Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-625/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonunun Caharlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən zərəçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 24 iyul 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən avtomobil təmiri emalatxanasında avtomobil təmiri ilə bağlı aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı əlində olan taxta parçası ilə qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbə endirərək ona burunun, sağ dirsəyin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan sol mil-bilək oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun və zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, hal-hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. Qayınatası Zərərçəkmiş şəxs müraciəti ilə tanış olduqdan sonra bildirmişdir ki, onun qızı Şahid1 ilə 2008-ci ildə ailə həyatı qurmuşdur. Birgə nikahdan üç övladları var. Bu müddət ərzində ararındakı ailə münasibətləri normal olmuşdur. Son vaxtlar ailədaxili mübahisələrin nəticəsində aralarındakı ər-arvad münasibətləri pozulmuşdur. Aralarındakı mübahisələrinə səbəb çox vaxt işdən evə gəlib görmüşdür ki, həyat yoldaşı ona deməmiş uşaqları da götürüb mağazalara, bəzən də atası evinə getmişdir. Bunları ona irad bildirəndə aralarında mübahisə yaranmışdır. 2022-ci ilin iyul ayının 20-də həyat yoldaşı uşaqları da götürüb yaxınlıqda yaşayan qaynatasının evinə getmişdir. 23 iyul 2022-ci il tarixdə Əhmədli qəsəbəsi ərazisində işləmiş, işdən çıxandan sonra axşam saatlarında elə həmin ərazidə kafelərin birində oturub yeyib içdikdən sonra evə gəlmək istəmişdir. Yolda fikrini dəyişmiş və uşaqlarını görmək istəmişdir. Bu aralarda uşaqları üçün çox darıxırdığına görə, eləcə də ailəsi evdən çıxıb atası evinə getməyi ona pis təsir etmişdir. Bunun üçün Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivinə gələndə bir başa qayınatasının evinə getmişdir, həmin vaxt ailəsi də orada olmuşdur. Atçılıq yeni yaşayış massivində bir şüşə pivə də almışdır ki, yolda içəcək. Həmin 24 iyul 2022-ci il tarixdə saat 01 radələri olmuşdur. Həyətə daxil olanda yüksək səslə yoldaşını çağırmışdır. Bu zaman qayınatası və yoldaşı evdən çıxmışlar. O, yoldaşına uşaqları da götürüb birlikdə yaşadıqları evə getməyi bildirmiş, yoldaşı isə getməkdən imtina etmişdir. Onlar Təqsirləndirilən şəxsla mübahisə etməyə başlamışlar. Bu zaman qayınatası ona yaxınlaşaraq nalayiq sözlərlə təhqir edib həyətdən küçəyə çıxartmışdır. Sonra yenidən həyətə daxil olmuş, bundan sonra aralarında münaqişə yaranmışdır. Münaqişə zamanı əlindəki pivə şüşəsini evin divarına vurub sındırmışdır. Məqsədi onları vuracağı ilə hədələyib qorxutmaq olmuşdur ki, qayınatası ondan əl çəksin. Pivə şüşəsini sındıran zaman şüşə sağ əlinin baş barmağının üst nahiyyəsini kəsmiş, bununla bağlı həkimə müraciət etməmişdir. Çünki özünün ehtiyyatsızlığı ucbatından kəsildiyini və kəsik balaca olduğundan sonradan özü sağaldığını bildirmişdir. Həmin vaxt sərxoş olduğundan qayınatasını yumruqla vurmağını xatırlamadığını, ola bilsin ki, münaqişə zamanı əl-qol atanda əli Mahirin sifət nahiyyəsinə dəydiyini bildirmişdir. Onlarla sözlə mübahisə etdiyini, əlindəki pivə şüşəsini də ona görə sındırmışdır ki, onlar Elsevərdən qorxsunlar və o, da ailəsini götürüb evinə getsin. Hadısə zamanı sərxoş olduğundan çox əsəbi olmuşdur. Törətdiyi bu əməldən peşman olaraq Zərərçəkmiş şəxs ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Zərərçəkmiş şəxs ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, hal-hazırda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Atçılıq yeni yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Qızı Şahid1 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Əvvəllər münasibətləri normal olmuşdur. Son illər isə demək olar ki, hər gün evə sərxoş gələrək ailəsində səbəbsiz mübahisələr yaradır. Qızını dəfələrlə döymüşdür. Bu səbəbdən də dəfələrlə qızı uşaqları ilə birlikdə evinə gəlib aylarla yaşamışdır. Hal-hazırda da onun evində yaşayırlar. Hətta təxminən bir ay bundan əvvəl qızı Elsevərin bu hərəkətlərindən bezərək dərman içib özünü intihar etmək istəmişdir. Həmin vaxt hamı evdə olduğuna görə Vüsaləni məcbur qusdurub mədəsini təmizləmişlər. 24 iyul 2022-ci il tarixdə saat təxminən 01 radələrində yaşadığı evdə olan zaman yatmağa hazırlaşarkən birdən eşitmişdir ki, həyətdə səs-küy gəlir, həyətə çıxıb görmüşdür ki, Elsevərdir, əlində bir ədəd pivə şüşəsi var və özü də sərxoş haldadır. Sonra səs-küyə həyat yoldaşı və qızı Vüsalə də çıxmışlar. Qeyd etmişdir ki, həmin vaxt qonşuların da yatan vaxtı idi və səs-küyə qonşuları da narahat olmuşlar. Çünki Elsevər o qədər yüksək səslə qışqıraraq və qızına qarşı nalayiq küçə söyüşləri işlətmişdir ki, onu ətrafdakı qonşuların eşitməməsi mümkün deyildir. Sadəcə olaraq ətrafda yaşayan qonşular hər biri ayrı-ayrı rayonlardan gəlib orada yaşayırlar, ona görə də heç kim heç kimin ailə məsələlərinə qarışmır, yəni kimin evində nəsə səs-küy olanda haraya gəlmirlər. Bundan sonra Elsevər Vüsalə ilə mübahisə etməyə başlamış, əlində olan pivə şüşəsini divara vuraraq sındırmış və bu zaman şüşə parçası onun əlini kəsmişdir. Sonra əlində olan şüşə parçası ilə Vüsalənin üstünə hücum edərək onu vurub xəsarət yetirmək istəmişdir. O, tez onların arasına girib imkan verməmişdir ki, qızına xəsarət yetirsin. Həm də çalışmışdır ki, onu sakitləşdirib həyətdən çıxarsın. Bu zaman Elsevər əlində pivə şüşəsinin baş hissəsi olan əli ilə yumruqla onun sifət nahiyyəsinə vurub xəsarət yetirmişdir. Bu zaman Zərərçəkmiş şəxs dərhal DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermiş, bundan sonra Elsevər həyətdən çıxıb evinə getmişdir. Müraciət etdikdən sonra polis əməkdaşları gəlmiş və hadisə barədə ərizə ilə də müraciət etmişdir. Hadisə hadisə zamanı orada həyat oldaşı Şahid2 və qızı Şahid1 olmuşdur. Hazırda Elsevər onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Elsevərdən heç bir şikayəti və ya digər tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Elsevər barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, hal-hazırda Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yeni yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır. 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Birgə nikahdan üç övladları var. Əvvəllər ailədə münasibətləri normal olmuşdur. Son illər isə Elsevər demək olar ki, hər gün sərxoş halda evə gələrək onunla səbəbsiz mübahisələr edərək evdə münaqişələr yaratmışdır. Elə olan halda onu döymüşdür. Onun bu hərəkətlərindən qurtarmaq üçün dəfələrlə atasının evinə gedib onların evində aylarla yaşamışdır. Elsevərin ona qarşı etdiyi hərəkətlərdən bezərək 20 iyul 2022-ci il tarixdə özünü intihar etmək istəmişdir. Bunun üçün evdə “ketatefin” dərmanı içmişdir. Lakin valideynləri tez müdaxilə etmiş və həmin dərmanları qusaraq tez qaytarmışdır. 24 iyul 2022-ci il tarixdə saat təxminən 01 radələrində atasının evində olan zaman yatmağa hazırlaşarkən birdən eşitmişdir ki, həyətdə səs-küy gəlir, atası və özü həyətə çıxıb görmüşdür ki, Elsevərdir, əlində bir ədəd pivə şüşəsi var və özü də sərxoşdur. Sonra səs-küyə anası da gəlmişdir. Onlar həyətə çıxan kimi Elsevər Vüsalə ilə mübahisə etməyə başlamış, əlində olan pivə şüşəsini divara vuraraq sındırmış və şüşə parçası onun əlini kəsmişdir. Sonra əlində olan şüşə parçası ilə onun üstünə hücum edərək onu vurub xəsarət yetirmək istəmişdir. Atası tez aralarına girmiş və imkan verməmişdir ki, Elsevər onu vursun. Atası çalışmışdır ki, onu sakitləşdirib həyətdən çıxarsın. Bu zaman Elsevər yumruqla atasının sifət nahiyyəsinə vurub xəsarət yetirmişdir. Sonra atası dərhal DİN-nin 102 zəng xidməti mərkəzinə məlumat vermiş, Elsevər atasının polisə məlumat verməyini görən kimi tez həyətdən çıxıb kirayədə yaşadıqları evə getmişdir. Sonra polis əməkdaşları gəlmiş və atası hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı hadisənin şahidi kimi özü, atası və anası olmuşdur. İş üzrə Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı onun atasını, yəni Zərərçəkmiş şəxs vurmadığını və ona xəsarət yetmədiyini bildirməsi xüsusatına münasibt bildirərək göstərmişdir ki, Elsevər bu barədə yalan danışır, o, əlindəki şüşə parçası ilə onu vurmaq istəyərkən atası aralarına girmiş və zaman Elsevər atasını yumruqla vurub xəsarət yetirmişdir. Halhazırda Elsevərlə barışmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, hal-hazırda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Atçılıq yeni yaşayış massivi nömrəsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Qızı Şahid1 2008-ci ildə Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur. Əvvəllər münasibətləri normal olmuşdur. Son illər isə demək olar ki, hər gün evə sərxoş gələrək ailəsində səbəbsiz mübahisələr yaradır. Qızını dəfələrlə döymüşdür. Bu səbəbdən də dəfələrlə qızı uşaqları ilə birlikdə evinə gəlib aylarla yaşamışdır. Halhazırda da onun evində yaşayırlar. Hətta təxminən bir ay bundan əvvəl qızı Elsevərin bu hərəkətlərindən bezərək dərman içib özünü intihar etmək istəmişdir. Həmin vaxt hamı evdə olduğuna görə Vüsaləni məcbur qusdurub mədəsini təmizləmişlər. 24 iyul 2022-ci il tarixdə saat təxminən 01 radələrində yaşadığı evdə olan zaman yatmağa hazırlaşarkən birdən eşitmişdir ki, həyətdə səs-küy gəlir, həyat yoldaşı həyətə çıxmış, sonra da özü və qızı Vüsalə də onun onun arxasınca həyətə çıxmışlar. Bu zaman görmüşlər ki, həyətdə Elsevərdir, əlində bir ədəd pivə şüşəsi var və özü də sərxoşdur. Onlar həyətə düşən kimi Elsevər qızı Vüsalə ilə mübahisə etməyə başlamış, əlində olan pivə şüşəsini divara vuraraq sındırmış və şüşə parçası onun əlini kəsmişdir. Sonra əlində olan şüşə parçası ilə qızının üstünə hücum edirmişdir ki, onu vurub xəsarət yetirsin. Həyat yoldaşı Zərərçəkmiş şəxs tez onların arasına girib imkan verməmişdir ki, qızına xəsarət yetirsin. Həm də çalışmışdır ki, onu sakitləşdirib həyətdən çıxarsın. Bu zaman Elsevər əlində pivə şüşəsinin baş hissəsi olan əli ilə yumruqla yoldaşının sifət nahiyyəsinə vurub xəsarət yetirmişdir. Yoldaşı dərhal DİNnin 102 zəng xidməti mərkəzinə məlumat vermişdir. Elsevər də yoldaşının polisə məlumat verməyini gördükdən sonra tez həyətdən çıxıb və evinə getmişdir. Sonra polis əməkdaşları gəlmikş və yoldaşı hadisə barədə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı hadisənin şahidi özü, həyat oldaşı Zərərçəkmiş şəxs və qızı Vüsalə olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01 avqust 2022-ci il tarixli, 907 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ göz almasının ağlı qışasının qansızması, sağ üst və alt göz qapaqlarının, sağ kürəkaltı nahiyyənin qançırları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinədən 1-2 gün əvvəl olmaqla, qərarda göstərilən 24 iyul 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan 26 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 14 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, MTE və PA Birliyinin aktı və cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Naib Şərifovun ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Vilayət Əliyevin barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, barəsində seçilmiş barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin ləğv edilməsi məqsədə uyğundur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 20 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 5 saat) ümumilikdə 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197- 198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi cəmi 120,00 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-625/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-625/2022
14.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver