Məhkəmə qərarları › İş №1(003)-650/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-650/2023

28.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-650/2023 28.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistanda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Xızı rayonu, Fındıxlı kəndində qeyiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 15 noyabr 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən “Luks Plaza” adlı şadlıq sarayında heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş, birgə yaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradan, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib ətrafda olan şəxslərin gözü qarşısında aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsindən bir dəfə yumuqla zərbə vurmuş, bundan sonra davam edən dava-dalaş zamanı şadlıq sarayının qarşısında sonuncuya badalaq vuraraq yerə yıxıb, yerdə olan zaman yumruqla baş nahiyyəsində, təpiklə bədən nahiyyəsindən vuraraq, ona ənsə nahiyəsinin hematoması, sağ saidin, döş qəfəsinin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan çənə-gicgah oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər xəsarət yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsi ilə cinayət əməlini törətmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin törətdiyi əməl məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən həmin gün toyda iştirak etmişdir. Təxminən saat 21 radələrində Məmməd və onun həyat yoldaşı Mətanət ona yaxınlaşaraq, Anarın içki içərək mübahisə yaratdığını bildirmiş və ondan xahiş etmişdir ki, böyük kimi Anarı sakitləşdirsin. Bundan sonra restoranda Anarın yanına getmiş və Anarın qardaşı Asif ilə mahnı üstündə mübahisə yaratdığını görmüşdür. Anarı sakitləşdirmək üçün onu restoranın zalından çıxarmış və mübahisə yaratmamağı xahiş etmişdir. Anarı sakitləşdirən zaman Asif qəflətən onun vurmuşdur. Bundan sonra o, Asifin sifət nahiyyəsinə sillə vurmuşdur. Hazırda Asiflə barışmışdır. Nəzərə alınmasını xahiş etdi. İbtidai istintaq zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilən Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən həmin gün toyda iştirak etmişdir. Təxminən saat 21 radələrində Məmməd və onun həyat yoldaşı Mətanət ona yaxınlaşaraq, Anarın içki içərək mübahisə yaratdığını bildirmiş və ondan xahiş etmişdir ki, böyük kimi Anarı sakitləşdirsin. Bundan sonra restoranda Anarın yanına getmiş və Anarın qardaşı Asif ilə mahnı üstündə mübahisə yaratdığını görmüşdür. Anarı sakitləşdirmək üçün onu restoranın zalından çıxarmış və mübahisə yaratmamağı xahiş etmişdir. Anarı sakitləşdirən zaman Asif qəflətən onun başının arxa nahiyyəsindən yumruqla zərbə vurmuşdur. Onun üz nahiyyəsindən bir dəfə zərbə endirmişdir. Bundan sonra Asif həyətə çıxmışdır. Həyətdə olan zaman aralarında yenidən dava-dalaş hadisəsi baş vermiş, Asif onu oda Asifi vurmuşdur. Bundan sonra kənarda olan şəxslər onları aralamışlar. Bundan sonra yaşadığı evə getmişdir. Sonradan öyrənmişdir ki, toydan gedəndən sonra Anar Kamalın ayaq nahiyyəsini kəsərək ona xəsarət yetirmişdir. İlk ifadəsində Asifi vurmasını işinin yüngül olması üçün bildirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisində iştirak etmişdir. Həmin toyda bir qədər araq içmişdir. Təxminən saat 21 radələrində toyda olan zaman onun rəqs etdiyi oyun havasını Telman adlı şəxs saxlatdırmışdır. Ona yaxınlaşaraq nə üçün onun havasını saxlatdırdığını bildirdikdə onun üz nahiyyəsindən yumruq zərbəsi vurmuş, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra toyda olan şəxslər onu restorandan çıxarmış və təxminən 15 dəqiqə onu restorana buraxmamışdır. Restoranın həyətinə çıxmış, restoranın həyətində Telman ilə aralarında yenidən dava-dalaş hadisəsi baş vermişdir. Telman onu vurduğu üçün o, da onun üz baş nahiyyəsindən bir neçə dəfə zərbə endirmişdir. Həmin vaxt Telman ona badalaq verərək yerə yıxmış və yumruqla başından bir zərbə vurmuş, təpiklə isə ayağına və belinə zərbələr vurmuşdur. Ayağa qalxana kimi Telman qaçaraq getmişdir. Bundan sonra restorana qalxmaq istiyərkər qardaşı Anar yanına gəlmiş və onlar taksi çağıraraq oradan uzaqlaşmışlar. Yolda olarkən qardaşı DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayının içərisində baş vermişdir. Hadisə vaxtı xəsarət almışdır. Hadisə vaxtı Telmanla qarşılıqlı dava-dalaş zamanı onu vurmuşdur. İlkin ifadəsində Telmanın onu vurduğunu göstərmiş, öz vurduğunu qeyd etməmişdir. Həmin vaxt məsuliyyətini azaltmaq istəmiş bu səbəbdən belə demişdir. Əslində isə qarşılıqlı dava-dalaş zamanı o, da Telmanı vurmuşdur. Hazırda onlar brışmışlar. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirdi ki, Şahid2 onun həmyerlisi və baldızının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində kütləvi dava olmuş və orada olan şəxslər Asif və Telmanın dava etdiklərini, kütləvi dava da bəyin vurulduğunu bildirmişlər. O, hadisə yerinə getməmiş, kimin kimi vurduğunu görməmişdir. Hadisə vaxtı o da, xəsarət almış, lakin ona xəsarət yetirən şəxsi görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən X3 bildirmişdir ki, Şahid2 onun həmyerlisi və baldızının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qaynı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində toyda olduğu zaman dava-dalaş düşmüşdür. Orada olanlar bildirmişlər ki, Anar ilə Asif dava-dalaş salmışdır. Dava-dalaş düşdüyünə görə toyda olan qonaqlar toydan tez çıxdıqlarından o masaların üzərində qalan yeməkləri yığmışdır. Bu vaxt Anarla Asif foyedən içəriyə girmiş və Asif orada olan kreloda əyləşmişdir. Anar isə şüşə butulka götürərək masanın üstündə sındırmışdır. O Anarın üstünə gedib onu sakitləşdirmək istəyərkən onun əlindəki şüşə butulka onun boğaz nahiyəsini kəsmişdir. Bundan sonra onun halı pisləşmiş və dili qatlanaraq o özündən getmişdir. Qohumları ona köməklik edərək onu ayıltmağa çalışmışlar. O ayılanda isə orada olan şəxslərdən eşitmişdir ki, bəyi Anar şüşə ilə vurub xəsarət yetirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında baş vermiş, o hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anarın əlində şüşə parçası olmuş və o Anarı sakitləşdirmək istiyərkən Anarın əlindəki şüşə onun boğaz nahiyəsini kəsmişdir. O hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. Onun boynu kəsildikdən sonra onun dili qatlanmış və o huşunu itirmişdir. Bundan sonra qohumları onu ayıltmaq istiyərkən dilini çıxarmağa çalışmışlar. Odur ki, o alt çənənin qançırları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşaiyət olunan alt çənənin yumşaq toxumalarının əzilməsi xəsarətlərini həmin vaxt almışdır. O, məhkəmə-tibbi ekspertizasından müayinədən keçərkən həyacanlı olmuş və nə dediyini xatırlamır. Onu yalnız Anar şüşə parçası ilə vuraraq xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 bildirdi ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında bibisi nəvəsi Kamalın toy məclisində iştirak etmişdir. Qeyd etmişdir ki, Kamal həmdə qardaşının qaynıdır. O, həmin toyda bir qədər araq içmişdir. Təxminən saat 21 radələrində toyda olan zaman şadlıq sarayının zalının qapısının qarşısında qardaşı Asifi Telman adlı şəxsin vurmasını görmüş, o, qardaşına kömək üçün qardaşının yanına gedən zaman bəyin qardaşı Ramal ilə onun mübahisələri düşmüşdür. Mübahisə zamanı onun ayağı sürüşmüş və o yerə yıxılmışdır. Bundan sonra Asif ilə Telmanı orada olan şəxslər zaldan çıxarmışlar. Bundan sonra o yerdə olan zaman Ramalın qardaşı Kamal da gələrək Ramal ilə birlikdə onu təpikləyərək döyməyə başlamışlar. Həmin vaxt o neyləyəcəyini bilməmiş və yerdən şüşə parçası götürərək Kamalın ayaq nahiyəsindən vurmuşdur. Bundan sonra o restorandan bayıra çıxmış və qardaşı Asıfi götürərək oradan uzaqlaşmışdır. Həmçinin, o DİN-nin 102 zəng mərkəzinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayının içərisində baş vermiş, o hadisə vaxtı xəsarət almış, ona xəsarəti Kamal və Ramal qardaşları yetirmişlər. Belə ki, onlar onun bədəninə təpiklə vuraraq xəsarət yetirmişlər. O hadisə vaxtı yerdən şüşə parçası götürərək Kamalın ayaq nahiyyəsindən xəsarət yetirmişdir. Ona xəsarəti Ramal və Kamal vuraraq yetirmişdir. Telman onun qardaşı Asifi vuraraq xəsarət yetirmişdir. Sadəcə olaraq o ilkin ərizə yazarkən əsəbi olduğu üçün orada olan şəxslərin yəni Zamin, Orxan, Telman və digərlərinin onu vuraraq xəsarət yetirdiyini bildirmişdir. Əslində isə ona xəsarəti Ramal və Kamal yetirmişdir. Məhkəmə iclasında Şahid3 izahat verərək göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında onun toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində bəy masasında olduğu vaxt zalda qonaqların foyeyə çıxdığını və kimlərinsə dava-dalaş saldığını görmüşdür. O, Telmanın Asifi vurduğunu görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid3 bildirmişdir ki, Şahid2 onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında onun toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində bəy masasında olduğu vaxt zalda qonaqların foyeyə çıxdığını və kimlərinsə dava-dalaş saldığını görmüş və o məsələnin nə olduğunu aydınlaşdırmaq üçün oraya getmişdir. Həmin vaxt Anarın qardaşı Ramalı tutaraq əlindəki şüşə butulka ilə vurmaq istədiyini görmüşdür. Onların yanına getmiş və Anarı tutaraq saxlayarkən onlar əbbəyaxa olmuşlar. Bundan sonra Anar yerə əyilərək əlindəki şüşə butulkanı yerə vuraraq sındırmış və onun sağ ayaq nahiyəsindən əlindəki şüşə ilə vurmuşdur. Bundan sonra orda olan şəxslər ona köməklik göstərmişlər və onu Mərdəkan qəsəbəsində yerləşən 26 saylı BŞX-na aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” adlı şadlıq sarayında baş vermiş, o hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anar əlindəki şüşə parçası ilə onun bud nahiyəsindən vuraraq xəsarət yetirmişdir. O, hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. Anar yalan danışmış, o Anara heç bir xəsarət yetirməmişdir. X11 xəsarət yetirib-yetitməməsi barədə heç bir məlumatı yoxdur. O Anara heç bir xəsarət yetirməmiş, Anara həmin xəsarətləri kimlərin yetirməsi barədə heç bir məlumatı yoxdur. İlkin olaraq o əsəbi olduğu üçün ona xəsarəti hər iki qardaşın yetirdiyini bildirmiş, əslində isə onu şüşə ilə Anar vuraraq xəsarət yetirmişdir. Asif ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında Şahid4 izahat verərək göstərmişdir ki, Şahid2 onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qardaşı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində bəy masasında olduğu vaxt zalda qonaqların foyeyə çıxdığını və kimlərinsə dava-dalaş saldığını görmüşdür. O, Telmanın Asifi vurduğunu görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid4 bildirmişdir ki, Şahid2 onun həmyerlisi və bacısının qaynıdır. 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında qardaşı Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində o administratorla söhbət etdiyi vaxt foyedən səs-küy gəlmiş və o foyeyə çıxdıqda Asifin zalın girişində olan divanın üstünə çıxdığını və anası Mətənatin onu sakitləşdirməyə çalışdığıını görmüşdür. Anar isə əlində şüşə butulka ilə uca səslə söyüş söyərək qışqırmışdır. O Anarı sakitləşdirmək üçün yaxınlaşdıqda əlbayaxa olmuşlar Anar əlindəki şüşə butulka ilə onun kürək nahiyəsindən bir zərbə vurmuşdur. Onun kürək nahiyəsindən bərk ağrı olduğu üçün o oradan uzaqlaşmışdır. Bir qədər sonra həyat yoldaşı Güllübəyim boğazından qan axan halda onun yanına gəlmiş və onun halı pisləşmişdir. Xəstəliyi ilə əlaqədar onun halı pisləşmiş və o yerə çökmüşdür. Bundan sonra olanlardan xəbəri olmamışdır. Sadəcə olaraq bir müddət sonra ona bildirmişlər ki, Anar qardaşı Kamalı şüşə ilə vurub xəsarət yetirmiş və qardaşını xəstəxanaya aparmışlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında baş vermiş, o hadisə vaxtı xəsarət almış, ona xəsarəti Anar yetirmişdir. Belə ki, Anar əlindəki şüşə butulka ilə onun kürək nahiyəsindən bir zərbə vurmuşdur. O hadisə vaxtı heç kimə heç bir xəsarət yetirməmişdir. O Anara heç bir xəsarət yetirməmişəm. Anara həmin xəsarətləri kimlərin yetirməsi barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında Şahid5 izahat verərək göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında oğlu Kamalın toy məclisi keçirilmişdir. O, evə qazan gətirməyə getmiş, qayıdan zaman məclisdə dava olduğunu görmüşdür. O, mübahisənin sonuna gəlib çatdığı üçün kimin kimi vurduğunu görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilən Şahid5 bildirmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında oğlu Kamalın toy məclisi keçirilmişdir. Təxminən saat 21 radələrində toyda çaxnaşma düşmüş, qohumları olan Anarın içkili olduğunu və mübahisə yaratdığını görmüşdür. Toyda qonaq qismində olan dostu Telmandan xahiş etmişdir ki, Anarı sakitləşdirsin. Bundan bir qədər sonra o oğlu Kamalın ayağından kəsik yarası aldığını görmüşdür. Sonradan ona məlum olmuşdür ki, Anar Kamalın ayağından şüşə ilə zərbə vuraraq xəsarət yetirmişdir. Bundan sonra Kamalı Mərdəkan qəsəbəsində yerləşən 26 saylı BŞX-na aparmışlar. Bildirmişdir ki, qohumlar arasında mübahisə olmuşdur və onun heç kimdən heç bir şikayət və tələbi yoxdur. Verilən suallara cavab olaraq bildirmişdir ki, o heç bir xəsarət almamış, o heç kimə heç bir xəsarət yetirməmişdir. O həmin vaxt kimlərinsə dalaşdığını görməmiş, sadəcə olaraq hadisədən sonra Anarın oğlu Kamalın ayaq nahiyəsindən şüşə ilə vuraraq xəsarət yetirdiyini öyrənmişdir. Məhkəmə iclasında Şahid6 izahat verərək göstərmişdir ki, 15 noyabr 2022-ci il tarixdə Binə qəsəbəsində yerləşən “Luks Plaza” şadlıq sarayında dostu Məmmədin oğlu Kamalın toy məclisi keçirilmişdir. Məmməd onu toya dəvət etdiyindən o, həmin gün toyda iştirak etmişdir. Təxminən saat 21 radələrində o, toyda mübahisə olduğunu görmüş və toydan çıxaraq yaşadığı evə getmişdir. Sonradan onu polis şöbəsinə çağırmışlar və toyda Anar adlı şəxsin bəyi, yəni Məmmədin oğlu Kamalı ayaq nahiyəsindən şüşə ilə vurub xəsarət yetirməsini öyrənmişdir. O, ümumiyyətlə hadisə vaxtı toyda olmamış, o heç kimə heç bir xəsarət yetirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəyini də sübut növü kimi qəbul edir. İş materillarında olan 1/2646 nömrəli, 16 noyabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs alkoloq sərxoşluq vəziyyəti “yüngül” olmuşdur. İş materillarında olan 1/2645 nömrəli, 16 noyabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs alkoloq sərxoşluq vəziyyəti “yüngül” olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 1556 saylı rəydən görünür ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmətibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir: 1.Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarət — ənsə nahiyəsinin hematoması küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 4 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa-” zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. 2.Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Təqsirləndirilən şəxs bədnində-aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 tərəfindən keçirilmiş canlı şəxsin ekspertizası barədə xx.xx.2022-ci il tarixli, 1559 saylı rəydən görünür ki, 1991-ci il təvəllüdlü X6 məhkəmə-tibb ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir:

1. Şahid2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – təpə nahiyəsinin hematoması və əzilmiş yarası, sağ dirsəyin qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa Yüngül dərəcəli zərərvurmaya aiddirlər.

2. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demek olar ki, Şahid2 bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Hüseynov X5 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinmiş və ona qazancının 15 %-i dövlət nəfinə tutulmaqla, 02 il müddətinə islah işləri cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinmiş, CM-nin 62 məddəsi tətbiq olmaqla ona 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, digər iş materialları ilə Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli xuliqanlıq hərəkətləri etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü məhkəmə istintaqı zamanı təqsirli bilməmiş, lakin onun həmin ifadəsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin materiallarında olan digər sübutlarla təkzib edilmişlər. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onların bu məzmunda ifadə verməsi tanışlıq faktına əsaslanmış və təqsirləndirilən şəxsləri müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasına uyğun olaraq islah işləri cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 01 gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə islah işləri cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq müəyyən müddətə islah işləri cəzası saxlanılmalıdır. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinsin və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 01 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək saxlandığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 04 (dörd) gün hesablanmaqla ona təyin edilmiş 01 (bir) il müddətə islah işləri cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 20 %-i dövlət nəfinə tutulmaqla 11 (on bir) ay 26 (iyirmi alrı) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri höküm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda (120 manat) və məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 ümumilikdə 124 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar