Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-629/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1989-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonunun Hacıbədəlli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsi ev 19-da yaşayan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Yekun protokoluna əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddət pozulmasına səbəb olduğuna görə sağlamlığa qəsdən yüngül zərər vurma cinayəti törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 iyul 2023-cü il tarixdə saat 21:00 radələrində Buzovna qəsəbəsi Qacaq Nəbi küçəsində fərdi nömrəsiz evdə qardaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində mübahisə yaranmış və mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evə daxil olaraq qapını içəridən bağlamış, bundan sonra Təqsirləndirilən şəxs evin plastik pəncərəsindən evə daxil olaraq pəncərənin qarşısında olan taxta ayaqqabı fırçasını götürüb qəsdən onun sifətinə ataraq təpə nahiyəsinin, sol gicgahın, sol gözün bayır bucağının əzilmiş yaraları xəsarətini, yəni qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL dərəcəli zərərvuran bədən xəsarəti yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, atası Radik və qardaşı Zərərçəkmiş şəxs onunla qonşudur. Səxavətin evi ilə aralarında hasar olsa da evlərinə getmək üçün evlərin aralarında qapı vardır. Səxavət ondan böyük olsa da mütəmadi olaraq spirtli içki qəbul edərək münaqişələr yaradır. Buna görə atasının və onun Səxavətlə münasibəti olmamışdır. 08 iyul 2023-cü il tarixdə saat 21:00 radələri Səxavət toydan evinə sərxoş vəziyyətdə gəlmiş, onların yaşadığı evin həyətə gedərək evinə su gəlmədiyini səbəb gətirib atası ilə mübahisə edərək atasına qarşı nalayıq küçə sözləri işlətmişdir. Səxavətin sərxoş olduğunu götüb onu evinə yola salmışdır. Bir qədər sonra yenidən Səxavət öz həyətində onu və atasını söyməyə başlamışdır. O, bundan əsəbiləşərək Səxavətin yaşadığı evin həyətinə getmiş, onu görən Səxavət evinə girərək qapını bağlamışdır. Bundan sonra o, Səxavətin yaşadığı evinin plastik pencərəsindən evə daxil olaraq pəncərənin qarşısında olan taxta ayaqqabı fırcasını götürərək Səxavətin sifətinə atmış, ayaqqabı şotkası Səxavətin sifətinin sol tərəfinə dəyərək xəsarət yetirmişdir. Atası və Səxavətin arvadı Şahnaz onları ayırmış və o, çıxıb evinə getmişdir. İlk dəfə törətdiyi bu əməldən peşman olaraq Səxavət ilə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda Səxavətin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq onun barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Buzovna qəsəbəsi, Q.Nəbi küçəsində fərdi nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır. Atası Radik və qardaşı Rahib onun hasar qonşusudur. Evlərinin arasında hasar olsa da ata evinə gedib-gəlmək üçün qapı vardır. 08 iyul 2023-cü il tarixdə saat 18:00 radələrində Buzovna qəsəbəsində yerləşən "Xəzər" şadlıq sarayına toya getmiş, toy məlisində bir qədər spirtli içki qəbul edərək saat 21:00 radələrində yaşadığı evə gələrək həyətində oturmuş, susuz olduğuna görə qardaşı Rahibdən sərin su istəmiş, Rahib isə ona kobud cavab vermişdir. Buna görə aralarında mübahisə yaranmış, mübahisə zamanı Rahibə Yezid olduğunu bildirmişdir. Rahib onun yaşadığı evin həyətinə hücum etmiş, həmin vaxt arvadı Şahnaz onları ayırmış, atası Radik Rahibi öz həyətinə aparmışdır. Rahib ona qarşı söyüş söyməyə başlamış, o, Rahibə cavab qaytaranda Rahibin onun üzərinə hücum etdiyini görub evə keçərək qapını içəridən bağlamışdır. Rahib onun həyətinə gələrək evin plastik pənçərəsinə vurulmuş, pəncərə setkasını cıxardaraq pəncərədən evə daxil olmuş, bu zaman arvadı Şahnaz Rahibin qarşısını kəsəndə Rahib pəncərənin qarşısında olan taxta ayaqqabı fırçasını götürərək qəsdən onun sifətinə atmış, nəticədə o, sifətinin sol tərəfindən və başının sol tərəfindən xəsarətlər almışdır. Həmin vaxt atası Radik onun evinə gələrək Rahibi ayıraraq evinə aparmışdır. Hazırda Rahib onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Buna görə də onun Rahibdən heç bir şikayəti və ya tələbi yoxdur. Bu barədə yazdığı ərizəni məhkəməyə təqdim edir və barışmalarının nəzərə alınaraq Raqibin barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, Səxavət onun böyük oğludur, onun qonşulunda yaşayır. Səxavətlə aralarında hasar olsa da evlərinə gedib-gəlmək üçün qapı vardır. Səxavət mütəmadi olaraq spirtli içki qəbul edərək hər dəfə ailədə səbəbsiz münaqişələr yaradır. 08 iyul 2023-cü il tarixdə saat 21:00 radələrində Səxavət toydan evinə sərxoş vəziyyətdə gəlmiş, onun yaşadığı evin həyətinə gedərək evine su gəlmədiyini səbəb gətirib onunla mübahisə edərək ona qarşı nalayıq küçə sözləri işlətmiş, onunla bir həyətdə yaşayan oğlu Rahib qardaşı Səxavətin sərxoş olduğunu götüb onu evinə yola salaraq geri qayıtmışdır. Bir qədər sonra Səxavət öz həyətində ona və Rahibə qarşı söyüş söymüşdür. Bundan əsəbiləşən Rahib Səxavətin yaşadığı evin həyətinə getmiş, o da Rahibin arxasınca Səxavətin yaşadığı evin həyətinə getdikdə, Səxavət evinə keçərək qapını bağlamışdır. Bu zaman Rahib, Səxavətin evinin pəncərəsindən evə daxil olmuş, həmin vaxt Səxavətin arvadı Rahibin qarşısını kəsərək dalaşmağa qoymamışdır. Rahib isə pəncərənin qarşısında olan ayaqqabı fırçasını götürüb Səxavətin sifətinə ataraq Səxavətin sifətinin sol tərəfinə xəsarətlər yetirmişdir. O, Rahibi Səxavətdən ayıraraq evinə aparmışdır. Səxavət Rahibə hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 elan edilmiş izahatı ilə müəyyən edildi ki, o da zərərçəkmiş şəxs – həyat yoldaşı Şahid1 izahatına oxşar məzmunlu izahat vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 10 iyul 2023-cü il tarixli 749 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyəsinin, sol gicgahın, sol gözünün bayır bucağının əzilmiş yaraları, alnın hematoması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 günə əvvəl olmaqla, qərarda göstərilən 08 iyul 2023-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən təpə nahiyyəsinin, sol gicgahın, sol gözün bayır bücağının əzilmiş yaraları istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddilər. Alnın hematoması isə sağlamlğa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna deyildir. İş materiallarında olan və 25 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim olunmuş 17 avqust 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, buna görə də onun ondan heç bir şikayəti yoxdur. Barışmalarının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirdi. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona istinad edilən əməli törətməsi onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, MTE və PA Birliyinin aktı və məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialda olan digər sənədlərlə tam sübuta yetirildi. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs əməli düzgün olaraq təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinə əsasən ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinin tələbinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPM-nin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimaixüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsi məqsədə uyğundur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai araşdırma zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X1 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili X1 1 (bir) iş saatına görə 6,00 (altı) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 3 (üç) iş saatına görə 18,00 (on səkkiz) manat olmaqla ümumilikdə 24,00 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 43.3, 197-198, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsilə barışdığına və dəymiş ziyanı tamamilə ödədiyinə görə onun barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə 6,00 (altı) manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 18,00 (on səkkiz) manat olmaqla ümumilikdə 24,00 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-629/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-629/2023
17.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver