Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-63/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan bir uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Vaqif küçəsi ev 35-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)- 63/2023 saylı 27 aprel 2023-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, həbsetmənin əvvəli tutulduğu 10 may 2023-cü il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 2 ədəd bükümlərdə ümumilikdə 0,718 qram çəkidə narkotik vasitə heroini və 2 ədəd bükümlərdə ümumilikdə 0,702 qram çəkidə psixotrop maddəmetamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:50-də Xəzər RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞnə aparılmış, şöbədə videoçəkilişlə üzərində şəxsi axtarış aparılan zaman əynindəki idman şalvarının sağ yan cibindən 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram və 0,323 qram olmaqla ümumilikdə 0,702 qram kimyəvi tərkiblərinə eynilik təşkil edən ağ rəngil kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin və 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram və 0,370 qram olmaqla ümumilikdə 0,718 qram kimyəvi tərkiblərinə eynilik təşkil edən qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddətdir ki, «kakos» adlandırılan narkotik vasitə heroin və «şüşə» adlandırılan psixotrop maddə metamfetamin qəbul edir. Belə maddələri müxtəlif yerlərdə və müxtəlif tanımadığı şəxslərdən alır. Sonuncu dəfə 27 aprel 2022-ci il tarixdə əvvəldən tanıdığı Ravil Məmmədovla görüşərkən Ravil ona demişdir ki, bədənində ağrıları var, bir qədər metamfetamin və ya heroin olsa qəbul edib sakitləşər. Bundan sonra Ravil ondan mütləq narkotik maddə tapmasını xahiş edib, pulunu verəcəyini demiş, o da onda narkotik maddə olmadığını, özünə də narkotik maddə lazım olduğunu, lakin maşın tapıb gedə bilmədiyini, birlikdə gedib ala biləcəyini demiş, bu məqsədlə birlikdə Suraxanı qəsəbəsinə getmişlər. Orada üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən özü üçün bir bükümünə 10 manat verib 5 büküm narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almış, Ravilə də «gəl, pulunu ver, al» demişdir. Ravil də 20 manat verib özü üçün ondan 2 büküm narkotik maddə almışdır. Oradan çıxıb aldığı narkotik madələrdən birini özü, Ravil də özü üçün aldığı narkotik maddələrdən birini istifadə etmişdir. Daha sonra o, Binə qəsəbəsində Ravil ilə sağollaşıb maşından düşüb yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində yaşadığı Binə qəsəbəsi M.P.Vaqif küçəsindəki evlərinin qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərinin təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu deyərək bu şübhələrin yoxlanılması üçün onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Etiraz etməyərək onlarla Polis şöbəsinə getmiş, orada xidməti otaqlardan birində müdafiəçi qismində dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkilşlə üzərində şəxsi axtarış aparılmışdır. Əvvəl ona üzərində narkotik vasitə, yaxud əldə olunması, gəzdirilməsi, saxlanılması qanunla qadağan edilmiş digər əşyalar və predmetlər vardırsa, onları könüllü təqdim etməsi təklif edildikdə, o, əynindəki idman şalvarınının sağ yan cibində olan 2 ədəd qara rəngli siqaret kağızı bükümlərində olan heroinləri və 2 ədəd siqaretin ağ rəngli bükümlərində olan metametaminləri çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi narkotik vasitələr və psixotrop maddələr qablaşdırılaraq müvafiq sənədləşmə aparılmış, həmin sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Əməlini etiraf edir və peşmançılıq çəkir. Himayəsində yetkinlik yaşına çarmayan bir uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 göstərdi ki, X2 narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəli olduğu barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun ifşa olunması məqsədi ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunda o və bölmənin sahə inspektoru, polis baş leytenantı X1 iştirak etmişlər. 28 aprel 2022-ci il tarixdə saat 13:00 radəsində Binə qəsəbəsi R.Məmməhüseynov küçəsi «Ailə» marketin yaxınlığında olan zaman Ravil Məmmədovun əlamətləri ilə oxşar olan şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim etmiş və həmin şəxsə özünü təqdim etməsini demişlər. Həmin şəxs X5 olmasını dedikdən sonra onu 3-cü PŞ-nə dəvət etmişəlr. Ravil Məmmədov onlarla razılaşmış, birlikdə Polis Şöbəsinə getmişlər. Ravil Məmmədov tərəflərindən PŞ-nə gətirildikdən sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Ravil Məmmədova hüquq və vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa, könüllü təqdim etsin. Bundan sonra Ravil Məmmədov əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyub bükümdə olan maddənin şüşə, yəni narkotik maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Binə qəsəbəsi, Vaqif küçəsində yaşayan Fuad aldı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüş, müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra X2 üzərindən aşkar edilmiş narkotik maddənin mənbəyini, yəni ona narkotik vasitəni satan Fuad adlı şəxsin müəyyən edilməsi üçün polis əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 16:50 radəsində Binə qəsəbəsi Vaqif küçəsində Təqsirləndirilən şəxs Yaşar oğlunu saxlamışlar. Ona özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirib özünü təqdim etməsini demişlər. Həmin vaxt o, Təqsirləndirilən şəxs olmasını demiş, bundan sonra onu 3-cü PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs tərəflərindən PŞ-nə gətirildikdən sonra ona hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmiş və vəkilin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təklif olunmuşdur ki, üzərində hər hansısa bir qanuna zidd əşya və ya predmet varsa, könüllü təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki idman şalvarınının sağ yan cibində olan 2 ədəd qara rəngli siqaret kağızı bükümlərində olan heroinləri və 2 ədəd siqaretin ağ rəngli bükümlərində olan metametaminləri çıxarıb təqdim etmiş, sorğu-sual zamanı həmin bükümlərdə olan maddələri Suraxanı qəsəbəsi ərazisində bir bükümünü 10 manata üzdən tanıdığı, lakin heç bir anket məlumatlarını bilmədiyi «Ənvər» adlı şəxsdən özü istifadə etmək üçün 27 aprel 2022-ci il tarixdə aldığını, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmadığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş, müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş sənədlər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin 3-cü PŞ-nin YYÇ üzrə inspektor, polis baş leytenantı Şahid3 da Şahid1 ifadəsinə uyğun, oxşar məzmunda ifadə verərək onun göstərdiklərini təsdiq etdi. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 elan edilmiş ifadəsi ilə onun da şahidlər Şahid1 və Şahid3 ifadələrinə uyğun, oxşar məzmunda ifadə verərək onların göstərdiklərini təsdiq etməsi müəyyən edildi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməkimyəvi ekspertizasının 29 aprel 2022-ci il tarixli 6/2467 saylı rəydən görünür ki, tədqiqata tədim edilmiş üzərində «vət. X2 üzərindən» sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,406 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «Vət. Təqsirləndirilən şəxs üzərindən» sözləri olan 1 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qram, 0,323 qram, ümumi təmiz çəkisi 0,702 qram olan ağ rəngi kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,370 qram, ümumi təmiz çəkisi 0,718 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroindir. 1 və 2 №-li zərflərdəki psixotrop maddəmetamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Qeyd: 1№-li zərfdəki metamfetaminin təmiz çəkisi – 0,406 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 0,356 qram; 2 №-li zərfdəki metamfetaminin təmiz çəkisi – 0,702 qram, tədqiqata sərf edildi – 0,100 qram, qalıq – 0,602 qram; 1№-li zərfdəki heroinin ümumi təmiz çəkisi – 0,718, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 0,618 qram. Heroin və metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmənarkoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli, 3529 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman götürülmüş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,702 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 2 ədəd bükümdə ümumi təmiz çəkisi 0,718 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut qismində tanınmış tədqiqata sərf edildikdən sonra qalan müvafiq olaraq 0,602 qram psixotrop maddə metamfetamin və 0,618 narkotik vasitə heroin saxlanılması üçün Xəzər RPİ-nin Saxlanc Yerinə təhvil verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 25 oktyabr 2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 fevral 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-79/2021 saylı 03 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 16 oktyabr 2020-ci il tarixdən 17 oktyabr 2020-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21- 1/3-6955-10 saylı məktubundan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-79/2021 saylı 03 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinin təsiri altına düşdüyündən cəza müddəti 1 il azaldılmış, xx.xx.2022ci il tarixdə cəza müddəti başa çatdığı üçün idarənin qeydiyyatından çıxarılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə həmçinin biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib saxlayaraq daşıma cinayətini törətməsi faktı özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan bir uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılmış, 30 aprel 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməklə Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-63/2023 saylı 27 aprel 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli baxış iclaslarının vaxtı və yeri barədə bir neçə dəfə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 3-cü PŞ-nin məhkəməyə ünvanladığı 10 may 2023-cü il tarixli 3-13-45-3/2-4996 saylı məktubdan görünür ki, barəsində 04 may 2023-cü il tarixdə axtarış işi açılmış Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 10 may 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,602 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,618 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 146,00 (yüz qırx altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X6, X4 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X6 30 iş saatına görə 180,00 (yüz səksən) manat və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X4 10 iş saatına görə 60,00 (altmış) manat, Müdafiəçi isə 2 iş saatına görə 12,00 (on iki) manat olmaqla ümumilikdə 252,00 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 aprel 2022-ci il tarixdən 30 aprel 2022-ci il tarixə qədər şübhəli şəxs qismində 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 10 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 0,602 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 0,618 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 3-cü PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 146,00 (yüz qırx altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 180,00 (yüz səksən) manat və Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X4 60,00 (altmış) manat, Müdafiəçi isə 12,00 (on iki) manat olmaqla ümumilikdə 252,00 (iki yüz əlli iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-63/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-63/2023
12.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver