Məhkəmə qərarları › İş №1(003)-652/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-652/2023

21.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-652/2023 21.12.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublkası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28,234.4.3, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə təqsirli bilinib 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qadağan olunmuş əşyanı istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlayaraq gəzdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılarkən “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan edilmiş əşya sayılan 1 ədəd “Samsung Qalaxy J1” markalı “SM-J120F” modelli, “**********60167, **********60165”, imei kodlu mobil telefonu istintaqa məlum olmayan mənbədən əldə edərək özündə saxlamış, gəzdirmiş, telefona qoşulmuş 099 ******* №-li danışıq kartı vasitəsi ilə 29 iyun 2022-ci il tarixdən 28 iyul 2022ci il tarixədək 055 ******* nömrəli, habelə 055 ******* və 055 ******* nömrəli telefonlara zənglər etməklə qardaşı Şahid8, qohumu Şahid9 və digər şəxslər ilə əlaqə saxlamaqla istifadə etmiş və 29 iyul 2022-ci il tarixdə saat 11-10 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış-baxış zamanı müalicə olunduğu 2-ci vərəm şöbəsinin palatasında dolabçanın arxasında gizlətdiyi həmin qadağan olunmuş mobil telefon daxilində danışıq kartı və elektrik qidalandırısı ilə birlikdə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28, 234.4.1, 28,234.4.3, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cü maddələri ilə 15 (on beş) il müddətə azallıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə müəssisəsində çəkir. Onun anadangəlmə şəkər xəstəliyi var, bununla əlaqədar 23 dekabr 2020-ci il tarixdə Bakı İstintaq Təcridxanasından Müalicə Müəssisəsinə, 11 mart 2022-ci il tarixdə isə X1 Müalicə Müəssisəsinə gətirilmişdir. 29 iyul 2022-ci il tarixdə saat 11:10 radələrində tək qaldığı palatada müəssisə əməkdaşları tərəfindən axtarış–baxış tədbirləri keçirilmiş və nəticədə dolabçada daxilində 099 ******* №-li danışıq kartı olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Həmin telefon özünə məxsusdur, telefonu Bakı Apellyasiya Məhkəməsində 11 mart 2022-ci il tarixdə olarkən etap olunan zaman avtomaşında tapmışdır. Bu telefondan tək özü istifadə etmiş, qardaşı İlkin ilə 055 ******* nömrəli, habelə 055 ******* və 055 ******* nömrəli telefonla dayısı Şahid9 və digər şəxslərlə danışmış, söhbətləri ümumi xarakter daşıimış, hal-əhval tutmuşlar. Ona məlumdur ki, həbsdə saxlanılan şəxslərə və məhkumlara mobil telefondan istifadə etməyə qadağandır və buna görə cinayət məsuliyyəti vardır. Etdiyi əməldən peşmandır. Buna görə də ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin əməliyyat şöbəsinin rəisi Şahid1 göstərdi ki, 29 iyul 2022-ci il tarixdə müəssisə rəhbərliynin göstərişinə əsasən digər müəssisə əməkdaşlarla və hal şahidlərinin iştirakı ilə 10 mart 2021-ci il tarixdə Penitensiar Xidmətin İxtiaslaşdırılmış Müalicə Müəssisəsinə müayinə məqsədilə daxil olmuş, Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 235.4.2, 234.4.1, 234.4.3, 144.3-cü maddələri ilə təqsirli bilinərək 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs qeydiyyatda olduğu 2-ci vərəm şöbəsinin müalicə aldığı palatada saat 11:10 radələrində axtarış-baxış tədbirləri keçirilmiş, keçirilən axtarış-baxış tədbirləri nəticəsində palatada olan dolabçanın arxasında gizlədilmiş məhkum Təqsirləndirilən şəxs məxsus işlək vəziyyətdə bir ədəd “Samsung” markalı qara rəngli mobil telefon, bir ədəd elektrik qidalandırıcısı və daxilində bir ədəd 099 ******* nömrəli “Bakcell” danışıq kartı aşkar edilərək götürülmüşdür. Aşkar olunan mobil telefonla bağlı akt və hal şahidlərinin iştirakı ilə protokol tərtib olunmuş, mobil telefon və elektrik qidalandırıcı zərfə qoyularaq müvafiq qaydada möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin rəisin növbətçi köməkçisi Şahid2, əməliyyat şöbəsinin inspektoru Şahid3, rejim nəzarət şöbəsinin inspektoru Şahid6, böyük nəzarətçi Şahid7 da oxşar, eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiklərini təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilən Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin anbar müdiri X3 və yeməkxana müdiri X2 göstərdilər ki, 29 iyul 2022-ci il tarixdə hal şahidi qismində dəvət olunmuşlar, saat 11:10 radələrində müəssisənin 2-ci vərəm şöbəsinin palatasında müəssisə əməkdaşları tərəfindən saxlanılan məhkum Təqsirləndirilən şəxs məxsus dolabçanın arxasında gizlətdiyi daxilində danışıq kartı olan işlək vəziyyətdə bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, əvvəllər bir neçə maddə ilə məhkum olunmuş və hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Bundan əvvəl isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkmişdir. Ona məlumdur ki, 2022-ci ilin iyul ayında qardaşı Əyyubda mobil telefon aşkar edilrək götürülmüşdür. O, qardaşı Əyyub ilə dəfələrlə istifadəsində olan 055 ******* №-li telefonla danışıb əlaqə saxlamış, söhbətləri ümumi xarakter daşımış, hal-əhval tutmuşlar, aralarında başqa söhbət olmamışdır. Qardaşı mobil telefonu haradan əldə etmişdir, bilmir. Ona məlumdur ki, qardaşından götürülmüş mobil telefonda olan 099 ******* №-li telefon danışıq kartı onun adınadır. Necə onun adına olan danışıq kartı qardaşında olub bilmir, qardaşına həmin telefon danışıq kartını verməmişdir. O, bilmirdi ki, bu telefon danışıqları qanunsuzdur. X7 iştirakçısıdır, qazidir, həmçinin dövlət tərəfindən medallar ilə təltif olunmuşdur. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirildmiş Şahid9 elan edilmiş ifadəsi ilə müəyyən edildi ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. Təqsirləndirilən şəxs bir neçə maddə ilə məhkum olunaraq hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir. Bundan əvvəl isə Penitensiar Xidmətin Müalicə Müəssisəsində cəza çəkmişdir. Ona məlumdur ki, 2022-ci ilin iyul ayında Təqsirləndirilən şəxs mobil telefon aşkar edilərək götürülmüşdür. O, bacısı oğlu Əyyub ilə dəfələrlə istifadəsində olan 055 ******* №-li telefonla telefonla danışıb əlaqə saxlamış, həmçinin onun adına 055 ******* nömrəli telefon da var və bu nömrəni ailə üzvləri istifadə edir. Onların söhbətləri ümumi xarakter daşımış, hal-əhval tutmuşlar, aralarında başqa söhbət olmamışdır. Haradan Əyyub mobil telefon əldə edib, bilmir. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli axtarış və götürmə protokoldan görünür ki, Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin əməkdaşları əməliyyat məlumatı əsasında həmin gün saat 11:10 radələrində müəssisənin 2-ci vərəm şöbəsində məhkum Təqsirləndirilən şəxs qaldığı palatada axtarış-baxış tədbirləri keçirilən zaman dolabçanın arxasında gizlətdiyi işlək vəziyyətdə daxilində 099 ******* nömrəli danışıq kartı olan “Samsung” markalı mobil telefon və bir ədəd elektrik qidalandırıcı aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş kompyuter-texniki ekspertizasının 14 sentyabr 2022-ci il tarixli 5/937 №-li rəyi ilə müəyyən edilmişdir ki, aşkar edilmiş bir ədəd “Samsung Qalaxy J1” markalı “SM-J120F” modelli, “**********60167, **********60165”, imei kodlu mobil telefon olmaqla işlək vəziyyətdə olub istifadə üçün yararlıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 53,65 (əlli üç, altmış beş) manatdır. İş materiallarından görünür ki, bir ədəd “Samsung Qalaxy J1” markalı “SM-J120F” modelli, “**********60167, **********60165”, imei kodlu mobil telefon aparatı maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin 29 dekabr 2011ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X4”nın 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefonların məhkumlar üçün saxlanılması və istifadəsi qadağan olunmuş əşyaların siyahısına aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İMM tərəfindən verilmiş 29 iyul 2022-ci il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəzaçəkmə yeri üzrə mənfi xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 08 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 144.3, 235.4.2 və 235.4.3-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28,234.4.1, 28,234.4.3, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə və cəzaçəkməsinin əvvəli 20 avqust 2019-cu il tarixdən hesablanmaqla 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilməmişdir (və ya götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında onun etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, eləcə də cinayət işində olan və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş digər sənədlərlə kifayət qədər sübuta yetirildi. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək onun sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipinin və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngüləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət qanununun sanksiyasının hüdudları daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sorğusuna cavab olaraq göndərilmiş 21 dekabr 2023-cü il tarixli 3-16- 17/30/2-4647/2023 saylı məktubdan görünür ki, məhkum Təqsirləndirilən şəxs 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və o, cəzasının 4 (dörd) il 4 (dörd) ay 1 (bir) gün hissəsini çəkib, çəkilməmiş hissəsi 10 (on) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 15 (on beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının 21 dekabr 2023-cü il tarixədək çəkilməmiş qalan 10 (on) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsi hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətə daxil edilir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir, lakin Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 120.2.1, 120.2.4, 120.2.5, 120.2.9, 235.4.2, 235.4.3, 28,234.4.1, 28,234.4.3, 144.2.1, 144.2.3, 144.2.4 və 144.2.6-cı maddələri ilə təqsirli bilinmiş Təqsirləndirilən şəxs təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi hökm edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, 20 avqust 2019-cu il tarixdən həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 131.2-ci maddəsinə əsasən, Məcəllənin 131.1ci maddəsində nəzərdə tutulmuş əşyaların mülkiyyətçisi və ya qanuni sahibi məlum olmadıqda və ya hər hansı səbəbdən onların qaytarılması mümkün deyilsə, bu əşyalar istifadə, saxlanma və ya qulluq edilməsi üçün müvafıq təşkilatlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş – mülkiyyətçisi və ya qanuni sahibi məlum olmayan, bir ədəd “Samsung Qalaxy J1” markalı “SM-J120F” modelli, “**********60167, **********60165”, imei kodlu mobil telefon aparatı danışıq kartı və elektrik qidalandırıcı ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 53,65 (əlli üç, altmış beş) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 10 iş saatına görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351-353, 356, 358, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının 21 dekabr 2023-cü il tarixədək çəkilməmiş qalan 10 (on) il 7 (yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsi hazırkı hökmlə təyin olunmuş 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 10 (on) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2022-ci il tarixli hökmü ilə 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən və o, 20 avqust 2019-cu il tarixdən həmin cəzanı çəkdiyindən barəsində həbs qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Maddi sübut – mülkiyyətçisi və ya qanuni sahibi məlum olmayan, bir ədəd “Samsung Qalaxy J1” markalı “SM-J120F” modelli, “**********60167, **********60165”, imei kodlu mobil telefon aparatı danışıq kartı və elektrik qidalandırıcı ilə birlikdə hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxs 53,65 (əlli üç, altmış beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 60,00 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar