Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-635/2023 06.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və vəkili və nümayəndəsi Müdafiəçi2, təqsirləndirilən şəxs X2 iştirakları ilə, xx.xx.1981-ci ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Lerik rayonu Çayrud kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu nömrəsiz fərdi evdə yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X6 yol hərəkəti və istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, X6 29 aprel 2023-cü il tarixdə saat 23:30 da sahibi olduğu texniki cəhətdən saz vəziyyətdə olan “Volswagen Touarege” markalı ** UY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Südçülük Sovxozunda 334 nömrəli məktəbin yanı ilə 60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlakına ziyan vurmamalı, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyərək, idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə onunla üzbəüz düzünə hərəkətdə olan xx.xx.2016-cı il təvəllüdlü X8 ehtiyatsızlıqdan vurmuş, nəticədə sonuncuya sol gicgah-təpə sərhəddinin, ənsə nahiyəsinin, sol dizin ön səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin əzilmiş yaraları; döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin, döş qəfəsinin sol yarısının orta aşağı üçdə birinin, döş qəfəsinin sol yarısının yuxarı üçdə birinin döş qəfəsinin sol yarısının aşağı üçdə birinin ön səthinin, döş qəfəsinin sol yarısının aşağı üçdə birinin arxa səthinin, qarının ön divarının sol yarısının, sol qalça darağı proeksiyasını, sol əlin arxa səthinin sıyrıqları, sağ bazunun yuxarı üçdə birinin ön səthinin, döş qəfəsinin ön səthinin yuxaı üçdə birinin, sağ budun yuxarı üçdə birinin ön səthinin, sağ dizin iç səthinin, sağ baldırın yuxarı üçdə birinin arxa səthinin, sağ ayağın iç topuğunun qançırları; sağ Vİİ, Vİİİ, İX və sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpüçük xətti üzrə qapalı az yerdəyişən sınıqları, sağ bud sümüyünün qapalı sınıqları, sağ baldır sümüklərin qapalı sınığı, kəskin daxili qanitirmə müşayiət olunan ağciyəri qayara ciyərin və dalağın cırılmaları ilə müşayiət olunan, dərəcəsinə görə həyat təhlükəli olan sağlamlığına ağır zərər vuran xəsarətlər almaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməklə yol hərəkəti və istismarı qaydalarını pozmuşdur. Bununla da, X6 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, axşam saat 11-12 radələrində o, evdən çıxmış, o, getdiyi yolu əvvəllər heç getməmiş və düşünmüşdür ki, getsin qayıtsın. Uşağın olduğu yer qaranlıq olmuşdur. Onun avtomobilini surət həddi 50-60 olmuşdur. 2-3 metr qala qaranlıq yerdən zibil qablarının yanından uşaq anidən onun qarşısına çıxmış, o, maşını o biri yola qaçırsa da uşaq onun idarə etdiyi avtomobilin qabaq sağ tərəfinə çırpılmışdır. O, dərhal maşını saxlamış və maşından düşmüşdür. Orada olan şəxslər hamsı ona hücum edərək onu vurmuşlar. O, onlara onu buraxmalarını, uşağı xəstəxanaya aparmağa imkan vermələrini desə də onlar əhəmiyyət verməmişlər və onu vurmağa davam etmişlər. O, yerdə uzanan zaman bir maşının uşağı götürmək üçün gəldiyini görmüş, maşına doğru gedərək onlarla gəlmələrinə icazə vermələrini demişdir. Lakin onlar ona “çıx get” demişlər, onun açarını götürmüşlər. Bundan sonra o, hadisə yerində qalmış, orada olan insanların telefonundan istifadə edərək dayısına zəng etmiş, onu çağırmış və ona, polis bölməsinə gedəcəyini demişdir. Daha sonra o, “102” xidmətinə zəng etmiş və polisə təslim olmuşdur. X6 verilən suallara cavaba olaraq bildirmişdir ki, həmin yol parnik yolu adlanır, o, ilk dəfədir ki, həmin yolu gedirdi, hesab edir ki, uşaq ölməzdi lakin orada olan şəxslər onu yarım saat vurmuşlar, nərd oynayan şəxslər ilə uşağı vurduöu yerin məsafəsi təxminən 10 metr olar. Həmin yer qaranlıq olmuş, uşaq yolu sağıdan sola keçirdi, o, əyləcə basmağa çatmamış və maşını digər yola qaçırmışdır, saatda 60-70 km surətlə idarə edirdi, fikirləşmiş ki, həmin yol çox gəşəng yol olmuş və o, gedib qayıtmağı düşünmüşdür, hadisədən sonra müstəntiq hadisə yerinə gələn zaman o, orada iştirak etməmişdir, maşına keçirilmiş baxış zamanı da orada iştirak etməmişdir. Onun iştirakı ilə heç bir istintaq hərəkətləri keçirilməmişdir. Onun maşını uşağa dəyməmiş, uşaq özünü onun maşınına çırpmışdır, səhv etmirsə orada yol nişanı yoxdur, o, şəxsləri görmüş, surəti azaltmış 50-dək və davam etmiş, uşağın dəymə anını görəməmiş, uşağın başı yerə dəymişdir, uşaq yerdə hərəkətsiz qalmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməmişdir. Özünü təqsirli bilmir, buna görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X12 göstərdi ki, Maşallah onun kəndçisi, Samir isə qonşusudur. O, onlarla görüşmək üçün çölə çıxmışlar. Onlar orada nərd oynamamışlar, söhbət etmişlər. Onun uşağı evdə durmamış və onun yanına qaçmışdır. Həmin vaxt onların yanında üç uşaq olmuşdur. Onlar orada 6 nəfər olmuşlar və söhbət etmişlər. Həmin yol aydın yol olmuşdur. Elsevər yolu surətlə dönmüş, onlar həmin vaxt ona reaksiya vermişlər. Uşaq orada olan qaz borusunun yanından olmuş, orada idman etmişdir. Həmin vaxt o söhbət etmiş, lakin yanında olan şəxslər ona “ yavaş...yavaş” deyə qışqırmışlar, lakin o, əli ilə əsəbi halda onlara işarə etmiş və surəti azaltmamışdır. Bu vaxt uşaq onlara tərəf qaçmış və maşın onu vurmuşdur. Zərbədən uşaq 20 metr və bəlkə də daha çox sürüşərək məktəbin hasarana və daha sonra zibil qabına çırpılmışdır. Elsevərin uşağa “kömək etmək istəmiş” sözü yalandır. O, hadisə vaxtı əyləci basmamış, uşağı vurduqdan sonra 50-60 metr irəlləyərək yolun digər tərəfində maşını saxlamışıdır. İlk öncə onun yanına qardaşı getmişdir. O, uşağa doğru gedə bilməmiş, buna ürək etməmişdir. O, həmin vaxt Elsevəri vurmuşdur, bunu etiraf edir edir. Onu boğmaq istəmiş, lakin xalası oğlu onu əlindəndən almışdır. Daha sonra orada olan Maşallahın maşınına qoyaraq uşağı xəstəxanaya aparmışlar. Elsevərlə aralarında olan münaqişə 5 dəqiqədən çox olmayaraq çəkmişdir. Təqsirləndirilən şəxsin o ərazini tanımaması yalandır. Belə ki, onun həmin ərazidə iki evi var, iki evi də daha evvəl satmışdır. O, təqsirləndirilən şəxsi tanımır, onun qohumlarını tanıyır. Təqsirləndirilən şəxslə barışmamış, onu bağışlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 göstərdi ki, hadisə günü gecə saatlarında orada olan dostlar və uşağın valideyni ilə söhbət etmişlər. Həmin vaxt qarşıdan surətlə gələn maşını görmüşlər. Onlar həmin maşına əl-qol hərəktləri ilə surəti azaltmağı işarə etsələr də həmin maşın surətini azaltmamış və bu zaman uşağı vurmuşdur. Zərbənin təhsirindən uşaq zibil qutuları tərəf uçmuş və yerində də keçinmişdir. Uşağı xəstəxanaya aparmaq istəsələr də çatdıra bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən X10 bildirdi ki, hadisə günü gecə saatlarında orada olan dostlarla söhbət etmişlər, uşaqlar isə həmin vaxt yolun digər tərəfində oynamışlar. Həmin vaxt uzaqdan surətlə gələn maşını görmüşlər. Onlar həmin maşına əl-qol hərəktləri ilə surəti azaltmağı işarə etsələr də həmin maşının sürücü surətini azaltmamış, əl işarəsi və maşının ön işıqlarından istifadə etməklə etiraz etmişdir. Həmin vaxt orada olan iki uşaq yolu qaçaraq keçmiş, lakin digər uşaq keçə bilməmiş, maşın onu vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X17 bildirdi ki, Orxan Məmmədov onun xalasının oğludur. Onlar 30-40 metr məsafədə yaşayırlar. Hadisə günü onlar dostları ilə birlikdə yolun kənarında söhbət etmişlər. Həmin vaxt yanlarında 3-4 uşaq olmuşdur. Uşaqlar orada idman edirdilər. Uşaq yolun əks tərəfində idi. Onlar bir maşının surətlə hərəkət etdiyini görmüşlər. Onlar həmin maşına əl-qol hərəktləri ilə surəti azaltmağı işarə etsələr də həmin maşının sürücü surətini azaltmamış, əl işarəsi və maşının ön işıqlarından istifadə etməklə onlara etiraz etmişdir. Daha həmin maşın surətlə uşağı vurmuşdur. Həmin vaxt maşının surəti təxminən yüz olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, hadisə günü onlar dostları ilə birlikdə yolun kənarında söhbət etmişlər. Onlar bir maşının surətlə hərəkət etdiyini görmüşlər. Onlar həmin maşına əl-qol hərəktləri ilə surəti azaltmağı işarə etsələr də həmin maşının sürücü surətini azaltmamış, əl işarəsi və maşının ön işıqlarından istifadə etməklə onlara etiraz etmişdir. Daha həmin maşın surətlə uşağı vurmuşdur. Zərbənin təhsirindən uşaq 20 metr sürüşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən X13 bildirdi ki, o, mərhum uşağın əmisidir. Hadisə vaxtı yanlarında, Maşallah, Samir, Ayaz və Azər olmuşdur. Onlar yolun kənarında dayanmış və söhbət etmişlər. Uşaq onlarla üz-üzə yolun kənarında olan qaz borusunun yanında idman etmişdir. Onların aralarında 10 metr məsafə olmuşdur. Maşın qarşı tərəfdə olan parniklər tərədən yüksək surətlə gəlmiş, dönərkən səsi möhkəm çıxmışdır. Onlar həmin maşına əl-qol hərəktləri ilə surəti azaltmağı işarə etsələr də həmin maşının sürücü surətini azaltmamış, əl işarəsi və maşının ön işıqlarından istifadə etməklə etiraz etmişdir. Onlara çatan zaman maşının surəti 100-dən çox olmuşdur. O, bilmir uşaq onların səsindənmi narahat olaraq onlara doğru qaçmağa başlamış və bu ba vaxt bu hadisə baş vermişdir. Hadisə nəticəsində uşaq sürüşərək zibil qablarının yanına düşmüşdür. Hadisəni törədən maşın 30-40 metr gedərək saxlamışdır. Orxan onu maşından düşürmüş, ona isə uşağa doğru getməsini demişdir. O, uşağı qucağına götürmüş və orada olan Maşallahın maşını ilə uşağı xəstəxanaya çatdırmışlar. Xəstəxanada həkimlər baxan zaman uşağın öldüyünü bildirmişlər. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə X6 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan İstintaq zamanı Səhiyyə Nazirliyinin Respublika X15 Hüquqi şəxsdən alınmış xx.xx.2023-cü il tarixli 1/1471 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini barədə tibbi müayinə” protokolundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X6 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 58 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 2016-cı il təvəllüdlü X7 meyitinin məhkəmə tibb ekspertizasına və laborator müayinənin nəticəsinə əsasən, hadisə haqda məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Mərhum İ.O.Məmmədovun meyitində aşkar edilmiş xəsarətlər – sol gicgah-təpə sərhəddinin, ənsə nahiyyəsinin, sol dizin ön səthinin, sağ baldırın aşağı üçdə birinin ön səthinin əzilmiş yaraları; döş qəfəsinin ön səthinin sağ yarısının orta üçdə birinin, döş qəfəsinin ön səthinin sol yarısının orta-aşağı üçdə birinin, döş qəfəsinin sol yarısının yuxarı üçdə birinin ön səthinin, döş qəfəsinin sol yarısının aşağı üçdə birinin ön səthinin, döş qəfəsinin sol yarısının aşağı üçdə birinin arxa səthinin, qarının ön divarının sol yarısının, sol qalça darağı proyeksiyasının, sol əlin arxa səthinin sıyrıqları; sağ bazunun yuxarı üçdə birinin ön səthinin, döş qəfəsinin ön səthinin yuxarı üçdə birinin, sağ budun yuxarı üçdə birinin ön səthinin, sağ dizin iç səthinin, sağ baldırın yuxarı üçdə birinin arxa səthinin, sağ ayağın iç topuğunun qançırları; sağ Vİİ, Vİİİ, İX və sol Vİ, Vİİ, Vİİİ, İX qabırğaların orta körpücük xətti üzrə qapalı, az yerdəyişən sınıqları; sağ bud sümüyünün qapalı sınınğı, sağ baldır sümüklərinin qapalı sınığı; kəskin daxili qanitirmə müşayiət olunan sağ ağciyərin, qaraciyərin və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdirlər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
2. Mərhum İ.O.Məmmədovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu yuxarıda göstərilən travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemmoragik şok olmuşdur.
3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum İ.O.Məmmədovun meyitinin meyitxanada müayinəsindən 4-6 saat əvvəl baş vermişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 23 may 2023-cü il tarixli 453 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, 1.Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyyəsinin hematoması, sağ və sol gözaltı nahiyyənin qançırları, sol və sağ dirsəyin, sağ kürəyin, sağ dizin, sol baldırın sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan döş qəfəsinin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X23” X24 müraciətindən əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər.
2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzində tərtib edilmiş məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 12 iyul 2023-cü il tarixli 6/1993 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Wolkswagen Touareg” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən “Wolkswagen Touareg” markalı, ** UY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, yəni piyadanın səkidən yolu sağdan-sola keçən zaman avtomobillə vurulması real hadisə mexanizminə uyğun deyildir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X6 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, digər iş materialları ilə X2 idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs X6 ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs X2 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, X6in ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X6ə cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, X3 Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, azadlıqdan məhrum etmə cəzasını çəkməsinin əvvəli həbsə alındığı tarixdən hesablanmalı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat X4ən tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrumetmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X6in CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökmetdi:
X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X2 şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 03 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. X2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. X2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X1 85,00 (səksən beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, X3 isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən Zaur Tağıyev