Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-62/2023 23.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1980-cı ildə Ermənistan Respublikasının Noyembaryan rayonu Körpülü kəndində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olan, Ağstafa rayonu, Düz Qışlaq kəndində Qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu, yeni yaşayış massivində nömrəsiz evdə kirayə yaşamış və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını gizli olaraq talayıb təkrar oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə 07 fevral 2022-ci il tarixdə saat 11:15 radələrində Zərərçəkmiş şəxs8 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin açıq qapısından evə qanunsuz daxil olub yataq otağındakı dolabdan sonuncuya məxsus 900 (doqquz yüz) ABŞ dollarını, həmin dövr üzrə Azərbaycan manatı ilə 1530 (min beş yüz otuz) manat pulunu gizli talayıb Zərərçəkmiş şəxs8 ümumilikdə 1530 (min beş yüz otuz) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə 14 fevral 2022-ci il tarixdə saat 04:00 radələrində Zərərçəkmiş şəxs6 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qonşular küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, ordan isə evin pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olumuş, yataq otağından sonuncuya məxsus içərisində 200 (iki yüz) manat pul və ümumi dəyəri 1800 (min səkkiz yüz) manat təşkil edən 01 qızıl qol saatı, 01 cüt qızıl sırğa və 01 ədəd qızıl üzük olan dəyrəi olmayan pul qabını gizli talayıb zərərçəkmiş şəxs Müşviq Heydərova ümumilikdə 2000 (iki min) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə 09 may 2022-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə Yaşayış sahəsinə, ordan isə evin plastik pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olmuş, yataq otağındakı yataq dəstinin altında qutudan sonuncuya məxsus 600 (alı yüz) manat pulu, 01 ədəd 585 əyarlı 1200 (min iki yüz) manat dəyərində qızıl boyunbağını, 01 ədəd 585 əyarlı 500 (beş yüz) manat dəyərində qızıl kişi üzüyünü, 01 ədəd 583 əyarlı 600 (alı yüz) manat dəyərində qızıl boyunbağı klonu, bir ədəd 585 əyarlı 500 (beş yüz) manat dəyərində qızıl qadın sırğasını və dolabın içərisindən 800 (səkkiz yüz) manat pulu gizli talayıb Zərərçəkmiş şəxs5 ümumilikdə 4200 (dörd min iki yüz) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin giriş qapısını üzərində olan açarla açaraq evə qanunsuz daxil olmuş, evin mətbəxindəki fincanın içərisindən sonuncuya məxsus 8 (səkkiz) manat, yataq otağından pəncərənin qarşısna qoyulmuş pul qabından 570 (beş yüz yetmiş) manat, qonaq otağında yığılmış yorqanların arasından 430 (dörd yüz otuz) manat pulu gizli talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 1008 (min səkkiz) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olmuş, yataq otağındakı paltar dolabından sonuncuya məxsus 200 (iki yüz) manat pulu gizli talayıb zərərçəkmiş şəxs Bəsti Baxşiyevaya 200 (iki yüz) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub qonaq otağından sonuncuya məxsus 01 ədəd 825 (səkkiz yüz iyirmi beş) manat dəyərində “Skyworth” markalı televizoru, 01 cüt 100 (yüz) manat dəyərində qızıl sırğanı və 2 ədəd hər biri 10 (on) manat olmaqla 20 (iyirmi) manat dəyərində balıncları gizli talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 945 (doqquz yüz qırx beş) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində X1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub yataq otagından sonuncuya məxsus 1000 (min) manat dəyərində qızıl boyunbağı, bilərzik, sırba və üzükdən ibarət təsti, 01 ədəd 300 manat dəyərində qızıl üzüyü və 220 manat pulu gizli talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1520 (min beş yüz iyirmi) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqədi ilə xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində X2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən fərdi yaşayış evinin həyətinə hasardan keçmək yolu ilə yaşayış sahəsinə, oradan isə evin plastik pəncərəsini özündə olan dəmir linklə açaraq evə qanunsuz daxil olub yataq otağında olan dolabdan 300 (üç yüz) manat pulu, 1 ədəd 150 (yüz əlli) manat dəyərində qızıl uşaq sırğasını, 2 ədəd hər biri 350 (üç yüz əlli) manat ümumi dəyəri 700 (yeddi yüz) manat olan qızıl nişan üzükləri və 1800 (mın səkkiz yüz) manat dəyərində qızıl boyunbağı, bilərzik, üzük və sırğadan ibarət dəsti gizli talayıb zərərçəkmiş şəxs Fəxriyyə Nağıyevaya ümumilikdə 2950 (iki min doqquz yüz əlli) manat məbləgində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 -cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, əvəllər Azərbaycan Respubliaksı CMnin 128. 177.1 və 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri məhkum olunmuşdur. Sonuncu dəfə 2017-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə 04 il müddətinə azadlıqdan məhrum edilmiş, cəzasını 5 saylı Xəlac türməsində çəkmişdir. xx.xx.2021-ci il tarixdə azadlığa çıxmış, azadlığa çıxdıqdan sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində işləyib müxtəlif ünvanlarda kirayə yaşamışdır.Daimi iş tapa bilmədiyi üçün, həmçinin ehtiyyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. Buna görə xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozundan oğurluq etmək üçün küçələri gəzmişdir. Həmin vaxt darvazanın birinin üzərində qıfıl asıldığını görmüş və həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa boylandıqda görmüşdür ki, ətrafda heç kim yoxdur. Bundan sonra hasardan həyətə tullanaraq evin plastik pəncərəsini güclü zərbə ilə vurmuş, zərbənin təsirindən pəncərə açılmış və evə keçmişdir.Otaqları axtaranda paltar dolabında 200 manat pul olduğunu görmüş və həmin pulu götürüb evə girdiyi yerdən çıxıb getmişdir. Oğurladığı pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Hövsan Südçülük sovxozu ərazisində gəzərkən evlərinin birinin ev yeyəsini səsləmiş, lakin heç kim səsinə çıxmamış və başa düşmüşdür ki, evdə heç kim yoxdur. Bundan sonra evin hasarından həyətə keçmiş və evin giriş qapısının açıq olduğunu görüb içəriyə daxil olmuşdur. Evin yataq otağına keçib paltar dolabını axtararkən paltarların arasında 900 ABŞ dolarının olduğunu görüb pulları götürmüşdür. Oğurladığı pulları 20 Yanvar metrosunun yaxınlığında tanımadığı şəxslərə Azərbaycan manatına dəyişib əldə etdiyi pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə gecə saat 04:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Mehriban qonşular küçəsində gəzərkən evlərin birindən oğurluq etməK qərarına gəlmişdir. Evlərin birinin işıqlarının yanmadığını görüb həmin evdən oğurluq etmək üçün küçədən həyətə tullanmışdır. Evin plastik pəncərəsini açaraq evə daxil olmuş və evdə qadın pul qabısının olduğunu görüb tez götürüb evdən çölə çıxmışdır. Oğurladığı pul qabına baxanda orada 200 manat pul, 01 ədəd qızıl saat, bir ədəd qızıl dəst və bir qızıl üzüyün olduğunu görmüşdür. Oğurladığı qızıl zinət əşyalarını tanımadığım şəxslərə satmış, pul əldə etmişdir. O, pul qabını tez götürüb içərisindən pulu və qızıl əşyalarını görüb həmin pul qabını xatırlamadığı yerə atmışdır. Ola bilsin ki, pul qabında sənədlər olsun, lakin buna fikir verməmişdir. Pula ehtiyacı olduğu üçün pulu və qızıl əşylarını götürmüş, digər sənədlər olsa belə onun üçün həmiyyətsiz olmuşdur. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 10:00 fadələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda küçədə gəzərkən evlərinin birinin qapısı döymüş, lakin heç kim cavab vermədiyi üçün başa düşmüşdür ki, evdə heç kim yoxdur. Bundan sonra həmin evin hasarından həyətə tullanmış, daha sonra evin plastik pəncərəsini özündə olan dəmir linklə açaraq içəriyə daxil olmuşdur. Evin yataq otağını axtararkən yataq dəstinin altında qızıl qabında qızıl zinət əşyalarının və 600 manat pulun olduğunu görüb götürmüşdür. Bundan sonra yorqanların arasını axtarmış və orada 800 manat pulun olduğunu görüb götürmüşdür. Oğurladığı qızıl-zinət əşyalarını Sabunçu rayonu ərazisində yerləşən rus bazarı adlanan yerdə 300 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuz kökəltmə sovxozunda gəzərkən evlərin birinin qapısını döymüşdür. Küçəyə heç kimin çıxmadığını görüb pasardan həyətə tullanmış və evin qapısının üzərində açarın olduğunu görüb həmin açarla qapını açıb içəriyə daxil olmuş və evi axtarmağa başlamışdır. Evin mətbəxində fincanın içərisində 8 manat pulu görüb götürmüşdür. Bundan sonra yataq otağında pəncərənin qırağında qadın pul qabını görmüş və açdıqda içərisində 570 manat pul olduğunu görmüşdür. Həmin pulu götürmüşdür. Bundan sonra yataq otağında olan yorqanların arasında baxmış və oradan da 430 manat pulu götürüb girdiyi yerdən çıxmışdır. Oğurladığı pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük Sovxozu ərazisində yeni salınmış məhlələrdə gəzərkən görmüşdür ki, evlərin birinin giriş hissəsində dəmir qapıdan qıfıl asılıb. O, başa düşmüşdür ki, həmin evdə heç kim yoxdur. Hasardan həyətə tullanmış və evin plastik pəncərəsini özü ilə götürdüyü dəmir linklə açaraq evə daxil olmuşdur. Evdə qiymətli əşyalar və pul axtarmış, divara vurulmuş televizoru yerindən söküb çıxarmış, evdən 01 cüt qızıl sırğanı və 02 ədəd balıncı götürüb evi tərk etmişdir.Oğurladığı əşyaları Sabunçu rayonu ərazisində yerləşən rus bazarı adlanan yerdə tanımadığı şəxsə 100 manata satmışdır. Əldə etdiyi pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən evlərin birinin dəmir qapının qıfılla bağlı olduğunu görmüşdür. O, başa düşmüşdür ki, evdə heç kim yoxdur. Evin hasarından həyətə tullanmış və evin plastik pəncərəsini özü ilə götrüdüyü dəmir linklə açaraq evə daxil olmuşdur. Yataq otağında olan paltar dolabının içərisində 220 manat pulu 01 ədəd qızıl boyunbağını, 02 ədəd üzüyü oğurlayıb evi tərk etmişdir. Oğurladığı qızılları tanımadığı şəxsə satmış, əldə etdiyi pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Bundan başqa o, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində küçədə gəzərkən evin darvazasının bağlı olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra hasardan həyətə tullanaraq evin plastikq pəncərəsini açıb evə daxil olmuş, evin yataq otağında olan dolabın içərisindən 300 manat nəğd pulu və qızıl zinət əşyalarının yəni 01 cüt sırğanın, 02 ədəd üzüyün, 01 ədəd boyunbağı, 01 cüt sırğanın, 01 ədəd qolbağın və 01 ədəd üzüyün olduğunu görüb həmin qızlları götürmüşdür. Oğurladığı qızıl zinət əşyalarını Sabunçu rayonu ərazisində yerləşən rus bazarı adlanan yerdə tanımadığı şəxslərə 500 manata satmışdır. Oğurluq nəticəsində əldə etdiyi pulları şəxsi ehtiyyacı üçün xərcləmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, Zərərçəkmiş şəxs1 ondan heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 vermiş olduğu ifadəsində göstərmişdir ki, 02 avqust 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən çıxıb işlərinin arxasınca getmişdir. Həmin gün saat 22:30 radələrində yaşadığı evə gəlmiş, qapını açıb içəri daxil olduqda evin otaqlarının dağınıq vəziyyətda olduğunu görmüşdür. O, artıq anlamışdır ki, evindən oğurluq hadisəsi baş vermiş, evə nəzər saldıqda müəyyən etmişdir ki, naməlum şəxs evinin plastik pəncərəsini açma yolu ilə evə daxil olub yataq otağında olan paltar dolabında saxladığı 200 manat pulu oğurlmaışdır. Buna görə də o, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, daha sonra isə ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müracəit etmişdir. Oğurluq nəticəsində ona 200 manat maddi ziyan dəymişdir. Dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməsə də hazırda onun Təqsirləndirilən şəxsa qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrindən 11:30 radələrinədək olan müddət ərzində evdə hamam otağında olan vaxt naməlum şəxs və ya şəxslər hasarından aşmaqla həyətə düşmüş, evin qapısının açıq olmasından istifadə edərək yataq otağında olan paltar dolabında paltarların arsında olan, ona məxsus 900 ABŞ dollarını oğurlayaraq getmişlər. O, hamadan çıxarkən evin yataq otağının dağınıq olduğunu görmüş, dərhal pulu qoyduğu yerə baxdıqda oğurlandığını aşkar etmişdir. Ona görə də dərhal DİN-nin 102 xidmətinə məlumat vermiş, bir qədər sonra Xəzər RPİ-nin 3-cü PŞ-nin işçiləri gəlib müvafiq araşdırma aparmış, baş vermiş hadisə barədə ərizə yazıb müraciət etmişdir. Oğurluq nəticəsində ona 900 ABŞ dolları maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mehriban qardaşlar küçəsində nömrəsiz evdə yaşayır. 14 fevral 2022-ci il tarixdə 04:15 radələrində ailə üzvləri ilə yatarkən hiss etmişdir ki, ev soyuqdur. Yerindən durub qaza baxan zaman uşaq otağının pəncərəsinin açıq olmasını görmüşdür. O, tez işığı yandırmış və evə baxın zaman müəyyən etmişdir ki, yatmış vəziyyətdə olduqları zaman naməlum şəxs evə pəncərədən daxil olaraq içərisində həyat yoldaşı Şahid məxsus şəxsiyyət vəsiqəsi, Covid 199 pasportu, 200 manat pul, 1800 manat dəyərində 1 ədəd qızıl qol saatı, 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük olan pul qabı oğurlanmışdır. Buna görə də həyat yoldaşı Şahid DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, o, isə ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müraciət etmişdir. Həmin qızıl-zinət əşyların həyat yoldaşı Şahid istifadə etsə də həmin əşyları şəxsi vəsaiti hesabına almışdır. Pul qabı köhnə və dəyərsiz olmuşdur. Oğurluq nəticəsində ona 2000 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, təxminən 7 ilə yaxınıdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 4-cü sahə adlanan ərazidə 3 sot torpaq sahəsi almış, həmin torpaq sahəsində kürsülü 2 otaqdan ibarət fərdi yaşayış evi tikmişdir. Evin ətrafı mişar daşlarla hörülmüş hasarla əhatə olunmuşdur. Evin giriş hissəsində bir laylı ağ şiferli dəmirdən hazırlanmış qapı vardır. Evin pəncərələrin üzərində plastik bəncərə vardır, evin giriş qapısı seyf qapıdır. xx.xx.2022-ci il tarixdə saat 08:20 radələrində yaşadığı evdən öz işlərinin dalınca getmiş, həmin gün saat 11:20 radələrində yaşadığı evə qayıdanda yataq otağının plastik pəncərəsinin açılmasını, pərdənin qırılmasını görmüşdür. Yataq otağında daxil olanda görmüşdür ki, yataq dəstinin döşəyinin altında taxta boça saxladıqları 01 ədəd 585 əyarlı 1200 manat İəyərində qızıl boyunbağı, 01 ədəd 585 əyarlı 500 manat dəyərində kişi üzüyü, 01 ədəd 600 manat dəyərində 583 əyarlı boyunbağı klonu, 01 ədəd 500 manat dəyərində 585 əyarlı qadın sırğası, 600 manat nəğd pulun və yataq otağında dolabın içərisindən yorğanların arasından 800 manat nəğd pulunun oğurlandığını aşkar etmişdir. Bundan sonra polisə oğurluq olması barədə məlumat vermiş və polis əməkdaşları yaşadığı evə gələrək müvafiq baxış keçirmişlər. Oğurluq nəticəsində ona 4200 manat maddi ziyan dəymişdir. İlkin izahatında oğurlanmış əşyaların qiymətini təxminən demiş və qızıl sırğalar yaddan çıxmışdır, sonradan tam dəqiq hesabladıqda görmüşdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə səhər saat 08:30 radələrində işə getmək üçün evdən çıxmış, oğlu ondan əvvəl evdən çıxıb işə getmişdir. Evdən çıxanda evin və həyətin giriş qapılarını açarla bağlayıb getmişdir. Həmin gün saat təxminən 14:00 radələrində evə gəlmiş, evə gələn zaman görmüşdür ki, evin giriş qapısı açıq vəziyyətdədir. O, dərhal DİN-in 102 zəng xidməti mərkəzinə zəng vurub məlumat vermiş və sonra evə daxil olmuşdur. Əvvəlcə evin koridoruna sonra isə mətbəxə daxil olmuş, mətbəxtdə olan dolabın qapılarının açıq olduğunu və bütün qabların qarışıq vəziyyətdə olduğunu aşkar etmişdir. Həmin dolabın sağ tərəfindəki hissəsində şüşə fincanın içərisində 8 manat pul qoymuş, həmin pulun fincandan oğurlandığını aşkar etmişdir. Sonra evin qonaq otağna daxil olub görmüşdür ki, orada olan yorğan döşəklər qarışıq və dağınıq vəziyyətdədir. Bundan sonra yataq otağına keçib orada görmüşdür ki, həmin otaqda olan yataq əşyaları da qarışıq və dağınıq vəziyyətdədir. Yataq otağında pəncərənin qarşısında pul qabını qoymuş və onun da içində 570 manat pulu olmuşdur.O, pul qabını açıb görmüşdür ki, həmin pullar da oğurlanmışdır. Pul qabımın içərisində bir neçə bank kartları olmuş, lakin onlar oğurlanmamışdır. Bir neçə dəqiqədən sonra polis əməkdaşları evinə gəlmiş, evə baxış keçirmişlər. Həmin gün çox həyəcanlı olmuş, ona görə də qonaq otağında yığdığı yorğanların arasına 430 manat pul qoymağı yadında olmamış, yəni hadisə baş verən gün həmin pul yadında olmamışdır. Bu səbəbdən də 430 manat pulu ərizəsində qeyd etməmiş, lakin sonradan yadına düşmüş, gedib pulu qoyduğu yerə baxmış və aşkar etmişdir ki, qonaq otağında yorğanın arasına qoyduğu 430 manat pulu da oğurlanmışdır. Oğurluq hadisəsi zamanı ona ümumilikdə 1008 manat maddi ziyan dəymişdir.Belə ki,evinin mətbəxindəki şüşə fincanın içərisindən 8 manat, yataq otağının pəncərəsinin qarşısında qoyduğu pul qabının içərisindən 570 manat və qonaq otağında yorğanın arasına qoyduğu 430 manat pul oğurlanmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 qızı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 05 avqust 2022-ci il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxmış və özünə paltar almaq üçün Binə qəsəbəsinin mərkəzində yerləşən bazara getmişdir. Bazarda alış-verişi bitirdikdən sonra saat 11:45 radələrində qayıdıb yaşadığı evə gələnzaman evin pəncərəsinin açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olan vaxt evin otaqlarının dağınıq vəziyyətdə olmasnı görmüşdür. Evə baxış keçirən zamanı evindən 1 ədəd 1000 manat dəyərində qızıl boyunbağı, bilərzik, sırğa, üzük və əlavə nişan üzüyündən ibarət dəstin, 1 ədəd 300 manat dəyərində qızıl üzüyün, 200 manat kağız pulun və 20 manata yaxın qəpik pulların oğurlandığını aşkar etmişdir. Buna görə də DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müracəit etmişdir. Oğurluq nəticəsində ona 1520 manat maddi ziyan dəymişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs X4 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 17 avqust 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı evdən çıxıb anasının evinə qonaq getmişdir. Həmin gün saat 14:45 radələrində yaşadığı evə geri dönən zaman evin pəncərəsinin açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olan zaman evin dağınıq vəziyyətdə olmasnı görmüşdür. Artıq ona məlum olmuşdur ki, evə naməlum şəxs daxil olaraq oğurluq etmişdir. Evə baxış keçirən zamanı yataq otağında olan dolabdan 300 manat pulun, 01 ədəd 150 manat dəyərində qızıl uşaq sırğasının, 2 ədəd hər biri 350 manat ümumi dəyəri 700 manat alan qızıl nişan üzüklərinin və 1800 manat dəyərində qızıl sep, bilərzik, üzük və arğadan ibarət dəstin oğurlandığını aşkar etmişdir. Buna görə də DİN-nın 102 xidmətinə zəng edərək məlumat vermiş və ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müraciət etmişdir. Oğurluq nəticəsində ona 2950 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, 02 avqust 2022-ci il tarixdə saat 06:20 radələrində yaşadığı evdən çıxıb işə getmiş, həmin gün saat 19:40 radələrində yaşadığı evə qayıdan zaman evin pəncərəsinin açıq olduğunu görmüşdür. Qapını açıb içəri daxil olan şaman evin dağınıq vəziyyətdə olmasını görmüş, evə baxış keçirən zamanı evindən 1 ədəd 825 manat dəyərində Skywort markalı televizorun, 1 güt 100 manat dəyərində qızıl sırağanın və 2 ədəd hər biri 10 manat, ümumi dəyrəi 20 manat olan balıncların ogurlandığını aşkar etmişdir. Buna görə də DİN-nin 102 xidmətnə zəng edib məlumat vermiş, ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müracəit etmişdir. O, ilkin səhv olaraq televizorun qiymətini 250 manat göstərmiş, həmin televizoru o, 825 manata almışdır. Ona görə də qiymətini 825 manat göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-374/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM 243-cü maddəsi ilə təqsirli bilinmiş və 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 22 iyul 2003-cü ildə amnistiya qərarı ilə cəzadan azad edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM 128-ci maddəsi ilə təqsirli bilinmiş və cərimə cəzasına məhkum edilmiş, Yevlax Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 177.1-ci maddəsi ilə təqsirli bilinmiş və qazancının 15 %-i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 177.2.2-ci maddəsi ilə təqsirli bilinmiş və 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 07 ay 03 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM 177.2.2, 177.2.3, 177.2.3-1, 177.2.4-cü maddəsi il 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). İş materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxs dəymiş ziyanı ödəməsə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və o, törətdiyi cinayətə görə cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (bir) 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 90 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-62/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-62/2023
23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver