Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-612/2021 28.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Quba şəhəri Y.Qasımov prospekti 5XPM yataqxanasında qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 4(003)- 361/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 01 sentyabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə 30 iyul 2021-ci il tarixdə saat 16 radələrində keçmiş qaynanası Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi 101 saylı yataqxanada yerləşən mənzilin yataq otağına qanunsuz daxil olmaqla oradakı sandığın içərisində olan şüşə bankadan 1 ədəd 500 manat dəyərində brilyant qaşlı, 6 qram olan qızıl qadın üzüynü, 1 ədəd 700 manat dəyərində briliant qaşlı 8 qram olan qızıl qadın üzüyünü, 1 ədəd 400 manat dəyərində qaşsız 8 qram olan qızıl qadın üzüyünü, 1 ədəd 600 manat dəyərində ağ qaşlı 7 qram olan qızıl qadın üzüyünu, 1 ədəd 1000 manat dəyərində ağ qaşlı 8 qram olan qızıl qadın üzüyünü, 1 ədəd 280 manat dəyərində göy qaşlı qızıl sırğanı, 1 ədəd 1500 manat dəyərində 75 qram olan qızıl trosboyunbağını, 1 ədəd 2000 manat dəyərində 80 qram olan qızıl zəncir-boyunbağını, 1 ədəd 300 manat dəyərində 6 qram olan nazik qızıl boyunbağını, 1 ədəd 3000 manat dəyərində 100 qram olan yastı qədimi qızıl boyunbağını, 1 ədəd 1500 manat dəyərində 70 qram olan adi qızıl boyunbağını və 500 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 12.280 manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, X3 ilə 2010-cu ildə nikaha daxil olmaqla ailə qurmuş, birgə nikahdan olan 9 və 10 yaşlı iki övladı ilə birlikdə Binə Südçülük sovxozu ərazisindəki yeni sahədə olan fərdi evlərində yaşamışlar. 2016-cı ildə Fəxrəndə ilə rəsmi olaraq boşanmış və ayrı yaşamışlar. Lakin 2021-ci ilin mart ayında onlar barışıb əvvəlcə qaynanası Zərərçəkmiş şəxs yaşadığı Binə qəsəbəsində 101 saylı yataqxanada yerləşən evində onunla birlikdə yaşamış, sonradan isə öz evlərinə köçmüşlər. Lakin hərdən gedib qaynanasıgildə də qalmışlar. 30 iyul 2021-ci il tarixdə qaynanası Nadya işdə olarkən, o, təxminən saat 16 radələrində Fəxrəndə ilə birlikdə onun evinə gəlmişdir. Fəxrəndə zalda taxtda oturarkən o, Nadyanın şəxsi əşyalarını saxladığı otağa girib oradakı sandığın qapağını açmış, sandığın içində şüşə bankada olan qaynanasına məxsus 1 ədəd qızıl sırğanı, 5 ədəd qızıl üzüyü, 5 ədəd qızıl boyunbağını götürüb cibinə qoyaraq sandığın qapağını örtüb otaqdan çıxmışdır. Oradan qızılları oğurlamasını Fəxrəndə bilməmişdir. Həmin gün qızıllardan 5 ədəd üzüyü, 1 ədəd boyunbağını və 1 ədəd sırğanı “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən lombarda girov qoyub oradan 1800 manat pul almış, qalan 4 ədəd qızıl boyunbağını isə Nizami rayonu ərazisində yerləşən “Laçın” universamında qızıl satılan yerə 2200 manata satmışdır. Qızıllardan əldə etdiyi pullarla bankda olan özünə məxsus telefon kreditini bağlamışdır. Bundan əlavə, yaşadğı evə 800 manata bir ədəd televizor, 350 manata bir ədəd soyuducu almış, qalan pulları da öz evinin ehtiyaclarına xərcləmişdir. 18 avqust 2021-ci il tarixdə Nadyanın qızıllarının oğurlanması barədə polisə şikayət etdiyini bilmiş, həmin gün də qızını götürüb Gəncə şəhərində yaşayan dayısı qızı Nişanəgilə getmişdir. Bir neçə gün sonra Xəzər RPİ-nin 3cü Polis Şöbəsindən polislər istifadə etdiyi telefona zəng vurub Nadyaya məxsus qızılların oğurlanması ilə bağlı onu PŞ-nə dəvət etmişlər. 01 sentyabr 2021-ci il tarixdə 3-cü PŞ-nə gələrək Nadyaya məxsus qızılları oğurladığını etiraf etmişdir. O, qaynanasının evindən pul oğurlamamış, oğurladığı qızılların yanında pul olmamışdır, həmin qızılları girov qoyarkən və ya satarkən onların özünə məxsus olduğunu bildirmiş, onları girov götürən və ya alan şəxslər oğurluq olduqlarını bilməmişlər. Onu da bildirir ki, həmin evin bir üzvü olduğu üçün Nadyaya məxsus dəyərli əşyaların, yüklərin həmin otaqda olmasını əvvəldən bilmiş, lakin qızılların sandıqda olmasını bilməmiş, otağa girdikdən sonra sandığı açıb baxdıqda orada şüşə bankanın içində qızıl-ziynət əşyaları olduğunu görüb götürmüşdür. Övladı xəstə olduğu üçün ona təcili pul lazım olmuş, oğurluq etməmişdən bir neçə gün əvvəl Nadyadan borca pul istəmiş, o isə pulunun olmadığını demişdir. Buna görə məcbur olub oğurluq etmiş, qızılları lombarda qoyub pul götürdükdən sonra gələcəkdə lombardın pulunu verib qızılları götürüb Nadyaya qaytarmaq fikri olmuş, hətta Nadyaya qızıllarını lombarddan götürüb qaytaracağını, ona bir qədər vaxt lazım olğunu demiş, lakin Nadya razılaşmamışdır. İlk dəfə törətdiyi əməldən peşman olmuş və zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş zərəri tam ödəmişdir. Hazırda Nadya xanımın ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 göstərdi ki, qızı Fəxrəndə 2010-cu ildə Təqsirləndirilən şəxs ilə evlənmiş, iki övladı olmuş, Binə qəsəbəsində Südçülük sovxozunun ərazisində yeni sahədə yerləşən fərdi evlərində yaşamışlar. Lakin 2016-cı ildə Turalla Fəxrəndə rəsmi olaraq boşandıqdan sonra Fəxrəndə uşaqları ilə birlikdə onun evində yaşamış, Tural isə başqa yerə getmişdir. 2021ci ilin mart ayında Fəxrəndə ilə Tural barışmış, bir müddət onun evində yaşadıqdan sonra isə özlərinin evlərinə köçüb orada yaşamağa davam etmişlər. 18 avqust 2021-ci il tarixdə Tural dayısından aldığı pulla kredit borclarını ödədiyini ona xəbər verərkən, o, Turalın yalan danışmasından şübhələnmiş və Turalın onun evindən nəyi isə oğuralayaraq satıb əldə etməsini güman etmişdir. Buna görə də özünün yaşadığı evin yataq otağındakı sandıqda şüşə bankanın içində saxladığı 1 ədəd brilyant qaşlı, təxminən 6 qram olan qızıl üzüyünün, 1 ədəd brilyant qaşlı 8 qram olan qızıl üzüyünün, 1 ədəd qaşsız 8 qram olan qızıl üzüyünün, 1 ədəd ağ qaşlı 7 qram olan qızıl üzüyünün, 1 ədəd ağ qaşlı 8 qram olan qızıl üzüyünün, 1 ədəd 280 manat dəyərində göy qaşlı qızıl sırğanın, 1 ədəd 1500 manat dəyərində 75 qram olan tros boyunbağının, 1 ədəd 2000 manat dəyərində 80 qram olan zəncir boyunbağının, 1 ədəd 300 manat dəyərində 6 qram olan nazik boyunbağının, 1 ədəd 3000 manat dəyərində 100 qram olan yastı qədimi boyunbağının, 1 ədəd 1500 manat dəyərində 70 qram olan adi boyunbağının və 500 manat nağd pulunun yerində olub-olmadığını yoxlayarkən onların banka ilə birlikdə yerində olmadığını görmüşdür. Əvvəlcə qızıllarını və pullaranı Turalın oğurladığını ehtimal etdiyinə görə Fəxrəndə və Turalı evinə çağırıb Turaldan bu barədə soruşmuş, lakin Tural oğurluqdan xəbəri olmadığını demişdir. Daha sonra qızıllarının və pulunun oğurlanması barədə DİN “102” Xidməti-Zəng mərkəzinə məlumat vermiş, bir qədər sonra polislər gəlmiş, müvafiq araşdırma aparılmışdır. Oğurlanmış qızıl əşyalarını bəzilərini təxminən 15-20 il bundan əvvəl aldığına görə onları neçəyə aldıqdarını xatırlamır, bəzilərinin aldığı qiymətlərini xatırlayır, ümumilikdə də oğurlanmış əşyaların qiymətləri 20.000 manat təşkil edir. Oğurlanmış qızıllarının və pulunun saxlanıldığı otaq yalnız onun özü və əri tərəfindən istifiadə edildiyinə görə oraya başqa şəxslərin girməsinə icazə verməmişlər. Həmçinin otağa işlənməyən, yeni əşyalarını da yığmış, otağın qapısı, eyni zamanda sandığın da qapağı qıfılla həmişə bağlı olmuşdur. Qızıllarının və pulunun oğurlandığını aşkar edərkən sandığın qapağının qıfılının çıxarıldığını görmüşdür. İstintaqın ilkin məhələsində oğurlanmış qızıl-ziynət əşyalarının bəzilərinin qiymətlərini dəqiq bilməmiş, lakin sonradan ailə üzvləri ilə müəyyən etmişdir ki, həmin qızıllar 1 ədəd 500 manat dəyərində brilyant qaşlı, 6 qram olan qızıl qadın üzüynü, 1 ədəd 700 manat dəyərində briliant qaşlı 8 qram olan qızıl qadın üzüyü, 1 ədəd 400 manat dəyərində qaşsız 8 qram olan qızıl qadın üzüyü, 1 ədəd 600 manat dəyərində ağ qaşlı 7 qram olan qızıl qadın üzüyü, 1 ədəd 1000 manat dəyərində ağ qaşlı 8 qram olan qızıl qadın üzüyü, 1 ədəd 280 manat dəyərində göy qaşlı qızıl sırğa, 1 ədəd 1500 manat dəyərində 75 qram olan qızıl tros-boyunbağı, 1 ədəd 2000 manat dəyərində 80 qram olan qızıl zəncir-boyunbağı, 1 ədəd 300 manat dəyərində 6 qram olan nazik qızıl boyunbağı, 1 ədəd 3000 manat dəyərində 100 qram olan yastı qədimi qızıl boyunbağı və 1 ədəd 1500 manat dəyərində 70 qram olan adi qızıl boyunbağıdan ibarət olmuş, ümumilikdə qızılların qiyməti 11.780 manat təşkil etmişdir. Bundan əlavə, bankada 500 manat nağd pulu da olmuşdur ki, baş verimş oğurluq nəticəsində ona ümumilikdə 12.280 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxs onunla barışıq əldə edərək ona dəymiş zərəri tam ödədiyindən, onun ondan heç bir şikayəti yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazaraq notarial qaydada təsdiq etdirdiyi ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Turala yüngül cəza verilməsini xahiş edir. İş materiallarına əlavə edlimiş 30 iyul 2021-ci il tarixli, 889618 saylı girov biletindən görünür ki, fiziki şəxs X2 adına olan lombarda Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə ümumi çəkisi 22,42 qram olan 5 ədəd 583 əyarlı üzüklər, çəkisi 9,77 qram olan 583 əyarlı boyunbağı və çəkisi 8,13 qram olan 585 əyarlı 1 ədəd sırğa girov qoyularaq 1800 manat məbləğində pul götürülmüşdür. Təqsirləndirilən şəxs 30 iyul 2021-ci il tarixdə Zərərçəkmiş şəxs mənzilindən oğurlayaraq X4 məxsus lombarda girov qoyduğu 5 ədəd üzük, 1 ədəd sırğa və 1 ədəd boyunbağı iş üzrə maddi sübut kimi tanınmış və qızılların göstərilən lombardın xəzinəsində saxlanılmasını, onların girov qoyulmasını təsdiq edən 889618 saylı girov biletinin isə cinayət işinə əlavə olunması nəzərə alınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 28 dekabr 2021-cı il tarixli ərizədən göründüyü kimi, Təqsirləndirilən şəxs onunla barışaraq dəymiş zərəri tam ödəmişdir, hazırda onun ondan heç bir şikayəti yoxdur, gələcəkdə də olmayacaqdır, bu səbəbdən də ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən doldurulmuş 01 dekabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etməsi faktı onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tam sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışaraq dəymiş zərəri tam ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza verilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunmasına təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli 4(003)-361/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 01 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdən 28 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə islas zalında həbsdən azad edilməli, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 24.00-dan saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - 05 ədəd üzük, 01 ədəd sırğa və 01 ədəd boyunbağının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi zərərin tam ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə baxışı zamanı 15 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdən 28 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda nömrəsiz evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 05 ədəd üzük, 01 ədəd sırğa və 01 ədəd boyunbağının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş maddi zərərin tam ödənilməsi nəzərə alınsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-612/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-612/2021
28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver