Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-66/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qışlaqabbas kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Talışlar məhəlləsində yerləşən evdə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Yekun protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 22 radələrində kirayə yaşadığı Xəzər rayonu, Şüvalan qəsəbəsi, Talışlar məhləsində yerləşən nömrəsiz evdə otaq yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zəminində sonuncunu yumruqla sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin qançırı bir zədənin təsirindən törəndiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid, sol almacıq nahiyəsinin, sol çənənin, boynun, sağ körpücük nahiyəsinin, sağ kürəkaltı nahiyənin, hər iki dizin qançırı, boynun, sağ baldırın sıyrıqları kimi sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yertirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 1 il müddət olar ki, Fuadı tanıyır, onunla birgə Xəzər rayonu, Şüvalan qəsəbəsi, Talışlar məhləsində yerləşən nömrəsiz evdə kirayə yaşamışdır. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində kirayə yaşadıqları evdə bir qədər spirtli içki qəbul etmişdirlər və sonradan evin təmiz saxlanılması üçün zərəçəkmiş şəxs ona irad bildirmiş və bu zaman içkili olduqlarından aralarında mübahisə düşmüşdür. Mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruqla vuraraq xəsarət yetirmişdir. Hazırda törətdiyi əməldən peşman olmasını və zərərçəkmiş şəxs ilə barışmasını və ona dəymiş ziyanı tamamilə ödədiyini nəzərə alaraq cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, təxminən 1 il müddət olar ki, Təqsirləndirilən şəxs tanıyır və onunla Xəzər rayonu, Şüvalan qəsəbəsi, Talışlar məhləsi deyilən ərazidə yerləşən nömrəsiz evdə kirayə yaşamışdır. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində kirayə yaşadıqları evdə sonuncu ilə bir qədər spirtli içki qəbul etmişlər. Sonra isə evi təmizləmiş, lakin soncunun təmizlədiyi yerlərdə şəpiklə gəzdiyini görmüş və ona iradını bildirmişdir. Bu zaman Aftandil sözünə əhəmiyyət vermədiyini görmüş, onu itələmişdir. Lakin, Aftandil onun sifət nahiyyəsinə yumruqla vurmuşdur. Yumruq zərbəsi nəticəsində xəsarət almışdır. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik hüquqi şəxsin 1057 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin, sol almacıq nahiyəsinin, sol çənənin, boynun, sağ körpücük nahiyəsinin, sağ kürəkaltı nahiyənin, hər iki dizin qançırları, boynun, sağ baldırın sıyrıqları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sol göz almasının ağlı qişasının qansızması, sol gözaltı nahiyənin qançırı bir zədənin təsirindən törəndiyindən sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər; sol almacıq nahiyəsinin, sol çənənin, boynun, sağ körpücük nahiyəsinin, sağ kürəkaltı nahiyənin, hər iki dizin qançırı, boynun, sağ baldırın sıyrıqları isə istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığa zərəvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilmir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 01 il 11 ay 24 gün islah işləri cəzasına məhkum edilmiş, AR MM-nin xx.xx.2013-cü il tarixli aministiya qərarının 1.4-cü bəndinə əsasən təyin olunmuş islah işləri cəzasından azad olunmuşdur. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında görünür ki,, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və tutulduqda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xitmətin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi qərara alnmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Zərərçəkmiş şəxs ilə barışdığı, ona dəymiş ziyanı tam olaraq ödədiyi, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu iş üzrə bəraətverici əsaslar olmadan icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edilmiş və bu səbəbdən iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72.2-ci maddəsinin qeyd hissəsinin birinci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə barəsində olan böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməlidir. Eyni zamanda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə barəsində olan böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraata xitam verildiyindən, haqqında seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunmalı və o, dərhal məhkəmə iclası zalından azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 40.3, 43.1.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilın şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv olunsun və o, dərhal məhkəmə iclası zalından azad edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-66/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-66/2025
13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver