Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-648/2024 26.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1996-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakı olan avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmə məqsədilə xx.xx.2024cü il tarixdə saat 03 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi” Atçılıq” yeni yaşayış massivi adlanan ərazidə 8-ci döngədə nömrəsiz fərdi yaşayış evinin arxasında dayanmış və qapıları kilidli vəziyyətdə olmaqla Zərərçəkmiş şəxs məzsus 5.000 manat dəyərində 2006-cı il buraxılışlı ’’VAZ-2107” markalı **-UK-*** dövlət qiydiyyat nömrəli avtomobili şəxsi işi ilə əlaqədar Cəlilabad rayonununa gedib-qayıtmaq məqsədilə qapısını vintaçandan istifadə etməklə açıb cinayətdən xəbəri olmayan Şahid köməkliyi ilə işə saldıqda səsi eşidilməsin deyə dayandığı yerdən bir qədər kənara itələyib apararaq yerini dəyişməklə mühərriki işə salıb həmin ərazidən sürüb Cəlilabad rayonuna aparmaqla avtomobili qaçırdaraq və yol polisi əməkdaşları tərəfindən saxlanılacağından ehtiyatlanıb orada bir kafenin qarşısında saxlayıb özü Bakı şəhərinə qayıtmaqla niyyətini başa çatdırıb özgəsinə məxsus avtomobili talama məqsədi olmadan Zərərçəkmiş şəxs 5.000 manat məbləğində maddi ziyan vurmaqla qanunsuz ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin noyabr ayında işləmək üçün Bakı şəhərinə gəlmişdir, ondan əvvəl Cəlilabad rayonunda yaşamışdır. Əvvəllər avtomobil rəngsazı işlədiyinə görə iş axtarmışdır, yaşadığı yerə yaxın olan bir sexdə işləyən Elgiz adlı şəxslə tanış olmuşdur və onunla orada işləməyə başlamışdır. 2024-cü ilin mart ayında novruz bayramında rayona avtomobillə getmək istədiyinə görə ayın əvvələrində Atçılıq massivində ağ rəngli “Vaz 2107” markalı **-UK-*** qeydiyyat nömrəli avtomobili görmüşdür, düşünmüşdür ki, həmin avtomobili oğurlayıb onunla yaşadığı Cəlilabad rayonuna gedəcək. Bu məqsədələ bir iki gün həmin avtomobilin eyni ünvanda saxlanıldığını müşahidə etmişdir. Qərara gəlmişdir ki, bayrama yaxın gecə saatlarında onu oğurlayıb rayona gedəcək. xx.xx.2024-cü il tarixdə saat 03 radələrində işlədikləri sexdə işini bitirdikdən sonra Elgizə demişdir ki, “bankda olan “Vaz 2107” markalı avtomobili çox ucuz qiymətə, yəni 1.300 manata satırdılar mən də almışam, yaxınlıqda saxlamışam, gedək onu sexə gətirək, sonra da rayona gedərəm”. Onlar birlikdə həmin ünvana yaxınlaşmışlar. Avtomobilin qapısını “otvyortka” (burğac, vintaçan) ilə elə açmışdır ki, Elgiz bunu görməmişdir, sonra avtomobili bir az qarşıya itələmişdir ki, evin yanında işə salsa eşidilər. Elgiz bunu soruşanda ona demişdir ki, “açar sexdə qalıb”, bu zaman birdən görmüşdür ki, avtomobilin açarları üzərindədir, tez Elgizə demişdir ki, “sən demə açar cibimdə imiş, mən də elə bildim sexdə qalıb”, Elgiz də ona inanmışdır, həmin açarla avtomobili işə salıb qarşıya sürmüş və Elgizə demişdir ki, “aparaq avtomobili sexdə qara boya ilə rəngləyək, sonra rayona gedərəm, bank avtomobili olduğuna görə ola bilsin sahibi hardasa görər tanıyar sonra problem yaranar”. Belə demişdir ki, Elgizi inandırsın. Elgiz avtomobilə əyləşmış və birlikdə işlədikləri sexə getmişlər. Sexdə təmirə saxladığı avtomobil olduğundan əvvəlcədən sexdə saxladığı qara rəngli boyaları götürüb yaxınlıqdakı 292 saylı tam orta məktəbin yaxınlığında olan dalana getmişlər, orada avtomobili qara rəngə boyamış və Elgizə demişdir ki, öz avtomobilinin nömrəsini ona versin ki, oğurladığı avtomobilə bağlasın, ola bilər ki, avtomobil problemli olar, yolda onu yol patrul xidmətinin əməkdaşları saxlayarlar. Elgiz ona bildirmişdir ki, “nömrəmi sənə versəm mən bayrama Ağcabədi rayonuna gedə bilmərəm”. Əyyar da onu razı salmaq üçün demişdir ki, “mən səni apararam, ordan da Cəlilabada gedərəm”. Elgiz razılaşmış və özünə məxsus “Vaz 2107” markalı avtomobilinin **-EO-*** qeydiyyat nömrəsini ona vermiş və həmin nömrəni avtomobilin üzərinə bağlamışdır, təxminən saat 05 radələrində Elgizlə birlikdə Ağcabədi rayonuna yola düşmüşlər. Yolda heç bir problem olmamışdır, Elgizi Ağcabədi rayonunda mərkəzdə evinə yola salmış və özü Cəlilabad rayonu istiqamətində yoluna davam etmişdir. Bir qədər getdikdən sonra elə Ağcabədi rayonu ərazisində qorxmuş və düşünmüşdür ki, yolda onu yol patrul xidmətinin əməkdaşları hansısa qayda pozuntusuna görə saxlayarlar və onda məsələnin üstü açılar. Bunu düşünüb avtomobili yolun kənarında tanımadığı bir yerdə yolun kənarında kafelərin birinin qarşısında saxlayıb yoldan keçən bir taksi saxlayıb Bakı şəhərinə qayıtmışdır. İki gündən sonra Elgiz də gəlmiş, həmin avtomobilin harada olduğunu soruşanda Elgizə bildirmişdir ki, rayonda qardaşına vermişdir ki, orada qardaşı müştəri tapıb satsın. Bundan sonra bir neçə gün birlikdə işləmişlər. xx.xx.2024-cü il tarixdə yenicə işlədiyi sexə çatmışdır ki, polis əməkdaşları sexə gələrək onu 2-ci PŞ-nə dəvət etmişlər. Orada Elgizi görmüş, bilmişdir ki, artıq məsələnin üstü açılıb. Ona görə də fikirləşmişdir ki, yalan danışmağının artıq xeyri yoxdur, yalan danışsa Elgizə də problem olar, ona görə düzgün olan şəkildə izahatını vermişdir. Elgizə avtomobili əvvəlcədən oğurladığını demədiyini, hətta avtomobilə ilk dəfə yaxınlaşanda özü ilə götürdüyü “otvyortka” ilə elə açmışdır ki, heç Elgizin xəbəri olmamışdır, həmin vaxt Elgiz avtomobilin ətrafına fırlanıb hər yerinə baxmışdır, onun heç ağlına belə gəlməmişdir ki, Əyyar avtomobili oğurlayır. Oğurladığınız avtomobildə sahibinə məxsus hər hansı bir əşya və ya sənəd olmadığını ifadəsində bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2009-cu ildə özünə 2006-cı il buraxılışlı Vaz-2107 markalı **-UK-*** qeydiyyat nömrəli ağ rəngli minik avtomobilini almışdır. O vaxtdan avtomobil onun istifadəsindədir, yəni etibarnamə ilə idarə edir. Qeyd etmişdir ki, həmin avtomobil X4 mülkiyyətində olmuşdur, sonradan X1, Nəcəf də Sakitdən 2009-cu ildə 2030-cu ilədək “başqa şəxsə səlahiyyət verilə bilən” etibarnamə əsasında almışdır. Bildirmişdir ki, həmin avtomobillə hər gün səhər saatlarında nəvəsini məktəbə aparır. xx.xx.2024-cü il tarixdə nəvələri ilə birlikdə yaşadığı evin yaxınlığındakı marketdən evə gəlmiş və avtomobilini evin yaxınlığında, yəni evin arxasında həmişə saxladığı yerdə, küçədə saxlamışdır. Həmişə də avtomobilin açarını salonda üzərində saxlamış, qapıları isə pult ilə bağlamışdır. Həmin gün də eyni qaydada etmişdim. Səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə səhər saat 09 radələrində nəvəsini məktəbə aparmaq üçün küçəyə çıxıb görmüşdür ki, avtomobil yerində deyil, yəni oğurlanmışdır. Bundan sonra DİN-in 102 zəng mərkəzi xidmətinə zəng vurub məlumat vermişdir. Qeyd etmişdir ki, Xəzər RPİ-nin 2-ci PŞ-də ilkin araşdırma aparılan zaman polis əməkdaşları tərəfindən ona məxsus olan qaçırılmış Vaz-2107 markalı **-UK-*** qeydiyyat nömrəli ağ rəngli minik avtomobil tapıldıqdan sonra görmüşdür ki, avtomobil pis vəziyyətdə qara rəngə boyanıb və texniki cəhətdən nasazdır. Ona görə də etirazını bildirmişdir. Bildirmişdir ki, həmin avtomobili 6.000 manata satışa çıxarmışdır, alan müştərisi də olmuşdur, oğurlandığından və avtomobilin vəziyyəti dəyişdiyindən artıq onu həmin qiymətə sata bilməyəcəyini, ona görə də düşünmüşdür ki, hadisə ilə əlaqədar ona 6.000 manat maddi ziyan dəymişdir. Oğurlanmış avtomobilində özünə məxsus hər hansı bir əşya və ya sənədləri olmadığını, sənədləri evdə olduğunu bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olarkən avtomobilin dəyərinin 5.000 manat olması barədə ekspertin rəyi ilə razılaşmış və ona vurulmuş maddi ziyanın 5.000 manat təşkil etdiyini göstərmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, Təxminən 7 ildir ki, avtomobil rəngsazı kimi işləyir. 5-6 ay olar ki, Əyyarla tanış olmuşdur və hazırda onunla birlikdə işləyir. xx.xx.2024-cü il tarixdə sexdə işlədiyi zaman Əyyar ona demişdir ki, “bankda olan bir Vaz 2107 markalı avtomobili bazar qiymətindən çox aşağı qiymətə satıldığına görə 1.300 manata almışam, yaxında saxlamışam, işimizi bitirək gedib onu götürək, səhər rayona gedərəm”. Onlar saat 03 radələrində işilərini bitirmiş və yaxınlıqda həmin avtomobil olan yerə getmişlər. O, avtomobili görən kimi hər tərəfinə baxmağa başlamışdır. Əyyar avtomobili açmışdır. Avtomobili işə salmaq üçün açarı sexdə qaldığını deyib avtomobili bir qədər irəliyə itələmişdir, Elgiz də ona itələməkdə köməklik etmişdir, sonra demişdir ki, “açar gödəkçəmin cibində qalıbmış”. Əyyar avtomobili işə salmışdır. Elgiz avtomobilə mindikdən sonra Əyyar ona demişdir ki, “avtomobili aparaq sexdə qara rəngləyək, sonra rayona getməliyəm”. Elgiz ondan nəyə görə rəngləmək istədiyini soruşduqda, Əyyar ona demişdir ki, ola bilsin ki, bank avtomobili olduğuna görə yolda problem olsun, çünki bank avtomobili məcburi olaraq geri almışdır. Elgiz də onun bu sözünə inanmışdır, çünki bir neçə aydır ki, birlikdə işlədiklərinə görə onu artıq tanıyır. Onlar işlədikləri sexə getmiş, sexdə təmirdə avtomobil olduğuna görə bir qədər aralıda 292 nömrəli məktəbin yaxınlığında abtomobili köməkləşib qara rəngə boyamışlar. Sonra Əyyar ona demişdir ki, “öz avtomobilinin nömrəsini də mənə verərsən ki, bank avtomobili olduğundan yolda birdən problem olar”. Elgiz də ona demişdir ki, “mən də rayona getməliyəm, nömrəmi sənə versəm öz avtomobilimlə gedə bilmərəm”. Əyyar ona demişdir ki, “narahat olma mən səni aparıb düşürdərəm, ordan da öz rayonumuza gedərəm”. Elgiz öz avtomobilinin **-EO-*** qeydiyyat nömrəsini ona vermiş və Əyyar nömrəni həmin avtomobilə bağlamışdır. Saat təxminən 05 radələrində yola düşmüşlər. Ağcabədi rayonuna çatanda Əyyara demişdir ki, mərkəzdə onu düşürtsün, ordan özü taksi ilə gedər. Əyyar onu rayonun mərkəzində düşürmüş və Elgiz taksi saxlayıb evinə getmişdir. Əyyar da ondan ayrılıb öz rayonuna getmişdir. İki gün sonra işin çıxdığına görə Bakı şəhərinə qayıtmalı olmuşdur. Gələndən sonra sexdə Əyyarla görüşəndə avtomobili soruşmuş, Əyyar ona demişdir ki, guya rayonda satmaq üçün qardaşına vermişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Elgizi 2-ci PŞ-nə dəvət etmişlərlər. Evdən birbaşa 2-ci PŞ-nə getmişdir. Orada ona bildirilmişdir ki, Vaz 2107 markalı avtomobil oğurlayıb. Elgiz polis əməkdaşlarına heç kimin avtomobilini oğurlamadığını bildirmişdir. Əvvəlcə başa düşə bilməmişdir, sonra ona deyilmişdir ki, guya oğurladığı avtomobil Ağcabədi rayonunda tapılıb. Onda başa düşmüşdür ki, Əyyarın məsələsi ola bilər, ona görə də olanları danışmış və sonra Əyyarın nömrəsini onlara vermişdir, bir az keçdikdən sonra Əyyarı da polis şöbəsinə gətirmişlər. Həqiqətən oğurluq barədə heç bir məlumatı olmadığını, ona görə də doğru olanları danışdığını və indi də avtomobil oğurlamadığını bildirmişdir. Əyyar ona avtomobil oğurladığını demədiyini, nə də bundan xəbərim olmadığını, 2-ci PŞ-də olduğu zaman məlum oldu ki, Əyyarın ona yalan danışdığı həmin gün ona məlum olmuş, və orada bilmişdir ki, Əyyar həmin avtomobili almamışdır, oğurlamışdır. Əyyar həmin avtomobilin qapısını nə ilə açdığını görmədiyini, o, avtomobilə yaxınlaşan kimi yanyörəsinə baxdığını bildirmişdir. Əyyar da həmin vaxt qapını açmış və açar sexdə qaldığını ona demiş və bir qədər atomobili qarşıya tərəf itələdikdən sonra demişdir ki, açar gödəkçəsinin cibində imiş. Bundan sonra avtomobili işə salmış. Elgiz də onun bütün bu yalanlarına inanmışdır, çünki Əyyar elə hərəkət etmişdir ki, ondan şübhələnməmişdir. İş materiallarına əlavə edilmiş 18 mart 2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 mart 2024-cü il tarixdə, saat 17:25-də şübhəli şəxs qismində Xəzər RP-nin müstəntiqi Elvin Ağayev tərəfindən tutulmuşdur. İş materiallarına əlavə edilmiş 18 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə AR CM-nin 185.2.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. İş materiallarına əlavə edilmiş 20 mart 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə əməl AR CM-nin 185.2.1-ci maddəsindən həmin Məcəllənin 185.2.4-cü maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* saylı cinayət işi üzrə AR CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş 20 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Cəlilabad rayonunda doğulmuş Əliyev X5 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş avtomobilə baxış keçirilməsi haqqında protokolundan görünür ki, avtomobilin zavod rəngi ağ rəngdə olmuşdur, sonradan kustar üsulla qara rəngli boya ilə rənglənmişdir. Avtomobilin qabaq hissəsinə **-EO-*** qeydiyyat nömrəsi bağlanmışdır, arxasında isə qeydiyyat nömrəsi yoxdur, mühərrik hissəsində bütün detallar yerindədir, lakin nasaz işlək haldadır, salon çirkli vəziyyətdədir, arxa yük yeri bağlanmır, elektrik naqil kəsiyi ilə bağlanır, yük yerində həmin avtomobilə aid iki ədəd **-UK-*** qeydiyyat nömrəsi və bir ədəd **-EO-*** qeydiyyat nömrəsi var, eyni zamanda yük yerində bir ədəd ehtiyyat təkər və həmin avtomobilə aid oturacaqların çexolları vardır. İş materiallarına əlavə edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus “VAZ 2107” markalı **-UK-*** qeydiyyat nömrəli avtomobilinin qapılarını bağlamış, lakin açarlarını avtomobilin zamokunun üzərində saxlayaraq çıxıb getmişdir. Hadisə yerində başqa heç bir sübut əhəmiyyəti kəsb edən əşya və ya sənəd aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-9/2434/2024 rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, respublikada yerləşən avtobazarlarda, internet saytlarında (turbo.az) mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən 2006-ci il buraxılışlı, **-UK-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074 minik” markalı avtomobilin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2024-cü ilin mart ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5.000 (beş min) manat müəyyən olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Azər tərəfindən ona dəymiş ziyanın ödənildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2107 markalı, **-UK-*** dövlət qeydiyyat nömrəli avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış VAZ-2107 markalı, **-UK-*** dövlət qeydiyyat nömrəli avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda Müdafiəçi ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-648/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-648/2024
26.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver