Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-640/2023 11.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X2, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2001-ci il tarixdə Qobustan rayonunun Sədəf kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qobustan rayonunun Sədəf kəndində qeydiyyatda olan, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Xurustalni yaşayış massivində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs idarə etdiyi nəqiliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 16 may 2023-cü il tarixdə, saat 01:20 radələrində idarə etdiyi etibarnamə ilə ona məxsus olmayan texniki cəhətdən saz vəziyyətdə olan Şahid məxsus «Peugeot 407» markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində fəaliyyət göstərən “İndi” marketin qarşısındakı dördyol kəsişməsinə çıxıb «Arzu» restoranı istiqamətinə hərəkət etmək istəyən zaman «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələbələrinə uyğun olaraq yola bitişik ərazidən yola çıxarkən yolda hərəkət edən nəqliyyat vasitələrinə yol verməli olduğu halda bunlara əməl etməyərək ehtiyatsızlıqdan həmin vaxt əsas yolda hərəkətdə olan və sol hissədən yaxınlaşan “Moon” markalı moped ilə avtomobilin qabaq sol hissəsi toqquşmuş, nəticədə mopedin sürücüsü X1 saidin, sağ budun, sağ və sol baldırın əzilmiş yaraları; sağ göz ətrafı nahiyənin qançırı; sol əlin arxa səthinin, sağ və sol dizin ön səthinin, sağ və sol baldırın sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ said sümüklərinin açıq, qəlpəli sınıqları; sağ bud sümüyünün açıq, qəlpəli sınığı; sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları; sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları; kəskin daxili qanitirmə ilə nəticələnmiş dalağın cırılması ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərər vuran bədən xəsarəti yetirməklə, həmin tarixdə saat 02:00-da müalicə aldığı «X6» ölməsi ilə nəticələnin yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Buzovna qəsəbəsində fəaliyyət göstərən “Bir tikə” restoranında administrator vəzifəsində işləyirmiş. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində işdən çıxmış və Buzovna qəsəbəsində fəaliyyət göstərən “Favorit” marketdə satıcı işləyən Asif Əhmədovun yanına gəlmişdir. Asif ona bir saatdan sonra işdən çıxacağını demiş, o da Asifi gözləmək üçün Asifə məxsus “Peugeot 407” markalı, **-OK-*** dövlət qeydiyyatlı avtomaşının açarını almış və avtomobildə otutub onu gözləmişdir. Avtomobildə oturan zaman yadına düşmüşdür ki, işlədiyi restoranın açarları kuryer işləyən Maqsud adlı şəxsdə qalıb. Bu fikir ilə Asifdən icazə alıb onun avtomobili ilə işini həll edib qayıdacağını demiş, Asif razılıq verdikdən sonra Asifin avtomobili ilə Maqusudun yaşadığı ünvana gedib açarları ondan götürmüşdür. Geri qayıdan zaman Mərdəkan qəsəbəsi H.Z.tağıyev küçəsində fəaliyyət göstərən “İnci” marketin qarşısından sola, yəni “Arzu” restoranı istiqamətində dönən zaman 6 metr məsafədən gördüyü motosiklet ilə toqquşmuşdur. Avtomobili irəlidə dayandırmış və motosikletin sürücüsünə yaxınlaşmış, motosikletin sürücüsü yolda uzanmış vəziyyətdə olmuşdur. Əvvəlcə “103” xidmətinə, sonra tanışlarına zəng etmişdir. Hadisə yerinə polis əməkdaşları və TTY avtomobili gələrək motosikletin sürücüsünü xəstəxanaya aparmışlar. O isə DYPŞ-nə getmiş, bir neçə satdan sonra bilmişdir ki, həmin sürücü xəstəxanada ölüb. Hadisə zamanı o, avtomobildə tək olmuşdur, heç bir spirtli içki və güclü təsiredici maddələrin təsiri altında olmamışdır. İlk dəfə, həm də ehtiyatsızlıqdan törətdiyi bu əməl nəticəsində zərərçəkmiş şəxsin ölməsindən bərk sarsılaraq peşman olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmışdır. Buna görə də hazırda onun ondan heç bir şikayəti və tələbi yoxdur. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X5 göstərdi ki, 1996-ci il təvəllüdlü X7 onun doğma oğlu olmuş və onunla bir ünvanda yaşamışdır. İdarə etdiyi mopedlə kuryer işləyərək həm onlara köməklik edib, həm də özünü dolandırırmış. Oğluna xeyir iş edərək nişanlamış, bu ilin sentyabr ayında toy edəcəkmiş. 16 may 2023-cü il tarixdə gecə saatlarında oğlunun qaynı Ümid onun mobil nömrəsinə zəng vuraraq oğlunun mopedlə qəza törətdiyini və hazırda təcili tibbi yardım maşını ilə Sabunçu xəstəxanasına getdiklərini demişdir. O, dərhal xəstəxanaya getmiş və xəstəxanada ona məlum olmuşdur ki, oğlu Əli artıq reanimasiya şöbəsində vəfat edib. Daha sonra isə oğlunun meyitini təhvil almışlar. Ona sonradan məlum olmuşdur ki, hadisə Mərdəkan qəsəbəsində H.Z.Tağıyev küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi Pejo” markalı maşınla oğlu Əlinin idarə etdiyi mopedin toqquşmasından baş vermişdir. Hazırda ona dəymiş maddi ziyan ödənilmişdir. Buna görə də o, Təqsirləndirilən şəxs ilə barışmışdır, münasibətləri yaxşıdır, Muraddan heç bir şikayəti və ya tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bunun nəzərə alınaraq Murada yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid göstərdi ki, “Peugeot 407” markalı, **-OK-*** dövlət qeydiyyatlı avtomaşını etibarnamə ilə idarə edir, mülkiyyətçisi özüdür. Buzovna qəsəbəsində yerləşən “Favorit” marketdə satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 23:45 radələrində Buzovna qəsəbəsində fəaliyyət göstərən “Bir tikə” restoranında işləyən tanışı Təqsirləndirilən şəxs onun iş yerinə gəlmiş, orada bir neçə dəqiqə söhbət etdikdən sonra Murad ondan avtomobilinin açarını istəmişdir. Belə ki, Murad onun avtomobilində oturub onu gözləyəcəkmiş ki, işini qurtardıqdan sonra evə gedən zaman Muradı da evində düşürsün. Avtomobilinin açarını Murada vermiş, özü isə işində qalmışdır. Bir azdan sonra Murad ona yaxınlıqda işi olduğunu və tez onun avtomobili ilə gedib gələcəyini demiş, o, buna etiraz etməmişdir. Təxminən 30 dəqiqədən sonra Murad ona zəng edərək avtomaşın ilə qəza törətdiyini bildirmiş və o, Muradın qəza törətdiyi yerə gəlmişdir. Yol-nəqiliyat hadisəsi Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində fəaliyyət göstərən “İnci” marketin qarşısında dödyolda baş vermişdir. Hadisə yerinə gələndə görmüşdür ki, Murad ona məxsus avtomobil ilə motosikletlə toqquşmuşdur. Motosikletin sürücüsü yerdə uzanmış vəziyyətdə olmuş və danışa bilmirmiş, huşsuz olmuşdur. Hadisə yerinə polis və TTY avtomaşını gəlmiş, motosikletin sürücüsünü TTY avtomaşını ilə xəstəxanaya aparmışlar. O və Murad isə DYPŞ-nə getmişlər. Bir neçə saatdan sonra tanışları ona zəng edərək motosikletin sürücüsünün xəstəxanada öldüyünü bildirmişlər. Onun avtomaşınına maddi ziyan dəysə də bununla bağlı Muraddan heç bir şikayəti və tələbi olmamışdır. Cinayət işinin materiallarına əlavə olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 16 may 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş foto cədvəl və sxemdən görünür ki, hadisə Xəzər rayonu Mərdəkan qəsəbəsi H.Z.Tağıyev küçəsində fəaliyyət göstərən “İndi” marketin qarşısındakı dördyol kəsişməsində baş vermişdir. Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 01 iyun 2023-cü il tarixli 68 saylı rəyindən görünür ki, X3 bədəni üzərində - sağ saidin, sağ budun, sağ və sol baldırın əzilmiş yaraları; sağ göz ətrafı nahiyyənin qançırı; sol əlin arxa səthinin, sağ və sol dizin ön səthinin, sağ və mol baldırın sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan sağ said sümüklərinin açıq, qəlpəli sınıqları; sağ bud sümüyünün açıq, qəlpəli sınığı; sağ baldır sümüklərinin açıq, qəlpəli sınıqları; sol baldır sümüklərinin qapalı, qəlpəli sınıqları; kəskin daxili qanitirmə ilə nəticələnmiş dalağın cırılması küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vəxtda, yəni xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişlər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Ə.B.Paşayevin ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu yuxarıda göstərilən travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Mərhum Ə.B.Paşayevin ölümü xx.xx.2023-cü ildə, saat 02:00-da “X9” X8 baş vermişdir (X9” X8 tərtib olunmuş C1884 saylı xəstəlik tarixinə əsasən). Mərhum Ə.B.Paşayevin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr güclü təsiredicilər aşkar edilməmişdir(məhkəməkimyəvi muayinə aktı № 1757/K, xx.xx.2023). Cinayət işinin materiallarına əlavə olunmuş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 14 iyul 2023-cü il tarixli, 8/1748 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Peugeot 407” markalı **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış eksperiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manatdır. Cinayət işinin materiallarına əlavə olunmuş 16 may 2023-cü il tarixli 1/2663 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamaqla ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-16/2-82965/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan) BD 019609 nömrəli «BC» kateqoryalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən 05 iyun 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan ilk dəfə törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini, baş vermiş hadisədən sonrakı davranışını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini və baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayətinin və ya tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan müəyyən müddətə məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli məntəqə tipli cəza çəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı qərarının 23-cü bəndinə əsasən, məhkəmələr nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmənin əlavə cəza kimi tətbiq edildiyi hallarda hökmlərin icrasına xüsusi diqqət yetirməlidirlər. Bu halda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 157.2-ci maddəsinə əsasən həmin cəza intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 iş saatına görə (ibtidai istintaq zamanı 10 saat və məhkəmə baxışı zamanı 10 saat) ümumilikdə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 120,00 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-640/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-640/2023
11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver