Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-64/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid və Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, 1) xx xxxxx 1979-cu il tarixdə Naxçıvan MR Şərur rayonunun Kürkənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR Şərur rayonu Kürkənd kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)- 247/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və 2) xx xxxxxx 1983-cü il tarixdə Naxçıvan MR Şərur rayonunun Düdəngə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Naxçıvan MR Şərur rayonu Düdəngə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivi fərdi evdə yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-246/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 05:30 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Şahid məxsus Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə plastik pəncərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 100 manat təşkil edən 01 ədəd “HP” markalı notebooku, üzərində dəyəri 3 manat təşkil edən “***-***-**-**” GSM nömrəsi olan dəyəri 50 manat təşkil edən 01 ədəd “Samsung G2” markalı mobil telefonu, həyətdə olan köməkçi tikilidən dəyəri 850 manat təşkil edən 01 ədəd “Jross” markalı velosipedi, həmin ünvanda küçədə dayanmış Şahid məxsus “Audi Q7” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili evdən götürdüyü həmin avtomobilə məxsus açarla açaraq avtomobilin saxlanc yeri olan “dirsəkaltı”ndan 3700 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş Şahid ümumilikdə 4703 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 05:00 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən yaşayış sahəsi olan evə açıq pəncərəsindən qanunsuz daxil olub oradan dəyəri 1134 manat təşkil edən 01 ədəd “Riffel” markalı kondisioneri və dəyəri 600 manat təşkil edən 01 ədəd “Beko” markalı televizoru gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 1734 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə saxlanc yerinə qanunsuz daxil olaraq oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx xxxxxxxx 2020-ci il tarixdə gecə saat 05:30 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Şahid məxsus Binə qəsəbəsi Atçılıq yaşayış massivində yerləşən yaşayış sahəsi olan evə plastik pənjərəsini açmaqla qanunsuz daxil olub oradan dəyəri 100 manat təşkil edən 01 ədəd “HP” markalı notebooku, üzərində dəyəri 3 manat təşkil edən “***-***-**-**” GSM nömrəsi olan dəyəri 50 manat təşkil edən 01 ədəd “Samsung G2” markalı mobil telefonu, həyətdə olan köməkçi tikilidən dəyəri 850 manat təşkil edən 01 ədəd “Jross” markalı velosipedi, həmin ünvanda küçədə dayanmış Şahid məxsus “Audi Q7” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili evdən götürdüyü həmin avtomobilə məxsus açarla açaraq avtomobilin saxlanc yeri olan “dirsəkaltı”ndan 3700 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş Şahid ümumilikdə 4703 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs2 ilə təxminən 2020-ci ilin avqust ayının ortalarında tanış olmuş və həmin vaxtdan normal münasibətləri olmuşdur. Belə ki, Mustafa “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən kafelərdən birində işləyirmiş və o, Mustafanın işlədiyi kafeyə müştəri kimi gedib-gələrkən onunla tanış olmuşdur. xx xxxxxxxx 2020-ci il tarixdə axşam saatlarında Mustafa onun Binə qəsəbəsi Atçılıq yaşayış sahəsində yerləşən yaşadığı evə gəlmiş və həmin gecə onun evində qalmışdır. Maddi imkanları olmadığından Mustafa ilə söhbət zamanı pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə xx xxxxxxxx 2020-ci il tarixdə, gecə saat 05 radələrində Mustafa ilə birlikdə yaşadığı evdən çıxıb piyada evlərin arası ilə gəzərək oğurluq etmək üçün münasib yer axtarmışlar. Həmin vaxt artıq saat 05:30 radələri olarmış. Bir ev diqqətlərini cəlb etdiyindən Mustafaya demişdir ki, onu çöldə gözləsin və gələn olsa, ona xəbər versin. Hasardan tullanaraq həyətə daxil olmuş, daha sonra həyətdə olan 2 mərtəbəli evə yaxınlaşaraq evin plastik pəncərəsini əli ilə itələyib açmaqla evə daxil olmuş və evin otaqlarını gəzib oğurlamaq üçün qiymətli əşya axtarmışdır. Evin birinci mərtəbəsində 01 ədəd “HP” markalı notebook, ikinci mərtəbədə stolun üzərində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və avtomobil açarını götürmüşdür. Belə ki, həyətə girərkən darvazanın qarşısında “Audi” markalı avtomobil görmüş və açarın həmin avtomobilə məxsus olduğunu təxmin edib onu götürmüşdür ki, həmin açarla avtomobili açıb avtomobildə olan qiymətli əşyaları da götürsün. 01 ədəd “HP” markalı notebooku və 01 ədəd “Samsung” markalı mobil telefonu götürüb evə girdiyi kimi həyətə çıxmış və həyətdə olan qapısı açıq köməkçi otaqdan 01 ədəd velosipedi də götürüb darvazanı arxadan açıb velosipedi sürərək çölə çıxartmışdır. Daha sonra evdən götürdüyü açarla çöldə olan “Audi” markaı avtomobilin qapısını açıb avtomobili axtarmışdır. Avtomobilin dirsəkaltında 03 ədəd zərfdə olan pulu və pul kisəsində olan pulu götürüb avtomobilin açarını avtomobilin içərisinə qoyub kənarda onu gözləyən Mustafanın yanına getmişdir. Həmin pulun ümumi məbləği yadında qalmayıb. Mustafaya evdən götürdüyü notebooku vermiş və onun qaldığı evə gəlməsini bildirmişdir. Özü isə velosipedlə qaldığı evə getmişdir. Bir qədər keçmiş Mustafa onun yaşadığı evə gəlmişdir. Mustafaya həmin evin qarşısında olan avtomobildən 800 manat oğurladığını bildirib ona 400 manat vermişdir. Həmin evdən oğurladığı mobil telefonu və Mustafaya verdiyi notebooku götürüb oğurladığı velosipedlə səhər saatlarında Sabunçu rayonunda yerləşən “Rus bazarı” deyilən yerə gedərək notebooku 80 manata, mobil telefonu 30 manata və velosipedi 150 manata tanımadığı şəxslərə satıb əldə etdiyi ümumilikdə 260 manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Mustafa isə öz payına düşən 400 manat pula taksi şirkətlərindən birindən icarəyə avtomobil götürmüşdür. Bundan sonra özü tək xx xxxxxxxx 2020-ci il tarixdə, təxminən gecə saat 05:00 radələrində Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evlərin arası ilə gəzib oğurluq etmək üçün münasib ev axtararkən işıqları yanmayan bir ev diqqətini cəlb etdiyindən həmin evin həyətinə hasardan aşıb daxil olmuşdur. Daha sonra həmin həyətdə yerləşən evə açıq pəncərəsindən daxil olub evdə olan 01 ədəd “Riffel” markalı kondisioneri və 01 ədəd “Beko” markalı televizoru götürüb daşıyaraq çölə yığmışdır. Daha sonra havanın işqlanmasını gözləyib nömrəsini və markasını xatırlamadığı yolüstü avtomobillərin biri ilə həmin əşyaları Sabunçuda yerləşən “Rus bazarı” deyilən yerə aparıb kondisioneri 300 manata, televizoru isə 100 manata satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxslərə dəymiş maddi zərəri ödəyə bilmədiyinə görə onlarla barışıq əldə edə bilməmişdir. Törətdiyi əməllərdən peşmandır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs1 ilə 2020-ci ilin avqust ayında işlədiyi kafedə tanış olmuşdur. Belə ki, o, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən kafelərdən birində işləyirmiş və Valeh həmin kafeyə müştəri kimi gəlib-gedirmiş. Sonradan bilmişdir ki, Valeh də Naxçıvan MR-nın Şərur rayonundandır, onunla qonşu kənddəndir. xx xxxxxxxx 2020-ci il tarixdə Valehin yaşadığı Binə qəsəbəsində yerləşən evə getmişdir ki, onunla birlikdə qalsın. xx xxxxxxxx 2020-ci il tarixdə gecə saatlarında Valehin yaşadığı evdə olarkən Valeh ona bildirmişdir ki, “yaxınlıqda bir yer var, gedək ora, pulumuz olacaq”. Sonradan bilmişdir ki, Valeh hansısa evdən oğurluq edəcək. Onlar birlikdə Valehin yaşadığı evdən çıxıb piyada evlərin arası ilə gəzərək oğurluq etmək üçün münasib yer axtararkən bir ev diqqətlərini cəlb etdiyindən Valeh ona demişdir ki, onu çöldə gözləsin və gələn olsa, ona xəbər versin. Həmin vaxt artıq saat 05:30 radələri olarmış və evin qarşısında qara rəngli “Audi Q7” markalı avtomobil dayanıbmış. Valeh hasardan tullanaraq həmin həyətə daxil olmuşdur. O, bir qədər gözlədikdən sonra Valehin gəlmədiyini görüb oradan bir qədər uzaqlaşmış və əsas yola tərəf gələrək orada Valehi gözləmişdir. Bir qədər keçmiş Valeh qara rəngli velosipedi sürərək onun yanına gəlib əlində olan sellofan paketdəki notebooku ona vermiş və onun yaşadığı evə getməyini bildirib özü velosipedlə, o isə piyada Valehin yaşadığı evə getmişdir. Evə çatanda Valeh artıq evdə olmuş və velosiped də yanında olmuşdur. Valeh həmin evin qarşısında olan avtomobildən 800 manat oğurladığını bildirib ona 400 manat vermişdir. Səhər saatlarında Valeh ona verdiyi notebooku götürüb oğurladığı velosipedlə çıxıb harasa getmişdir. O isə payına düşən 400 manata taksi şirkətlərindən birindən icarəyə avtomobil götürmüş və taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi zərəri ödəyə bilmədiyinə görə onunla barışıq əldə edə bilməmişdir. İlk dəfə törətdiyi əməldən peşmandır. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Şahid göstərdi ki, Binə qəsəbəsi Atçılıq massivində yerləşən 2 mərtəbəli yaşayış evində ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxxxxxx 2020-ci il tarixdə, gecə saatlarında yaşadığı evə birinci mərtəbədə olan pəncərədən daxil olan naməlum şəxs oradan evin ikinci mərtəbəsindəki yataq otağında stolun üstündən üzərində dəyəri 3 manat olan “***-***-**-**” nömrəsi olan 50 manat dəyərində 01 ədəd “Samsung G2” markalı mobil telefonu, evin birinci mərtəbəsində olan qonaq otağındakı stolun üzərindən dəyəri 100 manat olan 01 ədəd “HP” markalı notebooku, həyətdə olan köməkçi tikilidən dəyəri 850 manat olan 01 ədəd “Jross” markalı velosipedi, küçədə dayanmış “Audi Q7” markalı, **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobili evdən götürdüyü həmin avtomobilə məxsus açarla açaraq avtomobilin dirsəkaltındakı pul kisəsinin içərisindən 1000 manat və 3 ədəd zərfdə olan 2700 (1200+900+600) manat oğurlamışdır. Oğurluq nəticəsində ona 4703 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxslərlə barışmamışdır və onlardan şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxslərə törətdiykləri əmələ görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, həyat yoldaşı hərbçi olduğundan işi ilə bağlı tez-tez ezamiyyətdə olur. Bu səbəbdən evdə tək qalmamağı üçün həyat yoldaşı evdə olmadığı müddətdə qaynatasıgilin Yeni Günəşli qəsəbəsində yerləşən evinə gedib orada qalırmış. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 10 radələrində Qala qəsəbəsi Xaşa-Xuna bağlar massivində yerləşən evinin əsas giriş seyf qapısının kilidini bağlayıb qaynatasıgilə getmişdir. Evlərinin bir otağının pəncərə yeri olsa da həmin yerə hələ pəncərə quraşdırılmamışdır. Eyni zamanda həmin otaqdan dəhlizə açılan qapının da kilidi yoxdur. Hadisə zamanı digər otaqların qapısını örtsə də onların kilidini bağlamamışdır. xx xxxxxxxx 2020-ci il tarixdə, saat 17 radələrində həmin evə qayıdan zaman kondisionerin çöl tərəfində olan motorunun yerində olmadığını görüb evdən oğurluq olduğundan şübhələnmişdir. İçəriyə daxil olarkən ona məlum olmuşdur ki, evə açıq pəncərə yerindən daxil olan naməlum şəxs(lər) evin əsas giriş qapısının üzərində olan 1134 manat dəyərində “Riffel” markalı kondisioneri çöl tərəfində olan motoru ilə birlikdə, eləcə də evin mətbəx otağında olan 600 manat dəyərində “Beko” markalı televizoru oğurlamışdır. Oğurluq nəticəsində ona ümumilikdə 1734 manat məbləğində maddi ziyan dəymişdir. Həmin ziyan indiyə qədər ödənilmədiyi üçün o, təqsirləndirilən şəxslə barışmamışdır və ondan şikayətçidir. Bütün bunların nəzərə alınaraq ona vurulmuş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxsə törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, o, ifadələrində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerlərində istiqamətləndirici hərəkətləri ilə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilərək tədqiq edilmiş məhkəmə-daktiloskopik ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli, 3/1207 saylı rəyi ilə müəyyən edilmişdir ki: - Təqdim edilmiş 1 və 2 saylı daktilolentin səthlərindəki ovuc izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır; - Təqdim edilmiş 1,2,3,4,5 saylı daktiolentlərin səthlərindəki papilyar naxış izləri tam, aydın əks olunmadığından, həmçinin kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır; - Təqdim edilmiş 1 və 2 saylı daktilolentin səthlərindəki ovuc izləri Təqsirləndirilən şəxs1 sol ovucunun tenar hissəsindən toxunma nəticəsində qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 227,16 (iki yüz iyirmi yeddi, on altı) manat təşkil edir. İş materiallarından görünür ki, zərərçəkmiş şəxs Şahid məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus əlbarmaq izləri maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Azərbaycan Respublikası CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Türkiyə Respublikası Sakarya 9 Asliyə Cəza Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə oğurluğa görə 07 (yeddi) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-64/2021 saylı xx xxxxxx 2021-ci il tarixli sorğusuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xx xxxxxx 2021-ci il tarixli 17/6-2697 saylı cavab məktubundan görünür ki, Penitensiar Xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda Təqsirləndirilən şəxs1 Türkiyə Respublikası Sakarya 9 Asliyə Cəza Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə məhkum olunması, barəsində olan həmin hökmün Azərbaycan Respublikasında tanınıbtanınmaması barədə məlumat qeydiyyatdan keçmir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırda məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx xxxxxxxx 2020-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi isə məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətə görə cəza almalıdırlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməlləri etiraf edərək peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə törətdiyi əməli etiraf edərək peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - zərərçəkmiş şəxs Şahid məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izləri hökm qanuni qüvvəyə minəndən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 227,16 (iki yüz iyirmi yeddi, on altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 ümumilikdə 35 iş saatına görə (ibtidai istintaq zamanı 25 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 210,00 (iki yüz on) manat, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən müxtəlif məbləğlərdə maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxslərə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - zərərçəkmiş şəxs Şahid məxsus evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs1 məxsus əl-barmaq izləri hökm qanuni qüvvəyə minəndən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə qaydada 227,16 (iki yüz iyirmi yeddi, on altı) manat eksperiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 210,00 (iki yüz on) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına (“xxxx” ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov
Məhkəmə qərarları › İş №1(003)-64/2021
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-64/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver