Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-644/2023 07.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü ildə Konqo Demokratik Respublikasında anadan olmuş, Konqo Demokratik vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli, işsiz, Konqo Demokratik Respublikasının Kınshasa şəhərində qeydiyyatda olan və yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Ericin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs Erıc Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqəsindən müəyyən edilmiş sənədlər olmadan, saxtalaşdırılmış sənədlə Qətər Respublikasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, həmçinin bilə-bilə saxta sənəddən istifadə etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Erıc Azərbaycan Respublikasından tranzit keçməklə İrlandiya Respublikasında yaşamaq üçün getmək məqsədilə Qətər Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla gəlmək qərarına gəlmiş, bu məqsədlə tarixi istintaqa məlum olmayan vaxtda Cənubi Afrika Respublikasında vətəndaşı olmadığı halda özünün anket məlumatları qeyd olunmuş və özünün fotoşəkli daxil edilməklə saxtalaşdırılmasına nail olduğu ER8652948 nömrəli Baham Adaları vətəndaşı pasportunu əldə edib, 02 iyul 2023cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı şəhəri, Xəzər rayonunda yerləşən “X5 Aeroportu” sərhəd nəzarəti məntəqəsinə gələrək qeyd olunan pasportdan bilə-bilə istifadə edib, həmin gün, saat 00:17-da sərhəd nəzarətinə təqdim edərək, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən olunmuş sənədlər olmadan qəsdən qanunsuz olaraq Qətər Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Bununla da X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci və 320.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Erıc ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, ona qarşı irəli sürülmüş ittihamda yalnız saxta sənəddən istifadə etməsinə görə yəni Azərbaycan Respublikasının CM-in 320.2-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlinə görə təqsirli bilir. Lakin Azərbaycan Respublikasının CM-in 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmir. Belə ki, o, Azərbaycan Respublikasının dövlət sərhəddini qanusuz keçməyib, ona rəsmi qaydada elektron viza verilmişdi. Bundan başqa o, Konqo Demokratik Respublikasında radioda texniki şöbənin əməkdaşı işləmiş, 2011-ci ildə Cənubi Afrika Respublikasında Prezident seçkilərində müxalif partiyanın üzvü olduğu üçün siyasi təzyiqlərə məruz qalmış, həmin il qanunsuz yolla Cənubi Аfrika Respublikasının Debel şəhərinə getmişdir. Həmin ölkədə qaçqın statusu alaraq yaşamışdır. Cənubi Afrıka Respublikasının Debel şəhərində kiçik ticarətlə məşğul olmuş, orada yaşadığı müddətdə yerli irqçi sakinlər tərəfindən təzyiqlərə məruz qalaraq döyülüb xəsarət aldığı üçün Cənubi Afrika Respublikasından getmək qərarına gəlmişdir. Cənubi Afrika Respublikasının Debel şəhərində xəstəxanada müalicə olunduğu vaxt əvvəllər tanımadığı yerli şəxslərlə söhbət zamanı narazılığını bildirərək qaçqınlara Cənubi Afrika Respublikasında yaxşı baxılmadığını dedikdən sonra həmsöhbət olduğu şəxslərdən biri qaçqın statusunda olan şəxslərin Avropa ölkələrində, konkret olaraq isə İrlandiya Respublikasında yaxşı həyat yaşayışı ilə təmin edildiyini bildirmiş və ona pasport alaraq İrlandiya Respublikasına getməkdə köməklik göstərəcəyini demişdir. Bu məqsədlə həmin şəxs ondan fotoşəklini almış və təxminən üç-dörd aydan sonra ona heç bir vəsait tələb etmədən "Bahama Adalarına” məxsus pasport və yaşayış kartı təqdim etmişdir. O, həmin pasportla əvvəlcə Mozambik Respublikasına getmiş, oradan isə Qətərə viza alaraq Doha şəhərinə getmişdir. Doha şəhərinə getdikdən sonra Azərbaycan Respublikasına gəlməyi və buradan da İrlandiya Respublikasına getməyi planlaşdırmış, bu məqsədlə Doha-Bakı aviareysinə bilet alaraq 02 iyul 2023-cü il tarixdə Bakı şəhərinə gəlmişdir. “X5 Aeroportu” sərhəd nəzarəti şöbəsində sərhəd naryadına təqdim etdiyi ER8652948 nömrəli Bahama Adalarına məxsus pasportla müvafiq rəsmiləşdirmə işləri aparılan zaman ona həmin pasportun tam saxta olduğu bildirilmiş və o, 02 iyul 2023-cü il tarıxdə, saat 00:17 radələrində saxlanılmışdır. Onunla aparılan söhbət zamanı özünün xx.xx.1974-cü il tarixdə Konqo Demokratik Respublikasının Kinshasa şəhərində anadan olduğunu, əslində Konqo Demokratik Respublikasının vətəndaşı, adının isə Boliko Matına Еriс olduğunu bildirmişdir. Bahama Adalarına məxsus saxta pasportu və yaşayış kartını Cənubi Afrika Respublikasının Debel şəhərində tanımadığı yerli sakin ona heç bir vəsait tələb etmədən vermiş, həmin pasportu əldə etməkdə məqsədi Avropa ölkələrinə, konkret olaraq вə İrlandiya Respublikasına getmək istəməsi ilə bağlı olmuşdur. Bahama Adalarına məxsus pasportun və yaşayış kartının saxta olması barədə əvvəlcədən məlumatı olmamış, pasportun hansı əlamətlərinə görə saxta olmasından tam məlumatı olmasa da, Bahama Adaları dövlətinin vətəndaşı olmadığını bilmişdir. Bahama Adalarına məxsus, adına rəsmiləşdirilmiş pasportdan istifadə edərək Mozambik Respublikasına, oradan isə Qətər Dövlətinə getmiş, 02 iyul 2023-cü il tarixdə Doha-Bakı aviareysi ilə Bakı şəhərinə gəldiyi zaman saxlanılmışdır. Əvvəllər dövlət sərhədini saxta pasportla qanunsuz olaraq keçməmiş, ilk dəfə 02 iyul 2023-cü il tarixdə saxta pasportla Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək istədiyi zaman saxlanılmışdır. İrlandiya Respublikasında onun kimi təqiblərə məruz qalan qaçqınlara yaxşı həyat şəraiti yaradıldığından Azərbaycan Respublikasından keçməklə İrlandiya Respublikasına getmək istəmişdir. Konqo Demokratik Respublikasında və ya Cənubi Afrika Respublikasında hər hansısa bir səbəbdən təqib olunmamışdır. Azərbaycan Respublikasında siyasi sığınacaq almaq üçün hansısa dövlət qurumuna müraciət etməmişdir. Belə ki, Azərbaycan Respublikasında yaşamaq fikri olmamış, sadəcə olaraq Azərbaycan Respublikasından tranzit yolla keçməklə İrlandiya Respublikasına getmək niyyəti olmuşdur. Buna görə də Azərbaycan Respublikasında siyasi sığınacaqla bağlı hansısa bir dövlət qurumuna müraciət etməmişdir. Baham Adalarında ümumiyyətlə heç vaxt olmamışdır. Baham Adalarında heç bir zaman olmadığı halda həmin ölkənin vətəndaşı olmasını təsdiq edən ER8652948 nömrəli pasportla təmin edilmiş olsa da, qeyd olunan pasportun saxta olmasını hansı səbəbdən başa düşməməyi ilə bağlı verilən sualı cavablandıra bilməmişdir. İlk dəfə cinayət törətdiyini, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X5 Aeroportu” X4 nəzarətçisi, gizir Şahid1 ifadə verərək bildirmişdir ki, 01 iyul 2023-cü il tarixdə, saat 20:00-dan, 02 iyul 2023-cü il saat 09:00-dək “X5 Aeroportu” X4 Terminal-1 uçub gəlmə xəttində “sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin edilmişdir. Xidmətdə olduğu zaman 02 iyul 2023-cü il tarixdə, saat 00:17-də R0351 saylı “Doha-Bakı” avareysi ilə Qətərdən Azərbaycan Respublikasına gələn X11 adlı şəxs Baham Adalarına məxsus ER8652948 nömrəli pasportu dövlət sərhədindən buraxılması üçün rəsmiləşdirmə aparılması məqsədi ilə təqdim etmişdir. Həmin vaxt qeyd olunan pasportun tam saxta olmasından şübhələnmiş və bu barədə dərhal “növbə rəisi” xidmətində olan kapitan Şahid2 məruzə etmişdir. Bundan sonra kapitan Şahid2 onların yanına gələrək X7 təqdim etdiyi ЕR8652948 nömrəli Baham Adalarına məxsus pasportu təkrarən yoxlayaraq qeyd olunan pasportun tam saxta olmasına əmin olduqdan sonra bu baş vermiş hadisə barədə aidiyyəti üzrə məruzə etmiş, bundan sonra dövlət sərhədini saxta pasport təqdim etməklə qanunsuz yolla keçməyə cəhd edən Konqo Demokratik Respublikası vətəndaşı Воһко Matına Eric saxlanılmışdır. Konqo Demokratik Respublikası vətəndaşı X9 əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Konqo Demokratik Respublikası vətəndaşı Воliко Matına Eric 02 iyul 2023-cü il tarixdə “sənədlərin yoxlanışı” sərhəd naryadına ER8652948 nömrəli pasportu verdiyi zaman özünü Baham Adaları vətəndaşı Воliко Matına Eric kimi təqdim etmiş və ER8652948 nömrəli saxta pasportu dövlət sərhədindən keçməsi üçün müvafiq rəsmiləşdirmə işləri aparılması məqsədilə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “X5 Aeroportu” X4 baş zabit nəzarətçisi, kapitan Şahid2 oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etməsi müəyyən edildi. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarət bölməsinin tərtib etdiyi «inzibati qaydada tutma haqqında» xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Erıc barəsində inzibati qaydada tutma həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Erıc Azərbaycan Respublikasının CM-nin 29,318.1 və 320.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ericin məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN İNTERPOLUNun Milli Mərkəzi Bürosunun məlumatından görünür ki, Konqo Demokratik Respublikasının vətəndaşı, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Ericin beynəlxalq axtarışda olması barədə İNTERPOLUN-un “e-ASF” avtomatlaşdırılmış axtarış sistemi bazasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş “Respublika Narkoloji Mərkəzi”nin xx.xx.2023cü il tarixli məlumatın görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X8 Mərkəzdə narkoloji qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş “Respublika Psixiatriya Xəstəxanası”nın xx.xx.2023-cü il tarixli məlumatın görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X10 xəstəxanada müalicə olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə texniki ekspertizasının 13 iyul 2023-cü il tarixli 5/925 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X12 adına olan ER8652948 nömrəli Baham adalarına məxsus pasportun və X12 adına olan 011-153261 nömrəli müvəqqəti yaşamaq üçün kartın blankı axınlı printerdə çap edilmişdir və “SDU SECURE DOCUMENTS ULTİMATE” xüsusi kompüter proqramındakı həqiqi nümunə ilə eynilik təşkil etmir. 2.Tədqiqata təqdim edilmiş X12 adına olan ER8652948 nömrəli Baham Adalarına məxsus pasportda və X12 adına olan 011-153261 nömrəli müvəqqəti yaşamaq üçün kartda hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir, vərəqləri dəyişdirilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqəsindən müəyyən edilmiş sənədlər olmadan, saxtalaşdırılmış sənədlə keçəməyə cəhd etməsi məhkəmə baxışı zamanı onun özünün qismən etirafedici ifadəsindən başqa, şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Ericin əməli Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Ericin cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə—min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs Erıc tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci və 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təqsirləndirilən şəxsə təyin edilməsini məhkəmə ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətlərə görə cəzanın həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası CPM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin Təqsirləndirilən şəxs Erıcə Azərbaycan Respublikası CM-nin 29,318.1-ci və CM-nin 320.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs Erıcə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 02 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Ericin barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Təqsirləndirilən şəxs Erıc dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi saxta ER8652948 nömrəli Baham Adalarına məxsus pasport və cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Erıcdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilməlidir. Təqsirləndirilən şəxs Erıc hökm qanuni qüvvəyə mindikdən, cəza növünü çəkdikdən və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Ericin CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Ericin dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194- cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Eric Azərbaycan Respublikası CM-nin 29,318.1-ci və 320.2-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 29,318.1-ci maddəsi ilə ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 320.2-ci maddəsi ilə ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs Ericə qəti olaraq 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 02 iyul 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs Ericin barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Erıc dövlət sərhədindən keçərkən sərhəd nəzarətinə təqdim etdiyi saxta ER8652948 nömrəli Baham Adalarına məxsus pasport və cinayət işinin materialları olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80,00 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs Erıcdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X1, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs Ericin hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs Erıc hökm qanuni qüvvəyə mindikdən, cəza növünü çəkdikdən və ekspertiza xərcini ödədikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Erıcə isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-644/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-644/2023
07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver