Məhkəmə qərarları › İş №1(003)-64/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-64/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-64/2025 13.02.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1971-ci ildə Yardımlı rayonu Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Yuxarı Astanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, N.Məmmədov küçəsi, fərdi evdə yaşayan, barəsində “başqa yerə germəmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 02 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində notarial etibarnamə ilə idarə etdiyi, qardaşı Tağıyev Mübariz Sultanǝli oğlunun adına qeydiyyatda olmaqla texniki cəhətdən saz vəziyyətdə olan “NİSSAN TEANA” minik markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobilini idarə edərkən Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən Şüvəlan qəsəbəsi istiqamətinə doğru «Xalça» restoranının qarşısında hərəkətdə olub yolayrıcında saatda 10 km sürətlə hərəkətdə olan zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hisssəsinin tələblərinə görə sürücü Habil Tağıyev idarə etdiyi avtomobili sola döndərməzdən əvvəl qarşıdan əks istiqamətdə hərəkətdə olaraq yaxınlaşan nənqliyyat vasitələrinə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola döndərməli, həmin döngəyə yaxınlaşarkən sola qarşı hərəkət zolağına çıxaraq əks istiqamətdə öz hərəkət zolağı ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi dövlət qeydiyyat nişanı olmayan mopedin hərəkəti üçün eyni əhəmiyyətli yolda qarşı tərəfdən və ya sağa hərəkət edən mopedə yol verməli, mövcud şəraitdə həmin qaydalara riayət etməklə hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı və bununla da yolnəqliyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, yolun hərəkət hissəsində dəniz yolu istiqamətində sola dönmə əməliyyatı edərkən sola qarşı hərəkət zolağına çıxaraq qarşıdan əks istiqamətdə saatda 70 km sürətlə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi etdiyi dövlət qeydiyyat nişanı olmayan mopedlə yolun hərəkət hissəsinin ortasında sol hərəkət zolağında təhlükəli şərait yaradıb idarə etdiyi NİSSAN TEANA minik markalı **-EV-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə ehtiyatsızlıqdan toqquşaraq, mopedin sürücüsü Zərərçəkmiş şəxs alnının sıyrıqları, sağ bud sümüyünün yerdəyişən, qapalı sınığı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulması ilə nəticələnən ehtiyatsızlıqlan Zərərçəkmiş şəxs sağlamlığına az ağır dərəcəli zərər vurulmasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozub yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, "Nissan Teana” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı X4 adına rəsmiləşdirilsədə avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsindən Şüvəlan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən "Xalça" restoranın qarşısında avtomobilin sol dönmə işığını yandırıb dəniz yolu istiqamətində hərəkətini davam etdirmək istəmişdir. Həmin vaxt o, qarşıdan gələn Zərərçəkmiş şəxs və Şahid idarə etdikləri mopedləri görməmişdir. O, dəniz yoluna dönmək istəyən zaman əvvəlcə Zərərçəkmiş şəxs idarə etdiyi moped daha sonra isə Şahid idarə etdiyi mopedlə toqquşmuşdur. Etdiyi əməlindən peşmandır. Barışığa cəhd etsə də, zərərçəkmiş şəxs razılaşmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində qeyd etdi ki, 2023-cü ilin yay aylarında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən "Şanlı Urfa" restoranında özünə məxsus olan mopedlə kuryer fəaliyyəti ilə məşğul olurmuşdur. 02 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi mopedlə Bakı şəhəri, Mərdəkən qəsəbəsindən Şağan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən "Xalça" restoranın qarşısına çıxan Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan “Nissan Teane” **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etdiyi avtomobili sola dönmə işığını yandırsada qarşısında gələn avtomobillərə və mopedlərə yol verməyərək onların yoluna çıxmışdır. O, idarə etdiyi mopedi saxlamaq istəsə də saxlaya bilməmişdir. Nəticədə isə yol nəqliyyat hadisəsi baş vermişdir. Ondan arxadan gələn digər mopedin sürücüsüdə mopedi saxlaya bilməyib ona dəymişdir. Hadisə nəticəsində o, xəsarət almışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abassi X13 ifadəsində bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında sürücülük vəsiqəsi olmadan "Tufan M50" markalı moped idarə etmişdir. 02 oktyabr 2023-cü il tarixdə saat 18 radələrində idarə etdiyi mopedlə Bakı şəhəri, Mərdəkən qəsəbəsindən Şağan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Mərdəkan qəsəbəsində yerləşən "Xalça" restoranın qarşısına çatan zaman Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olan “Nissan Teana” markalı avtomobilin sürücüsü idarə etdiyi avtomobilin sola dönmə işığını yandırsada qarşısında gələn avtomobillərə və mopedlərə yol verməyərək onun yoluna çıxmışdır. Həmin vaxt ondan öndə əvvəllər qiyabı tanıdığı lakin adının sonradan Elvin olduğunu bildiyi moped sürücü hərəkət etmişdir. Elvin idarə etdiyi mopedi saxlaya bilməmiş həmin maşına çırpılmışdır. O, da idarə etdiyi mopedi saxlaya bilməyib həmin maşına çırpılmışdır. Nəticədə isə yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, “Xalça” restoranın qarşısında baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocǝdvəl tərtib olunaraq protokola əlavə olunmuşdur; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2023-cü il tarixli, 1/4928 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs müayinə zamanı ayıq vəziyyətdə olmuşdur; - AD N 961680 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** EV *** dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı avtomobil X4 mülkiyyətindədir; - xx.xx.2016-cı il tarixdə verilmiş etibarnamənin surətindən aydın olur ki, ** EV *** dövlət qeydiyyat nişanlı “Nissan Teana” markalı nəqliyyat vasitəsinin idarə edilməsi xx.xx.2026-cı il tarixinədək Təqsirləndirilən şəxs etibar edilmişdir; - AF 003564 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixinədək “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1207 saylı rəyindən görünür ki, E.R, Əlizadənin bədəni üzərində aşkar edilmiş xəsarətlər alının sıyrıqları, sağ bud sümüyünün yerdəyişən, qapalı sınığı küt əşya təsirindən törənmiş, törənmə müddətləri onun "X19" X21 müracətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Az Ağır dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 1209 saylı rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; - xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1384 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Nissan Teana” markalı, 99- EV-680 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən mopedin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi- nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Zərərçəkmiş şəxs mopedi yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən mopedin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi- nəzərdən tədqiq etməyə lüzum yoxdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi H.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir; - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində İXM-nin 327.8-ci maddəsi material ayrılıb aidiyyəti üzrə göndərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsində təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarına əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (CM-59.1.1), əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 128 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 128 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun (X6, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X16 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən təqsirləndirilən şəxs X11 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar