışdır. Sonra ona öz maşınları ilə göndərmişdirlər. Onları heç vaxt aldatmamışdır. Onları məcbur etməmişdir ki, mebelləri ona versinlər. Zərərçəkmiş şəxs4 götürdüyü mebellərin pulunu ödəməkdə ləngimələr olmuşdur. Çünki həyat yoldaşı ilə aralarındakı münasibətlər pozulmuşdur. Xalası oğlu ilə ona yaxınlaşmaq istəsə də, o, xalası oğlunu telefonda söymüşdür. 30-cu bölməyə özü müraciət etmiş və ödəniş cədvəlində göstərilən məbləği aşağı məbləğdə göstərməsini xahiş etmişdir. Həmin şəxs yeni cədvəl yaradacağını demişdir. Həmin şəxsə 200 manat ilkin ödəniş etmişdir. Hər ay 120 manata razılamışdır. Zərərçəkmiş şəxs4 hər ay ödənişini etmiş, lakin ondan şikayət etdiyi üçün ödənişi dayanmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, 4 ildir ki, Binə südçülük sovxozunda yerləşir. O, əvvələr Binədə yerləşən lazer studiyasında işləmişdir. İşlədiyi yerlə üz-üzə yerləşən Çingizə məxsus mebel mağazasından oğlunun ad günündə tək divan, 1 ədəd masa və 6 ədəd stullar, 1 ədəd televizor altlığı, 1 ədəd divan almışdır. Həmin mebellərin dəyəri 1885 manat olmuşdur. 50 manat ilkin ödəniş etmişdir. Aylıq 220 manat ödəniş etməli olmuşdur. Həmin vaxt işləmişdir. Rəsmi əmək müqaviləsi olmayan işdə işləmişdir. Dadaş isə taksi sürücüsü işləmişdir. Çingizin yoldaşını həmin vaxtdan tanımışdır. Masa yararsız gəldiyi üçün, onun yoldaşına iradını bildirmişdir. Çingizin yoldaşı demişdi ki, bundan sonra mağaza işləycəksən. Kondisioner və televizor almışdır və onlara görə hər ay 480 manat ödəniş etməli idi. 8 avqustdə işə çıxmalı olmuşdur. Noyabr ayında başqa mebel mağazasından mebel almamıdır. Axırıncı dəfə 27 sentyabrda mal almışdır. Çoxlu əmlakı bir gündə almışdır. 2024-cü ilin yanvar ayında mebeli satmışdır. Həmin vaxta kimi ödəniş etməmişdir. Çingizin həyat yoldaşı ondan əminlik yaratmaq üçün səs göndərməsini tələb etmişdir. Çingizə rəfiqəsinin səsini göndərmişdir. Anasının səsini istəmişdirlər. Ancaq o anasına heç bir məlumat verməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, sentyabr ayında uşaq üçün dəst, künc divanı və qabaq stolu almışdır. Anasıgil üçün divan və stol-stul almışdır. Ümumilikdə aldığı mebelləri müxtəlif vaxtlarda ucuz qiymətlərə satmışdır. Mebelləri satıb, əvəzində uşağına başqa mebellər almışdır. Sahibə Tomayevə ümumilikdə 2300 manat ödəniş etmişdir. Mebelləri anasigildən götürmüşlər. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs5 isə həmin mebellərin fərqli rənglərini almışdır. Mebelləri ayrı-ayrı vaxtlarda almışdır. Həmin malları da satmışdır. Asimə 460 manat pul vermişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmş şəxs Zərərçəkmiş şəxs4 yataq dəsti almışdır. Noyab ayında almış və hər ay 121 manat ödəməli idi. Yanvar və ya fevral ayında satmışdır. Kirayəyə çıxdığı üçün mebelləri satmışdır. 26 fevralda polisə getmişdir. Əli polisə şikayət edənə kimi hər ay ödəniş etmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Ramaz mebelini geri götürmüşdür. Bütün götürdüyü kreditlərin hər ay ödənişlərini etmişdir. X6 götürülən mebellərdən xəbəri olmuşdur. Mərdəkandan götürülmüşdür. Başqa mebellərin alınmasında yoldaşının xəbəri olmamışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, 3 ədəd kondisioneri özü üçün və 2 kondisioneri isə hədiyyə etmək üçün götürmüşdür. Malları öz evi üçün götürmüşdür. Bütün götürdüyü malların pulu qaytarmaqdan imtina etməmişdir. 2023-cü ilin avqust ayından yoldaşı ilə münasibətləri pisləşmiş və boşanmışdırlar. Yaşadığı ev bacısına məxsus olmuşdur. Valideynləri onu yoldaşı ilə barışdırmaq üçün evdən çıxmağını tələb etmişdirlər. Onlara demişdir ki, hər 2-3 aydan bir mebelləri dəyişməkdən xoşu gəlir. X13 tibb bacısı kimi işləmişdir. Gecə növbəsinə getmişdir. Ancaq əmək müqaviləsi olmamış, hər ay 480 manat əmək haqqı almışdır. Evi 3 otaqlı olmuşdur. Hər otaq üçün ayrıca kondisioner almışdır. Kreditə aldığı əmlakları tək yaşaması və kirayədə qaldığı üçün başqa adamlara satmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Sahibdən aldıqları malları satmışdır. İnstaqramda sosial şəbəki vasitəsi ilə satmışdır. İkinci əl kimi satmışdır. Malları tək özü götürmüşdür. Sahibdən malları alanda bir dəfə Dadaş şəxsiyyət vəsiqəsini vermişdir. Təqsirləndirilən şəxs son sözündə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Sahib Tomayevdən divan, stol-stullar, birdə uşaq üçün divan götürülməsində iştirak etmişdir. 3 ildi Şəbnəmlə ailəlidir. Şəbnəmə qarışmamış və o, tək malları almışdır. Malların satılmasından xəbəri olmamışdır. Çünki həmin zaman xəstəxanada olmuşdur. Şəbnəmə həmin dövrlərdə etibarnamə vermişdir. Çingizdən mal götürülən zaman iştirak etməmişdir. Taksi sürücüsü işləmişdir. Səhər evdən çıxmış, evə axşam qayıtmışdır. Evlərində söz-söhbətləri olurdu. Sahibdən gətirilən malları evlərinə gətirmişdir. 1 ədəd divan Şəbnəmin anasına alınmışdır. Lakin 1 ay sonra Sahib malları geri götürmüşdür. Şəbnəmlə boşanandan sonra ayrı yaşasalarda, ancaq uşağına görə tez-tez gedib-gəlmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri ziddiyyətlər olan hissədə elan edilmişdir. Həmin ifadədən görünür ki, o, fərdi şəkildə müxtəlif yerlərdə işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs2 ilə təxminən beş il bundan əvvəl rəsmi ailə həyatı qurmuş və bu nikahdan bir azyaşlı uşağı vardır. Yaşadıqları evdə mebellər olmadığından Şəbnəmlə evdə müzakirələr aparmışlar ki, evlərinə mebel alsınlar. Həmin mebelləri kreditlə götürüb hər ikisi ödəmək barədə razılaşmışlar. Bundan sonra Şəbnəm ona bildirmişdir ki, iş yerlərinin yanında mebel mağazası vardır, həmin dükanla danışıb oradan daxili kreditlə divan və stol-stul dəstini götürəcəyini bildirmişdir. Bir neçə gün sonra həmin mebellər satıcı tərəfindən yaşadıqları evə gətirilib quraşdırılmışdır. Təxminən iki həftə sonra Şəbnəm həmin mebelləri sosial şəbəkədə tanımadığı şəxsə bilmədiyi qiymətə satmışdır. Satışdan əldə olunan pulla borclarını bağlayacaqlarını bildirmişdir. Bundan sonra Binə qəsəbəsində yerləşən başqa mebel mağazasına bir yerdə gedərək bir ədəd divan və uşaq yataq otağı dəstini daxili kreditlə hər ikisinin adına götürmüşlər. Həmin mebeli satan şəxsin adının Oktay olmasını bilmişdir, lakin istintaq zamanı bilmişdir ki, həmin şəxsin adı Zərərçəkmiş şəxs1dir. Ondan aldıqları mebellər özləri tərəfindən yaşadıqları evdə quraşdırılmışdır. Həmin mebelləri təxminən 5-6 ay əvvəl Şəbnəm yenə də sosial şəbəkədə tanımadıqları şəxslərə xatırlamadığı məbləğdə satmışdır. Həmin pulların hamısı Şəbnəmdə olmuş, o, Şəbnəmdən bu satışlardan heç bir məbləğdə pul almamışdır. Sonra təxminən noyabr ayının sonlarında Şəbnəmlə birlikdə Binə qəsəbəsində yerləşən başqa bir mebel mağazasına divan, yataq çarpayısı və dolab almaq məqsədi ilə getmişlər. Həmin dükadan divan, dolab və çarpayını kreditlə almaq istədiklərini bildirdikdə satıcı Əli adlı şəxs xatırlamadığı səbəbdən onlara yalnız bir ədəd yataq çarpayısı və bir ədəd də dolabı verə biləcəyini bildirmişdir. Onlar razılaşdıqdan bir neçə gün sonra özləri həmin mebelləri yaşadıqları evə gətirmişlər. O Şəbnəmə hər gün 25-30 manat vermişdir ki, Şəbnəm həmin mebellərin pulunu bağlasın. Şəbnəm də bildirmişdir ki, Əli adlı şəxsdən aldıqları mebellərin pulunu tamamilə ödəmişdir. Bir müddətdən sonra həmin mebellər Şəbnəm tərəfindən tanımadığı şəxsə sosial şəbəkə vasitəsilə bilmədiyi məbləğə satılmışdır. Sonra bir gün evə gəldikdə evdə uşaq otağında bir ədəd kompüter masası və uşaq otağında bir ədəd dolab görmüşdür. O, Şəbnəmdən həmin mebelləri haradan aldığını soruşduqda Şəbnəm bildirmişdir ki, həmin mebelləri kreditlə götürmüşdür və pulunu da özü ödəyəcəkdir. Bir müddət keçdikdən sonra pulları ödəyə bilməyəcəkləri səbəbindən mebelləri aldıqları Ramazan adlı şəxsə zəng vuraraq aldıqları mebelləri geri qaytarmasını istəmiş və həmin mebelləri söküb evin həyətyani sahəsinə qoymuşdur. Ramazan adlı şəxsin həmin mebelləri aparıb-aparmaması barədə heç bir məlumatı yoxdur. O, bundan başqa hər hansı mebelin alınmasından heç bir məlumatının olmadığını bildirmişdir. O, Zərərçəkmiş şəxs3 ilə telefonla danışmamış, Şəbnəmə mebel verməsi üçün ona razılıq verməmiş, bunu üzləşmə zamanı da Çingizin üzünə demişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqdakı ifadə öz sözləri ilə yazılmışdır. Həmin ifadəsini təsdiq edir. Ziddiyətlərlə bağlı heçə deyə bilmir. Xatırladıqları bütün məlumatları bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə himayəsində azyaşlı uşağının olmasını bildirərək barəsində ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Şəbnəm həyat yoldaşı ilə rəfiqə münasibətləri yaratmışdır. Şəbnəm ondan bir neç dəfə mebel götürmüşdür. Ancaq onun hərəkətlərindən xoşu gəlməmişdir. Yoldaşı onun yaxşı insan olduğunu, yaxşı müştəri olmasını və ola bilsin ki, onu işə götürəcəklərini demişdir. Çünki, həmin dövrdə işçi axtarılması ilə bağlı elan vermişdilər. Şəbnəmə də işləyə biləcəyini və alacağı əmək haqqı ilə malların dəyərini ödəyəcəyini demişdir. Masa bağlananda düzgün bağlanmamış və masada qopma baş vermişdir. Masanı təmir etmək üçün getmək istəyən vaxt, Şəbnəm masanı qaytaracağı demişdir. Lakin Şəbnəmə masanı qaytara bilməyəcəyini demişdir. Şəbnəm masanı qonşusuna satacağını, həmin puluda ona verəcəyini demişdir. Şəbnəm anası Şahid2 təqdim etmişdir. Onunla danışmış və o, xəstə olduğu üçün gələ bilmədiyini demişdir. Anasıda ona səs atmışdır ki, anasıdır və narahat olmamağını bildirmişdir. Şəbnəmin anasıda onunla şərik olmuşdur. O da istintaqa cəlb edilməlidir. Şəbnəm yoldaşının şəxsiyyət vəsiqəsini təqdim etmiş və onunlad a danışmış və Dadaşda mebeli verməsini bildirmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, axırıncı əmlakı verməsinin tarixini bilmir, ancaq kitabda qeyd etmişdir. Aylıq 500 manata kimi ödəməli olmuşdur. Az-az fasilə ilə malları almışdır. Qabaqcadan ödənişlər etdiyinə görə aldanıb vermişdir. Götürdüyü malların dəyərindən az miqdarda ödəmişdir. İlkin olaraq Şəbnəm gəlmiş, sonrakı vaxtlarda Dadaşla da birlikdə gəlmişdir. Soyuducunu Dadaş öz avtomobili ilə aparmışdır. Bütün malları kitabla qeyd etdirib vermişdir. Cədvəl formasında aylıq qrafik tutulmuşdur. Ancaq aralarında müqavilə olmamışdır. Şəbnəm deyirdi ki, əgər ona yeni mallar verməsə, götürdüyü malların pulunu verməyəcəkdir. Evinə ehtiyacı olanı alandan sonra anası və qaynanası üçün mallar alacağını demişdir. 1 ədəd kondisioner və 1 ədəd televizor öz adına, 2 ədəd kondisioner və 2 ədəd televizor Dadaşın adına və 2 ədəd kondisioner və 2 ədəd televizor anasının adına şəxsiyyət vəsiqələrini təqdim etməklə almışdır. Anası gəlməmiş, lakin ona şəxsiyyət vəsiqəsini göndərmiş və səs atmışdır. Ona 700-800 manata yaxın pul ödəmişdir. Dadaşın və anasının adına bir aylıq ödəniş vardır. O, daxili inam əsasında, yəni ona zamin dura biləcək şəxslərə mal verir. Ancaq tanımadığı şəxsə mal vermir. Şəbnəm aylıq ödənişləri qrafiq üzrə ödəmədiyinə görə aralarında münasibətləri pozulmağa başlamışdır. Şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, tarixləri dəqiq deyə bilmir. 2023-cü ildə Şənəm, həyat yoldaşı və uşağı ilə gələrək mal almaq istədiklərini demişlər. O, sosial yardım aldığını, yoldaşının taksi sürücü işlədiyini dedi. Aylıq ödənişi 400 manat razılaşdırılaraq, uşaq dəsti, divan-kreslo və stol-stul almışlar və onların evinə göndərilmişdir. Üstündən bir müddət keçəndən sonra mətbəx mebeli istəmişdirlər. Ancaq onunla razılaşmamışdır. Çıxıb getmiş və bir neçə gündən sonra yenə gəlmiş və anasgilə divan və kreslo lazım olduğunu demişdir. O da öz avtomobili ilə mebelləri anasıgilin evinə aparıb yerləşdirmişdir. Ancaq vaxtı çatanda aylıq ödənişləri etməmişdirlər. 3 gün sonra Şəbnəmin bacısı onunla danışmış və pulun ödəniləcəyini demişdir. Yenə ödənilmədiyi üçün, Şəbnəmlə danışmışdır. Binədə mağazalardan Şəbnəm barəsində soruşmuş və onun bir neçə mağazadan mallar götürdüyü və pullarını ödəmədiyini bilmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Şəbnəmi əvvəlcədən tanımamışdır. Dadaş və uşağı ilə gəlmişdir. Əsas danışığı Şəbnəm aparmış, ancaq o, Dadaşlada danışmışdır. Gəldiyi aralıqlar bir neçə gün olurdu. Özlərinin və anasının aldığı malların pulunu özünün ödəyəcəyini demişdir. Şəbnəm deyirdi ki, 2-3 aydan bir malları dəyişməyəndə özünü pis hiss edir. Onun köhnə mallara qarşı hobbisi vardır. Məqsədli şəkildə Şəbnəmin anasına verilən malları özü aparmışdır. İstintaq dövründə 900 ABŞ dolları ona ödəniş edilmişdir. Əşyalardan anasgilə verdiyi bir ədəd divanı götürmüşdür. Anası ona demişdir ki, mebellər 1 həftə sonra satılmışdır. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, 1 ədəd gənc odası dəsti, divan-kreslo, 3x2 künc divanı, 1 ədəd stol və 6 ədəd stul verilmişdir. Yataq dəsti isə onun evinə yerləşmədiyi üçün verməmişdir. Ümumilikdə 8000 manatdan çox məbləğ olmuşdur. Hər ay 400 manat ödəniş etməli idi. Cəmi 1 ay ödəniş etmişdir. Polisdə 900 ABŞ dolları ödəmiş, ondan başqa ödəniş etməmişdir. 350 manatdan ilkin ödəniş etmişdir. Anasıgilə getmiş, ordan divanı götürmüş, anası qalan malların 1 həftə sonra satıldığını demişdir. 7000 manata yaxın ziyan ödənilməmiş qalmışdır. Hazırda şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, bir ədəd dolab və bir ədəd taxt vermişdir. Tək gəlmişdi, yoldaşının isə çöldə dayandığını demişdir. 1047 manat dəyəri təşkil etmiş və 360 manat ödəniş etmişdir. Sonra ödənişi yubandırmağa başlamışdır. Dəfələrlə onunla telefonla danışsa da, Şəbnəm pulu ödəməmişdir. Sonra Şəbnəmin çox insanı aldatmasını eşitmiş və digər şəxslərlə birlikdə polisə müraciət etmişdir. 700 manat civarında pulu ödənilməmişdir. Bundan başqa, məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirmişdir ki, Dadaşı mağazanın qabağıda görmüşdür. Malları Şəbnəm almışdır. Hər ay 120-140 manat ödəniş etməli olmuşdur. Ödənişləri etmədiyinə görə Dadaşa zəng etmişdir. Çatdırılmanı öz əməkdaşları həyata keçirmişdir. Şəbnəm əlavə olaraq divan da kreditə götümək istəmiş, ancaq verməmişdir ki, birinci götürdüyü malın dəyərini ödədikdən sonra verəcəyini demişdir. Ümumilikdə 350 manat ödəniş etmişdir. 697 manat pul ödənilməmiş qalmışdır. Hazırda şikayətçidir və ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs5 göstərmişdir ki, kiçik bines fəaliyyəti ilə məşğul olur və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X10 ərazisində yerləşən Şuşa mebel mağazası vardır. Həmin mağazada məişət mebellərinin satışı ilə məşğul olur. Mağazada Şahid1 adlı satıcısı var, Savalan həm də mebel ustasıdır. Bildirmşdir ki, xx.xx.2023-cü ilin sentyabr ayında satıcısı Savalan ona məlumat vermişdir ki, Binədə yaşayan Şəbnəm adlı bir nəfər qadın mağazaya gələrək televizor altlığı almaq istəyir. O da müştərinin istəyini nəzərə alaraq həmin Şəbnəm adlı qadına 6 aylıq daxili kreditlə televizor altlığını cəmi 500 manata satılmasına razılıq vermişdir. Bundan sonra, Şəbnəmin almaq istədiyi bir ədəd mebel altlığı kreditlə ona verilmiş və Şəbnəm 40 manat ilkin ödəniş etmişdir. Sonradan kreditin ödənilməsi vaxtı çatanda Şəbnəm kreditini ödəməmişdir. Bununla əlaqədar olaraq Şəbnəmlə əlaqə saxlayarkən o, övladının xəstə olduğunu bildirib krediti ödəmək imkanının olmadığını bildirmiş, bir müddət sonra yenidən kreditini ödəmək üçün Şəbnəmlə əlaqə saxlayarkən o, gah telefon zənglərinə cavab verməmiş, gah da bildirmişdir ki, krediti ödəməyə maddi imkanı yoxdur. Sonradan məlum olmuşdur ki, Şəbnəm Binə qəsəbəsində ondan başqa da bir neçə mebel mağazasından kreditlə müxtəlif mebellər götürmüş və onların da pullarını verməyərək dələduzluq etmişdir. Buna görə də başa düşmüşdür ki, Şəbnəm onu da aldatmış və etibarından sui-istifadə edərək dələduzduq etməklə 460 manat məbləğində pulunu ələ keçirmişdir. Buna görə də onun satıcısı Şahid1 ərizə ilə polisə müraciət etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadədə Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində icarə əsasında «Çağlayan» mebel mağazasını işlədir. xx.xx.2023-cü il tarixdə İnstaqram sosial şəbəkəsindən bir nəfər qadın ona yazaraq həmin sosial şəbəkədə paylaşdığı dolab şəklini göstərərək həmin dolabdan istədiyini bildirmişdir. O da qadına həmin dolabın qiymətinin 240 manat olduğunu bildirmişdir. Bundan sonra həmin qadın maddi durumunun yaxşı olmadığını, uşağının paltarlarının yerdə qaldığını əsas gətirərək həmin mebelin pulunu 2023-cü ilin avqust ayının 10-da ödəyə biləcəyini bildirmişdir. O da həmin qadının çarəsiz olduğunu görüb onunla razılaşmış və mebeli 3-4 gün ərzində ona təhvil verə biləcəyini ona bildirmişdir. Mebel hazır olduqdan sonra taksi ilə həmin mebeli Təqsirləndirilən şəxs2 izah etdiyi ünvana gətirmişdir. Həmin ünvanda onu özünü Təqsirləndirilən şəxs2 yoldaşı kimi təqdim edən Dadaş adlı şəxs qarşılamışdır. O, taksi sürücüsünün köməkliyi ilə həmin mebeli evdə quraşdırmış və Təqsirləndirilən şəxs2 votsapına göndərmişdir. Bundan 2-3 gün sonra Şəbnəm uşağının ad gününün olmasını əsas gətirərək ona kompüter masası düzəltdirmək istədiyini və xx.xx.2023-cü il tarixdə pulunu ödəyəcəyini bildirmişdir. O da Şəbnəmlə razılaşaraq kompüter masasını xx.xx.2023-cü il tiarixdə Təqsirləndirilən şəxs2 yaşadığı ünvana taksi ilə gətirmiş və həmin gün onu Şəbnəm özü qarşılamışdır. O, taksi sürücüsünün köməkliyi ilə kompüter masasını evdə quraşdırmış və çıxıb getmişlər. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 votsap sosial şəbəkəsindən ona yazaraq bildirmişdir ki, sosial kartı ona xx.xx.2023-cü il tarixdə veriləcəkdir və bu səbəbdən hər iki mebelin ödənişini həmin tarixdə edəcəyini bildirmişdir. O, xx.xx.2023-cü il tarixdə saat təxminən 9-10 arasında Şəbnəmə mesaj yazaraq ödənişi etməli olduğunu bildirmiş, lakin Şəbnəm ona bildirmişdir ki, pul sosial karta təxminən gecə saat 23:00 kimi vurulacaq və bildirmişdir ki, pul sosial karta vurulan kimi ödəniş edəcəkdir. O, gecə saat 23:00 radələrində şəbnəmə mesaj yazaraq pulu ödəməli olduğunu bildirmişdir. Şəbnəm ödənişlərin xx.xx.2023-cü il tarixdə olacağını və pulu həmin zaman ödəyəcəyini bildirmişdir. Bu zaman o, artıq anlamışdır ki, Şəbnəm onu aldadır və buna görə də etdiyi əmələ görə ondan polisə şikayət edəcəyini bildirmişdir. Lakin, Şəbnəm ona bu mülki iş olduğunu deyib ona məhkəməyə müraciət etməyi bildirmiş, əgər ala bilərsə pulu məhkəmə qaydasında ala biləcəyini bildirmişdir. Bundan sonra o, Şəbnəmlə heç bir əlaqə saxlamamışdır. Qeyd etmişdir ki, Təqsirləndirilən şəxs2 bu günə qədər ona dəymiş maddi ziyanı ödəməmişdir. O, Təqsirləndirilən şəxs2 tərəfindən ona cəmi 410 manat məbləğində maddi ziyan vurulmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Zərərçəkmiş şəxs5 adlı şəxsin mebel mağazasında işləmişdir. 26 sentyabr 2023-cü il tarixdə bir nəfər qadın mağazaya gəlmiş və mebellərə baxaraq bir ədəd televizor altlığı almaq istədiyini bildirmiş, o da bu barədə mağazanın sahibi Asimə məlumat vermiş və razılaşmaya əsasən daxili kreditlə adının Şəbnəm olduğunu bildikləri Şəbnəm adlı qadına 500 manat dəyərində bir ədəd boz rəngli televizor altlığını altı ay müddətinə daxili kreditlə satmışlar. Şəbnəm televizor altlığını alanda 40 manat ilkin ödəniş etmişdir. Mebeli alıb apardıqdan sonra kreditin vaxtı çatanda dəfələrlə Şəbnəmlə əlaqə saxlayıb ondan aldığı mebelə görə krediti ödəməsini tələb etdikdə Şəbnəm uşağının xəstə olduğunu bildirib ödənişi etməmişdir. Bundan sonra da mağazanın sahibi Zərərçəkmiş şəxs5 dəfələrlə Şəbnəmlə əlaqə saxlayıb ondan kreditə götürdüyü televizor altlığına görə ödəniş etməsini tələb etsə də Şəbnəm son nəticədə müxtəlif bəhanələr gətirərək ödənişi etməmişdir. Sonradan isə eşitmişlər ki, Şəbnəm adlı qadın Binə qəsəbəsində bir çox mebel mağazalarından da müxtəlif mebelləri kredit yolu ilə almış və həmin mallara görə də ödənişlər etməmişdir. Buna görə 29 noyabr 2023-cü il tarixdə o da Xəzər rayon polis idarəsinin 3-cü polis şöbəsinə şikayət ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Şəbnəm ona zəng vuraraq ucuz qiymətə divan olduğunu və hissə-hissə ödəmək şərtilə satıldığını bildirmişdir. O da razılaşaraq 200 manat ilkin ödənişi qızına vermişdir. 2 nəfərlik divanı gətirmişlər. O biri divandan isə imtina etmişdir. Çünki onun evinin ölçülərinə uyğun olmamışdır. 1-2 aydan sonra divanın sahibi gəlib divanı aparmışdır. Ancaq ona divanın pulunu ödədiyini demişdir. 1-2 həftə gözləməsini xahiş etsə də, o, divanı götürüb aparmışdır. Sonra qızına zəng edərək bu barədə bildirmişdir. Qızı isə divanın pulunu ödəməsini təsdiq edə qəbzi ona atmışdır. Qızı ona divanın şəkilini göstərmişdir. Pulu qızına vermişdir ki, o ödəsin. Qızının başqa mebel almasından xəbəri olmamışdır. Onun evinə bir ədəd divan gətirilmiş, onu da geri götürmüşdürlər. Çingizə səs göndərməmişdir. İş materiallarında olan: -“Axtarışda olan təqsirləndirilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı polis kapitanı Vasif Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178. 2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. -“Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə başlanaraq istintaqı aparılmış ********* nömrəli cinayət işi həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunması və ibtidai istintaqının aparılması qərara alınmışdır. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.20244-cü il tarixli, 4(003)-226/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi, məhkəmə iclas zalından dərhal azad edilməsi və barəsində “ev” dustaqlığı qətimkan tədbiri seçilməsi, “ev” dustaqlığı saxlanılma müddətinin 03 (üç) ay həddində müəyyən edilməsi və “ev” dustaqlığı saxlanılma müddətinin əvvəlinin 30 may 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. -“Məhkumluğun yoxlanılmasına dair” Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4cü bəndi tətbiq edilməklə, həmin qərarın 36-cı bəndinə əsasən cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicənin ləğv edildikdən sonra həyata keçirilməsi, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-43/2019 nömrəli, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(003)-585/2011 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş narkomaniyadan məcburi müalicə tədbirinin tətbiqinin ləğv edilməsi qərara alınmışdır. -4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 47 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 4 nömrəli BŞX-nın qadın məsləhətxanasında qeydiyyatdadır və hal-hazırda 26 həftəlik hamilədir. -“Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş yeni məzmunlu ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş yeni məzmunlu ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin uzadılmasından imtina edilməsi və barəsində başqa qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin uzadılmasından imtina edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -AA2120964 nömrəli şəxsiyyət vəqisəsinin surətindən görünür ki, X8 xx.xx.2020-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Dələduzluğun şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi (CM-nin 178.2.3-cü maddəsi) dedikdə, həmin əməlin CM-nin 308-ci maddəsinin qeydində göstərilən vəzifəli şəxslərlə yanaşı, vəzifəli şəxs olmayan, lakin müəyyən səlahiyyətlərə malik olan digər şəxslər tərəfindən də törədilməsi başa düşülür. Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CMnin 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olmasını və həmin Məcəllənin 59.2-ci madddəsinə əsasən hamilə olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, həmçinin xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsləribn məhkəmə istintaqı zamanı verdiyi ifadələrinə tənqidi yanaşır, özünü müdafiə etməyə və bununla da cinayət məsuliyyətindən yaxa qurtarmağa yönəlmiş cəhd kimi qəbul edir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxslərin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxslərin təqsirləndirildikləri maddələrin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı halda təqsirləndirilən şəxslərə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə utulmuş ən ağır cəzanın, yəni azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 mülki iddia ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12469 manat zərərin, 127.50 manat dövlət rüsumunun, müdafiəçinin hesabına ödənilmiş 320 manat pulun, ümumilikdə 12916 manat məbləğində pulun tutularaq ona ödənilməsini xahiş etmişdir. Mülki iddiasını onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 etibardan suiistifadə etmə və aldatma yolu ilə ona məxsus əmlakı ələ keçirmək məqsədilə xx.xx.2023cü il tarixdə əri Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan qrup şəxs halında Xəzər rayonu, Binə qəsəbəsində yerləşən ona məxsus “Ucuzluq” mebel mağazasında onunla tanış olub, 1885 (min səkkiz yüz səksən beş) manat dəyərində əmlakının pulunu hissəhissə ödəmək şərti ilə alacağına dair yalan vəd verib mebelləri və məişət əşyalarını birinci ay 350 manat, qalan 11 ayı isə 480 manat ödəmək şərtilə razılaşaraq eyni zamanda həmin əmlaklarla bağlı 19.072023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 1lə birlikdə ona “aylıq ödəniş cədvəli” yazdırıb qarşılıqlı imzalamaqla və ilkin olaraq ona 50 manat məbləğində pul ödəniş etməklə etibarını qazanmış, sonrakı 2-3 gün ərzində həmin mağazadan ona məxsus 485 manat dəyərində 01 ədəd masanı, 01 ədədi 90 manat dəyərində 6 ədəd stulu, 260 manat dəyərində 01 ədəd televizor altlığını və 600 manat dəyərində 01 ədəd divanı, yəni ona məxsus ümumi dəyəri 1885 manat olan əmlakı ilkin ödəniş formasında 50 manat ödəməklə yaşadığı Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu, nömrəsiz evə daşıtdırıb gətirmişdir. xx.xx.2023-cü il tarixdə həmin mağazadan 750 manat dəyərində 01 ədəd “Kontessa” markalı kondisioneri və 700 manat dəyərində 01 ədəd “Shvaki” markalı televizoru, cəmi dəyəri 1450 manat olan əmlakı yaşadığı Binə qəsəbəsi Südçülük sovxozu ona məxsus nömrəsiz evə daşıyıb aparmışdır. xx.xx.2023-cü il tarixdə anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini ona təqdim edib onun adına 12 ay müddətə aylıq 300 manat ödəmək şərtilə hər birinin qiyməti 750 manat dəyərində olmaqla 02 ədəd “Kontessa” markalı kondisioneri və hər birinin qiyməti 750 manat dəyərində olmaqla 02 ədəd “Shvaki” markalı televizoru yəni cəmi dəyəri 3000 manat olan əmlakı aparmışdır. xx.xx.2023-cü il tarixdə əri Təqsirləndirilən şəxs1 adına olan şəxsiyyət vəsiqəsini ona təqdim edib hər birinin dəyəri 750 manat dəyərində 02 ədəd “Kontessa” markalı kondisioneri, hər birinin qiyməti 750 manat dəyərində 02 ədəd “Shvaki” markalı televizoru yəni cəmi dəyəri 3000 manat olan əmlakı yaşadığı Binə qəsəbəsi, Südçülük sovxozu, nömrəsiz fərdi yaşayış evinə aparmışdır. xx.xx.2023-cü il tarixdə ona məxsus 1100 manat dəyərində 6 ədəd stol-stul dəstini yaşadığı evə aparmışdır. xx.xx.2023-cü il tarixdə həmin mağazadan ona məxsus 01 ədəd 600 manat dəyərində paltaryuyan maşını, 01 ədəd 900 manat dəyərində soyuducunu, cəmi dəyəri 1500 manat olan əmlakı yaşadığı evə aparmışdır. xx.xx.2023-cü il tarixdə anası Şahid2 adına aid olan şəxsiyyət vəsiqəsini ona təqdim etmiş, onun adına 1050 manat dəyərində 01 ədəd “Samsung” markalı paltaryuyan maşını ilkin ödəniş formasında 116 manat bank hesabına köçürərək özünə bəlli ünvana daşıyıb aparmışdır. xx.xx.2023-cü il tarixdə anası Şahid2 adına olan şəxsiyyət vəsiqəsini ona təqdim etməklə 01 ədəd jurnaı stolunu və 600 manat dəyərində 01 ədəd divanı, cəmi dəyəri 800 manat olan əmlakı yaşadığı evə aparmışdır. Cavabdehlər ümumilikdə ona 12469 manat məbləğində xeyli miqdarda ziyan vurmuş, qanunsuz əldə etdikləri həmin vəsaiti öz aralarında bölmüşlər. Məhkəmədə icraatın mümkünlüyü üçün 127 manat 50 qəpik dövlət rüsumu ödəmişdir. Hüquqlarının müdafiəsi üçün vəkillə müqavilə bağlamış və vəkil bürosunun hesabına 320 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qeyd olunan mülki qanunvericilik normalarının tələblərini, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş dələduzluq-cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs3 12469 manat manat məbləğində əmlakını ələ keçirməsi öz təsdiqini tapdığını və həmin məbləğdə pulun zərərçəkmiş şəxsə qaytarılmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12469 manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs3 verilməlidir. Məhkəmə, mülki iddia tələbinin “127,50 manat dövlət rüsumunun və müdafiəçinin hesabına ödənilmiş 320 manat pulun tutulması” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edən zaman xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə 127,50 manat dövlət dövlət rüsumu ödəmişdir. Eyni zamanda iddiaçı Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 ilə aralarında bağlanmış “hüquqi yardım haqqında” xx.xx.2025-ci il tarixli, 20 nömrəli müqaviləyə əsasən xx.xx.2025-ci il tarixli qəbzlə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına 320 manat məbləğində ödəniş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 127,50 manat dövlət rüsumu və müdafiəçinin hesabına ödənilmiş 320 manat pulu tutularaq Zərərçəkmiş şəxs3 verilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddia təmin edilməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12469 manat maddi zərər, 127,50 manat dövlət rüsumu, 320 manat vəkilə ödənilmiş xidmət haqqı, cəmi 12916,5 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3 ödənilməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 il (iki) 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində həbsdə saxlanıldığı 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada 12469 manat maddi zərər, 127,50 manat dövlət rüsumu, 320 manat vəkilə ödənilmiş xidmət haqqı, cəmi 12916,5 manat məbləğində pul alınaraq Zərərçəkmiş şəxs3 ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı 20 saata görə 120 manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, cəmi 300 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı 20 saata görə 120 manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 manat, cəmi 300 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-61/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-61/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver