Məhkəmə qərarları › İş №1(003)-615/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-615/2024

19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-615/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinun, Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi işlə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 22 radələrində kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən evdə qohumu Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində yumruqla sonuncunun sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona sol gözün bayır bucağının qansızması, sol üst göz qapağının, burunun qançırları kimi qəsdən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər, üst dodağın əzilmiş yarası qəsdən sağlamlığa yüngül dərəcəli zǝrǝrvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı qızı Aytacın həyat yoldaşıdır. xx.xx.2024-cü il tarixdə, saat təxminən 22 radələrində kirayə yaşadığı ünvan 2 ünvanında yerləşən evdə Zərərçəkmiş şəxs ilə bir qədər spirtli içki qəbul etdiyini bildirmişdir. Bu vaxt aralarında mübahisə düşmüş, Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etdiyini bildirmişdir. O. da bundan əsəbləşərək kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən evdə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs kirayə yaşadığı evdə yumruqla sifət nahiyəsindən bir neçə dəfə qəsdən vurub xəsarət yetirən zaman evdə həyat yoldaşı Mahmudova Anastasiya və qardaşı qızı Rzaveva Aytae olsalar da, onlar digər otaqda olduqları üçün hadisənin şahidi olmamışlar. O, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onun ünvanına nalayiq söyüşlər söyüb təhqir etdiyi üçün aralarında baş vermiş mübahisə zəminində yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 3 il müddət olar ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşı Aytacın əmisidir. Təqsirləndirilən şəxs ilə birgə Bakı şəhərin müxtəlif yerlərində usta işlədiyini bildirmişdir. xx.xx.2024-cü il tarix saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs ilə birgə onun kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən evdə bir qədər spirtli içki qəbul etdiklərini bildirmişdir. Bu vaxt aralarında mübahisə düşmüş, onlar bir-birinin ünvanına nalayiq söyüşlər söyərək təhqir etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 4 ünvanında yerləşən evində yumruqla onun sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Sonra o döyülərək xəsarət almağı barədə DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs onu kirayə yaşadığı evdə yumruqla sifət nahiyəsindən bir neçə dəfə qəsdən vurub xəsarət yetirən zaman evdə qardaşı qızı Rzayeva Aytac və həyal yoldaşı Mahmudova Anastasiva olsalar da, onlar digər otaqda olduqiarı. üçün hadisənin şahidi olmamışlar. Təqsirləndirilən şəxs onu spirtli qəbul edən zaman aralarında baş vermiş mübahisə zəminində yumruqla onun sifət n Şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 12 iyun 2024-cü il tarixli, 615 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər -- sol gözün bayır bucağının qansızması, sol üst göz qapağının, burunun qançırları, üst dodağının əzilmiş yarası, küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarada göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol gözün bayır bucağının qansızması, sol üst göz qapağının, burunun qançırları sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilmir; üst dodağının əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb sağlamlığa qısa müddətə pozulmasına səbə olan yüngül dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnaməyə əsasən xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar