Məhkəmə qərarları › İş №1(003)-618/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-618/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-618/2021 28.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şükürlü Murad Şahin oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və Akhmedov Azadın, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxx 1984-cü il tarixdə Astara rayonunun Pensər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Astara rayonunun Telman kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-390/2021 saylı 28 sentyabr 2021-cı il tarixli qərarı ilə barəsində həbsqətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 26 sentyabr 2021-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və 2) 02 dekabr 1990-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Naxçıvan Muxtar Respublikası Şərur rayonu Şəhriyar kəndində qeydiyyatda olan, Abşeron rayonu Mehdiabad qəsəbəsi nömrəsiz fərdi evdə yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-374/2021 saylı 13 sentyabr 2021-cı il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 12 sentyabr 2021-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 19 aprel 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Neftçilər küçəsi 166-da yerləşən evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin həyətində olan nərdivan vasitəsilə evin damına çıxaraq tavanı ayağı ilə sındırmaqla həmin evə daxil olmuş və oradan 1250 manat və 750 manat dəyərində iki komplekt qızılı, ümumi dəyəri 700 manat olan 02 ədəd üzüyü, 300 manat dəyərində bir cüt qızıl sırğanı və 300 manat nağd pulu gizli yolla talamaqla zərərçəkmişə 3300 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 13 may 2021ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin pəncərəsini açmaqla evə daxil olaraq oradan 01 ədəd 400 manat dəyərində kişi üzüyünü, 01 ədəd 1500 manat dəyərində qızıl boyunbağını, 01 ədəd 200 manat dəyərində qızıl klonu, hər birinin qiyməti 400 manat olmaqla ümumi dəyəri 800 manat olan 02 ədəd qızıl qadın üzüyünü və 250 manat nağd pulu gizli yolla talamaqla zərərçəkmişə 3150 manat maddi ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özgə əmlakını gizli yolla talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək 04 iyul 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zağulba küçəsi döngə 9-da yerləşən nömrəsiz fərdi evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra buraç vasitəsilə evin pəncərəsini açmaqla evə daxil olub yataq otağında paltar şkafında olan 01 ədəd 1300 manat dəyərində brilyant qaşlı qızıl üzüyü, hər birinin dəyəri 900 manat olmaqla ümumi dəyəri 3600 manat olan 04 ədəd brilyant qaşlı qızıl üzüyü, 01 ədəd dəyəri 2100 manat olan qızıl boyunbağını, 01 ədəd dəyəri 80 manat olan, 0,55 qram çəkidə, 583 əyar arpa dənəciyi formasında qızıl nişanı, 01 cüt dəyəri 200 manat olan uşaq sırğasını, 01 ədəd 30 manat dəyərində gümüş qol saatını, 01 qutu 80 manat dəyərində “Narkotik” adlı qadın ətirini, həmin şkafda olan pul qabının içərisində 523 manat məbləğində nağd pulu, dəmir əskinaslardan ibarət 4 manat məbləğində nağd pulu, həmin şkafda dəsmalların altından isə 200 manat məbləğində nağd pulu, evin mətbəxində soyuducuda olan 40 manat dəyərində 4 kq dana ətini, 50 manat dəyərində 3 kq nehrə yağını gizli yolla talamaqla zərərçəkmişə 8207 manat, yəni xeyli miqdarda zərər vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 11 avqust 2021-ci il tarixdə saat 09:30 radələrində Zərərçəkmiş şəxs4 məxsus Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən fərdi evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin pəncərəsini açmaqla evə daxil olmuş və evin mətbəxində şkafın içindən 200 manat dəyərində 01 ədəd qızıl bilərziyi, 180 manat dəyərində 01 ədəd qızıl boyunbağını, 2000 manat dəyərində 01 ədəd qızıl saatı, ümumi dəyəri 1830 manat olan 03 ədəd qızıl üzüyü, ümumi dəyəri 800 manat olan 02 cüt qızıl sırğanı oğurlamaqla zərərçəkmişə 5010 manat məbləğində, yəni xeyli miqdarda zərər vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə Axmedov Azada məxsus Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin həyətinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra evin pəncərəsini özü ilə apardığı buraç vasitəsilə açaraq evə daxil olub evin yataq otağında olan şkafdan 7100 manat pulu gizli yolla talamaqla zərərçəkmişə xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə özgə əmlakını gizli yolla talamaq məqsədilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayətkar əlaqəyə girərək 04 iyul 2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Zağulba küçəsi döngə 9-da yerləşən nömrəsiz fərdi evin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olduqdan sonra buraç vasitəsilə evin pəncərəsini açmaqla evə daxil olub yataq otağında paltar şkafında olan 01 ədəd 1300 manat dəyərində brilyant qaşlı qızıl üzüyü, hər birinin dəyəri 900 manat olmaqla ümumi dəyəri 3600 manat olan 04 ədəd brilyant qaşlı qızıl üzüyü, 01 ədəd dəyəri 2100 manat olan qızıl boyunbağını, 01 ədəd dəyəri 80 manat olan, 0,55 qram çəkidə, 583 əyar arpa dənəciyi formasında qızıl nişanı, 01 cüt dəyəri 200 manat olan uşaq sırğasını, 01 ədəd 30 manat dəyərində gümüş qol saatını, 01 qutu 80 manat dəyərində “Narkotik” adlı qadın ətirini, həmin şkafda olan pul qabının içərisində 523 manat məbləğində nağd pulu, dəmir əskinaslardan ibarət 4 manat məbləğində nağd pulu, həmin şkafda dəsmalların altından isə 200 manat məbləğində nağd pulu, evin mətbəxində soyuducuda olan 40 manat dəyərində 4 kq dana ətini, 50 manat dəyərində 3 kq nehrə yağını gizli yolla talamaqla zərəçəkmişə 8207 manat, yəni xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxlərin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 5-6 aydan çoxdur ki, oğurluqla məşğul olur, Şahid1 ilə isə təxminən iki ildir ki, tanışdır. Birlikdə Bakı şəhərinin müxtəlif yerlərində, sonuncu dəfə isə Binə qəsəbəsində yerləşən “085” adlı marketin yaxınlığında yerləşən nömrəsiz fərdi evdə birlikdə yaşamışlar. Onunla münasibətləri həmişə yaxşı olmuşdur, Könül onun oğurluqla məşğul olmağından xəbərsiz olmuş və onu çox sevdiyindən, hər dediyi sözə səmimi olaraq inanmışdır. O, Könülə qızıl-zinət əşyalarının alışı və satışı ilə məşğul olduğunu demişdir. Könül hərdən ondan şübhələnib onun bu qədər qızılı haradan aldığını soruşduqda, o, ona inandırıcı cavablar verərək şübhəsindən yayınıb onu özünə inandırmışdır. Əvvəllər ev təmiri ilə məşğul olmuşdur, bu səbəbdən də evlərdən oğurluq etmək, həmin evlərə hardan necə girmək lazım olduğunu çox yaxşı müəyyən edə bilir, həmçinin çevik və fiziki cəhətdən sağlam olmağı qeyd edilən əməlləri icra etməsində müsbət rol oynayır. 19 aprel 2021-ci il tarixdə saat 23 radələrində Buzovna qəsəbəsində Neftçilər məhəlləsi adlanan ərazidə yerləşən bir evin yaxınlığında olarkən həmin evdən bir neçə şəxsin tələm-tələsik çıxdığını görmüş, onların evə gec qayıdacaqlarını fikirləşmişdir. Ətrafa baxıb heç kimin olmadığını gördükdən sonra hasardan evin həyətinə daxil olmuşdur. Həyətdə olan nərdivanı evin divarına söykəyib damdakı kiçik ağ qapıdan daxil olmaqla dama çıxmış, tavana ayağı ilə zərbələr endirərək sındırmış və oradan evə daxil olmuşdur. Bundan sonra evi axtarmağa başlamış, yataq otağından ağ rəngli komplekt brilyant, komplekt sırğa-boyunbağı, 2 ədəd üzük, 1 cüt sırğa və 300 manat pulu götürmüşdür. Bundan sonra ayağının altına stol qoyaraq tavandan açdığı yerdən yuxarı qalxmış və evi tərk edərək getmişdir. Oğurladığı qızıl-zinət əşyalarını “Aytac” deyə səslədiyi Könül ilə birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən qızıl mağazasına 1200 manata satmış, həmin pulu və evdən oğurladığı pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 13 may 2021-ci ildə saat 17 radələrində Binə qəsəbəsi Atçılıq massivində yerləşən fərdi yaşayış evinin yaxınlığında bir qədər müşahidə aparıb onu görən heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaq yolu ilə həyətə daxil olmuşdur. Daha sonra evin pəncərəsini açmaq yolu ilə evə girərək otaqları gəzib axtarmağa başlamış və oradan 03 ədəd üzük, 01 ədəd qızıl boyunbağı və 250 manat pulu götürərək oranı daxil olduğu üsulla tərk edərək getmişdir. Həmin evdən oğurladığı qızılların bir hissəsini Könül ilə birlikdə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən qızıl mağazasına 700 manata satmış, oradan bir ədəd üzüyü daha sonra satmaq üçün özündə saxlamışdır. Bir müddət sonra həmin üzüyü Könülə satması üçün vermiş, Könül onu Binə qəsəbəsində yerləşən mağazaya 130 manata sataraq pulunu ona vermişdir. Bundan başqa, 04 iyul 2021-ci il tarixdə saat 20 radələrində Buzovna qəsəbəsində gəzişərkən evlərin birindən bir şəxsin ailə üzvləri ilə birlikdə evi tərk edib getdiyini görmüşdür. Bundan sonra ətrafa baxıb onu görən heç kimin olmadığını görüb həmin evin həyətinə hasardan aşaraq daxil olmuş, buraç vasitəsilə pəncərəni açıb evə daxil olmuşdur. Evi axtarmağa başlamış, yataq otağındakı paltar şkafında olan 05 ədəd üzüyü, 01 ədəd qızıl boyunbağını, 01 ədəd arpa dənəciyi formasında nişanı, 01 cüt uşaq sırğasını, 01 ədəd gümüş qol saatını, 01 qutu “Narkotik” adlı qadın ətirini, həmin şkafın içindəki 700 manat pulu və miqdarı ona məlum olmayan qəpikləri, soyuducudan isə dana ətini və yağı götürərək həmin evi tərk etmişdir. Bundan sonra Buzovna qəsəbəsində yerləşən evinə gedərək əti və yağı evdə istifadə etməsi üçün Könülə vermiş, arpa dənəciyi formasında nişanı isə qızıla bənzətmədiyi üçün satmamış və özündə saxlamışdır. Həmin nişanı istintaqa təqdim etmiş, oradan oğurladığı digər qızılları isə növbəti gün Könül ilə birlikdə “Memar Əcəmi” metrostansiyasında yerləşən qızıl mağazasına təxminən 2000 manata sataraq həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa, o, 11 avqust 2021-ci il tarixdə saat 09:30 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən bir evin həyətinə evin arxa tərəfindən daxil olmuş, daha sonra evin arxa pəncərəsindən içəri daxil olaraq evə baxış keçirmiş və mətbəxdəki şkafın içindən qızıl bilərzik, qızıl boyunbağı, qızıl saat, 03 ədəd üzük, 02 cüt qızıl sırğanı oğurlamış və həmin üsulla həmin evi tərk edib Binə qəsəbəsində yaşadığı evə getmiş, daha sonra Könül ilə birlikdə həmin əşyaları aparıb “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən qızıl dükanına 2300 manata satmış, oradan oğurladığı bir ədəd boyunbağını isə daha sonra satmaq üçün özündə saxlamışdır. Həmin boyunbağını daha sonra Könülə vermiş, Könül də onu Binə qəsəbəsində yerləşən qızıl mağazasına sataraq pulunu ona vermişdir. Bundan başqa, o, 17 sentyabr 2021-ci il tarixdə saat 17 radələrində Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən bir evin həyətinə ətrafda heç kimin olmadığını gördükdən sonra hasardan aşmaqla daxil olmuş, daha sonra pəncərəni özü ilə apardığı buraç vasitəsilə açaraq evə girmişdir. Evi axtarmış, lakin heç nə tapa bilməmişdir. Onu da qeyd edir ki, ibtidai istintaq zamanı vermiş olduğu əvvəlki ifadəsində Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evindən (Zərərçəkmiş şəxs3 məxsus ev) Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurluq etdiyini bildirmiş, buna səbəb isə onun oğurluq etməyi ilə bağlı polisə İsmayılın xəbər verməsini düşünməsi olmuşdur. İsmayıla acıqlandığı üçün onun adını çəkmişdir. Həmin evin pəncərəsindən götürülən əl-barmaq izləri İsmayıla məxsus olsa da, bir daha bildirir ki, oradan oğurluğu İsmayıl ilə birlikdə deyil, tək etmişdir. Oğurladığı qızıl-zinət əşyalarını “Memar Əcəmi” metrostansiyasının yaxınlığında mağazası olan Şahid4 satarkən onların oğurluq olduğunu deməmiş, Ceyhun həmin əşyaların oğurluq olduğunu bilməmişdir. İsmayıl ilə birlikdə oğurluq etmədiyi, oğurluqların hamısını tək etdiyi üçün özünü qismən təqsirli bilir. İlk dəfə törətdiyi əməllərdən peşmançılıq çəkir, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərin hamısına dəymiş ziyanı ödəyə və onlarla barışıq əldə edə bilməmiş, yalnız Azad Akhmedova dəymiş ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, 04 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evindən oğurluğu tanışı Təqsirləndirilən şəxs1la birlikdə deyil, özü tək etmişdir. Belə ki, 04 iyul 2021-ci il tarixdə saat 20 radələrində həmin ərazidə olarkən uzaqdan bir şəxsin ailə üzvləri ilə birlikdə yaşadıqları ünvanı tərk edərək getdiklərini görmüş, bu zaman həmin evdən oğurluq etmək fikrinə düşmüşdür. Bir qədər ətrafa göz gəzdirib ətrafda heç kimin olmadığını gördükdən sonra hasardan atlamaq yolu ilə həmin evin həyətyanı sahəsinə daxil olmuş, daha sonra buraçla özünə xas üsullarla həmin evin pəncərəsini açaraq evə daxil olmuş, bundan sonra evə baxış keçirib dəyərli əşyalar axtarmağa başlamışdır. Evin yataq otağında paltar şkafında olan 05 ədəd qızıl üzüyü, 01 ədəd qızıl boyunbağını, 01 ədəd arpa dənəciyi formasında qızıl nişanı, 01 cüt uşaq sırğasını, 01 ədəd gümüş qol saatını, 01 qutu “Narkotik” adlı qadın ətirini, həmin şkafda olan pul qabının işərisindən təxminən 500 manat olan kağız pulları, bundan başqa, miqdarı ona məlum olmayan qəpikləri, həmin şkafda dəsmalların altında isə 200 manat nağd pulu, evin mətbəxində soyuducuda olan dana ətini, yağı özü ilə götürərək həmin ünvanı tərk etmişdir. Pulları və qəpikləri üzərində saxlamış, ət və yağı yolda tanımadığı dilənçi görünümlü bir şəxsə vermiş, qızıl-zinyət əşyalarını isə 8-ci km-də yerləşən bazarda tanımadığı bir şəxsə özünə məxsus olduğunu bildirib 2000 manata satmış və əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Ona təqdim edilmiş 01 ədəd arpa dənəciyi formasında nişana baxış keçirmiş, həmin nişan ona tanış gəlməmişdir. Həmin evdən oğurladığı bütün qızıl-zinyət əşyalarını satmışdır. Bir daha bildirir ki, o, həmin oğurluğu tək etmişdir, Ramizin bundan xəbəri olmamışdır. Ramizin 01 ədəd arpa dənəciyi formasındakı qızıl nişanı istintaqa təqdim edərək həmin nişanı Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evindən onunla birlikdə oğurlamasını, lakin həmin əşyanı qızıla oxşatmadığı üçün satmamasını bildirməsinin səbəbini bilmir. Törətdiyi əməli etiraf edir və peşmançılıq çəkir, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyə və onunla barışıq əldə edə bilməmişdir. Bunun nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, 19 aprel 2021-ci il tarixdə saat 23 radələrində ona qaynanasının evinin yanması ilə bağlı məlumat vermişlər. Bu xəbərdən sonra o, arvadı Aybəniz və oğlu Zaur ilə birlikdə çıxıb qaynanasıgilə getmişlər. 20 aprel 2021-ci il tarixdə saat 00:30 radələrində evə qayıtmış, evə daxil olan zaman evin əşyalarının dağınıq vəziyyətdə olduğunu görmüşlər. Oğlu Zaurun otağına daxil olan zaman otağın tavanının dağılmış vəziyyətdə olduğunu görmüşlər, həmin otağın paltar dolabı və onun yataq otağı da dağılmış vəziyyətdə olmuşdur. Evə nəzər yetirdikdə ona məxsus 3000 manat dəyərində qızıl əşyalarının - 01 komplekt 1250 manat dəyərində qızıl əşyanın, 01 komplekt 750 manat dəyərində qızıl əşyanın, 400 manat dəyərində 01 ədəd qadın üzüyünün, 01 ədəd 300 manat dəyərində qızıl üzüyün, 01 cüt 300 manat dəyərində qızıl sırğanın və 300 manat nağd pulun oğurlandığını aşkar etmiş və bu barədə Xəzər RPİ 2-ci Polis şöbəsinə məlumat vermişdir. Oğurluq nəticəsində ona 3300 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxslərdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxslərə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, özü və atası ustalıq fəaliyyəti ilə məşğul olub ailələrini dolandırırlar. 13 may 2021-ci il tarixdə saat 08 radələrində işləri ilə əlaqədar atası ilə birlikdə evdən çıxıb getmişlər. Daha sonra saat 11 radələrində anası Zəminə də əmisigildə olan qonaqlıqla əlaqədar evi tərk edib getmiş, beləliklə, evdə heç kim olmamışdır. Həmin gün saat 18 radələrində anası Zəminə ona zəng edərək evə qayıdan zaman evinin pəncərəsinin açıq olduğunu, evə baxdıqda isə otaqların dağınıq olduğunu ona bildirmişdir. Bundan sonra o, atası ilə birlikdə evə qayıtmışdır. Evə birlikdə baxış keçirən zaman məlum olmuşdur ki, ona məxsus 01 ədəd 400 manat dəyərində kişi üzüyü, 01 ədəd 1500 manat dəyərində qızıl boyunbağı, 200 manat dəyərində 01 ədəd qızıl klon, hər birinin qiyməti 400 manat olmaqla ümumi dəyəri 800 manat olan 02 ədəd qızıl qadın üzüyü və 250 manat pul oğurlanmışdır. Oğurluq nəticəsində ona 3150 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxslərdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxslərə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, 04 iyul 2021-ci il tarixdə saat 19:30 radələrində atasının ad günü ilə əlaqədar ailə üzvləri ilə birlikdə yaşadığı Buzovna qəsəbəsi Zağulba küçəsi döngə 9-da yerləşən nömrəsiz fərdi yaşayış evini tərk edərək atasıgilə getmişlər. Həmin gün saat 22:40 radələrində evə qayıdan zaman evin dağınıq, iki pəncərəsinin isə açıq olduğunu görmüşdür. Evə baxış keçirərkən yataq otağındakı paltar şkafında olan 01 ədəd 1300 manat dəyərində brilyant qaşlı qızıl üzüyün, hər birinin dəyəri 900 manat, ümumi dəyəri 3600 manat olan 04 ədəd brilyant qaşlı qızıl üzüyün, 01 ədəd dəyəri 2100 manat olan qızıl boyunbağının, 01 ədəd dəyəri 150 manat olan arpa dənəciyi formasında qızıl nişanın, 01 cüt dəyəri 200 manat olan uşaq sırğasının, 01 ədəd 30 manat dəyərində gümüş qol saatının, 01 qutu 80 manat dəyərində “Narkotik” adlı qadın ətirinin, həmin şkafda olan pul qabının işərisindən 523 manat kağız pulun, 4 manatlıq dəmir pulunqəpiyin, həmin şkafda dəsmalların altında isə 200 manat nağd pulun, mətbəxindəki soyuducuda olan 40 manat dəyərində 4 kq dana ətinin, 50 manat dəyərində 3 kq nehrə yağının olmadığını müəyyən etmişdir. Evdən oğurluq edildiyi ona aydın olduğu üçün DİN “102” xidmətinə bu barədə məlumat vermişdir. İlkin ərizəsində ona məxsus “Samsung J2” markalı telefonun da oğurlandığını bildirmiş, lakin sonra evə baxış keçirərkən həmin telefonun evdəki sobanın içərisində olduğunu görmüşdür. Oğurluq nəticəsində ona 8277 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxslərdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxslərə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs4 göstərdi ki, 11 avqust 2021-ci il tarixdə qonşuluqda yaşayan qaynı X2 evindən elektrik naqillərinin oğurlanması ilə bağlı Xəzər RPİ-nin 3-cü PB-də olmuşdur. Həmin gün saat 11 radələrində həyat yoldaşı Türkan zəng edərək evdə ona məxsus olan qızıl-zinyət əşyalarının yerində olmadığını bildirmişdir. O, bu zəngdən sonra evə getmiş, evə baxış keçirən zaman mətbəxdə yerləşən şkafın içindəki stəkanın içinə qoyulmuş 01 ədəd 200 manat dəyərində qızıl bilərziyin, 01 ədəd 180 manat dəyərində qızıl boyunbağının (sepin), 01 ədəd 2000 manat dəyərində qızıl saatın, 130 manat, 500 manat və 1200 manat dəyərləri olan 03 ədəd qızıl üzüyün, hər birinin qiyməti 400 manat olmaqla ümumilikdə 800 manat dəyəri olan 02 cüt qızıl sırğanın oğurlandığı onlara aydın olmuşdur. Daha sonra o, bu barədə polisə məlumat vermişdir. Oğurluq nəticəsində ona 5010 manat maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir, buna görə də o, təqsirləndirilən şəxslərdən şikayətçidir, dəymiş ziyanın ödənilməsinin təmin olunmasını və təqsirləndirilən şəxslərə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Akhmedov Azad göstərdi ki, o, taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. 17 sentyabr 2021-ci il tarixdə həyat yoldaşı Gülnarə ona zəng edərək bildirmişdir ki, kimsə yaşadıqları Bakı şəhəri Xəzər rayonu Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi evin pəncərəsini açmaqla evə daxil olmuş və yataq otağındakı dolabdan ona məxsus 7100 manat nağd pulu oğurlamışdır. O, evə baxış keçirən zaman yatağın və dolabın dağınıq olduğunu görmüşdür. Gülnarə ona bildirmişdir ki, həmin gün saat 16 radələrində evi tərk etmiş, saat 18 radələrində geri qaydan zaman bu halla rastlaşmışdır, yəni oğurluq iki saat aralığında baş vermişdir. Oğurluq nəticəsində ona 7100 manat maddi ziyan dəymişdir. Həmin ziyan tamamilə ödənilmişdir, buna görə də o, təqsirləndirilən şəxslərlə barışmışdır, onlardan heç bir şikayəti və ya digər tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə sevgi münasibəti olmuş, onunla təxminən 2 il Bakı şəhərinin müxtəlif ünvanlarında kirayə evlərdə yaşamışdır. Son vaxtlar isə Binə qəsəbəsindəki “085” adlı marketin arxasında yerləşən evdə yaşamışlar. Ramiz mütəmadi olaraq gecələr gec vaxtlarda evdən çıxır, səhərə yaxın hərdən əlində hardan aldığı ona məlum olmayan qızıl-zinyət əşyaları və digər məişət əşyaları ilə gəlirmiş. Ondan bunun nə olduğunu soruşduqda Ramiz köhnə əşyaların və qızılın alış-verişi ilə məşğul olduğunu bildirirmiş. O, Ramizlə dəfələrlə “Memar Əcəmi” metrostansiyasının yaxınlığında yerləşən qızıl mağazasına müxtəlif növ qızıllar satmışlar. Bundan başqa, Ramiz bir neçə dəfə ona qızılzinyət əşyaları verərək onları öz adından satmağı ondan xahiş etmişdir. Buna görə də o, Ramizin ona verdiyi qızıldan 01 ədəd qızıl üzüyü və 01 ədəd qızıl boyunbağını Binə qəsəbəsində yerləşən iki fərqli qızıl dükanına satmışdır. Ramizin həmin əşyaları oğurluq yolu ilə əldə etdiyini bilməmişdir, əgər bilsəydi, bu barədə polisə məlumat verərdi. Ramiz bir neçə dəfə Təqsirləndirilən şəxs2 adlı çox yaxın dostu ilə evə gəlmiş, onların üzərində müxtəlif növ qızıl-zinyət əşyaları olmuşdur. O, qızıl-zinyət əşyaları barədə onlardan soruşduqda onlar həmin qızıl-zinyət əşyalarını aldıqlarını və daha sərfəli qiymətlərə satacaqlarını bildirmişlər. Onlar bir dəfə gecə vaxtı evə qızıl-zinət əşyaları ilə birlikdə ət və yağ da gətirmişlər. O, Ramizdən gecə vaxtı bu əti və yağı hardan aldığını soruşduqda Ramiz ona zarafatla ov əti olduğunu demiş, bundan sonra İsmayılla bir-birinə baxıb gülüşmüşlər. Ramiz adətən evə ət almadığından gecə vaxtı ət almağı ona təəccüblü gəlmişdir. Hətta onların onun telefonunda çəkdiyi şəkilləri də vardır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid4 göstərdi ki, 2021-ci ilin avqust ayından sentyabr ayının 20-dək olan müddət ərzində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsi 3005-ci məhəllədə yerləşən "Brend zərgərlik" mağazasında satıcı kimi çalışmışdır. Bu müddət ərzində onun oradakı vəzifəsi qızıl alışı və satışı olmuşdur. Burada müştərilərin təqdim etdiyi qızılları bazar qiymətinə uyğun alıb digər şəxslərə satır. Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, Ramiz yanında Könül adlı bir qadınla birlikdə təxminən 3 dəfə ona müxtəlif qiymətlərə qızıl-zinyət əşyaları satmışlar. Bunların müqabilində o, onlara hər dəfə müxtəlif məbləğlərdə pullar ödəmişdir. Bundan sonra həmin qızılları vitrinə qoyub digər tanımadığı şəxslərə satmışdır. Ramiz sonuncu dəfə ona təxminən 1300 manatlıq qızıl-zinyət əşyaları satmışdır. Onlardan qızıl-zinyət əşyaları aldıqda onların qeydiyyatını aparmışdır. Ramizin ona satdığı əşyaların oğurluq olduğunu bilməmişdir, Ramizdən bu barədə soruşduqda qızılların özünə və yoldaşına aid olduğunu, satmaq üçün gətirdiyini bildirmişdir. O, həmin qızılların bəzilərini daha sonra aldığı formada digər müştərilərə satmış, bəzilərini isə olduğu formada satmaq sərfəli olmadığı üçün əridib lom kimi satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Binə qəsəbəsində yerləşən “ Qızıl-Gümüş satışı” mağazası ona məxsusdur, burada qızıl və gümüşün alışı və satışı ilə məşğul olurlar. Qızılı müxtəlif ümumi satış yerlərindən, bəzən isə əldən alır. Ona məxsus mağazanın alış kitabçasını nəzərdən keçirdikdə məlum olmuşdur ki, Şahid1 18 iyul 2021-ci il tarixdə 2.7 qr 583 əyarlı qızıl üzüyü 130 manata onun mağazasına satmışdır. Könül bu qızılı mağazaya satarkən qızılın özünə məxsus olduğunu bildirmiş və şəxsiyyət vəsiqəsinin surətinin üzərində də öz əl yazması ilə özünə məxsus olduğunu bildirmişdir. O, həmin qızılı öz mağazasında əridib daha sonra sifariş əsasında yenidən emal edib satmışdır. 583 əyarlı qızılın cari il üçün orta bazar qiyməti təxminən 53-54 manat olmuşdur. O, həmin qızılı normal alış qiymətinə almışdır. Hadisənin üstündən vaxt keçdiyinə görə Şahid1 qızıl satmağa gələrkən yanında kiminsə olmağını xatırlamır, videomüşahidə kameralarının yaddaşı bir aylıq olduğundan, həmin görüntülər silinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Binə qəsəbəsində yerləşən “Qızıl və Gümüş” mağazası ona məxsusdur, burada qızıl və gümüşün alışı və satışı ilə məşğul olur. Qızılı müxtəlif ümumi satış yerlərindən, bəzən isə əldən alır. Ona məxsus mağazanın alış kitabçasını nəzərdən keçirdikdə müəyyən etmişdir ki, Şahid1 dəqiq məlum olmayan vaxtda 585 əyarda 2,6 qram çəkidə olan 01 ədəd sepi 135 manata onun mağazasına satmışdır. Könül şəxsiyyət vəsiqəsinin altına bu satışla bağlı öz əl yazması ilə qeyd aparmış və sepin özünə məxus olduğunu bildirmişdir. O, həmin qızılı daha sonra əridib sifariş əsasında yenidən emal edib satmışdır. Bu hadisənin üstündən vaxt keçdiyinə görə Könülün yanında kiminsə olmasını xatırlamır, videomüşahidə kameralarının yaddaşı isə bir aylıq olduğu üçün, həmin görüntülər silinmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarından görünür ki, Şahid1 və təqsirləndirilən şəxs Səfərov Ramiz Elxan oğlu arasında keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı onlar istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə qarşı demişlər. İş materiallarından görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar bir–birlərini tanıyaraq ifadələrini bir-birinin üzünə qarşı demişlər. İş materiallarından görünür ki, Şahid1 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı onlar bir-birini tanımışlar, üzləşdirmə zamanı Şahid1 Təqsirləndirilən şəxs1la birlikdə Şahid4 təxminən 3 dəfə qızıl-zinyət əşyaları satdıqlarını, həmin əşyaların oğurluq olması barədə onun kimi Şahid4 də məlumatı olmadığını, Ramizin həmin əşyaların bəzilərinin özünə, bəzilərinin isə yoldaşı kimi təqdim etdiyi ona (Könülə) aid olduğunu bildirmişdir. İş materiallarında olan könüllü təqdim edilən əşyanın götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 ədəd arpa dənəciyi formasındakı nişanı təqdim edərək bildirmişdir ki, həmin əşyanı 04 iyul 2021-ci il tarixdə saat 20 radələrində Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evindən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışdır. O, bildirmişdir ki, oradan oğruladığı digər əşyaları satmışdır, təqdim etdiyi əşyanın qızıl olduğunu bilmədiyi üçün saxlamışdır. İş materiallarında olan telefonun daxili yaddaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1 özünə məxus “Samsung” markalı mobil telefonun daxili yaddaşında olan şəkilləri göstərərək həmin şəkillərin Ramizlə birlikdə yaşadığı Buzovna qəsəbəsində yerləşən evdə çəkildiyini və həmin şəkillərdə olan şəxləri əli ilə göstərək onların Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişdir. İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd arpa dənəciyi formasındakı nişana baxaraq, onun fərdi və digər xüsusiyyətlərini tədiqiq edərək bildirmişdir ki, bu nişan 04 iyul 2021-ci il tarixdə yaşadığı Buzovna qəsəbəsi Zağulba küçəsi döngə 9-da yerləşən evindən oğurlanmış 01 ədəd arpa dənəciyi formasındakı qızıl nişandır. İş materiallarında olan sənədin götürülməsi və sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Əliyev X1 Ramiz Elxan oğlundan aldığı qızıllar barədə qeydlər aparmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin 09 iyul 2021-ci il tarixli 011-6506-1221 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, 04 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu yeni sahədə yaşayan Zərərçəkmiş şəxs3 evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədəd əl barmaq izi 12 yanvar 1990-cı il təvəllüdlü Naxçıvan MR-in Şərur rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs2 sağ əlinin ovucunun əksi ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-daktiloskopik ekspertizasının 23 noyabr 2021-ci il tarixli 21/666R nömrəli rəyi ilə müəyyən edilmişdir:

1. 04 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi yeni sahədə Zərərçəkmiş şəxs3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 10 ədəd yapışqan lent kəsikləri üzərində olan əl izlərində 04 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 daktiloskopik xəritələri müqayisəli tədqiqat üçün yararlıdır.

3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərində 02 ədədi xx xxxxxx 1990-cı il tarixdə Naxçıvan MR-də anadan olmuş Təqsirləndirilən şəxs2 sağ əlinin ovuc (2 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir.

4. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd ovuc izi DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin, o cümlədən Təqsirləndirilən şəxs2 ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, cinayət işi üzrə sübut əhəmiyyətli olduğu üçün götürülmüş 01 ədəd arpa dənəciyi formasında olan nişanın çəkisi 0,55 qramdır, qızıldır, 583 əyardır və 04.07.2021-ci il tarixə uyğun orta bazar qiyməti 80 manatdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 ərizə ilə müraciət edərək 01 ədəd arpa dənəciyi formasındakı qızıl nişanla bağlı mütəxəssis rəyi ilə tanış olduğunu və ittihamın həmin rəyə uyğun verilməsinə heç bir etirazı olmadığını bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 təqdim etdiyi Zərərçəkmiş şəxs3 evindən oğurlanmış 01 ədəd arpa dənəciyi formasında olan qızıl nişan maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs3 təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş və zərərçəkmiş şəxs Akhmedov Azad tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş 28 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayəti, tələbi yoxdur və gələcəkdə də olmayacaqdır, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 28 oktyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 25 may 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 11 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 (üç) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 11 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 fevral 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgə əmlakını gizli olaraq talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayətini törətməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə törətdiyi əməlləri qismən etiraf edərək peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 26 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli qismən etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 12 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – 01 ədəd arpa dənəciyi formasındakı qızıl nişanın Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxs Azad Akhmedova dəymiş ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 240,00 (iki yüz qırx) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 40 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 240,00 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 26 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 12 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – 01 ədəd arpa dənəciyi formasındakı qızıl nişanın Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs Azad Akhmedova dəymiş maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 240,00 (iki yüz qırx) manat, ümumilikdə 480,00 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar