Məhkəmə qərarları › İş №1(003)-63/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-63/2022

18.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-63/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin baxış iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Hazırkı iş üzrə tərtib edilmiş ittiham aktından görünür ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2021-ci il tarixdə saat 08 radələrində etibarnamə əsasında idarə etdiyi həyat yoldaşı X4 məxsus texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” markalı **-OM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Buzovna-Bakı şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində saatda 90 km/saat sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla yəni, onun hərəkəti üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görüb hadisənin qarşısını almağa texniki imkanı olduğu halda buna əməl etməyərək mövcud şəraitdə ehtiyatsızlıqdan yolu sağdan sola adi qaçışla keçən piyada X2 avtomobilin qabaq sağ hissəsi ilə vuraraq sonuncuya ənsə nahiyyəsinin, sol gözün bayır bucağının əzilmiş yaraları, hər iki gözətrafı nahiyənin, sağ budun aşağı üçdə birinin iç səthinin, sol budun aşağı üçdə birinin bayır səthinin qançırları, alın nahiyəsinin, burun nahiyəsinin, sağ və sol dirsək nahiyəsinin, sol dizin ön səthinin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, ənsə sümüyünün kəllə əsasına keçən sınığı, burun sümüyünün qapalı sınığı, alt çənə sümüyünün qapalı sınığı, sol Vİİ, Vİİİ, İX və sağ Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətt üzrə qapalı, az yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı sınığı ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığına ağır dərəcəli zərər vuran bədən xəsarətləri yetirərək hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İş üzrə 26.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunmuş, lakin Təqsirləndirilən şəxs istintaqdan yayındığına görə həmin ittihamı ona elan etmək mümkün olmamışdır. İş üzrə 26.11.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ittiham elan etmək üçün barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunmuşdur. 26.11.2021-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 53.1.3-cü maddəsinə əsasən icraat dayandırılmışdır. İş üzrə 02.12.2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs tutularaq Xəzər RPİ-nin İstintaq Şöbəsinə təhvil verilmişdir. Cinayət işi üzrə ibtidai istintaqın davam etdirilməsi Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayevə həvalə edilmiş və cinayət işi 02 dekabr 2021-ci il tarixdə onun icraatına qəbul olunmuşdur. 02.12.2021-ci il tarixli qərarla cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən ibtidai istintaq davam etdirilmişdir. İş üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Elvin Ağayev tərəfindən 02.12.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. 27 dekabr 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət edərək cinayət işinin materiallarına baxılmasına xitam verilməsi və cinayət işinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, AR CM-nin 263.2-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi üzrə Xəzər RPİ-nin İŞ-nin müstəntiqləri tərəfindən təqsirləndirilən şəxsin bir sıra hüquqları pozulmuşdur. AR Cinayət Prosessual Məcəlləsinin 284-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham aktının tərtib edilməsindən əvvəl cinayət işinin materilları və cinayət işinin materialları ilə tanış etmə təqsirləndirilən şəxsin qanunvericilkə nəzərdə tutulmuş hüququdur. Cinayət işi materiallarında olan 03.12.2021-ci il tarixli ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxsə və onun müdafiəçisinə məlumat verilməsi haqqında protokol, cinayət işinin materialları və 06.12.2021-ci il tarixli təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokolla tanış olmaq üçün təqsirləndirilən şəxs Xəzər RPİ-nin İstintaq Şöbəsinə çağırılmayıb və qeyd olunan protokollar təqsirləndirilən şəxsin iştirakı olmadan tərtib edilmişdir. Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Elvin Ağayev CPM-də nəzərdə tutulan tələblərinin kobud surətdə pozulması faktlarını gizlətmək məqsədi ilə istintaqın bitməsinin elan edilməsi haqqında 03.12.2021-ci il tarixli protokolda və iş materialları ilə tanış olma haqqında 06.12.2021-ci il tarixli protokolda yalnış məlumatı yazmaqla qeyd etmişdir ki, guya təqsirləndirilən şəxs həmin tarixlərdə Xəzər RPİ-nin İŞ-də olub, həmin istintaq hərəkətlərində iştirak edib və araşdırmanın gedişatından narazı olduğundan həmin sənədlərə imza etməkdən imtina etmişdir. 03.12.2021-ci il tarixdə gün ərzində, iş vaxtı bitənə qədər iş təqsirləndirilən şəxs yerində olub və işdən sonra evə gətmişdir. Həmin tarixdə müdafiəçi Xəzər RPİ-də olmamışdır və müstəntiqlə heç bir şəraitdə görüşməmişdir. Həmçinin, 06.12.2021-ci il tarixdə təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-də olmamışdır, heç bir istintaq hərəkətində iştirak etməmişdir. 06.12.2021-ci il tarixli çağırış vərəqəsində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da müstəntiqin xidməti otağına çağırılmışdır. Həmin sənəd iş materialların 141 vərəqəsində yerləşir. Həmin sənəd tam yalandır, həmin sənəd təqsirləndirilən şəxsə verilməmişdir, sənəd müstəntiq tərəfindən saxtalaşdırılmışdır. Sənədin saxta olmasının yoxlamaq üçün böyük təcrübə lazım deyildir. Həmin çağırış vərəqəsinin saxta olmasını bu faktla sübuta yetirilir ki, cinayət işinin materialları ilə tanış etmə haqqında 06.12.2021-ci il tarixli protokoldan görünür ki, bu sənəd saat 14:30-dan saat 15:10-na qədər tərtib edilmişdir. Necə ola bilər ki, rəsmi sənədlə Xəzər RPİnin İstintaq Şöbəsinə saat 16:00-ya çağırılan şəxs iki saat qabaq protokolla tanış olur. 06.12.2021-ci il tarixli çağırış vərəqəsi müstəntiq Elvin Ağayev tərəfindən buraxılmış kobud pozuntularını gizlətmək məqsədi ilə protokoldan sonra tərtib edilmiş və cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılmasına CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələbinə əsasən xitam verilməklə onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və iş üzrə məhkəməyədək istintaq aparmış Xəzər RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi polis kapitanı X6 və ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin müdafiəçisi olmuş, 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi barəsində xüsusi qərarlar çıxarılaraq müvafiq olaraq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyasina göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlıq iclası keçirilən vaxtadək cinayət işi öyrənilərkən təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olmasına dair Azərbaycan Respublikası CPM-nin 284-cü maddəsinin tələbi, həmçinin onun müdafiə hüququ pozulduğu müəyyən edilmişdir. Belə ki, CPM-nin 284.1.1-ci maddəsinin tələbinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onun nümayəndəsinə məlumat verilir. Həmin Məcəllənin 284.2-ci maddəsinin tələbinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq şərait yaradır. Cinayət işinin materiallarına əlavə edilmiş 03.12.2021-ci il tarixli ibtidai istintaqın qurtarması barədə protokoldan məlum olur ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs və müdafiəçisi ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı məlumatlandırılmış, Təqsirləndirilən şəxs istintaqın qeyri-obyektiv aparılması səbəbindən cinayət işi ilə tanış olmaqdan və protokolu imza etməkdən imtina etmişdir. Müdafiəçi isə cinayət işinin qeyri-obyektiv araşdırılmasını qeyd edərək protokolu imza etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr 2021-c il tarixli təqsirləndirilən şəxs və müdafiəçinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan məlum olur ki, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə birlikdə tanış olmuş, protokolun vəsatətlərə dair qeydlər hissəsində təqsirləndirilən şəxsin istintaqın qeyri-obyektiv aparılması səbəbindən protokolu imza etməkdən imtina etməsi göstərilmiş, müdafiəçi isə təqsirləndirilən şəxsin verdiyi şifahi vəsatətlərlə razı olmasını və yazılı vəsatətlər verəcəyini bildirərək protokolu imza etmişdir.Məhkəmənin hazırlıq iclasında ilkin dinləmələr zamanı təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmamasını, ümumiyyətlə 03.12.2021-ci il tarixdə, yəni ibtidai istintaqın yekunlaşdırılmsı ilə bağlı protokolun tərtib edildiyi vaxt işdə olmasını bildirmiş, bununla bağlı iş yerindən verilmiş 27.12.2021-ci il tarixli arayışı məhkəməyə təqdim etmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi məhkəmənin hazırlıq iclası zamanı təqsirləndirilən şəxsin bildirdiklərini təsdiq etmişdir.Cinayət işinin materiallarına əlavə edilmiş çağırış vərəqəsinin və cinayət işinin materialları ilə təqsirləndirilən şəxs və müdafiəçinin tanış edilməsi protokolun eyni tarixdə, yəni 06.12.2021-ci il tarixdə tərtib edilməsi çağırış vərəqəsinin formal olaraq cinayət işinin materiallarına əlavə edilməsinə dəlalət edir. Yəni, təqsirləndirilən şəxsin çağırış vərəqəsini imza edərək qəbul etməsi hər hansı bir sənəddə öz təsdiqini tapmamış, həmin çağırış vərəqəsinin poçt vasitəsi ilə bir neçə saat ərzində təqsirləndirilən şəxsə çatdırılması ağlabatan deyildir.Bundan əlavə ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur.Belə ki, CPM-nin 285.3cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olur və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Göründüyü kimi cinayət işinin materialları ilə tanış etməyə dair 06.12.2021-ci il tarixli protokol təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə birlikdə tanış olmalarına dair tərtib edilmişdir. Lakin, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Müdafiəçi bildimişdir ki, cinayət işinin materialları ilə tanış etmə zamanı Təqsirləndirilən şəxs iştirak etməmiş, özü protokola qeydlər verərək imzası ilə təsdiq etmişdir.CPM-nin 92.10.1-ci maddəsinin tələbinə əsasən müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı bir hərəkət etmək müdafiəçiyə qadağan edilir. Göründüyü kimi, Müdafiəçi Təqsirləndirilən şəxs iştirak etmədiyi cinayət işinin materialları ilə tanış etmə protokolunu imza edərək qeydlər vermişdir. Müdafiəçi həmin protokola qeydlər verərək imza edən zaman nəzərə almamışdır ki, protokolda təqsirləndirilən şəxsin iştirak etməsi göstərilmişdir. Həmçinin təqsirləndirilən şəxsin adından tanış olmaqdan və imza etməkdən imtina edilməsi qeyd edilmişdir. Birlikdə cinayət işinin materialları ilə tanış etmə zamanı təqsirləndirilən şəxsin iştirakı olmadan onun iştirakı göstərilmiş protokolu təsdiq etməklə, müdafiəçi istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına şərait yaratmaqla yanaşı, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkətlərə yol verməklə CPM-nin 92.10.1-ci maddəsinin tələblərini nəzərə almamış, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Göründüyü kimi istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə cinayət işinin materialları ilə tanış olma imkanının yaradılmasına dair CPM-nin 284.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş vəsatətin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin isə qismən təmin edilərək, müdafiəçi barədə xüsusi qərar çıxarılması hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin hüquqi varisi X5 hər iki vəsatətə münasibət bildirərək vəsatətlərin həllini məhkəmənin mülahizəsinə saxladığını bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi onun tərəfindən verilmiş vəsatətin təmin edilməsini, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatətin isə qismən təmin edilərək, onun barədə xüsusi qərar çıxarılması hissədə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə verilmiş vəsatətləri müzakirə edib, tərəflərin həmin vəsatətlərə münasibətini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, müdafiəçi tərəfindən verilmiş vəsatət əsaslı olduğundan təmin edilməli, dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət isə qismən təmin edilməli və hazırkı cinayət işinin baxılmasına xitam verilərək, iş ibtidai araşdırmaya rəhbərlik edən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 284.1.1-ci maddəsinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onun nümayəndəsinə müstəntiq tərəfindən məlumat verilir. Həmin Məcəllənin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, müstəntiq tərəfindən təqsirləndirilən şəxsə və onun müdafiəçisinə cinayət işinin materialları ilə tanış olmaq imkan yaradılmamış bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Belə ki, CPM-nin 284.1.1-ci maddəsinin tələbinə əsasən ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onun nümayəndəsinə məlumat verilir. Həmin Məcəllənin 284.2-ci maddəsinin tələbinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə, və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq şərait yaradır. Cinayət işinin materiallarına əlavə edilmiş 03.12.2021-ci il tarixli ibtidai istintaqın qurtarması barədə protokoldan məlum olur ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxs və müdafiəçisi ibtidai istintaqın yekunlaşdırılması ilə bağlı məlumatlandırılmış, Təqsirləndirilən şəxs istintaqın qeyri-obyektiv aparılması səbəbindən cinayət işi ilə tanış olmaqdan və protokolu imza etməkdən imtina etmişdir. Müdafiəçi isə cinayət işinin qeyri-obyektiv araşdırılmasını qeyd edərək protokolu imza etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 06 dekabr 2021-ci il tarixli təqsirləndirilən şəxs və müdafiəçinin cinayət işinin materialları ilə tanış etmə haqqında protokoldan məlum olur ki, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə birlikdə tanış olmuş, protokolun vəsatətlərə dair qeydlər hissəsində təqsirləndirilən şəxsin istintaqın qeyri-obyektiv aparılması səbəbindən protokolu imza etməkdən imtina etməsi göstərilmiş, müdafiəçi isə təqsirləndirilən şəxsin verdiyi şifahi vəsatətlərlə razı olmasını və yazılı vəsatətlər verəcəyini bildirərək protokolu imza etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs cinayət işinin materialları ilə tanış olmamasını, ümumiyyətlə 03.12.2021-ci il tarixdə, yəni ibtidai istintaqın yekunlaşdırılmsı ilə bağlı protokolun tərtib edildiyi vaxt işdə olmasını bildirmiş, bununla bağlı iş yerindən verilmiş müvafiq arayışı məhkəməyə təqdim etmişdir. Eyni zamanda təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi təqsirləndirilən şəxs ilə eyni mövqedən çıxış edərək onun dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş çağırış vərəqəsindən görünür ki, həmin çağırış vərəqəsi cinayət işinin materialları ilə təqsirləndirilən şəxs və müdafiəçisinin tanış edilməsi protokolu ilə eyni tarixdə, yəni 06.12.2021-ci il tarixdə tərtib edilmişdir. Bu hal isə həmin çağırış vərəqəsinin formal olaraq tərtib edilərək cinayət işinin materiallarına əlavə edilməsini göstərir. Həmin çağırış vərəqəsinin təqsirləndirilən şəxs tərəfindən imza edilərək qəbul etməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə qeyd edir ki, CPM-nin 285.3-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxs və müdafiəçi cinayət işinin materialları ilə cinayət prosesinin digər iştirakçılarından əvvəl tanış olmaq və bu tanışlığı birlikdə və ya ayrı-ayrılıqda aparmaq hüququna malikdirlər. Lakin ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin bu müdafiə hüququ da pozulmuşdur. Belə ki, cinayət işinin materialları ilə tanış etməyə dair 06.12.2021-ci il tarixli protokolda təqsirləndirilən şəxs və müdafiəçisinin cinayət işinin materialları ilə birlikdə tanış olmaları qeyd edilmişdir. Lakin, məhkəmə iclasında Müdafiəçi cinayət işinin materialları ilə tanış etmə zamanı Təqsirləndirilən şəxs orda iştirak etmədiyini, müdafiəçinin özünün protokola qeydlər verərək imzası ilə təsdiq etdiyini bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CPM-nin 284-cü maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası CPM-in 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Həmin Məcəllənin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284— 286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün əsasdır. Məhkəmə dövlət ittihamçısı tərəfindən təqdim edilmiş vəsatətin 8 saylı vəkil bürosunun vəkili Müdafiəçi barəsində xüsusi qərar çıxarılması ilə bağlı müvafiq olaraq təsir tədbirlərinin görülməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasina göndərilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, vəsatət bu hissədə təmin edilməməlidir. Belə ki, vəsatətdə qeyd edilmişdir ki, cinayət işinin materialları ilə tanış etməyə dair 06.12.2021-ci il tarixli protokolda təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları ilə birlikdə tanış olmaları qeyd edilmişdir. Lakin, məhkəmə hazırlıq iclasında ilkin dinləmələr zamanı Müdafiəçi bildimişdir ki, cinayət işinin materialları ilə tanış etmə zamanı Təqsirləndirilən şəxs iştirak etməmiş, özü protokola qeydlər verərək imzası ilə təsdiq etmişdir. CPM-nin 92.10.1-ci maddəsinin tələbinə əsasən müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı bir hərəkət etmək müdafiəçiyə qadağan edilir. Göründüyü kimi, Müdafiəçi Təqsirləndirilən şəxs iştirak etmədiyi cinayət işinin materialları ilə tanış etmə protokolunu imza edərək qeydlər vermişdir. Müdafiəçi həmin protokola qeydlər verərək imza edən zaman nəzərə almamışdır ki, protokolda təqsirləndirilən şəxsin iştirak etməsi göstərilmişdir. Həmçinin təqsirləndirilən şəxsin adından tanış olmaqdan və imza etməkdən imtina edilməsi qeyd edilmişdir. Birlikdə cinayət işinin materialları ilə tanış etmə zamanı təqsirləndirilən şəxsin iştirakı olmadan onun iştirakı göstərilmiş protokolu təsdiq etməklə, müdafiəçi istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına şərait yaratmaqla yanaşı, müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd hərəkətlərə yol verməklə CPM-nin 92.10.1-ci maddəsinin tələblərini nəzərə almamış, bununla da təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Vəsatətdə müdafiəşi tərəfindən Azərbaycan Respublikasının CPM-nin 92.10.1-ci maddəsinin tələblərinin pozulduğu xüsusi ilə vurğulanmışdır. Müdafiəçi tərəfindən Azərbaycan Respublikasının CPM-nin 92.10.1-ci maddəsinə əsasən müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq müdafiəçiyə qadağan olunur. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Azərbaycan Respublikasının CPM-nin 92.10.1-ci maddəsinə əsasən müdafiəçiyə qadağan edilmiş maddənin dispozisiyasında göstərilmiş əsaslardan heç biri o cümlədən müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etdiyi iş materiallarında və məhkəmə iclasında (xüsusi ilə təqsirləndirilən şəxsin izahatlarında) öz təsdiqini tapmamışdır. Həmçinin təqsirləndirilən şəxs özü vəsatətəin bu hissədə təmin edilməməsini məhkəmədən xahiş etməklə, müdafiəçsisi tərəfindən onun müdafiə hüququnun pozulmadığını bildirmişdir. Azərbaycan Respublikasının CPM-nin 306.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə bu Məcəllənin 300.1.1, 300.1.5 və 300.1.6-cı maddələrində nəzərdə tutulmuş qərarlar çıxarmaqla yanaşı, həmçinin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin qüvvəsinin saxlanılması, dəyişdirilməsi və ya ləğv edilməsinə dair qərar çıxarır. Bununla bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Elvin Ağayevin 02.12.2021-ci il tarixli qərarı ilə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhəmə hesab edir ki, Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 84,307 və 318-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxsin müdafiəçisi Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi vəsatəti təmin edilsin. Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı vəsatəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işinin materialları Təqsirləndirilən şəxs müdafiə hüququnun pozulması ilə bağlı pozuntuların aradan qaldırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar