Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-621/2022 27.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci ildə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı rayonu, Qızmeydan kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, H.Məmmədov küçəsi, YYM-də yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 18 iyun 2022-ci il tarixdə təxminən saat 23 radələrində texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi özünə məxsus “Opel Astra” markalı, HH 684 JJ Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobillə Xəzər rayonu, Mərdəkan-Buzovna şossesi ilə Buzovna qəsəbəsi istiqamətində sağdan 2-ci zolaqla 40 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkətin təhlükəsizliyinə əmin olmadığı vəziyyətdə avtomobili sol zolaqdan sağa manevr etdirməməli, yəni “Chevrolet Lacetti”markalı avtomobilin arxadan eyni istiqamətdə sağdan 1-ci zolaqla hərəkətdə olmasını nəzərə alaraq həmin avtomobilə yol verməli və bundan sonra sağa doğru manevr etməklə yerdəyişmə edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu qaydalara əməl etməyərək hərəkətini davam etdirib ehtiyatsızlıqdan idarə etdiyi “Opel Astra” markalı, HH 684 JJ Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qanadı ilə Mərdəkan- Buzovna şosesi ilə Buzovna qəsəbəsi istiqamətində sağdan 1-ci zolaqla hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi "Chevrolet Lacetti” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, zərbənin təsirindən "Chevrolet Lacetti” markalı avtomobil əvvəlcə yolun sağ kənarında dayanan piyada Zərərçəkmiş şəxs1, ardınca isə piyadanın yanında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “Opel Astra” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə piyada Zərərçəkmiş şəxs1 təpə və ənsə nahiyəsinin əzilmiş yaraları, sağ qamış sümüyünün çox qəlpəli, yerdəyişən, sağ incik sümüyünün ikili, yerdəyişən, qəlpəli, qapalı sınıqları ilə nəticələnən və sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, "Chevrolet Lacetti” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 təpə nahiyəsinin əzilmiş yarası ilə nəticələnən və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri almasına, Zərərçəkmiş şəxs2 məxsus "Chevrolet Lacetti” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilə 4781 manat məbləğində maddi ziyan vurulmasına, Zərərçəkmiş şəxs4 məxsus “Opel Astra” markalı ** VG *** dövlət qeydiyyat nişanlı avtomobilə isə 2320 manat məbləğində maddi ziyan vurulmasına səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayət əməlini törətmişdir . Məhkəmə iclasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təxminən 23:40 radələrində idarə etdiyi "Opel" markalı HH-684-JJ Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayon ərazisində Mərdəkan qəsəbəsi istiqamətindən, Buzovna qəsəbəsi istiqamətində getmiş, bir istiqamətli, 2 zolaqlı yolun sağdan 1-ci zolağı ilə saatda 40 km sürətlə qarşı tərəfə hərəkət etmişdir. Yolda mobil telefon ilə zəng etmək üçün avtomobili yolun sağ kənarında saxlamaq məqsədi ilə avtomobilin sağa dönmə işığını yandırmış, avtomobili yolun sağ tərəfinə yönəltmək istiyən zaman, qəfil arxada eyni istiqamətdə yüksək sürətlə hərəkət etmiş "Chevrolet" markalı avtomobil onun idarə etdiyi avtomobilin sağ tərəfindən, əsas yoldan çıxmış, ötmə əməliyyatı etmiş, idarə etdiyi avtomobili sağ tərəfindən ötüb keçən zaman, "Chevrolet" markalı avtomobilin təxminən sol tərəfi ona məxsus avtomobilin qabaq sağ qanadına çırpılmış, zərbənin təsirindən "Chevrolet" markalı avtomobil qarşı tərəfə hərəkət etmiş, qarşıda sağ tərəfdə hansısa maneyələrə çırpılmış və dayanmışdır. O da avtomobil ilə bir qədər qarşı tərəfə hərəkət etmiş və avtomobili yolun kənarında saxlamışdır. Məlum olmuşdur ki, "Chevrolet" markalı avtomobil ona məxsus avtomobilə çırpılıb qarşı tərəfə hərəkət edən zaman yolun sağ tərəfində piyada dayanan şəxsi vurmuş, bundan sonra "Chevrolet" markalı avtomobil yolun kənarında dayanmış vəziyətdə olmuş və salonunda sürücüsü olmayan "Opel" markalı avtomobilə çırpılmışdır. Hadisə zamanı tək olmuşdur və hadisə zamanı bədən xəsarətləri almamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Onun “B” kateqoriyalı sürücülük vəsiqəm var və "Opel" markalı HH-684-JJ Gürcüstan Respublikası dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. O, həmin avtomobili baş etibarnamə ilə 3 il bundan əvvəl Gürcastan Respublikasından almışdır. Hadisə zamanı sərxoş olmamış, avtomobilini 40 km/saat sürətlə idarə etmiş, lakin o sağ tərəfə dönmə əməliyyatı edərkən avtomobilini saatda 20-30 km/saat sürətə endirmişdir. O, digər avtomobillə toqquşan zaman təhlükəni hiss etmişdir. O, dərhal əyləci basaraq avtomobilini saxlamışdır. Avtomobili texniki cəhətdən tam saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxslər ilə barışdığını, onlara dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:40 radələrində idarə etdiyi "Chevrolet " markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Xəzər rayon ərazisində Mərdəkan qəsəbəsi istiqamətindən, Buzovna qəsəbəsi istiqamətində gedən, bir istiqamətli, 2 zolaqlı yolun sağdan 1-ci zolağı ilə saatda 60-70 km sürətlə qarşı tərəfə hərəkət etmişdir. Həmin vaxt avtomobilin salonunda tanışları X4 və Zərərçəkmiş şəxs3 olmuşdur. Bir qədər qarşıda eyni istimatdə, yolun sağdan 2-ci zolağında Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobil hərəkət etmişdir. O idarə etdiyi avtomobil ilə sağdan 2-ci zolağda hərəkət etmiş, Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin sağ tərəfindən, yəni yolun sağdan 1-ci zolağında, Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomaşın ötüb keçən zaman qəfil yolun sağdan 2-ci zolağında hərəkət etmiş Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili sağ tərəfə onun hərəkətdə olduğu avtomobilin üzərinə yönəltmiş və bu zaman Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin qabaq sağ qanadının yan tərəfi onun idarə etdiyi avtomobilin sol qabaq qapı hissəsinə çırpılmışdır. Zərbənin təsirindən idarə etdiyi avtomobilin idarə etməsini itirmiş, avtomobil yanakı sürüşmüş və bir neçə metr irəlidə yolun kənarında dayanmış piyada kişini avtomobilin sol yan hissəsi ilə vurmuşdur. Daha sonra avtomobil bir qədər də sürüşmüş və yolun kənarında dayanmış Opel markalı avtomaşına dəyib dayanmışdır. Hadisədən sonra xəsarət alan piyadanı köməyə gələn tanımadığı vətəndaşların köməkliyi ilə xəstənaya getməsini təmin etmişdir. Hadisə zamanı o bədən xəsarətləri almamışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, "Opel Astra" markalı HH 684 JJ dövlət qeydiyyat nişanlı avtomobil 40-50 km sürətlə hərəkət etmiş, ancaq sağa manevr edərkən həmin avtomaşının sürücüsü sürəti 30-40 km-ə azaltmışdır. "Opel Astra" markalı HH 684 JJ dövlət qeydiyyat nişanlı avtomobil ilə onun idarə etdiyi avtomobil arasında məsafə təxminən 1-2 metr olmuşdur. "Opel Astra" markalı HH 684 JJ dövlət qeydiyyat nişanlı avtomobil sağa manevr etdiyi yerdən onun avtomaşını ilə toqquşduğu yerə qədər təxminən 3 metr məsafə qət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci tarixdə idarə etdiyi “Opel Astra” markalı **-VG-*** dövlət qeydiyyat nişanlı avtomobili Xəzər rayonu ərazisində Mərdəkan qəsəbəsi istiqamətindən Buzovna qəsəbəsi istiqamətində gedən yolun sağ tərəfində “Əncirli” adlanan yerdə yoldan sağ tərəfdə tam kənarda saxlayıb yaxınlıqda yaşayan qohumunun evinə getmişdir. Təxminən saat 23:40 radələrində özünə məxsus avtomobili saxladığı evin yaxınlığında Opel və Şevrolet markalı avtomobillərin toqquşmasını eşidib avtomobili saxladığı yerə getmişdir. Orada məlum olmuşdur ki, Opel və Şevrolet markalı avtomobillərin toqquşmasından sonra Şevrolet markalı avtomobil toqquşmadan sonra yol kənarında saxladığı ona məxsus avtomobilə çırpılmış, ona məxsus olan avtomobil isə yol kənarında daş hasara çırpılmış və avtomobilinin qabaq və arxa tərəfi əzilmişdir. Ona ümumilikdə 2230 manat maddi ziyan dəymişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, İlkin olaraq o təxmini qiymət demişdir. Sonradan isə o avtomobilini servisdə yoxlatdıraraq qüsur aktı çıxarmış və ona dəymiş ziyanın 2320 manat olduğunu müəyyən etmişdir. ** VG *** dövlət qeydiyyat nömrəli avtomobil ona məxsusdur. O, həmin avtomobili X2 almış və etibarnamə ilə idarə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:40 radələrində qohumu Orxana məxsus olan "Chevrolet" markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacaqda əyləşmiş və avtomobili qohumu Orxan Xəzər rayon ərazisində Mərdəkan qəsəbəsi istiqamətindən, Buzovna qəsəbəsi istiqamətində gedən, bir istiqamətli, 2 zolaqlı yolun sağdan 1-ci zolağı idarə etmişdir. Bir qədər qarşıda eyni istiqamətdə, yolun sağdan 2-ci zolağında Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobil hərəkət etmişdir. Orxan idarə etdiyi avtomobil ilə yolu sağdan 2-ci zolağda hərəkət edən, Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin sağ tərəfindən, yəni yolun sağdan 1-ci zolağında, Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomaşını ötüb keçən zaman qəfil yolun sağdan 2-ci zolağında hərəkət edən Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili sağ tərəfə Orxanın hərəkətdə olduğu avtomobilin üzərinə yönəltmiş və bu zaman Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin qabaq sağ qanadının yan tərəfi Orxanın idarə etdiyi avtomobilin sol qabaq qapı hissəsinə çırpılmışdır. Zərbənin təsirindən Orxan idarə etdiyi avtomobilin idarə etməsini itirmiş, avtomobil yanakı sürüşərək bir neçə metr irəlidə yolun kənarında dayanmış piyada kişini avtomobilin sol yan hissəsi ilə vurmuşdur. Daha sonra avtomobil bir qədər də sürüşərək yolun kənarında dayanmış, Opel markalı avtomaşına dəyib dayanmışdır. Hadisədən sonra xəsarət alan piyadanı köməyə gələn tanımadığı vətəndaşların köməkliyi ilə xəstəxanaya getməsini təmin etmişlər. Hadisə zamanı avtomobilin salonunda o Dəyanət ilə birlikdə olmuş və hadisə zamanı o bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:30 radələrində yaşadığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əncirlik adlanan ərazidə yol kənarında dayanmışdır. Həmin vaxt qəflətən “Chevrolet” markalı avtomobil ona dəymiş və o zərbənin təsirindən yerə yıxılmışdır. O həmin vaxt ayağa qalxmaq istədikdə ağrının təsirindən qalxa bilməmişdir. Bundan sonra orada olan şəxslər oğluna və təcili tibbi yardıma zəng vurmuşlar və onu xəstəxanaya aparmışlar. Sonradan o öyrənmişdir ki, Chevrolet markalı avtomobil ilə Opel markalı avtomobilin toqquşması nəticəsində Cherolet markalı avtomaşın sürüşərək gəlib onu vurmuş və daha sonra yolun kənarında dayanan digər Opel markalı avtomobilə dəyərək dayanmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, bu səbəbdən də təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirərək, bu barədə məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:40 radələrində qohumu Orxana məxsus "Chevrolet" markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacaqda əyləşmiş və avtomobili qohumu Orxan Xəzər rayon ərazisində Mərdəkan qəsəbəsi istiqamətindən, Buzovna qəsəbəsi istiqamətində gedən, bir istiqamətli, 2 zolaqlı yolun sağdan 1-ci zolağı ilə idarə etmişdir. Bir qədər qarşıda eyni istiqamətdə, yolun sağdan 2-ci zolağında Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobil hərəkət etmişdir. Orxan idarə etdiyi avtomobil ilə yolu sağdan 2-ci zolağda hərəkət edən, Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin sağ tərəfindən, yəni yolun sağdan 1-ci zolağında, Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomaşını ötüb keçən zaman qəfil yolun sağdan 2-ci zolağında hərəkət etmiş, Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobili sağ tərəfə Orxanın hərəkətdə olduğu avtomobilin üzərinə yönəltmiş və bu zaman Gürcüstan dövlət qeydiyyat nişanlı Opel markalı avtomobilin qabaq sağ qanadının yan tərəfi Orxanın idarə etdiyi avtomobilin sol qabaq qapı hissəsinə çırpılmışdır. Zərbənin təsirindən Orxan idarə etdiyi avtomobilin idarə etməsini itirmiş, avtomobil yanakı sürüşərək bir neçə metr irəlidə yolun kənarında dayanmış piyada kişini avtomobilin sol yan hissəsi ilə vurmuşdur. Daha sonra avtomobil bir qədər də sürüşərək yolun kənarında dayanmış Opel markalı avtomaşına dəyib dayanmışdır. Hadisədən sonra xəsarət alan piyadanı köməyə gələn tanımadığı vətəndaşların köməkliyi ilə xəstəxanaya getməsini təmin etmişlər. Hadisə zamanı avtomobilin salonunda o və tanışı Murad olmuş və hadisə zamanı o bədən xəsarətləri almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:40 radələrində Mərdəkan-Buzovna şossesində yerləşən Əncirlik marketin yaxınlığında məhəllə arası yolla kəsişmədə dayanmışdır. Bu vaxt Buzovna qəsəbəsi istiqamətində hərəkət edən iki avtomaşının toqquşmasının şahidi olmuşdur. Belə ki, həmin istiqamətdə yolun sağdan 2-ci cərgəsi ilə hərəkətdə olan "Opel" markalı avtomobil sağa dönmək üçün, sağa dönmə işıqlarını yandırıb, sağ tərəfə manevr edərək 1-ci cərgəyə keçmiş və həmin cərgə ilə hərəkət edən "Chevrolet" markalı avtomaşını sol yan hissəsindən vurmuşdur. Zərbədən idarə etməsini itirən "Chevrolet" markalı avtomaşın yanakı sürüşüb yolun kənarında dayanmış piyadanı yan tərəfi ilə vurmuş və yolun kənarında dayanmış başqa bir "Opel" markalı avtomaşına dəyərək dayanmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 23:40 radələrində Mərdəkan-Buzovna şossesində yerləşən Əncirlik marketin yaxınlığında, şosenin məhəlləarası yolla kəsişməsində dayanmışdır. Bu vaxt Buzovna qəsəbəsi istiqamətində hərəkət edən iki avtomaşının toqquşmasının şahidi olmuşdur. Belə ki, həmin istiqamətdə yolun sağdan 2-ci cərgəsi ilə hərəkətdə olan "Opel" markalı avtomobil sağa dönmək üçün, sağa dönmə işıqlarını yandırıb, sağ tərəfə manevr edərək 1-ci cərgəyə keçdi və həmin cərgə ilə hərəkət edən "Chevrolet" markalı avtomaşını sol yan hissəsindən vurdu. Zərbədən idarə etməsini itirən "Chevrolet" markalı avtomaşın yanakı sürüşüb yolun kənarında dayanmış piyadanı yan tərəfi ilə vurdu və yolun kənarında dayanmış başqa bir "Opel" markalı avtomaşına dəyərək dayandı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 23 iyun 2022-ci il tarixli, 754 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarət - təpə nahiyəsinin əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 3-4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyinin 08 sentyabr 2022-ci il tarixli, 1458 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - təpə və ənsə nahiyəsinin əzilmiş yaraları, sağ qamış sümüyünün çox qələli, yerdəyişən, sağ incik sümüyünün ikili, yerdəyişən, qəlpəli, qapalı sınıqları küt əşya ( əşyalar ) təsirindən törənmiş, törənmə müddətləri onun "X9" X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsinə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2022-ci il tarixli, 8/1709 saylı rəyindən görünür ki, İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən Opel Astra markalı, HH 684 JJ dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə Chevrolet Lacetti markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs2 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqtəyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 19 iyun 2022-ci il tarixli, 1/2952 saylı aktından görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarına əlavə edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 19 iyun 2022-ci il tarixli 1/2953 saylı aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1962-ci ildə Şamaxı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxslər ilə barışdığı, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacaqları qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. QEYD: Bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-nin 263-cü maddəsinə görə isə avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına (CM-nin 263.1-ci maddəsi), eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə (CM-nin 263.2-ci maddəsi), və ya iki və daha çox şəxsin ölümünə (CM-nin 263.3-cü maddəsi) səbəb olduqda şəxs həmin maddədə göstərilmiş sanksiyalara məruz qalır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan təqsirləndirilən şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərər çəkən şəxsə maddi zərər vurulduqda, inzibati məsuliyyət yaranır. Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsinə əsasən “Başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir.” Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72, 73 və 74-cü maddələrində nəzərdə tutulmuş “ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs” anlayışının şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Ağır və xüsusilə ağır cinayətlərdən fərqli olaraq böyük ictimai təhlükə törətməyən, şəraitin dəyişməsi ilə bağlı həmçinin az ağır cinayətlərə qanunvericinin belə imtiyazlı münasibəti qanuni ictimai marağa xidmət edir. Bununla da belə cinayətlər kateqoriyasına aid olan təqsirli əməl törətmiş şəxs cinayət qanununun qeyd olunan normalarında göstərilən şərtləri yerinə yetirməklə artıq ictimai təhlükəli olmadığını ifadə etdiyi halda, cinayət məsuliyyətinə cəlb olunmadan onun belə davranışdan çəkinməsinə, islah olunmasına və ictimaiyyətdə qəbul olunmuş birgəyaşayış qaydalarına riayət etməsinə nail olunur.” Məhkəmə, iş üzrə təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslərlə barışmasını, zərər çəkmiş şəxslərin ona qarşı şikayətinin olmamasını və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın ödənildiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə bu nəticəyə gələrkən bildirir ki, iş üzrə zərərəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs1 az ağır xəsarət almış, digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 isə yüngül dərəcəli bədən xəsarətləri almışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 az ağır dərəcəli bədən xəsarəti aldığından Təqsirləndirilən şəxs barəsində cinayət işi başlanılmışdır. Məhkəmə baxışında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə barışdığından və ona dəymiş ziyan ödənildiyindən hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin dispozisiyasında həmçinin Konstitusiya və Ali Məhkəmənin müvafiq qərarlarında göstərildiyi kimi cinayət məsuliyyəti zərər çəkmiş şəxsin sağlamlığına az ağır dərəcəli bədən xəsarətləri yetirildikdə yaranır. Məhkəmə digər zərərçəkmiş şəxsə münasibətdə bildirir ki, həmin şəxsə yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir və bu inzibati məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 09 mart 2022-ci il tarixli göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinə müvafiq olaraq cinayət törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsindən irəli gələn eyni hüquq pozuntusuna görə iki dəfə cəza ola bilməz (non bis in idem) prinsipinin tətbiqi sahəsinə daxil edilmədiyindən, bu prinsipin pozulmasına gətirib çıxarmır. Şəxsin həm az ağır zərər, həm də yüngül bədən xəsarəti yetirdiyi zərərçəkmiş şəxslə barışması və ona dəymiş ziyanı tamamilə ödəməsi əsası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsindən sonra Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi həmin Məcəllənin 9.1-ci maddəsində ifadə olunan ümumhüquqi ədalətlilik prinsipinin pozulması kimi qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən “Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət yaranır.” Belə olan halda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətləri olduğundan araşdırılması üçün müvafiq orqana göndərilməlidir. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut yoxdur. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Xəzər Rayon Polis İdarəsinə göndərilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-621/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-621/2022
27.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver