Məhkəmə qərarları › İş №1(003)-661/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-661/2024

18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-661/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs, mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü torpaq alqı- satqısı ilə məşğul olan şəxs kimi təqdim edib 2023-cü ilin noyabr ayında torpaq sahəsi almaq istəyən şəxs kimi tanış olduğu Zərərçəkmiş şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Donuz kökəltmə sovsozunda yerləşməklə Binə qəsəbəbələdiyyəsi tərəfindən 02 iyun 2011-ci il tarixli 98 nömrəli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə əsasında 45 il müddətinə X5 verilmiş ümumi sahəsi 396 ha olan torpaq sahəsinin həyətə giriş qapısı qoyularaq ətrafı mişar daşı ilə hasarlanmış içərisində yarımtikili olan 0,06 ha olan torpaq sahəsi hissəsini göstərib satıldığını bildirərək, həmin torpaq sahəsini 25.000 manat müqabilin onun almasına köməklik göstərəcəyini deyib razılığını almaqla yalan vədlər verib aldadaraq inandırmış, həyət darvasının açarlarını şəxsiyyəti istintaqla müəyyən edilməmiş Məzahir adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs çatdıraraq, eyni zamanda 20 noyabr 2023-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində 25 saylı Notariat kontorunda əmlakın idarə olunmasına dair bir illik müddətinə 219959 AR-İİİ №-li Etibarnamə verərək etibar və inamını qazanıb gizli niyyətini həyata keçirmək üçün həmin gün orada satacağı həmin torpaq sahəsinə görə ilkin olaraq Zərərçəkmiş şəxs 15.000 manat məbləğində pulu, bundan başqa 05 dekabr 2023-cü il tarixdə Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən adı dəqiq yadında qalmayan ünvanda yerləşən ödəmə terminalı vasitəsilə 1.000 manat məbləğindəpulu ona göndərdiyi nömrəsi yadında qalmayan kart hesabına köçürtdürməklə, sonuncu dəfə isə 20 dekabr 2023-cü il tarixdə Xəzər rayonu Binə qəsəbəsində görüşərək 9.000 manat məbləğində pulu Zərərçəkmiş şəxs alaraq ümumilikdə onun 25.000 manat məbləğində xeyli miqdarda pulunu vahid niyyətlə əhatə olunmuş qəsdlə etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək şəxsi ehtiyaclarına xərcləyib Zərərçəkmiş şəxs ümumilikdə 25.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Pxixoloji durumu normaldır. ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 117 saylı tam orta məktəbin Azərbaycan dili bölməsini bitirmişdir. Latın qrafikalı əlifba ilə sərbəst yazıb oxuya bilmir. İfadəsinin müstəntiq tərəfindən komputer vasitəsi ilə yazılmasına etiraz etmir. İfadəsini vəkili Müdafiəçi iştirakı ilə verir. Bildirmişdir ki, 2015-ci il tarixdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında işlədiyi vaxtdan X6 tanımışdır. O da onunla bir yerdə işləmişdir. Həmin vaxtdan onunla normal münasibəti olmuşdur. Təxminən 1 il bundan əvvəl X8 ona özünə məxsus olan Binə qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini satdığını bildirmiş, həmin torpaq sahəsinin dörd bir tərəfinin mişar daşı ilə hörüldüyünü, giriş darvazasının dəmirdən olduğunu, həmin torpaq sahəsinin içərisində yaşayış üçün əlverişli olmayan yarımtikili olduğunu qeyd etmiş, o, Zahidə onun torpağını satacağına söz vermişdir. 2023-cü ilin oktyabr ayında Zahidin qohumu Məzahir ona satılan torpaq sahəsinin giriş qapısının açarlarını vermiş, 2023-cü ilin noyabr ayının ortalarında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs əlaqə saxlayaraq onunla görüşmüş, onlar birlikdə gedib həmin torpaq sahəsinə baxmışlar. Zərərçəkmiş şəxs həmin torpaq sahəsini bəyənmiş, həmin torpaq sahəsini almaq qərarına gəlmiş, onlar torpağı 25.000 manata dəyərləndirmişlər. 20 noyabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs ilə Buzovna qəsəbəsində 25 saylı natoriat konturuna getmişlər. O, həmin vaxt 1 illik X4 etibarnamə vermiş, həmin gün Zərərçəkmiş şəxs ona torpağa görə 15000 manat pul vermiş, 05 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs onun ona verdiyi yadında qalmayan kart hesabına 1000 manat göndərmişdir. 20 dekabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində görüşmüşlər və Misirxan ona 9000 manat pul vermişdir. O, həmin vaxt Zahirin torpağının giriş qapısının açarlarını Misirxanın oğluna vermişdir. 08 mart 2024-cü il tarixdə Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlamış, o, ona Zahir adlı şəxsin torpaq sahəsinə gəldiyini və torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs 25000 manata satdığı 0.06 ha torpaq sahəsi X7 məxsusdur. Həmin torpaq sahəsini satmağı ona tapşırmışdır. O, Zərərçəkmiş şəxs ilk aldığı 15000 manat pulun 5000 manatını Zahir Hüseynova beh kimi vermiş, qalan 20000 manat pulu da 2024-cü ilin mart ayının sonundan aprel ayının 5-nə kimi olan müddət ərzində verəcəyi barədə razılaşmışlar. O, həmin torpaq sahəsini satan zaman həmin torpaq sahəsinin rəisinə məxsus olduğunu demiş, lakin torpaq sahibinin adını və kim olduğunu deməmiş, bundan başqa isə qeyd etmişdir ki, o, həmin sənədi Zərərçəkmiş şəxs tam etibarını qazanmaq üçün vermişdir. Bildirmişdir ki, X8 ilə həmin torpaq sahəsini 24000 manat razılaşmış, həmin torpaq sahəsinin satılacağı təqdirdə ona 1000 manat pul qalacaqmış, həmin vaxt onun borcu olduğu üçün Zərərçəkmiş şəxs aldığı 25000 manat pulun 20000 manatını borclarına vermişdir. Qeyd etmişdir ki, X7 həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs tərəfindən alındığını deməmiş, lakin həmin torpaq sahəsində 7000-8000 manat dəyərində aliminium, mis və qara metal olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu və zərər çəkmiş şəxsə dəymiş ziyanı qismən ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini və mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr ayından tanıyır. Bildirmişdir ki, özünə Binə qəsəbəsində torpaq sahəsi almaq istəyirmiş, həmin vaxt Binə qəsəbəsində satıaln torpaqlarla maraqlanırmış, həmin vaxt əvvəllər tanımadığı Əli adlı şəxs Təqsirləndirilən şəxs torpaq sahəsi satdığını demiş, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb yanlarına çağırmış, Zaur gəldikdən sonra onlar birlikdə onun satdığı torpaq sahəsinə baxmağa getmişlər. Həmin torpaq sahəsi Binə qəsəbəsində yerləşən cəza çəkmə müəssəsinin yanında imiş, o, torpaq sahəsinə baxıb bəyənmiş, torpaq sahəsini almaq qərarına gəlmişdir. Həmin torpaq sahəsi 0.06 ha olmaqla 4 bir tərəfi mişar daşı ilə hörülmüş və giriş darvazası qoyulmuş vəziyyətdə olmuşdur. Zaur həmin torpaq sahəsinin rəisi kimi təqdim etdiyi şəxsə məxsus olduğunu və torpağın sənədlərinin onun adında olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə onlarla birlikdə Buzovna qəsəbəsində yerləşən 25 saylı notariat kontoruna getmişlər. Orada Zaur ona 10 il müddətinə etibarnamə və bir ədəd üzərində əsli ilə düzdür yazısı olan 1991-ci il tarixdə Abşeron rayon İcra Hakimiyyəti tərəfindən verilmiş çıxarış vermişdir. O, da həmin gün Zaura 15000 manat pul vermişdir. 05 dekabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs yadında qalmayan hesab nömrəsinə 1000 manat göndərmiş, 20 dekabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 9000 manat pul vermişdir. Təqsirləndirilən şəxs ona həmin torpaq sahəsinin giriş qapısının açarlarını vermiş, o, ona tikinti işləri aparmaq istədiyini bildirmiş, Zaur ona tikinti aparmağına icazə veməmiş, ondan gözləməyini istəmişdir. O, da Zaurla razılaşmış, xx.xx.2024-cü il tarixdə torpaq sahəsində olan zaman bir nəfər əvvəllər tanımadığı şəxs torpaq sahəsinə gəlmiş, özünü ona X2 təqdim etmiş, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirmiş, o, dərhal Zaurla əlaqə saxlamış, Zaur ona Zahid adlı şəxslə aralarında pul problemi olduğunu, torpaq sahəsinin həmin şəxsə məxsus olduğunu və tezliklə problemi həll edəcəyini bildirib ondan vaxt istəmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 3 dəfəyə ümumilikdə 25000 manat pul vermiş, 20 noyabr 2023-cü il tarixdə Buzova qəsəbəsində 25 saylı notariat kontorunun yanında 15000 manat vermiş, 05 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yadında qalmayan hesab nömrəsinə 1000 manat göndərmiş, 20 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 9000 manat pul vermişdir. 20 noyabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs 15000 manat verən zaman kürəkəni X11 həmin yerdə olmuş, Zaur isə tanışları Əli və Nizami ilə birlikdə gəlmişdir. Adlarını qeyd etdiyi şəxslər onun Təqsirləndirilən şəxs 15000 manat pul verməyini görmüşlər. 05 dekabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs yadında qalmayan hesab nömrəsinə 1000 manatı yaşadığı evdən kartdan göndərmişdir. 20 dekabr 2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində 9000 manat pul verən zaman Zaurun yanında Nizami olmuş, Nizami onun 9000 manat pulu Zaura verdiyini görmüşdür. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilməmişdir, təqsirləndirilən şəxslə barışmamışdır, bu səbəbdən təqsirləndirilən şəxsə qanunamüvafiq cəza verilməsini və məhkəmədən mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid bildirdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2008-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi olaraq ailə həyatı qurmuşdur, 2 övladı vardır. Mahiyyəti üzrə bildirmişdir ki, 2023-cü ilin dekabr ayında əri Təqsirləndirilən şəxs ona Binə qəsəbəsində yerləşən ona məxsus olan 0.08 ha torpaq sahəsini satmaq istədiyini bildirmiş, həmin ərəfələrdə Zaur torpaq alqı-satqısı ilə məşğul olurmuş, o, ondan torpağın harada olmasını soruşmuş, çünki ailə qurduqları gündən onun həmin torpaq sahəsi haqqında məlumatı olmamışdır. Zaur onu Binə qəsəbəsində yerləşən Cəza Çəkmə müəssəsinin yanına aparmış, orada boş torpaq sahəsini ona göstərərək həmin torpaq sahəsinin ona məxsus olduğunu və həmin torpaq sahəsini satdığını bildirmişdir. Ondan xahiş etmişdir ki, həmin torpaq sahəsinin satılmasına razı olmağı barədə notariat qaydasında ərizə versin. O, da onunla razılaşmışdır. xx.xx.2024-cü il tarixdə onlar birlikdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən 25 saylı notariat kontoruna getmişlər. O, həmin vaxt torpaq sahəsinin satılması ilə bağlı ərizə vermiş, lakin onun əri Zaur tərəfindən torpağın kimə və hansı qiymətə satılması barədə məlumatı olmamışdır. O, sadəcə olaraq notariat kontorunda ərizə verib yaşadığı evə getmişdir. O, ifadəsinə əlavə olaraq bildirmişdir ki, X6 və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. O, əri Təqsirləndirilən şəxs X7 məxsus olan 0.06 ha torpaq sahəsini Zərərçəkmiş şəxs 25000 manata satdığını, Zərərçəkmiş şəxs aldığı 25000 manat pulun 5000 manataını beh olaraq Zahid Hüseynova verdiyini Təqsirləndirilən şəxs PŞ-nə izahat vermək üçün çağırılan zaman bilmişdir. Bundan əlavə olaraq o, əri Təqsirləndirilən şəxs 20000 manat pulu hara xərclədiyindən məlumatsız olduğunu qeyd etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-cı ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən AR CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs AR CM-nin 73-1.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət işinin icraatına xitam verilmişdir. İş materiallarında olan 28 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Hüseyn Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 08 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 16 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan 16 aprel təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2024-cü il tarixdə, saat 15:00 radələrində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilməsi barədə verilmiş təqdimat təmin edilməmişdir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. İş materiallarında olan 05 iyun 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan 05 iyun təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyun 2024-cü il tarixdə, saat 18:00 radələrində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin nümayəndəsiin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını və vurulmuş maddi ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Zərər çəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs onun xeyrinə ümumilikdə 25000 manat maddi ziyanın və 165 manat dövlət rüsumunun tutulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən “Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən “Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən “Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən “Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən “Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.” Məhkəmə həmçinin qeyd edir ki, Zərərçəkmiş şəxs mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirməsi nəticəsində ona 25000 manat məbləğində ziyan dəydiyini qeyd etmişdir. Lakin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, dəymiş 25000 manat ziyandan 5000 manatı zərərçəkmiş şəxsə ödənilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilməli, 20000 manat (iyirmi min) manat pul və müki iddiaçı tərəfindən ödənilmiş 165 (bir yüz altmış beş manat) manat dövlət rüsumu təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs, mülki iddiaçıZərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Mülki iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 165 (bir yüz qırx beş manat əlli qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 05 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddia qismən təmin edilsin. Təqsirləndirilən şəxs 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165 (bir yüz altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat və məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saata görə 78 (yetmiş səkkiz) manat, ümumilikdə 198 (bir yüz doxsan səkkiz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar