Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-62/2024 20.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavbdeh Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1986-cı ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Mahmudlu stansiyasında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən nömrəsiz evdə yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx.xx.1992-ci ildə Cəbrayıl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Dalğa” düşərgəsində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 234.1 və 325-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan tanışı Elçin adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinə qanunsuz daxil olaraq oradan 1 ədəd 150 manat dəyərində 7 litrlik samovarı, 1 metri 1,6 manat olmaqla ümumi qiyməti 160 manat təşkil edən 1 top istifadə olunmayan elektrik naqilini, evə quraşdırılmış təxminən 50 metr uzunluğunda dəyəri 80 manat təşkil edən elektrik naqillərini, 1 ədəd 110 manat dəyərində lobziki, 1 ədəd 30 manat dəyərində ütünü, 1 ədəd 30 manat dəyərində vintaçanı, 6 ədəd hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 60 manat təşkil edən alminium qazanları, 1 ədəd 50 manat qiymətində «Markus» markalı su nasosunu, hər birinin qiyməti 50 manat təşkil edən və ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan olan düz qar külüngünü, hər birinin qiyməti 40 manat təşkil etməklə ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olmaqla ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələrini, hər birinin qiyməti 187 manat olmaqla ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkmələrini, 1 metri 3 manat olmaqla 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclüyü həmçinin 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5.000 manat təşkil edən və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olmaqla Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş, dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 ədəd kubokları gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 9.688 (doqquz min altı yüz səksən səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,360 qram olmaqla gümüşü rəngli kağıza bükülmüş formada 01 ədəd büküm psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 06 mart 2023-cü il tarixdə saat 20:30-da Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən qeyd edilən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,360 qram olan, ağ rəngli, kristalşəkilli və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təxminən saat 19-20 radələrində xalası oğlu Təqsirləndirilən şəxs1 və tanışı Elçin adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinə qanunsuz daxil olaraq oradan 1 ədəd 150 manat dəyərində 7 litrlik samovarı, 1 metri 1,6 manat olmaqla ümumi qiyməti 160 manat təşkil edən 1 top istifadə olunmayan elektrik naqilini, evə quraşdırılmış təxminən 50 metr uzunluğunda dəyəri 80 manat təşkil edən elektrik naqillərini, 1 ədəd 110 manat dəyərində lobziki, 1 ədəd 30 manat dəyərində ütünü, 1 ədəd 30 manat dəyərində vintaçanı, 6 ədəd hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 60 manat təşkil edən alminium qazanları, 1 ədəd 50 manat qiymətində «Markus» markalı su nasosunu, hər birinin qiyməti 50 manat təşkil edən və ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan olan düz qar külüngünü, hər birinin qiyməti 40 manat təşkil etməklə ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olmaqla ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələrini, hər birinin qiyməti 187 manat olmaqla ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkmələrini, 1 metri 3 manat olmaqla 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclüyü, həmçinin 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5.000 manat təşkil edən və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olmaqla Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş, dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 ədəd kubokları gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 9.688 (doqquz min altı yüz səksən səkkiz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,484 qram psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 17:30-də Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Dalğa” düşərgəsinin yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq 2-ci PŞ-nə gətirilmiş və orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli idman şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülümş bükümdə təmiz çəkisi 0,484 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər cinayət törətməyə görə məhkum olumuşdur. 2022-ci ilin oktyabr ayında həbsdən azad olunmuşdur. Lakin iş tapa bilmədiyinə görə maddi cəhətdən də çətinlik çəkmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində xalası oğlu Təqsirləndirilən şəxs1 və tanışı Elçin adlı şəxslə yaşadıqları məhlədə gəzinərkən evlərdən birində yaşayış olmadığını, işıqlarının sönülü olduğunu görmüşlər. Oradan oğurluq etməyi qərara alıb üçü də hasardan aşaraq evin həyətinə düşmüşlər. Həyətdə olan evin qapsını itələyib açmışlar və içəri daxil olmuşlar. Evə girən kimi yerdə 1 ədəd samovar görmüşlər. Daha sonra evin otaqlarını gəzib oradan bir qədər elektrik naqillərini və inşaatda istifadə olunan armatur, dəmirləri həmçinin evə girərkən gördükləri samovarı götürüb evdən çıxmışlar. Həyətə girdikləri yerdən hasarı aşaraq çölə düşmüşlər. Sonra yol ilə gedən tanımadıqları taksiyə əl ilə işarə edib saxladaraq oğurladıqları əşyaları Buzovna-Mərdəkan yolunda yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Elçin və o maşından düşüb oğurladıqları əşyaları metal qəbulu məntəqəsində işləyən şəxsə çəkilərinə görə satmışlar. Orada işləyən şəxs onlara 120 manat pul vermişdir. Həmin pulu Nadir, Elçin və o öz aralarında hərəsinə 40 manat olmaqla 3 yerə bölmüşlər. Bundan sonra bir-birilərindən ayrılıb getmişlər. Belə ki, xalası oğlu Nadir ilə yaxın yaşadıqları üçün onlar evlərinə, Elçin isə Müşviq qəsəbəsinə getmişdir. Həmin vaxtdan sonra Elçini görməmiş və əlaqələri olmamışdır. Bundan başqa bildirmişdir ki, əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün məhkum olmuşdur. Narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən uzun müddətdir ki, istifadə edir. Onları çəkmək yolu ilə istifadə edir. Axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş bir ədəd gümüşü rəngli kağıza bükülmüş içərisində adını "şüşə" kimi bildiyi metamfetamin olan psixotrop maddəni xx.xx.2023-cü il tarixdə, gündüz saatlarda Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata şəxsi istifadə etmək məqsədi ilə alıb üzərində gəzdirmişdir. xx.xx.2023-cü il tarixdə, axşam saatlarda yaşadığı evinin yaxınlığında yaşadığı evə doğru piyada hərəkətdə olan zaman iki nəfər mülkü geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər. Həmin polis əməkdaşları ondan adını soruşduqda o da onlara özünü təqdim etmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına dəvət etmişlər. Belə olan halda könüllü olaraq polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci polis şöbəsinin inzibati binasına gəlmişdir. Orada polis əməkdaşların bildirmişdir ki, üzərində psixotrop maddə var və həmin psixotrop maddəni vəkilin iştirakı ilə polis əməkdaşlarına təhvil vermişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə qablaşdırlmış və onlar tərəfindən imzalanmışdır. Eyni zamanda bildirmişdir ki, ittihamda qeyd edilən kubokları oğurlamamışdır. Təqsirləndirilən şəxs2 son sözündə oğurluq əməlinə münasibətdə kubokları və alpinist əşyalarını oğurlamadığını, narkotik cinayətini törətdiyini bildirərək törətmiş olduğu əməldən səmimi peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, himayəsində 2 azyaşlı övladı vardır. Müxtəlif yerlərdə fəhləlik edir. Təxminən 5 il olar ki, narkotik maddələrdən istifadə edir. Son vaxtlar iş tapa bilmədiyinə görə maddi cəhətdən də çətinlik çəkmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində xalası oğlu Təqsirləndirilən şəxs2 və tanışları Elçin adlı şəxslə yaşadıqları məhlədə gəzinərkən evlərdən birində yaşayış olmadığını, işıqlarının sönülü olduğunu görmüşlər. Oradan oğlurluq etməyi qərara alıb üçü də hasardan aşaraq evin həyətinə düşmüşlər. Həyətdə olan evin qapsınını itələyib açmışlar və içəri daxil olmuşlar. Evə girən kimi yerdə 1 ədəd samovar görmüşlər. Daha sonra evin otaqlarını gəzib oradan bir qədər elektrik naqillərini və inşaatda istifadə olunan armatur, dəmirləri həmçinin evə girərkən gördükləri samovarı götürüb evdən çıxmışlar. Həyətə girdikləri yerdən hasarı aşaraq çölə düşmüşlər. Sonra yol ilə gedən tanımadıqları taksiyə əl ilə işarə edib saxladaraq oğurladıqları əşyaları Buzovna- Mərdəkan yolunda yerləşən metal qəbulu məntəqəsinə aparmışlar. Elçin və Etiram maşından düşüb oğurladıqları əşyaları metal qəbulu məntəqəsində işləyən şəxsə çəkilərinə görə satmışlar. O maşında onları gözləmişdir. Bir neçə dəqiqədən sonra onlar gəlmişlər və oradan getmişlər. Daha sonra Elçin və Etiram həmin əşyaları 120 manata satdıqlarını demişlər və əldə etdikləri 120 manatı hərəsinə 40 manat olmaqla üç yerə bölmüşlər. Bundan sonra bir-birilərindən ayrılıb getmişlər. Belə ki, Elçin Müşviq qəsəbəsində yaşadığı üçün Elçin onlardan ayrılıb getmiş, onlar da birlikdə öz evlərinə getmişlər. Həmin vaxtdan sonra Elçini görməmiş və əlaqələri olmamışdır. Eyni zamanda bildirmişdir ki, ittihamda qeyd edilən kubokları oğurlamamış, üzərində narkotik vasitə olmamış, polis əməkdaşları ona təzyiq etdiyi üçün narkotiki boynuna almışdır. Təqsirləndirilən şəxs1 son sözündə oğurluq əməlinə münasibətdə kubokları və alpinist əşyalarını oğurlamadığını, narkotik cinayətini törətmədiyini bildirərək törətmiş olduğu əməldən səmimi peşman olduğunu, himayəsində iki azyaşlı uşağının olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, ünvan 2 ünvanında bağ evi vardır. Ev kürsülü, 1 mərtəbədən ibarət olmaqla köhnə tikilidir, həmin evdə yaşayış yoxdur. Buna baxmayaraq mütəmadi olaraq tez-tez həmin evə gedib nəzarət etmişdir. Evə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə baş çəkmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində evə baş çəkmək üçün getdikdə görmüşdür ki, naməlum şəxs və ya şəxslər evin taxta pəncərəsini və taxta qapısını sındırmaqla evə daxil olub, evin içində olan ona məxsus 1 ədəd 150 manat dəyərində 7 litrlik samovarı, 1 metri 1,6 manat olan ümumi qiyməti 160 manat təşkil edən 1 top istifadə olunmayan elektrik naqilini, evə quraşdırılmış təxminən 50 metr uzunluğunda dəyəri 80 manat təşkil edən elektrik naqillərini, 1 ədəd 110 manat dəyərində lobziki, 1 ədəd 30 manat dəyərində ütünü, 1 ədəd 30 manat dəyərində vintaçanı, 6 ədəd hər birinin dəyəri 10 manat olan ümumi dəyəri 60 manat təşkil edən alminium qazanları, 1 ədəd 50 manat qiymətində «Markus» markalı su nasosunu, hər birinin qiyməti 50 manat təşkil edən ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan düz qar külüngü, hər birinin qiyməti 40 manat təşkil edən ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olan, ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələri, hər birinin qiyməti 187 manat olan ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkməsi, 1 metri 3 manat olan 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclük və 01 ədədinin qiyməti 1.000 manat olmaqla ümumi dəyəri 5.000 manat təşkil edən, Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş və dövlət təltifi hesab edilən 5 ədəd gümüş materialdan olan kubokları oğurlamışlar. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 9.688 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində yenidən dindirilən zaman oğurlanmış əşyaların Şahid6 məxus olduğunu bildirmiş və qeyd etmişdir ki, Şahid6 məxus oğurlanan əşyalar buz külüngləri (35 ədəd), köhnə kuboklar (05 ədəd gümüş kuboklar), alpinist primusları (08 ədəd), alpinist üst geyimi (kurtkası) (03 ədəd), alpinist dağ batinkası (04 ədəd) və dəmir künclüklər (60 metr) olmuşdur. Eyni zamanda bildirmişdir ki, oğurlanmış həmin əşyalar qaytarılacağı təqdirdə Şahid6 veriləcəkdir. Həmin əşyalar Şahid6 rəhbərlik etdiyi Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası “Alpinist və Turizm” Respublika İdman klubuna məxsus olmuşdur. Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası “Alpinist və Turizm” Respublika İdman klubunda təmir getdiyi üçün ona sadəcə olaraq saxlamaq üçün verilmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq qeyd etmişdir ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən də təqsirləndirilən şəxslərdən şikayətçidir və məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, Bakı şəhəri, Xəzər RPİ-nin 2-ci PŞ-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis polkovnik-leytenantı rütbəsi daşıyır. 20 fevral 2023-cü il tarixdə saat 17:30-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Dalğa” düşərgəsinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Polis şöbəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin polis şöbəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmuş Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Dalğa” düşərgəsində yaşayan Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 iştirakı ilə Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 sual verilərkən sonuncu həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş psixotrop maddənin özünə aid olub-olmamasını və özünə qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 isə psixotrop maddənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirmiş və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung A 41” markalı mobil telefon vasitəsilə iş yoldaşı, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, xx.xx.2023cü il tarixdə xidmətdə olan zaman Şahid2 Nadir adlı şəxsin narkotik vasitələsin dövriyyəsində və istifadəsində şübhəli olması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı şöbə rəisinə məruzə edilmiş, əməliyyat məlumatından təxminən bir saat sonra deyilən əraziyə yaxınlaşmış və Nadir adlı şəxsi evinin yaxınlığında görmüş, onu polis şöbəsinə dəvət etmişlər. Nadir heç bir etiraz etmədən onlarla birlikdə şöbəyə gəlmişdir. Onların və müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir, Nadir özü səmimi şəkildə narkotik vasitədən istifadə etdiyini etiraf etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, xx.xx.2023cü il tarixdə axşam saat 20:30 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində Nadir adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı şəxsən ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı polis şöbəsinin rəisinə məruzə edilmiş, bundan sonra şöbənin digər əməkdaşı olan Şahid3lə birlikdə Nadir adlı şəxsi Ordubadi küçəsində müəyyən edərək saxlamış, onlarla birlikdə 2-ci Polis Şöbəsinə dəvət edilmişdir. Şöbədə olan zaman Nadir əynində olan göy cins şalvarının sağ yan cibindən bir bükümdə olan narkotik vasitəni çıxararaq təhqiqatçı və müdafiəçinin iştirakı ilə təqdim etmiş və törətdiyi əməli səmimi olaraq etiraf etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 20 fevral 2023-cü il tarixdə saat 17:30-da alınmış əməliyyat məlumatı əsasında iş yoldaşı, Şahid1 və onun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsində yerləşən “Dalğa” düşərgəsinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Təqsirləndirilən şəxs2 onlar tərəfindən saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş və bu barədə onlar tərəfindən polis şöbəsinin rəisinin adına raport yazılmışdır. Polis şöbəsinə gətirməzdən əvvəl onlar artıq həmin şəxsin anket məlumatlarını və yaşayış yerini müəyyən etmişlər. Lakin, polis şöbəsində həmin şəxsin anket məlumatları bir daha yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il tarixdə Cəbrayıl rayonu, Şıxalıağalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvələr məhkum olunmuş Cəbrayıl rayonu, Şıxalıağalı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, “Dalğa” düşərgəsində yaşayan Təqsirləndirilən şəxs2dur. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Şahid1 iştirakı ilə Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədov tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs2 təklif olunmuşdur ki, üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim etsin. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs2 əynindəki göy rəngli idman şalvarının sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümün içərisində psixotrop maddə hesab olunan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Bu barədə Təqsirləndirilən şəxs2 sual verilərkən sonuncu həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş psixotrop maddənin özünə aid olub-olmamasını və özünə qarşı polis əməkdaşları tərəfindən hərhansı bir təzyiq olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs2 isə psixotrop maddənin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən özünə qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş maddənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirmiş və istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung A 41” markalı mobil telefon vasitəsilə Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid5 tərəfindən aparılmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, əvvəllər Fərid inşaat sexində metal qəbulu məntəqəsi işlətmişdir. Hazırda isə təxminən 1 ildən çoxdur ki, o Bakı şəhəri, Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda yerləşən dəmir tullantıların qəbulu sexini işlədir. 2022-ci ilin dekabr ayının ortalarında Etiram və Elçin adlı şəxslər gələrək elektrik naqilləri və hazırda xatırlamadığı əsasən inşaatda istifadə olunan dəmir materiallarını və 01 ədəd samovarı ona təhvil vermişlər. Ümumilikdə o onlara bu əşyaların müqabilində 120 manat pul vermişdir. Qeyd olunan əşyaların hamısını dərnəgüldə xatırlamadığı zavoda vermişdir, orada həmin malları əritmişlər. Həmçinin bildirmişdir ki, malları alan vaxtı o həmin şəxslərin şəxsiyyət vəsiqələrinin şəklini çəkib telefonumda saxlamışdır. Lakin texniki səbəblər üzündən həmin şəkillər telefonundan silinmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 bildirdi ki, hazırda Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası “Alpinist və Turizm” Respublika İdman klubunun sədri vəzifəsində işləyir və fəxri bədən tərbiyəsi idman xadimidir. Qeyd etmişdir ki, Fuadgildə olan əşyaları o özü qoymuşdur. Oğurlanan əşyalar Fuada məxsus olmasa da, lakin o həmin əşyaların saxlanması üçün Fuadgilə qoymuşdur. Həmin oğurlanmış əşyalar bunlardır: buz külüngləri (35 ədəd), köhnə kuboklar (05 ədəd gümüş kuboklar), alpinist primusları (08 ədəd), alpinist üst geyimi (kurtkası) (03 ədəd), alpinist dağ batinkası (04 ədəd) və dəmir künclüklər (60 metr). Həmin kuboklar tarixi kuboklar idi. Həmin kubokların hamısı gümüşdən idi. 1970-ci illərdə verilən kuboklar idi. Həmin kuboklar onun rəhbərlik etdiyi kluba, yəni Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası “Alpinist və Turizm” Respublika İdman klubuna məxsus olmuşdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 21 fevral 2023-cü il tarixli, 6/1040 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.... Təqsirləndirilən şəxs2 üzərindən....” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0,484 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotikvasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 07 mart 2023-cü il tarixli, 6/1377 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş büküm ....” yazı və imzalar olan zərfdə 01 ədəd bükümdə təmiz çəkisi 0,360 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotikvasitələr»in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 mart 2023-cü il tarixli, 1690 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 may 2023-cü il tarixli, 2985 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 eyni zamanda bir neçə narkotik vasitələrin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1986-cı ildə Cəbrayıl rayonunda doğulmuş Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmənin xx.xx.2005-ci il tarixli hökmünə əsasən AR CMnin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsindən vaxtında əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarına əsasən cəzası 06 ay müddətinə azaldılaraq üzərində qəti olaraq 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü madəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1992-ci ildə Cəbrayıl rayonunda doğulmuş Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəti olaraq 08 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 06 mart 2023-cü il tarixli protokoldan görünür ki, 06 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 06 mart 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:40-22:00 radələrində Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilərkən əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. İş materiallarında olan 08 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Orxan Hüseynzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birlədirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işinə birləşdirilərək ********* nömrə altında istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan 20 dekabr 2022-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanaraq icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baş vermiş cinayət faktı ilə əlaqədar hadisə yerinə baxış keçirilmişdir. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında 20 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, 20 dekabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-in müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvi Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş AR DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-14775-1222 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən vət. Zərərçəkmiş şəxs məxsus bağ evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 03 ədədi xx.xx.1986-cı ildə Cəbrayıl rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin orta( 01 dəfə, pəncərə şüşəsi üzərindən götürülmüş) və çeçelə (01 dəfə, pəncərə şüşəsi üzərindən götürülmüş), sağ əlinin böyük (01 dəfə, pəncərə şüşəsi üzərindən götürülmüş) barmaqlarının əksləri ilə eynilik müəyyən edilmişdir. Digər eynilik müəyyən edilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilərək ********* saylı cinayət işinə birləşdirilmiş və ********* nömrə adı altında istintaqı davam etdirilməsi qərara alınmışdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 20 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fariz Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 20 fevral 2023-cü il tarixli şəxsi axtarış, baxış və götürülmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18:40-19:00 radələrində Təqsirləndirilən şəxs2 üzərinə baxış keçirilərkən əynində olan göy rəngli idman şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ********* saylı cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı Elvin Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 21 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci madələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4, 234.1 və 325-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 234.1 və 325-ci maddələri ilə təqsirləndirirlən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsə elan olunmuş ittihama əlavələr edilərək ona yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 234.1 və 325-ci maddələri ilə təqsirləndirirlən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 26 iyun 2023-cü il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli,1(003)-430/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-54/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-430/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 10 ay 15 gün hissəsi 06 ay azaldılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli,1(003)-55/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək, barəsində 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü madəsinə əsasən onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 12 yanvar 2022-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli,1(003)-130/2023 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü madəsinə əsasən onun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 27 aprel 2023-cü il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)-1450/2023 saylı qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli,1(003)-130/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 26824 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, Şahid3 06 mart 2023-cü il tarixdə, saat 20:30-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisində olmuşdur. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 23 noyabr 2023-cü il tarixli, BKC/LGL-15312/23 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatlardan görünür ki, Şahid2 06 mart 2023-cü il tarixdə, saat 18:09-da Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Ordubadi küçəsi ünvanında olmuşdur. İş materiallarına əlavə edilmiş zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş 22 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə ümumilikdə 9688 manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respblikası Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Şükürbəyli kənd inzibati dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 yanvar 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 haqqında nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin xx.xx.2024-cü il tarixli, 3-19/2-4727/2024 saylı məktubdan görünür ki, 1970-ci illərdə Alpinizim Federasiyası tərəfindən Şahid6 dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 (beş) ədəd kubokun verilməsi ilə bağlı məlumat Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyində mövcud deyildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 21 oktyabr 2024-cü il tarixli, 3-48-DA/2- 711/2024 saylı məktubundan görünür ki, Şahid6 təltif edilməsi ilə bağlı axtarışın aparılması üçün axtarış məlumatlarının (təltif olduğu sahə və təltif edən qurumun adı) dəqiq qeyd edilmədiyindən Şahid6 dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 (beş) ədəd kubokun verilməsi ilə bağlı məlumat verilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(003)-431/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Cəzasının əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-431/2024 saylı göstərişdən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-431/2024 saylı hökmü 25 aprel 2024-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ittihamdan xaric edilməli, təqsirləndiirlən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə bəraət verilməli və onlar Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, “Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən Təqsirləndirilən şəxs2 etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyi ilə öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələri, ekspertiza rəyi və "xxxx" MMC-nin 24 noyabr 2023-cü il tarixli, 26824 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatları, "xxxx" MMC-nin 23 noyabr 2023-cü il tarixli, BKC/LGL-15312/23 saylı məktub və ona əlavə edilmiş CD diskdə olan anten məlumatları ilə öz təsdiqini tapmışdır. Məhkəmə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin AR Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı ittiham olunduğu AR CM-nin 234.1-ci maddəsi ilə cinayət əməlini törətməkdə özünü təqsirli hesab etmiş, lakin məhkəmə istintaqı zamanı ona həmin maddə ilə elan edilmiş ittihamı qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı cinayət işi üzrə toplanmış sübutlar, yəni şahidlərin ifadələri, şəxsi axtarış, baxış və götürmə aparılması protokolu, baxış zamanı çəkilmiş video görüntülərin olduğu disk, ekspertiza rəyi tədqiq edilmiş və şəxsin təqsirləndirildiyi cinayət hadisəsinə aidiyyəti öz təsdiqini tapmışdır. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakteri daşıdığını hesab edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qismən etirafedici ifadələrinə, zərərçəkmiş şəxsin ifadəsinə, AR DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli 011-14775-1222 saylı məktubuna, iş materiallarında olan və yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs münasibətdə oğurluq cinayəti törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus əmlakların (1 ədəd 150 manat dəyərində 7 litrlik samovar, 1 metri 1,6 manat olmaqla ümumi qiyməti 160 manat təşkil edən 1 top istifadə olunmayan elektrik naqili, evə quraşdırılmış təxminən 50 metr uzunluğunda dəyəri 80 manat təşkil edən elektrik naqilləri, 1 ədəd 110 manat dəyərində lobzik, 1 ədəd 30 manat dəyərində ütü, 1 ədəd 30 manat dəyərində vintaçan, 6 ədəd hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 60 manat təşkil edən alminium qazanlar, 1 ədəd 50 manat qiymətində «Markus» markalı su nasosu) oğurlanması hissəsində törədilməsi tam sübuta yetir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan oğurluq epizoduna dair hissədə digər əmlakların, yəni hər birinin qiyməti 50 manat təşkil edən və ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan olan düz qar külüngünü, hər birinin qiyməti 40 manat təşkil etməklə ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olmaqla ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələrini, hər birinin qiyməti 187 manat olmaqla ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkmələrini, 1 metri 3 manat olmaqla 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclüyü həmçinin 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5.000 manat təşkil edən və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olmaqla Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş, dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 ədəd kubokların oğurlanması hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Məhkəmə həmin epizod üzrə oğurluq cinayətlərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən təqdim edilmiş sübutlara qiymət verərkən aşağıdakı nəticəyə gəlir. Məhkəmə ilk olaraq qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində hər birinin qiyməti 50 manat təşkil edən və ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan olan düz qar külüngünü, hər birinin qiyməti 40 manat təşkil etməklə ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olmaqla ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələrini, hər birinin qiyməti 187 manat olmaqla ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkmələrini, 1 metri 3 manat olmaqla 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclüyü həmçinin 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5.000 manat təşkil edən Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş, dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 ədəd kubokları əmlakları oğurlamadıqlarını bildirmişdirlər. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində yuxarıda göstərilən əmlakların ona məxsus olmadığını, qohumu Şahid6 məxsus olduğunu qeyd etmiş və Şahid6 tərəfindən saxlanılması üçün ona verildiyini bildirmişdir. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 yuxarıda qeyd edilən əşyaların ona məxsus olduğunu və saxlanılması üçün Zərərçəkmiş şəxs verdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, sadalanan kuboklar gümüş materialdan olmaqla 1970-ci illərdə ona verilmişdir. Həmin kuboklar onun rəhbərlik etdiyi kluba, yəni Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyası “Alpinist və Turizm” Respublika İdman klubuna məxsus olmuşdur. Göründüyü kimi ibtidai istintaq orqanı zərər çəkmiş şəxsi müəyyən edərkən səhv nəticəyə gəlmiş və həmin əşyaların Zərərçəkmiş şəxs məxsus olmasını təsdiq edən heç bir sübut cinayət işinə əlavə edilməmişdir. İbtidai istintaq orqanı tərəfindən sübut kimi təqdim edilmiş Şahid4 ifadəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxslər gələrək elektrik naqilləri, xatırlamadığı inşaatda istifadə olunan dəmir materiallarını və 01 ədəd samoravı ona təhvil verilmişdirlər. Bunun müqabilində o, onlara 120 manat pul vermişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyaların təqsirləndirilən şəxslər tərəfindən Şahid4 satılması Şahid4 ifadəsinə əsasən müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, 1970-ci illərdə Alpinizim Federasiyası tərəfindən Şahid6 dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 (beş) ədəd kubokun verilməsi ilə bağlı məlumat verilməsinə dair Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinə sorğu verilmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirlyinin xx.xx.2024-cü il tarixli, 3-19/2-4727/2024 saylı məktubunda 1970-ci illərdə Alpinizim Federasiyası tərəfindən Şahid6 dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 (beş) ədəd kubokun verilməsi ilə bağlı məlumatın olmadığı və bu səbəbdən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə müraciət edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin 21 oktyabr 2024-cü il tarixli, 3-48-DA/2-711/2024 saylı məktubundan görünür ki, Şahid6 təltif edilməsi ilə bağlı axtarışın aparılması üçün axtarış məlumatlarının (təltif olduğu sahə və təltif edən qurumun adı) dəqiq qeyd edilmədiyindən Şahid6 dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 (beş) ədəd kubokun verilməsi ilə bağlı məlumat verilməsi mümkün olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində şəxsiyyəti istintaqa məlum olmayan tanışı Elçin adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinə qanunsuz daxil olaraq hər birinin qiyməti 50 manat təşkil edən və ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan olan düz qar külüngünü, hər birinin qiyməti 40 manat təşkil etməklə ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olmaqla ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələrini, hər birinin qiyməti 187 manat olmaqla ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkmələrini, 1 metri 3 manat olmaqla 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclüyü həmçinin 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5.000 manat təşkil edən və zərər çəkmiş Zərərçəkmiş şəxs məxsus olmaqla Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş, dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 ədəd kubokları gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 9002 manat maddi ziyan vurmaqla oğurluq etmələrinə dair hissədə epizod sübut olunmadığından ittihamdan xaric edilməli, həmin oğurluq cinayətlərinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılmalı və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər Rayon Prokuroruna göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.” Belə ki, təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittiham üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus hər birinin qiyməti 50 manat təşkil edən və ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan olan düz qar külüngünü, hər birinin qiyməti 40 manat təşkil etməklə ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olmaqla ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələrini, hər birinin qiyməti 187 manat olmaqla ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkmələrini, 1 metri 3 manat olmaqla 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclüyü həmçinin 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5.000 manat təşkil edən və zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus olmaqla Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş, dövlət təltifi hesab edilən və hər biri gümüş materialdan hazırlanmış 05 ədəd kuboklarının oğurlanması hissəsində təqsirləri sübuta yetirilmir və təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü madədlərindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə eyni zamanda qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamda olan AR CM-nin 325-ci maddəsi ilə bağlı hissəsində qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.3-cü maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsinin dispozisiyasına əsasən hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma cinayət mısuliyyəti yaradır. “Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsi və 26-cı maddəsinin İİ hissəsi baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsinin şərh olunması”na dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İ hissəsi və 26-cı maddəsinin İİ hissəsi baxımından, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə uyğun olaraq dövlət təltiflərinin qanunsuz əldə edilməsi onların talama yolu ilə əldə edilməsi halını da ehtiva etdiyindən dövlət təltiflərinin talanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyətini yaradır.” Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda göstərilən Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5000 manat təşkil edən 05 ədəd kubokun təqsirləndirilən şəxslər tərəfindən talanması məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyindən (ittihamdan xaric edildiyindən) onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.4-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə AR CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi nəzərər alır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,1(003)-430/2021 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(010)-54/2022 saylı qərarına əsasən Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-430/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının 05 noyabr 2021-ci il tarixə çəkilməmiş 10 ay 15 gün hissəsi 06 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırki cinayət işi üzrə əməllər 13 dekabr 2022-ci il və 06 mart 2023-cü il tarixdə törədilmişdir. Həmin tarixdən cinayət əməlinin törədilmiş olduğu tarixə cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş hesab olunur. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edildiyi kimi hazırki cinayət işi üzrə əməl Təqsirləndirilən şəxs1 tərəfindən 13 dekabr 2022-ci il və 20 fevral 2023-cü il tarixdə, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmündən əvvəl törədilmişdir. Məhkəmə AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, səmimi peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə AR CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal kimi nəzərər alır. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırki cinayət işi üzrə əməllər 13 dekabr 2022-ci il və 20 fevral 2023-cü il tarixdə törədilmişdir. Həmin tarixdən cinayət əməlinin törədilmiş olduğu tarixə cinayət qanunvericiliyinə əsasən iki il müddət keçmədiyindən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmiş hesab olunur. Həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir Məhkəmə bildirir ki, hazırki cinayət işi üzrə əməl Təqsirləndirilən şəxs2 tərəfindən 13 dekabr 2022-ci il və 06 mart 2023-cü il tarixdə, yəni Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli hökmündən əvvəl törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən “Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən “Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun xeyrinə ümumilikdə 9688 manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs mülki iddia ilə müraciət edərək ona 9688 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iş üzrə zərərçəkmiş şəxsə 670 manat maddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, 670 manat pul təqsirləndirilən şəxslər, mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Mülki iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,310 qram psixotrop maddə olan metamfetamin və 0,434 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs1 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə bəraət verilsin və o, həmin maddə ilə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 05 (beş) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 06 mart 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 325-ci maddəsi ilə bəraət verilsin və o, həmin maddə ilə Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 08 dekabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 04 aprel 2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,310 qram psixotrop maddə olan metamfetamin və 0,434 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 və 55 (əlli beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 670 (altı yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təxminən saat 20 radələrində şəxsiyyəti istintaqa məlum olmayan tanışı Elçin adlı şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını talama məqsədi ilə tamah niyəti ilə Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinə qanunsuz daxil olaraq hər birinin qiyməti 50 manat təşkil edən və ümumi dəyəri 1750 manat olan 35 ədəd alminium materialdan olan düz qar külüngünü, hər birinin qiyməti 40 manat təşkil etməklə ümumi dəyəri 320 manat olan alpinist primusları, hər birinin qiyməti 340 manat olmaqla ümumi dəyəri 1020 manat təşkil edən 3 ədəd Norveç istehsalı olan tüklü alpinist gödəkçələrini, hər birinin qiyməti 187 manat olmaqla ümumi dəyəri 748 manat təşkil edən 4 ədəd alpinist çəkmələrini, 1 metri 3 manat olmaqla 60 metr uzunluğunda, ümumi dəyəri 180 manat təşkil edən dəmir künclüyü həmçinin 01 ədədinin qiyməti 1000 manat olmaqla ümumi qiyməti 5000 manat təşkil edən və Azərbaycan Alpinizm Federasiyası tərəfindən verilmiş hər biri gümüş materialdan hazırlanmış 05 ədəd kubokları gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 9002 manat maddi ziyan vurmaqla oğurluq etmələrinə dair hissə ittihamdan xaric edildiyindən həmin oğurluq cinayətinin təqibi üzrə icraat materialları hazırkı cinayət işindən ayrılsın və toplanmış materiallar cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməsi və həmin şəxsin (şəxslərin) cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəsinə mindikdən sonra ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xəzər rayon prokuroruna göndərilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 50 saata görə 300 (üç yüz) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 50 saata görə 300 (üç yüz) manat, ümumilikdə 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-62/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-62/2024
20.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver