Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-622/2024 19.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçinın, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs 11 avqust 2023-cü il tarixdə saat 16 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində M.Musayev deyilən ərazidə üzü Mərdəkan qəsəbəsinə gedən yolun sağ tərəfində tikilməkdə olan çoxmərtəbəli yaşayış evinin 4-cü mərtəbəsində gedən tikinti işində armatur dəmirini dartmaq üçün ondan köməklik etməsini istəyən Zərərçəkmiş şəxs «sən kimsən mənə göstəriş verirsən» deyib imtina etməsi səbəbindən sonuncu ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona kobud sözlər deyib mübahisə yaradaraq şəxsi münasibətlərinin pozulması zəminində qəsdən qisas almaq məqsədilə orada qəflətən ani olaraq başı ilə Zərərçəkmiş şəxs sifətinin sol nahiyyəsindən vuraraq Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq qövsünün və sol əng sümüyünün sınıqları ilə müşayiət olunan, sol gözün göz qapaqlarının və sol gözaltı-almacıq nahiyəsinin qançırşişkinlikləri kimi az ağır dərəcəli bədən xəsarətləri yetirməsi ilə nəticələnən qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 avqust 2023-cü il tarixdə Mərdəkan körpüsünün altında tikintidə usta kimi sifarişli iş götürmüşdür. Elə həmin gün saat 15 radələrində həmin tikintidə işə başlamışdır. Tikintidə işləyərkən dəmir ustası Sadiq adlı şəxslə tanış olmuşdur. Belə ki, o Sadiq və hazırda adlarını xatırlaya bilmədiyi 3 nəfər şəxs bir yerdə işləyirmişlər. Sadiq adlı şəxs orada olan bir nəfərə sataşmağa başlamışdır. Belə ki, Sadiq həmin şəxsin işləyə bilmədiyini qeyd edərək onu ələ salmağa başlamışdır. Həmin şəxsdən sonra Sadiq ona də sataşmağa başlamışdır. Sadiq ona demişdir ki, “bu necə iş görməkdir, heç nə bacarmırsan.” O isə cavabında Sadiqə bildirmişdir ki, “sən kimsən, işin yiyəsi var və lazım olsa işin yiyəsi mənə irad tuta bilər.” Onun bu sözü Sadiqin xoşuna gəlmədiyi üçün Sadiq onu təhqir etməyə başlamış və ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. O da Sadiqin söyüşlərinə cavab olaraq baş nahiyəsi ilə Sadiqin sol göz nahiyəsindən yüngülcə zərbə ilə vurmuşdur. Yanındakı şəxslər mübahisənin böyüməməsi üçün onları ayırmışlar. O əynini dəyişib tikinti yerindən uzaqlaşıb evə getmişdir. Təxminən bir neçə gündən sonra Abşeron polisindən ona zəng gəlmiş və Sadiqlə aralarında baş vermiş mübahisə ilə bağlı onu Mehdiabad polis bölməsinə dəvət etmişlər. Bölməyə gedən zaman o Sadiqin orada olduğunu görmüşdür. Bölmədə polis əməkdaşları onları barışdırmağa çalışmışlar, lakin Sadiq məsələni uzatmış və nəticədə bu günə kimi onlar hələ də məsələni yoluna qoya bilməmişlər. Təqsirləndirilən şəxs ifadəsində əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əslən Goranboy rayonundan olsa da, hərbi xidməti Bakı şəhərində keçdiyi üçün hərbi xidmətdən sonra Bakı şəhərində yaşamağa başlamışdır. Bakı şəhərinin müxtəlif yerlərində kirayə yaşasa da, təxminən 7 ildir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Digah kəndində yaşayır. Rəsmi iş yeri olmadığı üçün gündəlik işlərdə işləyir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna yolu deyilən ünvanda fərdi tikintidə işə getmişdir. İlk gün imiş ki, həmin işdə olmuşdur. İşdə olarkən təxminən saat 16 radələrində Oktay kimi tanıdığı şəxslə aralarında mübahisə yaranmışdır. Belə ki, iş zamanı o yarımtikili binanın 4-cü mərtəbəsində olarkən Oktaya armatur dəmirini dartmağa kömək etməsini xahiş etmişdir. Lakin Oktay onun sözündən əsəbləşərək ona “sən kimsən mənə yol göstərirsən” demiş və bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı gözləmədiyi anda həmin Oktay adlı şəxs başı ilə onun sifətinin sol nahiyəsindən zərbə vurmuşdur. Zərbənin təsirindən o sol göz və sol almacıq nahiyəsindən xəsarət almışdır. Bunu görən tikintinin briqadiri onları aralamışdır. Oktayın bu hərəkətindən sonra briqadir Oktayı işdən qovmuş, onu isə yaşadığı evə gətirmişdir. Özünü pis hiss etdiyi üçün həmin gün o Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstyəxanasına müraciət etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 14 avqust 2023cü il tarixli, 1710 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol almacıq sümüyünün alın çıxıntısının, sol almacıq qövsünün və sol əng sümyünün sınıqları ilə müşayiət olunan sol gözün göz qapaqlarının, sol gözaltı-almacıq nahiyəsinin qançır-şişkinlikləri küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə insan bədəninin hissəsinin (əl baş və s.) təsirindən əmələ gələ bilmələri mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarına əlavə edilmiş 16 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ********* saylı cinayət işi üzrə AR CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Buzovna qəsəbəsi ərazisində saxlanaraq Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 03 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyi, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Oktay tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1983-cu il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Əzizbəyov RPİ-nin icraatında olan 187 saylı material üzrə AR CM-nin 128 maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən, zərərçəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat və hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil X2 və Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-622/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-622/2024
19.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver