Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-613/2021 22.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Xudaverən qızının, Zərərçəkmiş şəxs2 və onun qanuni nümayəndəsi X1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Lerik rayonunun Boykəndil kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Yeni yaşayış sahəsi fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqiliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 18 avqust 2021-ci il tarixdə, saat 19:35 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sürücülük vəsiqəsi olmadan idarə etdiyi - baş etibarnamə ilə Şahid2 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes-Benz C180 minik” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu Binə qəsəbəsi Sovxoz yaşayış istiqamətindən “Mehriban Qonşular” yaşayış sahəsi istiqamətinə 50 km/saat sürətlə hərəkətdə olarkən su kanalının üzərindən keçən zaman həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğun olaraq yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə, başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən, avtomobilin idarəetməsindən yayındırmamalı, avtomomobilin hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli olduğu halda bunlara əməl etməyərək idarəetməni itirib kanalın üstündə olan betonun üzərində əyləşmiş 2005ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 və 2002-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Xudaverən qızını avtomaşının qabaq hissəsi ilə vuraraq Zərərçəkmiş şəxs2 sağlamlığının qısa müddətə pozulmasına səbəb olan təpə nahiyəsinin əzilmiş yarası, bel nahiyəsinin, sağ dizin sıyrıqları ilə nəticələnən Yüngül dərəcəli, Zərərçəkmiş şəxs1 həyatı üçün təhlükəli olan ağır hemorragik va travmatik şok (İİİ-İV dərəcə), baş-beynin yüngül dərəcəli əzilməsi, pnevmasefaliya, alın sümüyünün xətti sınığı, alının əzilmiş yarası, sol baldırın əzilmiş yarası, sağ budun orta üçdə biri səviyyəsindən cərrahi olaraq amputasiyası ilə nəticələnmiş sağ baldır sümüklərinin açıq sınıqları ilə nəticələnən Ağır dərəcəli bədən xəsarəti yetirməklə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, cinayət işinin materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, qəza törətdiyi “Mersedes” markalı **- LR-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşının dostu Şahid2 məxsus olsa da, qardaşı Şahid1 hadisədən 2-3 gün əvvəl həmin avtomobili Hadidən almışdır. Hadi avtomobili onların yaşadığı evin həyətyanı sahəsinə gətirib saxlamış, lakin Fədailin xəstəliyi ilə əlaqədar avtomaşını gedib qardaşının adına sənədləşdirməmişlər. Fədail hadisə baş verən ərəfədə “Covid-19” xəstəsi olmuşdur. 18 avqust 2021-ci il tarixdə saat 19:35 radələrində Fədailin səhhəti pisləşmiş və o, ona dərman almaqdan ötrü ondan avtomobili idarə etməsi üçün icazə aldıqdan sonra həmin avtomobili sürüb Binə qəsəbəsinə aptekə getmişdir. Onun avtomobil idarə etmək üçün ümumiyyətlə sürücülük vəsiqəsi olmamışdır. X9 qəsəbəsi istiqamətindən “Mehriban Qonşular” adlanan ərazi istiqamətində yüksək sürətlə idarə edirmiş. Yolda asfalt örtüyü olmadığından, o, su kanalının üzərində olan körpüyə yaxınlaşan zaman avtomobilin idarəetməsini itirmiş, avtomobil körpünün üstündə sol istiqamətdə sürüşüb körpünün sağ tərəfində beton arakəsmə daşın üstündə əyləşən - ilk öncədən yalnız qadın olduğunu bildiyi şəxsə çırpılmış və həmin qadın – sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 Xudaverən qızı su kanalına yıxılmışdır. Avtomobili saxlayaraq su kanalına düşüb qadını sudan çıxardarkən ona məlum olmuşdur ki, həmin qadının yanında daha iki nəfər oğlan uşağı – sonradan adlarını bildiyi Zərərçəkmiş şəxs2 və X7 olmuş, onlar da suya düşmüşlər. Qadın ayaqlarından xəsarət almışdır. Bundan sonra orada olan şəxslərlə birlikdə X15 və polisə zəng vurmuşdur. Hadisə yerinə gələn təcili tibbi yardımın köməkliyi ilə qadını xəstəxanaya aparmışlar. Lakin oğlanlar yol maşını ilə xəstəxanaya getmişlər, belə ki, onların xəsarətləri ciddi olmamışdır. Bundan sonra o, avtomaşının sahibi Hadiyə zəng vurub bu barədə məlumat vermiş və Hadi də hadisə yerinə gəlmişdir. Ehtiyatsızlıq üzündən ilk dəfə törətdiyi bu əməlindən peşman olmuş və zərərçəkmiş şəxslərlə barışaraq onlara dəymiş maddi ziyanı tamamilə ödəmişdir. Hazırda onların ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 Xudaverən qızı göstərdi ki, 18 avqust 2021-ci il tarixdə saat 19 radələrində o, qonşuları Şəmirxan və Novruz ilə birlikdə yaşadığı ərazidən keçən su kanalın üstündəki körpünün kənarında olan beton piltənin üzərində oturub söhbət edirmişlər. Bu zaman Sovxoz tərəfdən gələn avtomaşının körpünün üzərində idarəetməni itirərək onların üzərinə doğru gəldiyini görmüş, avtomaşın ona və Şəmirxana toxunmuşdur. Zərbənin təsirindən onlar kanala - suyun içinə düşmüşlər. Həmin zaman avtomaşının sürücüsü dərhal maşından düşüb ona və Şəmirxana köməklik edərək onları sudan çıxarıb X15 məlumat vermişdir. Həmin zaman əsas ayaqlarında ağrı hiss etmişdir, çünki o, betonun üzərində oturduğundan avtomobil onun ayağına çırpılmışdır. Xəstəxanada olduğu müddətdə, eləcə də müalicəsi ilə bağlı ona çəkilmiş digər xərclər sürücü – sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və o, onunla barışmışdır. Baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs2 göstərdi ki, 18 avqust 2021-ci il tarixdə saat təxminən 19:40 radələrində dostu Novruz və qəsəbədən tanıdığı Nəzrin ilə birlikdə yaşadıqları evin yaxınlığında kanalın üzərindən keçən körpüdəki betonun üstündə oturub söhbət edirmişlər. Bu zaman Binə qəsəbəsi Sovxoz istiqamətindən sürətlə gələn avtomaşın idarəetməsini itirmiş və onlara dəymişdir. Həmin anda onlar müvazinətlərini itirib kanalın içinə, yəni suya yıxılmışlar. Orada olan tanımadığı şəxslər köməklik edərək onları sudan çıxarmışlar. Həmin vaxt yol ilə keçən tanımadığı avtomaşınla onu 3 saylı KŞX-na aparmışlar. Xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra onu valideynləri ilə birlikdə evə buraxmışlar. Müalicəsi ilə bağlı ona çəkilmiş digər xərclər sürücü – sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmiş və o, onunla barışmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı onun təqsirləndirilən şəxsdən heç bir şikayəti və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 oğlu göstərdi ki, 15 avqust 2021-ci il tarixdə dostu Hadidən “Mersedes” markalı **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq pulunu tam ödəmiş və hazırda da onun əmlakıdır. Həmin avtomaşını aldığı ərəfədə o, “Covid-19” xəstəliyinə tutulduğundan, evdən çıxa bilmədiyi üçün Hadi maşını gətirərək onun yaşadığı evin həyətində saxlamış və açarı ona verərək tapşırmışdır ki, avtomaşını sənədləşdirmə aparılmayana qədər idarə etməsin. Avtomobili öz adına sənədləşdirməməsinin səbəbi isə həmin vaxt onun xəstə olması olmuşdur. 18 avqust 2021-ci il tarixdə axşam saatlarında sürücülük vəsiqəsi olmayan qardaşı Elburus ona təcili dərman almaq üçün ondan icazə aldıqdan sonra həmin maşını idarə edib Sovxoz Binə qəsəbəsi istiqamətindən “Mehriban Qonşular” adlanan ərazi istiqamətində yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib kanalın üsütündəki betona çırpılmış və nəticədə betonun üzərində olan 2 nəfər oğlan uşağı, 1 qız uşağı xəsarət alaraq kanala yıxılmışlar. O, bu günə kimi adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 bütün xəstəxana xərclərini ödəmişdir. Oğlanlar isə xəstəxanada yatmamış, ilkin tibbi yardımdan sonra evə buraxılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Fədail onun dostudur. Fədailə satdığı “Mersedes” markalı **-LR-*** dövlət qeydiyat nişanlı avtomobil baş etibarnamə ilə ona məxsus olmuş, həmin maşının pulunu tam ödəməklə təxminən 15 avqust 2021-ci il tarixdə Fədailə satmışdır. Həmin ərəfədə Fədail “Covid-19” xəstəsi olduğundan alqı-satqını rəsmiləşdirə bilməmiş, lakin avtomaşını aparıb Fədailgilin həyətində saxlamış və açarı ona təqdim edərək avtomobili qəti şəkildə sürməməsini tapşırmışdır. 18 avqust 2021-ci il tarixdə axşam saatlarında ona məlum olmuşdur ki, Fədailin qardaşı Elburus aptekə getmək üçün həmin avtomobillə Sovxoz Binə qəsəbəsi istiqamətindən Binə qəsəbəsi “Mehriban Qonşular” adlanan ərazi istiqamətində yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib kanalın üsütündəki betona çırpılmış və nəticədə betonun üzərində olan 2 nəfər oğlan uşağı, 1 qız uşağı xəsarət alaraq kanala yıxılmışlar. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 1136 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət - ağır hemorragik va travmatik şok (İİİ-İV dərəcə), baş-beynin yüngül dərəcəli əzilməsi, pnevmasefaliya, alın sümüyünün xətti sınığı, alının əzilmiş yarası, sol baldırın əzilmiş yarası, sağ budun orta üçdə biri səviyyəsindən cərrahi olaraq amputasiyası ilə nəticələnmiş sağ baldır sümüklərinin açıq sınıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı ŞKX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 18 avqust 2021ci il tarixli yol-nəqiliyyat hadisəsinə uyğun gələ bilər və həyat üçün təhlükəli olan sağlamlığa Ağır dərəcəli zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 1108 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar olunmuş xəsarətlər - təpə nahiyəsinin əzilmiş yarası, bel nahiyəsinin, sağ dizin sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun 3 saylı ŞKX-na müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən 18 avqust 2021-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 8/2345 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Mercedes- Benz C180” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Rafael oğlunun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs, avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbavcan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manatdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 15 noyabr 2021-ci il tarixli, 016-134324-1221 saylı məktubundan görünür ki, xx xxxxxx 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 11 yanvar 2021-ci il tarixədək Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan 18 avqust 2021-ci il tarixli 1/2795 nömrəli sərxoşluq vəziyyətinin tibbi muayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir sərxoşluq vəziyyəti yoxdur və ayıqdır. İş materiallarında olan ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində istiqamətləndirici əl işarələri ilə göstərərək təsdiq etmişdir. İş materiallarında olan X8 tərəfindən yazılmış ərizədən görünür ki, o, öz mülkiyyətində olmuş “Mercedes-Benz C180” markalı, **-LR-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında Şahid2 sataraq pulunu tamamilə almışdır. Həmin avtomobillə bağlı onun Şahid2 qarşı heç bir iddiası və ya digər tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Xudaverən qızı və Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş 15 dekabr 2021-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs onlara vurduğu maddi ziyanı tamamilə ödəyərək onlarla barışmışdır, buna görə də onların ondan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır, bunun nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edirlər. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 21 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi nəqiliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməsi faktı tam sübuta yetirildi. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara dəymiş maddi ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətlərinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etmələrini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100,00 (bir yüz) manat Təqsirləndirilən şəxsndan tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X4 və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 10 (on) iş saatına görə 60,00 (altmış) manat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100,00 (bir yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat və Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 60,00 (altmış) manat olmaqla cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-613/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-613/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver